«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   2   3   4   5   6   7   8   9   ...   48
herbi xidmet kecme

HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ 
41. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və 
xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, 
qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu 
Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. 
Hərbi rütbə verilməsi haqqında əmrlər təntənəli şəraitdə sıra qarşısında (hərbi hissənin 
təntənəli yığıncağında) müəyyən edilmiş fərqlənmə nişanları ilə birgə paqonlar verilməklə elan 
edilir. 
42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya 
olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan 
əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan 
Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud 
xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında 
olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət 
(yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə 
tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi 
rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə 
verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir.
17
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarə və müəssisələrə 
ezam edilmiş hərbi qulluqçulara növbəti hərbi rütbələr bu maddənin tələbləri nəzərə alınmaqla 
müvafiq orqanların, idarə və müəssisələrin təqdimatı ilə verilir: 
kiçik zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; 
baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; 
ali zabitlərə — Müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.


 Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, 
döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək 
göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən 
zabitlərə həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə 
müəyyən edilmiş xidmət müddətinin, bir qayda olaraq, ən azı yarısı keçdikdə (müharibə 
dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş 
xidmət müddəti bitdikdə onların tutduqları vəzifə müqabilində nəzərdə tutulmuş hərbi 
rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. 
Zabitlərə həvəsləndirmə qaydasında, polkovnik hərbi rütbəsi də daxil olmaqla vaxtından 
əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə 
yuxarı hərbi rütbə bütün xidmət dövründə Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər. 
43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim 
edilirlər. 
Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə, 
hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq 
keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi
rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin 
tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir. 
Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi 
rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların 
dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti,
müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun. 
44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan 
hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların 
növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam 
cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması 
haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik 
birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi
söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair 
təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza 
etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq 
quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. 
Törətdikləri cinayətə görə şərti və ya barələrində hökmün icrası təxirə yaxud hərbi xidmət 
üzrə məhdudlaşdırma növündə cəzaya, məhkum edilmiş və bu Əsasnamənin 158-ci 
maddəsinin «b» bəndi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılan hərbi
qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq və ya hökmün icrasının təxirə salınma müddəti 
qurtarmayanadək növbəti hərbi rütbə verilməyə təqdim edilmirlər. 
18
45. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti 
aşağıdakı kimi müəyyən edilir: 
19



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin