Hacı Nərimanoğlu


“Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.”)



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.04.2017
ölçüsü0,69 Mb.
#13048
1   2   3   4   5   6   7
“Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.”) komandanlığı 

ilə Qubaya göndərilir. Aprelin son, mayın ilk günlərində  təkcə Quba qəzasında  36 782 nəfər 

qətlə yetirilir. 122 kənd tamam məhv edilir. 380 ailə gecə yatdığı yerdə son nəfərinə kimi külə 

dönür, Qubanın özündə 259 ev yandırılır, 1800 körpə, 2000 qoca kişi, qadın qırılır. Quba 

Soyqırım məzarlığında 400 insanın sümüklərinin aşkar olunduğu məzarlıq onlarla quyudan 

biridir. Və onların biri də güllə ilə vurulmayıb, hamısı küt alətlərlə, işgəncələrlə qətlə yetirilib. 

AŞPA prezidenti Luis Mariya de Puiq bu məzarlıqda gördüklərindən dəhşətə gəldini demişdir: 

“...Bu, dəhşətli soyqırımdır.  İnsanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm.” 

Təbii ki, onun 2008-ci ildə Bakıda dediyi: “AŞPA Ermənistan ordusunun işğal olunmuş 



ərazilərdən çıxarılmasını tələb edir” sözlərinin təsiri də Xırdalanı keçmədi, Bakıda söz versə də, 

Yerevanda bu sözləri dilinə gətirmədi. Çünki məsələ çoxdan və ən yuxarı səviyyədə həll olunub.  

ABŞ Prezidenti Vudro Vilson da ötən  əsrin 20-ci illərində “Ermənistan üçün ABŞ mandatı” 

almaqdan, Anadolu torpaqlarından ermənilərə pay qoparmaqdan ötrü var qüvvəsini sərf edirdi. 6 

aprel 1917-ci ildə Vilson ABŞ-ın I Dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə 

müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" 

çağırırdı. 8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən 

qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə  məşhur olan 

tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o 

cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. Qalan “tezislər”  milyonlarla 

müsəlmanın qanını içməkdə davam edir. 

 

28 may 1919-cu ildə  Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə 



heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin 

57 

 

tanınmasını xahiş etdi. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd etdi. 



Çünki Ermənistanın Türkiyəyə ərazi iddiaları Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. 

V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. 

Onun düşüncələrinə görə insan haqları “Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarət idi. 

Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə  Ərzurum, Trapezund, Van, Bitlis 

Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin müzəffər türk ordusu bir-

birinin ardınca doğma vilayətlərini güclü hamisi olan düşmənin tapdağından azad etdi və məkrli 

planın reallaşmaq ehtimalını puça çıxarırdı. V.Vilsonun qərarı ilə yaradılmalı olan süni 

“Müstəqil Ermənistan” iki həftəyə süqut etdi. 

 

Fakt, sənədlər sübut edir ki, Azərbaycana qarşı  XX əsrin  əvvəllərində    cızılmış plan əsrin 



sonlarında yenə  də birgə razılıqla icra edilmişdir. 20 yanvar 1990-cı ildən bir neçə gün əvvəl 

ABŞ-ın indiki dövlət katibi Con Kerri də aralarında olmaqla bir qrup senator SSRİ  rəhbəri 

Mixail Qorbaçova bu müraciəti yazıb göndəriblər: “Biz erməni azlıqların qətlinin, o cümlədən 

bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri 

tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid 

edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin 

etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və 

digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi 

blokadasını aradan qaldıracaqsınız. Azərbaycan  əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 

160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə 

çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını 

məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı  təşkil edən Dağlıq Qarabağ 

ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş 

verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində  gələcək siyasi və  mədəni 

mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz.” 

 

ABŞ Konqresinin hələ də öz qüvvəsində qalan bədnam 907-ci siyasi qətnaməsinin ilk müddəası 



belədir:  “-Dağlıq Qarabağ  ətrafında münaqişənin dinc yolla və  ədalətli nizama salınması 

uğrunda Dağlıq Qarabağ xalqının (oxu: ermənilərin-H.N) əsas hüquqlarını və mübarizəsini 

ABŞ-ın müdafiə etdiyini nəzərə alaraq ABŞ Hökuməti Ermənistanda baş  işləri üzrə  səylərə 

kömək göstərməyi davam və təşviq etdirməlidir....” 

Bu sitatlar üzərində də düşünməyə dəyər: “Daşnaklar Zaqafqaziyaya Ermənistandan girməyə 



başlayan Amerikanın agentləri idilər. “Böyük Ermənistan” ideyası bütün Qafqazı tutmaq 

üçün ABŞ-ın işini asanlaşdırmalı idi...” (“SSRİ-də vətəndaş müharibəsi tarixi”, 1922, c-3, səh 

333). “”Daşnak ordusu Amerika çörəyi yeyirdi. ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, 

Fransa 30 min əsgər üçün geyim, ərzaq, hərbi sursat, 10 milyon patron vermişdi. “Şərq xalqları” 

jurnalı N.1, səh-49). Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da Qafqazla 

bağlı bir konfransda demişdi:  “Heç  şübhə yoxdur ki, Rusiyanın gələcək hökuməti Qafqaza 

yenidən qayıdacaqdır, indiki fasilə  məqamında baş verənlər  əsas problem deyil, lakin 

Britaniya qoşunları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə 

işləyəcəkdir.” 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin 

yürüşü" planının müəllifinin  bu uzaqgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün 

bp  şirkətinin Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı  fəaliyyəti, mənfəətlərini yada 

salmaq kifayətdir. Hər  şey aydındır. Yəni erməni məsələsi islam-xristian məsələsidir, həm də 

Fransa, Rusiya, İngiltərə, Amerikanın Bakı, Qafqaz, Xəzərin neft və neft yolları üzərində söz 

sahibi olmaq uğrunda istifadə etdiyi kartdır. Necə ki, XX əsrin  əvvəllərində  Azərbaycan 

Demokratik Respublikasının və sovetlərin, əsrin sonunda respublika prokurorluğunun Xocalı, 20 

yanvar, 20 noyabr faciələrinin tədqiqi üçün yaradılmış istintaq komissiyalarının materialları 

Moskvaya daşınıb KQB arxivlərində gizlədilirsə, eyni ilə də ABŞ hökuməti də erməni soyqırımı 

iddialarını  tədqiq etmək üçün ordu kapitanı Emori Nayls və mülki vətəndaş Artur Sazerlendin 

Türkiyədə araşdırıb topladıqları  məlumatlar  əsasında hazırladıqları hesabatlar da istintaqlardan 


58 

 

gizlədilərək arxivlərdə  məxfi qriflərlə saxlanmışdır. Səbəb eynidir, yəni onların gəldiyi sərfəli 



olmayan yekun nəticədir:“Muzdlu erməni agentləri ABŞ-da səhv ictimai fikir formalaşdırırlar: 

türklər ermənilərə qarşı  qırğın və genosid törətməmişlər.”  Səmyuel A.Uimz “Ermənilərin 

böyük fırıldaq seriyaları.”   

 

Erməni terroru 100 ildən artıqdır ki, davam edir. Türk Qurtuluş Savaşının davam etdiyi 1921-



1922-ci illərdə, Daşnak və  Qınçaq   erməni terror təşkilatları 27 may 1915-ci il tarixli Köç 

Qanunundan sorumlu tutduqları Osmanlı Dövlət adamlarını  sui-qəsdlərlə  şəhid etdilər: 15 mart 

1921-ci ildə keçmiş daxili işlər naziri Tələt Paşa Berlində Sogomon Tehliriyan, 5 dekabr 1921-ci 

ildə keçmiş xarici işlər naziri Sait Halım Paşa Romada Arşavir  Şriakin, 17 aprel 1922-ci ildə 

İttihat və  Tərəqqi Partiyasının mənsublarından Bahattin Şakir və Cemal Azmi bəylər Berlində 

Aram Yergenian, 21 iyul 1922-ci ildə IV. Ordu Komandiri Camal Paşa və yavəri Nusrət və 

Süreyya bəylər  Tbilisidə iki erməni kilsə xadimi tərəfindən şəhid edilmişlər. Camal Paşa şəhid 

edildiyində üstündən çıxan və oğlu Behçet Cemal Bəyə yazılmış məktubunda bu sətirləri ibrətlə 

oxumağa dəyər: "Növbə mənimdir, oğlum Talat və Sait Halim paşalar, digər zərər çəkmiş və 

məzlum yoldaşlarımdan sonra məni də öldürəcəklər... Cinayətin səbəbi məndən  əvvəlkilərdə 

olduğu kimi gerçəkləri danışmağıma mane olmaq məqsədidir. Bu cinayətin qarşısını almaq 

çətindir, hətta nə edək ki, bizim üçün qeyri-mümkündür. "Camal Paşa türklərlə erməniləri bir-

birinə düşmən edən gücün rus siyasəti olduğunu tez-tez dilə  gətirməkdə idi. O, "mənim 



ermənilərə  nə  qədər yaxşı davrandığımı  hər kəsdən çox bugünkü erməni patriarxı Zaven 

Əfəndi bilir. 1915-ci  ilin dekabr ayında  İstanbula gəldiyim zaman şəxsən özü Pera Palas 

Otelində  mənim ziyarətimə  gələrək, rəsmi  şəkildə bütün ermənilər adından təşəkkür etdi". 

Lakin rusların və qərbli imperialist dövlətlərin Qafqazdakı taşeronu olan ermənilər 21 iyul 1922-

ci il tarixində Tiflisdə Cemal Paşanı  şəhid etmişlər.Kazım Qarabəkir Paşa, Camal Paşa və iki 

yavərinin cənazələrini  Ərzuruma gətirərək Qarsqapı  Şəhər  Şəhidliyində  dəfn etmişdir. Erməni 

təşkilatları  Tələt Paşanın qatili Sogomon Telirian adına Amerika Birləşmiş  Ştatlarının Frenso 

şəhərində bir abidə qoymuşdular. Bir qatilə abidə qoymaq zehni pozğunluğun məhsuludur və hər 

halda yalnız erməni komitəçilərinə xas bir bacarıqdır. 1973-1995-ci illər arasında erməni terror 

təşkilatları olan ASALA və Erməni Soyqırımı Ədalət Komandoları tərəfindən 21 xarici ölkədə 

türk diplomatlarına qarşı 199 sui-qəsd olmuşdur. Bu qəsdlərdə çoxu diplomat olmaqla, türklər 41 

şəhid, 161 yaralı verdi. Fransada 54 türk diplomatı çalışdıqları bu ölkədə qətlə yetirildi, halbuki 

şəhid edilən diplomatlar bu dövlətlər tərəfindən qorunmalı  və onların zəmanəti altında olmalı 

idilər, təəssüf ki, ASALA qatilləri bu ölkələrdə ya yaxalanmamış, ya da tutulan terrorçular az 

sonra azadlığa buraxılmışlar. 

31 iyul 1980-ci ildə T.C.Afina səfirliyi İnzibati Ateşesi Qalib Özmen və qızı Neslihan Özmen 

ASALA terrorçuları tərəfindən, türk olduqları üçün şəhid edilmişlər. Şəhid olan Qalib Özmənin 

oğlu Alper hadisə vaxtı 13 yaşında idi. Alper bir xatirə olaraq sui-qəsdin edildiyi avtomobilin 

qırılan şüşə parçalarını və ölən bacısının saçlarını saxlayırdı. Bu Şəhid oğlu sonralar ermənilərlə 

bir kəsim türklərin mehribanlığını görüb soruşurdu:  "Yoxsa unuduldumu qanları 



barmaqlarımızın arasında quruyub qalan şəhidlərimiz?" Bu sözləri Hrant Dinkin ölümünə 

etirazla küçələrə çıxıb “həpimiz erməniyiz” şüarı  fışqıran türklər artıq eşitməz olublar.   

Madriddə dəyərli həyat yoldaşını erməni terroruna qurban verən rəhmətlik səfir Zeki Kuneralp 

oradan ayrılarkən və diplomat fəaliyyətinə son verərkən   deyirdi ki; "bəli asan deyil türk 



olmaq. Amma türk olmanın imtiyazı da elə o nisbətdə böyükdür!" 

28 yanvar 1973-cü ildə  Santa Barbarada keçirilən məhkəmədə Türkiyənin Los Anceles səfiri 

Mehmet Baydarla səfir müavini Bahadır Dəmiri tələyə salıb  şəhid edən 77 yaşlı  Mığırdıç 

Yanikyan soyuqqanlılıqla bu ifadəni vermişdi:  “-Bəli, mən öldürdüm, bilərək öldürdüm, 



istəyərək öldürdüm. Aylarla əvvəldən planlaşdıraraq öldürdüm. Onlar düşmənimizdi. Türkdü 

onlar, türk olduqları üçün öldürdüm, intiqam almaq üçün öldürdüm ...” 

C.Libaridyanın hesablamalarına görə, erməni terrorçuları üç il ərzində (1904-1906) 105 “siyasi 

qətl” icra ediblər. 1890-1892-ci illərdə “Qnçaq” erməni təşkilatı Zeytun və Sasunda (Türkiyə) 

qanlı çaxnaşmalar törədərək, 65 min silahsız türk və kürdü qətlə yetirib. 1894-cü ilin noyabrında 



59 

 

bu təşkilat Adana (Türkiyə)  şəhərində  və onun yaxınlığındakı  kəndlərdə, Maraş (Türkiyə) 



şəhərində və onun ətrafında dinc müsəlmanları qırıb. Eyni zamanda Kayseri (Türkiyə) şəhəri və 

onun ətrafındakı kəndlər bu erməni təşkilatının terroruna məruz qalıb. İlhamlanmış çete  1895-ci 

ilin oktyabrından 1896-cı ilin yanvarınadək Zeytun şəhərində öz əməllərinin arealını 

genişləndirir. Kafavyan, Ambarsum Volcan və Miqran Damadyanın rəhbərliyi ilə örgütün 2000 

tərəfdaşı türk və kürdləri zorla öz evlərindən qovurlar.  

 

İngilis, amerikalı general, diplomatlar erməni soyqırımı yalanlarını  ən tutarlı faktlarla ifşa 



edirlər. 1919-cu ilin əvvəlində ABŞ-ın İstanbuldakı səfiri Morgentau general Harborda yazırdı: 

“750 min erməni faktiki olaraq Zaqafqaziyada yerləşdirilmişdir.” Konyadakı Amerika yardımı 

direktoru Meri Küşmən yazırdı: “1915-ci ildə yarım milyon erməni köçkün bu şəhərdən keçib 

getmişdir.”Amerika konsulu Cessi B.Cəkson  Kilikiya katalikosu II Sakal-Xakayanın və 

arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə  əsaslanaraq 

yazırdı: “Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mini Suriya və 

Mesopotomiyanın ərazisində yaşayır”. Doktor Henri Riqqz isə yazırdı ki, Xarputda yaşayan 175 

min ermənin 25 mini yerlərindən tərpənməmişlər, hazırda da burda yaşamağa davam edirlər. 

Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini gəzib görüb eşitdiklərinə dair 

ABŞ-a yazıb göndərdikləri  hesabatı bu sözlərlə bitirdi: “Biz inanırıq ki, ermənilər türklərə, 



türklərin ermənilərə etdiyindən daha çox cinayətdə günahkardırlar.” Amerika Birləşmiş 

Ştatları Loisville Universitetinin müəllimi, tarixçi yazar Prof. Dr. Justin Mccarthy "erməni 



soyqırımı” deyilən  şeyin həqiqət olması üçün hər  bir erməninin azı iki dəfə ölmüş olması 

lazımdır” fikri necə də sərrast deyilib.  

 

Ermənilər bütün uğurları  və  bəlaları üçün ruslara “borcludur”. Erməni yazıcısı Boryanın 



sözləridir:  "Daşnak komitəsi Rusiyanın imperialist əməllərinə xidmət etmək üçün 

yaradılmışdır.” Ermənilər arasında da belə  aşkar həqiqətləri dilinə  gətirən vardır. Türkiyə baş 

nazirinin erməni müşaviri Etyen Mahçupyandan sonra 1994-97-ci illərdə Ermənistan 

prezidentinin baş  məsləhətçisi olmuş Jirayr Liparityan da dilə  gəldi: “Ermənistan Türkiyəni 

duelə çağırır, halbuki bizim müstəqilliyimizə təhlükə Rusiyadan gəlir...Biz SSRİ-dən ayrılaraq 

müstəqilliyimizə qovuşmuşuq. Ancaq özümüzü elə aparırıq, sanki Türkiyənin tərkibindən 

çıxmışıq. Xarici siyasətimizdə  əsas xətti Türkiyəyə  əlcək atmaq üzərində qurmuşuq. Ancaq 

suverenliyimiz üçün Rusiya təhlükəsi var. Biz kiçik addımlarla Rusiyaya öz müstəqilliyimizi 

təhvil verməkdəyik. Bu cür siyasət yaramaz....100 illik tədbirlər keçirməkdənsə, hakimiyyət 

xalqa, dövlətçiliyə qoyduğu hörməti bir qədər artırsa daha yaxşı olar. Belə siyasət bizim 

əhalinin həyatına mənfi təsir edir. Məsələlərə belə köndələn yanaşmaq  əleyhimizədir.” 

Liparityan ermənilərin Xocalı soyqırımını törətdiyini də  qəbul edən siyasət və bilim 

adamlarındandır: “Soyqırıma məruz qaldığını deyən xalq soyqırıma imza atmaz”. 

 

1813-cü və 1828-ci illərdə Rusiya və  İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" 



müqavilələrındən sonra - 1849-cu ildə  İrəvan quberniyası yaradılmış, ermənilərin  İrandan və 

Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülmələrinə 

başlanılmışdır. Təkcə 1825-1926-cı illərdə Rusiya-İran müharibəsi zamanı 18 min,1828-ci ildən 

1830-cu ilədək  İran və Osmanlı imperiyasından 57226 nəfər erməni Cənubi Qafqaza 

köçürülmüşdür. Rusiya imperiyasının həyata keçirdiyi məqsədyönlü və sistemli şəkildə  təşkil 

olunmuş köçürülmə siyasəti sayəsində baş vermişdir. 1914-16-cı illərdə Osmanlıdan gələn 350 

min erməni də Qafqazda məskunlaşmışdı, Andranik isə öz ardınca 30 min ermənini gətirib 

Zəngəzurda qırdığı türk, kürd kəndlərində yerləşdirmişdi. Bu insan qəssabı Xoyda, Urmiyada da 

talanlar törətmiş, minlərlə insanı  qətlə yetirmişdi. 1914-cü ildə aparılmış siyahıya almaya görə 

Osmanlıda yaşayan ermənilərin sayı 1 milyon 170 min idi.  1915-ci ilə qədərki bütün siyahıya 

almalarda ermənilərin Osmanlı hüdudlarındakı sayı heç vaxt şişirtmələrdən sonra belə 1,3 

milyonu keçməyib. Buyurun hesablayın, hardan çıxdı 1,5 milyon erməninin qətli, “genosidi”. Ağ 

yalan olduğu heç kimdə şübhə doğurmur, ancaq nə fayda, türk-islam düşmənlərinə bu yalanlar 


60 

 

lazımdır. Bunun adı beynəlxalq siyasətdi. Və XX əsrin  əvvəlində  və sonunda törədilən türk 



soyqırımlarında bu dövlətlər də sorumludur. Ermənilərin 1918-ci ildə Bakıda, Quba, Şamaxı, 

Naxçıvan, İrəvanda, əsrin sonunda Dağlıq Qarabağ, özəlliklə Xocalıda törətdikləri qanlı qırğınlar 

soyqırımın bir-birindən dəhşətli səhifələridir. Tək Zəngəzur mahalında 3257 kişi, 2276 qadın və 

2196 uşaq öldürülmüş, 1061 kişi, 797 qadın və 485 uşaq isə yaralanmışdı. Öldürülmüş və şikəst 

olmuş müsəlmanların ümumi sayı 10.068 nəfərə çatmışdı. “Azərbaycan” qəzetinin 12 oktyabr 

nömrəsində Bakıya gəlib çıxmış 80 zəngəzurlu qaçqının söylədiklərinə əsasən yazırdı ki,  türk 

əsgərlərinin bölgəni tərk etməsindən sonrakı ilk günlərdə Zəngəzurda 110 müsəlman kəndi qarət, 

talan edilib dağılıb xarabaya çevrilmiş, 70-nin əhalisi tamamən qırılmış, sağ qalanların böyük bir 

hissəsi isə aclıq, səfalətdən, soyuqdan ölümə  məhkum vəziyyətdədirlər. Ümumiyyətlə, 1905-

1906-cı illər erməni qırğınları  nəticəsində  İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları 

ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz 

qoyulmuşdur. “Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən 



biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı 

erməni millətçilərinin aramsız qəddarlığıdır”.(Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan. 

“Xanımlar və cənablar, müraciətim sizədir” kitabından). Məhz bu humanizm idi, türkün başına 

gələn, gətirilən faciələrin bir nədəni də. Hər zaman qeyri-türklərin millət başına çıxarılması 

türkün  ən bağışlanmaz günahlarından olub. 1988-ə  qədər Bakıda nə  qədər erməni  ən mühüm 

dövlət postlarında özlərinə yer tutmuşdular. Osmanlı dövlətində ermənilərdən 29 paşa, 22 nazir, 

33 millət vəkili, 7 səfir, 11 baş konsul, 411 yüksək məmur vardı. 1461-ci ildə Sultan Mehmet 

Fatehin xüsusi fərmanı ilə İstanbulda erməni dini mərkəzi (patriarxlıq) açılmış, XVII əsrdə yenə 

İstanbulda tarixdə ilk erməni mətbəəsi yaradılmışdır. Türkiyə  şəhərlərində  və  əyalətlərində 

ermənilər həmişə əmin-amanlıq şəraitində yaşamışlar. 

 

Azərbaycan SSR-də kommunist-sovet rejimi daha qanlı faciələrlə dolu olub. Stalinin hakimiyyəti 



dövründə  29 min Azərbaycan ziyalısı  məhv edilib. II Dünya müharibəsindən sonra da 

soydaşlarımızın soyqırımı davam etdirildi, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 

4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları əsasında rus imperiyasının Azərbaycan 

xalqına qarşı növbəti tarixi cinayət aktı həyata keçirildi.  

 

Tarixi ardıcıllığa baxaq; rəsmi statistik rəqəmlərdə, sənədlərdə  Qərbi Azərbaycan –indiki 



Ermənistan ərazisi üzrə etnik mənzərə belə olub: 1850-ci ildə 76 faiz Azərbaycanlı (Qriboyedov 

köçürmələrindən sonra), 24 faiz erməni və qeyri-millət, XX əsrin əvvəlində 45 faiz türk, 55 faiz 

erməni olduğu halda, 1988-ci ildə 92 faiz erməni, 8 faiz Azərbaycan türkü, 1990-ı ildə 99 faiz 

erməni, 1 faiz qeyri-millət vardı. SSRİ-nin dağılması qabaqcadan bilən ermənilər yeni tarixi 

məqamdan istifadə edərək Moskvanın razılığı ilə Sumqayıt və Bakıda erməni talanları, sui-

qəsdlər təşkil etdilər. Planlı  şəkildə qurbanlarını verib dünyaya səs salandan sonra əllərində 

“fakt” tutan ermənilər  əvvəlcə 250 min azərbaycanlını  Qərbi Azərbaycandan öz dədə-baba 

torpaqlarından qovdular və 3 milyard ABŞ dolları  dəyərində  şəxsi, 17 milyard ABŞ dolları 

məbləğində kolxoz və sovxoz əmlaklarını talan, qarət etdilər. Son 1988-1989-cu illər 

deportasiyasında 179 təmiz azərbaycanlı kəndlərinin ərazisi 10352 kvadratkilometr idi.  

 

Bir daha erməni vəhşətinə ayna tutan faktlara diqqət edək. Bakıda erməni vəhşiliyinin 



tükürpədən, qandonduran  iki epizodu  bu sənədlərdə  rəsmiləşdirilib.  Əsgər Xudabaxış  oğlu, 

1918-ci il, 5 dekabr. Bakı  şəhəri, Verxnyaya-Naqornaya küçəsi, 18 №-li evdə yaşayan  İran 

təbəəsi: “Mən və digər müsəlmanlar da daxil olmaqla, təxminən 850 nəfər bu il noyabr ayının 

2-də “Poseydon” gəmisində  Həştərxandan Petrovsk şəhərinə  gəldik və limanda dayanmış 

“Kornilov” gəmisində baş vermiş yanğınla  əlaqədar olaraq üç gün dənizdə dayandıq. 

Dördüncü gün “Poseydon” gəmisindən qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirdilər, 

erməni  əsgərləri onları Bakıya yola saldılar, qalan müsəlmanları isə, təxminən 760 nəfərə 

yaxın, 18-45 yaşlarında, Petrovsk şəhərinin yaxınlığında sahilə  çıxardılar. Yoxsullar 

məsciddə, pulu olanlar isə mehmanxanalarda və  şəxsi evlərdə yerləşdilər. Bundan sonra 


61 

 

Stepan Lalayevin başçılıq etdiyi erməni  əsgərləri gün ərzində bir neçə  dəfə onların yanına 



gəlir və müsəlmanları hissə-hissə həbsxanaya və şəhər kənarına aparırdılar. Yolda, həmçinin 

həbsxanada ermənilər müsəlmanları güllələyirdilər. Ermənilər Petrovsk şəhərinin bağlarında 

müsəlmanları  əzablı  işgəncələrə  və ölümə  məhkum edirdilər; 10, 8 və ya 7 nəfəri boynu 

ardınca bir-birinə bağlayır, eləcə də yerdə 7-8 nəfəri bir-birinin üstünə yığır və öz aralarında 

mərc gəlirdilər ki, kimin tüfənginin gülləsi bir-birinə bağlanmış adamların hamısını bir dəfəyə 

vurub deşə bilər. Sonra ermənilər 7-10 nəfərin qollarını  zəncirlə bağlayır və soyuq silahla 

başlarına, qarınlarına, sinələrinə ölümcül zərbələr endirərək, bir-bir öldürürdülər. Bunun 

ardınca ermənilər müsəlmanları iki-iki üz-üzə bağlayır və  qılıncla başlarını üzürdülər. Bu 

sonuncu üsulla 50 nəfər öldürülmüşdü və onların cəsədləri sonradan aşkar edilmişdi. 

Ümumilikdə isə ermənilər tərəfindən 535 nəfər qətlə yetirilmişdi və türklər Petrovsk şəhərinə 

gəldikdə müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi.  Əgər türklər belə tez 

gəlməsəydilər Petrovsk şəhərinin bütün müsəlmanlarını bu cür ölüm gözləyirdi. Meyitlər 

eybəcər hala salınmışdı, əlsiz, ayaqsız, kəllələri dağıdılmış vəziyyətdə idi və çoxlarını tanımaq 

mümkün deyildi. Türklər bütün meyitlərin  şəklini çəkdilər və saylarını müəyyənləşdirdilər. 

Mənim qardaşımı öldürmüşdülər, başını tamamilə dağıtmışdılar və mən onun meyitini yalnız 

kostyumundan tanıya bildim. Bütün bu vəhşiliklərə Stepan Lalayev, Ruben Ağamalyants və 

beş  nəfər digər ermənilər rəhbərlik edirdi. Bu sonuncular milliyyətcə rus, lakin soyadını 

bilmədiyim qarnizon rəisinin yanında xidmət edirdilər. Ermənilər mənim 500 rubl dəyərində 

paltomu və 6000 nağd pulumu qarət ediblər. Türklər gəlməsəydi, yəqin ki, mən də  əzablı 

ölümdən qaça bilməyəcəkdim.  İndi burada, Bakı  şəhərində, müsəlmanları Petrovskda qətlə 

yetirmiş 7 nəfər ermənini sivil geyimdə görürəm, onlar tam azad şəkildə sakitcə şəhərdə gəzib-

dolanırlar. Onların məsuliyyətə  cəlb edilməsi haqqında sərəncam verməyinizi xahiş edirəm. 

Onların soyadlarını bilmirəm, amma bu şəxsləri göstərə bilərəm. Onlarla küçədə rastlaşanda, 

mən ağladım…Oxundu.  Əli  Əsgər Xuda Baxış  oğlu, imza. Komissiya üzvləri: Aleksandroviç, 

Takinski,А.Kluge (imzalar). İfadəmə  əlavə olaraq göstərirəm ki, bu gün Bakının  Şamaxinka 



hissəsində, çörək alarkən 7 erməni qatilindən biri ilə rastlaşdım, o məni yanına çağırdı, necə 

sağ qaldığımı soruşdu və dedi: “Tezliklə hamınızın birdəfəlik axırına çıxacağıq”. AR Pİİ SSA, 

f. 277, s. 2, iş 14, v. 31-32.Sənəd № 607 

Ələkbər Tağı  oğlu,  İran təbəəsi, Bakı  şəhəri, Bazarnaya küçəsi, 43 №-li evdə yaşayıram, 

savadsızam. Mənim, biri Vrangelskaya küçəsi, 19 №-li evdə, digəri isə Bazarnaya küçəsi, 3 №-li 

evdə yerləşən iki çayxanam, həmçinin Vorontsovskaya küçəsi 7 №-li evdə baqqal dükanım, 

Bazarnaya küçəsi, 3 №-li evdə isə mənzilim var idi. Mart ayının 20-də erməni əsgərləri içində 



50 nəfərdən artıq müsəlmanın tamamilə yandığı “Dağıstan” mehmanxanasına od vurdular, 

“Dağıstan” mehmanxanasının qarşısında yerləşən Karvansaraya od vurdular və burada 100 

nəfərdən artıq müsəlman tamamilə yandı. Bunun ardınca erməni əsgərləri Abbas Eyvazovun 

Lalayevin evində yerləşən Karvansarayına soxuldular və erməni zabiti revolverlə 7 müsəlmanı 

– mənim üç bacım oğlanlarını – Mövsüm Ağa Sadıq oğlunu, Mirzə Bağır Mövsüm oğlunu, 

Qulam  Əli Bəyməmməd oğlunu, Qarabağ sakini Salmanı  və onun qardaşı  İsgəndəri, 

“Növbahar” restoranının işçisi Qurban Əlini öldürdülər. Ola bilsin ki, ermənilər daha çox 

adam öldürmüşlər, lakin mən yalnız bu şəxsləri tanıyıram. Mən “Dağıstan” 

mehmanxanasında idim və İran konsulunun evinə qaça bildim.” AR Pİİ SSA, f. 277, s. 2, iş 

15, v. 38-39. Sənəd  № 609. İranlı dindaşlarımızdan daha birinin ötən  əsrin sonlarında bu dəfə 

Qarabağda görüb şahid olduğu “mənzərə”. İran jurnalisti Səyyah Hüseyn: “...Dar ağacları məni 

vahiməyə salmışdı... Alxaslı  kəndində qurulan qoşa dar ağaclarında iki qadın asılmışdı... 

Bəlkə  də ana-balaydı, bilmədim... Amma bu mənzərə dünyanı sarsıda, ürəyi olan kəsləri 

düşündürə biləcək bir mənzərəydi. Xilas üçün əlimiz çatmadığından, Allahdan 

bağışlanmamızı istədik. İranda bu kadrları heç kəs çap etmədi...” Ancaq bu müharibədə İranın 

Ermənistana etdiyi yardımların Qarabağın müsəlman türk əhalisinin soyqırımı, etnik 

təmizlənməsini uğurla reallaşdıra bilməsində həlledici faktorlardan biri olduğu da sübuta ehtiyacı 

olmayan amillərdəndir. Məşhur fars şairi Sədi  Şirazinin sözüdür: “Erməni yer üzünün ilanı, 



insanlığın düşmənidir”. M.M.Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində 

62 

 

təxminən 110 il bundan əvvəl Qarabağda, o cümlədən də  Şuşa  şəhərində ermənilər tərəfindən 



törədilən fitnə-fəsadı hərtərəfli təsvir etmişdir. “Ermənilər müsəlmanları silahsız qoymaq üçün, 

onlarda olan silahları  ələ keçirmək məqsədilə 20 manata satılan tüfəngi 100 manata, 6 manata 

satılan tapançanı isə 30 manata almağa başladılar. Müsəlmanlar evlərində olan odlu silahları 

kütləvi surətdə ermənilərə satdılar.” Budur, erməni məkri və müsəlman əhalinin korafəhimliyi, 

burnundan uzağı görə bilmədiyi. 

Araşdırma materiallarına görə, Şaumyanın xüsusi tapşırığı ilə Stepan Lalayanın komandanlığı ilə 

erməni cəlladları  tərəfindən  Şamaxının 15 min nəfər  əhalisinin tam 13 minini bir neçə gündə 

ağlasığmaz vəhşiliklə  məhv etdi, təkcə  Şamaxı cümə  məscidinə toplanmış 2 min müsəlman 

yandırılıb elə  məscidin həyətində torpağa kömdülər.  Şəhərdən cəmi 1700 nəfər adam salamat 

çıxmışdı. Az müddət ərzində ermənilərin bu qədər adam qırmaları hələ də tarix üçün müəmmalı 

bir məsələ olaraq qalır. Bu günə qədər Şamaxı şəhərində 13, qəzada 40 min nəfərdən çox adamın 

qırılması məsələsi hələlik tam mənada araşdırılmayıb, tədqiq olunmayıb. Azərbaycan xalqının ən 

böyük fəlakəti – insanların kütləvi şəkildə qırılması, məhv olması Şamaxıda baş verib. Şamaxı 

olayları dünyanın ən dəhşətli faciələrindəndir. Şamaxıda ən mübariz, ən ləyaqətli, vətənpərvər… 

27 nəsil başdan-başa qırılıb, məhv edilib. Üstündən yüz il keçsə də, həmin nəsillər haqqında tarix 

susur, heç kəs heç nə bilmir. Rusiyalı demoqraf professor A.M.Petrovski “Müharibələr… 

millətlər və böyük yerdəyişmələr” əsərində qeyd edir ki, məqsədli aparılan silahlı münaqişələrin 

ağır nəticələrindən biri də böyük insan nəsillərinin bilərəkdən birdəfəlik məhv edilməsidir. 

Professor keçmiş  İttifaq  ərazisində baş verən kütləvi insan qırğınlarından danışarkən tarixə 

müraciət edir və Mart qırğınlarını qeyd edərək,  Şamaxı  qəzasında ermənilərin törətdikləri 

cinayətləri xatırladır. Göstərir ki, itirilmiş  nəsillər gələcək  Şamaxının həm mənəvi, həm fiziki, 

həm psixoloji və  həm də genetik cəhətdən dəyişməsinə güclü təsir edəcək. Tehran Milli 

Arxivində saxlanılan “Ənzəli qovluğunda” isə Məhəmməd Kərbəlayi Sultan adlı birisi isə qeyd 

edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllələdilər… sonra 

meyitləri bir-birinin üstünə qoyub, yandırdılar. Məlumatda bu da bildirilir ki, bu ağır və insanı 

dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar lentə alıblar. Demək, əgər Fransanın 

və  İngiltərənin arxivlərində bu istiqamətdə araşdırmalar aparılsa, kifayət qədər material əldə 

etmək mümkündür. Rusiyanın Baş  Kəşfiyyat Arxivinə  gəlincə, orada isə  qırğınlar vaxtı 

Şamaxının poçt-teleqrafına başçılıq edən S.Ambartsumovun 1918-ci il martın 23-də saat 16-da 

“Milli Erməni Bürosu”nun rəhbəri Doktor Zavriyevə ünvanlanmış teleqramı var. Artıq erməni 

S.Ambartsumov Şamaxıda qırılan nəsillərin siyahısını və sayını göstərir. O, həm etiraf edir, həm 

də sevinclə bildirir ki, qırılan müsəlman nəsillərin sayı 27-dir. Arxivdə toplanmış  sənədlərdə 

Yelizavetpol Məxfi İdarəsinin də bu faktları təsdiq edən əlavə sənədi var. İki səhifəlik məlumat – 

arayışını isə  kəşfiyyat mayoru, bilavasitə “Milli Erməni Bürosu”nun Şamaxı özəyi ilə  əlaqələr 

quran O.S.Aleksandrov-Nikolayev imzalayıb. 

Təkcə müsəlman əhalinin qırılması, deportasiya və etnik təmuizləmə deyil, bütünlüklə yaratmış 

olduqları maddi, mədəni izlərin də yox edilməsi, tarixdən silinməsi erməni şovinizminin məkrli 

planlarında məxsusi yer tutur.Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 

aprel tarixli fərmanı ilə 90 yaşayış  məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış 

məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə  əvvəllər 

azərbaycanlılara məxsus olmuş, 31 yaşayış 

məntəqəsinin adları 

dəyişdirilərək 

erməniləşdirilmişdir. Ümumiyyətlə, son dövrədən 702 türk mənşəli inzibati-ərazi vahidinin adı 

dəyişdirilmişdir. 

 

Ermənistanla 130 kilometr bir sərhəddə yerləşən Qubadlı rayonunda doğulub 31 avqust 1993-cü 



ilə kimi orda həyatımın qürurlu - mənalı hissəsini yaşamışam. Uşaq ikən böyüklərimizdən 

eşitmişəm ki, ana tərəfimdən çox sayda qoca, körpə, qadın, uşaq  əqrəbalarımız Laçının Aşağı 

Cicimli kəndindən Andronikin cəlladlarından canını götürüb qaçarkən Yazı düzündə taxıl 

zəmisinin içində gizləniblərmiş, ermənilər dən tutmuş qupquru zəmiyə od vurub hamısını diri-

diri yandırıblar. Dondarlı  kənd orta məktəbində oxuyanda yaşlı adamlar əli ilə Dağbaşının 


63 

 

xarabalıqların göstərib danışırdılar ki, orda ermənilər əsir tutduqları adamları necə öldürürdülər, 



kürəklərinə qaynar samovar bağlayıb yana-yana ölməklərinə baxıb qəh-qəhə çəkirdilər. 1988-in 

24 noyabrında Gorusa bitişik Eyvazlı  kəndini necə talan, qarət edib yandırdıqların, ardınca 

Zəngəzur elimizin döyünən ürəyi Qarakilsə-Sisyanda silahsız dinc, əliyalın insanların başına 

açdıqları müsibətləri görüb şahid olmuşdum. Qubadlıda  əsir götürdükləri adamların Novruz 

bayramı günlərində kəsik başsız bədənlərin sərhədə atdıqların görmüşəm. Cəbrayılda, Füzulidə 

bığ yeri təzəcə  tərləmiş cavanların kəsik başların, doğranmış  bədənlərin görmüşəm. Hələ sülh 

dövründə, 70-ci illərdə Zeyvədə, Qızıldaşda, Xinzirək, Qafan, Qacaran, Gorusda həmsöhbət 

olduğum ermənilərin biz azərbaycanlılara, türk qövmünə  hədsiz-hüdudsuz nifrətin görüb hiss 

etmişəm, səbəblərin öyrənməyə çalışmışam. 24  apreldə təsadüfən Zeyvə kəndinin düz ortasında 

qələbəlik bir mitinqdə məni köhnə tanışlardan biri aradan çıxardıb uzaqlaşdırıblar ki, sən belə bir 

gündə nə ürəklə bura gəlib çıxmısan, görmürsənmi hamısının ağzından qan iyi gəlir, səni didib 

parçalayarlar. Kəndin ortasında türk topundan atılan mərminin açdığı deşiyi dədə-babalarının 

qəbri kimi qoruyub saxlamışdılar. Hər toy-yasda mütləq hamılıqla ayağa qalxıb sükutla genosid 

qurbanlarının xatirəsin yad edirdilər. Maaş alan hər kəsdən daşnak partiyasının millət kassasına 

üzvlük haqqı toplanırdı, kimin hünəri vardı imtina etməyə, silah-sursat alınırdı  həmən pula, 

periodik olaraq iri şəhərlərdə banklar “yarılırdı”-silib süpürüb aparırdılar gələcək gün üçün, 

xaricdəki diaspor üçün həm də erməni təbliğatı aparmağa. XIX əsrin sonlarında yaranan erməni 

terror təşkilatları sovet dönəmində  də öz fəaliyyətlərin davam etdirirdilər və  hər kənddə  də 

bilirdilər ki yerli özəklərin rəhbərləri kimdir. 

 

Kommunist-bolşevik rəhbərliyinin hakim olduğu 70 ildə ermənilər hər zaman Sovetlər Birliyinin 



xüsusi xidmət orqanlarında özlərinə məxfi şəbəkə qurublar, siyasi hakimiyyətin qərarlarına təsir 

ediblər. Türkmənçay, Gülüstan müqavilələrindən başlamış tarixi yurd yerlərimiz Zəngəzurun 

ermənilərə peşkəş edilməsinə, Qorbaçov yenidənqurmasına qədər. Məhz erməni mafiyasının 

Stavropol vilayətinin başçısı olarkən başına ip keçirib özlərinə  işlətdikləri Qorbaçovun SSRİ 

rəhbərliyinə  gələrkən ilk işi Kremldən idarə olunan “pambıq pripiskası” nın istintaqı ilə bağlı 

oldu. Qdlyan-İvanov cütlüyünün rəhbərliyi altında türk yurdu-Türküstan eli Özbəkistanda 

minlərlə günahsız insan istintaqa cəlb edildi, məhbəslərə dolduruldu, milyardlar Kreml 

xəzinədarlarının cibinə, daşnak kassasına axıdıldı. Özbəkistanın rəhbəri, istedadlı yazıçı  Şərəf 

Rəşidov şübhəli şəkildə həyatla vidalaşdı. Dili, dini bir özbəklərlə ahısha türkünün arasında qanlı 

ədavətlərin özülü qoyuldu. Ermənilərin fitvası ilə 2-ci dünya savaşından qalib çıxan SSRİ 

Türkiyəyə hücum etmək üçün hərbi qüvvələrini Ermənistan sərhədi boyunca cəmləşdirmişdi. 

1946--cı il avqustun 7-də SSRİ-nin verdiyi notada Türkiyənin müharibə dövründə Almaniyaya 

göstərdiyi hərbi yardımlar xatırlanmış, gələcək hücum üçün zəmin bir növ hazırlanmışdı. Həmin 

dövrdə Türkiyənin etdiyi diplomatik manevrlər onu müharibədən qalib çıxmış SSRİ-nin 

cəngindən qurtardı. Türkiyəyə hücum etmək niyyətindən  əl çəkən Sovet hökuməti SSRİ Ali 

Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanı ilə xaricdən Ermənistana "qayıdan" ermənilərə 

SSRİ  ərazisinə daxil olduqları andan etibarən SSRİ  vətəndaşı statusu vermək qərar qəbul 

etmişdi. Keçmiş SSRİ  ərazisində yalnız ermənilər üçün tətbiq edilən bu sadələşdirilmiş qayda 

1936-cı il SSRİ Konstitusiyasına zidd idi. Çünki həmin Konstitusiyanın 123-cü maddəsində 

göstərilirdi ki, SSRİ  vətəndaşlarının hüquq bərabərliyi sarsılmaz qanundur. İrqi və milli 

mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqlarının hər hansı şəkildə pozulması, açıq-

açığına və dolayı yolla onlara üstünlük verilməsi, həmçinin irqi və ya milli müstəsnalığın, yaxud 

nifrət və etinasızlığın hər cür təbliği qanunla cəzalandırılır. Deməli, hələ 1946-cı ildə ermənilərin 

xatirinə milli ayrıseçkiliyə yol verilmiş, SSRİ Konstitusiyası pozulmuşdu. 1946-cı ildə Suriya, 

Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya 

edilmişdi. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 

min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi. Erməni hiyləgərliyinin ən mühüm 

xüsusiyyətlərindən biri də onun əlverişli zamanı və məqamı duymalarıdır. Tarixə nəzər saldıqda 

aydın olur ki, adətən bu xalqın xəyanətkar rəhbərləri dünya siyasi tərəddüdlər qarşısında 

qaldıqda öz çirkin niyyətlərini reallaşdırmaq istiqamətində hərəkətə keçir. 1905-1908-ci illərdə 



64 

 

çar Rusiyasının çətin vəziyyətində, I dünya müharibəsi zamanı siyasi sabitlik pozulduqda, SSRİ-



nin dağılması dövründə  və s. Xəyanətkar xislətli ermənilər hər zaman məkrli nökərçilik 

xarakterlərinə uyğun olaraq Qafqazda azərbaycandan sonra dindaşları gürcülərə qarşı da cəbhə 

açmış durumdadırlar. Son vaxtlar ermənilərin yeni xülyalarının konturları cızılmaqdadır. Hazırda 

ən böyük hədəf isə Gürcüstan torpaqlarıdır. Son siyahıya almalara görə Gürcüstanda 250 min 

erməni yaşayır ki, bunlardan da 120 minə    qədəri Samsxe-Cavaxetiya regionundadır. Bu 

regionda ermənilər ümumi əhalinin 55 %-ni təşkil edir. Regionda ermənilərin demoqrafik 

üstünlüyü isə müsəlmanların (məhsəti türklərinin və azərbaycanlıların) sıxışdırılması hesabına 

baş vermişdir. Belə ki, 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıyaalmaya  əsasən Tiflis 

quberniyasının Axalçix uezdində ermənilər ümumi əhalinin 22%-ni təşkil edirdisə, 24317 

nəfərlik məhsəti türkləri (35,1%) və 12370 nəfərlik azərbaycanlılar (18%) birlikdə ümumi 

əhalinin 53%-ni təşkil etmişdir.1 2002-ci il siyahıyaalmasına əsasən isə Samsxe-Cavaxetiyanın 

Axalçix rayonunda  sayları 16 879 nəfər olan ermənilər artıq ümumi əhalinin 36,6%-ni təşkil 

edirdi. Sovet imperiyasının məhsəti türklərini sürgün etməsi regionda erməni say üstünlüyünə 

səbəb olmuşdur. Ermənilər buranı tarixi vətənləri hesab etsələr də, reallıq budur ki, regiona 

köçürüldükləri cəmi 150-170 il ərzində azlıqdan çoxluğa çevrilə bilmişlər. Samsxe-

Cavaxetiyadakı ermənilərin separatçı  çıxışları günü-gündən artmaqdadır. Onlar Samsxe-

Cavaxetiyaya muxtariyyat verilməsini, erməni dilinə rəsmi dil, gürcü kilsələrinin də onlara aid 

olduğu iddiası ilə erməni apostol kilsəsinə  statusu ilə birlikdə onlara verilməsini tələb edirlər. Bu 

bölgə Ermənistan  və Türkiyə ilə birbaşa sərhədə malikdir. Ermənistan üçün şimaldan bufer 

rolunu oynayır. Burdakı ermənilər siyasi cəhətdən “Vahid Cavakx” ictimai-siyasi hərəkatı 

ətrafında birləşiblər və  həm Gürcüstan, həm də Ermənistan siyasi həyatına təsir edə biləcək 

siyasi qüvvəyə çevriliblər. Onlar Gürcüstan siyasi xəttinə  də  təsir etməyə çalışırlar. Belə ki, 

Gürcüstanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərdən biri olan “Repatriasiya 

barədə qanun”un tələblərini yerinə yetirərək məhsəti türklərinin öz ana vətənlərinə geri 

dönmələrinə mane olmağa çalışırlar. Yerli ermənilərin fikrincə, məhsəti türklərinin regiona 

köçürülməsi ilə Ermənistan  dörd bir tərəfdən türklərlə  əhatə olunacaqdır və bu Ermənistanın 

geosiyasi mövqeyi üçün ən böyük təhlükədir. Gürcüstan-Rusiya, Gürcüstan-Türkiyə, Gürcüstan-

ABŞ münasibətlərində  də erməni faktoru mühüm amildir. Axalkalakidə Rusiyanın hərbi 

bazasının bağlanması zamanı ermənilərin qaldırdığı  səs-küy, eləcə  də Gürcüstanın NATO-ya 

üzvlüyü məsələsinin gündəliyə gətirilməsinə ermənilərin münasibəti ölkənin siyasi həyatına təsir 

edə bilmək iqtidarındadır. Cavaxetiya ermənilərinin Gürcüstan hökuməti qarşısında qondarma 

“erməni soyqırımı”nı yanıması tələbi ilə çıxış etməsi də onların siyasi dikbaşlığından irəli gəlir. 

“Rusiyanın Cavakx diasporu” 2011-ci ilin dekabrında yaydıqları  bəyanatda bildirmişdir ki, 

“Gürcüstanın NATO-ya üzvlüyü Cavaxetiya ermənilərinin maraqlarına ziddir və Cavaxetiya 

erməniləri Gürcüstanın tərkibindən çıxmaq məsələsini qaldıra bilərlər”. Digər tərəfdən ABŞ-da 

ermənipərəst konqresmenlər Cavaxetiya ermənilərinə  də ABŞ-ın vəsait ayırması  məsələsini 

gündəliyə  gətirmişlər. Gürcüstanda erməni separatçılığına məruz qaldığı digər bir bölgə 

Abxaziyadır. Öz müstəqilliyini elan etmiş bu qondarma “dövlətcikdə” ermənilər aparıcı mövqe 

tuturlar. Aparılan rəsmi statistikaya görə 2003-cü ildə ermənilər ümumi əhalinin 21%-ni (44 900 

nəfər) təşkil etmişlər. Təşkilatlnmağı yaxşı bacaran ermənilər Abxaziyada Rusiya yönlü 

siyasətdə xüsusi çəkiyə malik mövqeyə yiyələniblər. Ermənilərin üzdəniraq xəstəliyi hara qədər 

inkişaf edibsə, artıq rus ziyalıları da etiraz səslərini ucaltmağa başlayıblar. 

  

Ermənistanın Rusiyanın vassalı olduğu bəlli olsa da, ermənilərin xəyanətkar xisləti elədir ki, öz 

məqsədləri üçün hətta Rusiyanı da satmağa hazırdırlar. Bunu ermənilər üçün yox yerdən dövlət 

var edənlər də yaxşı bilirlər. Ermənistan mətbuatına müsahibəsində Beynəlxalq Avrasiya 

Hərəkatının lideri, Kremlin millətçi ideoloqu , politoloq Aleksandr Dugin deyib: “Postsovet 

məkanındakı dövlətlər öz strateji məsələlərini həll etmək üçün ABŞ-a arxayın olursa, öz ərazi 

bütövlüyünü itirirlər. Biz Gürcüstan, Ukrayna və Moldova nümunəsində bunu gördük. 

Ermənistanın isə sadəcə olaraq seçimi yoxdur. Ermənistanın Avrasiya İqtisadi Birliyinə girişi 

onun müstəqilliyini və  təhlükəsizliyinin qorunması üçün lazımdır. Kollektiv Təhlükəsizlik 


65 

 

Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi Ermənistanın sağ qalması üçün lazımlıdır”. 

Göründüyü kimi bu sıralamada Azərbaycanın adı yoxdur. Azərbaycan ötən əsrin 90-cı illərində 

öz seçiminə görə 23 idir ki, Rusiyadan cəzasını almış durumdadır. Məmməd  Əmin Rəsulzadə 

AXC Parlamentinin son iclasında demişdi: “Nikolay Rusiyası ilə Lenin Rusiyasının fərqi bircə 

onun rənglərindədi, birincinin zənciri qaraydı, ikinci qırmızı.” 

 

2015-ci ilin əvvəlindən maraqlı proseslər baş verir. Artıq ruslar da ermənilərin  əlindən zara 



gəldiklərinin, itirdiklərinin fərqindədirlər. Bu sitata da diqqət yetirək-həm də velikorus 

şovinizminin müasir dövrdə  də var gücü ilə düşüncələrə hakim olduğunu görmək xatirinə:” 

Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi 

olduğu “Kod dostupa” verilişində (2015, 17 yanvar) efirə getmiş sözlərinin stenoqramından:        



“- Xatırladıram ki, bizim, Rusiyanın satelliti olan Ermənistan adında ölkə var. Üümumiyyətlə, 

bizim satellitlərimizi barmaqla saymaq olar, özü də  çəkməni çıxarmadan və  hətta sol əldən 

əlcəyi çıxarmadan. Bu, Cənubi Osetiyadır, hansı ki, biz onu HƏMAS-a çevirmişik; 

Abxaziyadır, hansı ki, situasiya tamamilə fəlakətlidir; Dnestryanı bölgədə də fəlakətli situasiya 

hökm sürür, budur, bizim böyük HƏMAS-a çevirdiyimiz Donbasda isə kifayət qədər anlaqsız 

lümpenlər ailələri güllələyir, mənzillərini və maşınlarını  əllərindən alır. Bütün bunları 

güllələnənlərin “lənətlənmiş ukraynalı faşistlərdən müdafiə olunması” adı altında edirlər. 

Ancaq yeri gəlmişkən kimi güllələsələr dərhal onu Ukrayna faşisti elan edirlər. Beşincisi isə 

Ermənistandır. Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə azərbaycanlılardan 

fərqli olaraq Gömrük İttifaqına üzv olub, o cümlədən həmin Ukraynanın özündən fərqli 

olaraq. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı 

Azərbaycan var. Görürük ki, rollar son 20 ildə necə dəyişib, çünki hələ 20 il əvvəl Ermənistan 

qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan 

məhsuldar yaradıcı əhalinin böyük hissəsi qaçıb getdi. Azərbaycan isə əksinə, neftin və kifayət 

qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı. Və bu gün Ermənistan 

küncə  sıxılıbsa təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə 

səbəb var-Rusiyanın Ermənistana yardımı. Və budur, bütün dövrlərdə bizim sadiq nökərimiz 

olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür...” İnsanlar kimi ölkələr, dövlətlər, xalqlar 

da miskin, rəzil vəziyyətə düşə, salına bilir-Ermənistan adlanan Rusiya müstəmləkəsi kimi. 



“Mənim erməniyə nifrətim insanlığa sevgidən doğub”- hansısa aqilin qənaətidir. 

 

İllərdir saxta erməni soyqırımı, Sevr Müqaviləsi, dənizdən dənizə Ermənistan məsələləri  



beynəlxalq qurumlarda, beyin mərkəzlərində sıx-sıx gündəmə gətirilir, soyqırım tanınır, qanunlar 

qəbul edilir. Hazırda 20-yə qədər ölkə parlamentində ermənilərin soyqırıma uğradığı iddialarını 

tanıyan yasaları  qəbul etmişdir. Amerikanın 50 ştatından 36-da belə tanıma qanunu qəbul 

olunmuşdur. Soyqırım anlayışını 1933-cü ildə İspaniyada beynəlxalq konfransda ilk dəfə Rafael 

Lemkin yunanca "genos" (irq) və latınca "ceadere" (öldürmək) sözlərini bir araya gətirərək 

yaratmışdır. O, həm də BMT-nin Soyqırımın qarşısını almaq və Cəzalandırma Konvensiyasının 

ilk müdafiəçilərindən, erməni məsələsini 20-ci əsrə aid qəti bir soyqırım nümunəsi kimi 

xarakterizə edirdi. "Soyqrımın qarşısının alınması və cəzalandırılması haqqında" 9 dekabr 1948-

ci il  beynəlxalq Konvensiyasının  əsas  müddəalarında, eləcə  də Azərbaycan Respublikası 

Cinayət Məcəlləsinin 103-cü maddəsində göstərilir ki, soyqırım dedikdə, hər hansı milli, etnik, 

irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə  və ya qismən məhv etmək məqsədi ilə qrup 

üzvlərini öldürmə, onların sağlamlığına, əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə 

və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış  şəraiti yaratma, qrup daxilində doğumların 

qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa 

qrupa keçirmə başa düşülür. Bütün parametrləri ilə ermənilərin Anadolu və Qafqazda müsəlman 

türklər, həm də kürdlər  əleyhinə planlı  qətliamları  əvvəlcədən planlaşdırılmış “soyqırım” 

cinayətinin  icra edildiyini göstərir.  

 


66 

 

NATO üzvü qardaş Türkiyə Cümhuriyyəti 70-80 il heç bu məsələyə baş qoşmamış, əhəmiyyət 



verib lazım bilib vaxt sərf etməmiş kimi görünür. Heç olmazsa, öz hərbi-siyasi müttəfiqləri olan 

dövlətlərin siyasi qərarlarını da önləyib neytrallaşdıra bilməmişdir. Bunlar bir  erməni 

məsələsidirmi? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin 14 yanvarında Ankarada 

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında iki qardaş 

ölkənin bir yerdə olduğunu, böyük güclərin Qarabağın işğalında tutduqları mövqeyi çox net 

dəyərləndirib:  “Görünən odur ki, ATƏT-in Minsk qrupu “üçlüyü” hələ  də  qərarlı addım 



atmayıb və beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ  də 

“yolavermə taktikası” ilə uzadılması üzücüdür. Dağlıq Qarabağ probleminin Azərbaycanın 

ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə  həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz 

bundan sonra da eyni qərarlılıqla davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə 

də dilə  gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir. Geriyə addım 

atmağımız da əsla mümkün deyil!" Hər iki liderin dəyərləndirməsinə görə,  erməni məsələsi 

beynəlxalq bir məsələ olaraq qarşımıza atılmaqdadır. Bu görüşdə  cəsarətli, çox mənalı gedişi 

olan bir məqam da oldu ki, ermənilər saxta soyqırımın 100 illiyini qeyd edəcəkləri 24 apreli 

Türkiyə hökuməti Çanakkala Zəfərinin 100 illiyinin bayram edilməsi günü kimi 102 dövlət 

təmsilçilərinin iştirakı ilə qeyd olunacağını elan etdi. Siz ermənilər ağlayın, sızlayın, dil açıb 

yardım dilənin, uydurduğunuz yalançı keçmişinizin qaranlıqları içində çamura batın, biz isə 

qürurla babaların açdığı Türkün zəfər yolu ilə gedirik. Bizə də nəsib olsun bu zəfər, qürur günü! 

Ərdoğan Ermənistan prezidenti Sarkisyana da bu törənə  dəvət məktubu göndərib. Onun 

ermənisayağı cavabı isə ermənibaşının ağıl səviyyə(siz)sinin göstərici idi.  

Saxta soyqırımın 100 illiyi ərəfəsində ermənilər üçün ən çox canfəşanlıq edən Fransa 

prezidentidir, açıq-açığına Türkiyəyə “erməni soyqırımı”nə tanımağı da təklif etmək cəsarətində 

bulunur. Onun sələfi isə Ermənistanı Fransanın kiçik bacısı adlandırmışdı.  

2015-ci ilin 6 yanvarında Parisdə 2 əlcəzairlinin törətdiyi terror aktı nəticəsində 12 nəfərin həlak 

olması  və yaralanmasına dünya güclərinin reaksiyası yaddan çıxmayan, düşündürücü dərsdir; 

əsasən xristian, Avropa ölkələri, dünya liderləri bu hadisəyə öz kəski etirazlarını və həmrəyliyini 

bildirmək üçün Türkiyə, Fələstin, İsrailin hökumət başçıları da aralarında olmaqla şəxsən  Parisə 

gələrək etiraz yürüşünə qatılıb ön sırada əl-ələ tutuşaraq fransızlarla birlikdə yürüdülər. Əcəba, 

Qarabağda, Çeçenistanda, Fələstində,  Əfqanıstanda,  İraqda, Suriyada... qırılan, qırdırılan on 

minlərlə müsəlman insan deyilmi?! Bəs müsəlman ölkələrin liderləri niyə belə  həmrəylik 

nümayiş etdirə bilmirlər?! Qərbin ikiüzlülüyü də, ikili standartları da, xristian təəssübkeşliyi, 

fövqəlgüclərin  ədalət, beynəlxalq hüquq, azadlıq anlayışı da, Avropanı avro, dollar gölündə 

yaşadan müsəlman dünyasının ətalət, sükunət, biganəliyi də göz qabağındadır.  

 

Tarix boyu erməniləriə  hər cəhətdən himayədarlıq etmiş, qoltuğunun altına alıb himayəsinə 



götürmüş  türk millətinə qarşı hüdudsuz nifrətinin, ümumilikdə erməninin insanlığa qarşı kin və 

nifrətinin etno-psixoloji kökləri ayrıca bir tədqiqatın mövzusudur. Saxta soyqırım iddiaları ilə 

aparılan erməni və ermənipərəst kampaniyanın heç şübhəsiz bir əsas hədəfi ermənilərin özlərinin 

Anadolu və Qafqazda törətdikləri soyqırımı hay-küy, şaxsey-vaxsey, çığır-bağır sədaları altında 

(“adımı sənə qoyum, səni yana-yana qoyum”) unutdurmaq, üstünə pərdə çəkmək, yalanlar içində 

arxa plana keçirməkdir. Və erməni xisləti bu məsələlərin alt qatlarını, bicliklərini yaxşı 

bildiklərindən çox şeyə nail ola biliblər  (“yalanı nə qədər çox və ucadan desən, inananların sayı 

da bir o qədər çox olacaq”).   İkinci vacib məqam isə Qarabağın işğalını pərdələməkdir, ədalətli 

həlli yoluna sipər çəkməkdir, “bizə Osmanlı türklərinin etdiyini biz də Azərbaycan türklərinə 

etmişik” deyə həya etmədən özlərinə bəraət qazandırmaqdır. Bizdən fərqli olaraq ermənilər bu 

məsələlərdə hər saat, hər gün, hər ay, il planlı şəkildə məqsədli şəkildə çalışmalar sürdürür. Son 

3 ildə dünyanın  ən çox işlənən BMT dillərində 30 000 adda kitab, buklet, albom və film 

hazırlayıb nəşr edib pulsuz dünyaya yayıblar. Bəs biz?! 20 Yanvarı, 26 Fevralı, 31 Martı, 28 

Apreli, 20 Noyabrı...həmin günlərdə epizodlar kimi xatırlayır və unuduruq.  

 


67 

 

Canlı aləmdə nümunəsi olmayan erməniçiliyin insanlıq adına ləkə olan yaşam, düşüncə 



fəlsəfəsini anlayan, bu barədə gördükləri həqiqətləri yazan, kitabçada adı keçən çox sayda 

əcnəbinin özlərini bir məqsəd ətrafına toplaya bilməsək də, yazdıqlarını toplayıb çoxdan BMT 

dillərində  nəşr edib yaya bilərdik. Aldadılanlar olsa da, aldanmamışlar, haqq, ədalət, həqiqət 

tərəfdarları  daha çoxdur axı... Biz bu kitabla həmin amacla yola çıxırıq, çalışacağıq ki, 

əcnəbilərin səsini  əcnəbilərə öz dillərində çatdıraq,  əsl həqiqətləri anladaq. Nədir ermənilik? 

Ermənilik paxıllıq, yalançılıq, talançılıq, qərəzçilik, satqınlıq və  xəyanət,  saxtakarlıq, məkrli 

niyətlilikdir, soyğunçuluq, qan, nifrət, dəhşət, fəlakət, eqoizm, təkəbbürlülük, xəstə ideyalar 

uğrunda çarpışmaq, qonşulara kin, yaxşı  nə görürsə özününküləşdirmək, öz adına bağlamaq 

hərisliyidir, terrorçuluqdur, bəşəri cinayət-soyqırım törətmək və  həyasızcasına bundan fəxarət 

duymaqdır.  

 

İnanırıq ki, bu kitabı oxuyan hər kəs üçün Həqiqət bir daha gün kimi aydın görünəcəkdir; XX 



əsrin əvvəlindən sonunadək Osmanlı Dövlətində, Cənubi Azərbaycanda, Qərbi  Azərbaycanda, 

Bakıda,  Şamaxıda, Qubada, Zəngəzurda, Qarabağda soyqırımı törədənlər ermənilər, soyqırıma 

məruz qalan isə türklər olmuşdur. 

 

Həzrəti İsa: “Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın” deyib. 

2 xristian yazarın fikirlərini burda xatırlatmamaq günah olardı. 

İrland mənşəli ABŞ tarixçisi Semyuel A. Uimzin məşhur kitabı artıq dünyada əks-səda yaradıb. 

Kitabda erməni xalqının terrorçu millət, Ermənistanın isə on böyük miqdarda maddi yardımı 

idxal, terrorçunu isə ixrac edən ölkə olduğu sübut olunur. Kitabda qeyd olunur ki, “müasir 

erməni terrorizmi iki əsas səbəbə görə inkişaf edir: birincisi, 1890-cı ildən etibarən erməni kilsəsi 

terrorizmə yardım edir. İkinci səbəbi isə bu ölkədə mövcud olan siyasi quruluşla bağlıdır”. 

ABŞ-ın Arkanzas şəhərində yaşayan və təqaüddə olan prokuror və yazıçı S. A.Uimzin “Aksion” 

dərgisinin yazarı Cəlil Sağıra verdiyi müsahibədən: “Erməni lobbisinin qondarma soyqırımı ila 



əlaqədar beynəlxalq aləmdə  dəstəklənməsini iki amillə  əlaqələndirmək olar. Bunlardan 

birincisi pulla tanınmış şəxslərin ələ alınması, ikincisi isə xristianlıq kartıdır… Mən başqa cür 

düşünə bilmirəm. Ona görə də mən məsələni araşdıraraq erməni soyqırımı barədə həqiqətləri 

xristian aləminə çatdırmağı  qərara aldım və  nəticədə bu kitab meydana çıxdı”.  ABŞ-da 

söylənən “pul, var-dövlət siyasətdə ana südüdür” atalar sözünü yada salan S. Uimz deyir ki, 

ermənilər soyqırımını tanıtmaq və ABŞ-lı siyasətçiləri ələ almaq üçün ötən il ABŞ-da 14 milyon 

dollar xərclədilər. Klinton dönəmində az qala ermənilər soyqırımının rəsmən ABŞ hökuməti 

tərəfindən tanınmasına nail olacaqdılar. Ötən il də erməni soyqırımının tanınması məsələsi son 

anda baş tutmadı. O, əmin olduğunu bildirir ki, əgər fransız parlamentində erməni soyqırımının 

qəbulu ilə bağlı  məsələ araşdırılsa, hökmən burada erməni lobbisinin fransız siyasətçilərini və 

parlament üzvlərini pulla ələ aldıqları üzə çıxacaq. 

Alman tədqiqatçısı Albert Şneyder:  “Mən baxdığım filmlərə, oxuduğum kitab və  sənədlərə 

həmişə hörmətlə yanaşmağa çalışmışam. Çünki bütün bunlarda bir insan ömrünün izi var. O 

yerdəki bəziləri öz yazdıqları  və yaxud çəkdikləri  əsərlərlə aldatmağa çalışır, o yerdə  mən 

deyirəm:-məni aldatdın, bəs tarix necə olsun? Tarixi aldatmaq mümkündürmü?...Qarabağdan 

həmişə azərbaycanlı ətri gəlib. Məni heç kəs aldatmasın”.  


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin