Şəngülüm, Şüngülüm, Məngülüm



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix13.04.2017
ölçüsü0,56 Mb.
#13892
  1   2   3   4   5

Şəngülüm, Şüngülüm, Məngülüm 

 

  Biri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı 



Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm. 

   Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot, 

ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş, 

Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildəyə-dingildəyə qapının dalına 

gəlib soruşarmış: 

   -Kimdir? 

   -Şəngülüm, Şüngülüm, Məngülüm! 

   Açın qapını, mən gəlim! 

   Ağzımda su gətirmişəm, 

   Döşümdə süd gətirmişəm, 

   Buynumuzda ot gətirmişəm. 

   Şəngülüm, Şüngülüm, Məngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib 

onların otunu, suyunu verərmiş. Yedilər, içirər, yatırdarmış. Sabah örüşə gedəndə 

yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış, Şəngülüm, Şüngülüm, 

Məngülüm, qurd sizi aldadar, aparar yeyər, ha. Hər kim qapını döydü, mən deyən 

sözləri eşidməmiş açmayın. 

   Günlərin bir günü Qurd özünə söz verdi ki, Şəngülüm, Şüngülüm, Məngülümü 

yeyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. 

Şəngülüm, Şüngülüm, Məngülüm dingildəyə-dingildəyə qapının dalına gəlib 

səsləndilər: 

   -Kimdir? 

   Qurd dedi: 

   -Mənəm, Keçiyəm, balalarım, açın qapını. 

   Şəngülüm, Şüngülüm, Məngülüm o saat bilirlər ki, qapını döyən anaları deyil, 

Qurddur, onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını 

sındırmaq istəyirdi, bir də gördü ki, Keçi gəlir. Qaçıb bir kolun dalına girdi. Orda 

gizləndi ki, görsün Keçi qapını necə açır. O, biri tərəfdən Keçi gəlib qapını döyə-

döyə dedi: 

   -Şəngülüm, Şüngülüm, Məngülüm! 

   Açın qapını, mən gəlim! 

   Ağzımda su gətirmişəm, 

   Döşümdə süd gətirmişəm, 

   Buynumuzda ot gətirmişəm. 

   Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi içəri 

girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Bir az ordan-burdan söhbət elədilər. 

Balaları qapını döyüldüyünü söylədilər. Keçi dedi: 

   -O xain Qurddur. 

   Sonra balaların üzündən öpüb getdi. 

   İndi sizə xəbər verim Qurddan. Keçinin sözlərini Qurd öyrənmişdi. Koldan çıxıb 

bir az gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər oynaya-

oynaya qapının dalına gəlib soruşdular: 

   -Kimdir? 

 

1


   Qurd səsini Keçinin səsinə oxşadıb dedi: 

   -Şəngülüm, Şüngülüm, Məngülüm ! 

   Açın qapını, mən gəlim! 

   Ağzımda su gətirmişəm, 

   Döşümdə süd gətirmişəm, 

    Buynumuzda ot gətirmişəm. 

   Balaları elə bilir ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat 

Məngülümü yedi, Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları 

tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki, Qurd getdi, Şəngülüm, 

Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncə oturub ağlamağa 

başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab 

verən olmadı. Çəpişlər elə bildilər ki, yenə də Qurddur. Ona görə cavab 

vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki 

buynuz Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq, gəlib qulaq verdilər, 

balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu: 

    -Bəs, Məngülüm hanı? 

   Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi: 

   -Yaxşı, Qurdla mənimki qalsın, siz qapını bağlayın, evdə oturun. 

   Bəli, Keçi düşdü yolun ağzına. Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı. 

Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi: 

   -O kimdi, damın üstə. 

   Tappır-tuppur döyür 

   Ayağın damın üstə. 

   Keçi dedi: 

   -Balamı sən yemisən? 

   Tülkü dedi: 

   -Yox, mən yeməmişəm, get Qurddan soruş. 

   Keçi ordan dəmirçinin yanına gəlib dedi: 

   -Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir 

kasa qaymaq, bir kasa da süd verəcəyəm. 

   Dəmirçi razı oldu. Bir azdan Keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun 

qaymağını, südünü verdi. Keçi getdi çıxdı Qurdun damının üstünə. Bu vaxt qurd da 

bir qazan aş asmışdı, ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə 

torpaq töküldü. Onda qurd çağırdı: 

   -O kimdir damım üstə, 

   Toz tökər şamım üstə? 

   Aşımı şor eylədi, 

   Gözümü kor eylədi? 

   Keçi cavab verdi: 

   -Mənəm, mənəm, canavar 

   Buynuzum qoşa-qoşa. 

   Balamı sən yemisən 

   Gəl girək bir savaşa. 

   Qurd cavab verdi: 

   -Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım. 

 

2



   Qurd sözünü tamam elədi. Dişlərini qıçırtdi, istədi Keçini yesin. Keçi ona aman 

vermədi. Geri çəkilib irəli gəldi, ona elə bir buynuz vurdu ki, buynuzlar iki qarış 

onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını 

yırtıb Məngülümü çıxartdı, bağrına basdı, gözlərindən öpdü. Qurd qışqırıb dedi: 

   -Vay qarnım, vay. 

   Keçi dedi: 

   -Məngülümü yeməyəydin! 

   Vay qursağım deməyəydin! 

   Xain Qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, 

Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən-gözündən öpdülər, 

şadlıq elədilər. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3



Əşrəf 

 

 



   Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da 

yemək yemək otağında nazik və həzin bir səslə "Mən bir türkəm, elim-obam 

uludur" mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra 

içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi: 

   -Nə gözəl mahnıdır! Nə gözəl sözlərdir: "İsan olan vətəninin quludur!.." Bu 

mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı. 

   Uşaqlar atalarından bunu eşitcək cəld dedilər: 

   -Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!... 

   -Yaxşı, övladlarım, söylərəm, cünki söyləməli bir hekayədir. - Hacı Səmədin 

arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd də çaydan bir neçə qurtum 

içib başladı: - Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir şəhərdə 

Hacı Kazım namında bir tacir sakin idi. Bu tacir İstambul ilə güclü xəlçə alış-verişi 

edirdi. Hacı Kazımın çox övladı təvəllüd etmiş idisə də, cümləsi qırılıb, tək bircə 

on səkkiz yaşında Əlimərdan adlı oğlu qalmışdı. Əlimərdan çox gözəl oğlan idi. 

Ancaq alış-veriş etməyi sevməyirdi bə bir də çox pul tələf edərdi. Atası ha istəyirdi 

ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdı. Atası çox təkid 

edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan öləndən 

sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün... 

   Əlimərdan onun sözünü kəsmək üçün deyərdi: 

   -Yaxşı, ata, evlənməyə hazıram, ancaq gərək evləndiyim qız tərbiyəli, oxumuş 

ola, hərgah şəhərimizdə belə qız varsa bu saat nigahını oxut. 

   Bunu dediktə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq bu 

cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı Kazım özü də bilirdi ki, bu söz oğlu 

tərəfindən bir bəhanədir, çünki Əlimərdanın özü elmsiz bir cavan idi. Üç-dörd il 

məktəbdə oxuyub, ancaq ana dilində bir az savad qazanmış idi. Hacı Səməd 

oğlunun bu barədə də sözünü kəsmək üçün oxumuş qız arayırdı. Həmin şəhərdə 

Hacı Kazım ilə həmsinn Cəmaləddin ismidə bir mülkədar yaşayırdı. Cəmaləddin 

nəcib şəxslərin biri idi. Onun ata-babası öz zamanlarında böyük bir mülkə sahib 

olmuşdular, ancaq kiyaz Cəmaləddinin vaxtında o böyük mülk tələf olub, bir cüzi 

hissəsi qalmışdı ki, onun ilə də kiyaz özünü və övrətini bir tövr ilə saxlayırdı. 

Kiyazın övrəti Kamilə xanım anatollu Tofiq Paşanın qızı idi. Kamilə xanımın ana 

tərəfindən Cəmaləddinə qohumluq çatırdı. 

   Hacı Kazım ilə kiyaz Cəmaləddin cavanlıqdan bir-birilə dost idilər. Indi isə 

dostluqları daha da möhkəmlənmişdi. Hacı Kazım oğlunun, guya tərbiyəli qız 

tapmamaq səbəbinə evlənməkdən baş qaçırtmasını dostu Cəmaləddinə söyləmişdi. 

O da Əlimərdan istədiyi qızı tapmağa söz vermişdi. Amma buna Hacı Kazımın 

ümidi yox idi, çünki uşaqdan böyüyə kimi şəhərlərinin hamı adamlarını tanıyırdı: 

oğlu istədiyi qız orada yox idi, amma bu xeyir işə bir ittifaq səbəb oldu: üç gün idi 

ki, Kamilə xanımın bacısı Nəcibə xanım ona qonaq gəlmişdi. Kamilə və Nəcibədən 

başqa Tofiq paşanın üç oğlu və iki qızı da var idi. Bu böyük külfəti ancaq öz 

təqaüdü ilə dolandırırdı və onlara lazımınca tərbiyə vermişdi.  

 

4



   Kamilə xanım atasının qocalığını və qardaşlarının körpəliyini mülahizə edib 

Əlimərdana getməyini Nəcibəyə təklif etdi, o da bu təklifi qəbul etdi. Atasının 

razılığına Kamilənin şübhəsi yox idi. Məktub vasitəsilə yazıb, Nəcibənin izinini 

istədi. 


   Hacı Kazım bu işə artıq dərəcədə şad idi və oğlunun da belə nəcib şəhslər ilə 

qohum olmağa razı olmasına şübhəsi yox idi. Bu səfər Hacının zənni düz oldu: 

Əlimərdan bu əmrə şadlıqla razı oldu. Tezliklə Nəcibə xanımın atasından da razılıq 

məktubu gəldi. Hacı Kazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi. 

   Nəcibə on yeddi yaşında qayət, gözəl bir anatollu qızı idi. Gözəlliyi dərəcəsincə 

də elm və tərbiyə almışdı. 

Nami qoyulmuş "Nəcibə"liyi, hər bir əsərindən aşkar olurdu. Əlimərdan Nəcibəni 

ürəkdən sevib onun təsir göstərməyi ilə bir az müddətdə cəmi fəna əməllərini 

bilmərrə tərk etdi. Bu iki cavanın bir-biri ilə olan gözəl rəftarı və dolanacaqları 

şəhər cavanları üçün dərs olmuşdu. 

   Tarix hicrinin 1303-də, baharın əvvəlində, Nəcibədən hekayəmizin qəhrəmanı 

Əşrəf təvəllüd etdi. 

   Əşrəfin dünyaya gəlməsi babası Hacı Kazımın qəflətən vəfat etməsinə səbəb 

oldu. Belə ki, Hacı Kazımın, Həsən adında bir qoca xidmətçisi vardı. Bu xidmətçi 

Əlimərdana lələlik etməyinə görə hamı ona lələ nami verib çağırardı. Həsən lələ 

Əlimərdanı çox istəyirdi və onun böyüyüb, indi evli kişi olmasını əsla nəzərə 

almayıb, yenə də lələlik vəzifəsindən əl götürməyirdi. Hacı Kazım Həsən lələyə 

demişdi ki, hərgah Əlimərdanın oğlu olsa, ona da lələ olacaqsan. Bu da Həsən 

lələni nəhayət dərəcədə şad etmişdi. O idi ki, Həsən lələ hamıdan tez Nəcibə 

xanımın oğlan doğmasını bilib Hacı Kazıma müjdə verməyə qaçdı. O zaman Hacı 

Kazım bazardan evə gəlirdi. Qapıya çatdıqda Həsən lələ təngnəfəs bu xəbəri ona 

verdi. Hacı Kazımın bu şadlıq xəbərindən ürəyi çatlayıb öldü və intizarını çəkdiyi 

nəvəsini görmədi. Bu ittifaq cümləni, ələəxüsüs Həsən lələni məyus edib, 

şadlıqdan qoydu, o özünü bu barədə müqəssir hesab edib deyirdi:  

   -Hərgah, mən bu şadlıq xəbəri ona verməsə idim, onun bağrı çatlayıb ölməzdi.  

   Atasının vəfatından sonra Əlimərdan ticarət işini baş xadimi Əzimə tapşırıb, özü 

gününün çoxunu evdə keçirməyə başladı. 

   Əşrəf böyüyüb, yaşı altıya yaxınlaşdı. Bu çox gözəl, sağlam və sevimli bir uşaq 

idi. Nəcibə xanımın elm tərbiyə verməkdə nə dərəcədə qabilə və ustad bir ana 

olmağı oğlunun gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl 

vurmazdı, söyüş kimi fəna xasiyyətlər əsla onda yox idi. Dili qayət şirin idi. Sağ 

yanağında böyük bir xalı var idi, gülən zaman bu xal üzünün çuxuruna düşüb, ona 

xeyli məlahət verirdi. Ata-anası Əşrəfi çox istəyirdi. Hər gün ona cürbəcür libas 

geyindirib gəzdirirdilər. Atası onun üçün balaca ikitəkərli fayton və bir eşşək 

almışdı. Həsən lələ eşşəyi faytona qoşub, gündə Əşrəfi şəhərdə gəsdirərdi. Şəhər 

əhlinin əksəri onu tanıyıb əzizlərdi. əlimərdan tanışlarına gülə-gülə deyərdi: 

   -Şəhər uşaqları arasında mən bir məşhur adam olmuşam: onlar harada məni 

görsələr, "Odur Əşrəfin atası gedir" deyib bir-birlərinə göstərirlər. 

   Həsən lələyə gəldikdə xalqın Əşrəfə boylə diqqətlə baxıb nəzər yetirdiyinə və 

tərif edib, "Nə gözəl uşaqdır!" dediklərinə çox acığı tutardı. 

 

5


   -Axırda birinin uşağa gözü dəyəcəkdir, deyib Nəcibə xanıma şikayət edərdi. O da 

gülüb deyərdi: 

   -Göz dəyməkdən qorxma, Həsən lələ, onlar yanlış sözlərdir, ancaq Əşrəfi fəna 

xasiyyətli uşaqların yoldaşlığından, tərk-ədəb əsərlərindən mühafizə et. 

   -Yox, xanım, siz bəd gözün təsirinə inanın. Mən çox ittifaqlar bilirəm, - deyə 

Həsən lələ cavab verərdi. 

   Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını vəzərə 

alıb, onun köhnə adətlər tərəfdarı olmasını adi bir təbiət sayırdı, ona görə də bu 

barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir gecə Əşrəfi soyunduranda onun 

boynunda bir parçaya tikilmiş bir heykəl görüb dedi: 

   -Oğlum, bunu kim sənin boynundan asmışdır? 

   Əşrəf dodaqlarında təbəssüm, iri və qara gözlərini şivə ilə kiçildib, xeyli 

nəzakətlə dedi: 

   -Heç kəsə deməzsən ki? 

   -Yox, oğlum, heç kəsə demərəm, de! 

   -Bunu Həsən lələ asmışdır, demişdir ki, heç kəsə demə, bunu assan sənə göz 

dəyməz. 

   Bu, Nəcibə xanımın oğluna verdiyi tərbiyəyə müğayir (zidd) idisə də, bir 

tərəfdən lələnin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun "belə olmasa 

ona göz dəyər!" dediyi ilə iztirabda olduğunu nəzərdə tutub, duanı oğlunun 

boynundan çıxartmadı. 

   Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna 

da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevməyirdi. 

Uşaqlıqda dənizi çox sevib, gəmiçiliyi arzu edirdi. Atasının sağlığında ticarət işini 

irəli aparmaq üçün tez-tez İstambula səfər edirdi. Bu isə onun dənizə məhəbbətini 

daha da artırırdı. Indi işi belə görəndə, əsla sevmədiyi xəlçə alış-verişindən 

bilmərrə əl çəkib, arzusunu çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanın 

bütün malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox 

şad idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə 

arvad hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə 

qorxuda vaxt keçirmıək Nəcibə xanıma təsir edib, onu gündən-günə arıqladırdı. Nə 

qədər ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul 

etməyib rədd edirdi və deyirdi: 

   -Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır, istər rahat evdə və istərsə də 

dənizdə olsun. 

   Nəcibə deyirdi: 

   -Mənim rahatlığım üçün səndən təvəqqe edirəm ki, dənizə özün getməyəsən. Sən 

xidmətçilərini göndər, özün də hesaba baxarsan. 

   -Yox, əzizim, belə olmaz. Iş sahibi gərək işinin üstündə olsun. Görmədinmi 

istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşallah mənə heç 

şey olmaz. 

   Bu sözlər Nəcibə xanımı rahat etməyirdi. 

   Əlimərdanın evi dənizin kənarında tikilmişdi. Buradan dənizin üzü göz sürdükcə 

aydın görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez eyvana çıxıb, 

durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü. Əlimərdanın dənizə 

 

6



olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun şeyləri içində gəmi, 

lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq sevirdi. Bağçalarında 

balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə gəzirdi. Gah-gah bu 

göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə dənizdən çıxıb, evinə 

gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və zəhmətindən əsla 

danışmayıb, hər yerdə onun tərifini və gözəlliyini söyləyirdi. Bu nağıllar həmişə 

Əşrəfə böyük təsir edir və öz ürəyində dənizə olan məhəbbətini daha da artırırdı. 

Hətta Həsən lələnin də nağılları içində dəniz xüsusunda olanlarını artıq sevirdi. Bu 

məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi: 

   -Əşrəf, səni fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb 

"Məktəbi-hərbiyyə"yə verəcəyəm ki, oradan baban kimi "Paşa" çıxsın! 

   -Yox, anacığım! Mən onu istəməyirəm, mən oxuyub "kapitan" olacağam! 

Özümün gəmim olacaq və Həsən lələni də orada "matros" edəcəyəm - Əşrəf 

anasına bu yol ilə cavab verərdi. 

   Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi: 

   -Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gərək atasının yolu ilə getsin. 

   Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa 

gəmilərə toqqaşırdı və sınıb onu xeyli zərərə salırdı, gah daşıdığı mala zəfər 

yetirdiyi üçün onun cəriməsini verirdi. Getdikcə Əlimərdan borca düşürdü, bu 

səbəbə onu fikir alırdı; ancaq işinin boylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı 

ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü 

şad saxlayırdı. Nəcibə isə bunu duyurdu və bunun üçün də kefi açılmayırdı. 

Əlimərdana tez-tez yalvarırdı ki, bu sənətdən əl götürsün. Indi Əlimərdan özü də 

bu fikrə gəlmişdi. Ona görə Nəcibəyə dedi: "Nəcibə, sənə söz verirəm ki, işlərimi 

bir qaydaya salan kimi bu sənətdən əl götürəcəyəm". Nəcibə ərinin verdiyi bu 

vədəsindən nihayətdə şad oldu. 

***  

 

   



   Payızın son ayi idi. Qara dənizin ən fırtınalı bir zamanı idi. Üç gün idi ki, dənizin 

nərilti və gurultusuna adət etməmiş şəhər əhli yata bilməyirdi. Qara dənizin boylə 

adətdən xaric nəriltisini qoca, kişilər də görmədiklərini söyləyirdilər. Əlimərdanın 

gələn vaxtı idi. Fəqət gəlib çıxmadığı Nəcibə xanımı çox təşvişə salırdı. Gecələr 

yatmayıb namaz qılır və Əlimərdanın salamat olması üçün allaha dua edirdi. 

Gündüzlər də durbinlə dənizə baxıb, təşvişdə idi. Qara dənizin zəhmi balaca Əşrəfi 

də almışdı. O, Həsən lələsinə deyirdi: "Həsən lələ! Daha mən kapitan olmağı 

istəmirəm!" Nəcibənin təşvişi getdikcə artırdı. 

   -Həsən lələ, görəsən bu necə işdir. Əlimərdan necə oldu? Üç gün bundan qabaq 

gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən? 

   -Qorxma xanım, allah kərimdir. Heç şey olmaz! Gəminin kapitanı təcrübəli 

adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır. 

   Nəcibə xanım artıq dərəcədə təşvişdə idi. Hansı gəmiçidən oruşurdularsa, 

gördüm deyən yox idi. Nəhayət, "Trapezund" şəhərinə mal apardığını soraq verən 

tapıldı. Həsən lələ hər gəmi gələn kimi körpüdə hazır olurdu ki, ağasından bir 

 

7



xəbər bilsin. Bir axşam Həsən lələ xeyli qəmgin evə qayıtdı. Nəcibə xanım onu 

görüb, artıq təşvişlə soruşdu: 

   -Həsən lələ, nə xəbər bildin? 

   -Xanım, bir yaxşı xəbər bilməmişəm, ağa nə səbəbdən isə "N" şəhərindən 

gəmidən mal verdiyi zaman divan tərəfindən tutulub dustaq olmuşdur və gəminin 

bəzi malları da zəbt edilmişdir. Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər 

verən yoxdur. 

   Bu xəbərdən biçarə Nəcibə xanım bitab olub, özündən getdi. Bu ittifaqdan üç 

gün keçmiş Əlimərdan gəmisi ilə bərabər gəlib, öz şəhərinə çıxdı. Fəqət, şəhərə 

çatan kimi onunla gələn divan əhli onu, kimsə ilə görüşməmiş, həbsxanaya 

ap!rdılar və bir müddət heç kəsi onun yanına qoymadılar. 

   Zavallı Nəcibə bu ittifaqdan xəstə olub yatırdı. Axırda Nəcibə xanıma əri ilə 

görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi: 

   -Nəcibə, öz təqsirimdir ki çəkirəm. Axır vaxtlar işlərim çox dolaşmışdı, 

borclarım həddən aşmışdı. Ancaq həqiqəti səndən gizləyirdim. Bir cuhud məni 

yoldan çıxartdı. Çox artıq kirayə verməklə Osmanlı torpağından Rusiyaya gəmimə 

"kontraband" qaçaq malı yığdı. Gəlib "N" şəhərinə çıxdıq. Sahibi getdi ki, axşam 

gəlib malını gəmidən çıxartsın. Mən də yük vurduğum qeyri malları gəmidən 

çıxardırdım. Divan əhli gəlib gəmini axtardı. "Kontraband" malları tutdu. Cuhud 

da yox oldu. Təqsiri boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm 

etmə, allah kərimdir. Get Əşrəfdən də muğayat ol. 

   Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu 

müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər 

və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini 

satıb borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirligini 

çəkib qurtarınca Nəcibə və Əşrəfi Kamilə xanımın yanında qoymaq idi. Amma 

vəfalı arvad ərindən ayrılmaq istəmədi. Kamilə xanım və əri nə qədər yalvardılar 

isə də mümkün olmadı. Axırda Əlimərdan əlacsız qalıb, razı oldu. Həsən lələ də 

bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca 

bilirəm. Siz isə heç biriniz bilməyirsiniz, mənsiz necə dolanarsınız? Mənim sizə 

xeyirdən başqa nə zərərim ola bilər? Həsən lələ bu sözdən sonra Əlimərdandan 

getməyə izin istədi və onu razı elədi. 

   Yayın əvvəlində, yağışlı bir gündə Əlimərdan, Nəcibə, Əşrəf və Həsən lələ gözü 

yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən ayrılıb, vaqon ilə yola 

düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə stansiyada bir övrət qışqırıb ürəyi 

getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad və dəhşətli bir ölkəyə 

getməsinə zavallı arvad səbir edə bilməyirdi. Vaqonun dəmir pəncərəsindən baxan 

Nəcibə xanım da bacısını öylə gördükdə bitab olub, yerə yıxıldı. Əlimərdana 

gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə çatmış idi ki, saatlarla 

gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə bilməyirdi. Və onu da belə 

fikrə salan arvadı və oğlu idi. O fikir edirdi ki, Sibir kimi soyuq bir vilayətdə, 

cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Əşrəf necə dolanacaqlar?! 

   Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf öylə 

bilirdi ki, özgə vilayətə köçürlər və orada atasını dustaq etməyib, azad edəcəklər. 

Bunların vaqonu özgə vaqonlar kimi deyildi. Pəncərələri dəmirdən olub, 

 

8



qapılarında da əsgər dayanırdı. Bu əsgər həmişə Əşrəfi görəndə nə isə bir söz 

deyirdi və gülümsünürdü. Əşrəf rusca bilmədiyi üçün onun dediyini başa 

düşməyirdi. Amma Həsən lələ əsgərlə rusca danışırdı. Həsən lələ tez-tez 

stansiyalarda düşüb, Əşrəf üçün yeməli şeylər alırdı. Və bəzən Əşrəfin özünü də 

düşürdüb, gəzdirirdi. Səfərin altıncı günü gəlib böyük bir stansiyaya çıxdılar. Bu 

zaman Həsən lələ bir sibirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla şirin 

söhbətdə ikən, Əşrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü. Həsən 

lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və onun 

ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə də, 

çinli bir oyunçunun cürbəcür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan 

düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə 

başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri 

olmadı. Həsən lələnin də başı söhbətə qarışıb, Əşrəfin stansiyada qalmasından 

xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaş-

yavaş dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.  

 

   Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb, 



onun kim olduğunu və burada nə qayırdığını xəbər aldılarsa, Əşrəf cavab verə 

bilmədi, cünki rus dilini bilməyirdi. Onlar Əşrəfin çəkəzi libasından duydular ki, 

bu bir müsəlman uşağıdır və anladılar ki, bu ata-anasından izincis vaqondan düşüb

burada qalmışdır. Onlar Əşrəfin halına çox yandılar. Onlardan biri gedib "jandarm" 

çağırdı ki, Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı 

və özünü bir qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başını sığallayıb öpdü. 

Zavallı çocuq arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, öylə bilirdi ki, 

jandarmı ona tənbeh etmək üçün çağırmışdılar. Rəhmdil arvad Əşrəfin halına 

nəhayət yanırdı. Bu qoca arvadın adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç 

ilə Samara şəhərinə gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiyyət 

müəllimi idi. Indi bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf 

jandarmın qorxusundan səsini kəsib, Sofiya Aleksandrovnanın qucağında 

sıxılmışdı. Bu halda Nikolay İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan 

sonra Nikolay İvanoviç jandarma dedi: 

   -Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz gedib 

stansiya nazirinə məlum edin ki, bu barədə o biri stansiyaya teleqram vursun. Qoy 

uşaq da bizim yanımızda qalsın. Buyur, bu da mənim "Kart-vizitim"dir!  

Jandarm "Kart-viziti" alıb oxudu: - "Nikolay İvanoviç Barsov Samara edadi 

məktəbinin ümumi təbiyyət müəllimi". Jandarm buna razı olub getdi. Adamlar da 

dağılışdılar.  

   Iki rəhmdil qocanın səyi ilə Əşrəf ağlamağını kəsib könlü açıldı. Nikolay 

İvanoviç Əşrəfin adını bilmək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadını 

göstərib dedi: "Sofiya", sonra özünü göstərib dedi: "Nikolay". Əşrəf onun fikrini 

anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: "Əşrəf". Ər və arvad Əşrəfin 

böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə 

əhvalatı deməsinə görə o da teleqraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı 

ki, ikinci stansiyanın yaxınlığında vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu 

stansiyadan kömək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay 

 

9


İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa 

izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt 

uşağın ata-anası çıxsa, öz xərci ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna 

razı olub iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb, 

özü ilə Samaraya apardı. 

   Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə 

övrət, oylə zəif düşmüş idi ki, üzvlərini də tərpətməyə qüdrəti yox idi: iki gün idi 

ki, bihuşluğu davam edirdi. Nəcibə xanımın özünə gəlməyinə Əlimərdan çox şad 

oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun qapısı açıldı. 

Nəcibə xanımın gözləri silahlı əsgərə sataşdı. Əlimərdan durub qapını örtdü. 

Nəcibə zəif səslə dedi: 

   -Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış... 

   Əlimərdan arvadının fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasını 

yuxu bildiyini görüb dedi: 

   -Əzizim, azarlı olmağına görə həkim bir müddət danışmayıb, rahat olmağını əmr 

etmişdir. Iki gündür ki, acsan, al bir az süd iç! Əlimərdan Nəcibə xanıma bir qədər 

südlə bulka yedirtdi. Bir azdan sonra Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə 

onun yanında qəmgin və məyus əyləşib fiktə getdi. "Bir müddətdən sonra Nəcibə 

yaxşı özünə gələrsə və Əşrəfin hanı deyib sorarsa, nə cavab verəcəyəm, xudaya?"  

***  


 

   


   O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara 

şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da axırda Nikolay İvanoviçin 

səyi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən gəmiləri 

görüb, yenə vətənləri yadına düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə gəmiləri 

göstərərkən, Sofiya Aleksandrovnaya dedi: 

   -Bax, bizim də böylə gəmimiz var idi. Mənim özümün "lodka"m da var idi. 

Həsən lələmlə minib gəzirdik. 

   Sofiya Aleksandrovna "lodka" sözündən başqa bu danışıqdan heç bir şey anlaya 

bilmədi. Əşrəfi qucağına alıb dedi: 

   -Dözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka alacağam. 

Ondan başqa çoxlu oyun şeyləri də alacağam. - Əşrəf də bu danışıqdan ancaq 

"lodka" sözünü başa düşdü. 

   Barsov aldığı ev, Volqa cayının kənarında tikilmişdi. Bu evin eyvanından çox 

gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi cürbəcür gəmilər Volqa çayının 

üzərində ağzıyuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi. 

   Bir tərəfdən yolun əziyyətindən, bir tərəfdən də lazımınca müqəyyəd 

olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə

o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi. 

Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. əlimərdan Həsən 

lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilməyirdi, bir şey lazım olanda məəttəl 

qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökümət tərəfindən təyin olunan Sibir 

Tomsk şəhərinə çatdılar. Bu şəhərdə divan tərəfindən polisə tapşırılıb azad 

olundular. Həsən lələ isə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı 

 

10



hökümət, mütərcim vasitəsilə Əlimərdana təklif etdi: ancaq bunu Əlimərdan qəbul 

etmədi və mütərcim müsəlmandan təvəqqe etdi ki, onun ilə bərabər şəhərdə mənzil 

axtarsınlar, o da razı olub, öz evində kirayəyə oturmalarını təklif etdi. Əlimərdan 

çox şadlıqla bunu qəbul etdi. Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi 

ki, polisədə yazıçılıq edirdi. Həbibulla yazıçılıq və evlərinin bir hissəsini kirayə 

verməklə arvadı Gülsüm ilə bərabər mənşət edirdi. 

   Əlimərdan Həbibulladan üç otaq kirayə edib, burada qaldı. Gülsüm Nəcibə 

xanıma ürəkdən qullluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım 

yavaş-yavaş sağalmağa başladı. Həsən lələ də sağalmağa üz qoyurdu. Əlimərdan 

Həbibullanın gözəl xasiyyətini və onlarla etdiyi yaxşı rəftarı görüb, onu qardaşı 

kimi sevirdi. Onların əksəri Əlimərdan kimi Sibirə sürgün göndərilmədilər. 

Bunlardan bəzilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib, daha öz 

yerlərinə qayıtmaq istəmirdilər.  

***  


 

   


   Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə 

əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı: 

bacanın gurultusu Nəcibə xanımın qəmini daha da artırırdı. 

Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl 

mənzərələrində idi. 

Əlimərdan və Həsən lələ də bu otaqda idilər, onlar da çölün gurultu və şaqqıltısına 

tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu: 

   -Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi? 

   Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın gözlərindən yaş 

tökülürdü. Əlimərdan arvadına dedi:  

   -Nəcibə, nə üçün yenə Əşrəfin ölümünü yada salıb, Həsən lələni məyus etdin? 

Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır.  

   -Bağışla, əzizim, bu gecə də Əşrəfi yuxumda gördüyüm üçün soruşdum. 

Yuxumda gördüm ki, Əşrəf mənə deyir: "Ana, qara çuxamı çıxart, ağ çuxamı 

geydir".  

   Həsən lələ birdən başını qaldırıb, nə isə demək istədi, lakin özünü saxlayıb, yenə 

başını aşağı saldı. 

   Həsən lələnin yaraları sağalıb özünə gəldiyi zaman, Əlimərdan vaqonun necə 

dağılmasını və Əşrəfin meyitini tapılmasını, ona söyləmişdi. Həsən lələ bir 

tərəfdən öz təqsirini və bir tərəfdən də Nəcibə xanımın birdəfəlik Əşrəfin ölümü 

xəbəri ilə sakit olmasını nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də 

Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı. 

   Nikolay İvanoviç və ələlxüsüs Sofiya Aleksandrovnanın səyi ilə Əşrəf yavaş-

yavaş rusca danışmağa başladı. Buna hər iki qoca artıq şad idi. Sofiya 

Aleksandrovna gününün çoxunu Əşrəfin tərbiyəsinə sərf edirdi. Hava getdikcə 

soyuqlaşır. Volqa nəhri donmağa başlayırdı. Cənub havasından pərvəriş tapmış 

Əşrəfə bu soyuq çox təsir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı 

aldı. Sofiya Aleksandrovna Əşrəfi geyindirib hər gün gəzməyə aparırdı. Əşrəf 

gəzən vaxt balaca uşaqları qar üstündə kirşə ilə sürüşən görüb, Sofiya 

 

11



Aleksandrovnadan təvəqqe edirdi ki, ona da öylə kirşə alsın. Sofiya Aleksandrovna 

onun xahişini əmələ gətirdi. Dekabr ayı gəldi; məktəblər on beş gün qış tətili 

münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi 

gəzməli yerlərə aparırdı.    Bir dəfə Nikolay İvanoviç sirkin açılmağını qəzetdə 

oxuyub, arvadına dedi: 

   -Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə Əşrəfi 

aparaq, kefi açılsın?  

   -Çox gözəl fikirdir, əzizim, doğrudan da bu, Əşrəf üçün böyük bir şadlıq olar. 

   Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən 

lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasını yadına saldı; ona 

görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub həzin-həzin ağlamağa başladı. 

Sofiya Aleksandrovna onun başını sığallayıb, soruşdu: "Nə üçün ağlayırsan, 

əzizim? Dayan, bu saat başlayacaqlar, görəcəksən nə qəribə şeylər göstərəcəklər..." 

Bu halda oyun başlandı. Yalançı pəhləvan məzhəkəni başlayıb cürbəcür oyunlar 

çıxarmağa şüur etdikcə, Əşrəf evlərində sirkdə gördükləri oyunları çox məharətlə 

təqlid edirdi. On beş gün qış tətilini Əşrəf çox şadlıqla keçirirdi. Təzə ildə Nikolay 

İvanoviç və Sofiya Aleksandrovna Əşrəfə yaxşı bəxşeyişlər aldılar. Qış tətili 

qurtardı. Nikolay İvanoviç birinci gün idi ki, dərsə getmişdi. Dərsdən qayıdanda 

Sofiya Aleksandrovna onun qəmli olduğunu görüb bunun səbəbini soruşdu. 

Nikolay İvanoviç cavabında nahiyə müdiri tərəfindən aldığı kağızı uzatdı. Bu 

kağızda da onun Samara edadi məktəbindən Kazan məktəbinə təyin olunması 

yazılmışdı. Nikolay İvanoviç dedi: 

   -Hərçənd ki, mənim Kazan edadi məktəbinə təyin olunmağımda qulluğuma 

əskiklik yoxdur, biləks, Kazan daha böyük və darülfünü olan bir şəhərdir, ancaq 

Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç 

hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi. 

   Nikolay İvanoviç Kazan şəhərini qabaqda da bir neçə dəfə görmüşdü. Amma 

arvadı birinci dəfə idi ki, bu şəhəri görürdü. Sofiya Aleksandrovna uzaqdan 

Kazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi: 

   -Doğrudur, Kazanın görünüşü yaxşıdır, amma abi-havası, təmizliyi Samaraya 

çatmaz. Havasının təbiəti belədir ki, yayda çox isti və qışda çox soyuq olur. Bu 

şəhərin natəmizliyinə gəldikdə, Volqa nəhrinin sahilində olan şəhərlər arasında 

birincidir. Mən çox qorxuram ki, sən bu şəhərin abi-havasını götürməyəsən. 

   -İnşallah, heç şey olmaz, - deyə Sofiya Aleksandrovna ərinə cavab verdi. 

   Barsovlar edadi məktəbinin yaxınlığında bir ev tutub, sakin oldular. Nikolay 

İvanoviç qorxduğu şey başa gəldi. Belə ki, arvadı Kazanın abi-havasını 

götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi: 

   -Səbir et, əzizim, yay tətili başlanan kimi səni götürüb Samaranın bağlarına 

aparacağam. Özüm isə ərizə verib, yenə köhnə yerimi istəyəcəyəm; Hərgah 

verməsələr o vaxt mən də qulluqdan istefa verəcəyəm.  

  Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmgin keçirdi. Tamam 

gün onun otağında qalıb, şəkil və oyun şeyləri ilə məşğul olurdu. Onunla 

oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi.  

 

12



   Nikolay İvanoviç dərsdən qayıdıb, bir də dərsə gedənədək, gününü azarlı 

arvadının yanında keçirirdi. Ancaq bir-iki dəfə arvadının təvəqqesinə görə Əşrəfi 

kirşəyə mindirib gəzdirmişdi. 

   Kazanın çovğunlu və boranlı qışı axıra yetdi. Bahar günəşi havanı, torpağı 

qızışdırmağa başladı. Qar əridi. Qazanka və Volqa çayları buzdan azad oldular. 

Ağaclar çiçəklənib, otlar göyərdi. 

   Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi tez-tez gəzməyə aparırdı. Kazan 

bağlarının içində "Russkaya Şvetsariya" adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünkü 

bu bağ hündür ağacları ilə vətəni Qafqaza çox bənzəyirdi. Bu bağın bir tərəfində 

uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar. 

   Bir dəfə Sofiya Aleksandrovna Əşrəfə Qafqaz libası geyindirib, həmin bağa 

apardı. Onu uşaqların içinə qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir 

skamyada oturub, qəmgin-qəmgin uşaqlara baxırdı. Iki uşaq, biri oğlan, biri qız, 

Əşrəfi belə qəmgin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi. 

   Bu bağ, bu oynayan uşaqlar, Əşrəfin yadına vətənlərini, ata-anasını və Həsən 

lələni saldı. Zavallı uşaq başını skamya üzərinə qoyub, həzin-həzin ağlamağa 

başladı. Uşaqlar onun ağlamağını görüb, başına yığıldılar. Birisi ona oyun şeyi 

verdi ki, ağlamasın, o biri uşaq əlinə konfet uzatdı. Bir balaca qız da yaylığını 

çıxarıb, onun gözlərini sildi. Bu uşaqların içində doqquz yaşında, üstü Avropa 

libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq 

Əşrəfin paltarından onun bir müsəlman olduğunu zənn edib, onunla belə sual-

cavab etdi: 

   -Sin müsəlmanmisən? 

   Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi: 

   -Hə, müsəlmanam! 

   -Adın nəcidir? 

   -Əşrəf! 

   -Niçi yaşın bar? 

   Əşrəf "niçin", "bar" ləfzələrini anlamadı isə də "yaş" sözündən sualı başa düşdü 

və dedi:  

   -Mənim yeddi yaşım var! 

   Mustafa da Kazan uşağı olduğundan Əşrəfin dilini yaxşı anlamıyırdı, o, Əşrəfdən 

soruşdu: 

   -Sinin atan barmı? 

   -Yoxdur, atam ölübdür! 

   Sonra Mustafa Əşrəfin əlindən tutub dedi: - Yıblama, gəə, minimlən gitik! 

(Ağlama, dur, mənimlə gəzək!) 

Əşrəf durub onunla gəzməyə getdi. Əşrəf öz başına gələni ona nəql edirdi. Mustafa 

onun dilini tamamilə anlamayıb, ancaq bəzi sözlərini başa düşürdü. 

   Mustafanın atası, Bürhanəddin adlı dövlətli bir müsəlman idi. Sənəti sövdəgərlik 

idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm də rus dili 

oxudurdu. Mustafa hər gün qulluqçuları ilə gəlib, "Russkaya Şvetsariya" bağında 

oynayırdı. Mustafa Əşrəfə yarıtürk və yarırus dili ilə qandırmışdı ki, hər gün bu 

bağa gəlib oynasınlar; Əşrəf də buna razı olmuşdu. Bu vaxtdan başlayıb Əşrəf və 

Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovna mümkün 

 

13



olmayan vaxt, Əşrəfi qulluqçularına qoşub, bağa gəzməyə göndərərdi. Mustafanın 

səyi ilə Əşrəf az vaxtda Kazan dilinə də aşina oldu. Sofiya Aleksandrovna bağda 

Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq olduğuna görə Əşrəflə 

yaxınlaşmağına özü səy edirdi. Bundan əlavə Əşrəf bir müsəlman uşağı olduğunu 

mülahizə edib, fikir edirdi ki, divan vasitəsilə Əşrəfin ata-anası və qohum-əqrəbəsi 

tapılacaqdır. Mustafa Əşrəfi qonaq çağırıb, onu öz ata-anası ilə tanış etmişdi. Əşrəf 

onların hər ikisinə çox xoş gəlmişdi. Mustafanın anası Ayişə, hər onu görəndə 

bağrına basıb əzizləyirdi, öpürdü və onun halına yanırdı. Əşrəfin də Ayişə çox 

xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu öpərdi, çünki onun bir suyu 

anasına oxşayırdı. Əşrəfin vasitəsilə Barsovalar da onlar ilə tanış olub, gedib 

gəlirlərdi. Bu iki külfət bir-birini sevib dost oldular. Sofiya Aleksandrovna 

Kazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər naxoş olub, 

may ayının axırında vəfat etdi. Onun ölümü vəfalı ərini çox qəmgin etmişdir. O idi 

ki, yay tətili başlanan kimi qəmini dağıtmaq üçün Avropa səyahəti fikrinə düşdü. 

Əşrəfin özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti 

Bürhanəddingildə qoydu; onlar isə Əşrəfi çox şadlıq ilə qəbul etdilər. Yay tətili 

qurtardı. Nikolay İvanoviç gəlib çıxmadı. Bürhanəddin bu barədə edadi 

məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviçin 

Parij şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmgin etdi.  

   Əşrəf Burhanəddingildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

14



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin