Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   2   3   4   5   6   7   8   9   ...   26

Mineral maddələr – orqanizmin normal fəaliyyəti 
üçün  böyük  əhəmiyyətə  malikdir.  Qida  məhsullarında 
olan  mineral  maddələr  3  qrupa:  makro-,  mikro-  və 
ultramikro- elementlərə bölünür. Makroelementlərə Fe, 
P, K, Ca, Na, Mg, Cl, S, Si və b.; mikroelementlərə Ba, 
Br,  B,  J,  Co,  Mn,  Cu,  Mo,  Pb,  F,  Zn,  Cr  və  b.; 
ultramikroelementlərə  isə  uran,  torium,  radium,  qızıl, 
titan, samarium və b. aiddir. 
Makroelementlərdən orqanizm üçün Ca, Mg, P, K, 
Fe  və  Cl  əhəmiyyəti  böyükdür.  Kalsium  və  fosfor  sü-

 
16 
müyün  tərkibinə,  dəmir  qan  hemoqlobininin  tərkibinə 
daxil  olur.  Kalium  ürəyin  işini  yaxşılaşdırır,  maqne-
zium əzələ və sinir sisteminin fəaliyyəti üçün vacibdir. 
Natrium  və  xlor  xörək  duzu  şəklində  qəbul  edilir  və 
mədə  şirəsinin  tərkibinə  daxil  olmaqla  qidanın  həzmi-
nə  və  mənimsənilməsinə  kömək  edir.  Cu  və  Co  qanın 
əmələ  gəlməsində,  F  və  Mn  dişlərin  formalaşmasında 
iştirak edir. 
Insanın  əsas  mineral  maddələrə  gündəlik  tələbi 
orta  hesabla  mq-la  aşağıdakı  kimidir:  P  –  1000-1500; 
Ca – 800-1000; Fe – 15-20; K – 2500-5000; Mg – 300-
500; J – 0,1-0,2 və s. 
Bəzi  yeyinti  məhsullarında  Zn,  As,  Hg,  Pb,  Cu  və 
Sn olub-olmaması müəyyənləşdirilir. Çünki bu element-
lər zəhərlidir. Standartlarda bir kq məhsulda 5-10  mq-a 
qədər  mis,  500  mq-a  qədər  sink  və  200  mq  qalay  ol-
masına icazə verilir. Qurğuşun, civə və arsen duzlarının 
olmasına normativ-texniki sənədlərdə yol verilmir. 
Karbohidratlar 3 qrupa bölünür: monosaxaridlər, 
oliqosaxaridlər və polisaxaridlər. 
Monosaxaridlərə  qlükoza  –  üzüm  şəkəri,  fruk-
toza – meyvə şəkəri və digərləri aiddir. 
Oliqosaxaridlərə  saxaroza-çuğundur  şəkəri,  mal-
toza-səməni  şəkəri,  laktoza-süd  şəkəri,  treqaloza-gö-
bələk şəkəri və digərləri aiddir.  
Polisaxaridlərə nişasta, inulin, qlikogen, sellüloza, 
hemisellüloza və digərləri aiddir.  
NiĢasta  –  bitkilərin  mühüm  ehtiyat  maddəsidir. 
Dənli  bitkilərdə  60-75%,  kartofda  12-25%,  çörəkdə 
43-56% nişasta olur. 
Sellüloza  –  təbiətdə  ən  çox  yayılmış  üzvi 
maddədir.  Sellüloza  mədə-bağırsaq  sistemində  həzm 

 
17 
olunmur,  lakin  gündəlik  qidanın  tərkibində  2-5  q 
olması  fizioloji  norma  hesab  edilir.  Mədə-bağırsaq 
sistemində qidanın hərəkətini sürətləndirir.  
Lipidlər  –  qrupuna  yağlar,  mumlar,  fosfoqlise-
ridlər, steroidlər və s. bu kimi suda həll olmayan, lakin 
həlledicilərdə  həll  olan  maddələr  aiddir.  Yağlar  başqa 
lipidlərdən  fərqli  olaraq  ərzaq  mallarının  tərkibində 
daha çox olur. 
Orta  yaşlı  insan  gündə  80-100  q  yağ  qəbul  etmə-
lidir.  Bunun  20-30  q  bitki  yağından,  25-30  q  isə  süd 
yağından  (kərə  yağı)  ibarət  olmalıdır.  Ümumiyyətlə 
40% heyvanat, 30% bitki, 30% isə  bitki  yağı əsasında 
hazırlanmış  mətbəx  və  marqarin  yağı  təşkil  etməlidir. 
Doymamış yağ turşuları 3-6, fosfatidlər 5 və xolesterin 
0,3-0,6 q qəbul edilməlidir. 
Kimyəvi tərkibinə görə yağlar üç atomlu spirt qli-
serinlə  yağ  turşularının  mürəkkəb  efirləridir.  Yağ  tur-
şuları doymuş və doymamış olur. Doymuş yağ turşula-
rından  kapron,  miristin,  palmitin,  stearin  və  araxin; 
doymamış  yağ  turşularından  olein,  linol  və  linolen 
misal göstərilə bilər. Yağın tərkibində doymuş yağ tur-
şuları  çox  olduqca,  onların  ərimə  və  donma  tempe-
raturu  yüksək  və  mənimsənilməsi  nisbətən  aşağı  olur. 
Yağda  doymamış  yağ  turşuları  çox  olduqda  maye 
konsistensiyaya  malik  olmaqla  orqanizmdə  asan 
mənimsənilir. 
Yeyinti  məhsullarından  süddə  3-4%,  yumurtada 
12%, qərzəkli meyvələrin ləpəsində 60%-ə qədər, bitki 
yağında 98%, ərinmiş yağda 99% xalis yağ vardır. 
Azotlu  maddələr  –  ərzaq  mallarında  rast  gələn 
maddələrdən ən mürəkkəbidir. Zülali və zülalsız azotlu 
maddələr  vardır.  Zülallar  bütün  canlı  orqanizmin 

 
18 
əsasını  təşkil  etdiyindən  onlarsız  həyat  yoxdur.  Orta 
yaşlı  insan  gündə  80-100  q,  fəal  fiziki  əməklə  məşğul 
olduqda isə 120 q zülal istehlak etməlidir ki, bunun da 
50-60%-ni heyvani zülal təşkil etməlidir. 
Zülali maddələrin əsasını aminturşuları təşkil edir. 
Təbiətdə  150-dən  çox  aminturşusu  tapılmışdır.  Bunla-
rın 20-i zülalların tərkibinə daxildir. 8 aminturşu əvəz-
edilməzdir  və  mütləq  qəbul  olunan  qidanın  tərkibində 
olmalıdır.  Qalan  aminturşuları  isə  orqanizmdə  sintez 
oluna bilir. Əvəzedilməz aminturşularına sutkalıq tələb 
q-la  aşağıdakı  kimidir:  valin  –  3-4;  leysin  –  4-6; 
izoleysin – 3-4; lizin – 3-5; metionin – 2-4; treonin – 2-
3; triptofan – 1; fenilalanin – 2-4. 
Zülallar sadə – proteinlər və mürəkkəb – proteidlər 
qruplarına bölünür. 
Sadə  zülallara – albuminlər (suda həll olur), qlo-
bulinlər (neytral duzların məhlulunda həll olur), prola-
minlər (spirtdə həll olur), qlyutelinlər (zəif qələvi məh-
lulunda  həll  olur),  histonlar  və  s.  aiddir.  Albumin-
lərdən  yumurtada  –  ovoalbumin,  süddə  laktoalbumin
buğdada  leykozin  zülalları  vardır.  Qlobulinlərdən  ətdə 
miozinogen,  süddə  laktoqlobulin,  kartofda  tuberin, 
noxudda lequmin zülalı var. Prolaminlərdən buğdadakı 
qliadin,  qarğıdalıdakı  zein,  vələmirdə  avenin,  qlyute-
linlərdən buğdada qlyutelin, qarğıdalıda orizenin var. 
Mürəkkəb  zülallar  –  proteidlər  zülalsız  hissənin 
kimyəvi təbiətindən asılı olaraq fosfoproteidlər, qlikop-
roteidlər,  lipoproteidlər,  xromoproteidlər  və  nuklep-
roteidlər  qrupuna  ayrılır.  Fosfoproteidlərdə  fosfor  tur-
şusu, qlikoproteidlərdə karbohidratlar, lipoproteidlərdə 
yağ,  nukleproteidlərdə  isə  həyat  üçün  vacib  sayılan 
ribonuklein və dezoksiribonuklein turşuları vardır. 

 
19 
Vitaminlər – insanların  qidalanmasında əsas qida 
maddələrinə  (karbohidrat,  yağ,  zülal  və  mineral  mad-
dələr)  nisbətən  cüzi  miqdarda  tələb  olunan  müxtəlif 
kimyəvi  tərkibə  və  quruluşa  malik  olan  bioloji  fəal 
üzvi  birləşmələrdir.  Hazırda  30-dan  çox  vitamin  mə-
lumdur.  Vitaminlər  həllolma  qabiliyyətinə  görə  2 
qrupa bölünür: 
1.
 
Suda  həll  olan  vitaminlərə  B
1
,  B
2
,  B
6
,  PP,  B
3

B
12
, B
9
, H, C, P, B
15
 və başqaları aiddir. 
2.
 
Yağda  həll  olanlara  isə  A,  D,  E,  K  vitaminləri 
aiddir. 
Əsas  vitaminlərlə  yanaşı  ərzaq  məhsullarında 
vitaminəbənzər  maddələrdən  orot  və  lipoy  turşuları, 
xolin-xlorid,  ubixinon,  U  vitamini,  polidoymamış  yağ 
turşuları  (linol,  linolen,  araxidon)  da  vardır.  Bu 
maddələr  vitaminlərə  xas  olan  bütün  xassələrə  malik 
olmasalar  da,  gündəlik  qidanın  tərkibinə  mütləq  daxil 
edilməlidir. 
Vitamin  C  –  askorbin  turşusu  –  əsasən  bitki 
mənşəli məhsullarda olur. Gündəlik tələbat 70-100 mq-
dır. Ağbaş kələmdə 25-60, kartofda – 5-50, pomidorda 
– 20-40, limonda – 55, itburnu meyvəsində – 450 mq% 
C  vitamini  vardır.  Çatışmadıqda  əsəb  sistemi  pozulur, 
yuxusuzluq və həddən artıq hissiyyat yaranır. 
Vitamin  B
1
 –  tiamin  –  əsasən  dənli  bitkilərdə,  gül 
kələmdə,  ət,  maya  və kəpəkli  çörəkdə  vardır. Gündəlik 
tələbat 1,5-2 mq-dır. Çatışmadıqda karbohidrat mübadi-
ləsi pozulur, iştaha azalır, beri-beri xəstəliyi əmələ gəlir. 
Vitamin  B
2
  –  riboflavin  –  bəzi  fermentlərin 
tərkibinə  daxildir,  mayada,  qara  ciyərdə  və  böyrəkdə, 
süd, ət, yumurta və yarmada vardır. Gündəlik tələbat 2-
4  mq-dır.  Çatışmadıqda  ağız  və  gözün  selikli  qişası 

 
20 
zədələnir, tüklər tökülür, görmə qabiliyyəti zəifləyir və 
üz qızarır. 
Vitamin B
6
 – piridoksin və ya antidermatit-təbiət-
də çox yayılmış vitamindir. Mayada, buğdada, tərəvəz-
lərdə və ət məhsullarında vardır. Gündəlik tələbat 1,8-
2,5  mq-dır.  Çatışmadıqda  sinir  sistemi  pozulur,  qıcol-
ma halları müşahidə edilir və azot mübadiləsi pozulur. 
Vitamin  PP  –  nikotin  turşusu  –  dehidrogenaza 
fermentlərinin  tərkibinə  daxil  olmaqla  40-dan  çox 
oksidləşdirici-bərpaedici  reaksiyalarda  iştirak  edir. 
Quru  mayada,  qaraciyərdə,  ət  və  süddə,  kartof  və 
yerkökündə  vardır.  Gündəlik  tələbat  15-25  mq-dır. 
Çatışmadıqda pellaqra (kələ-kötür dəri) xəstəliyi əmələ 
gəlir,  qidanın  mənimsənilməsi  və  yaddaş  zəifləyir, 
əsəb sistemində pozğunluq getdikcə güclənir. 
Vitamin  P  –  rutin  –  kapilyar  qan  damarlarının 
divarlarını möhkəmlədən maddələr (flavanoidlər) kom-
pleksidir.  Qara  qarağatda,  itburnu  meyvəsində,  porta-
ğal və limonda, üzüm, alma, çuğundur, kələm, yerkökü 
və kartofda vardır. Gündəlik tələbat 35-40 mq-dır. 
Vitamin  B
12
  –  sianokobalamin  –  çatışmadıqda 
qanazlığı  baş  verir,  qidanın  həzmi,  o  cümlədən  zülalla-
rın,  yağların  və  karbohidratların  mübadiləsi  pozulur. 
Mal  əti,  qaraciyər,  böyrək,  ürək,  süd,  pendir,  yumurta 
sarısı və siyənəkdə vardır. Gündəlik tələbat 2-5 mkq-dır. 
Vitamin  A  –  retinol  –  əsasən  heyvanat  mənşəli 
məhsullarda  olur.  Bitki  mənşəli  məhsullarda  olan 
sarımtıl-narıncı  rəngli  karotin  piqmenti  orqanizmdə  A 
vitamininə  çevrilir.  1  mkq  karotin  bioloji  fəallığına 
görə  0,167  mkq  A  vitamininə  bərabərdir.  Gündəlik 
tələbat  A  vitamininə  1,5-2,5  mq,  karotinə  isə  3-5  mq-
dır. Karotin  yağda həll olduğuna görə tərkibində karo-

 
21 
tin olan tərəvəzləri yağda emal edib yemək daha fayda-
lıdır.  A  vitamini  treskanın  qara  ciyərində,  yumurtada, 
camış  südündə  və  yağında,  karotin  isə  yerkökü,  ərik, 
qabaq, pomidor, göy noxud və s. məhsullarda vardır. 
Vitamin  D  –  kalsiferol  –  antiraxit  vitamini  adla-
nır. D
2
 və D
3
 formalarda rast gəlinir. Erqosterinləri ul-
trabənövşəyi  şüalarla  şüalandırdıqda  D  vitamininə 
çevrilir.  Balıq  yağında,  yumurta  sarısında,  süddə  və 
qaraciyərdə  var.  Çatışmadıqda  kalsium  və  fosfor  mü-
badiləsi  pozulur  və  uşaqlarda  raxit xəstəliyi  əmələ  gə-
lir.  Gündəlik  tələbat  400  beynəlxalq  vahidə  və  ya  10 
mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqo-
kalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaq-
ların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə 
çoxdur. 
Vitamin E - tokoferol – nəsil vitamini adlanır. Dən-
li  bitkilərin  özək  yağında  daha  çoxdur.  Çatışmadıqda 
dölsüzlük əmələ gəlir. Gündəlik tələbat 12-15 mq-dır. 
Vitamin  K  –  filloxinon  –  qanın  normal  laxtalan-
ması  üçün  vacibdir.  Bitki  mənşəli  məhsullarda  olur. 
Gündəlik  tələbat  təxminən  0,2-0,3  mq-dır.  K  vitamini 
bağırsaqlarda da sintez olunur. 
Qida  məhsullarının  tərkibində  onlara  dad,  tam  və 
rəng  verən  maddələrdən  üzvi  turĢular  (sirkə,  süd, 
limon, alma, şərab, quzuqulağı, kəhrəba, qarışqa və s.), 
ətirli  maddələr,  fenol  birləĢmələri  (aşı  maddələri), 
fitonsidlər,  qlükozidlər,  boya  maddələri  və  digər 
birləşmələr vardır.  
 
Maddi və mənəvi qida haqqında kəlamlar 
 
1.
 
Hər  bir  məhsulun  tərkibi  onun  qidası  ilə  bağlı 
olur. 

 
22 
2.
 
Qida  vacibdir,  onun  düz  qəbul  olunması  ondan 
da vacibdir. 
3.
 
Qida  enerjidir  –  istər  maddi,  istərsə  də  mənəvi. 
Maddi  qida  sən  üçündür,  mənəvi  isə  səndə  olan  sən 
üçündür. 
4.
 
Maddi  qida  insan  mexanizminin  işləməsi, 
mənəvi qida isə onun yetişməsi üçündür. 
5.
 
Qida  saman  deyil,  mədə  samanlıq.  Qida 
nemətin, mədə qismətin, həzmin halalın, ya da haramın. 
6.
 
Mədə qidanın Cəhənnəmidir. 

 
23 
Ġ S L A M D A     H A L A L     V Ə     H A R A M L A R  
 
“Qurani-Kərim”-in 10 surəsinin 44 ayəsində halal 
və  haram  məhsullar  haqqında  Allah  kəlamları  buyrul-
muşdur. 
 
“Qurani-Kərim”-də halal və haram haqqında 
ayələr 
 
Sıra  
sayı 
Surənin 
nömrəsi 
Surənin 
adı 
Ayələrin nömrəsi 

2  
əl- Bəqərə 
168,172,173,267 


Ali -İmran 
93 


ən-Nisa 
4,160 


əl-Maidə 
1,3,4,5,14,87,88,90,91,93,96 


əl-Ənam 
118,119,121,142-146,150 


əl-Əraf 
31,32,157 

10 
Yunus 
59, 60 

16 
ən- Nəhl 
5,10,11,14,66,67,114-117 

22 
əl- Həcc 
28,30 
10 
23 
əl-
Muminun 
51 
 
Müsəlman  olaraq  Allahın  buyurduqlarını  öyrənib 
yerinə  yetirməklə  məsuliyyət  daşıdığımız  kimi,  haram 
buyurduğu,  qadağan  etdiyi  şeyləri  öyrənib  onlardan 
uzaq durmağı da bilməliyik. Çünki öldükdən sonra di-
riləcəyimiz Axirət günündə hər iki mövzuda da sorğu-
suala  çəkiləcəyik.  Buna  görə  müsəlman  qardaşlarımı-
zın dinimizə görə haram olan şeylərlə böyük günahla-
rın əhəmiyyətli  bir qismi  haqqında məlumatlarının ol-
ması üçün öyrəndiklərimizdən və bildiklərimizdən aşa-
ğıdakıları sizə təqdim edirik. 
Hər  şeydən  öncə  islamda  qida  məhsullarının  tə-

 
24 
mizliyi və insan orqanizminə zərərsizliyi əsas  götürül-
məklə onlar iki qrupa ayrılır: halal və haram hesab edi-
lən qida məhsulları. 
“Halal”  və  “haram”  dini  terminlərdir.  Yeyilib 
içilməsi və istifadə olunması qadağan olunmayan şeyə 
halal,  yeyilib  içilməsi  və  yerinə  yetirilməsi  qadağan 
olunan şeyə isə haram deyilir. 
Haram  olan,  yəni  qadağan  olunan  şeylərin  sayı 
məhduddur. Qadağan olunanların xaricindəkilər isə ha-
laldır.  Başqa  sözlə,  bir  şeyin  qadağan  olunduğu  bildi-
rilmirsə, o şey halaldır. 
Allah-Təala  yaxşı,  təmiz  və  insan  sağlamlığına 
faydalı olan şeyləri halal, pis, kirli və zərərli şeyləri isə 
haram buyurmuşdur. Bu barədə “Qurani-Kərim”-in bir 
çox surələrindəki ayələr diqqətimizi cəlb edir. 
“Ey  insanlar!  Yer  üzündəki  Ģeylərin  təmiz, 
halal olanlarını yeyin. . .” (əl-Bəqərə, 2/ 168). 
“Ey  iman  gətirənlər!  Sizə  verdiyimiz  ruzilərin 
(təmiz  və)  halalından  yeyin!  Əgər  Allaha  ibadət 
edirsinizsə,  (bu  nemətlərə  görə)  Ona  Ģükür  edin!” 
(əl-Bəqərə, 2/172). 
“(Ya  Muhəmməd!)  Səndən  hansı  Ģeylərin  halal 
edildiyini  soruĢsalar,  De:  Bütün  pak  nemətlər  sizə 
halal buyurulmuĢdur. . .” (əl-Maidə, 5/4). 
“...(O Peyğəmbər) onlara yaxĢı iĢlər görməyi bu-
yurar, pis iĢləri qadağan edər, təmiz (pak) nemətləri 
halal,  murdar  (napak)  Ģeyləri  haram  edər,  ...”  (əl-
Əraf, 7/157). 
(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndər-
diyimiz  peyğəmbərlərə  belə  buyurduq:)  “Ey  peyğəm-
bərlər!  Təmiz  (halal)  nemətlərdən  yeyin  və  yaxĢı 
iĢlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, 

 
25 
həm  də  gizli,  həmişə  yerinə  yetirin!)  Mən,  həqiqətən, 
sizin nə etdiklərinizi bilirəm!” (əl-Muminun, 23/51). 
“De: Allahın sizə ruzi olaraq (göydən) nə endir-
diyini gördünüzmü ki, onun bir qismini haram, bir 
qismini  isə  halal  etdiniz?  De:  (Bunu  deməyə)  Allah 
Özü  sizə  izn  verdi,  yoxsa  Allaha  iftira  yaxırsı-
nız?”(Yunus surəsi, 10/59). 
Allah-Təalanın öz qullarına sonsuz məhəbbəti var-
dır.  Onların  ömürlərini  sağlam  sürmələri  və  narahat 
edəcək olan hər şeydən uzaq olmalarını istəyir. Bunun 
üçün, onlara zərərli bir şeyi əmr etməyəcəyi kimi, fay-
dalı  bir  şeyi  də  qadağan  etməz.  O,  nəyi  əmr  etmişsə 
bizə  xeyri  olduğu  üçün  əmr  etmiş,  nəyi  qadağan 
etmişsə bizə zərəri olduğu üçün qadağan etmişdir. 
Bunu bu şəkildə bilmək və beləcə inanmaq inamlı 
olmağın xüsusiyyətlərindən biridir. 
Allahın  halal  buyurduğu  şeylərə  haram  demək, 
haram  olaraq  bildiklərini  də  halal  qəbul  etmək  böyük 
günahdır, hətta kafirlikdir. 
“Qurani-Kərim”-də belə buyurulmuşdur: 
“Ey  iman  gətirənlər!  Allahın  sizə  halal  buyur-
duğu  pak  nemətləri  (özünüzə)  haram  etməyin  və 
həddi  aĢmayın.  Doğrudan  da,  Allah  həddi  aĢanları 
sevməz”. (əl-Maidə, 5/87). 
“Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiĢ 
etdiyi  üçün  (dəlilsiz-sübutsuz):  “Bu  halaldır,  o  ha-
ramdır!”  –deməyin,  çünki  (bununla)  Allaha  iftira 
yaxmıĢ olursunuz. Allaha iftira yaxanlar (axirət əza-
bından) nicat tapmazlar!” (ən-Nəhl, 16/116). 
Allahın  haram  buyurduğu  şeyə  halal  demək  nə 
qədər  günahdırsa, halal  olan bir şeyə  haram  demək də 
o qədər günahdır. Çünki Allah-Təala heç kimə halal və 

 
26 
haram qılma səlahiyyəti verməmişdir. 
“Qurani-Kərim”-də belə buyurulmuşdur: 
(Ya  Peyğəmbərim!)  De:  “Allahın  Öz  bəndələri 
üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim ha-
ram buyurmuĢdur?” De: “Bunlar dünyada iman gə-
tirənlər üçündür (lakin kafirlərdə onlardan istifadə edə 
bilərlər),  qiyamət  günündə  (axirətdə)  isə  yalnız  mö-
minlərə  məxsusdur”.  Biz  ayələrimizi  anlayıb-bilən 
bir tayfaya belə ətraflı izah edirik. (əl-Əraf, 7/32).. 
De: “Allahın sizə ruzi olaraq (göydən) nə endir-
diyini gördünüzmü ki, onun bir qismini haram, bir 
qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah 
Özü  sizə  izn  verdi,  yoxsa  Allaha  iftira  yaxırsınız?” 
(Yunus, 10/59). 
Məhz bu ayələr bizə xəbərdarlıq edir. Allahın qoy-
duğu sərhəddi aşmamağımızı, halal dediyini halal, ha-
ram dediyini də haram qəbul etməyimizi nəsihət edir. 
Haramdan  çəkinməyən,  halalla  harama  fərq  qoy-
mayan  insanın  duasını  Allah  qəbul  etməz.  Haram  qa-
zancla edilən yaxşılığın savabı olmaz. 
Məhəmməd Peyğəmbər (s.ə.v.) belə buyurur: 
“Ey insanlar, Allah təmizdir, yalnız təmizi (ha-
lal olanı) qəbul edər. Allah peyğəmbərlərə əmr etdi-
yini möminlərə də əmr etmiĢdir”. 
Məhəmməd  Peyğəmbər  (s.ə.v.)  sonra  bunları 
söylədi: 
“Aylarla  səyahət  edən,  saçı-baĢı  dağınıq,  toz-
torpaq  içində  (olduğu  halda)  əllərini  göyə  doğru 
qaldırıb “Ya Rəbbi, Ya Rəbbi” deyə dua edən, hal-
buki  yediyi  haram,  içdiyi  haram,  geyindiyi  haram 
olan  və  haram  ilə  bəslənmiĢ  olan  bu  adamın  duası 
necə  qəbul  olunacaq?”  (Müslim,  Zekat,  19;  Tefsiril-

 
27 
Quran, 3.
“Bir nəfər halal qazancından - Allah halal mal-
dan verilən sədəqədən baĢqa heç bir sədəqəni qəbul 
etməz – bir xurma qədər sədəqə versə, Allah o sədə-
qəni qəbul edər. Sonra onu, sizin atın balasını (day-
çasını) böyütdüyünüz kimi,  sədəqə  sahibi  üçün bö-
yüdür.  Belə  ki,  o  sədəqə  dağ  boyda  olur”  (Buhari, 
Zekat, 7; Müslim, Zekat, 1.). 
Bu ayəti-kərimə və hədisi-şəriflər müsəlman üçün, 
inanmış  insan  üçün  halal  tikənin  və  halal  qazancın  nə 
qədər əhəmiyyətli olduğunu göstərir. Qazancı halal ol-
mayan  insanın  duası  Allah  tərəfindən  qəbul  edilməyə-
cəyi kimi, halal olmayan qazancı ilə elədiyi xeyirli işin 
də bir qiyməti yoxdur. 
Ancaq  zəruriyyət  haramı  mübah  (dinə  görə  edil-
məsi normal olan, nə günah, nə də savab olan işlər) ha-
la  gətirir.  Dinimizdə  məcburiyyət  yoxdur.  Çünki  Isla-
miyyət  insana  əziyyət  verməyən  bir  dindir.  Bir  insan 
özündən  asılı  olmayan  səbəblərlə  haram  olan  bir  şey 
yeməyə və yaxud haram olan bir şeyi eləməyə məcbur 
qalarsa,  halal  sayılmasa  da,  öz  ehtiyacını  yerinə 
yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu, 
günah olmaz.  Çünki  ayəti-kərimədə  haram olan şeylər 
sayıldıqdan  sonra  belə  deyə  buyurulmuşdur:  “O 
(Allah)  sizə  ölmüĢ  heyvanı,  (axar)  qanı,  donuz  ətini 
və Allahdan baĢqasının adı ilə (bütlərin və s. adı ilə) 
kəsilənləri  (yeməyi)  qəti  haram  etmiĢdir.  Lakin 
naəlac  qaldıqda  (baçqasının malını)  zorla  mənimsə-
mədən  və  həddini  aĢmadan  (zəruri  ehtiyacı  ödəyənə 
qədər)  bunlardan  yeməyə  məcbur  olan  kimsənin 
heç bir günahı yoxdur. Allah bağıĢlayandır, mərhə-
mətlidir!” (əl-Bəqərə, 2/173). 

 
28 
Haramın növləri 
 
Haram  iki  növ  olur.  Biri  donuz  əti  və  şərab  kimi 
özü  haram  olan  şeylərdir.  Bunlara  “haram  liaynihi” 
deyilir. Digəri isə  əslində haram olmayıb, vəziyyətdən 
asılı  olaraq  haram  olan  şeylərdir.  Bunlara  “haram 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin