Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
PORT-ARTUR QƏHRƏMANLARI 
  
Gecə keçirdi, istirahət etməyə hazırlaşırdım. Birdən telefon zəng çaldı. “Belə bivaxt, 
kimdi   görəsən?” - deyə fikirləşib dəstəyi qaldırdım. Zərif səsli bir qadın üzrxahlıq edib: 
  
- Mənə filankəs lazımdır, - dedi. 
  
- Mənəm, eşidirəm sizi... 
- Geç olduğu uçün bağışlayın, sizi narahat edən Qalina Semyonovna Səfərovadır. 
Telefonunuzun nömrəsini indicə  çətinliklə öyrənə bildim. Tərtib etdiyiniz general-leytenant 
Əliağa Şıxlinskinin “Xatirələrim” kitabını mən də maraqla oxudum, Bilirsiniz, sizi niyə narahat 
elədim?   Bizdə 1905-ci   ildə   nəşr olunmuş “Niva” jurnalı saxlanılır. Orda Əliağa Şıxlinski və 
Səmədbəy Mehmandarov haqqında yazılar var, şəkilləri də  dərc olunub.   Amma   nədənsə   
Şıxlinskinin   kitabına    yazdığınız “İzahlar və qeydlər” bölməsində bu barədə   oxuculara   heç   
bir məlumat verməmisiniz. 
  
Qalina    Semyonovna, - dedim, - mənim   o mənbədən   xəbərim yoxdur. Çox sağ olun 
ki, bu barədə məlumat verdiniz. Günü sabah kitabxanaya gedib... 
  
- Kitabxanaya niyə, - deyə Qalina Semyonovna etiraz etdi, - məmnuniyyətlə    jurnalı 
müvəqqəti istifadə  üçün sizə  verə bilərəm. 
Ertəsi gün Q.Səfərovanın Şors küçəsindəki mənzilində görüşüb jurnalı birgə vərəqlədik. 
“Niva” jurnalı 1905-ci il dördüncü nömrəsinin yetmişinci səhifəsində Əliağa Şıxlinskinin 
altı nəfər döyüşçü zabit və iki qadınla birgə çəkilmiş şəklini dərc edib. Şəkilaltı yazıda oxuyuruq: 
“Port-Artur müdafiəsinin igid artilleriya komandiri Əliağa  Şıxlinski Suişin kəndi 
yaxınlığındakı Drakonovıy Xrebet dağına atəş açaraq yaponların hücumunu dəf etmişdir. 
Podpolkovnik Şıxlinski göstərdiyi rəşadətə görə “Müqəddəs Georgi” ordeninə təqdim edilmişdir. 
Üçüncü istehkamda olan bu hadisəni neçə illər keçəndən sonra Əliağa  Şıxlinski belə 
xatırlamışdır: 
“Tamamilə açıqda duran toplarımın atəşi, hücum edən yapon piyada qoşununu geriyə 
oturtdu. Atışma səsini eşidən polkovnik Mehmandarov general Nadeinin yeraltı qazmasından 
çıxaraq yanıma gəldi. Fikirləşdim ki, ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanış 
olduqdan sonra dedi:   
- Yaxşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə göndərərəm. 
Mehmandarov tədbir və sərəncamlarımı bəyəndiyini söyləyib, öz məntəqəsinə qayıtdı. Bu 
əməliyyata görə  mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi Pobedonessov ordeninə 
təqdim edildim”. 
Jurnalın həmin səhifəsində  həmyerlimiz Səməd bəy Mehmandarovun da şəkli verilib. 
Haqqında isə belə bir məlumat yazılıb: 
“Yeddinci Şərqi Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy Sadıq bəy oğlu 
Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə dörduncü dərəcəli “Müqəddəs 
Georgi” ordeni ilə təltif olunub”. 
Onu da xatırladaq ki, Port-Arturda Ə.Şıxlinski və S.Mehmandarovdan başqa da yapon 
samuraylarına qarşı döyüşən həmyerlilərimiz olmuşdur. General-mayor Mirkazımbəy 
Talışxanov, Hüseynxan Naxçıvanski,  İbrahimağa Usubov, Firidunbəy Vəzirov, qvardiya 
polkovniki Kərimbəy Novruzov, polkovnik Həsənbəy Yadigarov, Səmədbəy Qasımlı, poruçik 
Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarca başqaları. 
Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin əsgəridirlər. Vətən nə vaxt 
təhlükə qarşısında olsa, igidlər bir səslə silaha sarılmağa hazırdırlar.  İyirminci  əsr tarixə 
“nəfəsindən” barıt püskürəndə igidlərimiz də ayağa qalxıb Vətənin müdafiəsinə gediblər. 
Ötən  əsrin ortalarında Qarabağ igidlərinin,  Şirvan alayının, Kəngərli döyüşçülərinin
Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi qəhrəmanlıqlarının  şahidi olan xalqımızın 
böyuk oğlu M.F.Axundov fəxrlə deyirdi: “doğmamış Qafqazda analar qorxaq”. 
Hələ bir az da əvvəl (1828-ci ildə) məşhur rus tarixçisi Platon Zubov “Gürcüstan və 
Qafqaz haqqında altı məktub” əsərində yazırdı: 


 
115
“Bu alaylar haqqında mühakimə yurütmək üçün onları döyüşdə görmək lazımdır: bunlar 
şimşəyi xatırladır, bunlar qəzəblənmiş allahın birdən-birə düşmənlər içərisinə düşərək ölüm və 
dəhşət saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik 
xariqələrini hələ  də heyrətlə yad edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə 
edərək, qorxmaz və cəsur süvari kimi döyüşürdülər”. 
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun “Port-
arturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan 
Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə polkovnik S.Mehmandarov və onun 
zabit heyəti qəti etiraz edərək necə  əsəbiləşmişdilər. Onlar inad edirdilər ki, qalanı son nəfəsə 
qədər mudafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.  
- Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, - Mehmandarov onun 
üstünə   qışqırdı. - Siz bizim adımızı korlayırsınız, - deyib yumruğunu havada oynatdı. 
  
-  Əlahəzrət, xahiş      edirəm,   məni      təhqirlərdən   qoruyasınız, - kapitan Vamenzon 
hirsindən pörtmüş   halda Stesselə müraciət etdi. 
- Hər şeydən qabaq sakit olmaq   lazımdır,   cənablar!   Polkovnik Mehmandarov, sizi 
qayda qanuna riayət etməyə dəvət   edirəm. 
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan 
Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər (A.Stepanov. “Port-
Artur”. səh. 777-778). 
Aleksandr Stepanovun “Port-Artur” və Trofim Borisovun “Port-arturçular” romanlarında 
bir azərbaycanlı familiyasına da rast gəldik - poruçik Sadıqov. Hər iki əsərdə poruçik Sadıqovun 
döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Bütün döyüşlərdə mətanətlə vuruşan Sadıqov 
odlu döyüşlərdə qəhrəmanlıqla həlak olur. Poruçik Sadıqov kimdir? 
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli nömrəsində  dərc 
edilən yazıdan sonra respublikamızın ayrı-ayrı guşələrindən xeyli məktub aldıq. Hamı Sadıqov 
familiyalı poruçikin onun qohumu olduğunu yazırdı. Lakin Böyükağa Sadıqovun gətirdiyi 
faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun 
əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində anadan olub. 
1903-cü ildə Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində 
poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız alınıb. 
Port-Artur döyüşləri haqqında onlarca əsərlər yazılıb, kabardin və çeçen igidlərinin Port-
Arturdakı  fəaliyyətləri haqqında  Əhmədxan Naloyevin “Dan üzunün atlıları” tarixi romanı, 
Vikenti Veresayevin “Yapon müharibəsi haqqında hekayələr” silsiləsi, yazıçının irihəcmli 
gündəlik və yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə 
rus-yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir. 
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci nömrəsinin 496-cı  səhifəsində bir 
həmyerlimizin də adına və şəklinə rast gəldik. Onun haqqında ancaq bu sözlər yazılmışdı: “Otuz 
üçüncü  Şərqi Sibir atıcı polkunun poruçiki Zülfüqar Mirzə  Ələkbər oğlu Bağırbəyov fevral 
döyüşlərində igidliklə vuruşub kontuziya oldu”. 
Adından, atasının adından və familiyasından poruçik Zülfüqar Bağırbəyovun 
azərbaycanlı olması  şübhəsizdir. Görəsən, Vətənimizin Uzaq Şərq sərhədləri uğrunda igidliklə 
vuruşan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşlarından qalan varmı? Səksən ildən çoxdu 
bu tərlan baxışlı igid həmyerlimizin şəkli “Niva” jurnalının səhifələrində saralıb solur. 
Bəs bizim igidlərin qəhrəmanlığını kim qələmə alacaq, nə vaxt alacaq? Təəssüf ki, 
eloğlularımızın Port-Artur döyüşlərində göstərdikləri qeyri-adi qəhrəmanlıqları indiyədək öz 
yazıçısını, öz tədqiqatçısını gözləyir. 
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə rus artilleriyasının “allahı” 
sayılan general-leytenant Əliağa  Şıxlinski fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı 
olduğumu həmişə iftixarla yad edirəm
19
.   
                                                 
19 Bu məqalə “Bakı” qəzetinin yeddi aprel 1987-ci il nömrəsində dərc olunandan sonra redaksiyadan mənə zəng 
elədilər ki, səni bir ağsaqqal axtarır. Məmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini götürüb 
dərc etdirdiyiniz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar 1874-cü 


 
116

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin