Hematologiya ixtisası üzrə nümunəvi test sualları Hematologiyanın ümumi məsələləri


) Bu xəstəliklərin hansında sümük iliyində dizmielopoez baş verir?



Yüklə 0,84 Mb.
səhifə10/16
tarix29.12.2016
ölçüsü0,84 Mb.
#3866
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

609) Bu xəstəliklərin hansında sümük iliyində dizmielopoez baş verir?

A) Həqiqi polisitemiyada

B) Xronik limfoleykozda

C) Kəskin mieloid leykozlarda

D) Qeyri Xockin limfomasında

E) Limfoqranulomatozda


Ədəbiyyat: М.Э. Вуд Секреты гематологии и онкологии 2001 Невский диалект
610) Mielofibroz üçün bu əlamətlərdən hansı xarakterik deyildir?

A) Ossalgiya

B) Trombositoz

C) Leykositoz

D) Splenomeqaliya

E) Hepatomeqaliya


Ədəbiyyat: Yalçin A Klinik hematoloji. 2001
611) Hansı neoplastik xəstəliklərin finalında mielofibroz inkişaf edir?

A) Tüklü hüceyrəli leykozda

B) Xronik mieloleykozda

C) Həqiqi polisitemiyada

D) Sadalananların hamısında

E) Kəskin meqakarioblast leykozda


Ədəbiyyat: Yalçin A Klinik hematoloji. 2001
612) Hansı klinik əlamətlər tüklü hüceyrəli leykozu xarakterizə edir?

A) Sadalananların hamısı

B) Pansitopeniya

C) Splenomeqaliya

D) Hepatomeqaliya

E) Halsızlıq , yorğunluq


Ədəbiyyat: Yalçin A. Klinik hematoloji. 2001
613) FAB təsnifatına görə mielodisplastik sindromlara nə aiddir?

A) Halqavari sideroblastlarla refrakter anemiya

B) Xronik mielomonositar leykoz

C) Refrakter anemiya

D) Sadalananların hamısı

E) Blastların artığlığı ilə refrakter anemiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
614) Qara rəngli sidiyin meydana çıxması hansı xəstəlik üçün xarakter deyil?

A) İgG sinfinin soyuq anticcisimləri ilə olan autoimmun anemiyası

B) Markiafava-Mikelli anemiyası

C) İrsi sferositoz

D) Marş hemoqlobinuriyası

E) İstilik hemolizinləri ilə autoimmun hemolitik anemiyası


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
615) Xronik mieloid leykoza xas olan anomal xromosom necə adlanır?

A) Çikaqo xromosomu

B) Nyu-York xromosomu

C) Filadelfiya xromosomu

D) Vaşinqton xromosomu

E) San-Fransisko xromosomu


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.

Anemiyalar

616) Eritrositlərdə S hemoqlobininin sintezi nəyin inkişafına gətirib çıxarır?

A) Oraqvari-hüceyrəli anemiyaya

B) Dəmir defisitli anemiyaya

C) Normoxrom anemiyaya

D) Aplastik anemiyaya

E) Meqaloblast anemiyaya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
617) Tərkibində anomal hemoqlobin olan eritrositlərə nə xasdır?

A) Hemoqlobinin həll ola bilməsinin dəyişilməsi

B) Eritrositlərin rezistentliyinin dəyişilməsi

C) Sadalananların hamısı

D) Oksigenə yaxınlığın dəyişilməsi

E) Xarici faktorlara davamlılığın azalması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
618) Talassemiya nədir?

A) Hemoqlobinuriyadır

B) Keyfiyyət hemoqlobinopatiyasıdır

C) Kəmiyyət hemoqlobinopatiyasıdır

D) Anomal hemoqlobinin olmasıdır

E) Struktur hemoqlobinopatiyasıdır


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
619) Talassemiya nədir?

A) Kəmiyyət hemoqlobinopatiyasıdır

B) Anomal hemoqlobinin olmasıdır

C) Struktur hemoqlobinopatiyasıdır

D) Keyfiyyət hemoqlobinopatiyasıdır

E) Hemoqlobinuriyadır


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
620) Beta-talassemiyada nə müşahidə edilir?

A) Qlobinin beta-zəncirlərinin sintezinin artması

B) Qlobinin alfa-zəncirlərinin sintezinin azalması

C) Qlobinin beta-zəncirlərinin sintezinin azalması

D) Qlobinin alfa-zəncirlərinin sintezinin artması

E) Qlobinin qamma-zəncirlərinin sintezinin artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
621) Alfa-talassemiyada nə müşahidə edilir?

A) Qlobinin beta-zəncirlərinin sintezinin artması

B) Qlobinin alfa-zəncirlərinin sintezinin azalması

C) Qlobinin beta-zəncirlərinin sintezinin azalması

D) Qlobinin qamma-zəncirlətrinin sintezinin artması

E) Qlobinin alfa-zəncirlərinin sintezinin artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
622) Eritrositar enzimopatiyalara nə xasdır?

A) Hemoqlobinin sintezinin pozulması

B) Ferment sistemlərinin defisiti

C) Hemin strukturunun dəyişilməsi

D) Sadalananların hamısı

E) Qlobinin strukturunun dəyişilməsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
623) Eritrositar enzimopatiyaların ən çox rast gəlinəni hansıdır?

A) Qeksokinazanın defisiti

B) Enolazanın defisiti

C) Piruvatkinazanın defisiti

D) Aldolazanın defisiti

E) Qlukoza-6-fosfatdehidrogenazanın defisiti


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
624) Həb şəklində olan dəmirqovucu preparat hansıdır?

A) İmatinib

B) Deferipron

C) Rituksimab

D) Bortezomid

E) Desferrioksamin


Ədəbiyyat: Guidelines for the clinical management of thalassaemia (2nd edition), Nicosia, 2007
625) Per os qəbul edilən dəmirqovucu (xelator) preparatı hansıdır?

A) Rituksimab

B) İmatinib

C) Bortezomid

D) Deferasiroks

E) Desferrioksamin


Ədəbiyyat: Guidelines for the clinical management of thalassaemia (2nd edition), Nicosia, 2007
626) Parenteral qəbul edilən dəmirqovucu (xelator) preparatı hansıdır?

A) Desferrioksamin (desferal)

B) Deferipron

C) Bortezomid

D) Deferasiroks

E) Rituksimab


Ədəbiyyat: Guidelines for the clinical management of thalassaemia (2nd edition), Nicosia, 2007
627) Talassemiyalı xəstələrdə artıq dəmirin çıxarılması üçün hansı preparatların kombinasiyası istifadə edilir?

A) Bortezomid + Deferasiroks

B) Deferipron + Rituksimab

C) Desferrioksamin + Deferasiroks

D) Desferrioksamin (desferal) + Deferipron

E) Deferasiroks + Deferipron


Ədəbiyyat: Guidelines for the clinical management of thalassaemia (2nd edition), Nicosia, 2007
628) Drepanotalassemiya hansı hemoqlobinopatiyalar üzrə ikili heteroziqotluqdur?

A) Beta-talassemiya və S hemoqlobinopatiya

B) Beta-talassemiya və C hemoqlobinopatiya

C) Beta-talassemiya və E hemoqlobinopatiya

D) Beta-talassemiya və D hemoqlobinopatiya

E) S hemoqlobinopatiya və E hemoqlobinopatiya


Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. (под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.
629) Xəstədə hemoqlobinin tərkibinə daxil olan alfa zəncirlərinin sintezinin sürəti azalanda hemoqlobinopatiyanın hansı forması inkişaf edir?

A) S hemoqlobinopatiya

B) Beta-talassemiya

C) D hemoqlobinopatiya

D) E hemoqlobinopatiya

E) Alfa-talassemiya


Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. (под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.
630) Xəstədə hemoqlobinin tərkibinə daxil olan beta zəncirlərinin sintezinin sürəti azalanda hemoqlobinopatiyanın hansı forması inkişaf edir?

A) S hemoqlobinopatiya

B) Beta-talassemiya

C) D hemoqlobinopatiya

D) E hemoqlobinopatiya

E) Alfa-talassemiya


Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. (под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.
631) Eritrositlərin orta həcmi hansı xəstəlik zamanı artır?

A) Oraqvarı hüceyrəli anemiya

B) Hemolitik anemiya

C) Talassemiya

D) B12 defisitli anemiya

E) Dəmir defisitli anemiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
632) Aşağıda göstərilən əlamətlərdən hipersplenizm sindromuna xas olanı seçin.

A) Anemiya, limfositoz, trombositopeniya

B) Anemiya, leykositoz, limfositoz, trombositopeniya

C) Anemiya, leykopeniya, trombositopeniya

D) Anemiya, leykosityoz, trombositopeniya

E) Anemiya, leykopeniya, limfositoz, trombositopeniya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
633) Mikrosferositoz zamanı Prays-Cons əyrisi necə dəyişir?

A) Bir neçə pik əmələ gəlir

B) Yeri dəyişilmir

C) Yerini sağa dəyişir

D) Yerini sola dəyişir

E) Cavabların heç biri düz deyil


Ədəbiyyat: Клиническая лабораторная аналитика (под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
634) Eritrosit membranlarının irsi defektləri eritrositlərin aşağıda göstərilən hansı patoloji formalarının əmələ gəlməsinə gətirib çıxarır?

A) Ovalositoza

B) Stomatositoza

C) Mikrosferositoza

D) Sadalananların hamısına

E) Akantositoza


Ədəbiyyat: Клиническая лабораторная аналитика (под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
635) Retikulositoz nə zaman müşahidə edilmir?

A) Dəmir defisitli anemiyada müalicə fonunda

B) Aplastik anemiya zamanı

C) Bütün cavablar düzdür

D) Paroksizmal gecə anemiyası zamanı

E) Talassemiya zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
636) Qanda hemoqlobinin artması nə zaman müşahidə edilir?

A) Hemoqlobinopatiyalar zamanı

B) Hiperhidratasiya zamanı

C) Meqaloblast anemiya zamanı

D) Sadalananların hamısı düzdür

E) Birincili və ikincili eritrositozlar zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
637) Anizositoz nəyin dəyişikliyidir?

A) Eritrositlərin ölçülərinin

B) Eritrositlərin rənglənməsinin intensivliyinin

C) Eritrositlərin miqdarının

D) Eritositlərin formasının

E) Eritrositdə hemoqlobinin miqdarının


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
638) Poykilositoz nəyin dəyişikliyidir?

A) Eritrositlərin miqdarının

B) Eritrositlərin ölçülərinin

C) Eritositlərin formasının

D) Eritrositdə hemoqlobinin miqdarının

E) Eritrositin diametrinin


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
639) Mikrosferositoza nə gətirib çıxara bilər?

A) Eritrosit membranının irsi defekti

B) Sadalananların heç biri düz deyil

C) Eritrosit fermentlərinin irsi defekt

D) Eritrosit membranının eritrositar anticisimləri ilə zədələnməsi

E) Sadalananların hamısı düzdür


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
640) İmmun və irsi mikrosferositozun diferensial diaqnostikasında hansı müayinə ən çox əhəmiyyət kəsb edir?

A) Eritrositlərin osmotik rezistentliyinin təyini

B) Eritrositlərin turşuya rezistentliyinin təyini

C) Eritrositdə hemoqlobinin miqdarının təyini

D) Kumbs sınağı

E) Eritrositometrik müayinələr


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
641) Fol turşusunun və B12 vitamininin defisitinə nə xasdır?

A) Eritrositlərin bazofil punktasiyası

B) Sadalananların hamısı

C) Poykilositoz

D) Meqalositoz

E) Jolli cisimcikləri və Kebot üzükləri ilə eritrositlər


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
642) İrsi mikrosferositoz zamanı eritrositlərə nə xasdır?

A) Orta diametrin kiçilməsi

B) Qalınlığın böyüməsi

C) MCH-ın normada olması

D) MCV-nin normada olması

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
643) B12 defisitli anemiyaya nə xasdır?

A) Anizoxromiya

B) Normal leykoformula

C) Sola dəyişməklə neytrofil leykositoz

D) Trombositoz

E) Neytropeniya və nisbi limfositozla müşahidə olunan leykopeniya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
644) Neytrofillərin hiperseqmentasiyasının səbəbi nə ola bilməz?

A) Dəmir defisiti

B) Neytrofillərin seqmentləşməsinin irsi anomaliyası

C) Fol turşusunun defisiti

D) B12 vitamininin defisiti

E) Xronik mieloleykoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
645) Hemolitik anemiyalar zamanı qanyaranmanın meqaloblastik tipi nə ilə şərtlənir?

A) Sadalananların hamısı ilə

B) İntensiv eritropoezə görə fol turşusuna və B12 vitamininə artmış tələbatla

C) B12 vitamininin defisiti ilə

D) B12-axrestik vəziyyətlə

E) Bağırsaqlarda B12 vitamininin və fol turşusunun absorbsiyasının pozulması ilə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
646) Sümük iliyinin yaxmasında L/E indeksi ?-yə, eritrositlərin yetişmə indeksi isə 0,4-də bərabərdir. Bu hansı hal üçün xasdır?

A) Hipoplastik anemiyaya

B) Kəskin eritromieloza

C) Leykemoid reaksiyaya

D) Dəmir defisitli anemiyaya

E) Sadalanan xəstəliklərin hamısına


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
647) Qlükoza-6-fosfatdehidrogenazanın defisiti nəticəsində hansı anemiya ortaya çıxır?

A) Hemolitik

B) Sideroblast

C) Hiperxrom

D) Dəmir defisitli

E) Aplastik


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
648) Sümük iliyi hiperhüceyrəlidir, L/E indeksi = 1/6. Eritrokariositlər arasında böyük ölçülü (>25 mkm), bazofil sitoplazmalı, zərif xromatin struktura malik olan nüvəli hüceyrələr üstünlük təşkil edirlər.Neytrofillərin yetişməsi ləngimişdir, onların arasında çoxlu miqdarda böyük ölçülü mielosit və metamielosit, neytrofillər vardır, meqakariositlər böyük ölçüdədir, nüvələri hiperseqmentləşmişdir, tərkiblərində trombositlər vardır. Sümük iliyinin bu mənzərəsi hansı hal üçün xasdır?

A) B12 defisitli anemiyaya

B) Dəmir defisitli anemiyaya

C) Eritrositar enzimopatiyaya

D) Kəskin eritromieloza

E) Sadalanan xəstəliklərin hamısısna


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
649) MCH və MCHC indekslərinin aşağı düşməsi işarə edir:

A) Eritrositlərin yetişməsinin ləngiməsinə

B) Eritrokariositlərin differensizasiya proseslərinin pozulmasına

C) Eritrositlərdə hemoqlobinin sintezinin pozulmasına

D) Düzgün cavab yoxdur

E) Eritrositlərin yetişməsinin tezləşməsinə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
650) Xronik xəstəliklər zamanı ortaya çıxan anemiyalar üçün nə xasdır?

A) Eritropoetinin hasil edilməsinin azalması

B) Orqanizmdə dəmirin yenidən paylaşdırılması

C) Sadalanan əlamətlərin hamısı

D) Əsasən normoxrom tipli anemiyanın inkişafı

E) Mononuklear faqositlər sisteminin aktivləşməsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
651) Dəmir defisitli anemiyanın və xronik xəstəliklər zamanı ortaya çıxan anemiyaların differensial diaqnozu üçün ən çox əhəmiyyət kəsb edir:

A) Qanda ferritinin konsentrasiyasının təyini

B) Sadalanlanan parametrlərin hamısının təyini

C) Zərdab dəmirinin və zərdabın ümumi dəmirbağlama qabilliyətinin təyini

D) Qanda transferrinin konsentrasiyasının təyini

E) Mieloqrammanın müayinəsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
652) Anemiyanın simptomlarına nə aid deyil?

A) Tənginəfəslik

B) Solğunluq

C) Soyuğa hiperhəssaslıq

D) Petexiyalar

E) Ürək döyünməsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
653) Eritropoetinlə müalicəyə göstəriş deyil:

A) Mielodisplasti sindrom zamanı anemiya

B) Xronik böyrək çatmazlığı zamanı anemiya

C) Xronik xəstəliklər zamanı anemiya

D) Sadalananların hamısı

E) Dəmir defisitli anemiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
654) Dəmir defisitli anemiyanın mümkün səbəbi nə ola bilməz?

A) Xronik qan itirmə

B) Mədə-bağırsaq sistemində dəmirin sorulmasının pozulması

C) Qida dəmirinin çatmazlığı

D) Qlobin zəncirlərinin sintezinin pozulması

E) Nazik bağırsağın rezeksiyası


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
655) Dəmir defisitinin əlamətlərinə nə aid deyil?

A) Koylonixiyalar

B) Dırnaqların sınması

C) Saçın tökülməsi

D) İkteriklik

E) Dad hissinin pozulması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
656) Dəmir defisitli anemiya üçün nə xasdır?

A) Hipoxromiya, mikrositoz, zərdabın dəmirbağlama qabiliyyətinin azalması

B) Hipoxromiya, mikrositoz, müsbət desferal sınağı

C) Hipoxromiya, mikrositoz, zərdabın dəmirbağlama qabiliyyətinin yüksəlməsi

D) Hipoxromiya, mikrositoz, sternal punktatda sideroblastlar

E) Hipoxromiya, mikrositoz, oraqvari eritrositlər


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
657) Dəmir preparatları:

A) Askorbin turşusu ilə birlikdə qəbul edilməsi tövsiyyə edilir

B) Fol turşusu ilə birlikdə qəbul edilməsi tövsiyyə edilir

C) Sadalananların hamısı düzdür

D) Peroral qəbuluna üstünlük verilməlidir

E) Uzun müddət təyin edilməlidir


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
658) Dəmir preparatları ilə müalicənin effektivlik amilləri hansılardır?

A) Sadalananların hamısı düzdür

B) Eritrositlərin miqdarının artması

C) Zərdabın dəmirbağlayıcı qabilliyyətinin azalması

D) Hematokritin artması

E) Zərdab dəmirinin miqdarının normallaşması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
659) İrsi sferositoz üçün nə xasdır?

A) Dalağın böyüməsi

B) Retikulositoz

C) Anemiya

D) Sarılıq

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
660) Autoimmun hemolitik anemiyanın diaqnostikası üçün ən informativ üsul hansıdır?

A) Aqreqat-hemaqqlutasion sınaq

B) Zərdabda komplementin təyin edilməsi

C) Duz Kumbs sınağı

D) Qeyri-duz Kumbs sınağı

E) Eritrositlərin osmotik rezistentliyinin təyin edilməsi


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
661) Aplastik anemiyanın müalicəsində nə istifadə olunur?

A) Sadalananların hamısı

B) Hemopoetik boy atma faqktorları

C) Sadalananların heç biri

D) Antilimfositar qlobulin

E) Siklosporin A (Sandimmun)


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
662) İnsanın orqanizmində dəmir əsasən hansı formada toplanır?

A) Porfirin

B) Hem

C) Protoporfirin



D) Transferrin

E) Ferritin


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
663) İrsi mikrosferositoz zamanı defekt harada aşkar olunur?

A) Eritrosit membranının lipidlərində

B) Hemin strukturunda

C) Eritrosit fermentlərində

D) Eritrosit membranının zülal strukturunda

E) Qlobin zincirlərində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
664) İrsi stomatositozu hansı xəstəliklə differensiasiya etmək lazımdır?

A) Qurğuşunla zəhərlənmə

B) Markiafava-Mikeli xəstəliyi

C) B12-defisitli anemiya

D) Minkovski-Şoffar xəstəliyi

E) Qlukoza-6-fosfat-dehidrogenazanın defisiti ilə bağlı anemiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
665) Minkovski-Şoffar xəstəliyində splenektomiyanın və xolesistektomiyanın bir yerdə aparılması olarmı?

A) Məqsədə uyğundur

B) Ciddi göstərişlər tələb edir

C) Mütləqdir

D) Əhəmiyyət kəsb etmir

E) Qətiyyən əks göstərişdir


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
666) Dəmirdefisitli anemiyanın laborator əlamətlərinə nə aiddir?

A) Prays-Cons əyrisində pikin sağa yerdəyişməsi

B) Mikrosferositoz

C) Mikrositoza meyilli anizo-poykilositoz

D) Retikulositlərdə hemosiderin qranulalarının yığılması

E) Periferik qanda makrositoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
667) Bağırsaq sorulmasının pozulması zamanı dəmir defisitini aradan götürmək məqsədi ilə nə etmək lazımdır?

A) Bütöv qan köçürmək

B) Ət məhsullarları ilə zəngin pəhrizə riayət etmək

C) Zülallar və vitaminlərlə zəngin pəhrizə riayət etmək

D) Eritrosit kütləsi köçürmək

E) Dəmir preparatını venadaxili yeritmək


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
668) Heteroziqot beta-talassemiyanın mualicəsi:

A) Prednizalonun qəbulu

B) Dəmir preparatlarının qəbulu

C) Splenektomiya

D) Müalicəyə ehtiyac yoxdur

E) Eritrositlərin transfuziyası


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
669) Qurğuşunla zəhərlənmə nəticəsində əmələ gələn anemiyaya xas olan labarator tapıntı hansıdır?

A) Jolli cisimciklərinin aşkar edilməsi

B) Yüksək retikulositoz

C) Eritrositlərin bazofil punktasiyası

D) Eritrositlərin şizositozu

E) Eritrositlərin hiperxromiyası


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin