«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
herbi xidmet kecme

ATTESTASİYA KEÇİRMƏ 


 86. Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi 
qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi 
təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. 
Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv 
qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi 
müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin 
ehtiyatı aşkar edilir. 
Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda şəxsi 
nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə 
etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın
möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına 
yönəldilməlidir. 
87. Dinc dövrdə zabitlərin attestasiyası dörd ildə bir dəfə keçirilir. Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların, 
yaxud ayrı-ayrı kateqoriyalarının attestasiyası başqa müddətlərdə də keçirilə bilər. Bu zaman 
zabitlərin attestasiyası aşağıdakı qaydada keçirilir: 
ali hərbi təhsil müəssisələrinin (elmi-tədqiqat idarələrinin) zabitləri-dinləyiciləri 
(adyunktları) — hərbi təhsil müəssisələrini (adyunkturaları) bitirdikdə onlar yeni xidmət 
yerində hərbi təhsil müəssisəsini (adyunkturanı) bitirdikləri il attestasiya edilmirlər; 
ilk zabit rütbəsi almış, yaxud həqiqi hərbi xidmətə ehtiyatdan könüllü qaydada qəbul 
edilmiş zabitlər — onların bir il zabit vəzifələrində xidmət keçməsindən tez olmayaraq (əgər bu 
zabitlərin zabit vəzifələrində bir illik xidmət müddəti növbəti attestasiya müddəti sona 
yetənədək bitməyibsə, onlar sonrakı attestasiya müddətinə attestasiya edilirlər); 
ehtiyatdan həqiqi hərbi xidmətə 1 il 6 ay müddətinə çağırılmış zabitlər — kadr zabit 
heyətinə daxil edildikdə.
88. Zabitlərin attestasiyasından əvvəl hazırlıq işi (təşkilati və tərbiyəvi tədbirlər, attestasiya 
edilənlərlə fərdi şəxsi söhbətlər və s.) görülməlidir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən zabit heyətinin 
attestasiyasının keçirilməsi müddətləri müəyyən edildikdən sonra Azərbaycan Respublikası 
Silahlı Qüvvələri növlərinin müvafiq qurumları, qoşun növlərinin komandanları (rəisləri),
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin idarə, 
müstəqil şöbə, xidmət rəisləri zabit heyətinin attestasiyasının hazırlanması və keçirilməsi 
planını işləyib hazırlayırlar. Planlar müvafiq olaraq həmin orqanların, idarələrin, müstəqil 
şöbələrin, xidmətlərin tabe olduğu rəislər tərəfindən təsdiq edilir. 
Təsdiq edilmiş planlara müvafiq olaraq aşağı komandirlər və rəislər attestasiya keçirmək 
üçün hazırlıq işini planlaşdırır və zabit heyətinin müəyyən edilmiş müddətlərdə attestasiyasını 
keçirirlər. 
Planlarda aşağıdakı tədbirlər nəzərdə tutulur: bütün zabit heyəti ilə attestasiya qaydasının 
öyrənilməsi, attestasiya vərəqələrinin tərtib edilməsi, onlara baxılması, təsdiq olunma və elan 
edilməsinin son müddətlərinin müəyyənləşdirilməsi, attestasiya komissiyalarının təyin
edilməsi və onların əmrlərlə elan edilməsi; 
bütün dərəcələrdən olan komandirlər və rəislər, müvafiq qurumların zabitləri, attestasiya
komissiyalarının sədrləri və üzvlər ilə qarşıdakı attestasiya məsələləri üzrə əvvəlki təcrübə 
nəzərə alınmaqla məşğələlərin keçirilməsi, attestasiya sxemlərinin hazırlanması, onların 
müvafiq komandirlər (rəislər) tərəfindən təsdiq edilməsi, istifadə edilməsi və zabit heyətinə
çatdırılması üçün hərbi hissələrə göndərilməsi (attestasiya edilmənin nümunəvi sxemi — 10 
saylı əlavə); 


attestasiya vərəqəsi blanklarının, yaddaşların, yaxud digər metodik vəsaitlərin 
hazırlanması və attestasiya edənlərə göndərilməsi; 
rəhbər heyətlərin müşavirələrində attestasiyanın hazırlanması və keçirilməsinin gedişi, 
eləcə da attestasiya nəticələrinin həyata keçirilməsi, tapşırıqlar verilməsi və attestasiya
yekunlarının müzakirəsi. 
Təsdiq edilmiş planlara müvafiq olaraq aşağı komandirlər və rəislər attestasiya keçirmək 
üçün hazırlıq işini planlaşdırır və zabit heyətinin müəyyən edilmiş müddətlərdə attestasiyasını 
keçirirlər. 
89. Attestasiya vərəqələri attestasiya edilənlərin bilavasitə rəisləri tərəfindən tərtib edilir. İlk 
zabit rütbəsinin verilməsi haqqında attestasiya vərəqələri bölük komandirindən başlayaraq, 
ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəislər tərəfindən tərtib edilir. 
90. Növbəti attestasiyanın başlanmasına 3 ay qalmış hərbi hissə, idarə, hərbi təhsil 
müəssisəsi komandirləri və rəisləri vəzifələrindən gedən şəxslər (xidməti uyğunsuzluqla 
əlaqədar vəzifələrdən azad edilmiş komandir və rəislərdən başqa) bilavasitə tabeliklərində olan 
zabitlər üçün attestasiya vərəqələri tərtib etməli və gedənə qədər şəxsən bu barədə böyük 
komandirə (rəisə) məlumat verməlidirlər. 
Növbəti attestasiyanın başlanmasına 3 ay qalmış yeni təyinat almış zabitlər (əvvəlki 
rəislərin tabeliyindən çıxmaqla) üçün attestasiya vərəqələri əvvəlki xidmət yerində tərtib edilir. 
Həmin attestasiya vərəqələri hərbi hissədən gedənədək müzakirə və təsdiq edilir və attestasiya
edilənlərə elan olunur. 
Hərbi hissələrin siyahılarından çıxarılmaqla xarici ölkələrdə ezamiyyətdə olan zabitlər 
üçün müəyyən edilmiş qaydada xidməti xasiyyətnamələr tərtib edilir. 
Könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətindən (KHVİTC) başqa mülki idarə, 
müəssisə və təşkilatlara həqiqi hərbi xidmətdə saxlanmaqla ezam edilmiş zabitlər üçün 
attestasiya vərəqələri tərtib edilmir. Onları Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına geriyə ezam etdikdə, yaxud ehtiyata, ya da istefaya buraxdıqda onlar 
üçün iş yerindən xidməti xasiyyətnamələr tərtib edilir, müvafiq idarə, müəssisə və təşkilatların 
rəhbərləri tərəfindən təsdiq olunur və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına göndərilir. KHVİTC-ya ezam edilmiş zabit heyətindən olan şəxslər Azərbaycan 
Respublikasının Silahlı Qüvvələrində attestasiya keçirilməsi ilə eyni vaxtda attestasiya 
olunurlar. 
Mülki ali təhsil müəssisələri hərbi kafedralarının rəisləri üçün attestasiya vərəqələri 
müəyyən edilmiş profillərə müvafiq olaraq hərbi hazırlığın xüsusi məsələləri üzrə onların 
bilavasitə tabe olduqları vəzifəli şəxslər tərəfindən tərtib edilir. Attestasiya vərəqələri tərtib 
edilərkən ali təhsil müəssisələri rektorlarının rəyləri nəzərə alınır. İşin qiymətləndirilməsi üçün 
tələbələrin hərbi tərbiyəsinin və təliminin vəziyyəti əsas götürülür. 
91. Attestasiya vərəqəsi tərtib edən rəislərin vəzifəsidir: 
a) zabit heyətinin qüvvədə olan attestasiya edilmə qaydasını öyrənmək; 
b) attestasiya edilənin işgüzar və mənəvi keyfiyyətlərini hərtərəfli öyrənmək və 
qiymətləndirmək: 
bundan ötrü: - attestasiya edilənin ictimai siyasi, əməliyyat taktiki, hərbi-texniki və xüsusi 
hazırlığı attestasiyalararası müddətin hər ili üçün ixtisas hazırlığının hərbi uçot vərəqələrinin 
göstəricilərini bu Əsasnamənin 109-cu maddəsi, eləcə də attestasiya edilən zabitin tutduğu 
vəzifədə işinin konkret göstəriciləri, onun komandirlik etdiyi bölmədə (hərbi hissədə, 
birləşmədə, birlikdə), yaxud onun cavabdeh olduğu iş sahəsində işlərin vəziyyəti nəzərə 
alınmaqla təhlil etmək və qiymətləndirmək; 
attestasiya edilən haqqında müvafiq vəzifəli şəxslərlə fikir mübadiləsi etmək; 
attestasiya edilənlə onun xidmət keçməsi məsələləri, təkmilləşməsi, işgüzar, mənəvi döyüş 
və mənəvi keyfiyyətləri, peşə hazırlığı, stili, iş üsulları üzrə ən azı üç fərdi söhbət (birinci — 


növbəti attestasiya keçirilməsi haqqında göstərişlərin elan edilməsi ilə, ikinci — attestasiyaya 
hazırlığın gedişində və üçüncü bilavasitə attestasiya vərəqələri tərtib edilməzdən əvvəl) 
keçirməli və çatışmazlıqların aradan qaldırılması, şəxsi hazırlığın və onun cavabdeh olduğu 
sahədə işlərin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar zəruri məsləhətlər və tövsiyələr 
vermək; 
v) attestasiya ediləni hərtərəfli öyrənmək əsasında attestasiya vərəqəsinin məzmunu və 
onunla əlaqədar nəticələri müəyyənləşdirmək; 
q) şəxsən öz əli ilə tabeliyində olan üçün attestasiya vərəqəsini tərtib etmək və attestasiya 
edilən üçün aparılan şəxsi işlərin sayı qədər çap edilmiş bütün attestasiya vərəqələrinin 
nüsxələrini imzalamaq; 
d) komanda üzrə təsdiqedici instansiyaya qədər son rəy almaq və təsdiq edilmək üçün 
attestasiya vərəqəsinin bütün nüsxələrini (o cümlədən əslini) təqdim etmək. 
92. Attestasiya vərəqələri blankda tərtib edilir. Sərbəst formada yazılan attestasiya 
vərəqəsinin mətnində attestasiya ediləni xarakterizə edən aşağıdakı məsələlər əks olunmalıdır: 
özünə və tabeliyində olanlara tələbkarlıq, şəxsi intizam və icraçılıq; 
işdə mütəşəkkilliyi, yüksək döyüş və səfərbərlik hazırlığının təminatı vəzifələrini həll 
edərkən əsas istiqaməti müəyyənləşdirmək bacarığı, verilmiş tapşırıqları keyfiyyətlə yerinə 
yetirmək, təşəbbüs göstərmək, mürəkkəb şəraitdə oriyentiri tez müəyyən etmək və bacarıqla
hərəkət etmək qabiliyyəti; 
tabeliyində olanlara rəhbərlik etmək keyfiyyəti, onları təlim və tərbiyə etmək, onlara qayğı 
göstərmək bacarığı; 
attestasiya edilənin komandirlik etdiyi bölmənin (hərbi hissənin birləşmənin, birliyin), 
yaxud cavabdeh olduğu iş sahəsinin vəziyyətinin qiymətləndirilməsi (intizam, döyüşə hazırlıq, 
döyüş və ictimai siyasi hazırlığı, hərbi texnikaya və silaha yiyələnmə, silahların, döyüş
texnikasının və maddi vasitələrin vəziyyəti, istehsalat tapşırıqlarının yerinə yetirilməsi, 
komandir, peşə hazırlığı və tabeliyində olan zabitlərin ixtisas dərəcəsinin yüksəldilməsi ilə 
əlaqədar işin vəziyyəti, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək və s. üçün
namizədlər ehtiyatının olması); 
əməliyyat-taktiki, peşə hazırlığı səviyyəsi, hərbi nizamnaməni, təlimatları, tutduğu vəzifə 
borclarını bilmək və onları yerinə yetirmək, komandir hazırlığı sistemində və müstəqil şəkildə 
peşə biliklərini təkmilləşdirmək və ixtisas dərəcəsi, elmi dərəcəsi və elmi rütbəsi, xarici dilləri 
bilməsi, qazanılan bilikləri təcrübədə tətbiq etmə bacarığı, attestasiya edilənin daha yüksək 
bacarıq nümayiş etdirdiyi və yüksək nəticələr əldə etdiyi fəaliyyət sahəsi, döyüş təcrübəsinin 
olması; 
öz fəaliyyətini tənqidi qiymətləndirmək, işə yaradıcılıqla yanaşmaq qabiliyyəti, xidməti 
vəzifələri yerinə yetirməkdə inadcıllıq; 
kollektivdə nüfuzu, dövlət sirrini qorumaq bacarığı;
30
səhhətinin vəziyyəti və iş qabiliyyəti, eləcə də attestasiya ediləni xarakterizə etmək üçün 
vacib olan digər məsələlər.
93. Attestasiya üzrə nəticədə attestasiya edilənin tutduğu vəzifəyə uyğun olub-olmadığı 
göstərilir, bundan sonra işgüzar və mənəvi keyfiyyətlərindən, iş təcrübəsindən, bacarıq və 
meyllərindən, eləcə də işin mənafeyindən asılı olaraq onun gələcəkdə daha məqsədəuyğun
xidməti istifadəsi haqqında rəy göstərilir. 
Bu zaman aşağıdakı tövsiyələr verilə bilər: 
yuxarı vəzifəyə irəli çəkilməsi haqqında (hansı vəzifəyə və nə vaxt); 
hərbi təhsil müəssisəsinə, yaxud kurslara oxumağa göndərilməsi haqqında; 
bərabər vəzifəyə keçirilməsi haqqında (hansı vəzifəyə keçirmək məqsədəuyğundur və 
keçirilmənin səbəbi: başqa vəzifələrin komplektləşdirilməsi zərurəti, xidmət müddəti müəyyən 


edilmiş yerlərdə planlı dəyişdirilmənin keçirilməsi, daha məqsədəuyğun istifadəsi üçün və 
digər səbəblər); 
başqa işə keçirilməsi haqqında — komanda, qərargah, müəllimlik və digər işə (keçirilmə 
səbəbləri göstərilməklə); 
hansı vəzifəyə, nə vaxt təyin etmək; 
həmin vəzifəyə təyin etməkdən qabaq nə vaxt hansı kurslara, yaxud toplanışlara 
göndərmək; 
yuxarı vəzifələrdən aşağı vəzifəyə keçirmək, hansı əsasla (bu Əsasnamənin 81-ci maddəsi) 
və hansı vəzifəyə təyin etmək məqsədəuyğundur; 
həqiqi hərbi xidmətdən buraxılma haqqında və hansı əsasla.
Attestasiya üzrə nəticədə attestasiya edilənə tutduğu vəzifəyə uyğunluğunu müəyyən 
etməklə və onun sonrakı xidməti istifadəsi haqqında tövsiyələri göstərməklə yanaşı, attestasiya 
edilənin xidmətdə və şəxsi davranışda hansı çatışmazlıqlarının aradan qaldırılmasının zəruri
olduğu göstərilə bilər. 
Nəticə və tövsiyələr attestasiya vərəqəsinin mətnindən irəli gəlməlidir. 
Öz tabeliyindəkiləri attestasiya edən rəislər attestasiyanın obyektivliyi, çıxarılan nəticələrin 
əsaslandırılması və tövsiyələr üçün şəxsi məsuliyyət daşıyırlar. 
94. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının ali hərbi təhsil 
müəssisələrini (adyunkturasını) bitirmiş zabitlər və ilk zabit rütbəsi verilməsinə təqdim olunan 
hərbi qulluqçular üçün attestasiya vərəqələri bu Əsasnamənin 92-ci maddəsinin tələblərinə 
uyğun olaraq tərtib edilir. Bu şəxslər üçün attestasiya vərəqələrində, həmçinin tədris planının 
əsas fənləri üzrə onların mənimsəmə dərəcəsi, dövlət imtahanlarında aldıqları qiymətlər, 
diplom işinin mövzusu və onun qiyməti göstərilir. Attestasiyanın nəticəsində attestasiya 
edilənə ilk zabit rütbəsi verilməsi haqqında tövsiyə verilir və ona hansı vəzifəyə təyin etməyin 
məqsədəuyğunluğu göstərilir. 
İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçular üçün attestasiya vərəqələri 
xüsusi blankda tərtib edilir (11 saylı əlavə). 
95. Zabitlər üçün tərtib edilmiş attestasiya vərəqələri attestasiya komissiyaları tərəfindən 
müzakirə edilməlidir. Attestasiya komissiyaları yaradılır: 
əlahiddə tabor (divizion) da daxil olan hərbi hissələrdə; 
hərbi komissarlıqlarda; 
mülki müdafiə qərargahlarında; 
briqadalarda (alaylarda); 
hərbi təhsil müəssisələrində; 
elmi-tədqiqat müəssisələrində və mərkəzi zabitlər kursunda; 
korpuslarda (diviziyalarda); 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qoşun növləri 
komandanlarının (rəislərinin) idarələrində; 
Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin idarələrində, müstəqil şöbələrində 
və xidmətlərində; 
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tərkibinə daxil olmayan 
idarələrdə, müstəqil şöbələrdə və xidmətlərdə; 
Müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarələrdə, müstəqil şöbələrdə və 
xidmətlərdə; 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan 
idarələrdə, müstəqil şöbələrdə və xidmətlərdə; 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında
Ali Attestasiya Komissiyası (AAK), müvafiq icra hakimiyyəti orqanında isə Mərkəzi 
Attestasiya Komissiyası (MAK) daim fəaliyyət göstərir. 


 96. Attestasiya komissiyaları aşağıdakı tərkibdə yaradılır: 
sədr — hərbi hissə komandirinin birinci müavini (müavini); 
üzvlər — komandir müavinləri və hərbi hissənin müvafiq qurumunun rəisi; 
katib - hərbi hissə zabitlərindən biri.
Bunlardan başqa, komissiyalarda üzv kimi işləməyə qoşun növlərinin (xidmətlərin) 
komandanları (rəisləri) və müvafiq qoşun növünün (xidmətin) zabitlərinin attestasiyaları 
müzakirə ediləndə mütəxəssislər də cəlb edilirlər. 
Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə 
komandirinin əmri ilə elan edilir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tərkibinə daxil olan və 
olmayan idarələrin, müstəqil şöbələrin və xidmətlərin attestasiya komissiyalarının heyəti 
müvafiq olaraq həmin idarə, müstəqil şöbə və xidmətlərin rəislərinin əmri ilə təyin edilir. 
Silahlı Qüvvələr dövlət növləri idarələrinin attestasiya komissiyalarının heyəti Azərbaycan 
Respublikası Silahlı Qüvvələri növlərinin komandanlarının əmri ilə təyin edilir. 
Müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarələrin, müstəqil şöbələrin, 
xidmətlərin ümumi attestasiya komissiyalarının heyətləri Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin
komandanlarının əmri ilə təyin edilir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Mərkəzi attestasiya 
komissiyasının heyəti müvafiq icra hakimiyyəti orqanının əmri ilə təyin edilir. 
Ali attestasiya komissiyasının heyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən təyin edilir. 
97. Attestasiya komissiyaları attestasiya vərəqələrini hərtərəfli öyrənməli və onların 
attestasiya edilənlərin həqiqətən işgüzar və mənəvi keyfiyyətlərinə uyğunluğunu müəyyən 
etməli və bunun əsasında nəticə çıxarmalıdırlar: 
a) alay (briqada) əlahiddə tabor (divizion) komissiyası — alayın (briqadanın), taborun 
(divizionun) bütün zabitləri üçün, alay (briqada), əlahiddə tabor (divizion) komandirinin tərtib 
etdiyi attestasiya vərəqələrindən başqa; 
b) korpus (diviziya) komissiyası — korpus (diviziya) zabitləri üçün alay (briqada, əlahiddə 
tabor, divizion) attestasiya komissiyalarında baxılmış və korpus (diviziya) komandirinin tərtib 
etdiyi attestasiya vərəqələrindən başqa. 
Digər attestasiya komissiyalarında attestasiya vərəqələrinə elə həmin qaydada baxılır, yəni 
məlum hərbi hissənin bütün zabit heyəti üçün aşağı attestasiya komissiyalarında baxılmış 
attestasiya vərəqələrindən, eləcə də yuxarı attestasiya komissiyasında baxılmalı hərbi hissə
komandirinin tərtib etdiyi attestasiya vərəqələrindən başqa. 
Mərkəzi attestasiya komissiyalarında bu Əsasnamənin 12 saylı əlavəsində göstərilən 
attestasiya vərəqələrinə baxılır. 
Ali attestasiya komissiyasında Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, diviziya, korpus komandirləri, qoşun növləri 
komandanlarının (rəislərinin) bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına tabe olan idarə, müstəqil şöbə, xidmət və Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəislərinin attestasiya 
vərəqələrinə baxılır. 
Attestasiya komissiyalarının arayış və izahat almaq üçün öz iclaslarına həm attestasiya 
edilənlərin özlərini, həm də attestasiya vərəqələri tərtib etmiş komandirləri (rəisləri) çağırmaq 
hüquqları vardır. 
Tutduğu vəzifəyə uyğun olmamaq haqqında nəticə çıxarılan attestasiya vərəqələrinə, eləcə 
də attestasiya edilənlərdə əhəmiyyətli çatışmazlıqların olduğu qeyd edilmiş attestasiya 


vərəqələrinə attestasiya edilənləri attestasiya komissiyalarının iclaslarına çağırılmaqla
baxılmalıdır. 
98. Attestasiya komissiyaları və attestasiya vərəqələrini təsdiq edən rəislərə qədər olan 
birbaşa rəislər attestasiya edilənlər haqqında çıxardıqları nəticələri attestasiya vərəqələrində 
qərar şəklində ifadə edirlər. 
Qərargah, xidmət rəisləri və mütəxəssislər haqqında attestasiya vərəqələrindəki rəyləri, 
həmçinin qərargahların, xidmətlərin yuxarı rəisləri və mütəxəssislər verirlər. 
İlk zabit rütbəsi verilməsi haqqında attestasiya vərəqələrinə attestasiya komissiyaları 
tərəfindən baxılmır. 
Attestasiya vərəqələrinə baxan və onları təsdiq edən attestasiya komissiyaları və rəislər 
rəylər verərkən bu Əsasnamənin 93-cü və 94-cü maddələrinin tələblərinə riayət etməlidirlər. 
Attestasiya vərəqələrini təsdiq edən rəislər attestasiya vərəqələrinin əsl nüsxələrində 
müvafiq bölməyə attestasiya rəyini öz əlləri ilə yazmalı və imzalamalıdırlar. 
Attestasiya komissiyasının rəyi iclasın axırında komissiyanın sədri, üzvləri və katibi 
tərəfindən imzalanır, protokola (13 saylı əlavə) yazılır. Attestasiya komissiyasının rəyi sədrin, 
üzvlərin vəzifələri, hərbi rütbələri və soyadları göstərilməklə protokoldan attestasiya 
vərəqələrinin bütün nüsxələrinə köçürülür və komissiyanın katibi tərəfindən təsdiq edilir. 
99. Attestasiya vərəqələrinə bir attestasiya komissiyasında baxılır. Attestasiya vərəqələrini 
təsdiq edən rəisin qərarı ilə attestasiya vərəqələrinə təkrar baxıla bilər. 
100. Zabitin tutduğu vəzifəyə uyğun olması haqqında nəticəsi olan, yaxud yuxarı vəzifəyə 
irəli çəkilmək, təhsil almağa göndərilmək, bərabər vəzifəyə keçirilmək, ya da yaşa, yaxud 
xəstəliyə görə ehtiyata (istefaya) buraxılmaq tövsiyəsi olan attestasiya vərəqələri birbaşa rəis
tərəfindən təsdiq edilir: 
taqım komandirləri, bölük komandirləri müavinləri və onlara bərabər olanlar üçün — 
əlahiddə tabor (divizion) komandirindən aşağı olmayan hərbi hissə komandiri tərəfindən; 
bölük komandirləri, tabor komandiri müavinləri və onlara bərabər olanlar üçün — alay 
(briqada) komandiri tərəfindən; 
tabor komandirləri və onlara bərabər olanlar üçün — korpus (diviziya) komandiri 
tərəfindən; 
əlahiddə tabor komandirləri, alay (briqada) komandirləri müavinləri üçün — korpus 
komandiri tərəfindən; 
alay (briqada) komandirləri, diviziya (korpus) komandirləri müavinləri üçün — 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; 
ali zabitlərin tutmalı olduqları vəzifələrdə olan zabitlər üçün — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.
Ali hərbi təhsil müəssisələrinin dinləyici və adyunktları (elmi-tədqiqat müəssisələrinin 
adyunktları) olan zabitlər üçün attestasiya vərəqələri Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının hərbi təhsil müəssisələrinin (elmi-tədqiqat müəssisələrinin) rəisləri
tərəfindən təsdiq edilir. 
İlk zabit rütbəsinin verilməsi haqqında attestasiya vərəqələri təsdiq edilir: hərbi təhsil 
müəssisələrinin məzunları üçün — hərbi təhsil müəssisələrinin rəisləri, digər hərbi qulluqçular 
üçün — korpus (diviziya) komandirləri, müvafiq qoşun növləri idarələrinin müstəqil
şöbələrinin, xidmətlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
xidmətlərinin rəisləri tərəfindən. 
Başqa vəzifələr tutan zabitlər üçün bu maddədə göstərilən nəticələri olan attestasiya 
vərəqələri müvafiq attestasiya etmə sxeminə uyğun olaraq birbaşa rəislər, lakin attestasiya 
edilən hərbi qulluqçunun tutduğu vəzifə təyinat nomenklaturuna daxil olan rəisdən yuxarı 
olmayan rəis tərəfindən təsdiq edilir. 


 101. Bilavasitə rəisin, böyük rəisin, yaxud attestasiya komissiyasının attestasiya edilən 
zabitin tutduğu vəzifəyə uyğun olmaması, aşağı vəzifəyə keçirilməsi, ya da ehtiyata 
buraxılması (ehtiyata yaşla, yaxud xəstəliklə əlaqədar buraxılmaqdan başqa) zərurəti haqqında 
nəticələri olan attestasiya vərəqəsi hərbi qulluqçuları həmin vəzifəyə təyin etmək hüququ olan 
rəis tərəfindən təsdiq edilir. 
102. Zabit üçün attestasiya vərəqəsinin yenidən tərtib edilməsi haqqında qərar əgər 
attestasiya zamanı bu Əsasnamədə verilən attestasiya keçirmə qaydası haqqında tələblərin 
pozulmasına yol verildikdə, attestasiya vərəqəsini təsdiq etmək hüququ olan rəis tərəfindən 
qəbul olunur. 
103. Attestasiya vərəqəsinin əsl nüsxəsində rəisin öz əli ilə yazdığı rəy yuxarı rəisə təqdim 
olunanadək rəyi verən rəisin vəzifəsi, hərbi rütbəsi və soyadı göstərilməklə (təsdiqsiz) çap 
olunmuş attestasiya vərəqəsinin qalan nüsxələrinə köçürülür. 
Attestasiya vərəqəsini təsdiq edən rəisin rəyinin nəticəsi attestasiya vərəqələrinin qalan 
nüsxələrinə köçürülür, onlar attestasiya vərəqələrinin əsl nüsxəsi ilə tutuşdurulduqdan sonra 
müvafiq qurumlar tərəfindən təsdiqlənir (təsdiqlənmiş nəticənin aşağısında çəkilmiş xəttin 
altından yazılır: «Əsl nüsxəyə uyğundur»). Çap edilmiş attestasiya vərəqəsini təsdiq etmiş 
komandirin (rəisin) və attestasiya vərəqəsinin əsli ilə uyğunluğunu təsdiq etmiş müvafiq 
qurum rəisinin imzaları gerbli möhürlə də təsdiq edilir. 
104. Təsdiq edən instansiyanın müvafiq qurumları tərəfindən təsdiq edilmiş attestasiya 
vərəqələri 10 gün müddətinə aşağıdakı ünvanlara göndərilir: 
attestasiya edənin öz əli ilə yazılmış əsl nüsxə və çap edilmiş bir nüsxə — attestasiya 
edilənin xidmət etdiyi hərbi hissəyə; 
attestasiya vərəqəsinin qalan nüsxələri — «Azərbaycan Respublikasının Silahlı 
Qüvvələrində şəxsi heyətin uçotu üzrə Təlimata» müvafiq olaraq attestasiya edilənin şəxsi 
işlərini aparan müvafiq qurumlara.
Attestasiya materiallarının saxlanması və göndərilməsi məxfi kargüzarlıq qaydalarına 
riayət edilməklə yerinə yetirilir. 
Müstəsna hallarda hərbi qulluqçu onun üçün attestasiya vərəqəsi təsdiq edilənədək yeni 
xidmət yerinə (təhsil müəssisəsinə) getdikdə attestasiya vərəqəsinin bütün nüsxələri təsdiq 
edildikdən sonra 3 gün müddətində korpusun (diviziyanın), zabitin yeni xidmət yerinin, təhsil 
müəssisəsinin müvafiq qurumuna onu attestasiya edilənə elan edilməsi, sonradan isə müəyyən 
edilmiş qaydada paylaşdırmaq üçün göndərilir.
 31
105. Təsdiq edilmiş attestasiya vərəqələri attestasiya edilənlərin bilavasitə rəisləri 
tərəfindən attestasiya vərəqələri hərbi hissəyə daxil olduqdan sonra 10 gün müddətində 
attestasiya edilənlərə elan edilir. Yalnız ezamiyyətdə, məzuniyyətdə, yaxud müalicədə olan 
zabitlər barədə istisnaya yol verilir: təsdiq edilmiş attestasiya vərəqələri onlar hərbi hissəyə 
qayıdan kimi dərhal elan olunur. 
Hərbi təhsil müəssisəsini bitirənlərə ilk zabit rütbəsi verilməsi haqqında və digər hallarda 
attestasiya vərəqələri hərbi qulluqçulara onlara zabit rütbəsi verilməsi haqqında əmr aldıqdan 
sonra elan edilir. 
Attestasiyanı elan edərkən bilavasitə rəis fərdi söhbət aparır, attestasiya edilən attestasiya 
vərəqəsinin əsl nüsxəsində qol çəkir və onunla tanış olma tarixini göstərir. 
Attestasiya qaydasının pozulması və attestasiyanın qeyri-obyektivliyi ilə əlaqədar şikayət 
müəyyən edilmiş qaydada attestasiyanın elan edildiyi gündən 1 aydan gec olmayan müddətdə 
verilə bilər. Şikayət üzrə son qərarı attestasiya vərəqəsini təsdiq etmiş rəis qəbul edir. Hərbi
qulluqçunun şikayəti əsaslı sayıldıqda, attestasiya vərəqəsinə müvafiq dəyişikliklər edilir, 
yaxud yeni attestasiya tərtib edilir. 
106. Zabit heyətindən olan şəxslər attestasiya vərəqələrində qeyd edilmiş çatışmazlıqları 
aradan qaldırmalıdırlar. Birbaşa rəislər hərbi qulluqçulardan çatışmazlıqları aradan qaldırmağı 


tələb etməli və bu işdə onlara kömək etməli, attestasiya edildikdən sonra zabitin praktiki
fəaliyyəti nəzərə alınmaqla attestasiya nəticələrinin həyata keçirilməsini təmin etməli, layiqli 
hərbi qulluqçuların yuxarı vəzifələrə təyin edilməsində və təhsil almağa göndərilməsində 
əsassız gecikmələrə yol verməməlidirlər. 
107. Attestasiya nəticələrinin həyata keçirilməsini təmin etməkdən ötrü hərbi hissənin 
müvafiq qurumlarının borcudur: 
attestasiyaların nəticələrindəki tövsiyələr əsasında attestasiyalararası dövrdə attestasiya 
nəticələrinin həyata keçirilməsi və xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilməkdən 
ötrü hazırlanmış namizədlər ehtiyatı yaradılmasının perspektiv planlarını işləyib hazırlamaq; 
yüksək vəzifələrə irəli çəkilmək, yaxud təhsil almağa göndərilməkdən ötrü attestasiya 
edilmiş zabitləri qarşıdakı hər il üçün yuxarı vəzifələrə irəli çəkilmək və təhsil almağa 
göndərilməkdən ötrü ehtiyata daxil etmək, eləcə də yuxarı instansiyanın müvafiq qurumuna
onun təyinat nomenklaturasına daxil olan vəzifələrə irəli çəkilməkdən, yaxud belə vəzifələrdən 
təhsil almağa göndərilməkdən ötrü ehtiyata tövsiyə edilmiş namizədlər haqqında məlumat 
vermək; 
aşağı vəzifələrə başqa işə keçirilməyə və ehtiyata, yaxud istefaya buraxılmağa attestasiya 
edilmiş zabitlərin nəzarət siyahılarını tərtib etmək (14 saylı əlavə).
108. Attestasiya dövrü başa çatdıqda komandirlər və rəislər zabit heyətinin attestasiya 
edilməsi üzrə aparılmış işə yekun vururlar və bu, komanda üzrə təqdim edilən məruzədə 
aşağıdakı şəkildə əks etdirilir: 
müsbət iş təcrübəsi
attestasiya keçirilərkən baş vermiş çatışmazlıqlar; 
zabit heyətinin attestasiya edilməsinin gələcəkdə təkmilləşdirilməsinə yönəldilmiş 
təkliflər.
Məruzəyə attestasiya keçirmənin nəticələri haqqında məlumatlar əlavə olunur. Həmin 
məlumatlar bundan başqa attestasiya dövründə hər ay artan yekun kimi təqdim edilir. 
109. Attestasiyalararası dövrdə hərbi hissələrdəki xidmət yerində, gəmilərdə və 
birləşmələrdə zabitlərin peşə hazırlığının fərdi uçotu aparılır, onun nəticələri növbəti 
attestasiyada nəzərə alınır. Zabitlərin peşə hazırlığının fərdi uçot vərəqələri hər il bu 
Əsasnaməyə 15 nömrəli əlavədə göstərilən forma üzrə attestasiyalararası dövr üçün işlənilir. 
Onlar şəxsi işdə saxlanılır, zabitin yeni xidmət yerinə göndərilir və təlim ilinin sonunda zabitlə 
söhbət və attestasiya keçirmə zamanı nəzərə alınır və attestasiya keçirmə qurtardıqda məhv 
edilir. 
Attestasiyalararası dövrdə xidmət yerinin dəyişdirilməsinə, ehtiyata və ya istefaya təqdim 
olunan zabit heyətindən olan şəxslər üçün axırıncı attestasiya vərəqəsində əks olunmayan, 
lakin qərar qəbul edilməsi üçün zəruri olan xarakterik məlumatlar yerdəyişmə (tərxis) 
təqdimatında göstərilir. 
Xidmət müddəti müəyyən edilmiş yerlərdə yerdəyişmə, təhsil almağa göndərmə zamanı, 
eləcə də digər hallarda əgər sonuncu attestasiya vərəqəsinin təsdiq edildiyi gündən 1 ildən 
artıq vaxt keçibsə, zabitlərə birbaşa rəislərin tələbi ilə xidməti xasiyyətnamələr yazılır. 
110. Gizirlərin və miçmanların attestasiyası dinc dövrdə beş ildə bir dəfə, onların hərbi 
hissəyə həqiqi hərbi xidmətə könüllü daxil olması barədə öhdəliyin sona çatdığı il keçirilir. 
Gizirlərin və miçmanların attestasiya keçirmə qaydaları zabitlər üçün olduğu kimi keçirilir 
(bu Əsasnamənin 86, 88 — 93, 95 — 108-ci maddələri). 
111. Gizirlərin və miçmanların attestasiya vərəqələri dekabr ayında gələn il üçün tərtib 
edilmiş təqvim planına uyğun olaraq aşağıdakı qaydada aparılır: 
attestasiyadan keçənin soyadı, adı və atasının adı, attestasiya müddəti, attestasiya 
aparanların soyadı, attestasiya komissiyası iclasının protokolunun tarixi və sayı, attestasiya 
vərəqəsinin hərbi hissənin komandiri tərəfindən təsdiqinin tarixi; 


 attestasiyanın nəticəsi; 
attestasiyanın nəticələrinin icrası barədə qeydlər.
Attestasiya planı hərbi hissə komandiri tərəfindən təsdiq olunur. 
112. Gizirlərin və miçmanların attestasiya vərəqəsində bu Əsasnamənin 93-cü maddəsində 
attestasiyanın nəticələri barədə sadalanan təkliflərdə, həmçinin həqiqi hərbi xidmət 
müddətinin uzadılmasının məqsədəuyğunluğu göstərilir. 
113. Gizirlərin və miçmanların attestasiya vərəqələri hərbi hissə komandiri tərəfindən 
təsdiq edilir. 
Attestasiya nəticələrinin icrasına nəzarəti hərbi hissələrin müvafiq qurumları həyata keçirir. 
V I I I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin