Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
 
İKİ SƏRKƏRDƏ 
 
  
Polkovnik  Kərimbəy Novruzovun adına ilk dəfə  süvari generalı Aleksey Alekseyeviç 
Brusilovun “Mənim  xatirələrim” kitabında rast gəldim. 
A.A.Brusilov inqilabdan əvvəl rus süvari ordusunun ən məşhur sərkərdələrindən biridir. 
1916-cı ildə  Cənub-qərb cəbhəsinin baş komandanı  və “Brusilov cəbhəsi”nin müvəffəqiyyətli 
hücumunun təşkilatçısı olub. 1917-ci ilin may-iyun aylarında Ali Baş komandan olan Brusilov 
1920-ci ildə könüllü olaraq Qızıl Ordu sıralarına keçmişdir. O, ömrünün axırınadək (1926) Sovet 
hökumətinə  sədaqətlə xidmət etmişdir. Hərbi tarixçilər Birinci dünya müharibəsindən yazanda 
“Brusilov cəbhəsi”ndəki müvəffəqiyyətli əməliyyatlardan iftixarla söhbət açırlar. 
Belə bir şöhrətli sərkərdə  həmyerlimiz, polkovnik Kərimbəy Novruzov haqqında 
məhəbbət və ehtiramla danışır. 
Fərəhləndirici bir faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. 1877-78-ci illərdə rus-
türk müharibəsi zamanı poruçik A.A.Brusilov polkovnik Kərimbəy Novruzovun yavəri 
olmuşdur. Bu barədə Brusilov yazır: 
“Mən atla   öz komandirimdən on addım arxada gedirdim.   Qəflətən düşmən mərmisi 
dəhşətli uğultu ilə mənimlə komandirimin arasında yerə düşüb partladı. Polkovnik Novruzovun 
atı bərk sıçrayışla bütün cilovları qıraraq üçüncü eskadrona  soxuldu. Orada onu tutdular. Mənim 
atım isə qorxudan dalı   üstə  yıxıldı, mən də onunla birlikdə yerə  dəydim. Dərhal at qalxıb 
götürüldü. Bu vaxt bizim atlı  dəstə löhrəm yerişlə çapdı. Mən  əsir düşməmək üçün döyüş   
meydançası ilə   qaçmağa   başladım. 
Atımı tutmuş  şeypurçumuzu görəndə  hədsiz dərəcədə sevindim və tez atı minib öz 
komandirim polkovnik Novruzova çatmağa çəhd göstərdim...”. 
1980-ci ildə “Molodaya qvardiya” nəşriyyatı Sergey Semanovun “Brusklov” kitabını 
“Görkəmli adamların həyatı” seriyasından nəşr etmişdir. Müəllif Semanov generalın xatirələrinə 
əsaslanaraq həmyerlimiz haqqında və onun döyüş fəaliyyəti barədə geniş məlumat verir. Lakin 
müəllif kitabının 49-53-cü səhifələrində polkovnik Novruzovun familiyasını səhvən “Nevrozov” 
kimi vermişdir. 
Sergey Semanov kitabının qırx doqquzuncu   səhifəsində   yazır: 


 
113
“Stolun yuxarı başında parlaq epoletli və sinəsini ordenlər bəzəyən polkovnik Novruzov 
əyləşmişdi. Yüksək əhval-ruhiyyəli polk komandirinin yanında iki qadın var idi. Biri onun həyat 
yoldaşı, digəri isə böyük qızı idi. 
... Polkovnik Novruzov əlini qaldırdı, böyük yumruğu içərisində üzəri gümüşlə işlənmiş 
Qafqaz buynuzu demək olar ki, görünməz oldu. Məclisi sükut bürüdü. Novruzovun da əksər 
hərbçilər kimi gur səsi olsa da çox danışmağı sevməzdi. Elə bu gur səslə də o, Vətən və əlahəzrət 
imperator haqqında bir neçə  dəyərli söz deyəndən sonra sanki çiynindən ağır yük götürülmüş 
kimi “ura” qışqırdı. Zabitlər hamılıqla onun səsinə səs verdilər. Sonra isə komandirin, komandir 
xanımının və qızının sağlığına badə qaldırıldı. 
Başqa bir səhifədə isə S.Semanov yazır: “Polkovnik Novruzovun döyüş vaxtı  əsəbləri 
gərildi. O, elə  qızardı ki, üzünün rəngi yaxasındakı müqəddəs Anna ordeninin parıltısı ilə 
həmahəng oldu. Dərhal onun gur səsi eşidildi. O, komanda verdi: 
- Şeypurçular irəli çıxsınlar, siqnal versinlər!” 
Rus-türk müharibəsi başlananda polkovnik Kərimbəy Novruzov ikinci Nijeqorod süvari 
divizionunun komandiri olmuşdur. 1877-ci il mayın on səkkizində  Bəyliəhməd kəndi 
yaxınlığında gedən odlu döyüşlərdə Kərimbəyin divizionu düşmənin beş minlik qoşununu pərən-
pərən salmış, onların iki topunu ələ keçirmişdir. Sağ cinahdan gələn əlavə qüvvə isə qəfil zərbə 
endirərək Kərimbəyin divizionunu mühasirədə məhv etmək istəmişdir. Lakin qorxmaz komandir 
özünü itirməmiş, güclü qüvvə ilə irəliləyən düşməni süngü döyüşü ilə geri oturtmuşdur. 
Polkovnik Novruzovun divizionu səhərə yaxın təqib etdiyi düşməndən çoxlu qənimət və dörd 
top  ələ keçirmişdir. Bu döyüşdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə polkovnik Kərimbəy 
Novruzov “Müqəddəs Georgi ordeni” ilə  təltif olunmuşdur. Komandan general-leytenant 
Kondukov isə Kərimbəyi bu rəşadətinə görə brilyantla bəzədilmiş qılıncla mükafatlandırmışdır. 
1913-cü ildə Tiflisdə ali zabitlər üçün buraxılmış “Sorğu kitabçası”nın yüz altmış 
dördüncü səhifəsində igid həmyerlimiz haqqında belə bir qısa qeydə rast gəldik. “Qvardiya 
polkovniki Kərimbəy Novruzov bir müddət Yelizavetpol quberniyasında məhkəmə  rəisi 
vəzifəsində işləmişdir. Hazırda istefada olan polkovnikdir”. 
Süvari generalı A.Brusilovun 1923-ci ildə qələmə aldığı “Mənim xatirələrim” kitabında 
bir general həmyerlimiz haqqında da məlumat var. Maraqlıdır ki, indiyədək Azərbaycan hərb 
tarixində general-mayor Ağasıbəy Avşarovun adına heç yerdə rast gəlməmişik. Nə tarixi, nə də 
bədii əsərlərdə general Avşarovun adı belə çəkilmir. 
1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi 
vəzifəsinə təyin olunur. Həmin ildən də polkovnik A.Brusilov həmyerlimizin müavini işləmişdir. 
A.Brusilov xatirələrində, S.Semanov isə general Brusilov haqqında yazdığı kitabında 
həmyerlimizin hərbi fəaliyyəti barədə  bəzi tənqidi fikirlər söyləsələr də, onun ordudakı 
xidmətlərini dana bilməmişlər. S.Semanov “Brusilov” kitabının altmış  səkkizinci səhifəsində 
yazır: 
“1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq suvari məktəbinin rəisi təyin 
olundu. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil 
olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi - islam dinini 
saxlamaq  şərtilə rus dvoryanları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların  əksəriyyəti 
orduda, xüsusilə  də suvari alaylarında  şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə 
malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az 
da tənbəllik vardı. 
1902-ci il fevralın 3-də general-mayor Ağasıbəy Avşarovu Peterburq Süvari Məktəbinin 
rəisi vəzifəsindən azad edib qərargahda süvari ordunun baş müfəttişi təyin etdilər”. 
 
Təəssüf ki, adı çəkilən müəlliflərin heç biri nə general-mayor Ağasıbəy Avşarovun, nə də 
qvardiya polkovniki Kərimbəy Novruzovun sonrakı taleyindən məlumat verirlər.  Şübhəsiz ki, 
respublikamızda iki şöhrətli sərkərdənin nəvə-nəticələri yaşayır. Və əgər yaşayanlar varsa, hərb 
tariximizin səhifələrini zənginləşdirmək xatirinə bizə yazmağı unutmasınlar. 
  
 


 
114

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin