«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   2   3   4   5   6   7   8   9   ...   48
herbi xidmet kecme

Hərbi rütbələrin adları 
Aviasiyanın uçun heyətində 
və sualtı gəmilərdə xidmət 
edən hərbi qulluqçular üçün 
Digər hərbi qulluqçular 
üçün 
Kiçik çavuş 
6 ay 
6 ay 
Çavuş 
6 ay 
6 ay 
Kiçik gizir (kiçik miçman) 
2 il 
2 il 
Gizir (miçman) 
3 il 
5 il 
Kiçik leytenant 
1 il 
1 il 
Leytenant 
2 il 
3 il 
Baş leytenant, kapitan 
(kapitan-leytenant) 
3 il 
4 il 
Mayor (3-cü dərəcəli 
kapitan) 
4 il
5 il 
Polkovnik-leytenant
(2-ci dərəcəli kapitan) 
5 il
6 il 
Əsgər, matros, baş əsgər, baş matros, baş çavuş, baş gizir, baş miçman, polkovnik (1-ci 
dərəcəli kapitan) və ali zabit hərbi rütbələri üçün xidmət müddəti müəyyən edilmir. 
Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində 
olma müddəti aşağıdakı kimi müəyyən edilir: aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə 
xidmət edən hərbi qulluqçular üçün - 1il; digər hərbi qulluqçular üçün - 2il.
20
Hərbi qulluqçuya verilmiş hərbi rütbədə olma müddəti həmin rütbənin verilməsi haqqında 
əmr imzalanan gündən hesablanır. Hərbi qulluqçunun aşağı salınmış hərbi rütbədə olma 
müddəti bərpa edilmiş hərbi rütbənin xidmət müddətinə daxil edilmir. Şərti məhkum
olunduqda məhkəmə tərəfindən müəyyən edilmiş sınaq və ya hökmün icrasının təxirə salınma 
müddəti hərbi rütbədə xidmət müddətinə daxil edilmir. Hərbi xidmət üzrə məhdudlaşdırma 
növündə cəzaya məhkum edilmiş hərbi qulluqçuların hərbi rütbəsi ilə bağlı məsələlər 
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 132-ci maddəsi ilə müəyyən edilmiş 
qaydada həll olunur. 
21
Xidmət üzrə yerini dəyişən hərbi qulluqçuya növbəti hərbi rütbə verilmək üçün xidmət 
illərinin müddətini təyin etdikdə, bu maddə ilə bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən 
edilən hərbi qulluqçunun növbəti hərbi rütbəyə təqdim olunduğu gün onun tutduğu vəzifəyə
uyğun olan xidmət müddəti tətbiq edilir. 
Ehtiyatdan könüllü qaydada və ya çağırış üzrə həqiqi hərbi xidmətə qəbul edilmiş və 
vəzifəyə təyin edilmiş hərbi qulluqçuların hərbi rütbədə olma müddətinə bu maddə və bu 
Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş xidmət müddəti nəzərə alınmaqla onların 
ehtiyatda həmin hərbi rütbədə olduqları müddət daxil edilir. 
46. Bərabər hərbi rütbəyə yenidən attestasiya edilmiş hərbi qulluqçulara hərbi rütbədə olma 
müddəti onun yeni attestasiyaya qədər olduğu hərbi rütbənin verilməsi haqqında əmr 
imzalandığı gündən hesablanır. 
Zabit heyəti vəzifələrini tutmaq üçün xüsusi rütbəyə malik olan Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının orta və böyük rəislər heyətindən olan 
şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən, onlara yenidən attestasiya edilmə qaydasında, 
lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə 
tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit 
heyəti rütbəsi verilir. 
47. «Əsgər» və «matros» hərbi rütbələri verilir: 


 a) müddətli həqiqi hərbi xidmətə çağırılanlara — hərbi hissə siyahısına daxil edilmələri ilə 
eyni vaxtda; 
b) hərbi qulluqçu qadınlara — vəzifəyə təyin edilmə və hərbi hissə siyahısına daxil 
edilmələri ilə eyni vaxtda; 
v) vətəndaşlara, eləcə də C.C.Naxçıvanski adına ibtidai hərbi məktəb məzunlarına — hərbi 
təhsil müəssisəsinə təhsilə daxil edilmələri ilə eyni vaxtda. 
48. «Baş əsgər» və «baş matros» hərbi rütbələri xidməti vəzifələrini nümunəvi yerinə 
yetirən, təhsildə yaxşı və əla göstəriciləri olan və intizamlı müddətli hərbi xidmət əsgərlərinə 
və matroslarına «əsgər» və «matros» rütbəli qadın hərbi qulluqçulara, «baş əsgər» və «baş
matros» hərbi rütbələr nəzərdə tutulmuş vəzifələrə təyin olunanda, eləcə də ən yaxşı əsgər və 
matroslara ehtiyata buraxılanda verilir. 
49. «Kiçik çavuş» hərbi rütbəsi verilir: 
a) çavuş hazırlığı proqramı üzrə tədris hissəsini bitirmiş və müəyyən edilmiş imtahan 
vermiş kursantlara — tədris hissəsindən buraxılanda; 
b) «əsgər», «matros», «baş əsgər» və ya «baş matros» hərbi rütbələrində olan hərbi təhsil 
müəssisəsi kursantlarına «kiçik çavuş», «çavuş» hərbi rütbələri nəzərdə tutulmuş vəzifəyə təyin 
olunanda (hərbi təhsil müəssisəsinə daxil olana qədər çavuş rütbəsi verilmiş kursantlar üçün 
həmin rütbələr saxlanılır); 
v) çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və 
intizamda yaxşı və əla göstəriciləri olan «əsgər», «matros», «baş əsgər» və ya «baş matros» 
rütbəli müddətli həqiqi hərbi xidmət əsgər və matroslarına — müəyyən edilmiş proqram üzrə
imtahan verdikdən sonra, lakin müddətli həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay 
keçdikdən sonra; 
q) çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və 
intizamda yaxşı və əla göstəriciləri olan müddətdən artıq həqiqi hərbi xidmət əsgər və 
matroslarına, qadın hərbi qulluqçulara — müəyyən edilmiş proqram üzrə imtahan verdikdən 
sonra, lakin müddətdən artıq həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay keçdikdən sonra; 
«Kiçik çavuş» hərbi rütbəsinin verilməsi üçün imtahanların keçirilməsi məqsədilə hərbi 
hissə komandirinin əmri ilə xüsusi komissiya təyin edilir. İmtahanın nəticələri barədə «kiçik 
çavuş» və «çavuş» rütbələri vermək hüququna malik olan komandirlərə (rəislərə) məlumat 
verilir. 
d) əsgərlərə, matroslara, hərbi vəzifəlilərə və hərbi uçotda olmayan qadınlara — 
müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla eyni vaxtda çavuş vəzifəsinə təyin edildikdə. 
50. «Çavuş» hərbi rütbəsi verilir: 
a) çavuş hazırlığı proqramı üzrə tədris hissəsini əla qiymətlə bitirmiş kursantlara — tədris 
hissəsindən buraxılanda; 
b) «kiçik çavuş» hərbi rütbələrində olan hərbi təhsil müəssisələri kursantlarına — «çavuş», 
«baş çavuş» hərbi rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunanda; 
v) «çavuş», «baş çavuş» rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş, növbəti hərbi 
rütbə verilməsinə layiq olan və ya ehtiyata buraxılan «kiçik çavuş» hərbi rütbəsində olan 
müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. 
51. «Baş çavuş» hərbi rütbəsi verilir: 
a) «baş çavuş» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə təyin olunduqda — «çavuş» 
rütbəsində olan hərbi təhsil müəssisələrinin kursantlarına; 
b) «baş çavuş» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə təyin olunan, növbəti hərbi rütbə 
verilməsinə layiq olan və ya ehtiyata buraxılan «çavuş» rütbəsində olan müddətli və 
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, qadın hərbi qulluqçulara. 
52. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər, matros və çavuşlar heyəti hərbi 
rütbələrini vermək hüququna aşağıda göstərilən şəxslər malikdirlər: 


 a) «baş əsgər» və «baş matros» hərbi rütbələrini — tabor (3-cü dərəcəli gəmi) komandirinin 
intizam səlahiyyətindən istifadə edən, əmr vermək hüququna malik olan əlahiddə hissələrin 
komandirləri (rəisləri), onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar; 
b) «kiçik çavuş» və «çavuş» hərbi rütbələrini — hərbi hissə komandirləri, onlara bərabər və 
onlardan yuxarı səlahiyyətə malik olanlar; 
v) «baş çavuş» hərbi rütbəsini — korpus (diviziya) komandirləri, onlara bərabər və 
onlardan yuxarı səlahiyyətə malik olanlar. 
53. «Kiçik gizir» və «kiçik miçman» hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin «a» - 
«q» və «e» bəndlərinə müvafiq olaraq orta ixtisas təhsilli gizir və miçmanların həqiqi hərbi 
xidmətinə qəbul edilən şəxslərə verilir. 
54. «Gizir» və «miçman» hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin «a» - «q» və «e» 
bəndlərinə müvafiq olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli 
şəxslərə «gizir», «miçman», «baş gizir», «baş miçman» rütbələri nəzərdə tutulmuş vəzifələrə
təyin olunmuş, növbəti hərbi rütbə verilməsinə layiq olan kiçik gizir və kiçik miçmanlara 
verilir. 
55. «Baş gizir» və «baş miçman» hərbi rütbələri verilir: 
a) növbəti hərbi rütbə verilməsinə layiq olan, ştatlarda «baş gizir», «baş miçman» hərbi 
rütbələri nəzərdə tutulan vəzifələrə təyin edilən əvvəlki hərbi rütbə üçün müəyyən edilmiş 
xidmət müddəti bitdikdə onun ən azı bir ili müddətində baş gizir, baş miçman və ya zabitlərlə
komplektləşdirilməli olan vəzifələrdə qulluq edənlərə; 
b) tutduğu vəzifədən asılı olmayaraq 15 il fasiləsiz gizir və miçmanların həqiqi hərbi 
xidmətində qüsursuz xidmət edənlərə; 
v) tutduğu vəzifədən asılı olmayaraq, əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət 
müddəti bitdikdə, 10 il ərzində fasiləsiz ildə 70 sutkadan az olmayaraq döyüş növbəsi (döyüş 
xidməti) çəkənlərə. 
56. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir və miçman heyəti hərbi rütbələrini 
vermək hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin komandanları, onlara 
bərabər olanlar və onlardan yuxarı olan rəislər malikdirlər. 
57. «Kiçik leytenant» hərbi rütbəsi verilir: 
a) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və 
ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş hərbi qulluqçulara; 
b) mülki orta ixtisas təhsilli, müddətli həqiqi hərbi xidməti keçmiş, zabit heyəti vəzifələrinə 
təyin edilmək üçün həqiqi hərbi xidmətə çağırılan hərbi vəzifəlilərə; 
v) müvafiq hərbi ixtisas hazırlığına yaxın mülki orta ixtisas təhsilli müddətli həqiqi hərbi 
xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyat zabit heyətinə attestasiya olunduqda; 
q) müddətli həqiqi hərbi xidmət keçmiş orta təhsilli hərbi vəzifəlilərə — ehtiyat zabitləri 
hazırlanması üzrə tədris toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən 
sonra; 
d) hərbi ixtisas hazırlığına yaxın mülki orta ixtisas təhsilli müharibə dövründə zabit heyəti 
vəzifələrinə təyin edilmiş və vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmiş gizir və miçmanlara; 
e) gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin 
edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara — hərbi hazırlıq keçdikdən 
və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra; 
j) müvafiq hərbi ixtisasa yaxın mülki orta ixtisas təhsilli, zabit heyəti vəzifələrinə təyin 
edilmək üçün həqiqi hərbi xidmətə və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən 
zabit heyəti vəzifələrinə təyin edilmiş və bir ildən az olmayaraq bu vəzifələri müvəffəqiyyətlə
yerinə yetirən qadınlara. 
58. «Leytenant» hərbi rütbəsi verilir: 
a) hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara; 


 bu halda ehtiyatda olan «leytenant» hərbi rütbəsi bilavasitə hərbi-tədris müəssisəsini 
bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir: 
qadın-məzunlara ailə vəziyyətinə görə; 
dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan alınan şikəstlik nəticəsində 
səhhətinə görə hərbi xidmətə yararsız sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan 
sonra yenidən müayinə olunmaqla); 
b) hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil 
müəssisəsinin proqramı üzrə ekstern imtahan verən və ya hərbi rütbədə xidmət müddətindən 
asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik leytenantlara; 
v) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və 
ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş ali təhsilli hərbi qulluqçulara; 
q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları 
verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti 
keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq 
keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası 
əsasında «ehtiyatda olan leytenant» hərbi rütbəsi verilir; 
d) müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş 
hərbi vəzifəlilərə — ehtiyatda olan zabit heyətinə attestasiya edildikdə; 
e) ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali 
təhsilli əsgər, matros və çavuşlara — müddətli həqiqi hərbi xidməti bitirdikdə; 
ə) ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, 
eləcə də ali hərbi tədris müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi 
ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilmiş və 
bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas 
üzrə zabitlərə ehtiyacın olmasının uçotu ilə) — gizirlərə və miçmanlara; 
j) ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş 
imtahanları verdikdən sonra — müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi 
vəzifəlilərə; 
z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya 
əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən 
azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas 
hazırlığına yaxın ali mülki təhsilli qadınlara; 
i) mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi 
hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə. 
59. Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı verir. 
60. İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçulara bu Əsasnamənin 57-ci 
maddəsinin «a», «d», «e» bəndlərinə, 58-ci maddəsinin «a», «v», «q», «ə», «z» bəndlərinə 
müvafiq olaraq bu Əsasnamənin 89-cu və 94-cü maddələrində nəzərdə tutulmuş qaydada
attestasiya tərtib edilir və ilk zabit rütbəsi verilməsi üçün komanda üzrə göndərilir. 
61. Bu Əsasnamənin 57-ci maddəsinin «v», «q», «d» bəndlərinə (dinc dövrdə), «j» bəndinə 
(müharibə dövründə) və 58-ci maddəsinin «a» bəndinə (hərbi təhsil müəssisəsini bitirməklə 
bilavasitə ehtiyata buraxılarkən), «q», «d», «e», «ə», «j» bəndlərinə müvafiq olaraq ehtiyatda
olan ilk zabit rütbəsi verilir. 
«Ehtiyatda olan zabit proqramı» üzrə hərbi hazırlıq keçmiş mülki ali tədris müəssisəsinin 
məzunları ali təhsil haqqında diplom aldıqdan sonra 60 günlük toplanışa çağırılır və toplanışın 
sonunda hərbi hazırlıq üzrə imtahan verirlər. Həmin şəxslər toplanışın keçirildiyi hərbi hissə
(gəmi) komandirləri tərəfindən «ehtiyatda olan leytenant» hərbi rütbəsi almaq üçün 
attestasiyadan keçirilirlər. 


 62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra 
edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, 
yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı 
profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə 
ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə 
ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57-ci maddəsinin «d» və «e» 
bəndləri, 58-ci maddəsinin «ə» bəndi). 
63. Bu Əsasnamənin 57-ci maddəsinin «j» və 58-ci maddəsinin «z» bəndinə müvafiq olaraq 
ilk zabit rütbəsi qadınlara dinc dövrdə 35 yaşınadək verilə bilər. 
Könüllü qaydada zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş zabit qadınların təyin 
oluna biləcəkləri zabit heyəti vəzifələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının əmri ilə müəyyən edilir. 
64. Hərbi qulluqçulara növbəti zabit rütbələrini verirlər: 
«mayor» hərbi rütbəsi də daxil olmaqla — Silahlı Qüvvələr növləri komandanları, onlara 
bərabər və onlardan yuxarı səlahiyyətə malik olan rəislər; 
«polkovnik» hərbi rütbəsi də daxil olmaqla — Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı.
65. Polkovnik, general-mayor, general-leytenant növbəti hərbi rütbələrinin verilməsinə dair 
təqdimatlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılır. 
Ali hərbi təhsil müəssisələrinin dinləyicisi olan (o cümlədən xaricdə oxuyan) zabitlərə və 
adyunktlara növbəti hərbi rütbələr bu Əsasnamənin 42-ci maddəsinin tələbləri nəzərə 
alınmaqla zabit təhsilə qəbul olduqdan sonra həmin vəzifə üzrə hərbi rütbə ştatında baş verən 
dəyişikliklər (artma və ya azalma) nəzərə alınmamaqla növbəti hərbi rütbə zabitin təhsilə qəbul 
olmazdan əvvəl tutduğu vəzifə üzrə hərbi rütbəyə uyğun olduqda — təhsil dövründə verilir. 
Hərbi rütbədə müəyyən edilmiş xidmət müddətini keçmiş ali hərbi təhsil müəssisələrinin 
dinləyiciləri olan zabitlərə və adyunktlara təhsildəki uğurlarına görə müstəsna hallarda, 
həvəsləndirmə qaydasında ikinci kursu (adyunkturada ikinci tədris ilini) qurtardıqdan sonra 
əvvəlki təhsil dövrü üzrə tədris planının bütün fənlərindən yaxşı və əla qiymətlər almış 
(adyunkt hazırlığının təsdiq edilmiş planını müvəffəqiyyətlə yerinə yetirən) təhsilə qəbul 
olmazdan əvvəl dinləyicinin (adyunktun) tutduğu vəzifəyə uyğun hərbi rütbədən bir pillə 
yuxarı növbəti hərbi rütbəni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
verir. 
Ehtiyatdan çağırılmış zabitlərə növbəti hərbi rütbə onların hərbi xidmət keçdikləri dövrdə 
və ya hərbi rütbədə olma müddəti başa çatdıqda ehtiyata buraxılan zaman (ehtiyatda olduğu 
zaman bu hərbi rütbədə olma müddəti də daxil edilməklə) verilir. 
66. Ali zabitlər tərəfindən tutulmalı olan vəzifələrə təyin olunan hərbi qulluqçulara «Hərbi 
xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq ali 
zabit hərbi rütbələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir. 
(Çıxarılıb) 
22
V f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin