Generallari


İKİNCİ  AZƏRBAYCAN   TƏYYARƏÇİSİ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   43   44   45   46   47   48   49   50   51
İKİNCİ  AZƏRBAYCAN   TƏYYARƏÇİSİ 
 
 
On birinci ordu Azərbaycana gələndən sonra Azərbaycan milli diviziyasının tərkibində 
aviodəstələr təşkil olunmuşdu. Bu aviodəstələrdə azərbaycanlı  gənclərdən də  təyyarəçilər 
hazırlanırdı. Hələ 1918-ci il mayın iyirmi səkkizində Vladimir İliç Lenin göstəriş vermişdi ki, 
Bakının müdafiəsi üçün aviasiya divizionu təşkil olunsun. Respublikada aclıq və dağıntının 
hökm sürdüyü bir vaxtda - 1920-ci il mayın iyirmi dördündə Bakıda hərbi Dəniz Aviasiya 
məktəbi açıldı.  


 
120
1923-cü ildə Azərbaycan zəhmətkeşləri milli hərbi hava donanması cəmiyyəti yaratmaq 
təşəbbüsünü irəli sürdülər. Bir çox şəhər və  qəza mərkəzlərində bu cəmiyyətə yardım fondu 
təşkil olundu. Respublikanın müxtəlif idarə  və müəssisələri təyyarə düzəltmək üçün könüllü 
olaraq bu cəmiyyətə pul keçirdilər. Hətta məşhur yazıçı-dramaturq Cəlil Məmmədquluzadə 
yazıçı  və  şairlərdən pul toplayaraq həmin pulla “Molla Nəsrəddin” adlı təyyarə düzəldilməsini 
təklif edirdi. 
1923-cü il avqustun iyirmi səkkizində “Kommunist” qəzetində (№193) Ruhulla Axundov 
“Molla Nəsrəddin aeroplanı” adlı məqaləsində yazırdı: 
“...Mən var qüvvəmlə butün qələm arkadaşlarımı, firqə məsləkdaşlarımı və ümumi əmələ 
və  kəndli yoldaşları  dəvət edirəm ki, Azərbaycan zəhmətkeşlərinin mədəniyyəti uğrunda can  
çəkişmiş mübarizlərin adını əbədi surətdə qeyd etmək üçün “Molla Nəsrəddin aeroplanı”na ianə 
toplamağa başlasınlar”. Qəzetin çağırışı ilə C.Məmmədquluzadə məvacibinin onda bir hissəsini 
(o vaxtkı pulla iki milyardını) “Molla Nəsrəddin aeroplanı  nəfinə verib, Ağamalıoğlunu, 
Mirbəşir Qasımovu, Salman Mümtazı,  Əli Səbrini ianə verməyə  dəvət edir. Bu təşəbbüsə 
Abdulla  Şaiq,  Əbdürrəhimbəy Haqverdiyev, Süleyman bəy Axundov kimi məşhur Azərbaycan 
ədibləri də qoşulmuşlar.  
Ziyalıların topladığı ianəyə bir təyyarə  də alınır. Amma adını “Molla Nəsrəddin” 
qoymurlar. 
1924 - 1926-cı illərdə ilk dəfə olaraq Bakı - Tiflis, Bakı - Pyatiqorsk, Bakı-Yevlax hava 
marşrutları açılır. Belə bir vaxtda “M-52” və “M-92” təyyarələri respublika səmasında cövlan 
edirdi. 
Bu hava gəmisini idarə edənlərdən biri də ikinci Azərbaycan təyyarəçisi Teymur 
Mustafayev olmuşdur. 
Teymur 1896-cı ildə Bakıda dülgər ailəsində anadan olub. On dörd yaşlı Teymur peşə 
məktəbini bitirdikdən sonra 1920-ci il mayın 24-də açılan Bakı  hərbi dəniz təyyarəçilik 
məktəbinə daxil olur. 1922-ci ildə  həmin məktəbi  əla qiymətlərlə bitirən T.Mustafayev hərbi-
dəniz təyyarəçisi rütbəsi alır. O, birinci Azərbaycan diviziyasının aviodivizionunda Xəzər 
dənizində neft yataqlarının kəşfi sahəsində  təyyarəçi-instruktor kimi xidmət edir. Əlaçı pilot 
Teymur 1922-ci il noyabrın on dördündə Azərbaycan SSR Mərkəzi  İcraiyyə Komitəsinin yüz 
səksən nömrəli əmri ilə respublikanın Qırmızı Bayraq ordeni ilə təltif olunur. 
Həmin il aprelin iyirmisində Respublika Hərbi-Dəniz Komissarlığının yüz otuz iki 
nömrəli  əmrilə Teymur uçuşda qazandığı müvəffəqiyyətlərə görə üstü yazılı  qızıl saatla 
mükafatlandırılır. 
Təyyarəçi Teymur Mustafayev 1924-cü ildə   Xəzərin   üstü   ilə beş yüz-altı yüz metr 
məsafədən uçarkən dəniz səthinin bir  sahəsində yağlı neft ləkələri müşahidə edir. O, bu barədə 
neft təsərrüfatı nazirliyinə  məlumat verir. Həmin illərdə respublikamızda hərbi xidmətdə olan
sonralar Sovet İttifaqı marşalı, Sovet İttifaqı  Qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki, 
Xəzərdə ilk dəfə neftin olmasını azərbacanlı təyyarəçi Teymur Mustafayev kəşf etmişdir desək, 
yanılmarıq. 
“Hünər” verilişində ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun hərbi fəaliyyətindən 
və 1916-cı ildə  Qərb cəbhəsində dörd alman təyyarəsinə qarşı vuruşaraq qeyri-adi bir 
qəhrəmanlıqla həlak olmasından söhbət açmışdıq. Verilişdən bir neçə gün sonra redaksiyamıza 
bir ağsaqqal gəldi. İsrafil Mustafayev dedi ki, mənim qardaşım Teymur Mustafayev də təyyarəçi 
olub. Lakin 1926-cı ildən adı heç yerdə  çəkilmir, onun haqqında heç bir azərbaycanlı  gəncin 
məlumatı yoxdur. 
İsrafil müəllim qardaşı Teymura məxsus müxtəlif sənəd və şəkillər də gətirmişdi. Onların 
arasında bir şəkil diqqətimizi xüsusilə cəlb etdi. Biz bu şəkli Əliheydər Qarayevdən və komissar 
Heydər Vəzirovdan danışanda dönə-dönə verilişlərimizdə göstərmişdik. Bu on dörd nəfərin 
təsvir olunduğu  şəkildən indiyədək üç şəxsi tanıyırdıq. Məlum oldu ki, arxa cərgədə soldan 
üçüncü-təyyarəçi Teymur Rəsul oğlu Mustafayevdir. Şəkil 1922- ci ildə çəkilib. 
İyirminci illərin sonunda ölkəmizdə ilk siyasi proseslərdən birinə başlandı, Gizli antisovet 
təşkilat olan “prom-partiya” (sənaye partiya) ittiham edilirdi. Guya bu təşkilat burjua-texniki 


 
121
ziyalılardan ibarət yuxarı təbəqənin bir hissəsini birləşdirir və sərhədin o tayının köməyinə, digər 
əksinqilabi qüvvələrin yardımına arxalanaraq SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozucu 
fəaliyyət göstərirmiş. Həmin iş üzrə bir çox məşhur aviasiya konstruktorları, təyyarəçi və 
mühəndislər həbs edildilər. 
İkinci azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya “sərhədin o tayının köməyinə” 
gələnlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-cı ildə  həbs edilib, 
Qazaxıstanın Qaraqanda şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrunün ilk qurbanlarından 
olan həmyerlimiz burda da fəaliyyətini dayandırmır. O, Qaraqandada yenicə açılan daş kömür 
mədənlərinin inkişafında yaxından iştirak edir. “Qaraqandakömür” mədənlərində müxtəlif məsul 
vəzifələrdə çalışan T.Mustafayev qaz generatorları qurğusunun hazırlanmasında və Böyük Vətən 
müharibəsi illərində cəbhə üçün avtomobillərin əsaslı təmirində böyük əmək sərf etmişdir. 
Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini nəzərə alaraq 
“Böyük Vətən müharibəsində  fədakar  əməyinə görə”, “Əməkdə  fərqlənməyə görə” və “Xam 
torpaqların istifadəyə verilməsinə görə” medalları ilə təltif etmişdir. Həmyerlimiz həm də üçüncü 
dərəcəli dağ mühəndisi fəxri adına layiq görülmüşdür. 
Ömrünün axırına kimi vətəndən uzaqlarda yaşayıb işləyən Teymur Mustafayevin 1976-cı 
ildə Qaraqanda ictimaiyyəti səksən illik yubileyini keçirmişdir. V.Jilkin familiyalı müəllif 
“İndustrialnaya Qaraqanda” qəzetinin 27 oktyabr 1976-cı il tarixli nömrəsində “Yaxşı insan” 
haqqında” məqaləsində yazır: 
“Ucaboy, çevik və  həmişə gülümsər sifətli T.Mustafayevi mədənçilər  şəhərində hamı 
qayğıkeş bir adam kimi tanıyır. O, kiməsə xeyirxah məsləhəti ilə, kiməsə də mənzil və məişət 
məsələlərinin həllində kömək edir. Artıq uzun illərdir ki, Teymur şəhər sovetinin xalq nəzarəti 
şöbəsində ictimai müfəttişdir. O, həm də rayon icraiyyə komitəsində  mənzil-məişət 
komissiyasının üzvudür. Bizim şəhərdə o, demək olar ki, yarım əsrdir yaşayır və işləyir. 
1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədəki ilk və fəal 
çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi illərində o, yük 
avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun təşəbbüsü ilə yük 
avtomobillərinin mühərrikləri qaz generatorları ilə  işləməyə uyğunlaşdırılmışdır. Bu təşəbbüs 
cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla benzin yanacağına qənaət etməyə imkan 
vermişdir. 
Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novomaykudski, Prişaxtinski 
avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik etmişdir”. 
Heç bir günahı olmadan sevimli təyyarəçilik sənətindən ayrılıb, doğma Azərbaycandan 
uzaqda yaşayan xalqımızın ikinci təyyarəçisi Teymur Mustafayev yetmişinci illərdə bir neçə dəfə 
öz vətəninə qonaq kimi gəlib qayıtmışdır. 
1981-ci ildə  vəfat edən Teymur Mustafayevin hazırda Qaraqanda şəhərində iki oğlu 
yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir, kiçiyi İsgəndər isə atanın ilk gəncliyində yarımçıq 
qalmış arzusunu davam etdirir. O, təyyarəçidir. 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin