Hacı Nərimanoğlu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.04.2017
ölçüsü0,69 Mb.
#13048
1   2   3   4   5   6   7
 

 



Aleksandra Qavrilovna Baranova: “ 51 yaşım var, Petroqrad sakiniyəm, Bakı 

şəhəri, Sisianovskaya küçəsi, 25 №-li evdə yaşayıram.  Bu il (1918-H.A) mart 

ayının 20-də gecə erməni  əsgərləri mənim mənzilimə soxuldular və  mənim 

mənzilimi 13.150 rubl məbləğində qarət etdilər. Əşyaların siyahısını təqdim edirəm 

və  işə  əlavə edilməsini xahiş edirəm. Müsəlmanlar evin divarını sökməklə  həyətə 

keçid açaraq məni evdən çıxardılar, bundan sonra müsəlmanlar qonşu evlərdə daha 

5 dəlik açaraq məni, mənim 32 yaşlı  qızım Vera Georgiyevna Niyaşevskayanı, 

onun 5 yaşlı oğlu Aleksandrı, dayə Lyubovu, mənim 18 yaşlı qızım Ninanı, 3 nəfər 

qulluqçunu və 4 nəfər pansionçunu 9-10 yaşlı müsəlman oğlanlarını, 2 nəfər 

Əliyevləri, Qasımovu və Quliyevi evdən çıxarıb apardılar, hamımızı xilas etdilər. 

Bizi rus-tatar məktəbinə    gətirdilər, burada  bizi yedirtdilər. Yuxarıda göstərilən 

evdən əsgər olan erməni qızı Mariya Ayrumova atırdı. O, müsəlmanlara atəş açırdı. 

Mən öz əmlakımı yeni qiymətlərlə, yəni mart qiymətləri ilə  dəyərləndirirəm.” 

İzahat oxundu. İmza. Komissiya üzvləri: Takinski, А.Kluge (imzalar). AR Pİİ SSA, 

f. 277, s. 2, iş 14, v. 196.Sənəd № 57 

 



Varvara Vasilyevna Antipova: “ 39 yaşım var, Bakı şəhəri, Kamenistaya küçəsi, 

156  №-li evdə, 4-cü mərtəbədə yaşayıram. Bakıda mart qırğınları zamanı  mən 

Kamenistaya küçəsi, 156 №-li evdə yaşayırdım və həmin günlər mənim mənzilimə 

dəstə-dəstə 50-60 nəfər erməni  əsgəri gələrək axtarışlar aparırdılar. Onlar silah 

axtarırdılar. Onlar bir neçə dəfə gəlmiş və bizi tamamilə evdən çıxararaq şəhərin o 

biri başına, vağzal tərəfə qovmuşdular. Mən diz üstə ermənilərə  və onların 

rəislərinə yalvarırdım, onların əlini öpürdüm və ağlayırdım ki, bizi mənzilimizdən 

və evdən qovmasınlar. Ermənilər mənim mənzilimdən köhnə qiymətlə 12.325 rubl 

məbləğində əşyalarımı qarət etdilər. İndiki vaxtda mənim əmlakımın bir neçə dəfə, 

qat-qat baha qiyməti vardır. Ermənilər tatar evi olduğu üçün bizim evi partlatmaq 

istəyirdilər və biz çətinliklə onları dilə tutduq ki, bizi müflis etməsinlər.” Oxundu. 

İmza. V.Antipova. Komissiya üzvü: А.Kluge (imza). AR Pİİ SSA, f. 277, s. 2, iş 

14, v. 211.Sənəd № 582.  

 



Şamaxı hadisələrinin  şahidi olan və Bakı hökumətinin Stepan Lalayevə “geniş 

mandat” verdiyini bildirən P.Boçarov qeyd edirdi: “Bir gecə  ərzində  şəhər sanki 

yoxa çıxmışdı.  Əhali məhv edilmişdi.  Əraziyə Caparidzenin sədrliyi altında 

komissiya göndərildi. Şamaxının komendantı daşnak Paxlasin azad edildi və onun 



11 

 

qırğın zamanı fəaliyyətsizlik nümayiş etdirən dəstəsi ləğv edildi. Həmçinin daşnak 



Stepan Lalayev  geri yollanıldı”.  

 



Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin rəhbərlik etdiyi qrupun 

hazırladığı  məruzədən (ARDA. f. 1061, siy. 1, iş 95): “Daşnak Hamazaspın 

dəstələri  Şamaxı  qəzasının 120 azərbaycanlı  kəndindən 86-sını qarət edib 

yandırmış, əhalisini qətlə yetirmişdi. Qəzanın 53 kəndində ermənilər qısa müddətdə 

8027 nəfər azərbaycanlını öldürmüşdür. Şamaxı şəhərində 12 məhəllə məscidi, 800 

illik tarixə malik “Cümə məscidi” yandırılmışdı. Qubada və qəzanın 122 kəndində  

qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını 

qətlə yetirmişlər. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmiş, 105 ev və 

digər tikililər tamamilə yandırılmışdır. Gəncə  ətrafında 272, Ağsu, Kürdəmir və 

Lənkəranda 130 yaşayış  məntəqəsinin  əhalisi vəhşicəsinə öldürülmüşdür...erməni 

silahlı  dəstələrinin  şəhərə daxil olması müsəlman  əhalinin kütləvi surətdə  qətli və 

onlar üzərində hər cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə 

əllərinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirdilər. Evlərə soxularaq 

südəmər uşaqlara belə  rəhm etmir, onları analarının qucağındaca qılıncla 

doğrayırdılar....Kərbəlayı  Məhəmməd Tağı  oğlunun on dörd nəfərdən ibarət ailəsi 

bu cür qəddarlıqla qətlə yetirilmişdi. Məhəmməd Rəsul Mahmud oğlunun üç uşaq 

və arvadından ibarət bütün ailəsi ağır işgəncələrlə öldürülmüşdür. Onun özünün 

diri-diri qarnını yırtmış, gözü qabağında üç uşağının başını kəsmişdilər. Hacı Dadaş 

Bala Qasım oğlu arvadı  Məşədi Bibixanım və  oğlu  Əbdül Qasımla öz evlərində 

öldürülmüş və yandırılmışlar. Kərbəlayı Abuzər Məstan oğlunun iki qızı - Hökümə 

və Buta analarının qucağındaca xəncərlə doğranmışlar. Erməni  əsgərləri  şəhərin 

hörmətli ağsaqqallarından olan Əli-Paşa Kərbəlayı  Məhəmməd oğlundan tələb 

edirlər ki, kef çəkmək üçün onlara müsəlman qadın və  qızları tapıb gətirsin. O, 

bundan imtina edir. Əmrlərinin yerinə yetirilmədiyini görən erməni cəlladları onu 

və  oğlunu vəhşicəsinə  qətlə yetirirlər. Erməni vandalları  əvvəlcə atasının gözü 

qabağında oğlunun gözlərini çıxarır, üzünü ülgüclə doğrayır, sonra isə canını 

tapşırana qədər süngü ilə dəlik-deşik edirlər.  

 



Yakov Nikolayeviç Smirnov: “andlı iclasçı, Bakının keçmiş  İctimai  Şəhər rəisi, 

Bakı  şəhəri, Bazarnaya və Poçtovaya küçələrinin kəsişməsində, Krasilnikovların 

evində yaşayıram, rusam. Gecə növbəsi çəkərkən mənə bir erməni əsgər yaxınlaşdı 

və söhbət  əsnasında öz alman “ştutser”ini göstərərək, fəxrlə dedi-bu silahla əsir 

müsəlmanlara 1500 patron atmışam, bütün  müsəlmanları qıracağıq...”  

 



 

“Novoya vremya” qəzetinin  İrəvan üzrə müxbiri A. Qriqoryev:  “...törədilən 

cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına 

düşürdü. 1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis 

departamentinin hazırladığı sənəddə deyilir: “Daşnaksutyun” öz qüdrətini göstərdi, 

müsəlmanlar cəfasını  çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, 

müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin 

günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla 

da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabiləşdirmək üçün 

güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan 

bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov 

(Maqsud Əlixanov-Avarski), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakının 

qubernatoru, ikincisi Yelizavetpolun (Gəncə) vitse - qubernatoru), polkovniklər 

Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların 

qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada 

ermənilərlə müsəlmanların yaşadıqları  ərazilər bir-birindən ayrıldı, Türkiyədən və 



12 

 

qismən  İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. 



Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin 

vəkaləti ilə  təbəəlik  əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində 

ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi 

boşaldılmış, həmin  ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını 

qurtarmışdılar".  

 



Fövqəladə  İstintaq Komissiyanın üzvləri N.Mixaylovun və V.Klossovskinin 

ifadələrindən: “Ağdamdan Qutqaşenə (Qəbələ) gedən yolun üstündə yerləşən 

Axtala ərazisində ermənilər tərəfindən diri-diri dərisi soyulmuş bir neçə müsəlman 

meyiti gördük. Bağır dərəsində bədənləri süngü ilə tamamilə deşik-deşik edilmiş 5 

müsəlman vardı. Çomaxlı stansiyasının yaxınlığındakı yolun üstündə ermənilər 

tərəfindən gözləri çıxarılmış 21 arabaçı  qətlə yetirilmişdi (Azərbaycan 

Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.6). Ermənilərin ağlasığmaz 

vəhşilikləri hətta bolşevik rus əsgərlərini dəhşətə saldığından onlar ermənilərə qarşı 

çıxış etmiş, ermənilərlə silahlı toqquşmaya da çıxmışdılar. Nəhayət, onlar 

ermənilərdən ayrılıb bir çox müsəlmanları özləri ilə Bakıya apararaq xilas etdilər."  

 

Rusiya Federasiyasının Baş  Kəşfiyyat  İdarəsinin polkovniki, 366-cı  alayda 



yerləşən 02270 nömrəli (Dağlıq Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin 

rəisi olmuş,  Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin  şahidi olan 

Vladimir Romanoviç Savelyevin Birləşmiş Millətlər Təşkilatına, Avropa  Şurasına, 

Baş  Kəşfiyyat  İdarəsinə ünvanlanmış  məktublarından: “...Mən bütün bunları 

yazmaya bilmərəm. Hər  şey gözlərim önündə baş verib. İnsanların, uşaq və 

qadınların, hamilə  gəlinlərin güllədən keçmiş  bədənlərini unuda bilmirəm. Qoy 

azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı  və amansız sonluğu olan 

hadisələrdə əlimdən heç nə  gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı  həm 

Kremlə, həm də MN-ə, BKŞ-nin generallarına göndərdim. Oxuyun - dedim. Biz 

rusların zabit şərəfi görün necə ləkələndi.... Bu oyunlara rus zabitlərini qoşmaqla 

onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular…Mən on addımlığımda güllə 

yarasından can verən səkkiz-doqquz yaşlı  qızcığaza heç cür kömək  əlimi uzada 

bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...”  

 



1992-ci il martın 10-da isə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin 

poçtuna daxili işlər naziri Viktor Yerinin imzası ilə məktub qoyulur, məktubda qeyd 

edilir ki, məzmunu haqqında  şəxsi görüşdə açıqlama veriləcək. Məktubla təqdim 

olunmuş videokassetə baxılması xahiş olunur. Videokassetdə 1.890 nəfər  şəxsi 

heyəti olan 366-cı alayın fəaliyyəti və Xocalı faciəsindən kadrlar var idi. General 

V.Yerin prezidentə yazırdı: “...Xocalıda qadın, uşaq və qocaları güllələyiblər, 

meyitlərin bir çoxunun dərisi soyulub. Bunları azərbaycanlı operatorun (Çingiz 

Mustafayev-H.N) çəkdiyi film  də sübut edir. Kamera qulaqları  kəsilmiş bir neçə 

uşaq göstərir. Yaşlı bir qadın var,  üzünün sol yarısını kəsib götürüblər. Kişilərin 

baş  dəriləri soyulub çıxarılıb. Meyitlər eybəcər hala salınıb. Hərbi kəşfiyyatın 

məlumatına görə, bu barədə Dağlıq Qarabağda yerləşən 366-cı alay 

günahlandırılır". (Н.Qavrilov) "Voyennıye vedomosti". Nəşr.S-Peterburq.1998, 

səh.96). Prezident B.N.Yeltsin videokassetə baxdıqdan sonra “rus əsgərlərinin şərəf 

və ləyaqətinə xələl gətirən (!!!) belə kadrların çəkilməməsini” hərbi kəşfiyyatçıların 

qarşısında vəzifə kimi qoyur, bu istiqamətdə  işləmək üçün xüsusi sərəncam 

imzalayır. 

 



Rus diplomatı general Mayevskinin "Ermənilərin törətdiyi kütləvi qırğınlar" 

kitabından: “Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş 

meyitləri, kəsilmiş  bədən hissələri və dağılıb tökülmüş daxili orqanları 

13 

 

səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil 



etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış  və köməksiz 

insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün 

məsuliyyət daşıyan ermənilər bir evə  səksən nəfər müsəlman doldurur, sonra isə 

onların başlarını kəsirdi.” 

 



Rus tədqiqatçısı V. L. Veliçkonun "Qafqaz" əsərindən:"Ermənilər gürcülərə 

məxsus olan xram və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü 

yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və onların  əvəzinə 

erməni yazıları ilə əvəz edirlər". 

 



A.S.Qriboyedovun  Rus imperatoruna məktubundan: “Ermənistan bir dövlət kimi 

bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin 

səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, 

iranlıların, yunanların, monqalların, rusların.Öz mübahisələrini həll etdikləri yer 

olmuşdur.Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların 

hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz,  əclaflığı olduqca 

təəssüfləndiricidir.” 

 



1912-ci ilin dekabrında  Vandakı rus konsulu general Mayevski Peterburqa 

yazırdı:  «Daşnaq» komitəsi hər vasitə ilə Türkiyədə daxili ziddiyyətləri qızışdırır 

və beləliklə Avropa və Rusiyanın da müdaxiləsi üçün zəmin hazırlayır”. 

 



Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə  Ərzincandakı  qırğınlar haqqında 

raportundan: “11-12-mart gecələrində erməni cəlladları  Ərzincan  ətrafındakı 

ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər.Bu vəhşilər öz 

qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. 

Mənim yavərim iki yüz (200) belə xəndək saymış və cinayətlərin üstünü açmışdı.”  

 



1918–ci ildə  Şamaxı hadisələrini izləyən Yelizavetpol Məxfi  İdarəsinin  İstintaq 

Qrupunun başçısı mayor Q.D.Demçenkonun ermənilərin  Şamaxıda törətdikləri 

qanlı cinayətlərlə bağlı Baş  Kəşfiyyat  İdarəsinin Qafqaz bölməsinə yazırdı: 

“ermənilər Cümə məscidinin qapılarını bağlayıb, məscidə od vurdular. Sonra din 

xadimi Hacı Cəfər Məmmədovu məscidin qabağına sürüdülər. Onun sinəsi qırılmış, 

sir–sifəti qara qançır olmuşdu. Sonra onun sinəsində  bənd alan saqqalına od 

vurub, yandırdılar. Erməni Mixail Arzumanov əlindəki süngü ilə onun gözlərini 

ovub çıxartdı… Rus keşişi Fyodr Ata bütün bu işlərə mane olmağa cəhd etdi. Lakin 

onun da sinəsindən vurub, yıxdılar… Sonra ermənilər Hacının qulaqlarını 

kəsdilər… burnunu yerindən qoparıb, üstünə neft tökdülər… Cümə  məscidinin 

qabağında Hacı  Cəfəri yandırıb getdilər.  İki gündən sonra ermənilər rus keşişi 

Fyodr Atanı da dara çəkib, asdılar. Moskvanın etirazına baxmayaraq, hər şey ört–

basdır edildi…” 

 



Rusiyalı yazıçı və ictimai xadim Aleksandr Fomenkovun “Rusiya İctimaiyyətinə 

Müraciəti”ndən: “Rusiya ictimaiyyətini və elmi dairələri erməni saxtakarlıqlarının 

ifşa edilməsində Azərbaycanın istifadə etdiyi təcrübəyə diqqət yetirməyə çağırıram, 

yoxsa biz ruslar tezliklə Rusiyanın böyük knyazının Vladimir Monomaxyan, 

Moskvanın  əsasını qoymuş Yuri Dolqorukinin isə Yuri Dolqorukyan 

adlandırılmasının  şahidi olacağıq. Bəli, məhz belə,  əgər başqa xalqlar ermənilərin 

onlara məxsus məişət  əşyalarını, xalq musiqisini, mahnıları, kulinariya və digər 

mədəni irs nümunələrini mənimsəmələrindən  şikayət edirlərsə, onlar bizdən də 

adamları  oğurlamağa başlayıblar. Özü də hansısa Vasya və Maşaları deyil, 

generalissimusları oğurlayırlar. Böyük rus sərkərdəsi Aleksandr Vasilyeviç Suvorov 

ermənilərin iddiasına görə, erməni  əsillidir. Onlar bu bəyanatı ona əsasən verirlər 


14 

 

ki, Aleksandr Vasilyeviçin anası uşaq vaxtı Manukova soyadını daşıyıb, bu soyad 



isə yalnız və yalnız ermənilərin Manuk adından yarana bilərdi. Bu nə 

sayıqlamadır?!” 

 

"Moskovskiy komsomolets" qəzeti, 29.01.1994. "Neft sindromu" məqaləsindən: 



”Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış, həyata 

keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır… 

"Qarabağ  hərəkatı"nın liderləri millətin öz müqəddəratını  təyin etməsi prinsipini 

hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm 

başlayır.” 

 



“Reqnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerov: “18-ci əsrdəki 

böyük rus döyüşçüləri ilə  məmurları sayəsində ermənilər artıq dövlət və paytaxta 

sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə 

doldurub bükə bilməzdilər. Belə ki, orada nə üzümü, nə  də qiyməni bilirdilər. 

Bunun əvəzində isə çörək bişirmək üçün yanacaq kimi istifadə edilə bilinəcək dəvə 

peyini bol idi. Deputat Jirinovski havayı yerdən ermənilərə deməmişdi ki, rus qazı 

ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib peyin yandırsınlar. 70-ci illərdə 

ermənilər  İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını 

dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma 

ermənilərdə bu sadəcə olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və 

azərbaycanlılardan götürərək, hətta adlarını  dəyişməyərək lülə-kabab, basdırma, 

bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən 

göründüyü kimi, İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə  məhz Rusiyanın 

köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə  həmin  ərazi  İrəvan 

xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 

1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən 

tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur 

Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüzillər  ərzində xalqı idarə 

edənlər onun başına soxurlar ki, biz ən qədim və  ağıllıyıq, amma özləri 

Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş edirlər. Rusiyada 

əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı 

özlərinə güldürməsinlər”. 

 

 Moskvadan Zəngəzura göndərilmiş kommunist-bolşevik  N.Y.Solovyov 1921-ci 



ilin mayında Leninə hesabatında yazırdı: “Ermənistan Respublikası yarananda onun 

hüdudlarında 250 müsəlman kəndi olmuş, onların hamısı məhv edilmişdir, artıq bir 

müsəlman belə yoxdur”. 

 



“Известия” qəzetinin 1992-ci ilin 14 mart sayında çıxmış “Поиск крови и слез” 

başlıqlı  məqalədə hadisənin iştirakçısı olan rus zabiti yazır: “1991-ci ilin 

oktyabrından etibarən gecələr alaydan döyüş növbəsinə getməyə başladılar. Amma 

yalnız zabitlər və köhnə qulluqçular, əsasən də, mexaniklər, sürücülər, bəzən də 

atıcılar BMP-lərdə, tanklarda özləri ilə top da götürürdülər. Səhərlər içkili 

vəziyyətdə  və bütün hərbi sursat istifadə olunmuş  şəkildə qayıdırdılar.  Əsgərlər 

söyləyirdilər ki, onlar əvvəlcə “erməni boyevikləri” ilə birlikdə içirdilər, sonra da 

onların göstərişi ilə Azərbaycan kəndlərinə atəş açırdılar”.  

 

Jemçuynikov, yazıçı: “Qışqıra-qışqıra danışmaq ermənilərin xəstəliyidir. Özgə   



millətləri də özlərinin xeyrinə  qışqırmağa, yalan informasiya yaymağa cəlb edə 

bilirlər”. 

 


15 

 



 

Kinorejissor Nikita Mixalkov: “Qarabağda erməni ailələrini A.Qriboyedov 

məskunlaşdırıb. O, 40 min ermənini İrandan çıxararaq ora göndərib. Qriboyedovun 

qətli isə ingilislər tərəfindən planlaşdırılıb.”  

 



 



Olqa Smurova, yazıçı: “Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, 

bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər.”  

 



 



Rusiya Federasiyası İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun 

direktoru, politoloq Sergey Markov: “ Əgər Rusiya dövləti, rus xalqı olmasaydı, bu 

gün Ermənistan adlı dövlət mövcud olmazdı. Rusiyanın köməyi və minlərlə rus 

əsgərinin həyatı bahasına Ermənistan bu gün dövlət kimi mövcuddur. “ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16 

 

 Fransızların gördükləri və yazdıqları 

 

Fransız tarixçisi Jean Laurent 1920-ci ildə erməni daşnak, hınçak, ramgavar 



terror təşkilatlarının fəaliyyətləri haqqında: "Erməni çeteləri, özlərinə bol para 

verən və  sərvət  gətirən dövlətlərin xidmətinə girirdilər. Bu dövlətlər onların 

istədikləri kimi soygunluq etmələri və  qətliamlar aparmalarına izin verdikləri 

zamana kimi sədaqətlərinə güvənə bilirdi." 

 



Fransız səyyahı qraf de-Şölye: ““Ermənilər yerli əhalinin  şirəsini sormağa 

başladılar. Bununla kifayətlənməyərək gəlmə ermənilər yerli müsəlman  əhalisinin 

şan-şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub torpaqlarına 

sahib ola bilsinlər. Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 

milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb. Bu kilsə bir 

müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə dini mərkəzdən 

çox siyasi mərkəz təəssüratı yaratdı...Erməninin yoxsulluğunu və iztirablarını 

görəndə  qəlbimdə çox böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım 

qaynamırdı, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir 

alçaqlıq vardır”.  

 



Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci 

ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubdan: “…Bu hərbi 

əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış  şahidlərdən 

əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının 

axırlarında  İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın 

məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə almışlar. Paytaxta yaxın 

ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə 

sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən 

qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər 

işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil 

olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb”.  

 



Fransa mətbuatı ilk dəfə bu müdhiş faciəni dünyaya yaydı;  1988-ci il dekabrın 5-

də  Ermənistandakı Hamamlı şəhərində (Spitak)  ermənilər 70-ə yaxın 5 yaşından 

12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrində boruya dolduraraq hər 

iki tərəfini bağlayıb uçurumdan yuvarladılar. Bunun ardınca Allahın cəzası kimi baş 

verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamı görüb üstünü 

açaraq dəhşətə  gəldilər, nifrət və  qəzəb içində geri dönüb bu vəhşiliyi fransız 

mediasına bildirdilər. 

 



Fransız alimi de-Ban Eçmiədzin kilsəsinə  səfəri haqqında: “Ermənlərin xalq 

qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı 

mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin 

"qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar.” 

 

Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunet: “Əsirlər var. Lakin artıq 



yaşamağa yararlı deyillər. Qışda onları  səhərlər ayaqyalın qarın-buzun üzərinə 

çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında  şüşə  sındırır, sonra təzədən 

kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır.Barmaqlarını qapının 

arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab 

gətirməyərək dəli olub ölür. Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı 

götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, 

başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə 

başladı.” 

17 

 



 

Fransız tədqiqatçı  və araşdırmaçısı Maxime Gauin:  “Bu erməni “soyqırımı” 

iddiası yəhudi soyqırımının inkarı ilə bağlı qanuni düzənləmələrdən açıq bir şəkildə 

fərqlidir. Holokost inkarçıları, Nuremberg Beynəlxalq Hərbi Cəza Məhkəməsi 

Nizamnaməsinin 6-cı maddəsinin C bəndinə uyğun olaraq beynəlxalq 

məhkəmələrin açıq hökmləriylə    cəzalandırılırlar.  “Erməni məsələsi”  ilə bağlı 

beynəlxalq məhkəmə  təşəbbüsü, Britaniya hökuməti tərəfindən Maltada 

reallaşdırılmış və tam mənasıyla müvəffəqiyyətsizliklə nəticələnmişdir. 1919 - 1921 

illərdə reallaşdırılan və iki ildən çox davam edən araşdırma sonrasında Maltada 

tutulan 144 Osmanlı  böyükləri  əleyhinə  heç bir dəlil tapılmamışdır,  ələ keçən 

Osmanlı  vəsiqələrində bariz bir şəkildə  qırğına səbəb ola biləcək hərəkətlər 

olmadığı  təsbit edilmişdir, yer dəyişdirən ermənilərin  hətta mühafizə edildiyi 

görülmüşdür. Əgər soyqırım olduğuna dair hər hansı bir dəlil mövcud olsaydı, bu 

fürsəti  İngilislər  əldən verməzdilər. Osmanlı idarəçilərinə  bəraət verilməzdi.” 

(Fransadakı erməni təşkilatları Maxime Gauini "nasist", “soyqırım ortaqçısı” 

adlandırırlar və onu dəfələrlə məhkəməyə vermişlər.)  

 

Adam Mets - səyyah: “Dərisi ağ qulların ən pisi ermənilərdir. Onlar şərəfsizdirlər. 



Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və 

qorxu altında yaxşı işləyirlər”. 

 

 



 

Aleksandr Düma: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların 



hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, 

hiyləgər və kələkbaz adamlara çevrilmişlər”. 

 

 



 

 Maxime Gauinin “Hurriyet Daily News”da dərc olunan “Türkiyə-Ermənistan 



sərhədinin bağlanmasına görə kim məsuliyyət daşıyır?” məqaləsindən: “Bu ay 

prezident Rəcəb Tayyib Ərdoğan erməni həmkarını Çanaqqala döyüşünün 

yüzilliyinə həsr olunan yubiley tədbirində iştiraka dəvət etdi. Cənab Sarkisyan buna 

mənfi cavab verdi. O, imtina etmək hüququna malik olsa da, cavab məktubu sadə, 

lakin aqressiv idi: məktubda yalnız ermənilərin əziyyət çəkdiyi vurğulanırdı. Ancaq 

heç kim rus ordusunun erməni könüllüləri tərəfindən türklərin böyük əksəriyyətinə 

qarşı törədilən cinayəti inkar edə bilməz. 1915-1916-cı illərdə həmin cinayətlərdən 

aylar öncə başlamış  məcburi köçürmələr Rusiya zabitlərinin  şikayətləri və  hətta 

Rusiya hərbi məhkəməsinin qərarları ilə sübut olunub. Cənab Sarkisyan həmçinin 

illər öncə Türkiyənin Ermənistan məsələsindəki  ənənəvi mövqeyini açıq  şəkildə 

tənqid edən, çox mübahisəli Sarkis Torosyanın aldadıcı memuarları kimi 

arqumentlərdən istifadə etdi. Heç kim onu hörmətdən salan əsassız xəbərlərdən 

istifadə olunaraq ciddiyə alınacağını gözləyə bilməz. 

1998-ci ildə sabiq prezident Levon Ter-Petrosyan Orli hücumunun əsas günahkarı 

olan Varujan Qarabedyanın  əfvi üçün Jak Şiraka müraciət etmişdi. Qarabedyan 

məhkəmə qərarı ilə 2001-ci ildə azad ediləndən sonra baş nazir və İrəvan şəhərinin 

meri tərəfindən milli qəhrəman kimi qarşılandı.  Əgər bir terrorçu hər hansı bir 

müsəlman ölkəsində baş nazir tərəfindən belə qarşılansaydı, dünyada buna necə 

reaksiya veriləcəyinizi təsəvvürünüzə  gətirin. Və yaxud digər bir məqam - 

Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası 1918-1920-ci illərdə 

azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini icra edən və 1930-cu illərdə “irqi-

dini” nəzəriyyəsini irəli sürəndən sonra II Dünya müharibəsinin  əvvəlində 

Almaniyaya gədən və orada 1942-ci ildə Berlində qurulmuş Erməni Milli Şurasının 

üzvü olan Qareqin Njdenin yazılarından ilham aldığını iddia edir. 2013-cü ilin 

fevral ayında cənab Camala qarşı hücumun baş verdiyi İrəvan Dövlət 

Universitetində Njde də yada salındı. Hətta İrəvan şəhərinin bələdiyyə məclisi ötən 

il bu nasistə yeni bir abidə ucaltmaq qərarını açıqlamışdı. Armenianow.com erməni 


18 

 

saytının məlumatına  əsasən, orada Bələdiyyə  Məclisi də daxil olmaqla, bütün 



müvafiq strukturlar heykəl üçün yer ayrılmasına dair mübahisələr aparır. Başqa 

sözlə, problemi birbaşa qoysaq, əgər bir cəmiyyətdə  hərbi cinayətkar olan bir 

nasistə heykəlin harada qoyulması ilə bağlı açıq debat aparılırsa, onda bu cür 

cəmiyyət öz qonşuları ilə sülh şəraitində yaşamağa hələ hazır deyil. 

 

Beləliklə, sizi xəbərdar edirik ki, türklərdən heç bir ön şərt qoymadan sərhədləri 



açmaq, Ermənistan Konstitusiyasına daxil olan ərazi iddiaları haqqında heç bir şey 

deməmək, Türkiyənin  əsas regional müttəfiqi olan, ərazilərinin bir hissəsi 

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana hər hansı dəstəyi dayandırmaq, 

antitürk terrorçuların, nasistlərin  şərəfinə  İrəvanda bayram keçirilməsi ilə bağlı 

narahat olmamaq xahiş edilib. Bu cür həll yolunu müdafiə edənlər bunun necə 

sülhpərəst, demokratik və real olduğunu açıq izah edə bilsəydilər, çox maraqlı 

olardı.” 

 



 

 



Fransız  müəllif  Marsel:  “Anadolunun 166 sahibkarından 141-i erməni, 12-si 

digər icmalardan, 13 nəfəri isə türk idi; 9800 dükançı və peşəkar əsnafdan 6800-ü 

erməni, 2550-si türk idi; 150 xarici ticarət kommersantlarından 127-si erməni, 23-ü 

türk idi; 153 sənayeçilərdən 130-u erməni, 20-si türk idi; 37 bankirlərdən 32-si 

erməni idi. “Türkiyə Ermənistanı” deyilən  ərazidə 803 erməni məktəbi, 2088 

müəllim və 81226 şagird olmuşdur. ”  

 



 

 



“Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və  uşaqların 

meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, 

Azərbaycan təbliğatı deyil, reallıqdır”. Fransanın “Le Mond” qəzeti, 14 mart 1992. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


19 

 

Amerikalıların gördükləri və yazdıqları 

 

Amerika Birləşmiş Ştatları Loisville Universitetinin müəllimi, tarixçi yazar Prof. 



Dr. Justin Mccarthy: "Erməni soyqırımı” deyilən bir şeyin olması mümkün deyil. O 

dövrdə yaşayan 1,5 milyon erməni yox idi. Bu rəqəmin cəmi erməni  əhalisindən 

daha çoxdur. Bu tamamilə səhv. Bu “soyqırım”ın həqiqət olması vəziyyətində hər 

bir erməninin iki dəfə ölmüş olması lazımdır. 1912 - 1921 illər arasında 3 milyon 

müsəlman və 100 min erməni ölüb. Aclıqdan, susuzluqdan və ya xəstəlikdən 

ölənlər də oldu.  Bütün ölənlərin türklər tərəfindən öldürüldüyü deyilir, amma bu 

xəstəlik ayrı-seçkilik etmədən hər kəsi öldürdü….Tarixçilərin araşdırmalarını 

sərbəst  şəkildə etmələri, mübahisələrin, tapıntıların müqayisə edilməsi lazımdır. 

Ancaq bu şəkildə tarixi məlumatın doğruluğuna əmin ola bilərik." 

 



1898-ci ildə Doğu Anadolunu gəzən Amerikalı  qəzetçi George H. Hepwort, 

ermənilərin bu sözlərini eşidib qələmə almışdı: "Ah!... Biz öncələrdə çox xoşbəxt 

bir xalq idik. Vergilərimizi ödər, işimizlə, gücümüzlə ilgilənir, huzur və rifah 

içərisində yaşardıq... Fəqət Berlin Anldlaşması, İngiltərənin işi qarışdırması bizi pis 

günlərə qoydu, əgər Avropa bizi öz halımıza buraxsaydı, yaxşı bir gələcəyə sahib 

ola bilirdik. Fəqət  xalq olaraq pis günə düşdüyümüz görünür, zavallı ermənilər... 

Avropalılar bizi türklərə  qarşı pis rəftara  təhrik  etdilər!... Yazıqlar olsun, 

məmləkətimiz xarab oldu." 

 

25 sentyabr 1919-cu ildə  Ərzuruma Amerikadan general Harbord başqanlığında 



bir incələmə heyəti gəlmişdi. Bu ABŞ heyət Yanıkdərədə Karskapısında, Ezirmikli 

Osman Ağa və Mürsəl Paşa Konaklarında türklərə yönəlik qətliamlara  şahid 

olduqlarında yazmışdılar: “Hz. İsanın qulları necə belə bir qətliam törədə 

bildilər!!!" General Harbord  Ərzurum və çevrəsində gördüyü vəhşət qarşısında 

dəhşətə düşmüş  və o qədər  üzülmüşdür ki, İrəvanda daşnak qatillərinin ona 

uzatdıqları əllərini boş buraxma cəsarətini göstərmişdir.”. 

 

Amerikalı general Harbordun Ərzurumdakı dialoqu həmin günlərdə çox sayda 



şahidlərin də gündəliklərinə düşmüşdü. O, türklərdən soruşur:- "Daha öncədən 

Ərzurumda erməni çoxluğu varmıdı?" Bu soruyu alan Ərzurum Bələdiyyə Başqanı 

Zakir Gürbüz bəy Amerikalı generalı pəncərə önünə çağıraraq açıq görünən Gez və 

Kavak məzarlıqlarını göstərib deyir: "Bunlar gördüyünüz kimi müsəlman-türk 

məzarlarıdır. Şəhərin ötəki yerlərində də bunların on qatı türk məzarlığı daha vardır. 

İndi yaxşı baxın, çevrəsi divarlarla  hörülü o kiçik məzarlığı da görürsüzmü? Bax o 

da ermənilərin məzarlığıdır. Özünüz deyin, ermənilərmi, ya türklərmi çoxluqda? 

Ermənilər ölülərini yemədilər ki! Əzurumun ölüsü də Türk, dirisi də Türk!" deyə 

tarixi cavab vermişdir.” 

 



Amerikalı  məşhur tarixçi və Osmanlı mütəxəssisi professor Justin McCarthy 

Londonda (Scholl of Oriental and African Studies) verdiyi konfransda “erməni 

soyqırımı” ilə  əlaqədar bu sözləri demişdir: "Birinci Dünya müharibəsi baş 

verdiyində 12 sentyabr 1914-cü ildə Wellington Houseda gizli bir təbliğat vahidi 

quruldu. Bu bölmənin məqsədi,  İngiltərənin düşmənlərini qaralamaq və Amerika 

nəzdində,İngilis görüşünə dəstək təmin edə bilmək, və İngiltərədə döyüş əsnasında 

əhvalları yüksək tutmaq idi. 

Wellington Housedaki təşkilatın başında Charles Msterman adlı bir liberal millət 

vəkili və türk düşməni Lloyd Corc vardı. Bu büroda çalışanlar arasında İngiltərənin 

ABŞ-dakı səfiri işləyən və ABŞ-da çox sayda tərəfdarı olan  Viscount Bryce adlı 

bir intellektual da vardı.Onun köməkçilərinin biri də Arnold Toynbee adında gənc 

bir tarixçi idi.Döyüş sonunda Wellington Housenin iş qeydləri məhv edildi və hətta 



20 

 

belə bir quruluşun var olduğu belə 1935-ci ilədək gizli qaldı. Ancaq həmin 



qaynaqlarla əlaqədar bir dəftərin məhv edilməsi unuduldu. Bu günümüzə gəlib çata 

bilməsi sayəsində biz bu həqiqətləri öyrənə bildik.Ayrıca burada emal edilən yalana 

söykənən çoxlu nəşrlərin  olduğu və o zamanın texnologiyası ilə inanılmaz bir səylə 

ABŞ-a göndərilən 7 milyon ədəd sənədin varlığını ortaya çıxardıq."  

 

ABŞ-ın Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman 



İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən 

Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, 

Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, 

Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən 

Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət 

Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm 

adamları, bir sıra nüfuzlu alimləri də apardıqları araşdırmalardan sonar 1915-ci ildə 

baş vermiş faciəvi hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru 

olmadığını bəyan ediblər. 

 



ABŞ-ın  İstanbuldakı  səfiri Morgentaunun  general Harborda yazdığı 

məktubundan: “750 min erməni faktiki olaraq Zaqafqaziyada yerləşdirilmişdir.”  

 

Konyadakı Amerika yardımı direktoru Meri Küşmən: “1915-ci ildə yarım milyon 



erməni köçkün sağ-salamat bu şəhərdən keçib getdilər.” 

 



Amerika konsulu Cessi B.Cəkson  Kilikiya katalikosu II Sakal-Xakayanın və 

arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə 

əsaslanaraq yazırdı: “Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mini 

Suriya və Mesopotomiyanın ərazisində yaşayır”. 

 

Doktor Henri Riqqz: “Türkiyənin Xarput vilayətində yaşayan 175 min erməninin 



25 mini yerlərindən tərpənməmişlər, hazırda da burda yaşamağa davam edirlər.”  

 



Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini gəzib görüb 

eşitdiklərinə dair ABŞ-a yazıb göndərdikləri  hesabatın son sətri: “Biz inanırıq ki, 

ermənilər türklərə, türklərin ermənilərə etdiyindən daha çox cinayətdə 

günahkardırlar.” 

 



Amerikalı alim Səmyuel А.Uimz: "Mən nə azərbaycanlı deyiləm, nə gürcü deyiləm 

və türk də deyiləm. Mən - amerikalıyam. Mən 1686-ci ildə Amerikaya gəlib çatan 

ilk  şotlandların nəslindənəm. Mən  şotland amerikalısıyam. Mən cənubluyam. 

Bütün həyatım boyu baptistəm və Amerikaya vergi ödəyirəm. Mən bu kitabı 

London, Moskva və  İstanbuldakı araşdırmalarımın yekunu kimi yazmışam. 

Ermənistan da Vaşinqtonda, Parisdə, Romada elmi tədqiqat işlərinin, 

araşdırmaların aparılmasında kömək edə bilərdi. Lakin onların arxivləri dünya 

ictimaiyyətinin üzünə qapalıdı.”  

 



ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında 

yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportdan: "Ağ Saray 

araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. 

Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, 

ermənilərin bu iddiaları son dərəcə əsassız... Osmanlı İmperatorluğunun azlıqlara 

qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. 

Azlıqlar, öz dini azadlıqlarını  və  həyatlarını son dərəcə rahat bir şəkildə davam 

etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı  əsnasında Fransa və Rusiya ilə 

birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək. 

21 

 

Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. 



Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə 

etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin 

edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına 

almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı 

ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq." 

 

 



Professor Stanford Shavv (ABŞ tarixçisi): “Osmanlı tarixi və sözdə erməni 

soyqırımı sahəsində bir çox tədqiqatlar apardım. Ortaya çıxardığım gerçək bu 

iddiaların  əsilsiz olduğunu göstərdi. 1977-ci ildə doğruları söylədiyim üçün 

ermənilər evimi yandırdılar.  Əsası olmayan heç bir bilgini mən qəbul etmədim. 

Tarix də qəbul etməz.”  

 

 



ABŞ-ın Masaçuset Amherst Universiteti tarix fakültəsinin professoru Audrey 

L.Altstadt:“...Əslində Ermənistanda yaşayan azərbaycanlıların torpağı tarixən 

onların öz qanuni torpağıdır və onlar bir sahib kimi öz erməni “qonaqlarına” yaxşı 

münasibət göstərmişlər. Lakin Azərbaycanın Zəngəzuru ermənilərə, Qazax 

rayonunun bir hissəsi isə Gürcüstana verilmişdir.”  

 



 

Professor Justin McCarthy (ABŞ tarixçisi): “Erməni tarixinin böyük bir hissəsi 

sonradan uyduruldu. 1915-ci ildə Osmanlıda fəaliyyətdə olan fransız, ingilis 

diplomatlar Osmanlının bu məsələdə suçlu olmadığını bildikləri halda heç dilə 

gətirmədilər. Gerçəklərin çoxu onların gündəliklərində qaldı. Gerçəyi görüb 

söyləməyən adam gerçək düşməndir…Gerçək tarixi bilən kimsə soyqırımdan söz 

edə bilməz.” 

 



 

Profes Dr. Norman Stone (ABŞ tarixçisi): “1915-ci ildə soyqırım olmadı! 

Ermənilər bəzi sənədlər hazırladılar. Ancaq sənədlərin düzəldilmiş olduqları çox 

açıq-aşkar. Tarixlər və imzalarda bəsit düzəlişlər edilmişdir. Bu da soyqırım 

iddialarının yalan olduğun göstərir.” 

 



 

Amerikada çıxan “The Hill” qəzetində siyasi icmalçı Ceyson Katsın “Cənubi 

Qafqazda regional inkişafa maneələr haqqında” sərlövhəli məqaləsindən 

(http://thehill.com/blogs/congress-blog/foreign-policy/228812-impediments-to-

regional-development-in-the-south-caucasus):“Ermənistan regional layihələrdən və 

qlobal inkişafdan kənarda qalan yeganə dövlətdir. Nə üçün? Ona görə ki, 

Ermənistan başqa yol seçib, bu yol onun müstəqilliyinin və suverenliyinin 

itirilməsinə doğru aparır. Beləliklə, öz xalqının mənafelərinə zidd mövqe tutan 

Ermənistan özü-özünü vassal dövlətə çevirib. Ermənistanda iqtisadi şəraitin 

dözülməz olmasına görə ölkə  əhalisi sürətlə mühacirət edir. Ermənistan-

Azərbaycan müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona 

bitişik rayonlar Ermənistan tərəfindən işğal edilib. Bir milyona qədər azərbaycanlı 

qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu insanları öz doğma yurdlarından 

qovmuş Ermənistan həmin  ərazilərdə ikinci erməni dövləti yaratmaq istəyir. 

Ermənistan hökuməti ölkənin suverenliyini tamamilə itirməmək üçün müvafiq 

tədbirlər görməlidir. O, ilk növbədə  işğal olunmuş  əraziləri azad etməli, məcburi 

köçkünlərin öz doğma evlərinə qayıtmalarına imkan verməlidir. Bu halda etnik 

ermənilər müdafiə olunacaq və Ermənistan-Azərbaycan sazişinə uyğun olaraq 

onlara Azərbaycan vətəndaşları ilə bərabər hüquqlar veriləcək. Saziş əldə ediləndən 

sonra Türkiyə Ermənistanla sərhədi açacaq və diplomatik münasibətləri tam bərpa 

edəcək. Birinci Dünya müharibəsi dövrünün hadisələri ilə bağlı faktların müəyyən 

edilməsi üçün Türkiyə  və Ermənistan tarixçilərindən ibarət qrup yaradılacaq. 



22 

 

Bundan  əlavə, erməni diasporu Birinci Dünya müharibəsi dövrünün hadisələri və 



Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar hazırda lobbiçilik üçün nəzərdə tutulan 

xərclərin məqsədəuyğun olub-olmaması  məsələsinə yenidən baxmalı  və  həmin 

vəsaitləri Ermənistanın iqtisadi cəhətdən dirçəldilməsi üçün investisiyalara 

yönəltməlidir.” 

 



 



Samuyel A. Uimz. "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri", Ermənlərin 

böyük fırıldaq seriyaları, I cild: "Biz Xocalı faciəsinin  şahidiyik. Biz Xocalı 

müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların 

eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu 

da atəşə tutduqlarına görə  çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən 

gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, 

tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları 

vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər". 

 



 

Tarixçi yazar Mark Sayks: “Ermənilərin “qeyri-təbii” adətləri var. Başqa qüvvətli 

dövlətləri onlara kömək etməyə qane etmək üçün özlərini təhlükəyə  məruz 

qoyurlar. Məndə olan əsaslı  dəlillər belə  qənaətə  gəlməyə imkan verir ki, bu 

bədbəxtlər türkləri cinayətkar kimi qələmə vermək və Amerikanın (Türkiyəyə) 

müharibə elan etməsi ümidi ilə amerikalı missionerləri öldürmək planı 

qurmuşdular. 1896-cı il Malatya hadisələrində bu əclaf köpəklər fransız rahibləri 

monastırdan qaçarkən 200 yardlıq məsafədən onları atəşə tutublar ki, avropalılardan 

birinin öldürülməsi güclü dövlətləri bu işə qarışmağa vadar etsin. Onlar haqqında 

olan yüksək fikirlərim tamamilə yox olub getdi”. 

 



 



1896-cı ildə İstanbula “Nyu-York Hərald” qəzetinin müxbiri kimi gəlmiş jurnalist 

Sidney Veytman yazır: " Küçə vuruşmaları zamanı ermənilərin qumbaralarından və 

güllələrindən yaralanmış 40-a qədər türk əsgərin yatdığı xəstəxanaya da 

getdim.Həmin gün polis Pera küçəsindəki bir mənzildə çoxlu qumbara və partladıcı 

maddələr tapmışdı. Deyilənlərə görə, onları bura  ruslarla gizli razılaşma vasitəsilə 

gətiriblərmiş.” 

 



 



Odisnom Çarlz Eliotun “Türkiyə Avropada” (1900) kitabından: “…hətta 1877-

1878-ci illər rus-turk müharibəsindən sonrakı illərdə türklər və ermənilər  əla 

dostluq  şəraitində yaşayırdılar... Ruslar erməni kilsələrini, məktəblərini və dinini 

sıxışdırırdılar, türklər isə tamamilə  əksinə, bütün işlərdə daha səbrli və daha çox 

sərbəstlik verən idilər... Onlar türklərin arasında yaşamaqlarından razı idilər... 

Sərvət tərəzisi də artıq burada (Türkiyədə) tamamilə xristianların xeyrinə idi. 

Türklər onlara səmimi-qəlbdən inanırdılar”. 

 



 

S. Uimzin “Turkish Deyli Nyus” qəzetinə müsahibəsindən: “Mən Ermənistana 

qarşı cəza tədbirləri görməyən ölkəmin xarici siyasətinə görə xəcalət hissi duyuram. 

ABŞ Dövlət Departamentində bilirlər ki, Ermənistanda bir dənə də məscid fəaliyyət 

göstərmir. Ermənilər bu gün qaranlıq orta əsr qanunları ilə yaşayırlar. Ermənistan 

əhalisinin 95 faizi təmiz qanlı ermənilərdir və bu nasist Almaniyanın irqçi siyasəti 

ilə müqayisə oluna bilər”.  

 



 

ABŞ-ın Azərbaycandakı  səfiri Robert Sekuta: “Dünyanın heç bir ölkəsi 

Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb. 

Ona görə  də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq. Ölkənin 

yaşadığı  ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu 

hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”. 



23 

 

Yəhudilərin gördükləri və yazdıqları 

 



 



Aleksandr Naumoviç Kvasnikin 1919-cu il, yanvarın 1-də Bakı  şəhərində 

Fövqəladə Təhqiqat Komissiyasının üzvü olaraq istintaqa verdiyi ifadədən: “Mən, 

Bakı  şəhəri, Serkovnaya küçəsi, 138 №-li evdə yaşayıram, yəhudiyəm, həddi-

buluğa çatmışam. 1918-ci ilin mart ayının 17-dən 21-dək olan müddət ərzində Bakı 

şəhərində baş vermiş hadisələr haqqında aşağıdakıları deyə bilərəm: “Bu ilin 17-21 

mart tarixlərində Bakı  şəhərində baş vermiş hadisələrə  təmiz vicdanla belə ad 

vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv edilməsi, bütün əmlakının 

mənimsənilməsi və onların bütün rifahının və siyasi üstünlüyünün ermənilərin əlinə 

keçməsi məqsədilə, əvvəlcə Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin 

müsəlman əhalisinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi....Ermənilər hesaba gəlməz 

sayda insanları güllələyirdilər. Ora qədər gəlib çıxanlar isə tutulur və teatrların 

yaxınlığında güllələnirdi. “Daşnaksütun” partiyası guya əsirlərin toxunulmazlığını 

qoruyurdu, amma bu mühafizə yalançı  və  məkrli idi. Erməni dəstələri bir-birinin 

ardınca guya ki müsəlmanların təlükəsizliyini qorumaq adı ilə yığışdıqları teatrlara 

daxil olur və cüssəli, sağlam tatarları seçir, binadan küçəyə çıxarır və güllələyirdi. 

Qətlə yetirilənlərin paltarlarını və qiymətli əşyalarını çıxarır, sonra xəncərlə onların 

qarınlarını yarır, daxili orqanlarını açır və tanınmayacaq dərəcəyə  qədər eybəcər 

hala salaraq, cəsədləri təhqir edirdilər. Bütün küçələrdə və küncdə-bucaqda qalaq-

qalaq meyitlər yığılıb qalmışdı və hər tərəfdə ölüm və dəhşət hökm sürürdü. Demək 

olar ki, bütünlüklə ermənilərdən ibarət olan Bakı Sovetinin İcraiyyə Komitəsinin 

üzvləri bu rüsvayçılığa son qoymaq istəmirdilər, çünki məqsəd bir idi – şəhərin 

bütün Cənubi Qafqazda öz zənginliyi, nüfuzu və  səxavəti ilə tanınan müsəlman 

əhalisini məhv etmək....Mart hadisələrindən sonra Şaumyanın, Karqanyanın, 

Avakyanın əmri ilə ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu yaradıldı. Buraya 

17 yaşlı yeniyetmələrdən tutmuş heç bir işə yaramayan qoca ermənilərədək hamı 

daxil olmuşdu. Onlar orduya ümumi aclıq dövründə yemək üçün, geyinib- 

keçinmək üçün və əlavə olaraq 200 rubl maaş almaq üçün gedirdilər. Onlar bundan 

əlavə yürüşlərdə də öz iştahalarına və bəxtlərinə uyğun olaraq “gəlir əldə edirdilər”. 

Müsəlmanların şəhərdə ən yaxşı binaları onlar üçün müsadirə edilmişdi və erməni 

döyüşçülər burada daima içki içir, zurna çalır, eyş-işrət və kef məclisləri təşkil 

edirdilər. Onlara elə gəlirdi ki, cənnətdə yaşayırlar. Belə ki, küçələrdə aclıq, ölüm 

hökm sürdüyü halda..., onlar hamısı boğaza qədər yeyirdi, ümumi düşkünlük və 

üzüntü hökm sürdüyü halda, onlar ... nəşələnirdilər. Lakin gələcəyi görən insanlar 

artıq o vaxt, onların şənliklərini gördükdə, onların soyğunçu alınlarında İncilin tale 

yazısını oxuyurdular: “mene, men... tekel upofedkin” – “Zaman hesablanmış, sənin 

qan, məkr, həyasızlıq və ikiüzlülük üzərində qurulmuş talançı rifahın tərəzilərdə 

çəkilmiş və hazırlanmışdır”. Komissiya üzvü: A.Novatski (imza). Komissiya üzvü: 

А.Kluge (imza). 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin