Hacı Nərimanoğlu


may 1915-ci il tarixli Tercih (Köç) Qanunu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.04.2017
ölçüsü0,69 Mb.
#13048
1   2   3   4   5   6   7
 

27 may 1915-ci il tarixli Tercih (Köç) Qanunu: 

 

 1.Nəqli lazım olanlar gedəcəkləri yerlərə qədər rifah içərisində daşınacaqdır. 

 2.Yollarda istirahətləri, can və mal təhlükəsizlikləri qorunacaqdır. 

 3.Getdikləri yerlərdə  qəti yerləşdirilmələrinə  qədər özlərinə köçkün vəsaitindən 

dolanışıqlarını təmin etmək üçün yardım ediləcəkdir. 

4. Keçmiş maliyyə vəziyyətlərinə uyğun olaraq özlərinə mal və ərazi paylanılacaqdır. 

 5.Hökumət tərəfindən ev tikiləcəkdir. 

 6.Ciftçi-fermerlərə toxumlar, əvvəlcə  sənətkar olanlara peşələri ilə bağlı alətlər 

paylanılacaqdır. 

 7.Tərk etdikləri mallarından geridə qalanlar özlərinə veriləcək, bu olmadığı  təqdirdə, 

bunların qarşılığı pul kimi ödəniləcəkdir. 

8.Boşaldılan  şəhər və  qəsəbələrdə yerləşən ermənilərə  məxsus daşınmaz malların 

siyahıyaalması keçiriləcək, bunların cinsləri və qiymətləri, miqdarları müəyyən edilərək 

köçənlərə  veriləcəkdir. 

 9.Köçənlərin istifadə etməyəcəkləri mallar, yəni zeytunlik, bağ, portağal bağları, dükan, 

fabrik, anbar kimi gəlir gətirəcək daşınmaz mallar, artımı ilə satılacaq və ya icarəyə 

götüləcək, bu gəlirlər uyğun bir şəkildə didərgin düşən ilk sahiblərinə veriləcəkdir. 

Osmanlı Daxili İşlər Nazirliyi 28 may 1915-ci ildə didərgin düşənlərin   saxlanmaları, 

yedirilib  içmələri ilə bağlı məqamları özündə ehtiva əhatəli bir təlimat hazırlayıb təsdiq 

edib icraya yönəltmişdir. Bunun bəzi bəndlərini sadalayaq. 

Nəqli lazım olan xalqın göçürülməsi işi yerli idarə məmurlarının   səlahiyətinə aiddir. 

Köçürülənlər, bütün heyvan və daşına bilən mallarını özləri ilə bərabər apara bilər. 

Köç zamanı qaçqınların can, mal təhlükəsizlik, yedirilmə  və istirahətlərinin   təmin 

edilməsindən, keçid yollarındakı məmurlar məsuliyyət daşıyırlar. Bu mövzuda meydana 

gələcək çatışmazlıqların aradan qaldırılmasına müvafiq olaraq bütün vəzifəlilər 

məsuliyyət daşıyacaqlar. 

Köç sonunda köçənlər sağlıqlı işləməyə, təsərrüfatla məşğul olmağa əlverişli   kənd və 

şəhər evlərinə yerləşdiriləcəklər. 

Yeni məskunlaşma bölgəsində köçkünlərə veriləcək ərazi yoxdursa, dövlət   maliyyə və 

fermalarından istifadə ediləcəkdir. 

Yaşayış ərazisinə köçənə qədər, möhtac vəziyyətdə olanlara uyğun miqdarda  hökumət 

yardımı təmin olunacaqdır. 

Kənd təsərrüfatı ilə  məşğul olanlardan və  sənətkarlardan ehtiyac olanlara uyğun 

miqdarda vasitə və yaxud kapital veriləcəkdir.  

 

 

 

 

 

 

 

 

 

 



 

52 

 

 



E R M Ə N İ L İ K 

Tərtibçidən:  

Hörmətli Oxucu!  

Gördüyünüz kimi, diqqətinizə  təqdim olunan bu kitabda saxta “erməni soyqırımı” haqqında 

“danışanlar” rus, ingilis, fransız, alman, yəhudi, amerikan, malakan, moldovan, gürcü...ən çox da 

ermənilərin özləridir. “Erməni soyqırımı” iddialarının  əsassızlığına dəlil-sübutlarla  şahidlik 

edənlərin heç biri müsəlman, türk-azərbaycanlı deyil. 100 ildən çoxdur ki, ermənilərə  hərbi-

siyasi, maddi-mənəvi himayədarlıq edən dövlət və millətlərin təmsilçiləridir. Müxtəlif 

mənbələrdən toplanmış sənədlərdə  soyqırımın obyekti də, subyekti də aydın görünür; soyqırımı 

törədənlər böyük güclərin  əlində  hər zaman iyrənc vasitəyə, zopaya çevrilmiş    ermənilər, 

soyqırıma məruz qalanlar türklərdir.  Əsl həqiqətlərin aşkara çıxarılması, həm də ermənilyin 

mahiyyətinin, iç üzünün açıq-aydın görünməsi üçün bu kiçik həcmli kitab da kifayətdir.  

 

Kitabın adından da görünür ki, söhbət vahid türk millətinə qarşı törədilən və hələ də davam edən 



cinayətdən-soyqırımdan gedir. Anadoluda, Qafqazda, bu günkü İranda, Orta Asiyada çar 

Rusiyasının müsəlman türklərə qarşı  həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin 

carçılarından olan Rusiyanın  İranda ilk fövqəladə  və  səlahiyyətli səfiri Aleksandr Qriboyedov 

Peterburqa göndərdiyi hesabatda yazırdı: “... bu millət birdir və hamısı özünü türk sayır. 



Azərbaycanı ya biz bütövlükdə işğal etməliyik, ya da parçalayıb Arazdan şimalda yaşayanlara 

“Oğuz” və ya “Tatar” adı qoymaqla onlara bir-biri ilə ayrı-seçkiliyi təbliğ etməliyik”. Biz də 

ayrı-seçkilik qoymadan kitabı “türk” soy-kökümüzün adında birləşdirdik. 

 

Sözdə “erməni soyqırımı”nın saxtalığını hamıdan, hər kəsdən yaxşı ermənilərin özləri bilirlər. 



Həm Azərbaycan, həm də Osmanlı arxivləri açıqdır. Dəfələrlə Türkiyə Prezidenti və 

Başbakanının elan etdiklərinə baxmayaraq, heç bir erməni və onlara havadarlıq edən ölkələrin 

tarixçiləri bu arxivlərə baş vurmaq həvəsinə düşməyiblər. Çünki yaxşı bilirlər ki, onlar görmək 

istədiklərini tapa bilməyəcəklər, ona görə  nəinki Türkiyə, heç başqa ölkələrdəki arxivlərdə  də 

araşdırmalara ehtiyac belə qalmır! Olmayan şeyi necə tapmaq olar ki?! Türkiyə prezidenti Rəcəb 

Tayyib  Ərdoğan martın 19-da Çanakkala savaşının 100 illiyinə  həsr olunmuş törəndə bir daha 

bəyan etdi: “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, gəlin, buyurun, bu, bizim 

arxivlərimiz. Sizin nə qədər sənədiniz var? Çıxarın sənədlərinizi, tarixçilərinizi, danışsınlar.” 

Bu yerdə amerikalı alim Səmyuel А.Uimzin sözləri yada düşür: "Mən nə azərbaycanlı deyiləm, 



nə gürcü deyiləm və türk də deyiləm. Mən - amerikalıyam. Mən 1686-ci ildə Amerikaya gəlib 

çatan ilk şotlandların nəslindənəm. Mən  şotland amerikalısıyam. Mən cənubluyam. Bütün 

həyatım boyu baptistəm və Amerikaya vergi ödəyirəm. Mən bu kitabı London, Moskva və 

İstanbuldakı araşdırmalarımın yekunu kimi yazmışam. Ermənistan da Vaşinqton, Paris, 

Roma kimi elmi tədqiqat işlərinin, araşdırmalarımın aparılmasına kömək edə bilərdi. Lakin 

onların arxivləri dünya ictimaiyyətinin üzünə qapalıdı.” 

 

Bir yandan sülhün, barışın, demokratiya və insan haqları, xalqların qardaşlığı şüarı ilə hümanist 



görünmək istəyən böyük dövlətlər, diğər yandan uydurduqları “soyqırım” yalanı üzərindən bir 

əsrdir ki, türk-erməni münasibətlərini gərginləşdirmək üçün mümkün olan hər  şeyi edirlər. 

Çoxəsrlik xaçlı yürüşlərinin boşa çıxdığını, qazanmaq əvəzinə itirdiklərini hələ  də sinirə 

bilməyən böyük dövlətlərin erməni terrorçu dəstələri ilə baş-başa hərəkət etmələri göstərir ki, 

məqsəd  xalqları qardaşlaşdırmaq, ya da tarixin aydınladılması deyil, əsas olan türk düşmənliyi 

və türk vətəninə göz dikməkdir. 100 illik erməni yalanının  da səbəbi budur!  

 

Müasir Türkiyə Cühuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk, 26  fevral 1921-ci ildə 



Amerikalı jurnalist Clanence K. Streitin sualına cavab verərək, erməni deportasiyasına dair bu 

tarixi həqiqətləri dilə gətirərək demişdi:- "Rus ordusu 1915-ci ildə bizə qarşı böyük hücumunu 



53 

 

başladığı bir vaxtda o zaman çarın xidmətində olan Daşnak Komitəsi, hərbi hissələrimizin 



arxasında yerləşən erməni əhalisini üsyana təhrik etmişdi. Düşmənin sayı və döyüş ehtiyatının 

çoxluğu qarşısında geri çəkilməyə  məcbur olduğumuz üçün özümüzü daim iki od arasında 

qalmış kimi görürdük. Dağılmış  və çox sayda yaralı olan dəstələrimiz ermənilər tərəfindən 

amansız  şəkildə  qətlə yetirilir, geridəki körpülər və yollar darmadağın edilir və türk 

kəndlərində qanlı terrorlar davam etdirilirdi. Bu cinayətləri işləyənlərin cərgələrinə əli silah 

tutan bütün ermənilər qoşulmuşdu". Böyük  Öndər erməni deportasiyası  və erməni 

dəstələrinin törətdikləri qırğınlar barədə fikirlərini də bu sözlərlə dilə gətirmişdi:-"İngilislərin 

sülh zamanında və hərb sahəsindən uzaq olaraq İrlandiyaya rəva gördüyü rəftara demək olar 

ki, biganə şəkildə baxan dünya birliyi,  erməni əhalisinin deportasiyası barədə məcbur qalaraq 

aldığımız qərar üçün bizə qarşı haqlı bir ittiham irəli sürə bilməz...Bizə qarşı edilmiş olan 

böhtanların  əksinə, deportasiya edilmiş olanlar həyatdadır və bunlardan əksəriyyəti  əgər 

Antanta Dövlətləri bizi yenidən hərb etməyə  məcbur etməsə idilər,  indi    evlərinə qayıtmış 

olardılar". Türkiyəyə saxta erməni soyqırımı ilə bağlı xristian dünyasından 100 ildir davam edən 

təzyiqlər, suçlamaların əsl səbəbi Azərbaycan dövlətinə və xalqına daha yaxşı tanışdır. Eyni ikili 

standartlı yanaşmalar 23 ildir ki, ölkəmizə qarşı da sərgilənməkdədir. 

 

Bu kitabda toplanmış, hətta, Ermənistan hökuməti rəhbərlərinin çıxışları, erməni komandirlərin 



komandanlıqlarına  yazdıqları hesabatlar, Ermənistanın ilk Baş naziri Ovanes Kaçaznuninin, 

Boryan və Lalayan kimi nisbətən obyektiv erməni tarixçilərinin sənədləri də tarixdə “erməni 

soyqırımı” deyilən bir şeyin olmadığını  təsdiq edir. Əksinə, rus, ingilis, amerikan, fransız, 

yəhudi, gürcü və erməni  şahidlərin də  təsdiq etdiyi kimi "TÜRK SOYQIRIMI" tərsinə 

çevrilərək, tarixi iftira və saxtalıqlarla "erməni soyqırımı" halına düşmüşdür. Çünki, türk milləti 

istər Anadolu, istərsə də Qafqazda zülmə, qətliama, soyqırıma uğrayan hər millətə yardım əlini 

uzatmış  və torpaqlarına sığınan millətlərə qucaq açmışdır.  Əgər tarixdə türk dövlətlərinin 

sərhədləri içində yaşayan azsaylı millətlərə soyqırım və assimilyasiya siyasəti tətbiq olsaydı, bu 

gün Qafqazın, Balkanların və Orta Şərqin xəritəsinin  yenidən çizilməsi gərəkirdi və yer üzündə 

indi var olan Ermənistan kimi bir çox dövlət və millət mövcud olmayacaqdı. İllərdir İraqda neft-

petrol qaynaqlarına nəzarət uğrunda gedən savaşlarda 1 milyondan, Əfqanıstanda ondan daha 

çox, Suriyada 300 mindən artıq dinc insan ABŞ  və  Qərbin planlaşdırdığı savaş, qardaş 

qırğınlarının, “ərəb baharı” çevrilişlərinin qurbanı olub. Sağ qalmaq üçün doğma yer-yurdundan 

baş götürüb qaçanların yeganə ümid yeri Türkiyə olub, tək Suriyanın Kobani şəhərindən didərgin 

düşən 200 min kürd Türkiyəyə sığınıb. Türkiyə, ondan əvvəl Osmanlı tarix boyu dara düşənlərin 

ümid yeri olub, tək-tənha öz mənafeləri naminə milyonlarla günahsız insanın  ölümünə göz 

yuman güclərlə haqq, ədalət uğrunda dava sürməkdədir. 

 

Ermənilərin  əxlaqı, siyasəti bu hiyləgər, məkrli düşüncə üzərində qurulub: “Əgər bir yalanı 



həddindən artıq uzun, həddindən artıq ucadan və  həddindən çox desəniz, insanlar inanar. 

İnsanları bir yalana inandırmağın sirri yalanı daima təkrar etməkdir. Sadəcə  təkrar, təkrar və 

təkrar deyin.”  

İllərdir ki, Avropa “xristian klubu” erməni kilsə  və diasporunu təlimatlandıraraq "Dörd T" 

şəklində anladılan planı ermənilərin boğazına pərçimləyib: Tanıtım, Tanınma, Təzminat və 

Torpaq... 1) “Soyqırımı”nın bütün dünyada tanınması; 2) Türkiyənin “soyqırımı” tanıması; 3) 

Türkiyənin “soyqırımı”na uğramış adamların vərəsələrinə  təzminat  ödəməsi; 4) Türkiyənin 

şərqində ermənilərə  torpaq verilməsi.  Şübhəsiz, belə  cəfəng iddialar həm də Türkiyəni 

Ermənistana münasibətdə yumşaltmağa - sərhədləri açmağa məcbur etmək, habelə qardaş 

ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq 

məqsədi güdür. Çoxəsrlik xaçlı yürüşlərinin boşa çıxdığını, qazanmaq əvəzinə itirdiklərini hələ 

də sinirə bilməyən böyük dövlətlərin erməni terrorçu dəstələri ilə baş-başa hərəkət etmələri 

göstərir ki, məqsəd  xalqları qardaşlaşdırmaq, ya da tarixin aydınladılması deyil, əsas olan türk 

düşmənliyi və türk vətəninə göz dikməkdir. 100 illik erməni yalanının  da səbəbi budur! 

Ermənilərə Anadoluda Qara Xaç, Armenakan və Vətən Qoruyucu, Parisdə ASALA, Cenevrədə  


54 

 

Hınçak, Tiflisdə Daşnak komitələri məhz türk düşmənlərinin planlarına uyğun qurulmuşdur. 4 T 



erməniliyin həyat, yaşam tərzinə, həm də bütün regionun baş ağrısına çevrilib. 

 

Qərb dövlətlərinin böyük qismi üçün türklər nə yaxşılıq, xeyirxahlıq etsələr etsinlər, barbardılar. 



Halbuki, xaçlıların Qüdsdə öz ifadələri ilə "atlarımız sinələrinə  qədər müsəlman  qanından 

yaranmış gölün içində ikən yürüş etdik" tarixi etiraflarını nə tez unutdular? Milyonlarla yəhudini 

sanki almanlar qətl etməmişdi, yalnız Hitler öldürmüşdür. Belə bir məntiqi anlamaq mümkün 

deyil. Ölkələrinin müstəqilliyi üçün döyüşən irlandiyalıları gülləyə düzən ingilislərin 

barbarlığından kimsə danışmır.  Əlcəzairdəki iki milyon müsəlmanın qətli və Vyetnamda 

törədilən  vəhşiliklər üçün nə fransızlar, nə  də amerikalılar utanc hissi keçirmirlər. Amerika 

Birləşmiş Ştatları II Dünya Müharibəsində yapon əsirlərini Amerika hərbi paltarı geyindirməklə 

yapon ordusuna qarşı savaşdırıb  qardaşı qardaşa qırdırdı, xatırlanmır. Kiprdə  qətlə yetirilən 

türklərə görə  Qərb dünyası rumluları heç günahlandırdımı? Rusların 200 ildir Azərbaycanda, 

özəlliklə  də Dağlıq Qarabağ  və  ətraf rayonlarda, Çeçenistan başda olmaqla Qafqazda, 

Tacikistanda, Türküstanda tökdükləri günahsız qanları heç gündəmə  gətirən varmı? Amma 

növbə türklərə çatanda meyarlar tamam dəyişir, işlətmədikləri bir cinayətə görə onlar “soyqırım” 

cinayəti ilə suçlanır. 

 

1895-ci ilin mart-aprelində Fransa, Böyük Britaniya və Rusiyanın  İstanbuldakı  səfirləri öz 



ölkələrinin təlimatı ilə Osmanlı imperatorunu ermənilərin kompakt yaşadığı “Türkiyə 

Ermənistanında” rus və avropalı məmurların müşahidəçiliyi altında islahatlar aparılmasına dair 

dekreti imzalamaq, yazılı öhdəliklər götürmək məcburiyyətində qoydular. Birinci Dünya savaşı 

ərəfəsində bu ölkələrin aktiv dəstəyi, təzyiqi və erməni kilsəsinin fəaliyyəti sayəsində 

(Eçmiəzdin katalikosu Poqos Nubar bu məqsədlə Avropanın  əksər paytaxtlarında görüşlər 

keçirmiş, “zavallı” xristian ermənilərin dözülməz vəziyyətini, məzlum erməni xalqının arzularını 

izhar etmişdi) gücü, taqəti tükənməkdə olan Osmanlıda ermənilər açıq və gizli şəkildə 

silahlanmağa, döyüşə hazır qüvvələr qurmağa və vahid mərkəzdə təşkilatlanmağa nail olmuşdu.  

1915-ci ilin əvvəllərində bütün ermənilərin katalikosu V Gevorq erməni “Milli Büro”su adından 

çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “…ermənilər sizin ən inanılmış övladlarınızdır, 

bizə şərait yaradın ki, Türkiyə və Azərbaycanda öz qardaş-bacılarımızı onların əsarətindən xilas 

edək. Bizə yardım və köməklik edin ki, “könüllü dəstələr” yaradaq. Ermənistanda 1965-ci ildə 

rus və erməni dillərində çap olunan (Qosizdat Armenii, 1965q.) “Daşnaksütyun əvvəl və indi” 

kitabında tarixçi-diplomat Q.Abovyan  yazır:  “…məktubdan sonra, Doktor Zavriyev təcili 



Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı  vədlər verərək, 

regionda “könüllü erməni dəstələri”nin yaradılmasını  əks etdirən sənədlərə imza atdırır. 

Bundan sonra yepiskop Mesropla, S.Arutyunovla, A.Xatisovla görüşlər təşkil edən canişin 

Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq, “ermənilərə 

həmçinin məsləhət görülürdü ki, həm Türkiyənin, həm də Azərbaycanın yuxarı dairələrində 

çalışıb mövqe tutsunlar və  ən çox “kəşfiyyat işlərilə” məşğul olsunlar…”. Osmanının son 

illərində Rusiya xarici işlər naziri Sazonov erməni məsələsi ilə  şəxsən fəal məşğul idi, özü 

avropalı  həmkarları ilə yazışırdı, hətta, Osmanlıda ermənilərə muxtariyyət verilməsinə maraq 

göstərməyən türk müttəfiqi Almaniyanın da razılığını almışdı.  İyun 1913-cü ildə Rusiya 

tərəfindən hazırlanmış 30 müddəalıq Layihə 6 vilayətdən-  Ərzurum, Van, Bitlis, Diyarbəkir, 

Xarput, Sivasdan ibarət erməni vilayəti yaradılmasını, bu vilayətin idarəedicisinin də beş il 

müddətinə xristian avropalı  olmasını, bütün idarəedici funksiyaların ona verilməsini təklif 

etmişdi. Rusiya itaətindəki “Türkiyə Ermənistanı”nın Mersin limanı ilə dənizə çıxışı da olmalı və 

bu muxtar vilayəti Rusiyanın müstəmləkəsinə çevrilməli idi. Faktik olaraq Osmanlı dövlətinin 

parçalanması demək olan həmin Rusiya Layihəsi azacıq fərqlə ötən əsrin sonlarında 1989-cu ildə 

Azərbaycanda, Dağlıq Qarabağda yenidən tətbiq edildi (Moskvanın Xankəndində  tətbiq etdiyi 

Arkadi Volski hakimiyyətini yada salın), mahiyyət, plan, məqsəd, ssenari də, ssenarist, rejissor, 

baş rolun ifaçısı da eyni idi, şəkillər, pərdələrin bircə yeri, zamanı  dəyişmişdi. Heç dəstəkçi 

dövlətlər də  dəyişməyib; onlar 20 ildir Minsk Qrupu adı altında Azərbaycan torpaqlarının bir 



55 

 

hissəsini də Ermənistana birləşdirməyə nail olublar. Birinci Dünya savaşında tamamən işğal 



edilib pay-püş olunan Osmanlı imperatorluğunun xarabalıqları üzərində Qazi Mustafa Kamal 

Paşa komandanlığı altında qəhrəman türk xalqı Qurtuluş (ölüm-dirim) Savaşına qalxaraq öz 

iradəsini, əzmini, milli qürurunu, gücünü və milli mənliyini ortaya qoyub xristian dünyasının son 

səlib yürüşünün planlarını pozdu, xəyallarını puça çıxardı. Və bu türk zəfərininin ən ağır zərbəsi 

digər türk yurdu Azərbaycana dəydi; Antanta (Müttəfiq Dövlətlər-Rusiya, Fransa, İngiltərə, 

ABŞ) və Almaniya ermənilərə vəd verdikləri dövləti tarixi Azərbaycan-türk torpaqlarında qurub 

verdilər. Bu fövqəlgüclərin xristian təəssübkeşliyinə Osmanlı Dövlətinin və Türkiyə 

Cümhuriyyətinin başbilənləri də dəstək verdilər-təki erməni xata-bəlası Osmanlıdan uzaq olsun. 

Sonadək Azərbaycançılıq, türkçülük, islamçılıq məfkurəsinə sadiq qalmış  Ənvər paşa, Tələt 

paşanın qətiyyətlə “çibanı kökündən təmizləmək” planı da nəinki Osmanlı sarayında dəstək 

tapmadı, hətta M.H.Hacinski, M.Ə.Rəsulzadə,  Əlibəy Hüseynzadə,  Əhmədbəy Ağaoğlu kimi 

ideoloqlar da İstanbuldan gələn təlimatla Anadoludakı kimi Qafqazda da erməni məsələsinin 

birdəfəlik həllinə qarşı çıxıb Osmanlı ilə Azərbaycan arasında paytaxt İrəvan olmaqla, “kiçik bir 

erməni kantonu” yaradılması təklifinə dəstək verdilər, yazışmalar arxivlərdə ümumtürk tarixinin 

bu qara səhifəsinə  şahidlik etməkdədir. Ancaq “bu kiçik kanton” AXC-nin qətiyyətsiz 

başbilənlərinin səhvləri ucbatından dəfələrcə böyüdü, qırğınların miqyası daha da genişləndi, 

ermənilər Batum danışıqları  və müqaviləsində (4 iyun 1918) götürdükləri öhdəliklərini 

mürəkkəbi qurumamış pozdular. Rusiyanın Qafqazı yenidən işğal etməsi ilə daşnaklar bu dəfə 

bolşevik mundiri geyinib Azərbaycanda bütün dövlət strukturlarına nəzarəti  ələ keçirib daha 

böyük mütəşəkkiliklə türkün baş qaldıranlarına,  başbilənlərinə  qənim kəsildilər. Rus-bolşevik  

işğalından sonra Zəngəzurun yarıdan çoxunu da bu dəfə ruslar ermənilərə sovet hakimiyyətinə 

“hə” demək müqabilində rüşvət, peşkəş verdilər və yenə  də sapı özümüzdən olan baltaların 

fərsizliyi, maymaqlığı, milli qeyrət və düşüncədən uzaqlığı sayəsində.  

Müsəlman türklərə qarşı siyasətin konturları öncə I Pyotr vəsiyyətləri ilə çızılmışdı. Bu həmin 

Pyotr idi ki, 1711-ci ildə Prut yürüşündə türk qoşunlarının mühasirəsinə düşür, sağ qalmaq üçün 

paşalara yalvarır, alınmır. Danışıqların “konstruktiv” olması üçün o, türk sərkərdəsi Mehmet 

paşanın yanına arvadı I Yekaterinanı yollayır. Paşanın hərəmində 3 gecə qalan Yekaterina da 

Pyotrun azad edilməsinə nail olur, türkün faciələri başlanır.  

1814-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və  dəniz nazirləri çar II Nikolaya 

yazmışdılar ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və Dardanel 

körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə “şərq məsələsini” öz xeyrinə 

həll etməlidir”.  

 

Rusiyanın müsəlman-türklərə qarşı planları ingilis, fransız, amerikanlar tərəfindən də hər zaman 



tam dəstəklənmiş, günümüzə  qədər də bu dəstək davam edir. Bu fakta diqqət yetirək. Böyük 

Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 

28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi:  "...Zəngəzur Erməni 

Milli  Şurası  tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan 

təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-

Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu  

tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul 

edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni  süvari 

dəstəsinin  Şuşa, Xankəndi,  Əsgərandan keçib Ermənistana  getməsi üçün hərtərəfli səy 

göstərəcək. Mayor Monk Mezon mənə  məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri 

general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat  keçməsi üçün bütün tədbirləri 

görmüşdür...Azərbaycan Dağlıq Qarabağ  və  Zəngəzurun mübahisəli  ərazi kimi Paris sülh 

konfransında həll olunacağını gözləyəcəkdir". Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 

milyon  ədəd patron və pul da göndəriləcəyini də  vəd edir, vədini də yerinə yetirir. Erməni 

stenoqraf protokolda "General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını 

bilərək açıq danışır..." qeydini etməyi də unutmayıb. Erməni qoşun birləşmələrinin komandanı, 

əvvəl Anadoluda, sonra isə  Cənubi və  Şimali Azərbaycanda qanlı  qırğınların  əsas 


56 

 

təşkilatçılarından olmuş Erməni milli hökumətinin ilk baş naziri, daşnak başçısı Kaçaznuninin 



“yaramaz oğru və quldurbaşı” adlandırdığı Andronik Uzunyan Böyük Britaniyanın “Mİ-6” 

kəşfiyyat mərkəzinin agenti idi, bütün tapşırıqları ingilislərdən alırdı. Parisdə  və Londonda 

“Erməni Manifesti”nin yayılmasından cəmi iki gün sonra, 1917-ci ilin sentyabrın 25-də 

Azərbaycanın Dərələyəz və  Zəngəzur  ərazilərinə böyük bir qrupda ingilis emissarları 

gəlmişdilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “Erməni 

Milli Birliyi”nin hmbapetlərilə (silahlı  dəstələrilə) görüşür, onlarla birlikdə  Dərələyəz və 

Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk 

ingilis-erməni hərbi düşərgəsi salınmışdı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki 

hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və  tənha qalmışdı. Qədim 

oğuz elləri qan gölünə çevrilmişdi. 1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan 

hücumlarda; Zəngəzurun Oxçu kəndində əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən 

ötrü xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-dən çox  qadın və  

uşaq  doldurulub, içəri qumbaralar atılıb sonra od vurub yandırılıblar, bu kəndin 1400 sakinindən 

yalnız 10-12 nəfər sağ qurtulub, öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub, 

Şabadindən cəmi 8 kişi, 7 qadın sağ  çıxıb, Atqız kəndinin 4000 sakinindən yalnız 261 nəfəri 

mühasirədən sağ  çıxa bilib, onların da 167-si Gığı  dərəsindən Ordubada keçən qarlı,  şaxtalı 

yollarda donub ölüblər, Çaylıda 900 müsəlman öldürülüb, tamamən mühasirəyə alınmış Mədən, 

Şəhərcik, Buğacıq, Mollalı, Həkəri, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan, Zəngəzur 

qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qaladərəsinə qədər ərazidəki 48 kəndin 

əhalisi amansızlıqla qətlə yetirilib, evləri tamamən yandırılıb, talan, qarət edilib. Qubadlının 93-

cü ilin 31 avqust işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, heç kəs oralarda 

yenidən məskən salmağa ürək etməmişdi, insanlar o yerlərə gizli bir qorxu hissi ilə baxırdılar ki, 

qırılan insanların ruhları hələ də o kəndlərin xarabalıqları üzərində gecə-gündüz qorxunc inilti ilə 

haray çəkirlər, bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb. Naxçıvanın Yaycı 

kəndinin 2300 sakini qətlə yetirələrək, bir xeylisi də yaralı  vəziyyətdə Araz çayına atılmışdır. 

Onların meyidləri Mehrinin Nüvədi kəndində çaydan toplanıb çıxarılıb ayrıca qəbristanlıqda 

dəfn edilmişdi. 1918-ci ilin aprelində Bakı Soveti sədri Şaumyan və hərbi komissar Korqanovun 

xüsusi tapşırığı ilə ermənilərdən ibarət 2000 nəfərlik silahlı dəstə qatı daşnak cəlladı Amazaspın 

(Amazasp: 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin