«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   5   6   7   8   9   10   11   12   ...   48
herbi xidmet kecme

MƏZUNİYYƏTLƏR
114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər 
verilir: 
a) növbəti məzuniyyət
b) qısa müddətli məzuniyyət; 
v) xəstəliyə görə məzuniyyət; 
q) tədris-təlimi zamanı məzuniyyət; 
d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; 
e) tədris məzuniyyəti; 
y) yaradıcılıq məzuniyyəti; 
z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa 
qulluq etmək üçün məzuniyyətlər; 
i) əlavə məzuniyyət. 
115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək 
hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən 
əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir.
Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. 
Komandirlər (rəislər) məzuniyyət verərkən hərbi hissələrin, birləşmələrin və idarəetmə 
orqanlarının daimi döyüş hazırlığının saxlanılması zərurətini nəzərə almalıdırlar. 
Hərbi təhsil müəssisələrinin, elmi-tədqiqat müəssisələrinin, mülki təhsil müəssisələrinin 
hərbi və hərbi-dəniz kafedralarının (şöbələrinin, bölmələrinin), hərbi qulluqçularına mülki 
nazirlik, idarə və təşkilatlara ezam olunmuş hərbi qulluqçulara və həmçinin adyunktlara
məzuniyyət bütün hərbi qulluqçulara aid olan ümumi əsaslarla verilir. İşi istintaqda və 
məhkəmədə olan hərbi qulluqçulara hər hansı işə görə, habelə zərər çəkən, şahid, ekspert kimi 
cəlb olunanlara məzuniyyət yalnız müvafiq istintaq və məhkəmə orqanlarının razılağı ilə verilə
bilər. 
116. Hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil 
müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət 
müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti 
ilə verilir. 
Hərbi qulluqçunun məzuniyyəti keçirmə yerinə gedib-gəlməsi üçün əlavə olunan müddət 
ona hansı nəqliyyat növündə getmək üçün pul verilibsə, həmin nəqliyyat növünün hərəkət 
cədvəli ilə hesablanır. 
Əgər hərbi qulluqçu məzuniyyət yerinə hava nəqliyyatı ilə gedibsə və ona əlavə müddət 
digər nəqliyyat üçün hesablanıbsa, onda o xidmət yerinə hava nəqliyyatı üçün sərf etdiyi 
müddət hesabı ilə qayıtmalıdır. 


 Məzuniyyət yerinə şəxsi nəqliyyatda gedilərsə, onda gedib gəlmək üçün əlavə müddət 
hərbi qulluqçunun hansı nəqliyyat növündə pul almaq hüququ varsa, həmin nəqliyyat 
növünün cədvəli ilə verilir. 
Dəmir yol nəqliyyatı olduğu halda, məzuniyyət yerinə su nəqliyyatı ilə gedirlərsə, onda 
gediş-gəliş üçün əlavə müddət dəmir yolunun cədvəli ilə hesablanır. 
Məzuniyyət bir neçə məntəqədə keçirilərsə, hərbi qulluqçuya əlavə müddət xidmət 
yerindən bu məntəqələrdən birinə gedib-gəlmək üçün verilir. 
Məzuniyyət turist putyovkaları üzrə keçirilərsə, gediş üçün müddət xidmət yerindən turist 
marşrutunun başladığı məntəqəyə kimi, geriyə isə turist marşrutunun axırıncı məntəqəsindən 
xidmət yerinə kimi verilir. 
117. Məzuniyyətin keçirildiyi yerə çatan kimi hərbi qulluqçular Azərbaycan Respublikası 
Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində nəzərdə tutulduğu 
qaydada hərbi uçota durmalı, qayıdanda isə uçotdan çıxmalıdırlar. 
Yolda, ya da məzuniyyətin keçirildiyi yerdə hərbi qulluqçu məzuniyyət biletini (vəsiqəsini) 
itirdiyi halda, bu barədə ən yaxında yerləşən dəmir yolu (su) sahəsi (stansiya, liman, port) 
hərbi komendantına, torpaq yolla hərəkət edərsə qarnizon komendantına, hərbi komissarlığa,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, habelə məzuniyyətin 
keçirildiyi yerdə qarnizon komendantına (hərbi komissara) məlumat verməlidir. 
Qarnizon komendantı (hərbi komissar) uçot məlumatı əsasında, məlumatların olmadığı 
təqdirdə isə hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdiriləndən sonra ona hərbi qulluqçunun 
məzuniyyətdə olmasının qanuniliyini təsdiq edən arayış verir və bu barədə hərbi qulluqçunun 
xidmət yeri üzrə hərbi hissə komandirinə xəbər verir, hərbi qulluqçunun xidmət yerinə 
vaxtında qayıtmasına nəzarət edir. 
118. Məzuniyyət aşağıdakı hallarda uzadıla bilər: 
a) nəqliyyatın hərəkətində fasilə yaradıldıqda və ya hərbi qulluqçunun xəstəliyinə görə 
məzuniyyət yerinə gec çatdıqda. Bu zaman dəmir yolu və su nəqliyyatı ilə hərəkət edərkən 
yaxınlıqdakı dəmir yolu (su) sahəsi (stansiya, liman, port) hərbi komendantı, torpaq yolla 
gedərkən isə qarnizon komendantı, hərbi komissarlıq, yerli bələdiyyə orqanı tərəfindən faktiki 
gecikmə müddəti məzuniyyət biletində (vəsiqəsində) qeyd edilməli və ya gecikmənin səbəbi 
barədə ayrıca arayış verilməlidir; 
b) hərbi qulluqçunun ailəsi yanğına və ya təbii fəlakətə məruz qaldıqda, ailə üzvlərinin 
(ata, ana, arvad, uşaqlar, qardaşlar, bacılar) və tərbiyəsi altında olduğu başqa şəxslərin ölümü 
və ağır xəstələnməsi ilə bağlı — 7 günə qədər; 
v) nəqliyyatın hərəkətində fasilə yarandıqda və ya hərbi qulluqçunun xəstəliyi üzündən 
məzuniyyət keçirildiyi yerdən geri qayıtmağa maneçilik yarandıqda — həmin maneçiliyin 
aradan qaldırılmasına lazım olan müddət. Məzuniyyət hərbi qulluqçunun məzuniyyət
keçirdiyi yerdə qarnizon komendantı və ya hərbi komissar tərəfindən ləngimənin səbəbləri 
araşdırıldıqdan sonra uzadıla bilər. 
Gecikmənin səbəbləri və müddəti barədə qarnizon komendantı (hərbi komissar) dərhal 
hərbi qulluqçunun məxsus olduğu hərbi hissənin komandirinə məlumat verir və hərbi 
qulluqçunun məzuniyyət biletində (vəsiqəsində) bu barədə qeydlər edir. 
Müəyyən edilən vaxtda məzuniyyətdən geri qayıtmayan və gecikmənin səbəbləri barədə 
məlumat verilməyən hərbi qulluqçu barədə hərbi hissə komandiri dərhal hərbi qulluqçunun 
məzuniyyət keçirdiyi yerin qarnizon komendantına (hərbi komissara) sorğu göndərir. 
Hərbi qulluqçu məzuniyyəti keçirəcəyi yerə gəlib çıxmayıb və ya oradan öz hərbi hissəsinə 
vaxtında yola düşüb cavabı alınarsa, hərbi hissə komandiri müəyyən edilmiş qaydada axtarış 
təşkil edir. 
119. Hərbi vəziyyət, səfərbərlik elan edildikdə, bu Əsasnamənin 114-cü maddəsinin «v» və 
«z» bəndləri üzrə məzuniyyət almış hərbi qulluqçular istisna olmaqla məzuniyyətdə olan hərbi 


qulluqçular dərhal öz hərbi hissələrinə qayıtmalıdırlar. Əgər hərbi hissə öz əvvəlki yerini 
dəyişibsə, hərbi qulluqçular yaxınlıqda yerləşən hərbi komendaturaya və ya hərbi komissarlığa 
gəlməlidirlər. 
Xəstəliyə görə məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən 
keçməlidirlər, səhhətinə görə gələ bilmədikdə isə müalicə edən həkimin arayışı ilə birlikdə 
yazılı xəbər göndərməlidirlər. 
120. Növbəti məzuniyyət aşağıdakılara verilir: 
a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət 
ərzində — bir dəfə 10 gün; 
b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; 
v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; 
q) zabitlərə — hər təqvim ili üçün 45 gün. 
Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən 
başqa) 40 günlük növbəti məzuniyyət verilir. 
Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə 
ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı 
məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. 
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində 
müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) 
komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət 
yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş 
yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti 
məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə 
istifadə edə bilsinlər. 
Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, 
habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə 
tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, 
habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş 
növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada və məbləğdə ödənilir.
32
122. Xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində 2 dəfəyə verilə bilər. 
Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı 
maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu 
zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın 
hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 
gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu 
itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil
olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda 
birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti 
məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir. 
Üzürsüz səbəblərə görə xidmətə çıxmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi 
xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət xidmətə çıxmadığı günlərin sayı 
qədər azaldılır. Belə olduqda növbəti məzuniyyət 15 gündən az olmamalıdır. 
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti məzuniyyət 5 gündən artıq 
olmayaraq onların hauptvaxtda olduqları müddət qədər azaldıla bilər. 
Növbəti məzuniyyətin azaldılması barədə qərarı məzuniyyət vermək hüququ olan 
komandir (rəis) qəbul edir. Bu qərar nizami hissə üzrə əmrlə rəsmiləşdirilir və hərbi 
qulluqçunun imzası alınmaqla ona elan edilir. 


 Hərbi qulluqçunun hərbi hissəni dəyişdiyinə görə növbəti məzuniyyətdən istifadə 
etməməsi haqqında arayış onun şəxsi işi ilə birlikdə hərbi qulluqçunun yeni xidmət yerinə 
göndərilir. 
123. Həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi 
qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul 
edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) 
məzuniyyətin müddəti aşağıdakı kimi hesablanır: 
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün 
— 2,5 gün; 
gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün; 
zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün.
Bu zaman 10 gün və artıq növbəti məzuniyyətə hüququ olan hərbi qulluqçulara 
məzuniyyətin keçiriləcəyi yerə gedib-gəlmək üçün yol xərci verilir və yola sərf olunacaq 
müddət məzuniyyətə əlavə olunur. 10 gündən az olan məzuniyyət hərbi qulluqçunun arzusu 
ilə növbəti ildə növbəti məzuniyyətlə birlikdə verilə bilər. 
124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi 
qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən 
çıxılır. 
Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət 
hərbi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin 
şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və
vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir. 
125. Hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi aşağıdakılar tərəfindən müəyyən 
edilir: 
Müvafiq icra hakimiyyəti 
orqanının müvafiq vəzifəli şəxslərinə Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 
Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Silahlı Qüvvələr 
növlərinin, Qoşun növlərinin komandanlarına (rəislərinə), Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə, xidmət rəislərinə,
korpus, diviziya komandirlərinə, həmçinin onların müavinlərinə Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı; 
Silahlı Qüvvələr növlərinin, qoşun növlərinin əlahiddə bölmələrinin, hissə və 
birləşmələrinin komandirlərinə — Silahlı Qüvvələr növlərinin, Qoşun növlərinin 
komandanları; 
Mərkəzi tabelikdə olan əlahiddə hissələrin və bölmələrin komandirlərinə, həmçinin onların 
müavinlərinə — onların tabe olduqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının, Qoşun növlərinin, idarə, müstəqil şöbə, xidmət komandanları (rəisləri); 
alay (briqada) komandirlərinə və onların müavinlərinə — Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının razılığı ilə diviziya (korpus) komandirləri; 
qalan hərbi qulluqçulara — hərbi hissələrin komandirlərindən başlayaraq birbaşa rəislər, 
onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar.
126. Hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların 
növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına 
məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. 
Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay 
hərbi hissə hərbi qulluqçularının 10 — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. 
Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına 
döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq 


normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil 
müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin 
aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir. 
Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi 
xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış və 
ya şikəst olmuş hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında 
istifadə etmək hüququ verilir.
33
Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti 
məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) 
məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq 
qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları 
ümumiləşdirir və yanvarın 10-na kimi korpus (diviziya) komandirinə, qoşun növü 
komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin 
verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının 
qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə 
çatdırılır. 
127. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) 
növbəti məzuniyyət ərzində xəstələnərlərsə, onlar sağaldıqdan sonra məzuniyyətin müddəti 
istifadə edilməmiş günlərin sayı qədər artırılır. Bu halda məzuniyyətin müddəti onu verən rəis
tərəfindən uzadılır. 
128. Hərbi qulluqçunun növbəti məzuniyyətdən geri çağırılmasına xüsusi əhəmiyyətli 
xidməti zərurət yarandıqda, korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa 
rəisin icazəsi ilə yol verilə bilər. Növbəti məzuniyyətdən geri çağırılanda onun istifadə
olunmamış hissəsi adətən cari ildə verilir. Bu vaxt əgər məzuniyyətin istifadə olunmamış 
hissəsi 10 gün və artıq olarsa, onda geri çağırıldığı məntəqədən uzaq olmamaq şərti ilə 
məzuniyyət yerinə getməyə və qayıtmağa pul verilir və yola sərf olunan günlər məzuniyyətə 
əlavə edilir. 
129. 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi 
qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət 
hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir. 
Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. 
Dinc dövrdə qısa müddətli məzuniyyətlər həvəsləndirmə qaydasında müddətli həqiqi 
hərbi xidmət zamanı əsgər, matros və çavuşlara bir dəfə verilə bilər. 
Müharibə dövründə qısa müddətli məzuniyyət bu Əsasnamənin 194-cü maddəsinin 
tələblərinə uyğun olaraq hərbi qulluqçuların bütün kateqoriyalarına verilə bilər. 
Dinc və müharibə dövründə ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət aşağıdakı 
hallarda verilə bilər: 
a) hərbi qulluqçuların ailə üzvlərinin (atası, anası, arvadı, əri, uşaqları, qardaşları, bacıları) 
və himayəsində olduğu digər şəxslər ağır xəstələndikdə və vəfat etdikdə; 
b) hərbi qulluqçunun ailəsi yanğın və ya təbii fəlakət hallarına məruz qaldıqda; 
v) hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri 
olduğu digər xüsusi hallarda. 
Ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış 
yeri üzrə hərbi komissarlıq və ya yerli bələdiyyə orqanı, ya da müalicə müəssisəsi tərəfindən 
təsdiq edilmiş sənədlə sübut edilməlidir. 
Sənədlər məzuniyyət barədə vəsatət qaldırıldığı zaman və ya heç olmasa məzuniyyətdən 
qayıtdıqdan sonra təqdim olunmalıdır. 
130. Dinc və müharibə dövründə xəstəliyə görə məzuniyyət hərbi qulluqçuya hərbi-həkim 
komissiyasının rəyinə görə verilir. 


 Xəstəliyə görə məzuniyyətin müddəti xəstəliyin xarakterinə görə müəyyənləşdirilir. 
Qüvvədə olan qanunvericiliyə görə bəzi xəstəliklərlə bağlı daha uzun müddətli müalicələrin 
nəzərdə tutulması halları istisna olmaqla dinc dövrdə fasiləsiz olaraq müalicə müəssisələrində 
və xəstəliyə görə məzuniyyətdə olmaq bütünlükdə 6 aydan artıq olmamalıdır. Bu müddət 
müalicə müəssisəsinin rəyi əsasında korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı 
birbaşa rəislərin qərarı ilə uzadıla bilər. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq 
müddəti bitəndən sonra hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən 
etmək üçün o, hərbi-həkim komissiyasında yenidən müayinədən keçməlidir. 
Xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. 
Hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə 
məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya 
buraxılması həyata keçirilmir. 
Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət 
bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi 
barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya hərbi uçotdan
çıxarılmaqla hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. 
Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin başqa tapşırıqlarının icrası 
zaman xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş, ya da Azərbaycan 
Respublikasının müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların hərbi xidmətə yararlılığı 
barədə hərbi-həkim komissiyasının müayinəsi yalnız müalicə müəssisəsində müalicə başa 
çatdıqdan sonra həyata keçirilir.
34
Dinc dövrdə vərəm xəstəliyinə tutulduqda hərbi qulluqçunun müalicədə və xəstəliyə görə 
məzuniyyətdə olma müddəti 12 aydan artıq ola bilməz. 
Hərbi qulluqçunun hər hansı səbəb üzündən xəstəliyə görə məzuniyyəti hərbi hissədən 
kənarda keçirə bilmədiyi hallarda o, məzuniyyət dövründə bütün məşğələlərdən və xidmət 
naryadlarından azad edilmək şərti ilə hərbi hissədə saxlanıla bilər. 
Gəmilərin hərbi qulluqçuları (yalnız müddətli və müddətdən artıq həqiqi hərbi xidmətin 
hərbi qulluqçuları) belə hallarda əlahiddə donanma komandasının, ekipajının, yarım ekipajının 
dəyişən heyətinin siyahısına salınır (gəminin siyahısından çıxarılmamaq şərti ilə). Onların
olmadığı yerlərdə isə hərbi dəniz qüvvələri komandanının sərəncamı ilə sahil hissələrindən 
birinə yerləşdirilir və bütün təminatlarla təmin edilirlər. 
Hərbi qulluqçular həqiqi hərbi xidmətdən buraxılarkən onlara xəstəliyə görə məzuniyyət 
verilmir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətinin başa 
çatmasına iki aydan az qalıbsa onlar ehtiyata buraxılırlar). 
Müharibə dövründə xəstəliyə görə məzuniyyət bu Əsasnamənin 195-ci maddəsinin 
tələblərinə uyğun olaraq verilir. 
131. Hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçulara tədris məşğələlərində fasilə 
zamanı tədris planı ilə müəyyən edilmiş müddətə tətil məzuniyyətləri verilir. 
Tədris tətil məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir. 
132. Hərbi təhsil müəssisəsini bitirdiyinə görə ilk zabit rütbəsi verilmiş şəxslərə xidmət 
yerinə göndərilməzdən əvvəl 30 gün müddətinə məzuniyyət verilir (ali hərbi təhsil 
müəssisəsini, hərbi akademiyanı bitirmiş zabitlərə — 45 gün). 
Mülki ali və orta ixtisas təhsili müəssisəsini bilavasitə bitirdikdən sonra həqiqi hərbi 
xidmətə qəbul edilmiş zabitlərə məzuniyyət bu maddənin tələbləri əsasında hərbi təhsil 
müəssisələrini bitirib ilk zabit rütbəsi almış zabitlərə olduğu kimi ümumi əsaslarla verilir. Bu 
məzuniyyətlər, habelə mülki ali və orta ixtisas təhsili müəssisələrini bitirəndən sonra həqiqi 
hərbi xidmətə qəbul edilən zabitlərə verilən məzuniyyət cari il üçün verilən növbəti 
məzuniyyətin hesabına daxil edilir.
 35


 133. Tədris məzuniyyətləri mülki ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə 
təhsil almağa icazəsi olan (bu Əsasnamənin 150-ci maddəsi) və qiyabi adyunkturada təhsil alan 
hərbi qulluqçulara verilir. Elmi dərəcə almaq üçün elmi iş hazırlayanlara yaradıcılıq 
məzuniyyəti verilir (bu Əsasnamənin 134-cü maddəsi).
 36
Tədris məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir. 
Tədris məzuniyyətləri aşağıdakı hərbi qulluqçulara verilir: 
a) qəbul imtahanlarına hazırlaşmaq üçün icazəsi olan hərbi qulluqçulara: 
ali təhsil müəssisələrinə — 15 təqvim günü müddətində; 
orta ixtisas təhsili müəssisələrinə — 10 təqvim günü müddətində.
Korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəis tərəfindən verilmiş 
arayış-icazə (arayış-icazənin forması Azərbaycan Respublikası Silahlı Qüvvələrində 
kargüzarlıq və xidməti yazışma haqqında Təlimatla müəyyən edilmişdir) hərbi qulluqçu üçün 
ali mülki və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə qəbul imtahanları vermək üçün 
tədris məzuniyyətinə hüquq verən sənəd hesab edilir; 
b) adyunkturaya hazırlaşmaq və qəbul imtahanlarını vermək üçün icazəsi olanlara: 
qəbul imtahanlarına buraxılanlara — 30 təqvim günü
namizədlik imtahanını qismən verməklə daxil olanlara və müvafiq imtahanları verməkdən 
azad olanlara qalmış hər bir imtahan üçün — 10 təqvim günü.
Adyunkturaya qəbul imtahanları verməyə tədris məzuniyyəti almaq üçün hüquq verən 
sənəd ali təhsil və ya elmi tədqiqat müəssisəsinin rəisinin imzası ilə qəbul imtahanlarına 
buraxılmaq barədə göndərilən bildiriş vərəqəsidir; 
v) ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində, qiyabi adyunkturada təhsil 
alanlara:
 37
1-ci və 2-ci kurslarda təhsil alanlara istiqamətverici dərsləri keçmək, laboratoriya işlərini 
yerinə yetirmək, imtahan və zaçotları vermək üçün; 
ali tədris müəssisələrinin axşam şöbəsində təhsil alanlara hər il 20 təqvim günü;
 38
orta ixtisas məktəblərinin axşam şöbəsində təhsil alanlara — hər il 10 təqvim günü; 
ali və orta ixtisas müəssisələrinin qiyabi şöbələrində təhsil alanlara — hər il 30 təqvim 
günü.
Üçüncü və yuxarı kurslarda təhsil alanlara laboratoriya işlərini yerinə yetirmək, zaçot və 
imtahanları vermək üçün: 
ali tədris müəssisələrinin axşam şöbəsində təhsil alanlara — hər il 30 təqvim günü; 
orta ixtisas məktəblərinin axşam şöbəsində təhsil alanlara hər il 20 təqvim günü;
 
ali və orta ixtisas məktəblərinin qiyabi şöbəsində təhsil alanlara hər il 40 təqvim günü; 
ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində dövlət imtahanlarının verilməsi 
üçün 30 təqvim günü; 
Diplom layihəsinin (işinin) hazırlanması və müdafiəsi üçün: 
ali təhsil müəssisələrinin qiyabi şöbəsində - 4 ay;
orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində - 2 ay;
39
adyunkturanın qiyabi şöbəsində namizədlik imtahanlarının verilməsi və dissertasiyaya aid 
işlərin yerinə yetirilməsi üçün — ildə 30 təqvim günü. Adyunkturada oxuyarkən hərbi 
qulluqçuya istirahət və iş günü hesab edilməyən bayram günlərindən başqa həftədə 1 sərbəst 
gün və 2 sərbəst axşam (saat 18.00-dan sonra) verilir (hərbi hissə komandirinin əmri ilə 
rəsmiləşdirilir və ondan çıxarış adyunktun oxuduğu ali məktəbə və ya elmi-tədqiqat 
müəssisəsinə göndərilir); 
40
q) ali və orta ixtisas məktəbləri nəzdindəki hazırlıq kurslarında oxuyanlara buraxılış 
imtahanlarının verilməsi üçün 15 təqvim günü. 


 134. Elmi dərəcə almaq üçün çalışan hərbi qulluqçulara aşağıdakı müddətə yaradıcılıq 
məzuniyyəti verilir; 
elmlər doktoru elmi dərəcəsi almaq üçün çalışanlara — 6 ay; 
fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün çalışanlara 3 ay. 
41
Yaradıcılıq məzuniyyəti xidməti fəaliyyətin elmi işlə müvəffəqiyyətlə əlaqələndirilməsi 
şərti ilə ali təhsil və elmi tədqiqat müəssisəsinin elmi şurasının təklifi və Silahlı Qüvvələr, 
qoşun növü komandanlarının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
idarə, müstəqil şöbə və xidmət rəislərinin onlara bərabər və onlardan yuxarı olan şəxslərin 
razılığı ilə elmi iş müəllifinin xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilir. 
135. Hamiləliyə və doğuşa görə məzuniyyət pul və natural təminatı saxlanılmaqla, habelə 
qüvvədə olan qanunvericilik əsasında bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud 
ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli
məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa onlara öz arzuları ilə həkim məsləhət 
komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağa qulluq etmək üçün uşaq 4 yaşına 
çatanadək əlavə ödənişsiz məzuniyyətlər verilir.
 
Qismən ödənilən və uşağa qulluq etmək üçün pulsuz və natural təminatsız əlavə 
məzuniyyətlər verildikdə, hərbi hissə komandirinin ona bərabər və ondan yuxarı olanların 
əmri ilə qadın hərbi qulluqçu tutduğu vəzifədən azad edilir və hərbi hissə komandirinin 
sərəncamına keçirilir. Bu məzuniyyətlər qurtardıqdan sonra qadın-hərbi qulluqçuya onun 
əvvəlki vəzifəsi, yaxud ona bərabər vəzifə verilir (bu məzuniyyətlər zamanı öhdəlik müddəti 
bitən qadın hərbi qulluqçular istisna olmaqla). 
Qadın hərbi-qulluqçulara hamiləliyə və doğuşa görə məzuniyyətlər onların raportları və 
müvafiq tibb müəssisələrinin arayışları əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan 
sonra 56 təqvim günü (qeyri-normal doğuş, yaxud iki və daha çox uşaq doğulduqda 70 təqvim 
günü) müddətində məzuniyyət verilir. 
Əgər hamiləliyə görə xidməti vəzifələrinin icrasından azad edildiyi gündən doğuş gününə 
kimi doğuşdan əvvəl müəyyən edilmiş məzuniyyət günlərinin sayından çox, yaxud az gün 
keçibsə, onda pul və natural təminat faktiki olaraq doğuşdan əvvəl verilmiş məzuniyyətin 
faktik istifadə olunan günlərinin sayından asılı olmayaraq ödənilir. Doğuşaqədər məzuniyyətin 
artırılması, yaxud əksinə tam istifadə olunmaması doğuşdan sonrakı məzuniyyət müddətinə 
təsir etmir. 
Doğuşdan sonrakı məzuniyyət doğuş günü də daxil edilməklə doğuş günündən hesablanır. 
Qadın hərbi qulluqçulara qismən ödənilən və əlavə məzuniyyət onların arzusu ilə tam və 
hissə-hissə verilir. Qadın hərbi qulluqçunun verilmiş məzuniyyət müddəti bitənə qədər də öz 
xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır. Bu məzuniyyətlərin müddəti hərbi
qulluqçuların müvafiq heyətlərinin vəzifələrdəki xidmət illərinə, eləcə də pensiya üçün xidmət 
illərinə əlavə edilmək məqsədilə hesablanır. 
Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. 
Qadın-hərbi qulluqçulara öz arzuları ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, 
yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir. 
Uşağa xidmət üçün məzuniyyətin qurtardığı ildə növbəti məzuniyyət, bu məzuniyyətin 
qurtardığı gündən təqvim ilinin sonuna qədər mütənasib surətdə hesablanır və bu 
Əsasnamənin 123-cü maddəsinin tələbləri nəzərə alınmaqla ilə təqdim edilir. 
136. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil 
müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: 
a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim 
günü; 


 b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü 
döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq 
olmamaqla; 
v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. 
və daha yüksək) — hər il 15 təqvim günü. 
Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin 
tələblərinə uyğun olaraq verilir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 
15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı 
uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. 
Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə 
birləşdirilir. 
I X f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin