Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   43   44   45   46   47   48   49   50   51
“CANLI TARİX”LƏ SÖHBƏT 
 
“Canlı tarix” olan adamlar haqqında çox eşitmişdim. Lakin belələriylə görüşmək hələlik 
mənə nəsib olmamışdı. Onunla söhbətimdən sonra elin bu sözü nahaqdan işlətmədiyinə bir daha 
əmin oldum. 
Zülfüqar Həmid oğlu Qayıbov  əslində biologiya üzrə mütəxəssis olsa da, ədəbiyyat və 
tarixi də yaxşı bilir. 
O, 1537-ci ildən başlayan igid bir nəslin “canlı tarixi” - dir. Onun öz əliylə tərtib etdiyi 
“Qayıbovlar nəslinin tarixi” xəritəsində ilk azarbaycanlı  hərbi təyyarəçi poruçik Fərrux 
Məmmədkərim oğlu Qayıbovun adını  çətinliklə tapdıq. Xəritədə Qayıbovlar nəslinin anadan 
olduğu il, sənəti, keçdiyi həyat yolu və ölüm tarixi öz əksini tapıb. Bu nəsil rus artilleriyasının 
“allahı” general-leytenant Əliağa Şıxlinskini, XIX əsrin görkəmli şairləri Mirzə Nəbi Qayıbovu, 
Abbasağa Naziri, Fədai Mirzə  Məhəmməd Qayıb oğlunu, XIX əsrin görkəmli riyaziyyatçısı 
Əbdülkərim Qayıbovu, ilk hərbi  şəfqət bacısı Nigar xanım Qayıbovanı  (Şıxlinskaya) və başqa 
görkəmli şəxsiyyətləri tərbiyə edib yetişdirmişdir. 
Fərrux Qayıbov 1893-cü ildə Qazax qəzasının Qıraq Salahlı  kəndində anadan olub. 
Atasını çox erkən itirən Fərrux, əmisi Səmədağa Qayıbovun himayəsində böyüyüb. Maarifpərvər 
Səmədağa da o dövrün tanınmış ziyalısı olmuş, böyük demokrat-yazıçı Cəlil Məmmədquluzadə 
ilə bir müddət “Şərqi-Rus” qəzetində  işləmişdir. Balaca Fərrux doğma kəndində görkəmli 
pedaqoq  Əhmədağa Mustafayevin 1874-çü ildə  təşkil etdiyi beşsinifli “Rus-tatar məktəbi”ni 
bitirdikdən sonra Tiflis kadet korpusuna daxil olmuşdur. 
- Yadımdadır, o vaxt kəndimizin camaatı, xüsusilə yaxın qohumlarımız  Əliağa 
Şıxlinskinin qarasınca deyinirdi ki,  uşağı yoldan çıxarıb apardı. Sonralar qocalardan və Əliağa 
Şıxlinskinin özündən eşitdim ki, Fərruxun hərbi işə çox marağı varmış. Hətta  Ə.Şıxlinski rus 
dilində “İlk azərbaycanlı təyyarəçi Qayıbov” adlı hərbi memuar da yazmışdır. Memuarda deyilir 


 
119
ki, 1914-18-ci illərin dünya müharibəsində iştirak edən üç min azərbaycanlı içərisindən çıxmış 
ilk hərbi təyyarəçi Fərrux Qayıbov idi. Doğrudan da Fərruxun hərbi işə marağı olmasaydı, o, 
1910-cu ildə Tiflis kadet korpusunu on iki balla (o vaxt bu rəqəm  əla qiymət sayılırmış, 
Ə.Şıxlinski özü də həmin korpusu on iki balla bitirib - Ş.N.) qurtardıqdan sonra könüllü olaraq, 
Peterburqdakı üçillik Mixaylovsk topçuluq məktəbinə getməzdi. 
Zülfüqar muəllimdə olan sənədlər göstərir ki, Fərrux üç illik Mixaylovsk topçuluq 
məktəbində iti zehninə, gözlə dəqiq ölçmə qabiliyyətinə, xüsusilə topdan bacarıqla atəş açdığına 
görə birinci dərəcəli mükafat almışdır. Həmin mükafat İsveçrənin “Pavel-Bure” firmasında 
hazırlanan qızıl saatdır” Saatın üzərində “Yunker Fərrux ağa Qayıbova, 1913-cü il” sözləri 
yazılıb. 
Sinəsi ötən günlərin xatirələrilə dolu olan Zülfuqar Qayıbovun zəngin şəxsi arxivi var. O, 
səliqəylə saxladığı bağlamadan balaca bir gümüş papiros qutusu çıxarır. Papiros qutusu 
dramaturq M.F.Axundova məxsusdur. M.F.Axundovla Fərruxun əmisi Hüseyn Əfəndi Qayıbov 
yaxın dost olublar. 
Əliağa Şıxlinski 1944-cü ildə çap olunmuş “Xatirələrim” kitabında yazır: “Mirzə Hüseyn 
Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda 
Mirzə Fətəliyə kömək edərdi, çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi”.  
Ərəb və fars dillərində gözəl təhsilə malik olan M.H.Qayıbov bir müddət Tiflisdə ruhani 
idarəsinin müsəlman mədrəsəsində  şəriət müəllimi olmuş, Qori müəllimlər seminariyasında 
Azərbaycan  şöbəsinin açılması üçün M.F.Axundovla birgə  fəaliyyət göstərmişdir. Lakin bu 
təşəbbüs böyük dramaturqun ölümündən bir il sonra həyata keçirilir. Qori müəllimlər 
seminariyasının nəzdində Azərbaycan  şöbəsi açılır. M.Qayıbov 1879-cu ildən həmin 
seminariyada Azərbaycan və Şərq dilləri müəllimi işləyir. O, kasıb tələbələr üçün dövlətdən min 
manat vəsait alır və dolanacağı ağır olan tələbələrdən qırx üç nəfərinə kömək edir. 1881-ci ildə 
Zaqafqaziya müftisi vəzifəsinə seçilərkən Mirzə Hüseyn demişdir: “Mən heç bir vaxt ruhani 
olmamışam və heç bir dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mənə 
təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi 
güman edirəm”. 
Müsəlman qızlarının təhsil alması, onların azad edilməsi və çadralarının atılması uğrunda 
mübarizə edən Qayıbov öz yazılarında sübut etmişdir ki, heç bir şəriət qızın və ya qadının təhsil 
almasını qadağan etmir, edə  də bilməz.  Şəriətin qara qanunlarının hökm sürdüyü belə  ağır bir 
vaxtda o, öz həyat yoldaşı Səadət xanıma “Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti”ndə iştirak 
etməyə icazə vermiş, qızları Nigar və Gövhəri Tiflisdə rus dilindəki Nücabə Qızlar İnstitutunda 
oxutmuşdur. Həmin institutu 1889-cu ildə Nigar, 1903-cü ildə isə Gövhər qızıl medalla 
bitirmişdir. 
Ömrünün sonuna kimi müfti vəzifəsində çalışan xeyirxah Mirzə Hüseyn Qayıbov 
yüzlərlə azərbaycanlı gəncin savadlanmasında fəal iştirak edib. 
Böyük Azərbaycan şairi Seyid Əzim Şirvani 1879-cu ildə “siyasi etibarsızlığ”a görə işdən 
çıxarılanda böyük şairin müəllimliyə qaytarmasına şəxsən M.H.Qayıbov kömək etmişdir. Şirvani 
- yaxın dostu və məsləkdaşı Qayıbova həsr etdiyi səksən dörd misralıq qəsidəsində onu ilk dəfə 
məktəb bina edən peyğəmbər adlandırmışdır. 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin