Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə136/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   133   134   135   136   137   138   139   140   141
sitologiya

Telofaza mərhələsi: xromosomlar qütblərə catdıqda telofaza mərhələsi başlayar (şəkil 10.12D). anafazada spirallarını açmağa başlayan xromosomlar telofazada tamamilə xromatin formasını alarlar. Qütblərə çatan xromatin yığımının ətrafında nüvə membranı yaranmağa başlayar. Bu arada nüvə daha əvvəldə də qeyd olunduğu kimi nüvəcik struktur xromosomlar tərəfindən yenidən formalaşdırılır. Nüvə membranı tam formalaşdıqdan sonra isə sitokinez baş verir.

Nüvə membranının parçalanması və yenidən formalaşması: hüceyrə bölünməsinin rofaza mərhələsinin sonunda nüvə membranı parçalanır və telofaza mərhələsinin sonunda isə yenidən bərpa olunur. Bu proseslər amitoz bölünmə keçirən mayalar kimi bəzi təkhüceyrəli eukariotlardada olmur.

Hüceyrə bölünməsi başladıqdan sonra nüvə məsamə kompleksi formalaşmağa başlayır və nüvə membranına bağlı lamin zülallar paylanır. Lamin zülalların paylanması ilə yanaşı nüvə membranı vakuollara parçalanır. Lamin zülallarda yalnız A və C laminlər zardan ayrılır, B lamini zara birləşmiş şəkildə qalır. (şəkil 10.17). B laminləri lipid ilə modifikasiya edilərək zara bağlı qalması reallaşarkən A və C laminlərinin karboksil ucundakı bəzi düzülüşlər protioliz ilə parçalanaraq uzaqlaşdırılır.

Telofaza mərhələsinin sonlarına doğru laminlərdə gedən modifikasiyalar geri alınaraq nüvə zarının yenidən foralaşması reallaşır. Nüvə zarının formalaşmasındakı ilk mərhələ nüvə zarının parçalanması nəticəsində yaranan vakuolların xromosom səthlərinə birləşməsidir. Hər xrmosom yığımının üzərinə onlarca vakuol birləşərək xromosomun sitoplazmayla əlaqəsini kəsərlər. Daha sonra bunlar bir-biriləri ilə birləşərək nüvəni və nüvə membranını formalaşdırırlar.
Şəkil 10.17 Nüvə zarının parçalanması laminlərin vəzifəsi
Nüvə zarı formalaşdıqdan sonra kariokinez tamamlanmış olur. Bundan sonrakı mərhələdə sitoplazmanın böıünməsi (sitokinez) və iki qız hüceyrənin əmələ gəlməsi baş verir.

Sitokinez: hüceyrə bölünməsindən sonra sitoplazma bölünməsi olaraq bilinən sitokinez, hüceyrə xarici membranlarının quruluş fərqinə görə bitki və heyvan hüceyrələrində fərqli şəkildə gedir.

Heyvan hüceyrələri sadece elastik quruluşda plazma membranı və sərt olmayan incə bir hüceyrə qlafı ilə örtüldükləri üçün anafazanın sonlarından etibarən orta tərəfdən qısalmağa və buğumlanmağa başlayır. Bu prosesi mikrofilamentlər reallaşdırır. Mikrofilamentlərin tərkibini təşkil edən aktin və miozin zülalları hüceyrənin tam ortasında ortaya çıxar, hüceyrənin ortası daralar və hüceyrə ikiyə ayrılmış olar (şəkil 10.19).


Şəkil 10.18. Nüvə membranının yenidən yaranması
Şəkil 10.19. Heyvan hüceyrələrində sitokinez A) sxematik şəkil, B)qurbağa yumurtasının elektron mikroqrafı

Sert hüceyrə divarı ilə əhatələnmiş bitki hüceyrələri ortadan daralmazlar. Bunun əksinə olaraq ortadan çəllək kimi şişərlər, buna fraqmoplast deyilir. Bitki hüceyrələri telofaza mərhələsində ikən holci aparatından formalaşan və içlərində pektin daşıyan ifrazat qranulları hüceyrənin ortasında toplanmağa başlayar. Bu kisələr bir-biriləri ilə birləşərək orta lameli əmələ gətirərlər. Daha sonra hüceyrə ortadan şişərək hüceyrənin ekvator xəttinin hər iki yanındakı plazma zarında və onu xaricdən əhatə edən hüceyrə çəpərində çentik açılmasına səbəb olur. Hüceyrənin mərkəzindəki orta lamel ilə hüceyrə xarici orta lamel birləşir və sitoplazma həqiqətən bölünmüş olur. Bundan sonra hər bir hüceyrə özhüceyrə zarını və hüceyrə çəpərini sintez edər iki qız hüceyrənin formalaşması tamamlanar. (şəkil 10.20)


Şəkil 10.20 A) bitki hüceyrələrində sitokinez və iki qız hüceyrə, B) telofazada olan soganın kök ucu hüceyrəsində fraqmoplast və orta lamelin formalaşması

Həm heyvanlarda həm də bitkilərdə hüceyrənin bölünməsi nəticəsində yaranan iki qız hüceyrənin ikisidə ana hüceyrə böyüklüyünə çatar. Bundan sonra hüceyrələr hüceyrə tsiklinin G1 mərhələsinə girər.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin