Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Məzəli əhvalat 
 
Günlərin  biri  Peyğəmbər  (s.ə.v.)  və  Imam  Əli  (ə) 
bir  məclisdə  iştirak  edir.  Peyğəmbər  (s.ə.v.)  xurmaları 
yeyib,  tumlarını  Imam  Əlinin  (ə)  qabağına  yığır. 
Məclis qurtardıqdan sonra üzünü Imam Əliyə (ə) tuta-
raq buyurur: “Axır vaxtlar yaman çox yeyirsən ha!”. 

 
198 
Xurmanın faydaları 
 
Xurma  Quranda  haqqında  bir  çox  ayədə  bəhs 
olunan,  cənnət  nemətləri  arasında  “bənzərsiz  xurma” 
(Rəhman  surəsi,  68)  ifadəsi  ilə  qeyd  edilən  bir 
meyvədir. Allahın Quranda bildirdiyi bu meyvə tədqiq 
ediləndə  onun  bir  çox  əhəmiyyətli  xüsusiyyətlərinin 
olduğu  üzə çıxır.  Məlumdur  ki,  xurma  məlum olan ən 
qədim  bitki  növlərindəndir.  O,  ləzzətli  dadı  ilə  yanaşı 
qidalandırıcı  xüsusiyyətinə  görə  də  əhəmiyyət  verilən 
bir qidadır. Hər ötən gün kəşf edilən faydaları xurmaya 
həm  qida,  həm  də  dərman  kimi  istifadə  edilən  bir 
meyvə  statusu  verib.  Xurmanın  malik  olduğu  bu 
xüsusiyyətlərə “Məryəm” surəsində diqqət çəkilir:  
Allahın Hz. Məryəmə “xurma yeməsini” bildirmə-
sinin bir çox hikməti var. Allahın Hz. Məryəmin doğu-
şunu  asanlaşdırmaq  üçün  təqdim  etdiyi  nemətlərdən 
biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar 
üçün  xüsusi  əhəmiyyət  kəsb  etməsi  və  faydaları  elm 
tərəfindən 
bu 
günlərdə 
təsdiq 
edilib. 
Xurma 
tərkibindəki  60-65%  şəkərlə  ən  çox  şirinliyə  malik 
olan  meyvələrdəndir.  Həkimlər  hamilə  qadınlara 
doğduqları gün tərkibində meyvə şəkəri olan qidaların 
verilməsini  tövsiyə  edirlər.  Burada  məqsəd  ananın 
zəifləyən bədəninə enerji və canlılıq vermək, həmçinin 
təzə  doğulan  körpəyə  zəruri  olan  südün  yaranması 
üçün süd hormonlarını hərəkətləndirmək və ana südü-
nü  çoxaltmaqdır.  Həmçinin  doğuş  zamanı  baş  verən 
qan  itkisi  də  bədənin  şəkər  miqdarının  azalmasına 
səbəb  olur.  Xurma  bədənin  şəkər  ehtiyacının  təmin 
edilməsi  baxımından  vacibdir  və  təzyiqin  düşməsinin 
qarşısını  da  alır.  Xurmanın  kaloriliyi  çox  yüksək  ol-

 
199 
duğu üçün, o, xəstəlikdən taqətsiz düşənlərə və yorğun 
olanlara xüsusilə faydalıdır. 
Bu  məlumatlar  Allahın  Hz.  Məryəmə  həm  onun 
özünə  enerji  və  canlanma  verəcək,  həm  də  körpənin 
yeganə  qidası  olan  südün  yaranmasını  təmin  edəcək 
xurmadan  yeməsini  bildirməsində  böyük  bir  hikməti 
ortaya  qoyur.  Məsələn,  xurmada  insan  bədəninin 
sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət 
daşıyan 10-dan  çox element  var. Buna  görə  də  müasir 
dövrdə  alimlər  insanın  təkcə  xurma  və  su  ilə  yaşaya 
biləcəyini  bildirir.  Bu  sahənin  tanınmış  mütəxəssislə-
rindən sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan 
südün  bir  insanın  gündəlik  qida  ehtiyacını  təmin 
etməyə kifayət edəcəyini deyir. 
Xurmadakı oksitosin maddəsindən də müasir təba-
bətdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edi-
lir. Oksitosin doğuşu asanlaşdırma təsirinə görə bir çox 
mənbələrdə  “rapid  birth”,  yəni  “sürətli  doğuş”  ifadəsi 
ilə  qeyd  edilir.  O,  doğuşdan  sonra  ana  südünü  artıran 
təsirə  malik  olması  ilə  məşhurdur.  Oksitosin  əsasən 
beynin  ifraz  etdiyi  doğuş  sancılarını  başladan  bir  hor-
mondur.  Doğuşdan  əvvəl  bədənin  bütün  hazırlığı  bu 
hormonun  sayəsində  başlayır.  Hormonun  təsiri  özünü 
ana bətnini təşkil edən əzələlərdə və ana südünün ifra-
zını təmin edən əzələ quruluşundakı hüceyrələrdə gös-
tərir.  Doğuş  zamanı  ana  bətninin  əhəmiyyətli  şəkildə 
büzülməsi doğuşun gerçəkləşə bilməsi baxımından çox 
vacibdir.  Oksitosin  də  bətni  təşkil  edən  əzələlərin  çox 
güclü şəkildə büzülməsini təmin edir. 
Oksitosin  həm  də  yeni  doğulan  körpənin  qidalan-
ması üçün ana südünün ifrazına təkan verir. Xurmanın 
təkbaşına bu xüsusiyyəti – onun tərkibində oksitosinin 

 
200 
olması  –  Quranın  Allahın  vəhyi  olmasının  daha  bir 
mühüm  dəlilidir. Xurmanın  tibbi  faydasının  müəyyən-
ləşdirilməsi  ancaq  yaxın  vaxtlarda  mümkün  olub. 
Halbuki,  Quranda  təxminən  1400  il  əvvəl  Allahın  Hz. 
Məryəmə  hamiləlik  dövründə  xurma  ilə  qidalanmağı 
vəhy etdiyi bildirilir. 
Xurmada insan bədənində bol miqdarda hərəkət və 
hərarət  enerjisi  yaradan,  bədəndə  parçalanıb  asan 
istifadə edilən  bir  şəkər  növü  də  var.  Özü də  bu  şəkər 
qan  şəkərini  sürətlə  yüksəldən  qlükoza  yox,  meyvə 
şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan 
şəkərinin sürətlə qalxması bir çox orqanlara mənfi təsir 
edir,  amma  bundan  ən  çox  zərər  görən  orqan  və  sis-
temlər göz, böyrəklər, qan-damar və sinir sistemləridir. 
Gözün  görmək  qabiliyyətinin  itirilməsinə  kimi  aparıb 
çıxaran  narahatçılıqların,  infarkt  və  böyrək  çatışmaz-
lığı kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblə-
rindən biri qan şəkərinin yüksəkliyidir. 
Xurmanın tərkibində müxtəlif vitamin və mineral-
lar var. Xurma lif, yağ və proteinlər baxımından da çox 
zəngindir. Xurmada natrium, kalium, kalsium, maqne-
zium,  dəmir,  kükürd,  fosfor  və  xlor  da  var.  Bundan 
başqa,  xurmanın  tərkibində  A  vitamini,  betakarotin, 
B
1
,  B
2
,  B
3
  və  B
6
  vitaminləri  də  bol  miqdardadır.  Xur-
manın  tərkibindəki  vitamin  və  mineralların  adi  insan 
bədənində  və  hamiləlik  dövründəki  faydalarından 
bəzilərini isə bu ardıcıllıqla qeyd edə bilərik: 

 
Xurmanın  qidalandırıcı  gücü  onun  tərkibindəki 
münasib  mineral  balansından  qaynaqlanır.  Xurmada 
hamilə  qadınların  qəbul  etməli  olduğu  B  vitamini 
qrupuna  aid  fol  turşusu  da  vardır.  Fol  turşusu  (B
9

bədəndə  yeni qan hüceyrəsinin yaranmasında, bədənin 

 
201 
əsasını 
təşkil 
edən 
aminturşularının 
təşəkkül 
tapmasında  və  hüceyrələrin  yeniləşməsində  mühüm 
vəzifələri  yerinə  yetirən  bir  vitamindir.  Buna  görə  də 
hamiləlikdə  fol  turşusuna  olan  ehtiyac  özünü  qabarıq 
göstərəcək  dərəcədə  artır  və  gündəlik  ehtiyacın  iki 
qatına  çatır.  Fol  turşusunun  səviyyəsi  kifayət  etmə-
yəndə  quruluş  etibarilə normadan  böyük,  iş  əmsalı  isə 
aşağı  olan  eritrosit  hüceyrələri  (qırmızı  qan  hücey-
rələri) meydana  gəlir və qanazlığının əlamətləri özünü 
göstərməyə  başlayır.  Xüsusilə  hüceyrələrin  bölünmə-
sində və hüceyrənin genetik quruluşunun əmələ gəlmə-
sində mühüm rol oynayan fol turşusu hamiləlik zamanı 
iki  dəfə  artıq  ehtiyac  hiss  edilən  yeganə  maddədir. 
Xurma  da  fol  turşusu  baxımından  çox  zəngin  olan  bir 
qida növüdür. 

 
Digər tərəfdən, hamiləlik zamanı yaranan uzun-
müddətli  ürək  bulanması  və  fizioloji  reaksiyalar  nəti-
cəsində  kalium  azlığı  müşahidə  olunur.  Belə  vəziy-
yətdə  qadına  əlavə  kalium  verilməlidir.  Xurmada  bol 
miqdarda mövcud olan kalium bu baxımdan çox böyük 
əhəmiyyət  kəsb  edir,  bu  maddə  bədəndəki  su  balansı-
nın  qorunması  baxımından  da  çox  faydalıdır.  Kalium 
beyinə  oksigenin  getməsinə  kömək  edərək,  dərindən 
fikirləşməyi  təmin  edir.  Bununla  yanaşı,  bədənin  ma-
yeləri  üçün  əlverişli  alkalik  xüsusiyyətini  yaradır.  O, 
bədəndəki  zəhərli  tullantıları  ifraz  etmək  üçün  böy-
rəklərə xəbərdarlıq edir. Yüksələn qan təzyiqinin aşağı 
salınmasını və sağlam dərinin yaranmasını təmin edir. 

 
Xurmanın  tərkibindəki  dəmir  qırmızı  qan 
hüceyrələrində  mövcud  olan  hemoqlobinin  sintezinə 
nəzarət  edir.  Bu  da  hamiləlikdə  qan  çatışmazlığının 
qarşısının  alınmasını  və  körpənin  inkişafı  üçün  həyati 

 
202 
əhəmiyyət  kəsb  edən  qandakı  eritrosit  balansının 
uyğun hala  gəlməsini təmin edir. Məlum olduğu kimi, 
eritrositlər  qanda  oksigen  və  karbondioksid  daşıyaraq 
hüceyrələrin  öz  mövcudluğunu  davam  etdirməsində 
vacib  rol  oynayırlar.  Tərkibində  çoxlu  dəmir  olduğu 
üçün bir insan gündə 15 ədəd xurma  yeməklə bədəni-
nin  dəmirə  olan  ehtiyacını  təmin  edə  və  dəmir  çatış-
mazlığının yaratdığı narahatçılıqdan xilas ola bilər. 

 
Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb 
formalaşması  və  bədənin  sümük  quruluşunun  ba-
lanslaşması üçün çox mühüm elementlərdir. Xurma tər-
kibindəki  bol  fosfor  və  kalsiumla  sümük  xəstəliyindən 
qoruyur və bu xəstəliklərin azalmasına kömək edir. 

 
Alimlər xurmanın gərginliyi və həyəcanı aradan 
qaldırmaq  qabiliyyətinə  də  diqqəti  çəkir.  Berkli  Uni-
versiteti  (ABŞ)  mütəxəssislərinin  apardığı  tədqiqatlar 
sinirləri  gücləndirən  B
6
  vitamininin  və  əzələlərin 
fəaliyyətində mühüm rolu olan maqnezium mineralının 
xurmada  yüksək  miqdarda  olduğunu  göstəriblər. 
Xurmanın  tərkibindəki  maqnezium  böyrəklər  üçün  də 
son dərəcə  əhəmiyyətlidir. Bir  insan  gündə 2-3  xurma 
yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər. 

 
Xurmadakı B
1
 vitamini sinir sisteminin sağlam-
lığını asanlaşdırır. O, bədəndəki karbohidratların ener-
jiyə  çevrilməsinə,  protein  və  yağların  bədənin  başqa 
ehtiyacları  üçün  istifadə  edilməsinə  kömək  edir.  B
2
 
vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin 
yeniləşməsi  üçün  protein,  karbohidrat  və  yağların 
yandırılmasına yardım edir. 

 
Hamiləlik  zamanı  A  vitamininə  ehtiyac  artır. 
Xurma  tərkibindəki  A  vitamini  sayəsində  görmək 
gücünü  və  bədənin  müqavimətini  artırır,  sümükləri  və 

 
203 
dişləri  gücləndirir.  Xurma  betakarotin  (provitamin  A) 
maddəsi  ilə  də  çox  zəngindir.  Betakarotin  hüceyrələrə 
hücum 
edən 
molekulları 
nəzarətdə 
saxlayaraq, 
xərçəngin qarşısını alan xüsusiyyətə malikdir. 

 
Başqa  meyvələr  protein  baxımından  ümumiy-
yətlə zəngin  deyil. Ancaq  xurmanın tərkibində protein 
də  var  və  bunun  sayəsində  bədənin  xəstəlik  və  infek-
siyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləş-
dirir  və  bədəndəki  mayeni  balanslaşdırır.  Məsələn,  ət 
də faydalı qidadır, ancaq xüsusilə belə bir dövrdə təzə 
xurma  qədər  fayda  verməyə  bilər.  Hətta  belə  bir 
dövrdə ətdən çox istifadə edilməsi zəhərlənməyə səbəb 
ola  bilər.  Həzmi  asan  olan  yüngül  meyvə-tərəvəz 
məhsullarına 
üstünlük  verilməsi  daha  münasib 
seçimdir. 
Xurma  haqqındakı  bütün  bu  məlumatlar  Allahın 
sonsuz  elmini  və  insanlara  olan  mərhəmətini  göstərir. 
Göründüyü kimi, müasir tibbin dövrümüzdə müəyyən-
ləşdirdiyi  xurmanın  faydalarına,  onun  xüsusilə  də 
hamiləlik  dövründəki  faydalarına  “Qurani-Kərim”-də 
14 əsr əvvəl işarə edilmişdir.  
“Yer  üzündə  bir  –  birinə  yaxın  (qonşu)  qitələr 
(münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, 
müxtəlif  iqlimli  torpaq  səhələri)  eyni  su  ilə  sulanan 
üzüm bağları, əkinlər, Ģaxəli – Ģaxəsiz xurma ağac-
ları vardır. Halbuki, Biz yemək baxımından onların 
birini digərindən üstün tuturuq....” (ər-Rəd, 13/4). 
 
Təmr haqqında hədislər 
 
Qurudulmuş  xurmaya  ərəblər  təmr  deyirlər. 
Əmirül-möminin  Əli  (ə)  buyurub:  “Təmr  yeyin  ki, 
onda çox dərdlərin şəfası var”.  

 
204 
Imam  Hüseyn  (ə)  öz  atası  Həzrəti-Əmirül-mömi-
nin Əli (ə) cənablarının mübarək dilindən nəql edir ki, 
Rəsuli-Əkrəm  (s.ə.v.)  oruc  olan  vaxtlarda  iftarını 
həmişə təmr ilə açardı. 
Xurmanın  bir  növü  var  ki,  ona  bərniyy  deyirlər. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1.  “Cəbrail  Cənnətdən  gətirdiyi  bərniyy  ilə  mənə 
nazil oldu”. 
2.  “Bərniyyədə  doqquz  xislət  var:  1)  beli  qüvvət-
ləndirər;  2)  şeytanın  əl-ayağını  kəsər;  3)  təamı  həzm 
edər; 4) ağızın qoxusunu yaxşılaşdırar; 5) qulağın eşit-
mə  qabiliyyətini  artırar;  6)  gözü  qüvvətləndirər;  7)  in-
sanı Allaha  yaxın, Şeytandan uzaq edər; 8) cinsi əlaqə 
meylini artırar; 9) bədəndə olan naxoşluqları aparar”. 
Imam  Rzanın  (ə)  “Səhifətür-riza”  kitabında  deyi-
lir: “Hər kəs ac qarına bərniyy təmri yesə, iflic xəstəli-
yi ondan gedər”. 
Mədinədə yetişdirilən xurmanın daha bir növü var-
dır ki, ona ücvə deyilir. Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Ücvə  təmrlərin  anasıdır,  onu  Adəm  Behiştdən 
nazil edib”. 
2. “Ücvə Cənnətdən gəlib, onda şəfa vardır”. 
3.  “Hər  kəs  bir  gün  ac  qarına  yeddi  ədəd  ali  növ 
ücvə  təmri  yesə,  o  gün  ona  zəhər,  sehr  və  heç  bir 
şeytan zərər yetirə bilməz”. 
4. “Hər kəs yeddi ədəd ücvə təmri yesə, mədəsində 
olan qurdlar ölər”. 
 
MÜKƏMMƏL   MEYVƏ - ƏNCIR 
 
“And olsun əncirə və zeytuna” (ət-Tin, 95/1). 
“ət-Tin”  surəsinin  1-ci  ayəsində  Allahın  əncirə 
“and  olsun”  deyə  bildirməsi  bu  meyvənin  faydaları 

 
205 
baxımından çox hikmətlidir. 
 
 
Əncirin insan sağlamlığına faydaları 
 
Əncir  başqa  meyvə  və  tərəvəzə  nisbətən  ən  çox 
lifə  malikdir.  Təkcə  1  ədəd  quru  əncirdə  2  q  lif 
(sellüloza) var. Bu da gündəlik ehtiyacın 20%-ni təşkil 
edir.  Son  10-15  ildə  aparılan  tədqiqatlar  bitki  mənşəli 
qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün 
fəaliyyəti  baxımından  çox  vacib  olduğunu  ortaya 
qoyub.  Qida  kimi  qəbul  edilən  lifin  həzmə  və  bəzi 
xərçəng  növlərinin  yaranma  ehtimalını  aşağı  salmağa 
kömək  etdiyi  bəllidir.  Qida  üzrə  mütəxəssislər  lif 
qəbulunun  ideal  yolu  kimi  lif  baxımından zəngin  olan 
əncir yeməyi tövsiyə edirlər. 
Lifli qidalar həll olunan və həll olunmayan olmaq-
la iki yerə ayrılır. Həll olunmayan lif baxımından zən-
gin qidalar bədəndən atılan maddələrə su qazandıraraq 
bağırsaqlardan  keçidi  asanlaşdırır.  Bununla  da  həzm 
prosesini  sürətləndirərək  onun  sistemli  fəaliyyətini 
təmin  edir.  Həll  olunmayan  lifli  qidaların  orqanizmi 
kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll 
olunan lifli qidaların isə qandakı xolesterin səviyyəsini 
20%-dən çox aşağı saldığı təsbit olunub. Buna görə də 
onlar  ürək  xəstəlikləri  riskini  azaltmaq  baxımından 
böyük əhəmiyyət daşıyırlar. Əgər qanda çox miqdarda 
xolesterin varsa, bu qan damarlarında yığılır və damar-
ların  bərkiməsinə,  daralmasına  səbəb  olur.  Xolesterin 
hansı  orqanın damarında  yığılırsa,  həmin  orqana  məx-
sus  xəstəliklər  meydana  çıxır.  Məsələn,  ürəyi  qidalan-
dıran  arteriyalarda  xolesterin  yığılarsa,  sinə  ağrısı, 
infarkt  kimi  problemlər  yaranır.  Böyrək  damarlarında 

 
206 
xolesterinin  yığılması  isə  təzyiqin  qalxması  və  böyrək 
çatışmazlığına  səbəb  ola  bilər.  Həll  olunan  liflərin 
qəbul  edilməsi  mədəni  boşaldaraq  qan  şəkərinin  ni-
zamlanması  baxımından  da  əhəmiyyətlidir,  çünki  qan 
şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan 
problemlərlə  nəticələnə  bilər.  Qidalanmaları  lif  baxı-
mından  zəngin  olan  cəmiyyətlərin  xərçəng  və  infarkt 
problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib. 
Həll olunan və həll olunmayan liflərin hər ikisinin 
birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: 
hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını 
almaqda  tək  olan  liflərə  nisbətən  daha  təsirli  olduğu 
müəyyən edilib. Əncirdə hər iki lif növünün – həm həll 
olunan,  həm  də  həll  olunmayan  –  birgə  olması  bu 
meyvəni çox əhəmiyyətli bir qidaya çevirir. 
Corc  Vaşinqton  Universitetinin  Tibb  Mərkəzin-
dəki  Xəstəliklərdən  Qorunmaq  Institutunun  (ABŞ) 
rəhbəri  dr.Oliver  Alabaster  əncirdən  belə  bəhs  edir: 
“…Burada həqiqi mənada sağlam və  çox lif nisbətinə 
malik  bir  qidanı  əlavə  etmək  imkanı  var.  Əncirləri  və 
başqa  çox  lif  balansına  malik  olan  qidaları  intensiv 
olaraq  qəbul  etmək…ömür  boyu  sağlamlığınız 
baxımından əhəmiyyət kəsb edir”. 
Kaliforniya  Əncir  İstehsalı  qurumuna  (California 
Fig  Advisory  Board)  görə,  meyvə-tərəvəzdəki  antiok-
sidantlar  insanları  bir  çox  xəstəliklərdən  qoruyurlar. 
Antioksidantlar  bədənimizdəki  kimyəvi  reaksiyalar 
nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli 
maddələri  (sərbəst  radikalları)  təsirsiz  hala  gətirir  və 
hüceyrənin məhvinin qarşısını alır. 
Skrenton  Universiteti  (ABŞ)  tərəfindən  aparılan 
tədqiqatda  müəyyən  edilib  ki,  başqa  meyvələrə  nisbə-

 
207 
tən  quru  əncir  antioksidant  baxımından  zəngin  fenol 
tərkibinə  daha  çox  malikdir.  Fenol  mikroorqanizmlərə 
öldürücü  (antiseptik)  bir  maddə  kimi  təsir  edir. 
Alimlərin  bildirdiyinə  görə,  əncirdə  fenolun  miqdarı 
başqa meyvələrlə müqayisədə daha çoxdur. 
Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfin-
dən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan 
omeqa-3,  omeqa-6  yağ  turşuları  (EFA:  Essential  fatty 
acids:  bədən  üçün  zəruri  yağlar)  ilə  fitosterol 
(bitkilərdə  mövcud  olan  yağvari  maddə)  sayəsində 
xolesterini  aşağı  salan  xüsusiyyət  öyrənilib.  Məlum 
olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədən-
də  yarana  bilməz,  o  qida  vasitəsilə  qəbul  edilməlidir. 
Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliy-
yəti  baxımından  xüsusilə  böyük  əhəmiyyətə  malik-
dirlər.  Fitosterol  isə  heyvan  mənşəli  qidalardakı  ürək 
və  damar  sağlamlığı  baxımından  təhlükəli  olan  xoles-
terinin  yolunu  tıxayaraq,  onun  qana  qarışmamış 
bədəndən atılmasını təmin edir. 
Kaliforniya  Əncir  İstehsalı  qurumu  tərəfindən 
“sanki  təbiətin  ən  mükəmməl  meyvəsi”  adlandırılan 
əncir  bəşərin  bildiyi  ən  qədim  meyvələrdən  biri  olsa 
da,  o  qida  istehsalçıları  tərəfindən  yenidən  kəşf  edilir. 
Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün 
faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır. 
Əncir,  demək  olar  ki,  hər  xüsusi  pəhrizin  bir 
hissəsi  ola  bilər.  Əncirin  tərkibində  təbii  yağ,  natrium 
və  xolesterin  olmadığı  və  çox  lif  nisbətinə  malik 
olduğu  üçün,  o  artıq  çəkidən  xilas  olmağa  çalışan 
adamlar  üçün  də  əlverişli  qidadır.  Həmçinin  əncir 
məlum olan bütün meyvələrə nisbətən ən çox minerala 
malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik 

 
208 
ehtiyacın  7%-i),  53  mq  kalsium  (gündəlik  ehtiyacın 
6%-i)  və  1,2  mq  dəmir  (gündəlik  ehtiyacın  6%-i)  var. 
Əncirdə  kalsium  nisbəti  çoxdur  və  bu  baxımdan 
meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. 
Bir  kasa  quru  əncir  bir  kasa  südlə  eyni  miqdarda 
kalsiumu  təmin  edir.  Əncir  uzunmüddətli  xəstəlikdən 
sonra  sürətlə  sağalmağa  yardımçı  olan,  güc  və  qüvvə 
verən  bir  dərman  kimi  də  dəyərləndirilir.  Fiziki  və 
zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc 
verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-
74%-ni  təşkil  edən  şəkərdir.  Əncir  astma,  öskürək  və 
soyuqdəymə  zamanı  da  müalicə  məqsədilə  qəbul 
edilməsi tövsiyə olunan meyvədir. 
Burada  haqqında  qısaca  danışdığımız  əncirin 
faydaları Allahın insanlar üzərində mərhəmətinin daha 
bir  göstəricisidir.  Rəbbimiz  zövqlə  yeyilən  bu 
meyvənin 
tərkibində 
insanın 
ehtiyac 
duyduğu 
maddələri  onun  sağlamlığına  əlverişli  olacaq  bir 
nisbətdə,  sanki  paketlənmiş  şəkildə  istifadəyə  verir. 
Allahın  bu  xüsusi  nemətinin  Quranda  bildirilməsi  də 
əncirin  insanlar  üçün  əhəmiyyətinə  bir  işarə  ola  bilər 
(ən  doğrusunu  Allah  bilir).  Əncirin  qida  dəyərinin 
insanın  sağlamlığı  baxımından  əhəmiyyətinin  yalnız 
inkişaf  edən  tibb  elmi  və  texnoloji  imkanlarla 
müəyyənləşdirilməsi isə əlbəttə, Quranın hər şeyi bilən 
Allahın sözü olduğunun daha bir nümunəsidir. 
 
 
 
 
 
 

 
209 
Cədvəl 2. 100 q əncirin tərkibi və qidalılıq dəyəri 
 
Əncirin tərkibindəki 
maddələr 
100 q  
təzə əncirdə 
100 q  
quru əncirdə 
Kaloriliyi (kkal) 
74 
249 
Lif (sellüloza), q 

10 
Yağ, q 


Protein, q 


Şəkər, q 
16 
48 
Vitamin A (B.V.) 
142 
10 
Vitamin C, mq 

1,2 
Vitamin B
1
, mq 
0,1 
0,1 
Vitamin B
2
, mq 
0,1 
0,1 
Vitamin B
6
, mq 
0,1 
0,1 
Natrium  mq% 
1,0 
10,0 
Kalium  mq% 
232 
680 
Kalsium mq%  

162 
Fosfor  mq% 
232 
67 
Maqnezium  mq% 
17 
68 
Dəmir  mq% 
0,4 
3,07 
Manqan  mq% 
0,1 
0,8 
Selen  mq% 
0,2 
0,6 
Sink  mq% 
0,2 
0,7 
 
Əncir haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.
 
Hər  kəs  qəlbinin  yumşaq  olmasını  istəyirsə, 
əncir yeməyə adət etsin. 
2.
 
Yaş və quru əncirdən yeyin. O cinsi qabiliyyəti 
artırır,  babasili  kəsir,  oynaq  ağrılarında  və  soyuq  za-
manı faydalı olur. 
“Məkarimul-əxlaq” - Abuzərdən: Peyğəmbərə (s.ə.v.) 
bir tabaq əncir hədiyyə edildi. Həzrət dedi: “Yeyin. Desəm 
ki,  cənnətdən  bir  meyvə  nazil  olub,  deyərəm  ki,  o, 

 
210 
əncirdir.  Çünki  əncir  tumsuz  meyvədir.  Əncir  yeyin.  O 
babasili kəsir, oynaq ağrılarında faydalı olur”. 
Imam  Əli  (ə):  Əncir  tıxacları  yumşaldır,  qulunc 
ağrılarında faydalı olur. Gündüz ondan çox, gecə isə az 
yeyin. 
Imam  Rza  (ə):  Əncir  ağzın  pis  qoxusunu  aradan 
qaldırır, sümükləri möhkəmləndirir, xəstəlikləri aradan 
qaldırır.  Əncir  olan  yerdə  başqa  dərmana  ehtiyac 
yoxdur. 
“Tibbul-əimmə”  -  Muhəmməd  ibn  Ərəfədən: 
Imam  Rza  (ə)  və  Məmunun  vaxtında  mən  Xorasanda 
idim. (Bir dəfə) Imam Rzadan (ə) soruşdum: 
-  Ey  Peyğəmbər  övladı,  əncir  haqqında  nə 
deyirsən? 
Həzrət buyurdu: 
- O bel ağrısı üçün faydalıdır. Ondan yeyin. 
“Kafi”  -  Əhməd  ibn  Muhəmməd  ibn  Əbu  Nəsr 
Imam  Rzadan  (ə):  Əncir  ağzın  pis  qoxusunu  aradan 
qaldırır, ağız və sümükləri möhkəmləndirir, tük gətirir, 
xəstəliyi  aradan  qaldırır.  Əncir  olan  yerdə  başqa 
dərmana  ehtiyac  yoxdur.  Əncir  cənnət  meyvələrinə 
daha çox oxşayır. 
Peyğəmbəri-Əkrəm  (s.ə.v.)  cənablarının  ən  yaxın 
səhabələrindən  olan  Əbuzər  nəql  edir  ki,  bir  gün  o 
Həzrətə  (s.ə.v.)  bir  tabaq  əncir  hədiyyə  gətirdilər.  O 
Həzrət (s.ə.v.) səhabələrə buyurdu:  
1. “Yeyin, əgər desəm ki, mənə Cənnətdən meyvə 
nazil  olub,  bilin  ki,  bunları  nəzərdə  tuturam,  çünki 
bunlar  tumsuz  meyvədir.  Yeyin  ki,  bunlar  bəvasir 
(babasil) və niqris (artirit və podaqra) xəstəlikləri üçün 
dərmandır”. 
2. “Əncirin yaşını (təzəsini) və qurusunu yeyin. O, 

 
211 
cinsi  əlaqə  qüvvəsini  artırar,  babasili  kəsər,  niqris 
(artirit  və  podaqra)  və  ibrədə  (cinsi  əlaqə  zəifliyi) 
xəstəliklərini sağaldar”. 
Hədislərdə varid olub ki, kim öz qəlbinin nazik və 
yumşaq olmağını istəyirsə, əncir çox yesin. 
 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin