Hematologiya ixtisası üzrə nümunəvi test sualları Hematologiyanın ümumi məsələləri


) Xronik limfoleykozda spesifik terapiyasının başlanması üçün bu əlamətlərdən hansı əsasdır?



Yüklə 0,84 Mb.
səhifə8/16
tarix29.12.2016
ölçüsü0,84 Mb.
#3866
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

460) Xronik limfoleykozda spesifik terapiyasının başlanması üçün bu əlamətlərdən hansı əsasdır?

A) Orqanomeqaliya

B) Hiperleykositoz (L>100,0·109/l)

C) Diarreya

D) Yüksək hərarət

E) Burun qanaxması


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
461) Prokarbazin bu xəstəliklərdən hansının spesifik preparatı hesab edilir?

A) Xronik limfoleykozun

B) Limfoqranulomatozun

C) Kəskin limfoblast leykozun

D) Çoxsaylı mielomanın

E) Limfomanın


Ədəbiyyat: Волкова М.А. Основы онкогематологии. 2002.
462) Vit. B12 bu xəstəliklərdən hansının müalicə preparatıdır?

A) Damardaxili laxtalanmanın

B) Aplastik anemiyanın

C) Pernisioz anemiyanın

D) Hemolitik anemiyanın

E) Talassemiyanın


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
463) Fol turşusu defisitli anemiya hansı hallarda çox rast gəlinir?

A) Alkoqolizm

B) Helmintozlarda

C) 2/3 qastroektomiyadan sonra

D) Dəmir defisitli anemiyada

E) Miokard infarktında


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
464) Retikulositar kriz ən çox bu xəstəliklərin hansında təsadüf edilir?

A) Helmintozlarda

B) B12 defisitli anemiyada vit. B12 qəbulu zamanı

C) Dəmir defisitli anemiyada

D) Aplastik anemiyada

E) Gecə paroksizmal hemoqlobilinuriyasında


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
465) Talassemiya xəstəliyində splenektomiyanı Azərbaycanda ilk dəfə kim həyata keçirmişdir?

A) M.Topcubaşov

B) F.Ə.Əfəndiyev

C) De Beki

D) Petrovski

E) L.M.Abdullayev


Ədəbiyyat: A.M.Axundova. Talassemiya. Baki, 1972.
466) Vesanoid preparatı bu leykozlardan hansının müalicəsində spesifik preparat hesab edilir?

A) Kəskin mieloblast leykoz

B) Kəskin monoblast leykoz

C) Kəskin eritromieloz

D) Kəskin promielositar leykoz

E) Kəskin limfoblast leykoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
467) Hemolitik krizdə ən çox təsadüf edilən orqan çatışmazlığı?

A) Endokrin çatışmazlığı

B) Kəskin tənəffüs çatışmazlığı

C) Kəskin ürək-damar çatışmazlığı

D) Kəskin böyrək çatışmazlığı

E) Kəskin qara ciyər çatışmazlığı


Ədəbiyyat: Руководство по гематологии. Под редакцией А.И.Воробьева. М., 2004.
468) Limfoqranulomatoz xəstəliyindən tam sağalmanı neçə ildən sonra təsdiq etmək olar?

A) 5 il


B) 7 il

C) 8 il


D) 10 il

E) 6 il
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.


469) Bud sümüyünün başının aseptik nekrozu əsasən hansı preparatın qəbulundan sonra baş verir?

A) Steroid qəbulundan sonra

B) Siklofosfan

C) Metatreksat

D) Vinkristin

E) Rubomisin


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
470) İmmunoqlobulin M nə zaman yüksək olur?

A) Valdenstrem xəstəliyində

B) Limfomada

C) Mielomada

D) Limfoqranulomatozda

E) Xronik limfoleykozda


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
471) Bu paraproteinlərin hansı yüksəlmiş olduqda plazmoferez tətbiq olunmalıdır?

A) İgA


B) Biklon paraproteinemiyada

C) İgE


D) İgM

E) İgG
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.


472) Qanın özüllüyünün paraprotein hemoblastozlarda artmasına səbəb nədir?

A) Durğunluq ürək çatışmazlığı

B) İmmunoqlobulin M

C) Kəskin qara ciyər çatışmazlığı

D) Qanaxma

E) Kəskin böyrək çatışmazlığı


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
473) Mieloma xəstəliyində böyrək çatışmazlığına bu immunoloji komponentlərdən hansı səbəb olur?

A) L-zənciri

B) İgM

C) İgA


D) K-zənciri

E) İgG
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.


474) Paraprotein M-in artmasına ən çox nə zaman rast gəlinir?

A) Tənəffüs çatışmazlığı

B) Anemiya

C) Ürək çatışmazlığı

D) Böyrək çatışmazlığı

E) İnfeksion ağırlaşma


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
475) Mielom xəstəliyi ən çox hansı yaş qrupunda rast gəlinir?

A) 60-65 yaş

B) 75-dən yuxarı

C) 55-60 yaş

D) 65-69 yaş

E) 70-75 yaş


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
476) Qlivekin (imatinib) xronik mieloleykozda təsir mexanizmi hansı vasitə ilə həyata keçirilir?

A) Tirozinkinaza ilə

B) İmmun mexanizmlə

C) Proteosom-ubikvitin ilə

D) Topoizomeraza I ingibisiyası ilə

E) Retinol turşusu ilə


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
477) Velkeydin multimielomada təsir mexanizmi hansı yolla həyata keçirilir?

A) Proteosom-ubikvitin yolu ilə

B) Retinol turşusu ilə

C) İmmun mexanizmlə

D) Topoizomeraza I ingibisiyası ilə

E) Angiogenezə təsir yolu ilə


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
478) Revlimidin təsir mexanizmi hansıdır?

A) Antiproliferativ mexanizm

B) Angiogenezə təsir

C) Proteosom-ubikvitin

D) İmmun yol

E) Topomeraza I ingibisiyası


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
479) Hemoblastozlu pasientlərdə bu preparatların hansının qəbulu zamanı psixoz əlamətləri baş verə bilər?

A) Dexa


B) Tioquanin

C) Antrasiklin antibiotikləri

D) Siklofosfan

E) Vinkristin


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
480) Antitimositar qlobulinin aplastik anemiyada terapevtik effektliliyinin əsasında

hansı mexanizm durur?

A) İmmunosupressiv

B) Sitostatik

C) İmmunostimulyasiya

D) İmmunomodulyasiya

E) Antiproliferativ


Ədəbiyyat: Руководство по гематологии. Под редакцией А.И.Воробьева. М, 2004.
481) Aplastik anemiyada siklosporin «A» (Sandimmun, Neoral) ilə terapiyanın

effektliliyinin əsasında hansı mexanizm durur?

A) İmmunodepressiya

B) Antianemik

C) İmmunostimulyasiya

D) Antihemorragik (hemostatik)

E) İmmunomodulyasiya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
482) Hemoblastozlu xəstələrdə septik şok halında hansı infuzion terapiya daha təhlükəsizdir?

A) Reopoliqlukin+Disol

B) Duz məhlulları+poliqlukin

C) Poliqlukin+qlukoza

D) Poliqlukin+reopoliqlukin

E) Təzə dondurulmuş plazma və albumin


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
483) Lizosimemiya və lizosimuriya bu kəskin leykozların hansında yüksək olur?

A) Kəskin monoblast leykozda

B) Eritromieolozda

C) Kəskin meqakarioblast leykozda

D) Kəskin mieloblast leykozda

E) Kəskin limfoblast leykozda


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
484) Lizosim (murimidaza) bu leykositlərin hansının markeridir?

A) Limfosit

B) Bazofil

C) Eozinofil

D) Neytrofil

E) Monosit


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
485) CD15 və CD30 antigenləri hansı hemoblastoz üçün xarakterdir?

A) Limfoqranulomatoz

B) Qeyri-Xockin limfoması

C) İnfeksion mononukleoz

D) Xronik limfoleykoz

E) Kəskin limfoblast leykoz


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
486) İnkişaf faktorlarınin istifadəsi nəyə gətirib çıxardır?

A) Trombositlərin sayını çoxaldır

B) Hemoqlobini artırır

C) Remissiyaya çıxmanı sürətləndirir

D) Aplaziya dövrünü azaldır

E) Xəstələrin ömrünü uzadır


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
487) İnkişaf faktorlarınin tətbiqi nəyə gətirib çıxardır?

A) Hemorragik sindromu aradan qaldırır

B) İnfeksion epizodları azaldır

C) Neyroleykemiyanın qarşısını alır

D) Dalağı kiçildir

E) Anemiyanı bərpa edir


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
488) Neyroleykemiyanın profilaktikası üçün ilk punksiyada hansı preparatlarla müalicə tətbiq edilir?

A) Metatreksat

B) Metatreksat+Sitozar+Deksametazon

C) Metatreksat+Prednizolon

D) Metatreksat+Siklofosfan

E) Metatreksat+Deksametazon


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
489) Neyroleykemiyanın terapiyasında İntratekal istifadə edilən 3 preparatın kombinasiyası hansı intervalla tətbiq edilir?

A) Həftədə 1 dəfə

B) 5 gün

C) 2 gün


D) Günaşırı

E) 4 gün
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008


490) Antrasiklinlərin kəskin leykozun müalicəsindəki total dozası necə mq/m2

bərabərdir?

A) 1000 mq/m2

B) 650 mq/m2

C) 750 mq/m2

D) 550 mq/m2

E) 800 mq/m2


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
491) Yüksək dozada metatreksatdan istifadə zamanı sellulitin profilaktikası üçün bu preparatlardan hansı tətbiq edilir?

A) Təzə dondurulmuş plazma

B) Dehidrotasiya müalicəsi

C) Leykovorin

D) Pentaqlobin

E) Neonogen


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
492) Yüksək dozada sitozar istifadə edildikdə ən çox hansı ağırlaşma rast gəlinir?

A) Böyrək çatışmazlığı

B) Sistit

C) Qaraciyər çatışmazlığı

D) Tənəffüs çatışmazlığı

E) Konyuktivit


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
493) Yüksək dozada sitozar istifadə olunduqda, konyuktivitin profilaktikası üçün nə tətbiq edilir?

A) Deksametazon

B) Disinon inyeksiyası

C) Göz ətrafı nahiyəyə O2 yeridilir

D) Albusid

E) Qentamisin məlhəmi


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
494) Hemorragik sistit bu preparatlardan hansı tətbiq edildikdə çox təsadüf edilir?

A) Tioquanin

B) Asparaginaza

C) Siklofosfan

D) Vinkristin

E) Prednizolon


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
495) Hansı preparatlardan istifadə periferik (toksik) neyropatiyaya səbəb olur?

A) L-asparaginaza

B) Tioquanin

C) Siklofosfan

D) Metatreksat

E) Vinkristin


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
496) Bu preparatlardan hansından istifadə kəskin pankreatitlə ağırlaşa bilər?

A) Etopozid

B) Siklofosfan

C) L-asparaginaza

D) Rubomisin

E) Metatreksat


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
497) L-asparaginaza ilə terapiyadan əvvəl hansı biokimyəvi test mütləq yoxlanılmalıdır?

A) Bilirubin fraksiyası

B) Xolesterin

C) Kreatinin

D) Dəmirin təyini

E) α-amilaza


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
498) Yüksək dozada siklofosfandan istifadə zamanı baş verən hemorragik sistitin

profilaktikasında istifadə edilir?

A) Urometoksan

B) Antibiotiklər

C) Leykovorin

D) İmmunomodulyator

E) Uroseptiklər


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
499) Antrasiklin şişəleyhi antibiotiklərdən istifadədə ən çox hansı ağırlaşma baş verə bilər?

A) Mədə-bağırsaq traktının infeksiya ilə zədələnməsi

B) Medikamentoz ensefalopatiya

C) Sistit

D) 2-cili tip diabet

E) Medikamentoz konyuktivit


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
500) Hansı preparatlardan istifadə toksik ensefalopatiya verə bilər?

A) Sitozar

B) Deksametazon

C) Metatreksat

D) Siklofosfan

E) L-asparaginaza


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
501) Böyüklərdə neyroleykemiyanın profilaktikası üçün istifadə olunan şüanın total dozası neçəyə bərabərdir?

A) 24 qr


B) 44 qr

C) 20 qr


D) 30 qr

E) 25 qr
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002


502) Müayinə üçün likvorun miqdarı onurğa kanalına yeridilən mayenin hansı həcmində olmalıdır?

A) 1/3


B) 1:1

C) 1/4


D) 11/2

E) 1/2
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008


503) İntratekal yeridilən metatreksatın dozası neçə mq olmalıdır?

A) 20 mq


B) 30 mq

C) 10 mq


D) 25 mq

E) 12,5 mq


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
504) İlk diaqnostik lumbal punksiya terapiyanın hansı günü olunmalıdır?

A) 5-ci günü

B) 3-cü günü

C) 8-ci günü

D) 15-ci günü

E) 1-ci günü


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
505) Neyroleykemiyanın tam sanasiyasından sonra daha neçə lumbal punksiya edilməsi məsləhətdir?

A) 3 dəfə

B) 1 dəfə

C) 2 dəfə

D) Olunmamalıdır

E) 5 dəfə


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
506) Terapiyanın 1 ilində kəskin limfoblast leykozlu xəstələrə baş beyin radioterapiyasından sonra neyroleykemiyanın profilaktikası hansı intervalla aparılır?

A) 3 ay


B) İldə 2 dəfə

C) 4 ay


D) 1 ay

E) 2 ay
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002


507) Kəskin limfoblast leykozlu xəstələrdə müalicənin 2 və 3-cü ilində neyroleykemiyanın profilaktikası hansı intervalla aparılır?

A) 3 ay


B) İldə 1 dəfə

C) İldə 2 dəfə

D) 2 ay

E) 4 ay
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.


508) Kəskin leykozlarda proqnoz kimi bu göstəricilərin hansı əsasdır?

A) Hiperleykositoz

B) Qeyri-adekvat sitostatik müalicə

C) İmmunoloji faktor

D) Xromosom aberrasiyası

E) Sitokimyəvi variant


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
509) Kəskin mieloblast leykoz üçün pis proqnostik göstərici hesab edilir?

A) Anemik sindrom

B) Eozinofiliya

C) Aqranulositoz

D) Splenomeqaliya

E) Qanyaranmanın 3 sıralı displaziyası


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
510) Kəskin mieloblast leykozda pis proqnostik sitomorfoloji variant hansı hesab olunur?

A) Kəskin promielositar leykoz

B) Eritromieloz

C) Kəskin mieloblast leykoz, M2

D) Kəskin mieloblast M1

E) Kəskin mielomonoblast leykoz M4


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
511) Retinoid sindromun müalicəsində nə istifadə olunur?

A) Tədə dondurulmuş plazma

B) Antifunqal terapiya

C) Mukolitiklər

D) Deksametazon

E) Antibiotik terapiyası


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
512) α-interferonun xronik mieloleykozda tətbiqinin terapevtik mexanizminin əsasında nə durur?

A) Tirozinokinaza fermentinə təsir

B) Sitostatik

C) Antiproliferativ təsir

D) İmmunoterapevtik

E) İmmunomodulyasiya


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
513) Bu diaqnozlardan hansı trombositemiyanı əks etdirmir?

A) Moşkoviç sindromu

B) İlkin trombositemiya

C) İdiopatik trombositemiya

D) Essensial trombositemiya

E) Hemorragik trombositemiya


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
514) Essensial trombositemiyada bu göstəricilərdən hansı müşahidə edilmir?

A) Trombositlərin sayı 600,0·109/q çox

B) Sümük iliyində dəmirin miqdarı normadadır

C) Hiperleykositoz

D) İkincili trombositoza səbəb xəstəlik yoxdur

E) Hemoqlobinin miqdarı 130,0 qr/l-dən azdır


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
515) Klassik həqiqi polisitemiyada sümük iliyində nə baş vermir?

A) Eritroid sıranın proliferasiyası

B) Eritroid və qranulositar sıranın hiperplaziyası

C) Hər 3 sıranın total hiperplaziyası

D) Eritroid və meqakariositar sıranın hiperplaziyası

E) Piy toxumasının normada olması


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
516) Hansı xəstələrdə dəri və selikli qişalarda eritrosianotik rəng (Kuperman simptomu) baş verir?

A) Xronik limfoleykozda

B) Həqiqi polisitemiyada

C) Talassemiyada

D) Kəskin mieloblast leykozda

E) Limfoqranulomatozda


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
517) Hansı hemoblastozda vit. B12-in miqdarı artmış olur və diaqnostik əhəmiyyət kəsb edir?

A) Kəskin promielositar leykozda

B) Həqiqi polisitemiyada

C) Kəskin limfoblast leykozda

D) Xronik limfoleykozda

E) Limfoqranulomatozda


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
518) Hansı leykozda neytrofillərdə qələvi fosfatazanın miqdarı 100 V (intoksikasiya olmadıqda) çox olur?

A) Xronik limfoleykozda

B) Həqiqi polisitemiyada

C) Berkitt limfomasında

D) Limfoqranulomatozda

E) Essensial tromboemboliyada


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
519) Həqiqi polisitemiyada eritrositlərin çökmə sürəti hansı rəqəmlər arasında dəyişir?

A) 40-45 mm/S

B) 1-5 mm/S

C) 20-25 mm/S

D) 10-15 mm/S

E) 30-35 mm/S


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
520) Hematokrit bu xəstəliklərin hansında artmış olur?

A) İnfeksion mononukleozda

B) Limfoqranulomatozda

C) Kəskin limfoblast leykozda

D) Kəskin mieloblast leykozda

E) Həqiqi polisitemiyada


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
521) Həqiqi polisitemiyada qanın özüllüyünün artmasına səbəb nədir?

A) Plazmada immunoqlobulinin miqdarının artması

B) Leykositlərin artması

C) Eritrositlərin sayının artması

D) İnterleykinin miqdarının azalması

E) Trombositlərin artması


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
522) Bifosfanatların multimielomada təyini zamanı qanda nə azalmış olur?

A) Ca++ azalır

B) Kreatininin miqdarı azalır

C) Qanın özüllüyü azalır

D) İnfeksion ağırlaşmaların sayı azalır

E) M-paraprotein azalır


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
523) Damarların trombozu bu xəstəliklərin hansında daha çox təsadüf edilir?

A) Xronik limfoleykozda

B) Talassemiyada

C) Həqiqi polisitemiyada

D) Limfoqranulomatozda

E) Kəskin mieloblast leykozda


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
524) Mitoksantronu vena daxilinə yeritdikdə hansı preparatları sistemə daxil etmək olmaz?

A) Vit.C, Riboksin

B) Laziks, Pananqin

C) Heparin, hidrokortizon

D) Disinon, Vikasol

E) Vit. B12, Kokarboksilaza


Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
525) Təzə dondurulmuş plazmada antitrombin III və plazminogenin miqdarı neçə faiz artmış olur?

A) 75%


B) 150%

C) 130%


D) 22%

E) 200%
Ədəbiyyat: Воробьев П.A. Aктуальный гемостаз. 2004.


526) Xronik mieloleykozun diaqnostikası üçün nə əsas deyil?

A) Qələvi fosfatazanın aktivliyinin azalması

B) Anemiya

C) Splenomeqaliya

D) Qanda eozinofil və bazofillərin artması

E) Ph xromosomu


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
527) Bu xəstəliklərdən hansında splenomeqaliya ekstramedulyar qanyaradıcı funksiya daşıyır?

A) Həqiqi polisitemiya

B) Osteomielofibroz

C) Limfoqranulomatoz

D) Xronik limfoleykoz

E) Kəskin mieloblast leykoz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
528) Bu xəstəliklərdən hansında sternal punksiya quru punksiya ilə nəticələnir?

A) Kəskin limfoblast leykoz

B) Kəskin monoblast leykoz

C) Kəskin eritromieloz

D) Həqiqi polisitemiya

E) Xronik mieloleykoz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
529) Həqiqi polisitemiyada mielopunktatda hansı göstərici rast gəlinmir?

A) Retikulinin miqdarının artması

B) Patoloji meqakariositlər

C) Hiperhüceyrəlik

D) 3 sıralı hiperplaziya

E) Limfositoz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
530) Kəskin leykoz diaqnozu hansı həlledici müayinə əsasında qoyulur?

A) Sümük iliyinin sitoloji müayinəsi

B) Koaquloqramma

C) Biokimyəvi analizlər

D) Hemoqramma göstəriciləri

E) Hormonal sınaqların təhlili


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
531) Kəskin leykoz diaqnozu qoymaq üçün mieloqrammada blast hüceyrələrinin miqdarı hansı rəqəmə uyğun gəlir?

A) 5-10% arasında

B) 10-15% arasında

C) 15-20% arasında

D) 20-25% arasında olmalıdır

E) 30%-dan çox


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
532) Terminal dezoksinukleotidil transferaza 95% hallarda hansı limfoproliferativ xəstəlikdə aşkar edilir?

A) Limfoqranulomatozda

B) Xronik limfoleykozda

C) Tüklü hüceyrəli leykozda

D) Kəskin limfoblast leykozda

E) İnfeksion mononukleoz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
533) Monoklonal səthi immunoqlobulinin aşkar edilməsi hansı hemoblastoz üçün xasdır?

A) Limfoqranulomatoz

B) T-Kəskin limfoblast leykoz

C) B-Kəskin limfoblast leykoz

D) Həqiqi polisitemiya

E) Kəskin promielositar leykoz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
534) Kəskin limfoblast leykozda bu əlamətlərdən hansı proqnostik əhəmiyyət kəsb etmir?

A) Yaş


B) Limfoadenopatiya

C) Sitostatik terapiyaya erkən müsbət cavab

D) Leykositlərin sayı

E) Sitogenetik dəyişikliklər


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
535) İmmunoloji müayinə bu kəskin mieloid leykozun hansının diaqnostikası üçün çox vacibdir?

A) M4


B) M6

C) M0


D) M3

E) M2
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.


536) Bu sitogenetik dəyişikliklərdən hansı kəskin mieloblast leykozda pis proqnostik əhəmiyyət kəsb edir?

A) t (8; 21) translokasiyası

B) iv (16) xromosomun inversiyası

C) t (9; 22) translokasiyası

D) t (15; 17) translokasiyası

E) 5 və 7-ci xromosomların uzun hissəsinin zədələnməsi


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
537) Bu laborator əlamətlərdən hansı kəskin leykoz üçün xasdır?

A) Anemiya

B) Trombositopeniya

C) ECR-in sürətlənməsi

D) Blastemiya

E) Limfopeniya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin