Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim


rından  insanlar  üçün  Ģəfa  olan  müxtəlif  rəngli  bal



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

rından  insanlar  üçün  Ģəfa  olan  müxtəlif  rəngli  bal 

 
238 
çıxar...”.(ən-Nəhl,  16/69)  Bal  yemək,  Quran  oxumaq 
və buxur çeynəmək bəlğəmi kəsir. 
4.
 
Balda şəfa var. 
Imam Kazim (ə): 
1.
 
Hər  kəsin  bel  suyu  (sperması)  dəyişikliyə 
məruz qalarsa, ona sağılmış südlə bal faydalıdır. 
2.
 
Balı şanısından ayırsan da, o bütün xəstəliklərin 
dərmanıdır. 
“Kafi”  -  Həmzə  İbn  Təyyar  Imam  Kazimdən  (ə): 
Insanlar  qan  almaq  və  bir  müzə  bal  yeməkdən  daha 
faydalı olan bir metodla müalicə olunmayıblar. 
Mən  soruşdum:  -  Sənə  fəda  olum,  müzə  bal  nə 
olan şeydir? 
Dedi: - Bir qaşıq bal. 
“Imam  Rzanın  (ə)  fiqhi”:  Imam  Kazim  (ə) 
buyurdu: “Balda bütün xəstəliklərin şəfası var. Hər kəs 
acqarına bir qaşıq bal yeyərsə, bəlğəmi kəsilər, sarılığı 
yatar,  zərdabın  qarşısı  alınar,  zehni  saflaşar.  Buxurla 
yeyildikdə hafizəsi yaxşılaşdırar”. 
Imam  Rza  (ə):  Hər  kəs  bütün  qışı  zökəmə 
tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin. 
Imam Hadi (ə): 
1.
 
Günaşırı  baş  verən  qızdırma  haqqında  soruşul-
duqda: Bal və qara çörəkotu qatışdırılıb yeyilsə, qızdır-
ma aradan qalxar. Onların hər ikisi mübarək qidalardır. 
Allah-Təala  bal  haqqında  belə  buyurur:  “Onların 
(arıların),  qarınlarından  insanlar  üçün  Ģəfa  olan 
müxtəlif rəngdə bal çıxır”. (ən-Nəhl, 16/69). 
2.
 
Iki  gündən-bir  qızdırması  qalxan  şəxs  üçün  ən 
faydalı  dərman  həmin  gün  baldan  hazırlanmış  və 
zəfəranı  çox  vurulmuş  şərbət  içməkdir  və  həmin  gün 
başqa heç nə yeməməkdir. 

 
239 
“Möcəmül-əvsət”  -  Saib  ibn  Yəziddən:  Allahın 
Rəsulu  (s.ə.v.)  qan  almağı  əmr  etdi  və  dedi:  “Insanlar 
üçün  qan  almaq  və  bal  yeməkdən  yaxşı  xəstəlikləri 
çıxartma vasitəsi yoxdur”. 
“Dəməşqin  tarixi”  -  Amir  İbn  Malikdən: 
Qızdırmalı  olduğuma  görə  bir  nəfəri  Peyğəmbərin 
(s.ə.v.)  yanına  göndərdim,  ondan  dərman  və  şəfa 
istədim. Həzrət də mənə bir qab bal göndərdi. 
“Dəməşqin  tarixi”  -  Abdulla  İbn  Bureydədən: 
Amir İbn Tüfeyl Amirinin əmisi mənə danışdı ki, Amir 
İbn Tüfeyl Allahın Rəsuluna (s.ə.v.) bir at hədiyyə etdi 
və  Həzrətə  bir  məktub  yazdı:  “Bədənimdə  böyük  bir 
çapıq əmələ gəlib, mənə bir dərman göndər”. 
Peyğəmbər  (s.ə.v.)  onun  atını  qaytardı,  çünki  o, 
müsəlman  olmamışdı,  amma  ona  bir  qab  bal  göndərdi 
və dedi: “Bununla müalicə olun!”. 
Imam  Baqir  (ə):  Ərəbin  tibbi  yeddi  şeydədir: 
qanalma  alətində,  imalədə,  hamamda,  burunotunda 
(buruna  tökülən  dərmandır),  qusmaqda  və  bal 
yeməkdə. Axırıncı dərman dağlamaqdır.  
 
BAL TƏFSIRI 
 
 
Belə  rəvayət  edirlər  ki,  Həzrəti  Əli  (ə)  əfəndimiz 
bir gün qalibiyyətlə hərbdən evinə dönür. Həzrəti Əbu 
Bəkir (ə), Həzrəti Ömər(ə) və Həzrəti Osman (ə) onun 
evinə  gəlir:  “Qələbən  mübarək  olsun,  ey  Allahın 
aslanı” deyərək təbrik edirlər.  
Həzrəti  Əli  (ə)  əfəndimiz  büllur  kimi  parıldayan, 
işıq  kimi  yanan  haşiyəli  bir  tabaqda  bal  gətirib 
müsafirlərinə  ikram  edir.  Həzrəti  Əbu  Bəkir  (ə) 
əfəndimiz  əlini  uzadıb  baldan  yemək  istədikdə  balın 
içində  bir  uzun  tük  (qıl)  olduğunu  görür  və  onu  balın 

 
240 
içərisindən  çıxarmaq  istəyir.  Həzrəti  Ömər  (ə)  mane 
olub  deyir:  “Ya  Əbu  Bəkir  dəymə.  Bizlər  Allah 
Rəsulunun ən yaxınlarıyıq. Umulur ki, bizləri təcrübə-
dən  keçirmək  üçün  bu  qıl  buraya  qoyulmuşdur.  Bu-
nunla bağlı gəlin hər birimiz bu bal haqqında bir təfsir 
söyləyək”. 
Həzrəti Əbu Bəkir (ə) əfəndimiz öz təfsirində belə 
söyləyir:  “Namaz  qılan  möminlərin  qəlbi  bu  tabaqdan 
nurludur.  Dünya  məşğuliyyətlərini  yada  salmadan 
namaz  qılmaq  bu  baldan  dadlıdır.  Məxluqatdan  tam 
uzaq  olmaq  şərtilə  Cənabi  Haqqa  yönəlmək  bu  qıldan 
incədir”. 
Həzrəti  Ömər  (ə)  əfəndimiz  öz  təfsirində  belə 
söylədi:  “Müsafirlərini sevən ev  sahibinin qəlbi  bu  ta-
baqdan nurludur. Müsafirlərlə səmimi söhbət etmək bu 
baldan  dadlıdır.  Müsafirlərin  qəlbi  bu  qıldan  da 
incədir”. 
Həzrəti  Osman  (ə)  əfəndimiz  öz  təfsirində  belə 
söylədi:  “Alimlərin  qəlbi  bu  tabaqdan  nurludur. 
Alimlərlə  söhbət  etmək  bu  baldan  dadlıdır.  Qurani-
Kərim-ə məna vermək bu qıldan incədir”. 
Həzrəti  Əli  (ə)  əfəndimiz  öz  təfsirində  belə 
söylədi: “Islam dini uğrunda döyüşə gedən möminlərin 
qəlbi  bu  tabaqdan  nurludur.  Kafirlərlə  vuruşub  qalib 
gəlmək  bu  baldan  dadlıdır.  Qul  kimi  əsir  düşməyib 
evinə qayıtmaq bu qıldan incədir”. 
Bütün  bu  hikmətli  təfsirləri  dinləyən  Həzrəti  Fat-
ma  (A.o.r.)  çox  duyğulanmış  və  özünə  görə  aşağıdakı 
təfsiri  söyləmişdir:  “Qocasını  məmnun  edən  qadının 
qəlbi  bu  tabaqdan  nurludur.  Qocasına  əzab-əziyyət 
vermədən  gözəl  həyat  sürmək  bu  baldan  dadlıdır. 
Qocasının  tələbini  yerinə  yetirmək  və  onu  məmnun 

 
241 
etmək bu qıldan incədir”. 
Bu  anda  Rəsulullah  əfəndimizə  xəbər  verildi.  Bu 
sıradan  Rəsulullah  “Dostlarım,  bir  təfsir  də  mən 
deyim”  buyurdu:  “Ümmətimin  qəlbi  nurludur  bu 
tabaqdan. Kövsər şərabı dadlıdır bu baldan. Şəriətimin 
yolu incədir bu qıldan”. 
Bu əsnada Cənabi Haqq Cəbrayılı (ə.) göndərmiş-
di.  Cəbrayıl  da  bir  təfsir  söylədi:  “Qardaşım  Ya  Mu-
həmməd! Sənin peyğəmbərliyin nurludur bu tabaqdan. 
Gələcək  Qiyamət  günündə  ümmətinə  şəfaət  etmən 
dadlıdır bu baldan. Sirat körpüsü incədir bu qıldan”. 
Bu  hikmətli  təfsirlərdən  sonra  cümləsi  əl  qaldırıb 
amin  dedi.  Rəsulullah  da  belə  dua  buyurdu:  “Ya 
Rəbbi!  Bu  bal  təfsirini  oxuyana,  dinləyənə  iki  yüz 
iyirmi dörd min peyğəmbər savabı ver” buyurdu. Hamı 
birlikdə amin dedi. 
Cənabi  Haqdan  xitab  gəldi:  “Ya  Muhəmməd! 
Qullarımdan  hər  kəs  bu  bal  təfsirini  oxuyarsa,  yaxud 
oxudarsa  və  yaxud  yazdırıb  yanında  daşıyarsa,  yaxud 
yazdırıb  ümmətimə  hədiyyə  edərsə,  izzəti  cəlalım 
haqqı  üçün  o  qullara  224  min  peyğəmbər  savabı 
verərəm” buyurdu. 
Indi bir kimsə bu bal təfsirini özü üçün yazıb və ya 
yazdırıb  hər  gün  oxusa  və  oxumağa  davam  etsə, 
keşməkeşli  dünya  darlığı  görməz.  Dünyada  zərurətə 
düşməz.  Ölərkən  iman  ilə  ölmək  nəsib  olar.  Hüsnü 
xatimə  ilə  ölmək  iman  salamatilə  axirətə  getmək 
deməkdir.  Bu səbəbdən  uca  Cənabi  Haqq  onu  gələcək 
bəla və qəzalardan mühafizə edər. 
Açıqlama:  Ey  Cənnət  Yolçusu  Qardaş!  Bu  bal 
təfsirindəki  hikmət  və  incəlik,  dörd  böyük  xəlifələri-
mizin  hikmətli  izah  və  təfsirləri,  Həzrəti  Fatimə 

 
242 
Valideynimizin  ibrət  dolu  təfsirləri,  Rəsulullahın 
(s.ə.v.)  mübarək  təfsirləri  və  Cəbrayılın  (ə.)  təfsir  və 
izahlarının  gözəlliyidir.  Bunun  əsası  olaraq  Islam  bir 
bütün olaraq yaşamaqdadır. 
Namaz  ibadəti  bir  mömin  üçün  əsasdır.  Insan 
ibadət  üçün  yaradılmışdır.  Həzrəti  Əbu  Bəkir  (ə) 
əfəndimiz bu incəliyi dilə gətirməkdədir. 
Islamda  müsafirlik  çox  önəmli  bir  amildir.  Bu 
incəliyi Həzrəti Ömər (ə) əfəndimiz dilə gətirməkdədir. 
Alim  və  elm  əhlini  digərlərindən  fərqləndirmək 
Islamda  çox  mühümdür.  Həzrəti  Osman  (ə)  əfəndimiz 
bu önəmə işarə etməkdədir. 
Islamda  Cihadın  önəmini  bilməyən  yoxdur. 
Həzrəti Əli (ə) əfəndimiz çox önəmli olan bu əsası dilə 
gətirməkdədir. 
Həzrət  Fatimə  valideynimizin  işarət  buyurduğu 
incəlik Islam ailəsinin təməlidir. Bir xanımın qocasına 
olan böyük sayqısı və qocaya olan haqqını yerinə yetir-
mək təfsiri, doğrusu cildlər dolusu izah və açıqlamaları 
özündə əks etdirən vacib və lazımlı bir təfsirdir. 
Rəsulullahın (s.ə.v.) mübarək izahları isə, mömin-
lərin  könüllərinə  sonsuz  fərəh  bəxş  etməkdədir.  “Sirat 
qıldan  incə,  qılıncdan  kəskindir”  demişdir.  “Dinimiz 
qıldan  incə,  qılıncdan  kəskindir”  deyimləri  hələ  də 
incəliklə dayanmaqdadır.  
Hələ  Cəbrayılın  təfsirindəki  “Qiyamət  günü 
Rəsulullahın (s.ə.v.) ümmətinə şəfaət etməsinin dadı və 
zövqü, əlbəttə ki, dünya balında ola bilməz”. 
Dini  işlərdə  savab  və  fəzilət  əldə  edtmək  üçün 
niyyətlərin düzgün və Allah üçün olması gərəkdir. Bir 
iş Allah üçün edilərsə, Allah qullarının qəlbindəki niy-
yətləri  çox  yaxşı  bildiyindən,  o  qulunun  niyyətlərinə 

 
243 
görə  müamilə  yapacaqdır.  Allah  eşqinə  iş  tutanlar, 
Allahdan  sonsuz  mükafat  alacaqlar.  Biz  müsəlmanlar 
buna inanırıq. 
 
ġəkər haqqında 
 
Şəkər  qamışı  və  şəkər  istehsalının  vətəni  Cənub-
Şərqi  Asiya  sayılır.  Şəkər  qamışı  Hindistanda 
eramızdan  3000  il  əvvəl,  Yaxın  Şərqdə,  Aralıq  dənizi 
ölkələrində və Çində VI əsrdən becərilir. 
 Makedoniyalı  Iskəndərin  ordusu  Hindistan  torpa-
ğına  qədəm  basdıqda  gördükləri  çoxlu  möcüzələr  içə-
risində bir şey onların diqqətini cəlb etmişdi. Hindlilər 
xoş  şirin  dada  malik  olan  ağ  rəngli  bərk  məhsul 
yeyirdilər.  Makedoniyalı  Iskəndərin  silahdaşlarından 
biri  o  vaxt  yazmışdı  ki,  Hindistanda  yetişən  qamış 
arısız  bal  verir.  Sonralar  Çinə  gətirilən  həmin  məhsul 
Daş  bal,  Misirdə  isə  Hind  duzu  adlanırdı.  Beləliklə 
şəkər  istehsalı  Hindistanda  başlamış,  sonralar  Irana 
keçmiş və VII əsrdə ərəblər onu Avropaya aparmışlar. 
Rus  dilində  “Caxap”,  indusca  “Sarkara”  və  ya 
“Sakkara” sözündən yaranmışdır. 
Şəkər  qamışının  tərkibində  20%-dək  şəkər  (saxa-
roza) olur. Şəkər qamışından şəkər alınması qədimdən 
məlumdur.  Sənaye  üsulu  ilə  şəkər  qamışından  şəkər 
istehsalına  Hindistanda  XVI  əsrdə  başlanmışdır. 
Hazırda  Dünyanın  100-dən  çox  ölkəsində  istehsal 
olunan  şəkərin  təxminən  55%-i  subtropik  və  tropik 
iqlim  şəraitində  yetişən  şəkər  qamışından,  45%-i  isə 
şəkər çuğundurundan alınır. 
1746-cı  ildə  Alman  alimi  Andrey  Markqraf  ilk 
dəfə  çuğundurda  saxaroza  olduğunu  kəşf  edir  və  bu 
barədə  Berlin  Elmlər  Akademiyasına  məlumat  verir. 

 
244 
XVIII  əsrin  axırlarında  bu  bitkiyə  maraq  artır  və 
demək  olar  ki,  Avropanın  bir  çox  ölkələrində  onun 
becərilməsinə  başlanır.  Şəkər  çuğundurundan  ilk  dəfə 
zavod şəraitində şəkəri almanlı F.K.Aşar almışdır. 
Təqdirə  layiq  haldır  ki,  artıq  “Azersun  Holdinq” 
şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Azər-
baycan ġəkər Istehsalat Birliyi” (AġĠB), başqa sözlə 
Imişli  Şəkər  Zavodu  nəinki  respublikanın  şəkərə  olan 
tələbatını  ödəyir,  hətta  xarici  ölkələrə  də  şəkər  ixrac 
edir. 
Şəkər  əsas  qida  maddələrindən  biridir.  Şəkərdən 
kulinariyada, qənnadı sənayesində, spirtsiz içkilər, mü-
rəbbə,  cem  və  digər  konservləşdirilmiş  meyvə-gilə-
meyvə məhsulları istehsalında istifadə edilir. 
Insanların  qidalanmasında  şəkərin  böyük  əhəmiy-
yəti vardır. Şəkər orqanizmdə yaxşı mənimsənilir (95% 
və  çox)  və  yüksək  qidalılıq  dəyərinə  malikdir.  100 
qram  şəkər  374  kkal  və  ya  1565  kCoul  enerji  verir. 
Şəkərin  qidalılıq  dəyərinin  yüksək  olması  ondan  irəli 
gəlir ki, o suda yaxşı həll olur və tezliklə qana sorulur. 
Şəkər  gündəlik  qida  rasionuna  daxildir.  Qeyd 
etmək  lazımdır  ki,  1-11  yaşlı  uşaqlar  gündə  50-60 
qram, 11-14 yaşlı yeniyetmələr 60-70 qram, yaşlılar isə 
70-90  qram  şəkər  yeməlidirlər.  Digər  məhsullarla 
qəbul  olunan  saxaroza  da  nəzərə  alınmaqla  sağlam 
insan gündə 100-125 qram şəkər qəbul edə bilər. Lakin 
artıq  miqdarda  şəkər  qəbul  edildikdə  qan  qlükoza  ilə 
doyur,  maddələr  mübadiləsi  və  eləcə  də  şəkər 
mübadiləsi pozulur, mədəaltı vəzinin işi çətinləşir. Yu-
xunun  pozulması,  iltihab  proseslərinin  inkişafı  da 
çoxlu  şəkər  qəbul  edilməsi  ilə  əlaqədardır.  Lakin 
şəkərin  insan  orqanizmi  üçün  fizioloji  əhəmiyyəti 

 
245 
böyükdür. 
Şəkər  haqqında  “Qurani-Kərim”-də  heç  bir 
buyuruq  yoxdur.  Lakin  imamların  hədislərində  şəkər 
çuğunduru  və  şəkər  haqqında  bir  neçə  kəlamlara  rast 
gəlmək olur. 
 
ġəkər haqqında hədislər 
 
Imam Cəfər Sadiq (ə) buyurub:  “Mənim şəkərdən 
artıq sevdiyim bir şey yoxdur”. 
Imam Rza (ə) buyurub:  
1.  “Hər  kəs  yatanda  iki  tikə  şəkər  yesə,  ölümdən 
qeyri bütün xəstəliklərdən şəfa tapar”. 
2.  “Əgər  bir  kişinin  min  dirhəm  pulu  olsa  və  o, 
pulun  hamısını  verib  şəkər  alsa,  o  şəxs  israf 
etməyibdir”. 
3. Qızdırma xəstəliyinə görə on dirhəm ağırlığında 
şəkər götürüb ac qarına su ilə içginən”. 
4. “Üç şey var ki, adamların çoxuna zərər verməz: 
raziqi üzümü, qənd qamışı, bir də alma”. 
5.  “Qənd  qamışı  qəbzliyi  açar,  onda  heç  bir  dərd 
və ya təhlükə yoxdur”. 
ġəkər çuğunduru. Imam Rza (ə) buyurub:  
1.
 
“Sizə  şəkər  çuğundurunu  tövsiyə  edirəm.  O 
Firdövs Behiştində bir çayın kənarında bitir. Onda hər 
dərdin  dərmanı  var.  Əsəbi  bərkidir,  qanın  hərarətini 
söndürür və sümükləri qalınlaşdırır”. 
2.  “Xəstələrinizə  çuğundur  yedirdin  ki,  onda  şəfa 
var,  amma  heç  bir  dərd  yoxdur.  O  xəstəyə  yuxu  bəxş 
edir”. 
Imam Cəfər Sadiq (ə) buyurub: “Şəkər çuğunduru 
yeyən şəxs cüzamdan arxayın olar”. 
 

 
246 
 
Xörək duzu haqqında 
 
Xörək duzu yeyinti məhsulu kimi həm şəxsi isteh-
lak  üçün  və  həm  də  sənaye  məqsədləri  üçün  geniş 
miqyasda istifadə olunur. Xörək duzu müxtəlif  yeyinti 
məhsullarının  konservləşdirilməsində  bir  konservant 
kimi tətbiq olunur.  
Dünyada  duz  ehtiyatı  çoxdur.  Okean  sularında  38 
trilyon  ton  natrium-xlor  ehtiyatı  vardır.  Yer  altındakı 
daş duz ehtiyatı isə 34 trilyon tona qədərdir. Beləliklə, 
insanlar  milyon  illər  bundan  sonra  da  duzla  təmin 
olunacaqlar. 
Insan  bədəninin  təxminən  0,5  kq-ı  natrium-xlorid 
duzu təşkil edir. Bu duzun orqanizmdə çatışmamazlığı 
nəticəsində  həyati  əhəmiyyəti  olan  bir  sıra  fizioloji 
proseslər pozula bilər. Xörək duzu qana daxil olmaqla 
bərabər  orqanizmdə  olan  hüceyrə  protoplazmalarında, 
qanda,  limfalarda  osmotik  təzyiqin  yaranmasını  təmin 
edir.  Bunun  sayəsində  qanın  iştirakı  ilə  müxtəlif 
toxumalardan maddələr mübadiləsi normal surətdə baş 
verərək,  hüceyrə  və  toxumaların  həyat  fəaliyyətini 
mühafizə edir. 
Insanın mədəsinin selikli qişa vəziləri xörək duzun-
dan  mədə  şirəsinə  lazım  olan  duz  turşusunu  hazırlayır 
ki, bu həzm prosesləri üçün çox əhəmiyyətli sayılır. 
Insan  orqanizmi  hər  gün  müəyyən  miqdarda 
natrium-xlorid  duzu  qəbul  etməlidir,  çünki  orqanizm-
dən müntəzəm olaraq natrium-xlorid xaric olunur. 
Beləliklə,  bütün  fizioloji  funksiyanın  normallığını 
təmin  etmək  üçün  insan  hər  gün  bütün  yeməklərlə 
birlikdə  10-15  q  xörək  duzu  qəbul  etməlidir.  Lakin 

 
247 
müasir  təbabət  gündə  7-8  qramdan  çox  duz  qəbul 
etməyi  məsləhət  görmür.  Xüsusən  yaşlılar  və  qan-
damar xəstəliklərindən əziyyət çəkənlər duz istehlakını 
azaltmalıdırlar. 
 Xörək duzu təbiətdə 2 tipdə olur: 
1.
 
Mədən  duzu  –  bərk  kristallı mineraldan ibarət 
olub, yer altında böyük yataq şəklində olur. Bu növ du-
za mineralogiyada qalit adı verilir. Yeyinti sənayesində 
və ticarətdə belə duza Daş duz deyilir. 
2.
 
ġora  –  yalnız  suda  həll  olmuş  halda  göllərdə, 
dənizdə,  hövzələrdə  olur.  Bunun  alınma  üsulları 
müxtəlifdir. 
Duz  yataqlarının xarakterindən  və  duzun  alınması 
texnologiyasından  asılı  olaraq  xörək  duzu  aşağıdakı 
növlərə ayrılır: 
1.  Daş  duz.  Bu  duzu  yeraltı  duz  yataqlarından  iri 
parça  halında  çıxarıb  duz  dəyirmanlarında  xırdalayır-
lar. Naxçıvan MR-da daş duz yataqları vardır. 
2.  Çökdürülmüş  duz  və  ya  hövzə  duzu.  Bu  duzu 
süni  surətdə  düzəlmiş  hövzələrdə,  dəniz  suyunu 
buxarlandırıb çökdürməklə əldə edirlər.  
3.
 
Şoran duzu və ya göl duzu. Bu duzu duzlu göl-
lərin  dibindən  çıxarırlar.  Abşeronda  şoran  duz  yutaq-
ları  vardır.  Masazır  gölü  ən  böyük  şoran  duz  mənbə-
yidir.  
4.
 
Buxarlandırılmış  duz.  Bu  duzu  yer  altından  çı-
xarılmış  duzlu  suyun  buxarlandırılması  nəticəsində 
əldə edirlər. 
5.
 
Yodlaşdırılmış  duz.  Bu  duzu  adi xörək  duzuna 
kalium-yodat duzu qatmaqla hazırlayırlar. 
Azersun  Holding”  şirkətlər  qrupunun  tərkibində 
fəaliyyət  göstərən  “Azərbaycan  Duz  Istehsalat 

 
248 
Birliyi”  QSC  müasir avadanlıqların köməyi ilə dünya 
standartlarına cavab verən texnologiyanı tətbiq etməklə 
yüksək keyfiyyətli duz istehsalını təşkil etmişdir.  
Masazır  gölündəki  şoran  duzunun  analizləri 
göstərmişdir ki, bu duz tərkibinə görə MDB-nin  digər 
bölgələrindəki şoran duzlardan çox az fərqlənir.  
Zavodda  müxtəlif  çeşiddə  xörək  və  süfrə  duzu 
istehsal olunur. 
 Duz  haqqında  “Qurani-Kərim”-də  heç  bir 
buyuruq  yoxdur.  Lakin  Peyğəmbərimizin  (s.ə.v.)  və 
imamların  hədislərində  duz  və  duzun  istifadəsi 
haqqında bir neçə kəlamlara rast gəlmək olur. 
 
Xörək duzu haqqında hədislər 
 
 Rəsuli-Əkrəm  (s.ə.v.)  Əliyə  (ə)  etdiyi  vəsiyyətlə-
rində buyurur:  
1. “Ya Əli, duz ilə yeməyə başla, duz ilə də qurtar. 
Duzda  yeddi  xəstəliyə  şəfa  var:  dəlilik,  cüzam,  alalıq, 
boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”. 
2. “Kim  yeməkdən qabaq və  yeməkdən sonra duz 
yesə,  Allah-Təala  ondan  üç  yüz  otuz  növ  bəlanı 
uzaqlaşdırar. Belə ki, onların ən yüngülü cüzam olar”. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Hər  kəs  təamın 
əvvəlinci  loxmasına  duz  səpsə,  üzündə  olan  çillər 
gedər”. 
Imam Rza (ə) öz səhabələrindən soruşdu ki, hansı 
“çörək qatığı” yaxşıdır? Onların bəzisi dedi: - ət, bəzisi 
dedi: - zeytun yağı. Sonra o Cənab (ə) buyurdu: “Yox, 
o  duzdur.  Bir  dəfə  biz  gəzməyə  çıxmışdıq,  qulam 
yaddan  çıxarıb  duz  götürməmişdi.  Təam  yeyəndə  heç 
bir şey duzu əvəz etmədi”. 
 

 
249 
 
Sirkə haqqında 
 
Yeyinti turşularına sirkə, limon, süd, alma və digər 
turşular aiddir. 
Limon  turĢusu  -  limon  və  yabanı  nar  şirəsindən, 
eləcə  də  tənbəki  yarpaqlarından,  şəkər  məhlulunu 
xüsusi  göbələklərlə  (Asperiglies  niger)  qıcqırtmaqla 
alınır.  Pərakəndə  satış  üçün  limon  turşusu  10-20  qr 
kütlədə  karton  qutucuqlarda  və  sellofan  paketlərdə 
qablaşdırılır.  Yeyinti  sənayesində,  spirtsiz  içkilərin, 
şirniyyat  məmulatının,  kompotların  istehsalında  və 
kulinariyada istifadə olunur.  
Sirkə  turĢusu  –  asetat  turşusunun  (CH
3
COOH) 
zəifləşdirilmiş  3-10%-li  məhlulundan  ibarətdir.  Sirkə 
turşusunu  qədimdən  tərkibində  şəkər  olan  meyvə  və 
giləmeyvə  şirələrinin  sirkə  turşusuna  qıcqırdılması 
(Mycaderma  aceti  bakteriyalarının  iştirakı  ilə  bioloji 
üsulla
 
) yolu ilə əldə ediblər. Lakin müasir dövrdə sirkə 
digər  üsullarla  da  (Ağacın  quru  distilləsi  və  sintetik 
üsulla  asetilendən)  alınır.  Yeyinti  məqsədləri  üçün 
əsasən bioloji üsulla alınmış sirkədən istifadə edilir. 
Hazırlandığı xammaldan asılı olaraq sirkə müxtəlif 
adlarda  –  üzüm  sirkəsi,  alma  sirkəsi,  tut  sirkəsi,  bal 
sirkəsi və s. adlarda satışa buraxılır. Sirkəni pərakəndə 
satış üçün 0,1; 0,25 və 0,5 litr tutumlu şüşə butulkalara, 
istehsalata  göndərmək  üçün  15;  25  və  60  litr  tutumlu 
balonlara doldururlar.  
Ağacın  quru  destilləsindən  sirkə  cövhərini  70-
80%-li  olmaqla  40;  60  və  100  ml  tutumlu  şüşələrdə 
satışa  verirlər.  Sirkəni  quru  və  sərin  yerdə  saxlamaq 
lazımdır. 

 
250 
“Qurani –Kərim”-də buyurulur: 
 “Siz xurma ağaclarının meyvəsindən və üzüm-
lərdən Ģərab  (yaxud sirkə)  və  gözəl  ruzi  (kişmiş, mö-
vüc,  bəhməz,  quru  xurma  və  s.)  düzəldirsiniz.  ġüb-
həsiz ki, bunda da ağılla düĢünənlər üçün bir ibrət 
vardır.” (ən – Nəhl, 16/67).  
Göründüyü  kimi  bu  ayədə  meyvələrdən  alınan 
qidalı məhsullarla yanaşı, sirkədən də söhbət gedir. 
 
Sirkə haqqında hədislər 
 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1.  “Hər  kəs  sirkə  yesə,  onun  başı  üstündə  bir 
mələk  durar  və  o,  yeyib  qurtarana  qədər  onun  üçün 
istiğfar edər”. 
2.  “Nə  yaxşı  çörək  qatığıdır  sirkə?  Sirkə  olan  ev 
kasıb deyil”. 
3.  “Nə  yaxşı  çörək  qatığıdır  sirkə!  Ey  Allahım, 
sirkəni  bizə  mübarək  elə.  O  məndən  qabaqkı 
peyğəmbərlərin də çörək qatığı olub”. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Sizə  tövsiyə 
edirəm sirkəni. O sizin daxilinizdə olan bütün canlıları 
(qurdları) qətlə yetirər”. 
 
 
 
 
 
 
 
 
 
 

 
251 
YE MƏ K    VƏ    I Ç M Ə K   Q A YD AL A RI  
 
 
Məlumdur  ki,  insanın  həyatı  və  səhhəti  bilavasitə 
onun  təmiz  və  pak  olması  ilə  əlaqədardır.  Təsadüfi 
deyil ki, bütün şəriət kitabları təharət bəhsi ilə başlanır. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Din  özü  paklıq 
üzərində qurulub”.  
Çünki o pak bir mənbədən, ilahi bir çeşmədən öz 
başlanğıcını götürüb. O çeşmə münəzzəh və pakizədir. 
Peyğəmbər  (s.ə.v.)  buyurub:  “Allah-təala  özü  pakdır, 
pak olmağı da xoşlayır”. Odur ki, insanın bədəni və əli 
nə  qədər  təmiz  və pak olsa da,  yeməkdən  qabaq  əlləri 
yumaq  lazımdır,  bunun  böyük  fəziləti  vardır.  Rəsuli-
Əkrəm (s.ə.v.) buyurub ki, hər kəs xeyir və bərəkətini 
artırmaq istəyirsə, yeməkdən qabaq əllərini yusun. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Yeməkdən qabaq 
dəstəmaz  almaq  fəqirliyi  aparar,  yeməkdən  sonra 
dəstəmaz  almaq  qəm-qüssəni  aparar  və  gözə  sihhət 
verər”. 
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamdan 
qabaq əllərini yuyub dəsmal ilə silməsə, əlində rütubət 
qaldığı müddətdə o təamın bərəkəti getməz”. 
Böyük  din  rəhbərlərimizdən  bizə  yetişən  bu 
xəbərlərə müvafiq olaraq, bizim yerlərdə qabaqkı dövr-
lərdə  hər  məclisdə  “əl  suyu”  verilərdi.  Bundan  ötrü 
xüsusi  yaraşığı  olan  bədii  zövqlə  bürüncdən  qayrılmış 
“aftafa-ləyən”  olardı,  süfrənin  əvvəlində  və  axırında 
məclisi  idarə  edən  “xəlifə”  həmin  “aftafa-ləyən”  ilə 
məclis əhlinin qabağına gəlib, onların əlinə su tökərdi, 
sonra  qolu  üstə  gəzdirdiyi  dəsmalı  onlara  təqdim 
edərdi.  Bu  “əlyuma”  mərasimi  məclisə  xüsusi  bir 

 
252 
rövnəq  verərdi.  Təəssüf  ki,  bu  gözəl  adət  sonralar 
aramızdan  götürüldü.  Müasir  cavanlar  indi  o  “aftafa-
ləyən”-i bəlkə muzeylərdə görə bilərlər. 
Bizim keçmiş zamandakı məclislərin qaydası belə 
idi.  Hər  məclisdə  yeməkdən  qabaq  əllər  yuyulub  pak 
və təmiz olurdu; ona görə də aş və plov kimi xörəkləri 
qaşıqla  yox,  əl  ilə  yeyərdilər.  Bu  adət  Peyğəmbərimiz 
(s.ə.v.)  cənablarından  bizə  gələn  miras  idi.  O  Cənab 
(s.ə.v.)  buyurub  ki,  yeməkdən  sonra  barmaqlarınızı 
yalayın, ondan sonra yuyun və ya dəsmalla silin. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1. “Mən təvazökar bəndəyəm, qullar ilə birlikdə yer-
də oturub təam yeyirəm, barmaqlarımı da yalayıram”. 
2.  “Məclisin  əvvəlində  gərək  mənzil  sahibi  əvvəlcə 
əlini  yusun,  məclisin  axırında  isə  mənzil  sahibi  əlini  ən 
axırda yusun. Çünki o, ev sahibidir, əli batıq halda məc-
lisin  axırına  qədər  durub  gözləyə  bilər,  amma  qonaqları 
əli batıq halda intizarda qoymaq ədəbsizlik olar”. 
Rəvayət edirlər ki, o Cənab (s.ə.v.) süfrənin axırın-
da  əlini  yuyub,  üzünə  və  başına  çəkərdi,  sonra  dəs-
malla  qurulayardı  və  bu  duanı  oxuyardı:  “Əllahum-
məcəlni mimmən la yərhəqü vücuhühum qətərün və la 
zillə”.  Yəni:  “Ay  Allahım,  məni  o  kəslər  cümləsindən 
qərar ver ki, onların üzünə simiclik və zillət gəlməz”. 
3.  “Hər  kəs  öz  evində  xeyir-bərəkəti  artırmaq 
istəyirsə,  təam  başlayan  vaxtda  və  təam  qurtarandan 
sonra  əlini  yusun.  Hər  kəs  buna  riayət  etsə,  həmişə 
firavan yaşayar və bədənində heç bir naxoşluq olmaz”. 
4.  “Yeməkdən  sonra  əlinizi  yuyub,  onda  qalan 
rütubətlə  gözlərinizə  məsh  edin  ki,  göz  ağrısından 
əmanda olasınız”. 
Həzrəti Əlidən (ə) rəvayət olunur ki, buyurdu:  

 
253 
1.  “Təam  yeməyə  başlayanda  Allah-Təalaya  zikr 
elə  ki,  o  təam  Allahın  nemətlərindən  biridir.  Ondan 
ötrü şükr etmək lazımdır”. 
2.  “Təam  yeyəndə  qullar  kimi  yerdə  oturub  ye, 
ayaqlarını  bir-birinin  üstünə  aşırma  və  dizi  üstə 
oturma.  O  cür  oturmaqdan  Allahın  xoşu  gəlmir  və 
adam üçün günahdır”. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub  ki,  süfrə  üstə  olan 
müddəti  uzadın,  çünki  o  müddət  sizin  ömrünüzdən 
hesab olunmayır. 
Imam Həsən (ə) buyurub ki, süfrəyə aid on iki xis-
lət  var.  Hər  müsəlmana  vacibdir  ki,  onları  bilsin.  On-
ların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir.  
Vacib olan şeylər bunlardır: 1) mərifət, yəni Allahı 
öz sifətlərilə tanımaq; 2) riza, yəni Allahdan gələn hər 
bir  şeyi  razılıqla  qəbul  etmək;  3)  təsmiyə,  yəni 
“Bismillahir-rəhmanir-rəhim” demək; 4) şükr etmək. 
Müstəhəb  olan  şeylər  bunlardır:  1)  yeməkdən  qa-
baq əli yumaq, boynunda cənabət qüslü olan adama bu 
iş  daha  təkidlə  lazımdır;  2)  yemək  zamanı  bədənin 
ağırlığını  sol  tərəfə  salmaq;  3)  təamı  üç  barmaqla  gö-
türüb  yemək;  4)  yeyib  qurtarandan  sonra  barmaqları 
yalamaq. 
Ədəbə aid olan şeylər isə bunlardır: 1) təamın sənə 
tərəf  çevrilmiş  yerindən  yeyəsən;  2)  loxmaları  kiçik-
kiçik  edəsən;  3)  təamı  yaxşı-yaxşı  çeynəyəsən;  4) 
süfrədə oturan adamların üzünə az baxasan. 
Əmir  Ibni  Qeys  nəql  edir  ki,  Mədinədə  Imam 
Muhəmməd Baqir (ə) mənzilinə varid oldum. Gördüm 
ki,  o  Cənabın  qabağında  süfrə  var,  təam  tənavül  edir. 
Soruşdum  ki,  bu  süfrənin  həddi  (həqqi)  nədir?  O 
Cənab  (ə)  buyurdu:  “Süfrəni  salanda  “Bismillah”  de, 

 
254 
qurtaranda  “Əlhəmdülillah”  de,  yeyəndə  isə  təamın 
kənarlarından götürüb ye. Bunlar süfrənin həddidir”. 
Imam Cəfər Sadiq (ə) sol əl ilə  yeməyi və içməyi 
məkruh hesab edərdi. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  Həzrəti  Əli  (ə)  cənablarına 
buyurur: “Ya Əli,  yeməyə duz ilə başla, qurtaranda da 
duz  ilə  qurtar.  Çünki  duzda  yetmiş  dərdin  şəfası  var. 
Onlardan  bəzisi  bu  xəstəliklərdir:  dəlilik,  cüzam, 
alalıq, boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”. 
“Tibbül-əimmə”  kitabında  Imam  Cəfər  Sadiqdən 
(ə)  nəql  edilir  ki,  o  Cənab  (ə)  buyurub:  “Imkan  olan 
halda yol gedə-gedə yemə”. 
Rəvayət edirlər ki, o Cənabı söykənmiş halda təam 
yeyən  görməyiblər.  O  Cənab  (ə)  özü  də  buyurub  ki, 
Rəsuli-Əkrəm  (s.ə.v.)  cənabları  vəfat  gününə  qədər 
söykənmiş halda heç bir şey yeməzdi. 
Həzrəti Əli (ə) buyurub:  
1.  “Süfrədən  qayıdan  bütün  şeylər,  onunla  şəfa 
tapmaq istəyən kəslər üçün şəfadır”. 
2. “Təama üfürmək, onun bərəkətini aparar”. 
Bu üfürmək  ya təam  soyutmaq  üçün,  ya  da  başqa 
məqsəd  üçün  ola  bilər.  Hər  məqsədlə  olsa  da,  bu  iş 
məsləhət deyil.  
Bir  dəfə  Rəsuli-Əkrəm  (s.ə.v.)  hüzuruna  çox  isti, 
qaynar  təam  gətirdilər.  O  Həzrət  (s.ə.v.)  buyurdu: 
“Qoyun  qalsın,  soyusun,  bərəkət  soyuqdadır,  isti  şey 
bərəkətsiz olar”. 
Əmirül-möminin Əli (ə) buyurub:  
1.  “Hər  kəs  öz  kasasını  yalasa,  mələklər  ona 
sələvat göndərər və onun ruzisinin bol olması üçün dua 
edərlər, onun üçün əlavə səvablar yazılar”. 
2.  “Hər  kəs  təmiz  və  pakizə  təam  yesə,  təamı 

 
255 
yaxşı-yaxşı çeynəsə, meyli və iştahası olan halda təamı 
tərk etsə və mədəsini boşaltmaq lazım olan vaxtda ona 
mane  olmasa,  ölüm  xəstəliyi  gəlməyincə  heç  vaxt 
xəstələnməz”. 
Imam  Cəfər  Sadiq  (ə)  zəmanə  imamı  olmaqla 
bərabər,  həm  də  bütün  dünya  elmlərinə  vaqif  bir  alim 
və bir haziq təbib idi. O Cənab (ə) buyurub:  
1.  “Yaşlı  qoca  gərək  qarnı  təam  ilə  dolu  olarsa 
yatmasın.  Bu,  onun  yuxusu  üçün  yaxşıdır,  həm  də 
ağzının qoxusunu yaxşılaşdırır”. 
2.  “Əgər  sizi  təama  dəvət  ediblərsə,  məbadə  öz 
oğlunuzu  da  aparasınız.  Əgər  belə  etsəniz,  həram 
yemiş olarsınız və özünüzə günah qazanarsınız”. 
3.  “Tox  qarına  yemək,  alalıq  xəstəliyinə  səbəb 
olar”. 
4. “Çox yemək məkruhdur”. 
5. “Hər kəs dəvət olunmadan bir təam yesə, elə bil 
ki, bir parça od yeyib”. 
Imam  Rza  (ə)  buyurub:  “Yeməkdən  sonra  arxası 
üstə uzanıb, sağ ayağı sol ayağın üstünə qoy”. 
Fəzl  Ibni  Yusif  adlı  bir  şəxs  nəql  edir  ki,  bir  gün 
evin  xadimi  xəbər  verdi  ki,  qapıda  bir  nəfər  durub, 
səninlə  görüşmək  istəyir.  Adı  Musa  Ibni  Cəfərdir. 
Dedim,  ey  ğulam,  əgər  o  mənim  nəzərimdə  olan  şəxs 
olsa,  səni  azad  edərəm.  Özüm  qapıya  getdim. 
Həqiqətən.  Onun  Imam  Musa  Kazım  (ə)  olduğunu 
gördüm.  Dedim,  ey  mənim  ağam,  buyur.  Sonra  ona 
evin  yuxarı  başında  yer  göstərdim.  O  Cənab  (ə) 
buyurdu:  -  Ey  Fəzl,  evin  yuxarı  başında  oturmağa  ev 
sahibi  daha  çox  layiqdir.  Lakin  Bəni  Haşim  nəslindən 
orada  bir  kəs  olarsa,  evin  yuxarı  başı  ona  məxsusdur. 
Sonra  ərz  elədim  ki,  sənə  qurban  olum,  bizim  üçün 

 
256 
təam  hazırlanıb,  izn  versən  gətirərəm.  O  Cənab  (ə) 
buyurdu:  -  Xəlq  bunu  “gözlənməz”  (nağafil)  təam 
adlandırırlar, lakin mən onda bir kərahət görmürəm. 
Sonra  əmr  etdim,  ğulam  əl  yumaq  üçün  teşt 
gətirdi. O Cənab (ə) teştə  yaxınlaşıb buyurdu: - Həmd 
olsun o Allaha ki, hər şey  üçün hədd qoyub. Dedim: - 
Sənə fəda olum, bunun həddi nədir? Buyurdu: - Bunun 
həddi  odur  ki,  əvvəlcə  ev  sahibi  başlayıb  əlini  yusun 
ki, qonaqlarda fərəh və xoşhallıq yaransın. 
Sonra  o  Cənab  (ə)  “Bismillah”  deyib  əlini  yudu. 
Teşti  qaldıranda  “Əlhəmdülillah”  deyib  süfrəyə  gəldi. 
Dedim:  -  Sənə  qurban  olum,  bu  süfrənin  həddi  nədir? 
Buyurdu:  -  Bunun  həddi  odur  ki,  başlayanda  “Bismil-
lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən. 
Süfrədən  sonra  ğulam  diş  qurdalamaq  üçün  çöp 
gətirdi.  Soruşdum:  -  Mənim  ağam,  bəs  bunun  həddi 
nədir?  Buyurdu:  -  Bunun  həddi  odur  ki,  çöpün  ucunu 
sındırasan ki, dişin ətini yaralayıb qanatmasın. 
Sonra ğulam bir qabda şərbət gətirdi. Soruşdum ki, 
bunun  həddi  nədir?  Buyurdu:  -  Bunun  həddi  odur  ki, 
qabın qulpu olan yerdən və ya qabda sınıq yer varsa, o 
yerdən içməyəsən. Çünki o yer şeytanların yığılıb otu-
ran  yeridir.  Bir  həddi  də  odur  ki,  başlayanda  “Bismil-
lah”,  qurtaranda  “Əlhəmdülillah”  deyəsən.  Sonra  o 
Cənab  (ə)  buyurdu:  -  Ey  Fəzl,  süfrənin  axırında  süfrə 
əhli əllərini yuyandan sonra ev sahibi ən axırda öz əlini 
yumalıdır. Süfrənin ədəb qaydası belədir. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1. “Bazarda yemək alçaqlıqdır”. 
Bir  nəfər  o  Həzrətdən  (s.ə.v.)  soruşdu:  -  Ya 
Rəsuləllah (s.ə.v.), biz bazarda yeyirik, amma doyunca 
yox,  buna  necə  baxırsız?  O  Həzrət  (s.ə.v.)  buyurdu: 

 
257 
“Görünür  ki,  siz  təamı  bir  dəfədə  yox,  müxtəlif 
vaxtlarda  hissə-hissə  yeyirsiniz.  Onları  bir  yerə  yığıb, 
Allahın adını zikr edərək yeyin ki, bərəkətli olsun”. 
2. “Süfrədə oturan şəxs gərək təamı öz qabağından 
götürüb  yeyin.  Məclisdə  süfrə  əhlinə  ümumi  qabda 
təam  qoyularsa,  başqalarının  qabağından  bir  şey 
götürüb  yeməsin. Həmçinin, qoyulmuş təamın ortasın-
dan  götürməsin.  Əgər  şəxs  yeyib  doysa,  yenə  də  əlini 
süfrədən  çəkməsin  ki,  hələ  doymamış  süfrə  yoldaşları 
xəcalət  çəkməsinlər,  yeyib  doysunlar.  Belə  hallarda 
şəxs gərək özünü məşğul edib, süfrədən çəkilməsin”. 
Səhabələrdən  biri  nəql  edir  ki,  bir  dəfə  yeməkdən 
sonra Peyğəmbər (s.ə.s) cənabları hüzurunda gəyirdim. 
O Cənab (s.ə.v.) buyurdu:  
3.  “Gəyirməyini  dayandır,  adamların  çoxu 
dünyada  tox  olur,  Qiyamət  günündə  isə  aclıqları  uzun 
müddət çəkir”. 
4. “Hikmət nuru – aclıqda, Allahdan uzaq olmaq – 
toxluqda, Allaha yaxın olmaq- miskinləri sevməkdə və 
onlara yaxın olmaqdadır”. 
5.  “Çox  yeyib-içməklə  qəlblərinizi  öldürməyin, 
çünki  qəlblər  də  nəbatat  kimidir,  çox  su  içdikdə 
ölürlər”. 
6. “Çox  yeməyin ki, mərifət nuru sizin qəlbinizdə 
sönməsin. Hər kəs təamı yüngül etmək (əritmək) üçün 
namaz  qılıb  yatsa,  Cənnətin  huriləri  onun  yanında 
yatar”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  cənablarından  xəbər  aldılar 
ki,  hansı  kəslərdən  Cəhənnəmə  gedən  çox  olar? 
Buyurdu:  “Içi  boş  olan  iki  şey:  qarın,  bir  də  qadın 
tənasül üzvü”. 
Başqa təbirlə desək belə olar: “Qarınqulular, bir də 

 
258 
cinsi əlaqə hərisləri”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Hər  kəs  həlal 
yesə, onun başı üstə bir mələk durar və yeyib qurtarana 
qədər  onun  üçün  istiğfar  edər.  Amma  bəndənin 
mədəsində  həram  şey  olsa,  o  loxma  onun  mədəsində 
olduğu  müddətdə  asimanın  və  yerin  mələkləri  ona 
lənət edərlər. Allah-təala ona nəzər salmaz. Əgər bəndə 
həram  bir  loxma  yeyibsə,  tövbə  etməmiş  ölsə, 
Cəhənnəmə layiq olar”. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Qızıl  və  gümüş  qabdan  su  içmək  və  təam 
yemək olmaz”. 
2.  “Gümüşdən  hazırlanmış  və  ya  üzünə  gümüş 
çəkilmiş  qabdan  su  içmək  məkruhdur.  Hətta,  əgər  bu 
cür  qabdan  qeyri  bir  qab  olmasa,  su  içəndə  ağzınızı 
gümüş çəkilməmiş yerə qoyun”. 
Imam  Cəfər  Sadiqdən  (ə)  soruşdular  ki,  su  içəndə 
birnəfəsə içmək olarmı? Buyurdu:  
3.
 
“çox  şiddətli  hərarətiniz  olsa,  birnəfəsə  içə 
bilərsiniz.  Lakin  üçnəfəsə  içmək,  birnəfəsə  içməkdən 
əfzəldir”. Sonra o Cənab (ə) əlavə etdi:  
4.
 
“Özünüzü dəvəyə oxşatmayın”. Dəvə birnəfəsə 
doyana  qədər  su  içir,  həm  də  suyu  böyük  cürələrlə 
qəbul edir və zərbə ilə onun mədəsinə tökülür. Bu cür 
su içmək insan üçün zərərlidir. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  suyu  üçnəfəsə  içərdi.  Hər 
nəfəsin  əvvəlində  “Bismillah”,  axırında  “Əlhəmdülil-
lah” buyurardı. O Cənab (s.ə.v.) ayaq üstə su içməkdən 
nəhy  edib.  Yemək  barəsində  soruşanda,  o  Cənab 
(s.ə.v.)  buyurdu  ki,  ayaq  üstə  yemək,  ayaq  üstə  su 
içməkdən də pisdir. 
Imam Cəfər Sadiqdən (ə) suyun dadını soruşdular. 

 
259 
O Cənab (ə) buyurdu: “Suyun dadı, həyatın dadı kimi-
dir”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub  ki,  haçan  sizin  su 
və ya xörək qabına milçək düşsə, onu tamamilə o suya 
və ya xörəyə batırın, sonra çıxarıb atın. Çünki onun bir 
qanadında xəstəlik, o biri qanadında şifa var. O həmişə 
xəstəlik  olan  qanadını  suya  və  ya  təama  vurur.  Onu 
orada tamamilə çimdirin ki, şifa olan qanadı o xəstəliyi 
aparsın. 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin