Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   2   3   4   5   6   7   8   9   10   ...   26

“ġübhəsiz  ki,  davarda  (sağmal  heyvanlarda)  da 
sizin  üçün  bir  ibrət  vardır.  Biz  onların  qarınla-
rındakı qanla ifrazat arasında olan təmiz südü sizə 

 
80 
içirdirik.  O,  içənlərin  boğazından  rahat  keçər. 
(Qanın  və  ifrazatın  dadı,  qoxusu  və  rəngi  əsla  südə 
qarışmaz. Əksinə, südə elə bir təm verərik  ki, içənlərə 
xoş gələr)”. (əl-Nəhl, 16/66). 
“Onların  (o  heyvanlarda  başqa-başqa)  mənfəət-
ləri  və içəcəkləri  (südləri)  də  var. Hələ də  Ģükür et-
məzlərmi?” (Yasin, 36/73). 
Ayələrdə  haqqında  bəhs  edilən  bağırsaq içərisi və 
qan  ibarələri  kimyanın  və  həzm  fiziologiyasının  əldə 
etdiyi inkişafla müasir dövrdə  yeni-yeni anlaşıla  bilin-
mişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zama-
nında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul 
idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.  
Ərəb  alimi  Ibni  Nəfs  1242-ci  ildə  insan  bədənin-
dəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə 
edən  şəxs  olmuşdur.  Ingilis  həkim  Vilyam  Harveyin 
1628-cı ildə elan etdiyi  qan dövranı modeli isə mövzu 
haqqındakı  məlumatların  yayılmasında  təsirli  olmuş-
dur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi 
əsrlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məmə-
lilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma 
tələb  edən  bu  məlumatın  Quranın  göndərildiyi  dövrdə 
insanlar  tərəfindən  bilinməsinin  mümkün  olmayacağı 
məlum  məsələdir.  Göründüyü  kimi,  “Nəhl”  surəsinin 
66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmə-
lə  gəlməsi  ilə  bağlı  şərh  edilənlər  fiziologiya,  anato-
miya  kimi  elmlərin  günümüzdə ortaya qoyduğu  məlu-
matlara tam uyğundur. 
Deməli,  südün  əmələ  gəlməsi  haqqındakı  Allah 
kəlamı  qan  dövranı  kəşf  edilməzdən  10  əsr  əvvəlki 
dövrə  təcadüf  edir.  Başqa  sözlə  Vilyam  Harvey 
tərəfindən  1628-ci  ildə  kəşf  edilmiş,  qan  dövranı 

 
81 
“Qurani-Kərim”  nazil  olandan,  təxminən  10  əsr 
sonrakı zamana aiddir. 
Bu 
deyilənlərə 
əsasən, 
“Qurani-Kərim”-in 
ayələrində  gözə  çarpan  bu  elmi  həqiqət  özlüyündə 
sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir 
qaynaqla  izah  edilə  bilməz.  Bütün  bunlar  bir  olan 
Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir. 
Biz  hamımız  süd  içmişik.  Bu  təbii  qida  Allahın 
izni  və  möcüzəsi  ilə  təbiətin  insanlara  bəxş  etdiyi  və 
qadınların  orqanizmindən  (eləcə  də  sağmal  heyvanla-
rın)  ifraz  olunan  xüsusi  tərkibli  maddədir.  Bu  bir 
möcüzədir ki,  erkək və  dişi hayvanların hər ikisi  eyni 
yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd və-
zilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə 
edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib on-
ların  yeni  cinsləri  artırılarkən,  həmin  heyvanlar  bala-
larının qidasından artıq süd verməyə başladılar. Həmin 
süd  insanlar  üçün  sağlam  və  dəyərli  qida  mənbəyinə 
çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə 
görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qa-
dınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi 
onların orqanizminə lazım olmayan bir məhsuldur. 
Deməli süd sağlam ev heyvanlarının orqanizmində 
daima  yenidən  əmələ  gələn  məhsuldur.  Lakin  elm 
sübut  etmişdir  ki,  süd  birbaşa  yemdən  əmələ  gəlmir. 
Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar, 
yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitamin-
lər,  mineral  maddələr  və  digər  bioloji  fəal  maddələr 
həzm  prosesi  nəticəsində  qana  sovrulur,  qan  heyvan 
orqanizmində  dövran  edir  və  süd  vəzilərindən  keçər-
kən orada süd hasil olunur. Hasil olunan süd heyvanın 
süd  vəzilərində  (yelində)  toplanır  və  müəyyən  vaxt-

 
82 
larda (gündə iki dəfə - səhər və axşam, bəzən üç dəfə, 
günorta  da)  sağılır  və  müxtəlif  qida  məhsullarının 
hazırlanmasında  istifadə  olunur.  Göründüyü  kimi 
qanın heyvanın yaşaması üçün orqanizmdə dövr etməsi 
südün  də  əmələ  gəlməsinə  səbəb  olur.  Müəyyənləş-
dirilmişdir  ki,  1  litr  südün  əmələ  gəlməsi  üçün  hey-
vanın yelinində 2000 litr qan dövr etməlidir.  
Süd  nəslin  artırılması  və  insanların  qidası  üçün 
çox  vacib  qidalı  və  pəhriz  əhəmiyyətli  bir  qida  məh-
suludur. 
Süd haqqında olan ibrətamiz hikmətin əsas mənası 
da  Yaradanın  hökmü  ilə  təbiətdə  baş  verən  möcüzəli 
dəyişikliklərdir ki, bu da insanların rifahı üçün nəzərdə 
tutulmuşdur.  Bütün  bunlar  Yaradanın  buyuruqlarının 
hikmətinə işarə ilə onun mahiyyətini əks etdirir. Çünki 
yağış  torpağa  yeni  həyat  verdiyi  kimi  süd  və  ondan 
alınan məhsullar, arı balı, xurma və üzümlərdən alınan 
məhsullar insanların yaşaması üçün vacib hesab edilən 
qida məhsuludur. 
Südün  və  süd  məhsullarının  qidalılıq  dəyəri  və 
pəhriz  əhəmiyyəti  müasir  elmi  tədqiqatlarla  sübuta 
yetirilmişdir.  “Qurani-Kərim”  –  də  ananın  öz  uşağını 
iki il əmizdirməsi barədə ayə nazil olmuşdur. 
 
Ana südü 
 
Burada ana südü ilə əlaqədar bir həqiqəti də nəzərə 
çatdırmaq 
yerində 
olardı. 
“Qurani-Kərim”-də 
buyurulur:  
“Analar  (istər  boşanmış,  istərsə  də  boşanmamış 
olsunlar)  uĢaqlarını  əmizdirmə  müddətini  tamam-
latmaq  istəyən  (atalar)  üçün  tam  iki  il  əmizdirsin-
lər” (əl-Bəqərə, 2/233). 

 
83 
Başqa bir ayədə oxuyuruq:  
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə 
etdik.  Anası  onu  (bətnində)  çox  zəif  bir  halda  daĢı-
mıĢdı.  (Uşağın  süddən)  kəsilməsi  isə  iki  il  ərzində 
olur” (Loğman, 31/14). 
Bu  iki  ayədən  bəlli  olur  ki,  ana  öz  körpəsinə  tam 
iki il döşündən süd verməlidir. 
Lakin  uşaq  bəslənməsində  südün  əhəmiyyəti  nə-
zərə  alınaraq digər mənbələrdə uşağın  ən  azı  9  ay  ana 
südü  ilə  bəslənməsi  vacib  sayılır.  Çünki  bu  gələcək 
nəslin sağlam və gümrah böyüməsi üçün zəruri şərtdir. 
Bu  gün  inkişaf  etmiş  tibb  elmi  də  bu  nəticəyə 
gəlmişdi ki, uşağı iki il əmizdirmənin həm ananın, həm 
də körpənin sağlamlığında mühüm əhəmiyyəti vardır. 
Ana  südü  ilahi  qüdrətlə  əfsunlanmış  bir  süddür. 
Onda  körpənin  həyatı  ehtiyac  duyduğu  mühüm  vita-
minlər,  hormonlar,  orqanizmi  qoruyan  maddələr  və 
mikroblarla mübarizəedici bioloji fəal maddələr vardır. 
Ana  südündə  eyni  zamanda  ananın  xarakterini  mənən 
uşaqda  təşəkkül  etdirəcək  sirli-sehrli  amillər  mövcud-
dur. 
Ana  südündə  insanın  böyüməsi  cəhətdən  əsas  qi-
dalı  maddələr  olan  protein,  şəkər,  yağ,  fosfor  və  vita-
minlərin  optimal  miqdarı  uşağın  vücuduna  uyğun  gə-
ləcək şəkildə çox ahəngli bir nisbət və ölçüdə mövcud-
dur.  Ən  başlıcası,  bu  nemətlər  ilahi  tərəfindən  tənzim 
edilir. 
Ana südündə körpəni ilk altı ay içində bütün mik-
rob  təbiətli  xəstəliklərdən  qoruyan  əvəzsiz  maddələr 
vardır.  Bu  və  ya  digər  başqa  səbəblərlə  körpənin,  xü-
susilə  ilk  altı  ayda  ancaq  südlə  bəslənməsi  bioloji  bir 

 
84 
zərurət olaraq məsləhət görülür. 
Məlumdur  ki,  inək  sağılandan  sonra  bir  müddət 
südün  tərkibində  bakteriyalar  inkişaf  edə  bilmir.  Buna 
səbəb  südün  tərkibində  bakterial  xassəli  antitellərin, 
başqa sözlə immun cisimlərinin olmasıdır. Ana südün-
də də belə maddələr mövcuddur və körpənin ana südü 
ilə  qidalanmasında  bu  maddələr  uşağın  xəstəliklərə, 
eləcə də mikroblara qarşı müqavimətini artırır. 
Inkişaf edən müasir elmə görə də əmizdirmə müd-
dəti,  eynən  Quranda  deyildiyi  kimi,  iki  ildir.  Çünki 
qaraciyərin qan əmələ gətirməsi üçün çox yüklü olması 
və  digər  orqanların  inkişaf  halında  olması  səbəbi  ilə 
ana  südünə  olan  məcburi  ehtiyac  iki  il  davam  etmək-
dədir.  Ayrıca,  uşaq  orqanizminin  inkişafının  ən  əhə-
miyyətli dövründə bioloji maddələrə olan ehtiyac müd-
dəti də iki il çəkir. Şübhəsiz ki, tibb elmi körpənin ilk 
iki  ildə  gerçəkləşdirəcəyi  inkişafının  ən  mühüm  dövrü 
olduğunu kəskinliklə qəbul edir. 
Tibb elmi körpəsini bir-iki il əmizdirən anada bio-
loji  bir  inkişafın  olduğunu,  nəticədə  döş  vəziləri  xər-
çənginin  çox  az  müşahidə  edildiyini;  buna  müqabil 
körpəsinə süd verməyən ananın isə sağlamlıq cəhətdən 
təhlükəli hallar keçirdiyini nəzərə alır. 
Kamil  təkəmmül  üçün  ana  südünün  faydaları 
müasir  elmdə  bütün  açıqlığı  baxımından  təsdiq  edil-
mişdir. Bu elmi nailiyyət Quranın 1400 il bundan əvvəl 
dediyini  təsdiq  etmişdir.  Başqa  sözlə,  bu  da  Quranın 
növbəti bir möcüzəsi sayılmalıdır. 
“Qurani-Kərim”-in  Nisa  surəsinin  23-cü  ayəsində 
evlənilməsi  haram  olan  qadınlar  arasında  “süd 
bacılar” da yer alır. Islam fikhinə görə körpənin ilk iki 
ili  içərisində  əmizdirmələrlə  süd  qardaşlığı  meydana 

 
85 
gəlir.  Iki  ildən  sonrakı  əmizdirmələrdə  bu  qardaşlıq 
özünü  göstərməz.  Deməli,  Quranın  təsbit  etdiyi  iki  il 
əmizdirmə  müddətindən  sonra  ana  südü  öz 
əhəmiyyətini böyük ölçüdə itirməkdədir. 
Ana südü qida kimi körpənin dünyaya gəlməsi ilə 
başlayır. Bir başqa uşaq iki ilə qədər bu süddən çox az 
bir  şey  dəxi  əmsə,  süd  qardaşlığı  meydana  çıxır.  Bu 
süd  uşağın  formalaşması  ilə  meydana  gəldiyi  üçün, 
onu  əmən  digər  uşağa  da  eyni  xarakter  hakim  kəsilir. 
Başqa  sözlə,  ortaq  vəsflərə  dayanan  bir  qardaşlıq 
xarakteri  gerçəkləşir.  Bu  səbəbdən,  bəhs  edilən  ayəti-
kərimə  ilə  süd  qardaşlarının  evlənmələri  haram  buyu-
rulmuşdur.  Normal  batin  qardaşlığı  kimi,  süd  qardaş-
lığı da eyni məhrəmiyyət ölçülərinə tabedir. 
Nəslin  sağlamlığı  cəhətdən  Quranın  bu  qadağası 
necə  böyük  əhəmiyyətə  malikdir.  Hələ  bunun  bu  gün 
elmə  məchul  olan  tərəfləri  gün  işığına  çıxdıqca, 
“Qurani-Kərim”-in  möcüzəli  xəbərdarlıqları  daha  da 
aydınlaşacaqdır. 
Uşaqların  qidalanması  üçün  bəzi  bölgələrdə  keçi 
südü istifadə olunur. Bu onunla izah edilir ki, keçi südü 
kimyəvi  tərkibinə,  yağ  kürəciklərinin  xırda  və  yağ 
kürəciklərini  xaricdən  əhatə  edən  zülal  təbəqəsinin 
(pərdəsinin) nazik olmasına görə ana südünə yaxındır.  
 
Ana südü möcüzəvi qidadır 
 
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə 
etdik.  Anası  onu  (bətnində)  çox  zəif  bir  halda  daĢı-
mıĢdı.  (UĢağın  süddən)  kəsilməsi  isə  iki  il  ərzində 
olur.  (Biz  insana  buyurduq):  Mənə  və  ata-anana 
Ģükür et. Axır dönüĢ Mənədir!” (Loğman, 31/14). 

 
86 
Ana  südü  körpənin  qidaya  olan  ehtiyacını  qüsur-
suz  olaraq  ödəmək  və  uşağı  mümkün  infeksiyalardan 
qorumaq  üçün  Allahın  yaratdığı  bənzərsiz  bir  nemət-
dir.  Ana  südündəki  qida  maddələrinin  nisbəti  ən  ideal 
səviyyədədir.  Bətndəki  uşağın  hələ  yetişməmiş  əzaları 
bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü 
uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və 
onun  sinir  sisteminin  inkişafını  sürətləndirən  qidalar 
baxımından da çox zəngindir. Çağdaş dövrün texnolo-
giyası  əsasında  istehsal  edilən  uşaq  yeməkləri  də  bu 
möcüzəli qidanın yerini verə bilmir. 
Ana südünün uşaq üçün  zəruri olan faydalı cəhət-
lərinin siyahısına zaman  keçdikcə  yeni-yeni məqamlar 
əlavə  edilir.  Tədqiqatlar  nəticəsində  məlum  olub  ki, 
ana  südü  əmən  uşaqlar  xüsusilə  tənəffüs  və  həzm  sis-
temi  ilə  bağlı  infeksiyalardan  tam  qorunurlar.  Çünki 
ana  südündə  elə  bənzərsiz  maddə  və  elementlər  (mə-
sələn,  antikorlar)  var  ki,  onlar  körpəni  infeksiyadan 
bilavasitə qoruyur. 
Ana  südünün  başqa  bir  antiinfeksion  xüsusiyyəti 
də  var.  Bu  xüsusiyyət  “normal  flora”  deyilən  xoşmə-
ramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti” yaratdığı 
halda,  zərərli  bakteriyaların,  virus  və  parazitlərin 
körpənin  orqanizmində  “məskən  salmasına”  mane 
olur.  Bundan əlavə  ana  südündə uşağın  yoluxucu  xəs-
təliklərə  qarşı  immunitet  sistemini  tənzimləyən  və 
onun yaxşı işləməsini təmin edən faktorların da olması 
müəyyən edilmişdir. 
Ana  südü  xüsusi  olaraq  uşaqlar  üçün  proqramlaş-
dırıldığından    körpənin  çox  asan  həzm  edə  biləcəyi 
qidadır.  Ana  südü  çox  zəngin  qida  ehtiyatına  malik 
olsa  da,  onun  həzm  edilməsi  uşaqların  həssas 

 
87 
sistemlərinə  uyğundur  və  asandır.  Beləliklə,  uşaq  bu 
qidaların  həzminə  daha  az  enerji  sərf  edir  və  elə  buna 
görə  də  enerjisini  orqanizminin  başqa  fəaliyyətinə, 
böyüməyə və əzalarının inkişafına yönəldir. 
Körpəsini vaxtından əvvəl doğan anaların südündə 
isə  uşağın  ehtiyaclarına  uyğun  olaraq  daha  çox  yağ, 
protein,  mineral,  xlor  və  dəmir  olur.  Həmçinin  müəy-
yən edilmişdir ki, öz analarının südü ilə qidalanan vax-
tından  əvvəl  doğulmuş  körpələrdə  görmə  qabiliyyəti, 
gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar 
intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların 
bir çox üstünlükləri var. 
Ana südünün təzəcə dünyaya gələn körpənin inki-
şafı  üçün  zəruri  olan  xüsusiyyəti  onun  tərkibində 
omeqa-3 adlı  yağ turşularının olmasıdır. Omeqa-3  yağ 
turşuları insan beyninin və retinasının vacib bir tərkibi 
olduğu  üçün o,  xüsusilə  təzə  doğulan  körpələrin  yaşa-
ması baxımından böyük  əhəmiyyətə malikdir. Omeqa-
3  xüsusilə  hamiləlik  dövrü  boyunca  və  körpəlik 
dövrünün  başlanğıcında  beynin  və  sinirlərin  əlverişli 
şəkildə  inkişafı  üçün  də  çox  vacibdir.  Ana  südündə 
təbii  və  mükəmməl  bir omeqa-3  anbarı  olduğuna  görə 
alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər. 
Bristol  Universitetinin  (ABŞ)  alimləri  tərəfindən 
aparılan  tədqiqatlar  ana  südü  ilə  qidalanmağın  uzun-
müddətli  faydaları  arasında  onun  təzyiqə  müsbət 
təsirinin  olduğunu  və  bunun  sayəsində  infarkt  riskinin 
azaldığını  ortaya  qoymuşdur.  Araşdırmanı  aparan 
alimlər ana südünün qoruyucu gücünün onun tərkibin-
dəki  maddələrdən  qaynaqlandığını  bildirir.  “Gircula-
tion”  adlı  tibb  jurnalında  dərc  olunan  tədqiqatın 
nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək 

 
88 
xəstəliklərinə  tutulması  riski  daha  azdır.  Ana  südündə 
damarın  tıxanmasının  qarşısını  alan  yağ  turşuları  var. 
Ana  südü  ilə  qidalanan  uşaqlar  daha  az  natrium 
istehlak  edir  və  piylənməyə  məruz  qalmır.  Buna  görə 
də  ana  südünün  ürəyin  sağlamlığı  baxımından  müsbət 
təsirə malik olduğu faktı da ortaya qoyulub. 
Bunlarla  yanaşı,  Sinsinnati  Universitetinin  (ABŞ) 
nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Marti-
nin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə 
çox  miqdarda  “adiponektin”  adlı  protein  hormonu 
tapdı. Belə qəbul olunur ki, qanda çox miqdarda adipo-
nektinin  olması  infarkt  riskinin  azalması  ilə  bağlıdır. 
Köklük  və  infarkt  keçirmək  riski  çox  olan  adamlarda 
isə  qandakı  adiponektin  miqdarı  azdır.  Buna  görə  də 
ana  südü  ilə  qidalanan  uşaqların  gələcəkdə  kök  olmaq 
riskinin  bu  hormonla  bağlı  azaldığı  müəyyən  edilmiş-
dir. Bununla yanaşı ana südündə leptin deyilən və  yağ 
metabolizmasında  çox  vacib  bir  rol  oynayan  başqa 
hormonun  da  olduğu  müəyyən  edildi.  Alimlərə  görə 
leptin  bədəndə  yağ  olması  ilə  bağlı  beyinə  göndərilən 
siqnaldır.  Dolayısı  ilə  Dr.Martinin  sözlərinə  görə, 
körpə  ikən  ana  südü  ilə  qəbul  edilən  bu  hormonlar 
sonrakı  yaşlarda  piylənmə,  2-ci  növ  şəkər  xəstəliyi, 
insulin  müqaviməti  və  tac  damar  narahatlığı  kimi 
xəstəliklərə tutulma riskini azaldır. 
 
“Ən təzə qida” ilə bağlı həqiqətlər 
 
Ana südü ilə bağlı həqiqətlər bununla da məhdud-
laşmır.  Ana südünün körpəyə verdiyi  maddələr körpə-
nin  yaş  dövrü  mərhələlərinə  görə  dəyişir  və  körpənin 
hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi 
də bu dövrə görə fərqli xarakter alır. İdeal temperaturu 

 
89 
ilə  həmişə  hazır  olan  ana  südü  tərkibindəki  şəkər  və 
yağla  beynin  inkişafında  da  mühüm  rol  oynayır. 
Bununla  yanaşı  ana  südündəki  kalsium  kimi  element 
körpənin sümüyünün inkişafında önəmli rola malikdir. 
Bu  möcüzəvi  qarışıq  süd  adlandırılsa  da,  əslində 
ana  südünün  90%-i  sudan  ibarətdir.  Bu  da  çox  vacib 
bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı ma-
ye kimi suya da ehtiyacı var. Ana südündən başqa isti-
fadə  edilən  suyun  və  başqa  maddələrin  istehlakı  pro-
sesində gigiyena təmin edilməyə bilər. Ancaq 90%-i su 
olan  ana  südü  ilə  körpənin  su  ehtiyacı  da  ən  etibarlı 
şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir. 
 
Ana südü və zəka 
 
Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəka-
sının  inkişafının  ana  südü  ilə  bəslənməyən  körpələrə 
nisbətən daha çox olduğunu göstərir. Kentukki Univer-
sitetinin  (ABŞ)  mütəxəssisi  Ceym  Andersonun  ana 
südü  və  süni  qida  ilə  böyüyən  uşaqlar  arasında  mü-
qayisə  aparan  araşdırması  nəticəsində  müəyyən  edilib 
ki,  ana  südü  ilə  qidalanan  uşaqların  intellekt  indeksi 
(IQ)  süni  qidalarla  bəslənən  uşaqlara  nisbətən  5  bal 
çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib 
ki,  azı  6  ay  ərzində  ana  südü  ilə  qidalanan  uşaqların 
zəkasının inkişafında problem olmur, 8 həftədən az ana 
südü  qəbul  edən  uşaqlarda  isə  ana  südü  zəkanın 
inkişafına heç bir fayda vermir. 
 
Ana südü xərçəngin dərmanıdırmı? 
 
Aparılan  araşdırmalar  nəticəsində  haqqında  yüz-
lərlə məqalə dərc olunan ana südünün körpələri həm də 

 
90 
xərçəngdən  qoruduğu  sübut  olunmuş,  lakin  bunun 
mexanizmi  hələ  tamamilə  aydınlaşdırıla  bilməmişdir. 
Tədqiqatçılar  laboratoriyada  yetişdirilən  xərçəng  hü-
ceyrələrinin  ana  südü  tərəfindən  öldürülməsini  sübut 
etməklə bu sahədəki tədqiqatların çox böyük potensia-
lının ortaya çıxdığını müəyyənləşdiriblər. Isveçin Lund 
Universitetində  həkim  və  immunoloq  işləyən Katarina 
Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən 
qrupun  üzvlərindən  biridir.  Lund  Universitetindəki  bu 
qrup  adi  ana  südünün  xərçəngin  hər  növü  qarşısında 
etibarlı  bir  qoruyucu  olması  vəzifəsini  möcüzəli  bir 
kəşf kimi dəyərləndirib. 
Əvvəlcə  təzə  doğulan  körpələrdən  aldıqları 
bağırsaq-mukoza  hüceyrələrini  ana  südü  ilə  işləyən 
tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfin-
dən  yaradılan  və  pneumonia  (zökəm)  adlandırılan 
xəstəliyin  inkişafının  qarşısının  ana  südü  tərəfindən 
uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü 
ilə  qidalanan  körpələr  süni  qida  ilə  böyüyən  uşaqlara 
nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs 
sistemi infeksiyalarına da daha az məruz qalırlar. Təd-
qiqatçılar  bir-birinin  ardınca  davam  edən  çalışmalar 
nəticəsində  ana  südünün  xərçəngə  qarşı  da  qoruyucu 
xüsusiyyətinin  olduğunu  sübut  etmişdir  (Alimlər  uşaq 
yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni 
qidalarla  böyüyən  uşaqlarda  9  dəfə  çox  olduğunu 
göstərəndən  sonra,  eyni  nəticələrin  başqa  xərçəng 
növləri  üçün  də  keçərli  olduğunu  fərq  etdi).  Əldə 
edilən  nəticəyə  görə,  ana  südü  xərçəng  hüceyrələrinin 
yerini  dəqiq  müəyyənləşdirir,  sonra  da  onları  öldürür. 
Xərçəng  hüceyrələrini  müəyyənləşdirib  məhv  edən 
element  isə  ana  südündə  bol  miqdarda  olan  alpha-lac 

 
91 
(alphalactalbumin)  adlı  maddədir.  Alpha-lac  südün 
tərkibindəki laktoz şəkərinin yaranmasına kömək edən 
bir protein tərəfindən meydana gətirilir. 
 
Bu bənzərsiz nemət Uca Allahın bir lütfüdür 
 
Ana  südü  ilə  bağlı  başqa  möcüzə  isə  körpənin  ana 
südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması 
faktıdır.  Elmin  yenicə  kəşf  etdiyi  bu  vacib  məlumatı 
Allah bizə Quranda “UĢaqlarını əmizdirməyi tamam-
latmaq istəyən analar üçün tam iki il əmizdirirlər…” 
ayəsi ilə 14 əsr əvvəl bildirmişdir. 
Mühafizəyə  və  qidalanmağa  möhtac  doğulan 
körpə  üçün  ananın  özü  ən  ideal  qida  olan  ana  südünü 
bədənində  yaratmağa  qərar  verə  bilmədiyi  kimi 
dəyişən  qida  dəyərlərini  də  əlbəttə  ki,  ananın  özü 
müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və 
onlara  ruzi  verən  Uca  Allah  ana  südünü  ananın 
bədənində körpə üçün yaradır. 
 
Südün kimyəvi tərkibi və qidalılıq dəyəri 
 
Südün  tərkibində  orqanizmin  normal  inkişafını 
təmin edən bütün maddələr optimal nisbətdədir. Bunla-
ra  su,  zülallar,  yağ,  süd  şəkəri,  mineral  birləşmələr, 
üzvi  turşular,  vitaminlər,  fermentlər,  hormonlar,  im-
mun  cismləri,  qazlar,  piqmentlər  və  başqa  birləşmələr 
aiddir.  Südün  tərkibində  orta  hesabla  87,3%  su,  3,5% 
yağ,  3,4%  zülal,  0,7%  mineral  maddə,  5,0%  karbo-
hidrat  vardır.  Süd  insan  orqanizmində  96-99% 
mənimsənilir. 100 qr süd 2720 kCoul enerji verir. 
Süd  mürəkkəb  tərkibli  mayedir.  O,  heyvanların 
süd  vəzilərində  qandan  əmələ  gəlir.  Südün  tərkibi 
heyvanın cinsindən, laktasiya dövründən, yemindən və 

 
92 
digər amillərdən asılı olaraq dəyişir. 
Südün suyu sərbəst və birləşmiş formada olur. Bir-
ləşmiş  su  əsasən  2-3,5%  miqdarında  zülalların  tərki-
bindədir. 
Süd  yağı  kürəcik  formasındadır.  Kürəciklərin 
diametri 2-3 (1-20 mikron arasında) mikrondur. Yağ kü-
rəcikləri  soyudulmamış  süddə  emulsiya,  soyudulmuşda 
isə  suspensiya  halındadır.  Yağ  kürəcikləri  lipoproteid 
qlafı ilə əhatə olunmuşdur. Süd  yağının tərkibində 40-a 
qədər  doymuş  (bütün  yağ  turşularının  68-75%-i)  və 
doymamış  yağ  turşuları,  həmçinin  başqa  yağlara 
nisbətən  çox  xırda  molekulalı uçucu  yağ  turşuları  (5,5-
10,8%) vardır. Yarımdoymamış yağ turşuları (2,9-6,5%) 
yayda sağılan süddə, qış mövsümündə sağılana nisbətən 
çoxdur. Süd yağının ərimə temperaturu 27-34
0
C-dir. 
Süd  yağının  tərkibində  onu  müşayət  edən  mad-
dələr  –  fosfatidlər  (lesitin  və  kefalin)  və  sterinlər  (xo-
lesterin  və  erqosterin)  var.  Erqosterin  ultrabənövşəyi 
şüaların  təsirindən  D  vitamininə  çevrilir  və  uşaqlarda 
raxit  xəstəliyinin  baş  verməsinin  qarşısını  alır.  Xoles-
terin  orqanizmdə  kalsium  duzlarının  və  fosfat 
turşularının mübadiləsini nizamlayır. 
Süd  zülalının  əsasını  2,7%  miqdarında  kazein, 
0,4% albumin və 0,12% qlobulin təşkil edir. Süd zülalı 
kolloid  formada  olub  tam  dəyərlidir,  çünki  tərkibində 
bütün  əvəzedilməz  aminturşuları  vardır.  Kazein 
mürəkkəb  zülal  –  fosfoproteidlər  qrupuna  aiddir. 
Süddə  o,  parakazeinat  fosfat  kompleksində  olur.  Bu 
kompleksdə  kalsium  2  molekul  arasında  “körpü” 
rolunu oynayır. Südü turşutduqda bu kompleksdən kal-
sium  ayrılır  və  dələmə  əmələ  gəlir.  Kazein  pasteri-
zasiya  temperaturuna  qarşı  davamlıdır,  yalnız  qursaq 

 
93 
fermentinin 
təsirindən 
denaturatlaşır. 
Albuminin 
tərkibində  fosfor  yoxdur,  lakin  kükürdün  miqdarı 
kazeindəkindən  2  dəfə  çoxdur.  Suda,  zəif  turşu  və 
qələvi 
məhlulunda 
həll 
olur, 
südü 
75-80
0

temperaturda  qızdırdıqda  onda  olan  albumin  çökür. 
Qlobulin  pasterizə  zamanı  çökür,  bakterisid  xassəyə 
malikdir. Ağız südündə onun miqdarı 8-9%-ə çatır. 
Süd  şəkəri  –  laktoza  südün  tərkibində  4,7%-dir. 
Qalaktoza  və  qlükozadan  təşkil  olunmuş  laktoza 
saxarozadan  5,6  dəfə  az  şirinliyə  malikdir.  Çətin 
hidrolizləşir.  Südü  yüksək  temperaturda  qızdırdıqda 
laktoza  aminturşuları  və  zülalların  amin  qrupu  ilə 
reaksiyaya  girib  melanoidlər  əmələ  gətirir.  Bu  maddə 
isə südə qəhvəyi rəng verir. Laktoza mayaların iştirakı 
ilə  qıcqırdıqda  süd  turşusu,  spirt  və  propion  turşusu 
əmələ  gəlir.  Onun  bu  xassəsindən  turşudulmuş  süd 
məhsullarının və pendirlərin istehsalında istifadə edilir. 
Mineral  maddələrin  ümumi  miqdarı  süddə  1%-ə 
qədərdir. Külün miqdarı isə 0,7%-dir. Südün tərkibində 
80-ə  qədər  kimyəvi  element  vardır.  Bu  elementlər 
orqanizmdə asan mənimsənilən fosfor, limon və xlorid 
turşularının  duzları  şəklindədir.  Südün  tərkibində 
mq/100 ml hesabı ilə: P – 170; Ca – 120; Cl – 150; Na 
–  50;  CO
2
  –  20;  Mg  –  13;  SO
4
  –  10  vardır.  Mikro-
elementlərdən  mis,  manqan,  kobalt,  sink,  yod,  xrom, 
qalay, gümüş, nikel, vanadium vardır. Bu elementlərin 
qidalanmada  və  insanların  həyat  fəaliyyətində  böyük 
əhəmiyyəti vardır. 
Süddə  lipaza,  reduktaza,  proteaza,  fosfotaza, 
peroksidaza,  katalaza  və  laktaza  fermentləri  vardır. 
Lipaza fermenti 80
0
C-də öz fəallığını itirir, ona görə də 
yağ  istehsalında  xama  əvvəlcədən  80
0
C-dən  yüksək 

 
94 
temperaturda pasterizə edilir. Laktaza fermenti laktoza 
şəkərini qlükoza və qalaktozaya parçalayır. 
Südün  tərkibində  az  miqdarda  da  olsa  bütün 
vitaminlər  vardır.  Yaz-yay  vaxtı  süddə  vitaminlərin 
miqdarı  qış  mövsümünə  nisbətən  çox  olur.  Süddə 
vitaminlərin miqdarı mq%-lə: B
1
 – 0,04; A – 0,03; B
2
 
– 0,05; B
3
 – 0,38; B
6
 – 0,05; B
12
 – 0,0004; C – 2,0; D
3
 
–  0,00005;  H  –  0,0032;  E  –  0,15;  PP  –  0,15.  Qeyd 
etmək  lazımdır  ki,  camış  südündə  A  vitamini,  inək 
südündə isə karotin (provitamin A) vardır. 
Südün  tərkibindəki  immun  cisimləri  (antitellər) 
psevdoqlobulin formasındadır. Bunlar südün bakterisid 
xassəsini təmin edir. Südün bu xassəyə malik olmasına 
səbəb onda laktenin – 1, laktenin – 2, lizosim və lesitin 
adlı bakterisid, yəni mikrobları məhv edən maddələrin 
(antitellərin)  olmasıdır.  Bunlara  immun  cisimləri  də 
deyilir. Süd sağılandan 6 saat ərzində immun cisimləri 
orada  mikrobların  inkişaf  etməsinə  maneçilik  göstərir. 
Saxlanılma və pasterizasiya zamanı bunlar parçalanır. 
Ana südündə də immun cisimləri vardır. Ona görə 
körpə  uşaqlar  xəstələnəndə  deyirlər  ki,  ana  südü 
dərmandır. Ana südü ilə bəslənən uşaqlar, süni qida ilə 
bəslənən uşaqlara nisbətən daha az xəstələnirlər. 
Ən  çox  inək  südü  istehsal  edilir  və  ondan  süd 
zavodlarında  müxtəlif  süd  məhsulları  alınır.  Müxtəlif 
iqtisadi  rayonlarda  və  bölgələrdə  qoyun,  keçi,  camış, 
zebu, maral, at və dəvə südündən də istifadə olunur. 
Insanlar süd və süd məhsullarından çox qədimdən 
istifadə  edirlər.  Bunların  kimyəvi  tərkibi  və  bioloji 
dəyərliliyi  təbiətdə  olan  bütün  qidalardan  üstündür. 
Hazırda  məlumdur  ki,  südün  tərkibində  200-dən  çox 
müxtəlif maddə, o cümlədən 20-dən artıq aminturşusu, 

 
95 
40 yağ turşusu, 25 mineral maddə, 20 vitamin, onlarca 
ferment, müxtəlif növ şəkər, piqment və s.vardır. 
Hələ  qədim  zamanlarda  filosoflar  südün  kimyəvi 
və fiziki xassələrini bilmədən, onun orqanizmə müsbət 
təsirini  hiss  edib  onu  “ağ  qan”,  “sağlamlıq  mənbəyi”, 
“həyat şərbəti” və s. adlandırmışlar. 
X  əsrin  axırı,  XI  əsrin  əvvəllərində  (980-1037) 
yaşamış  böyük  tacik  alimi  Əbu-Əli-Ibn-Sina  göstərir 
ki, süd məhsulları insanın inkişaf dövründə və qocalma 
yaşında çox əhəmiyyətlidir. Xüsusilə keçi südünü balla 
qarışdırıb içmək çox xeyirlidir. 
Görkəmli  fizioloq  I.P.Pavlov  sağlam  və  xəstə 
orqanizmlər  üzərində  külli  miqdarda  təcrübələr 
apararaq  belə  nəticəyə  gəlmişdir  ki,  insan  qidaları 
içərisində  süd  ən  yüksək  dəyərə  malikdir.  O,  təbiətin 
hazırladığı müstəsna qidadır. 
Məşhur  alim  O.P.Molçanova  südün  uşaqlar  üçün 
çox dəyərli qida olması haqqında yazır ki, südsüz qida 
payı,  uşaqların  zülallara  və  başqa  qida  maddələrinə 
olan  ehtiyacını  tamamilə  ödəyə  bilsə  də,  qənaətlən-
dirici nəticə verə bilməz. Buna səbəb südün tərkibində 
yüksək  qidalılıq  dəyəri  olan  yağın,  zülalların,  süd 
şəkərinin olması və bunların orqanizm tərəfindən yaxşı 
mənimsənilə  bilən  nisbəti,  eyni  zamanda  südün  kal-
sium  və  fosfor  duzları  ilə  də  zəngin  və  vitaminli 
olmasıdır. 
Süd  zülallarının  yüksək  qidalılıq  dəyəri,  onda 
əvəzedilməz aminturşularının hamısının olmasıdır. Süd 
yağının  tərkibində  40-a  qədər  müxtəlif  yağ  turşuları 
olur.  Südün  tərkibindəki  süd  şəkəri  orqanizmdə  baş 
verən  biokimyəvi  proseslərin  enerji  ilə  təmin  edilməsi 
üçün əsas mənbədir. 

 
96 
Südün  mineral  birləşməsinin  təxminən  yarısı 
kalsium  və  fosfor  duzlarından  ibarətdir.  Bu  da 
sümüyün inkişafında həlledici rol oynayır. 
Südün  tərkibində  az  olan  mikroelementlər  də 
(sink,  mis,  manqan,  kobalt,  yod  və  s.)  orqanizmdə 
gedən mübadilə prosesində mühüm rol oynayır. Südün 
qidalılığını  artıran  səbəblərdən  biri  də  onun  tərkibində 
bioloji  cəhətdən  fəal  maddələrin  – vitaminlərin (A,  D, 
E, C, B
1
, B
2
 və s.) olmasıdır. 
Hədislərdə  deyilən  “Həm  yeyəcək  həm  içəcək 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin