Hematologiya ixtisası üzrə nümunəvi test sualları Hematologiyanın ümumi məsələləri


) Antitrombin III-nun aktivliyinin normal göstəriciləri hansılardır?



Yüklə 0,84 Mb.
səhifə15/16
tarix29.12.2016
ölçüsü0,84 Mb.
#3866
1   ...   8   9   10   11   12   13   14   15   16

943) Antitrombin III-nun aktivliyinin normal göstəriciləri hansılardır?

A) 110-120%

B) 80-90%

C) 80-120%

D) 100-120%

E) 60-120%


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
944) Antikoaqulyant terapiyanın fəsadlarına aşağıdakılardan hansı aid deyil?

A) Qanın laxtalanma müddətinin uzanması

B) Antitrombin III defisitinin dərinləşməsi

C) Heparin trombositopeniyası

D) Qanın axma müddətinin uzanması

E) Qanaxmanın güclənməsi


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
945) Hansı hallarda təzə dondurulmuş plazma köçürülmür?

A) Damardaxili laxtalanma sindromunun II mərhələsində

B) AT III defisiti olmayan xroniki damardaxili laxtalanma sindromu zamanı

C) Damardaxili laxtalanma sindromunun hipokoaqulyasiya mərhələsində

D) AT III defisiti ilə muşayiət olunan xroniki damardaxili laxtalanma sindromu zamanı

E) AT III defisiti ilə gedən damardaxili sindromunun hiperkoqulyasiya fazasında


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
946) Damardaxili laxtalanma sindromu anemiya ilə müşayiət olunduqda hansı saxlanma müddəti olan eritrosit kütləsinin köçürülməsi məsləhətdir?

A) 10 günədək

B) 7 günədək

C) 3 günədək

D) 12 günədək

E) 5 günədək


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
947) Trombosit kütləsinin köçürülməsi hansı hallarda məsləhət görülmür?

A) Qlansman trombositasteniyası

B) Trombositopatiyalar

C) Damardaxili laxtalanma sindromu

D) Ameqakariositar trombositopeniya

E) İmmun trombositopeniyalar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
948) Hemorragik vaskulit üçün nə xarakterdir?

A) Purpura-vaskulit tipli qanaxma

B) Orta kalibirli arteriyaların zədələnməsi

C) Hematom tipli qanaxma

D) Trombositar-damar hemostazının pozulması

E) İri kalibirli arteriyaların zədələnməsi


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
949) Trombositar-damar hemostazını xarakterizə edən metodlara aşağıdakılardan hansı aid deyil?

A) Trombositlərin miqdarının təyini

B) Qan laxtasının retraksiyasının təyini

C) Qanaxma müddətinin təyini

D) Trombositlərin aqreqasiya funksiyalarının təyini

E) Trombin vaxtının təyini


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
950) Trombositlər hemostaz prosesində hansı funksiyaları yerinə yetirir?

A) Qan laxtalanma və fibrinoliz proseslərində iştirak edir və bu prosesləri tənzimləyir

B) Qan divarının reparasiyası, yerli iltihab və immunitet proseslərində iştirak edir və bu prosesləri stimullaşdırır

C) Trombositlər adgeziya və aqreqasiya olunmaqla ilkin hemostazın başlanmasına rəvac verir

D) Sadalananların hamısı

E) Xırda qan damarları divarının struktura və funksiyasının normal fəaliyyətinə imkan yaradır və antigiotrofik funksiyanı həyata keçirir


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
951) Trombotik trombositopenik purpuraya xas olan əsas kriteriyalar hansılardır?

A) Sadalananların hamısı

B) Trombositopeniya

C) Nevroloji dəyişikliklər və böyrək çatışmazlığı

D) Mikroangiopatik hemolitik anemiya

E) Yüksək hərarət


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн Москва 1997.
952) Ameqakariositar trombositopeniyalara nə aiddir?

A) Qanyaranma aparatına şüa və toksik təsirlər nəticəsində inkişaf edən trombositopeniyalar

B) Leykozlar, mielom xəstəliyi və d. xəstəliklər zamanı sumuk iliyinin metoplaziyası nəticəsində baş verən trombositopeniyalar

C) Hipo və aplastik anemiyalar zamanı meydana çıxan trombositopeniyalar

D) Orqanizmdə trombositopoetinin əmələ gəlməsinin pozulması nəticəsində meydana çıxan trombositopeniyalar

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
953) DDL-sindromu hansı hallarda meydana çıxa bilər?

A) Bütün sadalanan hallarda

B) Damardaxili hemoliz zamanı

C) Şokun bütün növlərində

D) Yayılmış infeksiyalarda

E) Yanıqlar zamanı


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007
954) DDL-sindromunun III stadiyası (mərhələsi) üçün nə xarakterik deyil?

A) Antitrombin III defisiti

B) Hiperkoaqulyasiya əlamətləri

C) Trombositopeniya

D) Dərin hipokoaqulyasiya

E) Trombositopatiya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
955) Əgər xəstədə petexial-ləkəli tip qanaxma varsa, qanaxma müddəti uzanmışdırsa, o zaman hansı xəstəliklər haqqında fikirləşmək lazımdır?

A) Hemorragik vaskulit

B) Hemolotik anemiya

C) Talassemiya

D) Trombositopeniya, trombositopatiya

E) Hemofiliya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
956) DDL-sindromunun laborator diaqnostikasına aşağıdakılardan hansı aiddir?

A) Saxaroza sınağı

B) Xem sınağı

C) Eritrositlərin osmotik rezistentliyinin təyini

D) Antitrombin III-nun təyini

E) Duz Kumbs sınağı


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
957) İkincili immun trombositopeniyalar hansı xəstəliklər zamanı qeyd olunur?

A) Antifosfolipid sindromu

B) Xroniki limfoleykoz

C) Hockin limfoması

D) Qeyri-Hockin limfoması

E) Sadalananların hamısında


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
958) İdiopatik trombositopenik purpuranın kompleks müalicəsinə nə daxildir?

A) Splenektomiya

B) Sadalananların hamısı

C) Venadaxili immunoqlobulinlər

D) Sitostatik preparatlar

E) Qlukokortikoidlər


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
959) Qazanılmış trombositopatiyalar hansı xəstəliklər zamanı rast gəlinir?

A) Mielom xəstəliyi, Valdenstrem xəstəliyi, qammapatiyalar

B) Sadalananların hamısı düzdür

C) Mieloproliferativ xəstəliklər

D) Sirrozlar və qaraciyərin parazitar xəstəlikləri

E) Hemoblastozlar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
960) Hemofiliyanın diaqnostikasında aşağıdakılardan hansı əhəmiyyət kəsb edir?

A) Qanaxma müddətinin təyini

B) Fibrinogenin təyini

C) Plazminogenin təyini

D) Protrombinin təyini

E) Aktivləşmiş hissəvi tromboplastın vaxtının təyini


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
961) Əgər idiopatik trombositopenik purpuralı xəstədə trombositlərin miqdarı 20000-dən aşağıdırsa, selikli qişalardan qanaxma varsa, müalicədə ilk növbədə nə istifadə olunur?

A) Təzə dondurulmuş plazma

B) Eritrosit kütləsi transfuziyası

C) Bütöv qan transfuziyası

D) Epsilon-aminokapron turşusu

E) Yüksək dozada qlükokortikoidlər


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
962) Qan laxtalanma sisteminə daxil olmayan komponent hansıdır?

A) Laxtalanma faktorları

B) Damar (endotelial) komponenti

C) Plazma komponentləri

D) Qırmızı qan hüceyrələri

E) Trombositar komponent


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
963) Antitrombin III-nun defisiti hansı hallarda inkişaf edir?

A) Nefrotik sindrom, mədə-bağırsaq traktının xəstəlikləri zamanı

B) Uzunmüddətli heparinlə müalicə zamanı

C) İrsi pozğunluqlarda

D) Bəzi medikamentoz preparatların təyini zamanı

E) Sadalananların hamısında


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
964) Hemostaz sisteminin aktivləşməsinin əsas mexanizmlərinə nə aiddir?

A) Onkoloji xəstəliklər

B) Toxuma substratının intensiv azad olması

C) Sadalananların hamısı

D) Hemostazın kontakt yolu ilə aktivləşməsi

E) Təbii antikoaqulyantların defisiti


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
965) DDL sindromunun əsas klinik əlamətlərinə nə aiddir?

A) Toxuma disfunksiyası

B) Sadalananların hamısı

C) Mikrotrombozlar

D) Qanaxma

E) Hədəf orqanların zədələnməsi


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
966) DDL sindromunun müalicəsinin əsas prinsiplərinə nə aiddir?

A) Dezaqreqantlar və reoloji preparatlar

B) Proteazların polivalent ingibitorları

C) Antikoaqulyant terapiya

D) Sadalananların hamısı

E) Təzə dondurulmuş plazma, AT III preparatları ilə əvəzedici terapiya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
967) Massiv hemotransfuziya nəticəsində DDL sindromunun inkişafına səbəb olan faktorlar hansılardır?

A) Trombositopeniya

B) Sadalananların hamısı

C) Dilyusion koaqulopatiya

D) Trombositopatiya

E) Mikroemboliya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
968) Bunlardan hansı qanın ilkin fizioloji antikoaqulyant sisteminə aid deyil?

A) Protein S

B) Fibrinogenin deqradasiya məhsulları

C) Antitrombin III

D) Protein C

E) Endogen heparin


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания .А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
969) Qanın laxtalanma prosesi və fibrinoliz zamanı əmələ gələn ikincili antikoaqulyantlara nə aid deyil?

A) Antitrombin I

B) Fibrinogenin deqradasiya məhsulları

C) Protein C

D) Fibrinin deqradasiya məhsulları

E) V a, VIII a faktorlarının derivatları


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
970) İlkin hemostazda trombositlərin rolu nədir?

A) Damarların zədələnmə nahiyələrində reparasiya proseslərini həyata keçirməsi

B) Aqreqasiya və adgeziya

C) Plazma hemostazında iştirak etməsi

D) Sadalananların hamısı

E) Anqiotrofik funksiya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертыванияА.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
971) Damardaxili laxtalanma sindromu hansı leykoz üçün daha xarakter klinik əlamətdir?

A) Kəskin mieloblast leykoz

B) Kəskin monoblast leykoz

C) Kəskin promielositar leykoz

D) Kəskin limfoblas leykoz

E) Kəskin eritromieloz


Ədəbiyyat: M,E.Vud, P.A.Bann. Sekretı qematoloqii i onkoloqii, 2001
972) Qanda hansı faktorun çoxluğu qanın laxtalanma vaxtını uzadır (hipokoaqulyasiya)?

A) Villebrandt faktoru

B) Plazminogen

C) Parakoaqulyasiya məhsulları

D) Trombositlərin faktoru

E) Antitrombin III


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.130
973) Damardaxili laxtalanmada bu faktorlardan hansı hemorragik fəsadlarla nəticələnir?

A) Burada sadalanan bütün patologiyaların hamısı

B) Trombositopeniya

C) Mikrotrombozun əmələ gəlməsi

D) Fibrin monomer komplekslərin konsentrasiyasının çoxalması

E) Trombositopatiya


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.130
974) Sağ aşağı ətrafın sınığı və qanaxmaya görə xəstəyə 5 saat muddətində qoyulmuş jqut ilə əlaqədar cərrahi tədbirlərlə yanaşı hansı təxirəsalınmaz yardım göstərilməlidir?

A) 1 litr təzə dondurulmuş plazma transfuziyası

B) Zədələnmiş ətrafın amputasiyası

C) 1 doza eritrosit kütləsinin transfuziyası

D) Plazmaferez prosedurası

E) Sadalanan tədbirlərdən heç biri


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.130
975) Yayılmış miokard infarktı, 3 sutka ərzində «Kofe» rəngli qusma, endoskopiyada mədədə çoxsaylı eroziya. Nə etməli?

A) Təzə dondurulmuş plazma

B) E-aminokapron daxilə

C) Cərrahi əməliyyat

D) E-aminokapron turşusu

E) Vikasol+CaCl2


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.134
976) Hansı xəstəlikdə sümük iliyində trombositlərin hasili azalır?

A) Trombotik trombositopenik purpurada

B) Aplastik anemiyada

C) Qapten mənşəli trombositopeniyada

D) Polisitemiyanın yayılmış stadiyasında

E) İdiopatik trombositopenik purpurada


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.134
977) Miokardın infarktı, xəstə 2.500 T.V. x 4 dəfə heparin alır. Mədə-bağırsaq qanaxması (mədənin eroziyası) baş verməsinin səbəbi nədir?

A) Antitrombin III irsi defisiti

B) Kəskin trombositopeniya

C) Fibrinolizin aktivləşməsi

D) Heparinin dozasının artıqlığı

E) Damar daxili laxtalanma sindromu


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.134
978) Təzə dondurulmuş plazma damardaxili laxtalanma olduqda hansı sürtələ yeridilməlidir?

A) 1500 ml sutkada

B) 500 ml sutkada

C) 700-1000 ml sutkada

D) 2000 ml sutkada

E) Şırınq üsulu ilə


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
979) Damardaxili laxtalanma zamanı plazmaferez olunduqda necə ml plazmanın eksfuziya edilməsi lazımdır?

A) 400-500 ml

B) 300-400 ml

C) 1500-2000 ml

D) 600-700 ml

E) 800-1000 ml


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
980) Heparin damardaxili laxtalanmada laxtalanmanın hansı göstərici ilə terapevtik effektliyi yerinə yetirir?

A) Antitrombin III

B) XIII faktor

C) VII-faktor

D) Faktor V

E) Protrombinaza-faktor Xa


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
981) Trombotik trombositopenik purpura üçün bu sindromlardan hansı xarakter deyil?

A) Nevroloji dəyişikliklər

B) Böyrək funksiyasının pozulması

C) Hipotireoz əlamətləri

D) Trombositopeniya

E) Mikroanqiopatik hemolitik anemiya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
982) İmmun trombositopenik purpurada trombositlərə qarşı anticismin əmələ gəlməsində hansı sinif immunoqlobulin iştirak edir?

A) İgD


B) İgM

C) İgA


D) İgG

E) İgE
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001


983) Trombositopenik purpurada hemoqrammada trombositopeniyadan başqa daha hansı dəyişikliklər baş verir?

A) Limfositopeniya

B) Sola meyillilik

C) Mmonositoz

D) Anemiya

E) Neytrofillərin hiperseqmentasiyası


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
984) Trombositopenik purpuranın diaqnozunu qoymaq üçün bu gün konkret, dəqiq müayinə metodu hansıdır?

A) Mövcud deyil

B) Trombositə qarşı antitelin təyini

C) Fosfolipidlərin analizi

D) Steroidlərə qarşı hüceyrə reseptorlarının öyrənilməsi

E) HLA-sistemin müayinəsi


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
985) Xronik trombositopenik purpura hansı yaş dövründə və cinsdə çox rast gəlinir?

A) Ahıl şəxslərdə

B) Yeniyetmələrdə

C) 20-40 yaşda qadınlarda

D) 20-40 yaşlı kişilərdə

E) 10 yaşa qədər uşaqlarda


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
986) İmmun trombositopenik purpurada splenomeqaliya aşkar olunur?

A) 70-80% hallarda splenomeqaliya

B) Dalaq böyük ölçülərdə sərt konsistensiyalı

C) 10-20% hallarda mötədil splenomeqaliya

D) Splenomeqaliya 100% hallarda

E) Dalaq böyük ölçülərdə yumşaq konsistensiyalı


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
987) İmmun trombositopenik purpurada ən qorxulu ağırlaşma hansıdır?

A) Petexial tipli hemorragiya

B) Kəllə daxilinə spontan qanaxma

C) Burun qanaxması

D) Dəridə qansızma

E) Hematuriya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
988) İmmun trombositopenik purpuranın müalicəsində geniş istifadə edilir:

A) Virusəleyhinə preparatlar

B) Antibakterial terapiya

C) Təzə dondurulmuş plazma

D) Trombosit transfuziyası

E) Steroid preparatlar


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
989) İmmun trombositopenik purpurada splenektomiyaya əks göstəriş nədir?

A) Xolesistit

B) Nefrolitiaz

C) Hipotireoz

D) Şəkərli diabet

E) Steroid terapiya aparılmadan


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
990) Bu qrup xəstəliklərin hansında reaktiv trombositoz qeyd edilmir?

A) Kəskin və xronik infeksiyada

B) Onkoloji xəstəliklərdə

C) Splenektomiyadan sonraki halda

D) Kəskin respirator xəstəlikdə

E) Dəmir defisitli anemiyada


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
991) Qaraciyər serrozu olan xəstədə çəkilmiş diş yerindən qanaxma var. Trombosit 18,0x109/l, protr. miq. 85%, fibrinogen 3,5 qr/l. Qanaxmanın səbəbi nədir?

A) Sadalananların heç biri düz deyil

B) Trombositopeniya

C) Trombositopaliya

D) İntoksikasiya mənşəli damar daxili laxtalanma sindromu

E) Müştərək K-vitaminindən asılı faktorların defisiti


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
992) Bu xəstəliklərin hansında trombositlərin parçalanması nəticəsində trombositopeniya baş verir?

A) Aplastik anemiya

B) Meqakariositar leykoz

C) Kəskin mieloblast leykoz

D) Vit. B12 defisiti

E) Qırmızı qurd eşənəyi


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
993) Xəstədə burun qanaxması, yayılmış dəri hemorragiyası qeyd olunur. 7 il əvvəl qlomerulonefrit keçirib, hazırda Hb 78 q/l, tromb. 60,0•109/l, müsbət etanol sınağı. Sizin düzgün taktikanız nədən ibarət olmalıdır?

A) Heparin, dezaqreqant, təzə dondurulmuş plazma, hemodializ

B) Plazmaferez, vikasol, təzə dondurulmuş plazma

C) Qemodializ, vikasol

D) Plazmaferez, təzə dondurulmuş plazma

E) Heparin, dezaqreqant, təzə dondurulmuş plazma


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
994) Xəstənin dərisində göyərmə, spontan burun qanaxması qeyd olunur, 4 hamiləlik bətndaxili düşüklə nəticələnmişdir. Trom. 120•109/l, protr. miq. 85%, fibrinogen 2,0 qr/l. Hemostazın pozulma mexanizmi nə ilə əlaqədardır?

A) İdiopatik trombositopenik purpura

B) Antifosfolipid sindromu

C) Trombotik trombositopenik purpura

D) Trombositopatiya

E) Xronik damardaxili laxtalanma


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
995) Bu halların hansında damardaxili laxtalanma sindromu diaqnozu qoymaq olar?

A) Sepsisli xəstədə burun qanaxması, dəridə göyərmə, mədədə hemorragik eroziya olduqda

B) Plevranın empieması olan xəstədə qentamisinlə terapiya fonunda kəskin böyrək çatışmazlığı

C) Doğuşdan sonra massiv qanaxma

D) Qırmızı qurd eşənəkli xəstədə hemorragik sindrom və trombositopeniya

E) Fibrinin deqradasiya məhsullarının yüksəlməsi


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
996) Hamiləlik nefropatiyası olan qadında doğuş zamanı uşaqlıq qanaxması baş vermişdir. Uşaqlıq boşluğu əllə yoxlanılmış, CaCl2+Vikasol, 1500 ml eritrosit kütləsı köçürülmüşdür. Son sutka davamlı qanaxma, t 38,50C, diurez=500 ml olmuşdur. Söhv nədədir?

A) Sadalananların hamısı

B) Uşaqlığın əllə müayinəsi və CaCl2, vikasol təyin edilməsi lazım deyildi

C) Hemotransfuziyanın aparılması lazım deyildi

D) Hemorragik sindrom, damar daxili laxtalanma əlaməti kimi qiymətləndirilməmişdir

E) Damardaxili laxtalanmanı təsdiqləyən elementar laborator müayinə aparılmamışdır


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
997) Damardaxili laxtalanma sindromuna münasibətdə düzgün olmayan nədir?

A) Damardaxili laxtalanma sindromu diaqnozu klinik və laborator əlamətlərlə təsdiq edilməlidir

B) Damardaxili laxtalanma sindromu sərbəst xəstəlikdir

C) Kəskin böyrək çatışmazlığı damardaxili laxtalanma sindromu ilə nəticələnir

D) Doğuş vaxtı qanaxmaların əsas səbəbi damardaxili laxtalanma sindromudur

E) Damardaxili laxtalanma sindromda damardaxili koaqulopatiya korreksiya olunmur


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
998) Qadınlarda hansı fizioloji hallarda trombositlərin miqdarı 25-50%-ə qədər azala bilər?

A) Menopauza dövründə

B) Hamiləlik dövründə

C) Menstruasiya sikli dövründə

D) Yuxu zamanı

E) Zahıllıq zamanı


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
999) Bu xəstəliklərin hansında trombositopeniya baş verir?

A) Kəskin hemolizdə

B) Qaraciyər serrozunun başlanğıcında

C) Vit. B12 defisitli anemiyada

D) Splenektomiyadan sonra

E) Mielofibrozda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
1000) Bu xəstəliklərin hansında trombositopeniya trombositlərin sekvestrasiyası nəticəsində baş verir?

A) Fankoni anemiyasında

B) Trombositopenik purpurada

C) Vit. B12 defisitli anemiyada

D) Aplastik anemiyada

E) Leykozlarda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
1001) Xəstədə melena qeyd olunur. Aktivləşmiş hissəvi trombin vaxtı 46 san., protrombin indeksi 85%, fibrinogen 3,0 qr/l. Hansı müalicə məsləhətdir?

A) Qastroskopiyanın köməkliyi ilə mədə xorasının lazerlə müalicəsi

B) Blekmor zondunun tətbiqi

C) Mədənin rezeksiyası

D) Vikasol, CaCl2, E-aminokapron turşusunun venaya yeridilməsi

E) Daxilə E-aminokapron turşusunun tətbiqi


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
1002) Bu xəstəliklərin hansında mikrotrombovaskulit baş vermir?

A) Hemorragik vakulitdə

B) Splenektomiyadan sonrakı trombositozda

C) Trombotik trombositopenik purpurada

D) Hemolitik-uremik sindromda

E) Hemorragik infeksion qızdırma xəstəliklərində


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004.
1003) Bu patologiyaların hansında VIII faktorun göstəricisi azalmır?

A) VIII faktorun qazanılmış ingibisiyasında

B) Damar daxili laxtalanma sindromunda

C) Hemofiliya A-da

D) Autoimmun trombositopenik purpurada

E) Villebrand xəstəliyində


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin