Gənc təDQİqatçI, 2020, VI cild, №1


Açar sözlər ; Yüksək təmizlikli xlorid turşusu, sub distillə, kütlə spektroskopiyası.  Giriş



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə10/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   6   7   8   9   10   11   12   13   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Açar sözlər
; Yüksək təmizlikli xlorid turşusu, sub distillə, kütlə spektroskopiyası. 
Giriş 
Yüksək təmizlikli turşulara təlabat getdikcə artır. Kütlə spektroskopiyası kimi analitik cihaz-
larla ölçmələr zamanı yüksək təmizlikli turşulardan istifadə bu cihazların həssaslığını artırır və yan-
lış siqnalların qarşısını alır. Bələ turşulardan bu kimi cihazların həssaslığını artırmaq üçün istifadə 
etmək olar.
Xlorid turşusu təbabətdə istifadə olunan bir çox duzların sintezində istifadə olunur[1]. Yüksək 
təmizlikli xlorid turşusu bir çox analitik təcrübələrin qoyuluşunda əsasən də nüvə təbabətində geniş 
istifadə olunur [2-3]. Kimyaterapiyada mikroqramlarla insana tədbiq olunan yüksək aktivlikli radi-
opreparatların alınmasında istifadə olunan xüsusi təmizlikli turşuların rolu əvəzsizdir. Belə ki yük-
sək aktivlikli radiopreparatlar alınması üçün tərkibində daha az iki, üç və dörd valentli metallar 
saxlayan turşulardan istifadə olunur.
Xlorid turşusundan xromotoqrafiyada bir çox elementlərin bir birindən ayrılmasında və təmiz-
lənməsində istifadə olunur [4-12]. 
Hal-hazırda, aşağı radiasiya fonu şəraitində fiziki tədqiqat istiqamətləri olduqca intensiv inki-
şaf edir: Qara maddə hissəciklərinin axtarışı, ikiqat neytrinsiz beta parçalanmanın öyrənilməsi
neytrino qeydiyyatı və s. Aşağı fonlu radiasiya təcrübələrinin müvəffəqiyyətliliyi yüksək təmizlikli 
maddələrdən istifadə olunmasıdır [13]. Xlorid turşusu aşağı fonlu radiasiya təcrübələrində flyus ki-
mi istifadə olunan ammonium xloridin sintezində istifadə olunur. Təcrübənin əsas məqsedi EDEL-
WEISS və SuperNEMO kimi asağı fonlu radiasiya təcrübələrində flyus kimi istifadə olunan ammo-
nium xloridin sintezi üçün yüksək təmizlikli xlorid turşusunu metal qarışıqlardan təmizləməkdir 
[14]. 
Təcrübi hissə 
Xlorid turşusunun metal qarışıqlardan təmizlənməsi “təmiz otaqda” həyata keçirilmişdir. (Bir-
ləşmiş Nüvə Tədqiqatlar İnstitutu, Dubna, Rusiya Federasiyası ). İstifadə olunan materiallar cədvəl 
1 də verilmişdir. 
Başlanğıc maddə kimi turşunun 20 faizli azeatrop qarışığından istifadə olunmuşdur. Azeatrop 
qarışığı hazırlamaq üçün Rusiya istehsalı olan xlorid turşusu( GOST 20-40) və bidistillə olunmuş su 
lazımı nisbətdə qarışdırılmışdır. 
Turşunun metal qarışıqlardan təmizləmək üçün DST-1000 (Savillex) turşu təmizləmə siste-
mindən istifadə olunmuşdur.
Təmizlənmiş turşu nümunələrinin analizi kütlə spektrometrində (X7, Thermo Scientific
ABŞ) aparılmışdır.Nümunələrin kütlə spektrometrinə hazırlığı və analizi digər “təmiz otaqda” 


FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ
 
11 
(Yüksək Təmizlikli Materiallar və Mikroelektronika Texnologiyaları Problemləri İnstitutu , Çerno-
qolovka 142432 , Rusiya Federasiyası) aparılmışdır. Kütlə spektrometri sabit parametrlərlə işləyir: 
1250 W gücündə olan radio tezlikli generator, policon nebulizator çiləyici, plazmaəmələgətirici Ar 
axını 12 ml/dəq, köməkçi axın 0.9 ml/dəq, Ar-un neubilizatora axın sürəti 0.9 ml/dəq, analiz edilən 
nümunənin axını 0.8 ml/dəq. 
Təmizlənmiş turşunun saxlanması və daşınması PFA materialından olan qablarda həyata keçi-
rilmişdir.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin