«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   8   9   10   11   12   13   14   15   ...   48
herbi xidmet kecme

HƏQİQİ HƏRBİ XİDMƏTDƏN BURAXILMA
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi 
xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: 
a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə 
dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; 
b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim 
komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya 
buraxılırlar. 
Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu 
maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə 
əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək 
hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar 
isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. 
Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin 
vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» 
bəndinə əsasən yerinə yetirilir. 
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata 
buraxılırlar: 
a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); 
b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; 


 v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə 
isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız 
sayılanlar; 
q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə 
onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularından başqa); 
d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçuları). 
Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: 
uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların 
xahişi ilə; 
hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər 
ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri 
həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; 
mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə
qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü 
səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); 
həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən 
«Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci 
maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; 
e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından 
başqa); 
ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi 
hərbi xidmət hərbi qulluqçularından başqa); 
j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş 
zabitlər. 
157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 
a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda; 
b) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq 
hərbi uçotdan çıxarıldıqda. 
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) 
edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: 
a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; 
52
b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara 
məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə 
salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya 
nəticəsində cəza çəkməkdən azad edilənlər. 
Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim 
edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün 
göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum 
edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi 
qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni 
qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş 
hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən 
buraxılırlar. 
53
Bu maddənin «b» bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası 
çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan
vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 


 Şərti məhkum edilmiş, yaxud cəzasının icrası təxirə salınmaqla məhkum edilmiş və 
müvafiq birbaşa rəislər tərəfindən həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçuların 
davranışlarına nəzarət müəyyən edilmiş qayda ilə hərbi hissə komandirləri tərəfindən həyata 
keçirilir. 
Göstərilən həqiqi hərbi xidmətdə saxlanılan şəxslərin barəsində sonradan buraxılma üçün 
qərar verildiyi hallarda buraxılma belə icra olunur: 
sınaq müddəti, yaxud hökmün icrası başa çatanadək (hökmün çıxarıldığı gündən iki ildən 
çox keçməmək şərti ilə) — bu maddənin «b» bəndi ilə şərti məhkum olunması, yaxud hökmün 
icrasının təxirə salınması və müttəhimin cəzasını azadlıqdan məhrum olunma kimi çəkmək 
üçün göndərilməsi barədə məhkəmə qərardad çıxardıqda, bu maddənin «a» bəndi ilə; 
sınaq müddəti, yaxud hökmün icrasının təxirə salınması qurtardıqdan sonra və bundan 
asılı olmadan şərti olaraq, hökmün çıxarılmasından iki il ötdükdən sonra bu Əsasnamənin 156 
və 157-ci maddələrində nəzərdə tutulmuş tələblər əsasında.
Xidməti vəzifəsini yerinə yetirərkən xəstələnmiş, yaxud xəsarət (yaralanma, travma, 
kontuziya) almış hərbi qulluqçular həmçinin sınaq, yaxud hökmün icrasının təxirə salınma 
müddətləri başa çatmadan bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslara görə 
ehtiyata, yaxud istefaya buraxıla bilərlər.
54
Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular 
bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. 
Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud 
qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş 
hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı 
olmayan vəzifəyə bərpa olunurlar. 
Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum 
edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu 
Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi 
qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar. 
55
159. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarələrə və onlara 
tabe olan idarələrə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçular bu Əsasnamənin 
156 və 157-ci maddələrində göstərilən əsaslarla, həmin orqanların, idarə və təşkilatların
təqdimatı ilə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar. 
160. Dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı 
qaydada həyata keçirilir: 
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları 
vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə — hərbi hissə komandiri, 
ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; 
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirləri, 
onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; 
gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və 
onlardan yuxarı rəislər tərəfindən; 
zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən buraxılırlar.
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi 
qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları 
(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim 


etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda 
onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya 
təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada 
məlumat vərəqəsi tərtib edilir. 
56
Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun 
xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa 
təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı
müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. 
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli 
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. 
Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində 
buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və 
üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra 
qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri 
müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. 
Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan 
hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət 
buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən hərbi uçotdan
çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad 
olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim 
komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. 
Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: 
polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — 
bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; 
korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya 
onun müavini tərəfindən; 
Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün 
rəisi tərəfindən; 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə 
rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; 
polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr 
(qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən; 
general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən.
Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların 
nümayəndələri cəlb edilirlər. 
Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi 
mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola 
biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. 
İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) 
göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi 
suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər
səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. 
Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi 
buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 
Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 


 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular 
(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə 
yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə 
göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu 
məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə 
əsasən göndərilməyə bilərlər: 
həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda 
pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər.
Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə 
buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə 
buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. 
Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə 
yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında 
Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı 
Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata 
keçirilir. 
164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 
158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) 
qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası
və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə 
ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim 
formasını daşımaq hüququ verilə bilər. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya 
istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından 
başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qüsursuz xidmətlərinə görə buraxılan 
hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində 
təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri 
yerinə yetirilir. 
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən 
edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı 
Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş 
miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. 
Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan 
şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ 
barədə vəsiqə verilir. 
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi 
hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. 
Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini 
və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı şəkildə təntənəli yola salma mərasimi keçirilir: 
həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə 
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli 
yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi ilə (16 saylı 
əlavə); 
həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi 
heyətinin iclasında.


 Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə 
görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla 
hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. 
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi 
hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı 
Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi 
komissarlıqlara, yaxud digər orqanlara göndərilir. 
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri 
üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların 
(diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. 
Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) 
buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları 
tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə 
buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. 
Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti
orqanının əmri ilə elan edilir. 
166. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü 
həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı 
gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin 
dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, 
habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. 
167. Ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə 
hərbi rütbədən məhrum edilən hərbi qulluqçular «Azərbaycan Respublikası Silahlı Qüvvələri 
şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin 
düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus 
(diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan 
bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi 
qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun 
xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra 
hakimiyyəti orqanının əmri ilə həyata keçirilir. 
Əgər hərbi qulluqçu: 
a) Azərbaycan Respublikasının müdafiəsi zamanı və ya başqa hərbi xidmət vəzifələrinin 
icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində;
57
b) hərbi əməliyyatlarda iştirak edən birləşmələrin və birliklərin tərkibinə daxil olan hərbi 
hissələrdə, qərargahlarda və ya idarələrdə hərbi xidmətkeçmə zamanı xəstələnmə nəticəsində; 
v) «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu ilə 
müəyyən edilən hallarda hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə 
bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində 
həlak olmuşsa (ölmüşsə), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının
siyahısından çıxarılma barədə əmrdə, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası ilə 
bağlı ölümünün səbəbləri göstərilir. 
58


 Əmlak və ya digər mülki hüquq məsələlərinin həllinə ehtiyac olduqda, hərbi qulluqçunun 
məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunması Azərbaycan 
Respublikasının mülki qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 
Törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi 
qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası barədə sərəncamı hərbi 
hissəyə daxil olduğu andan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi 
qulluqçularının siyahısından çıxarılırlar. 
59
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 
156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı 
qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə
əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. 
X I I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin