Hematologiya ixtisası üzrə nümunəvi test sualları Hematologiyanın ümumi məsələləri



Yüklə 0,84 Mb.
səhifə1/16
tarix29.12.2016
ölçüsü0,84 Mb.
#3866
  1   2   3   4   5   6   7   8   9   ...   16
Hematologiya ixtisası üzrə nümunəvi test sualları

Hematologiyanın ümumi məsələləri

1) Hematoloji analizatorlar vasitəsilə təyin edilən MCV göstəricisi nəyi əks etdirir?

A) Hemotokriti

B) Eritrositdə hemoqlobinin orta konsentrasiyasını

C) Eritrositlərin orta həcmini

D) Anizositozu

E) Eritrositdə hemoqlobinin orta miqdarını


Ədəbiyyat: Клиническая лабораторная аналитика (Под редакцией В.В.Меньшикова), М.: Лабинформ-РАМЛД, 1999.
2) Hematoloji analizatorlar vasitəsilə təyin edilən MCH göstəricisi nəyi əks etdirir?

A) Hemotokriti

B) Eritrositdə hemoqlobinin orta miqdarını

C) Eritrositdə hemoqlobinin orta konsentrasiyasını

D) Anizositozu

E) Eritrositlərin orta həcmini


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова), М.: Лабинформ-РАМЛД, 1999.
3) Hematoloji analizatorlar vasitəsilə təyin edilən MCHC göstəricisi nəyi əks etdirir?

A) Anizositozu

B) Eritrositlərin orta həcmini

C) Eritrositdə hemoqlobinin orta konsentrasiyasını

D) Eritrositdə hemoqlobinin orta miqdarını

E) Hemotokriti


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
4) Hem nəyin dəmirlə birləşməsidir?

A) Zülalın

B) Protoporfirinin

C) Koproporfirinin

D) Protoporfirin və zülalın

E) Porfirin və zülalın


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
5) Qan yaranmanın kök hüceyrəsi morfoloji cəhətdən hansı hüceyrəyə bənzəyir?

A) Monositə

B) Limfositə

C) Polimorfonuklear neytrofilə

D) Blast hüceyrəyə

E) Fibroblasta


Ədəbiyyat: Ф.Э.Файнштейн и др. Болезни системы крови. Ташкент.: Медицина, 1980
6) Bunlardan hansı patoloji hemoqlobinə aid deyil?

A) HbS


B) HbC

C) HbE


D) HbD

E) HbF
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


7) Bunlardan hansı patoloji hemoqlobinə aid deyil?

A) HbC


B) HbA2

C) HbE


D) HbS

E) HbD
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


8) Hb Barts hansı polipeptid zəncirlərdən ibarətdir?

A) β4


B) α2 γ2

C) α2β2


D) α2δ2

E) γ4
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


9) HbH hansı polipeptid zəncirlərdən ibarətdir?

A) α2 γ2


B) α2δ2

C) β4


D) γ4

E) α2β2
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


10) HbA hansı polipeptid zəncirlərdən ibarətdir?

A) α2β2


B) γ4

C) β4


D) α2δ2

E) α2 γ2
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


11) HbF hansı polipeptid zəncirlərdən ibarətdir?

A) α2 γ2


B) β4

C) α2β2


D) α2δ2

E) γ4
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


12) HbA2 hansı polipeptid zəncirlərdən ibarətdir?

A) α2β2


B) α2 γ2

C) α2δ2


D) γ4

E) β4
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


13) Eritrositlərin çökmə sürətinin artmasının səbəblərinə nə aid deyil?

A) Qanda qaptoqlobulinin və alfa-2-makroqlobulinin miqdarının dəyişilməsi

B) Qlobulin fraksiyalarının miqdarının artması

C) Qanda patoloji immunoqlobulinlərin konsentrasiyasının artması

D) Fibrinogenlərin miqdarının artması

E) Öd turşularının konsentrasiyasının artması


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
14) Hansı halda retikulositlərin miqdarının artması baş verir?

A) Sadalananların hamısı düzgündür

B) Hemolitik sindromda

C) Aplastik anemiyada

D) Hipoplastik anemiyada

E) Xərçəngin sümüklərə metastazında


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
15) Hansı halda retikulositlərin miqdarının artması baş vermir?

A) Şüa xəstəliyində anemiya zamanı

B) Hemolitik anemiya zamanı

C) B12-defisitli anemiya zamanı müalicə fonunda

D) Bütün cavablar düzgündür

E) Posthemorraqik anemiya zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
16) Qan yaxmalarının boyanılması üçün hansı üsuldan istifadə olunur?

A) Noxt üsulu

B) Pappenqeym üsulu

C) Romanovski-Qimza üsulu

D) Sadalananların heç birindən

E) Sadalananların hamısından


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
17) Qanda hemoqlobinin miqdarının ən dəqiq və münasib təyini üsulu hansıdır?

A) Qazometrik üsul

B) Hemoqlobin molekulunda dəmirin miqdarının təyini üsulu

C) Sali üsulu

D) Hemiqlobinsianid üsulu

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
18) Leykositlərin mütləq miqdarı nədir?

A) Bütün cavablar düzdür

B) Periferik qan yaxmasında leykositlərin miqdarı

C) Bütün cavablar düz deyil

D) Qanın 1 litrində leykositləırin miqdarı

E) Leykoformulada müxtəlif növ leykositlərin faizlə miqdarı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
19) Hematokrit göstəricisi nə zaman yüksəlir?

A) Sadalananların hamısı düz deyil

B) Hiperhidrotasiya zamanı

C) Eritrositozlar zamanı

D) Cavabların hamısı düzdür

E) Anemiyalar zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
20) Leykositoz nə zaman müşahidə edilir?

A) Hipersplenizm zamanı

B) Şüa xəstəliyi zamanı

C) Sümük iliyinin hipoplaziyası zamanı

D) Leykozlar zamanı

E) Sümük iliyinin aplaziyası zamanı


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
21) Hemopoetik kök hüceyrəsi hansı xüsusiyyətlərə malik deyil?

A) Özünü saxlamağa

B) Sitokimyəvi inertliyə

C) Qanyaranmanı tənzimləməyə

D) Polipotentliyə

E) Yetişmiş hüceyrələrin funksiyasını yerinə yetirməyə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
22) Hemopoetik kök hüceyrəsi hansı xüsusiyyətlərə malikdir?

A) Polipotentliyə

B) Özünü saxlamağa

C) Sitokimyəvi inertliyə

D) Bütün sadalanan xüsusiyyətlərə

E) Qanyaranmanı tənzimləməyə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
23) Sümük iliyinin mikroəhatə elementlərinə nə aid deyil?

A) Retikulyar hüceyrələr

B) Osteoblastlar və osteoklastlar

C) Neytrofillər

D) Fibroblastlar

E) Makrofaqlar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
24) Sümük iliyinin mikroəhatə elementlərinə nə aiddir?

A) Fibroblastlar

B) Retikulyar hüceyrələr

C) Makrofaqlar

D) Sadalanan bütün hüceyrələr

E) Osteoblastlar və osteoklastlar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
25) Sümük iliyinin hüceyrələri hansı funksiyaları yerinə yetirirlər?

A) Sadalananların hamısını

B) Mikroəhatə funksiyasını

C) Trofik funksiyasını

D) Dayaq funksiyasını (mexanositlər)

E) Hemopoezin tənzimlənməsini


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
26) Normada leyko-eritroblastik indeks nəyə bərabərdir?

A) 10:1


B) 1:1

C) 3:1


D) 1:3

E) 5:1
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.


27) Qranulositlər harada əmələ gəlir?

A) Qara ciyərdə

B) Sümük iliyində

C) Limfa düyünlərində

D) Dalaqda və limfa düyünlərində

E) Dalaqda


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
28) Trombositlər harada əmələ gəlir?

A) Dalaqda

B) Limfa düyünlərində

C) Sümük iliyində

D) Dalaqda və limfa düyünlərində

E) Qara ciyərdə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
29) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Vərəmə qarşı preparatların qəbulu zamanı

B) Çoxsaylı mieloma zamanı

C) Dəmir defisitli anemiya zamanı

D) Hipoplastik anemiya zamanı

E) Qurquşunla zəhərlənmə zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
30) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) İrsi və qazanılmış hemoxromatoz zamanı

B) Vərəmə qarşı preparatların qəbulu zamanı

C) Çoxsaylı mieloma zamanı

D) Dəmir defisitli anemiya zamanı

E) Hipoplastik anemiya zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
31) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Vərəmə qarşı preparatların qəbulu zamanı

B) Çoxsaylı mieloma zamanı

C) Dəmir defisitli anemiya zamanı

D) Hipoplastik anemiya zamanı

E) Talassemiya zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
32) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Dəmir defisitli anemiya zamanı

B) Hipoplastik anemiya zamanı

C) Vərəmə qarşı preparatların qəbulu zamanı

D) Çoxsaylı mieloma zamanı

E) Xronik hemolitik anemiyalar zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
33) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Vərəmə qarşı preparatların qəbulu zamanı

B) Hipoplastik anemiya zamanı

C) Dəmir defisitli anemiya zamanı

D) Refraktor sideroblast anemiya zamanı

E) Çoxsaylı mieloma zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
34) Periferik qanda bazofillərin mütləq sayının artması hansı hal üçün xas deyil?

A) Xronik mieloleykoz

B) Allergik vəziyyətlər

C) Estrogenlərlə müalicə

D) Kəskin leykoz

E) Hemofiliya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
35) Periferik qanda bazofillərin mütləq sayının artması hansı hal üçün xas deyil?

A) Mielofibroza

B) Xronik mieloleykoza

C) Estrogenlərlə müalicəyə

D) Kəskin leykoza

E) Aplastik anemiyaya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
36) Periferik qanda bazofillərin mütləq sayının artması hansı hal üçün xas deyil?

A) Xronik mieloleykoza

B) Trombositopenik purpuraya

C) Qalxanabənzər vəzin hipofunksiyasına

D) Eritremiyaya

E) Estrogenlərlə müalicəyə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
37) Periferik qanda neytrofilyoz hansı hal üçün xas deyil?

A) Aplastik anemiya

B) Eritremiya

C) Mielofibroz

D) Kəskin və xronik leykoz

E) Hemolitik anemiya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
38) Periferik qanda neytropeniya hansı hal üçün xasdır?

A) Hemolitik anemiyalar

B) Xronik leykoz

C) Kəskin leykoz

D) Mielofibroz

E) Aplastik anemiya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
39) Periferik qanda mütləq limfositoz hansı hal üçün xasdır?

A) Xronik mieloleykoz

B) Mielofibroz

C) Xronik limfoleykoz

D) Kortikosteroidlərin qəbulu

E) Hemolitik anemiyalar


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
40) Mütləq monositoz hansı hal üçün xasdır?

A) Kollagenozlara

B) Bəsitlər tərəfindən törədilən xəstəliklərə

C) Monositar və mielomonositar leykozlara

D) Sadalananların hamısı düzdür

E) Bakterial infeksiyalara


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
41) Trombositopeniya hansı hal üçün xasdır?

A) Şüa xəstəliyi

B) Sadalananların hamısı düzdür

C) Təzədoğulanlarda məxmərəy

D) QİÇS

E) DDL-sindromu


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
42) Periferik qanda plazmositlər nə zaman aşkar olunur?

A) Yenitorəmələrdə

B) Sadalananların hamısı düzdür

C) Virus infeksiyalarında

D) Şüalandıqdan sonrakı vəziyyətlərdə

E) Kollagenozlarda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
43) Qranulositlərə nə xasdır?

A) Bazofil spesifik dənəvərlik

B) Neytrofil və bazofil spesifik dənəvərlik

C) Eozinofil spesifik dənəvərlik

D) Sadalananların hamısı

E) Neytrofil spesifik dənəvərlik


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
44) Blast hüceyrələrində nüvə-sitoplazma nisbəti necədir?

A) Bərabər olur

B) Nüvənin xeyrinə olur

C) Düzgün cavab yoxdur

D) Sitoplazmanın xeyrinə olur

E) Fərqli olur


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
45) Mieloblast hansı morfoloji əlamətlərə görə təyin olunur?

A) Azurofil dənəvərliyi və Auer çubuqlarını daxil etməklə bazofil sitoplazma ilə

B) Nüvədə nukleolların (nüvəciklərin) mövcudluğu ilə

C) Sadalanan əlamətlərin cəmi ilə

D) Hüceyrənin düz dəyirmi forması ilə

E) Nüvənin zərif torşəkilli quruluşu ilə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
46) Aşağı rəng göstəricisi hansı xəstəliyə xasdır?

A) Dəmir defisitli anemiyaya

B) Paroksizmal gecə hemoqlobinuriyasına

C) Sadalanan xəstəliklərin heç birinə

D) Sadalanan xəstəliklərin hamısına

E) Qurquşunla intoksikasiyaya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
47) Yüksək rəng göstəricisi hansı xəstəliyə xasdır?

A) Sadalanan xəstəliklərin hamısına

B) Fol turşusu defisitli anemiyaya

C) Transkobalaminin irsi yoxluğuna

D) Sadalanan xəstəliklərin heç birinə

E) B12 defisitli anemiyaya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
48) Eritrositdə hemoqlobinin orta miqdarı nə zaman yüksəlir?

A) Talassemiyada

B) Meqaloblast anemiyada

C) Dəmir defisitli anemiyada

D) Bədxassəli şişlər zamanı anemiyada

E) Oraqvari hüceyrəli anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
49) Eritrositlərin orta həcmi nə zaman artır?

A) Talassemiyada

B) Oraqvari hüceyrəli anemiyada

C) Bədxassəli şişlər zamanı anemiyada

D) Dəmir defisitli anemiyada

E) B12 defisitli anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
50) Eritrositlərin anizositozu nə zaman qeyd olunur?

A) Yenitorəmələrin sümük iliyinə metastazlarında

B) Makrositar anemiyada

C) Mielodisplastik sindromda

D) Dəmir defisitli anemiyada

E) Sadalananların hamısı düzdür


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
51) Mielokariositlərin miqdarının artması nə zaman müşahidə edilir?

A) Dəmir defisitli anemiya zamanı

B) Xronik mieloproliferativ xəstəliklər zamanı

C) Aplastik anemiyalar zamanı

D) İmmun trombositopeniyalar zamanı

E) Hemofiliya zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
52) Sümük iliyində mielokariositlərin kəskin azalması nə zaman müşahidə edilir?

A) Fankoni anemiyasında

B) Sadalanan halların heç birində

C) Sadalan halların hamısında

D) Mielotoksik aqranulositozda

E) Sitostatik xəstəliyində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
53) Hemoqlobin hansı funksiyanı yerinə yetirir?

A) Mikroelementlərin nəqli

B) Oksigenin və karbon qazının nəqli

C) Plastik

D) Metabolitlərin nəqli

E) Energetik


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
54) Hemoqlobinin zülal hissəsi hansıdır?

A) Albumin

B) Qlobin

C) Seruplazmin

D) Transferrin

E) Qaptoqlobin


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
55) Böyüklərdə hemoqlobinin əsas tipi hansıdır?

A) HbC


B) HbE

C) HbA


D) HbD

E) HbS
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.


56) Hemoqlobinin patoloji tipinə aid olmayanı hansıdır?

A) HbD


B) HbE

C) HbC


D) HbF

E) HbS
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.


57) Hemoqlobinin bölünməsini necə aparmaq olar?

A) Proteolizlə

B) Kimyəvi üsulla

C) Elektroforezlə

D) Hidrolizlə

E) Duzlaşdırma ilə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
58) Hemoqlobinin torəmələrinə nə aid deyil?

A) Methemoqlobin

B) Oksimioqlobin

C) Karboksihemoqlobin

D) Sulfhemoqlobin

E) Oksihemoqlobin


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
59) Anomal hemoqlobin nədir?

A) Lipidlər daxil olmuş hemoqlobin

B) Oksigenə yaxınlığı azalmış hemoqlobin

C) Qlobin strukturunda dəyişikliklər olan hemoqlobin

D) Oksigenə yaxınlığı artmış hemoqlobin

E) Hemin strukturunda dəyişikliklər olan hemoqlobin


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
60) Eritrositlərin əsas enerji substratı nədir?

A) Qlikogen

B) Lipidlər

C) Qlükoza

D) Qlutation

E) Fruktoza


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
61) Aqranulositoz nə zaman inkişaf edə bilər?

A) İnfeksion xəstəlikləri zamanı

B) Sadalananların heç biri düz deyil

C) Şüa xəstəliyi zamanı

D) Sadalananların hamısı düzdür

E) Autoimmun proseslər zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
62) Aqranulositozun tez-tez baş verən ağırlaşmaları hansılardır?

A) Hemorraqiyalar, qanaxmalar

B) Anemiya

C) Bakterial infeksiyalar

D) Leykemoid reaksiya

E) Damarların trombozu


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
63) Aqranulositoz zamanı hemoqrammada nə qeyd olunur?

A) Yetişməmiş qranulositlərin olmaması

B) Nisbi limfositoz

C) Nadir hallarda monositoz

D) Neytropeniya

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
64) Aqranulositoz zamanı qanyaranmanın normalaşmasına nə xasdır?

A) Neytrofillərin artması

B) Plazmatik hüceyrələrin artması

C) Sadalanan əlamətlərin hamısı

D) Mielositlərin meydana çıxması

E) Monositlərin artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
65) Periferik qanda trombositlərin miqdarının azalması nəyin nəticəsində baş verir?

A) Trombositlərin trombositlərə qarşı anticisimlərlə dağıdılması

B) Sümük iliyinin meqakariositar aparatının reduksiyası

C) Trombositlərin sərfinin artması

D) Sadalanan səbəblərin hamısının

E) Trombositlərin həyat müddətinin azalması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
66) Trombositopeniya nə zaman müşahidə edilir?

A) B12 vitamininin və fol turşusunun defisitində

B) Kəskin leykozda

C) Sadalanan xəstəliklərin hamısında

D) Aplastik anemiyada

E) Şüa xəstəliyində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
67) Trombositlər nədən əmələ gəlir?

A) Mieloblastlardan

B) Meqakarioblastlardan

C) Fibroblastlardan

D) Plazmoblastlardan

E) Limfoblastlardan


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
68) Trombositopeniya hansı hal üçün xas deyil?

A) Aplastik anemiya

B) Hemofiliya

C) Sadalananların hamısı

D) Hipersplenizm

E) DDL-sindromu


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin