Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə140/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   133   134   135   136   137   138   139   140   141
sitologiya

10.3.3. Meyoz bölünmə sonrası hadisələr
Heyvanlarda sperm və yumurtanı verəcək olan ana hüceyrələr meyoz bölünməyə girərək qametləri verirlər (şəkil 10.24).

Şəkil 10.24. Heyvanların erkəyində və dişisində meyoz bölünmə və meyoz sonrası hallar


Erkəkdə spermataqonium olaraq adlandırılan sperm ana hüceyrəsi formalaşmasını tamamlayar və praymer spermatosit adını alar. Praymer spermatosit, meyoz bölünmə sonunda dörd dənə spermatid əmələ gətirir. Spermatidlərin hər biri ayrılaraq hər biri ayrı sperm (spermatazoid) hüceyrəsinə çevrilir.

Dişilərdə isə ooqonium olaraq adlandırılan yumurta hüceyrəsi formalaşdığında praymer oosit adını alır. Praymer oosit birinci meyoz bölünmə nəticəsində fərqli böyüklüyə sahib iki hüceyrə yaranır. Böyük olan hüceyrə ikinci oosit kiçik olan hüceyrə qütb hüceyrə adını alır. İkinci meyoz bölünmə nəticəsində də bir böyük hüceyrə (ootid) və üç kiçik hüceyrə (qütb hüceyrələrini) formalaşır. Qütb hüceyrələri atılır və ootid formalaşaraq yumurta hüceyrəsini formalaşdırır.

Bitkilərin erkəyində qonadadan hər biri bir mitoz bölünmə reallaşır və sitoplazması cüt olmayan iki hüceyrəyə bölünür (şəkil 10.25). Böyük olan hüceyrə vegetativ hüceyrə, kiçik olan hüceyrəyə də generativ hüceyrə adlanır. Bəzi bitki növlərində tozlanmadan əvvəl digər növlərdə isə tozlanmadan sonra generativ nüvə bir mitoz bölünmə daha keçirdir və iki nüvəli hüceyrəni yaradır. Bu nüvələrdən birinə generativ 1, digərinə generativ 2 adı verilir. Tozlanma reallaşdıqdan sonra vegetativ nüvə tozcuq yolunun uzanmasını təmin edərkən, generativ 1 (sperm 1) nüvə yumurta hüceyrəsi ilə birləşərək ziqotu, generativ 2 nüvəsidə mərkəzi nüvə ilə birləşərək gələcək endospermi formalaşdırır.

Şəkil 10.25. Bitkilərin erkəklərində tozcuğun şəkli


Bitkilərin dişilərində də heyvanların dişilərində də olduğu kimi tetrad əmələ gətirdikdən sonra 3 qonada əriyir. Qalan tək qonada ard-arda 3 mitoz bölünmə keçirərək 8 nüvəli bir kisəyə çevrilir. Bunların hər birinin ətrafında hüceyrə membranı formalaşır və bir kisə içində səkkiz hüceyrə meydana gəlir. Bunlardan üç hüceyrə kisənin üst tərəfində yerləşir. Ortadakı hüceyrə yumurta, yanlardakı isı sinergid adlanır. Qalan digər iki hüceyrənin nüvələri bir-birilərinə qarışaraq tək və 2n sayda xromosom daşıyan embrion kisəsi ikincili nüvəsinə çevrilir (şəkil 10.26). Bütün bu quruluş embrion kisəsi adlanır.

Tozlanma reallaşdıqdan sonra yuxarida qeyd olunduğu kimi generativ 1 nüvəsi yumurtanı, generativ 2 nüvəsidə embrion kisəsi ikincili nüvəni mayalandırar. Bu baxımnan 2n sayda xromosom daşıyan ziqot və 3n sayda xromosom daşıyan endosperm praymer hüceyrəsi olur.

Şəkil 10.26. Embrion kisəsi


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin