Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə30/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   26   27   28   29   30   31   32   33   ...   141
sitologiya

Ribonuklein turşuları (RNT). Ribonuklein turşularının bir neçə növü vardır. Onalr molekullarındakı nukleotidlərin miqdarına, molekulun uzunluğuna, molekul çəkisinə və ifa etdikləri vəzifələrə görə bir-birindən fərqlənirlər. lakin onalar üçün ümumi olan cəhətlərdə vardır. O da ondan ibarətdir ki, bütün ribonuklein turşuları bir qat zəncirdən təşkil olmuşlar. RNT-lər də olimerdirlər. onların monamerləri nukleotidlərdir. Həmin nukleotidlər DNT-dəki nukleotidlərin eynidir. Lakin bir fərq var ki, DNT molekulundakı timin əvəzinə RNT-də timinə çox yaxın birləşmə olan urasil durur. Timin urasildən bir metil qrupunun artıq olması ilə fərqlənir. Beləliklə timinə metilurasildə demək olar. DNT ilə RNT-də başqa bir fərqdə var. O da ondan ibarətdir ki, DNT-də karbohidrat komponenti dezoksiriboza, RNT-də isə ribozadır. Əgər DNT-nin miqdarı həmişə hüceyrədə sabit qalırsa, RNT-nin miqdarı daha cox olur. Fərdi inkişafın müxtəlif mərhələlərində hüceyrədə RNT-nin miqdarı çoxalır, hüceyr tərəfindən istifadə edilib azalır, yenidən sintez olunub çoxalir və s.

Hüceyrədəki, RNT molekullarından biri nəqliyyat RNT-sidir (n-RNT). nRNT-si molekulu ən kiçik RNT-dir. Bu RNT cəmi 80-100 nukleotiddən əmələ gələn polimer olub, çəkisi 25000-30000-dir. Bu RNT-yə ancaq sitolazmada rast gəlmək olar. Onun funksiyası amin turşularını ribosomlara-zülal sintez olan daşımaqdan ibarətdir. Hüceyrdəki ümumi RNT-nin 10%-i nRNT-si hesabına düşür.

Digər RNT ribasom RNT-sidir (rRNT). Bu ən iri RNT molekuludur. Bu molekulun tərkibinə 3000-5000 nukleotid daxil olur. Munasib olaraq molekul çəkisi 1-1,5 mln-dur. rRNT ribosomun əsas strukturunu təşkil edir. Hüceyrədəki ümumi RNT-nin 90%-i rRNT hesabına düşür.

Üçüncü növ RNT məlumat RNT-sidir (mRNT). Bu molekulada nukleotidlərin miqdarı 300-3000-ə çatır. Molekul çəkisi 90 min-1mln-dur. Ümumi RNT-nin 0,5-1%ni təşkil edir. mRNT-i nüvədə və sitoplazmada olur. mRNT-nin funksiyası zülalın strukturu haqqındakı məlumatı DNT-dən ribasoma zülal sintez olunan sahəyə çatdırmaqdır.

Hüceyrənin üzvi molekullarından biri də adenozintrifosfat turşusudur (ATF). Kimyəvi təşkilinə görə ATF nukleotidə oxşayır. Hər hansı nukleotiddə olduğu kimi ATF molekulunda azot əsaslarından biri- adenin, pentoza riboza və fosfat turşusu qalığı müşahidə edilir. Lakin fosfor turşusunun pentozaya birləşməsində ATF nukleotiddən kəskin fərqlənir. ATF-də fosfor turşusu 3 molekuladır. Özüdə bu molekula çox labildir. Adenintrifosfotaza fermentinin təsirindən ATF molekulasında fosforla oksigen arasındakı rabitə qırılır və həmin sahəyə su molekulu birləşir. ATF molekulundan bir molekula fosfor turşusu ayrıldıqda adenindifosfor (ADF) turşusuna çevrilir, iki molekul fosfor turşusu ayrıldıqda isə o adenozinmonofosfor turşusuna (AMF) çevrilir. Hər molekul fosfor turşusunun ayrılması ilə 10000 kkal enerji hasil olur. Buna görə də fosforla oksigen arasındakı rabitə adi rabitə olmayıb enerji ilə zəngin makroergik rabitə adlanır və ~ işarə edilir. ATF molekulunda enerji ilə zəngin iki belə rabitə vardır. Hüceyrədəki ekzoerqik reaksiyaların heç birində bu qədər enerji ayrılmır. Onlardan ən effektlisi 2000-2500 kal/mol enerji verir.

ATF-in hüceyrədə rolu çox böyükdür. Hüceyrədə enerji çevrilməsində o əsas yer tutur. ATF-in miqdarı hüceyrədə dəyişilsədə, lakin o hüceyrədə müəyyən miqdarda saxlanılır. Belə ki, ATF hüceyrədə təxminən 0,02-0,05% olur. ATF parçalananda onun miqdarı hüceyrədə azalanda, hüceyrənin üzvi molekullarının parçalanmasından alınan enerji hesabına o yenidən bərpa olunur. ATF-in sintezi, fermentativ proses olub, mitaxondrilərdə, xloroplastlarda və s. yerinə yetirilir. ATF hüceyrənin universal enerji mənbəyidir. Onun enerjisi DNT-nin replikasiyasına, zülal sintezinə, mayalanmağa, əzələ hərəkətinə, sinir faliyyətinə və s. proseslərə sərf edilir.





      1. Yüklə 149,68 Kb.

        Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin