FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   2   3   4   5   6   7   8   9   ...   24

II
FƏSİL
Araşdırma və Beyin Mərkəzlərinin 
fəaliyyətinin qiymətləndirmə metodologiyası. 
Reytinqlər. Yeni meyil-Transmilli Beyin Mərkəzlərinin 
yaranması

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
76
2.1 Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin 
dəyərləndirilməsinin meyarları
Beyin  Mərkəzlərinin  tədqiqi  və  fəaliyyətinin  qiymətləndirməsi  özü  də  stra-
teji  məsələlərdən  biridir.  Bu  sahədə  də  birincilik  Amerikaya  məxsusdur.    Ayrı-
ayrı  tədqiqatların  ortaya  çıxmasından  başqa,  beyin  mərkəzlərinin  fəaliyyətinin 
dəyərləndirilməsinin və təhlili üçün elmi-tədqiqat qurumlarının yaranması da bura-
da ənənəyə çevrilmişdir.
  Məsələn,    ABŞ-dakı  Pensilvaniya  Unversitetində    son  illər  bütün  dünyada 
fəaliyyət göstərən  ABM-rinin fəaliyyətinin izlənilməsi ilə bağlı tədqiqatlar aparı-
lır. Dünyada beyin mərkəzləri, onların cəmiyyətdə və beynəlxalq həyatda rolu və 
fəaliyyəti,  coğrafiyası,    ixtisaslaşması  kimi  məsələlər  burada  Ceyms  Makqanın 
rəhbərliyi ilə yaradılan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı”  (The 
Think Tanks and Civil Societies Program) çərçivəsində araşdırılr. Universitetin da-
vamlı olaraq bu araşdırmaları aparması  dövlətin diqqətini cəlb etmiş, sonda həmin 
universitetə beynəlxal tədqiqat proqramı çərçivəsində Beyin Mərkəzlərinin tədqiqi 
üçün  ayrıca büdcə ayrılması vacib hesab edilmişdir. 
Universitet hər il Dünya bankında, Beynəlxalq Valyuta Fondunda illik qlobal 
beyin mərkəzlərinin- beynəlxalq siyasi və sosial-iqtisadi yönlü analitik mərkəzlərin  
dünya reytinqinin təqdimatı keçirilir.
Beləliklə  də,  son  illərdə  dünyada  mövcud  olan  minlərlə  “beyin  mərkəzi”nin 
fəaliyyətinin dəyərləndirilməsi ənənəyə çevrilmişdir. 
Müxtəlif sahələrdə tətbiq edilən dəyərləndirmə və reytinqlərin müəyyən edilməsi 
ABM-lərin fəaliyyətinə qiymət verilməsi üçün də tətbiq edilir.
Hazırda ABM-lərin  üç  səviyyədə  -  qlobal,  regional  və  lokal  (milli)  miqyaslı 
reytinqləri mövcuddur.
“Beyin mərkəzi” institutuna cəmiyyətin və dünya birliyinin diqqətini yönəltməsi 
baxımından reytinqlər, müəyyən mənada mütərəqqi  məqsədə xidmət edir. Bura-
da tarixi, funksional, ideoloji, nüfuz və təsir kimi amillər də nəzərə alınır.  Eyni 
zamanda,  qiymətləndirmənin metodologoiyası və meyarları geniş mübahisələrin 
mövzusudur. Elə isə BM-nin qiymətləndirilmə meyarları necə müəyyən edilir və 
hansılardır?
 
Qlobal “beyin mərkəzi”  reytinqi 
Qeyd edildiyi kimi, ABŞ-ın Pensilvaniya Universitetinin (University of Penns-
ylvania)  “Ekspert  analitik  mərkəzlər  və  vətəndaş  cəmiyyəti”    (The  Think  Tanks 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
77
and  Civil  Societies  Program)  proqramı  çərçivəsində  2008-ci    ildən  etibarən    be-
yin mərkəzlərinin  tədqiqi üzrə qlobal  layihə, başlanılmışdır. Proqramın direktoru 
Ceyms Makqandır. (James McGann). Layihənin əsas məqsədi bilik və siyasət ara-
sındakı boşluğun aradan qaldırılması, bütün dünyada demokratik institutların  və 
vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün beyin mərkəzlərinin regional və 
qlobal şəbəkəsinin yaradılması yönündə səylərin artırılmasıdır.
Bu  reytinqin  tənqidçiləri  hesab  edirlər  ki,  burada  verilən  qiymət  mərkəzlərin 
nailiyyətlərinə görə deyil, daha çox populyar olmasına görə müəyyən edilir. Buna 
baxmayaraq, bu reytinq hazırkı dövr üçün BM-lərin yeganə  ümumdünya reytinqi-
dir. 
Reytinqin  metodologiyası  120  ölkədən  1,5  min  beynəlxalq  ekspertin  sorğu-
su əsasında müəyyən edilir. Sorğu 182 ölkədən 6545 analitik ekspert mərkəzinin 
dəyərləndirilməsini nəzərdə tutmuşdur. Dəyərləndirilmənin meyarları qismində eks-
pertiza nəticəsində 6545 mərkəzdən 30 nominasiya üzrə 5326 mərkəz seçilmişdir.
1
  
Global Go-To Think Tanks Index–in hazırlanması prosesində dünyadakı 6000  
ABM arasında təhlil aparılaraq 1500-ü seçilir və sonra onlardan “Top 150” mərkəz 
seçilir. Bu hər halda çox ciddi rəqəmlərdir və 
Azərbaycandakı  mərkəzlərin  bu  reytinqdə 
təmsil olunması  mühüm əhəmiyyətli fakt kimi 
hesab edilməlidir. Yerli beyin mərkəzlərindən 
İqisadi və Sosial İnkişaf Mərkəzi ( İSİM) ar-
tıq    2010-cu  ildən The  Global  Go-To Think 
Tanks  Index  reytinqində  əks  olunur.  Bu  özü 
də ölkədə  qeyd edilən qurumların inkişafının 
göstəricisidir.
Eyni  zamanda  bir  məsələ  də  qeyd 
edilməlidir  ki,  reytinqlərin  yalnız  2006-cı 
ildən  başlanılaraq  aparılması  o  demək  deyil  
ki, həmin vaxta qədər  müvafiq mərkəzlər ol-
mamışdır.  Sadəcə reytinq praktikası 2006-cı 
ildən etibarən  tətbiq edilir.
ABŞ-ın  Pensilvaniya  Universitetinin  keçirdiyi  sonuncu-“Beyin  Mərkəzləri 
2012” reytinqində 182 ölkədən 6603 beyin mərkəzi təmsil olunub.
2
 Bu dəfə də hesa-
bat hazırlanarkən dünyanın 2 minə yaxın eksperti arasında sorğu keçirilib.  
Hesabatda qeyd edilir: “Hazırda dünyada çoxsaylı və miqyaslı siyasi, iqtisadi, 
sosial və texnoloji meyillər baş verir və dövlətin, hökumətin fəaliyyətinə ciddi təsir 
1 http://www.gotothinktank.com/2011-global-tank-index
2 http://www.gotothinktank.com/wp-content/uploads/2013/01/2012_Global_Go_To_Think_Tank_Report_-_
FINAL-1.28.13.pdf

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
78
göstərir. BM-lərin bu meyilləri dərk etməsi və onları önləməsi çox vacibdir ki, bu 
meyillər bizi məhv etməsin”.   
“Beyin mərkəzləri”nin çoğrafiyasına gəldikdə isə ABŞ dünyada ən çoxsaylı 
BM-ləri (1,815) ilə öndə gedir. Təkcə Vaşinqtonda 393 beyin mərkəzi mövcuddur.
3
 
Daha sonra Massaçusets (176) və Kaliforniya (170) ştatları gəlir. Dünya üzrə son-
rakı yerlərdə: Çin - 425, Hindistan-292, Britaniya - 286, Almaniya - 194 BM ilə 
sıralanır. 
3 http://thecable.foreignpolicy.com/posts/2012/01/18/brookings_tops_2011_think_tank_rankings)

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
79
Son illərdə Avropa və Afrikada “beyin mərkəzləri”nin sayında artım nəzərə çar-
pır. Reytinq bütün dünya coğrafiyasını əhatə etməyə çalışır və qeyd edilir ki, hətta 
Əfqanıstanda da 2 Think Tanks mövcuddur. 
ABM-rinin yaranma dinamikasına gəldikdə tədqiqatdan məlum olur ki, dünya-
dakı 31 faiz  BM on ildə -1980-1990-cı illərdə yaranıb.  Afrikada 550, Avropada 
isə 1798 “beyin mərkəzi”nin fəaliyyəti qeydə alınıb. Eyni zamanda, Asiyada 1198, 
Latın Amerikası və Karib hövzəsi ölkələrində 722, Yaxın Şərq və Şimali Afrikada 
329, Şimali Amerikada 1912, Okeaniya ölkələrində 39 “fikir fabriki”nin mövcud 
olduğu göstərilir.
Bu mənzərə BM-lərin sırf Amerika fenomeni olduğuna dair qənaətə əks olan 
proseslərin getdiyini göstərir.
Hesabatda Azərbaycan  “10  və  daha  çox  beyin  mərkəzinin  olduğu  ölkələr  ”  
bölümündə də əks edilib. Burada qeyri-hökumət təşkilatlarından 13-nün “beyin 
mərkəzi” kimi fəaliyyət göstərdiyi qeyd edilib. Ermənistan guya 14 beyin mərkəzi 
olan ölkə kimi davamlı olaraq bu nominasiyada bir pillə yuxarıda durur. Halbuki 
ölkəmizdə müvafiq mərkəzlərin sayı 13 rəqəmindən çoxdur, onun dəyişdirilməsinə, 
daha yüksək pilləyə keçməsi üçün də işlər görülməlidir. (Azərbaycanda ABM-ri 
haqqında bu tədqiqat dolayısı ilə həmin işlərdən biri hesab edilə bilər.) 
Reytinqdə başqa nominasiyalarda yüksək yerlərə gəldikdə isə burada “Cənubi 
Qafqaz ölkələrindən əsasən Azərbaycan daha yaxşı təmsil olunur.  Ermənistandan 
hər hansı “beyin mərkəzi” nə dünyanın, nə də Mərkəzi Şərqi Avropanın aparıcı “be-
yin mərkəzi” sıyahısına daxil edilməmişdir. 
Azərbaycandan  İqtisadi və Sosial İnkişaf Mərkəzi, Azərbaycan Respublikasının 
Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi rey-
tinq- hesabatda bir neçə kateqoriya üzrə dünyanın ən güclü “beyin mərkəzləri” siya-
hısında yer almışdır. Bu mərkəzlər öz hökumətlərinin siyasətinə müsbət təsir edən 
mərkəzlər  kimi  qiymətləndirilmişdir.  Müasir  Təhsil  və  Tədrisə  Yardım  Mərkəzi 
təhsil sahəsində fəaliyyət göstərən qurumlar siyahısına daxil edilmişdir.
Think Tanks reytinqinə nəzər salarkən yerli ABM –nin inkişaf etdirilməsi ba-
xımından daha hansı işləri görmək olar?  “Ətraf mühit”, “Səhiyyə”, “Enerji və re-
surslar”, “Elm və texnologiyalar” üzrə  kateqoriyalarda Azərbaycandan BM-nin bu 
reytinqdə  olmaması  ciddi  düşündürməlidir.  Məsələn,  ölkəmizdə  xüsusilə  ekoloji 
profilli olduqca çoxsaylı mərkəzlər, onların koalisiyası, eləcə də  enerji və səhiyyə 
sahəsində birliklər olduğu halda onların  bu reytinqlərdə əks olunmaması düşün-
dürücüdür  və  məsələnin  müzakirəsini  gündəmə  gətirir.  Bu  həm  də  kəmiyyətdən 
keyfiyyətə keçilməsi üzərində düşünmək deməkdir
Reytinqin  metodologiyasını  hazırlayan  “Analitik  mərkəzlər  və  vətəndaş 
cəmiyyəti” proqramının direktoru Ceyms Makgan hesab edir ki, “Bu gün dünya-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
80
da BM-lər kəskin rəqabət şəraitində fəaliyyət göstərməli olurlar. Çoxsaylı meyarlar 
içərisindən dördü  əsas meyar kimi tətbiq edilir:
1.   Təhlil və tədqiqatların ciddiliyi;
2.   Aktuallıq; 
3.   Etibarlılıq, mötəbər mənbələrə əsaslanma;
4.   Tədqiqatların əhatəsi.
Bu o deməkdir ki, tədqiqatlar təfərrüatlarına qədər reallığı əks etdirir və buna 
görə  də  cəmiyyət  aktual  siyasi  məsələlərin  həllində  onlara  güvənə  bilər.  Rəylərə 
deyil, faktlara əsaslandığı üçün etibarlıdır və nəticələri KİV-lərə, cəmiyyətə və siyasi 
hakimiyyətə təqdim edilə bilər”.  
Dəyərləndirmədə həmçinin mərkəzlərin insan və maddi resursları cəlb etmək və 
istifadə edə bilmək qabiliyyəti, analitik-ekspert məhsulunun kəmiyyəti və keyfiyyəti, 
konkret dövlətlərdə daxili və xarici siyasətin formalaşmasına təsiri kimi amillər əsas 
götürülür.
Reytinq  20-yə  yaxın  meyar  əsasında  aparılır.  Ümumilikdə  isə  “Global  Go 
To  Think  Tanks  Rankings”  üçün  ABM-lərin    fəaliyyətinin  meyarları  qismində 
C.Makganın  əsas hesab etdiyi meyarların geniş sırası bunlardır:
1.  Analitik  məhsul  kimi  jurnalların,  kitabların  və  başqa  nüfuzlu  nəşrlərin  çap  
edilməsi;
2.  Analitik, ekspert və alimlər elitasının təmsilçilərinin çalışması;
3.  Təşkilatın araşdırmalarının resenziyalı jurnallarda, kitablarda və digər nüfuzlu 
nəşrlərdə çap olunması:
4.  Siyasət,  kütləvi  informasiya  vasitələri  və  elmi  elita  ilə  əməkdaşlıq 
münasibətlərinin olması;  
5.  Akademik  nüfuza  malik  olması  (rəsmi  akkreditasiya,  qeydiyyatdan  keçmə, 
əməkdaşların konfranslarda iştirakçı və məruzəçi olması, onların məqalələrinin 
tanınmış kitab və jurnallarda dərc edilməsi və s.);
6.  Media imicinə, nüfuzuna malik olması (KİV-lərdə haqqında məlumatların yer 
alması, müsahibə və sitatların əksini tapması);
7.  Siyasi  sistemdə,  politoloqların  rəyində  nüfuza  malik  olması  (brifinqlərin  və 
rəsmi görüşlərin keçirilməsi, icmal və şərhlərin, referatların nəşri, ictimai rəydə 
və nəşrlərdə qanuni əksini tapması);
8.  Mərkəzin maliyyə resurslarının həcmi, səviyyəsi (illik dövlət və özəl maliyyə 
sənədləri və müqavilələri, ianələr, üzvlük haqları və s.);
9.  Maliyyələşdirildiyi  mənbənin  ehtiyac  və  tələblərini  ödəmək  üçün  müvafiq 
altmüəssisələrin (filialların və s.) təşkil edilməsi;
10. Mərkəzin analitik elmi istehsalının ümumi həcmi (siyasi təklif və tövsiyələr, çap 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
81
məhsulu, müsahibələr, konfranslar, xəbərlər, məlumatlar və s.);
11. Siyasi  sistem  üçün  verilən  tövsiyələrin,  siyasi  sahədə  işləyən  qurumlar  üçün 
verilən təkliflərin kəmiyyəti, aldıqları mükafatlar və adlar;
12. Analitik-məlumat  fəaliyyətinin  faydalılığı,  informasiya-təbliğat  işinin    təşkili, 
qanunvericiliyin təkmilləşməsinə töhfəsi, elmi məqalə və təqdimatların hazır-
lanması, tədqiqat və treninqlərin, təcrübələrin təşkili;
13. Siyasətə dair alternativ ideyaların və yeni biliklərin təklif edilməsi və təbliği;
14. Akademik  və  tətbiqi  tədqiqatlar  arasında  uçurumun  aradan  qaldırılmasına 
töhfəsi;
15. Cəmiyyət və siyasətçilər arasında dialoq məkanının yaradılmasına töhfə verməsi;
16. Siyasi qərarların qəbulu prosesində yeni baxış və yanaşmaların daxil edilməsində 
rolu, siyasətçilərin ənənəvi müdrikliyinə qarşı innovasion siyasi ideya və proq-
ramların yaradılması;
17. Sosial şəbəkələrin imkanlarından mərkəzin tam şəkildə istifadə edə bilməsi.
Son -  2012 –ci ilin reytinqində 2011-ci ildən fərqli olaraq dəyərləndirmə üçün  
bir neçə yeni  kateqoriyalar daxil edilmişdir. Onlara:
 “Dünyanın ən yaxşı Enerji və Resurs Siyasətini tədqiq edən BM-ri”, “Ən yaxşı 
təhsil siyasəti BM-ri”, “Ən yaxşı kommersiya BM-ri”, “Ən yaxşı Müstəqil (dövlət 
və siyasi partiyalardan maliyyə, struktur baxımından leqal müstəqilliyə malik) BM-
ri”, “Ən yaxşı vəkillik kampaniyası aparan BM-ri” və “2011-2012-ci illərdə ən yaxşı 
Syasi Araşdırma/Hesabat hazırlayan BM-ri”-kateqoriyaları aiddir.
Reytinq hazırlayanların ümumi qənaətinə görə, ABM-ləri müqayisə etməyə, me-
yar və fərqlərini müəyyən etməyə imkan verən amillərin tərkibi aşağıdakı kimidir: 
•  yaranma mühiti və səbəbləri (origin & chellenge); 
•  tədqiqatların siyasi istiqamətlərinə görə (policy orientation & referent group); 
•  təşkilati strukturu (structure & management scheme); 
•  fəaliyyətinin istiqamətləri (research agenda & specialization);
•  maliyyə mənbələri (clients & fundraising);
•  analitik məhsul və onun yayılması üsullarına görə (products & promotion);
•  kadr resurslarına görə (staff & experts);
•  siyasi proseslərdə yeri və roluna görə (influence evaluation),
•  tövsiyələri və təkliflərinə görə (recommendations).
Analitik mərkəzlərin siyasi prosesdə iştirakının qiymətləndirilməsi ilə bağlı metodi-
kaya gəldikdə isə qeyd olunmalıdır ki, bu sahədə də  bir sıra problemlər mövcuddur. 
Buraya: 
•  qiymətləndirmənin  nəticələrinin  tədqiqatçının  dövlətin  hakimiyyət  bölgüsünə 
münasibətindən (elitist, yaxud plüralist) asılılığı;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
82
•  nüfuzun qiymətləndirilməsi parametrlərinin tətbiqi;
•  meyarlara kompleks yanaşmanın seçilməsi ilə bağlı yaranan problemlər;
•  qiymətləndirmənin  obyektlərinin  və  subyektlərinin  (ekspertlər  qrupunun, 
münsiflərin) müəyyənləşdirilməsi problemi. 
  ABM-lərin  status  və  nüfuzunun  qiymətləndirilməsi  metodikasında  bir  sıra 
prinsiplər mövcuddur:
•  “mövqe”, “nüfuz” və “qərar vermə” metodikalarının sintez edilməsi əsasında 
subyektlərin təyin edilməsi; 
•  mərkəzlər haqqında məlumatların kəmiyyət baxımından toplanması və təhlili; 
nüfuz mərkəzlərinin sadə və eyni zamanda həcmli göstəricilərinin axtarılması; 
•  mərkəzin müstəqilliyi və açıqlığı  kimi parametrlərin “simvolik kapital” qismində 
vurğulanması.
Reytinqdə ictimai siyasətlə məşğul olan ekspert-analitik mərkəzlər  aşağıdakı 
tipologiyanı tətbiq edirlər:
 
1.  Partiya  ekspert-analitik  mərkəzləri  -  siyasi  partiyalarla  rəsmən  bağlı  olan 
mərkəzlər;  
2.  Dövlət  yönlü  ekspert-analitik  mərkəzləri  -  dövlət  strukturlarına  daxil  olan 
mərkəzlər;  
3.  Nisbətən-  dövlət  yönlü  ekspert-analitik  mərkəzləri  -  müstəsna  olaraq  dövlət 
tərəfindən  müqavilə və qrantlarla maliiyələşən, lakin rəsmi  dövlət strukturuna 
daxil olmayan mərkəzlər;
4.  Müstəqil  ekspert-analitik  mərkəzləri  -  hər  hansı  sponsordan  asılı  olmayan  
mərkəzl
5.  Nisbətən müstəqil ekspert-analitik mərkəzləri - dövlət strukturlarındаn asılı ol-
mayan, lakin müəyyən  maraqlı qrupla, sponsor və ya sifarişçi  tərəfindən nəzarət 
edilən mərkəzlər;    
6.  Universitet  ekspert-analitik  mərkəzləri  -  universitetlərin  nəzdində  fəaliyyət 
göstərən mərkəzlər.  
Müəyyən  edilmiş  meyarlar    və  ekspert  dəyərləndirmələri  əsasında    ekspert-
analitik mərkəzlərin aşağıdakı kateqoriyalarda  yekun reytinqi müəyyən edilir:
1.  Ən yaxşı yeni ekspert-analitik mərkəzlər;  
2.  Dövlət siyasəti sahəsində ən yaxşı ekspert-analitik mərkəzlər;  
3.  Xarici  siyasət  və  beynəlxalq  münasibətlər  sahəsində  ın  yaxşı  ekspert-analitik 
mərkəzlər;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
83
4.  Dövlət siyasətinə təsir edə bilən ən yaxşı ekspert-analitik mərkəzlər;
5.  İnternet və sosial mediadan ən yaxşı istifadə edən ekspert-analitik mərkəzlər;
6.  KİV-lərdən ən yaxşı istifadə edən ekspert-analitik mərkəzlər;
7.  Ən yaxşı yeni innovasion ekspert-analitik mərkəzlər; 
8.  Ən yaxşı   universitet  ekspert-analitik mərkəzlər ;
9.  Ən yaxşı   dövlət  ekspert-analitik mərkəzlər ;
10. Ən yaxşı   partiya  ekspert-analitik mərkəzlər ;
11. Ən yaxşı müstəqil  ekspert-analitik mərkəzlər ;
12. Ən yaxşı illik büdcəsi 5 milyondan az olan ekspert-analitik mərkəzlər;
13. Ən yaxşı ixtisaslaşmış ekspert-analitik mərkəzlər;
14. Ən yaxşı regionlar və ölkələr üzrə ekspert-analitik mərkəzlər;
15. Dünyanın ən yaxşı ekspert-analitik məkəzləri.
ABM-lərin  inkişaf  dövrünü  yaşaması  o  demək  deyil  ki,  onlar  problemlərlə 
üzləşmir. Hazırda və  yaxın gələcəkdə BM-ləri bir sira sahələrdə çağırışlar gözləyir. 
Buraya: 
1.  maliyyə mənbələrində qeyri-müəyyənlik və dəyişikliklər;
2.  ictimai siyasət institutlarının, QHT-lərin genişlənməsinə rəğmən  BM-lərin ixti-
saslaşması;
3.  sutka boyu - 24/7 - medianın  inkişafı və yüksəlişindən bəhrələnə bilmək;
4.  texnoloji imkan və üstünlüklər, internet strategiyasının hazırlanması;
5.  qloballaşmanın təsiri: milli (lokal) və transmilli (qlobal) BM-lər arasında rəqabət 
prosesinə davam gətirə bilmək və s. daxildir.
Məsələn  bu  da  maraqlı  faktdır  ki,  2012-ci  ildə    Pensilvaniya  Universitetində   
keçirilən  “Top-30    Think  Tanks”  direktorlarının  sammitində  beyin  mərkəzi 
rəhbərlərinin  əksəriyyəti  maliyyə  vəsaitinin  azlığı  və  büdcənin    ixtisara  salınma-
sından şikayət etmişlər. Onlar həmçinin kadrların qıtlığını da təhlükəli meyil kimi 
vurğulamışlar.
XXI əsrin “beyin mərkəzləri” rəqabətə davam gətirmək üçün nə etməlidirlər?
Dünyaya daha geniş prizmadan baxmaq və qlobal birliyin qarşılıqlı bağlılığını 
və təsirlərini  nəzərə almaq lazımdır. Bu reallıq BM-ləri artıq baş vermiş hadisələrin 
şərhindən daha çox baş verəcək meyillərin proqnozlaşdırlmasına köklənməsini tələb 
edir. Özünə hörmət edən BM böhranların sonrakı təhlilini deyil, onların baş vermə 
ehtimalını görə bilməlidir. Rəqabətədavamlılığın digər mühüm şərti isə ortaq səylər, 
ümumi qlobal məsələlər barədə birgə tədqiqatların, problemlərin təhlilinin aparılma-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
84
sıdır. Qlobal problemlər ayrıca götürülmüş bir BM tərəfindən həll edilə bilməz. Bu 
baxımdan BM-lərin əməkdaşlığı fundamental məsələdir.
4
  
Bu isə ilk baxışda göründüyü qədər də asan məsələ deyil. İlk növbədə BM-lərin 
struktur, fəaliyyət və prioritetlər baxımından transformasiyası, problemlərin həllinə 
baxış tərzi dəyişməli, yeniləşməlidir.   
Regional səviyyəli  reytinqlər
Regional səviyyəli reytinqlərə misal kimi, Açıq Cəmiyyət üçün İctimai Birliklər 
Assosiasiyasının (PASOS) üzvü olan 44 BM-dən biri - Beynəlxalq Siyasi Araşdır-
malar Mərkəzi (International Centre for Policy Studies (ICPS)) tərəfindən həyata 
keçirilən reytinqi göstərmək olar. Hər il noyabrın 5-də Berlin şəhərində keçirilən 
konfransda təqdim edilir. “Avropa Şərq Tərəfdaşlığı və Qonşuluğunun Vasitələri” 
proqramı çərçivəsində keçirilən, BM-lərin reytinqini əks etdirən  bu hesabat Aİ-nın 
“Avropa Şərq Tərəfdaşlığı və Qonşuluğu Proqramının” (AŞTQP)  diqqətini cəlb 
edib və qurum Aİ-nin bu hesabatı maliyyələşdirməsini təklif edib.
Hesabatda 5 nominasiya üzrə mükafatlar təqdim edilir. Bu proqramın Şərqi Avro-
panın vətəndaş cəmiyyəti təsisatlarının Avropanın başqa institutları ilə eyni səviyyəyə 
yüksəlməsi üçün bir körpü rolunu oynadığını hesab edirlər.
5
  Beynəlxalq Siyasi Araş-
dırmalar Mərkəzinin tədqiqatçıları Avropa Şərq Tərəfdaşlığı və Qonşuluğu Proqramı-
nın Azərbaycan, Moldova, Ukrayna və Gürcüstandakı qeyri-hökumət təşkilatları ilə 
olduqca pis işlədiyini kəskin tənqid edərək 12 milyard avronun hara xərcləndiyinin 
fərqində  olmadığını,  bununla  da  qeyri-dövlət  aktorların  (non-state  actors  (NSAs)) 
maliyyələşmədən  kənarda  qaldığını    vurğulamışlar.  Hesab  edilir  ki,  keçmiş  sovet 
respublikalarında siyasi mədəniyyət qeyri-dövlət aktorları ilə əməkdaşlıq üçün lazım 
olan mühiti  yaratmır. Qeyri-dövlət aktorların fəaliyyətində tədqiqat və metodologiya 
sahəsində innovasiyalara daha çox diqqətin yetirilməsinə xüsusilə diqqət yetirilməlidir. 
Qeyd etmək lazımdır ki, yerli vətəndaş cəmiyyəti institutlarından İqtisadi Tədqiqatlar 
Mərkəzi (İTM) bu qurumla sıx əməkdaşlıq edir. Açıq Cəmiyyət üçün İctimai Birliklər 
Assosiasiyası,  2012-ci ilin dekabrından başlayaraq 24 ay ərzində  Avropa İttifaqı-
nın Azərbaycandakı “beyin mərkəzləri” üçün yeni “Beyin  mərkəzlərinin  qərarların 
qəbulu  sahəsində  rolunun  gücləndirilməsi  vasitəsilə  idarəetmədə  səmərəliliyinin 
yüksəldilməsi” adlanan layihəni  İTM-lə birlikdə icra edir. Onu da demək maraqlı 
olar ki, İqtisadi Tədqiqatlar Mərkəzi, Kamil Vətəndaş Birliyi ilə bu layihəyə ölkədən 
tərəfdaş kimi 18 beyin mərkəzini cəlb etməklə onu reallaşdırır.
4 Что такое “мозговой трест” XXI века. Think-tanks: битва манифестов// http://russ.ru/pole/ CHto-takoe-
mozgovoj-trest-XXI-veka
5 The 2010 PASOS Think Tank Award//http:/ www. pasos.org/2636/the-2010-pasos-think-tank-award

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
85
Lokal (milli) səviyyəli reytinqlər
Demək  olar  ki,  bir  çox  ölkələrdə  yerli ABM-lərin  fəaliyyətini  dəyərləndirən  
reytinqlər icra edilir. Bu sahədə daha çox ənənəyə malik olan ölkənin təcrübəsini 
misal gətiririk.
Böyük Britaniyada  lokal (milli) reytinq dəyərləndirilməsi artıq 12 ildir ki, hər 
il  keçirilir.  Londonda  yerləşən  Britaniya  Akademiyası  və  onun  “Prospekt”  jur-
nalı (Prospect magazine) hər il “İlin beyin mərkəzi” nominasiyasında müsabiqə-
reytinqlər  təşkil  edir.  Ən  yaxşı  BM-in  müəyyən  edilməsini  yerli  mətbuat  “Be-
yin  mərkəzi  dünyasının  oskarı”  tədbiri  adlandırır.  Bu  ölkədə  BM-lərin  meyarları 
reytinqdəki aşağıdakı nominasiyalar üzrə təqdim edilir:
•  Ən yaxşı milli BM;     
•  Ən yaxşı siyasi araşdırma aparan BM; 
•  Ən yaxşı ictimai təbliğat  aparan BM (analitik məhsulun, kitabların yayılması; 
tədbirlərin, seminarların, konfrans və treninqlərin keçirilməsi;  
•  Ən yaxşı online təqdimatı olan BM;  
•  Ən yaxşı dizayn və kommunikasiya strategiyasına maik olan BM (Best national 
think tanks).
6
  
Lokal  reytinqlər  sırasında  Yaponiyada  1974-cü  ildə  siyasi  və  maliyyə 
dairələrinin, hökumətin və yerli idarəçilik təmsilçilərinin birgə səyləri ilə yaradılan 
“Kompleks Tədqiqatlar və Araşdrımalar Təşkilatı”nın (NIRA) fəaliyyətini də qeyd 
etmək olar. Təşkilat həm də “XXI əsrin vəzifələri” adlı kompleks layihə üzrə siyasi 
tədqiqatların koordinasiya edən və maliyyələşdirən mərkəzə çevrilmişdir. Vaxtaşırı 
olaraq, “Beyin Mərkəzləri üzrə İllik Məlumat” adlı hesabat-reytinqi hazırlayır və 
Beyin Mərkəzlərinin Beynəlxalq Forumunu keçirir.
Bundan başqa ABŞ-ın Harvard Universitetində də dünyada mövcud olan ABM-
nin soğu - məlumat mənbəyi və siyahısı hazırlanır.
2.2. Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin 
dəyərləndirilməsində mübahisəli məsələlər
Hazırkı dövr üçün Pensilvaniya Universitetinin “Beyin mərkəzləri” və vətəndaş 
cəmiyyəti proqramı” çərçivəsində qlobal BM-lərin dəyərləndirildiyi reytinq kəskin 
tənqidlərə  məruz  qalıb.  Yeri  gəlmişkən,  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) yaradıldığı ilk gündən etibarən bu 
reytinqlə bağlı, qeyd edilən qurumla fikir mübadiləsi aparmış, bir neçə dəfə məktub 
6 UK’s ranking done by Prospect magazine. (Think Tank of the year awards http://www. prospectmagazine.
co.uk/blog/think-tank-of-the-year-awards-the-winners

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
86
göndərmişdir. Bu əsasaən ilk reytinqlərdə Azərbaycanın Yaxın Şərq və Şimali Af-
rika ölkələri sırasına daxil edilməsində ifadə olunan yanlışlıqlarla bağlı olmuşdur. 
Ümumiyyətlə, yalnız reytinqlərə görə deyil, bütövlükdə  BM-lərinin fəaliyyət me-
yarları  mövzusu  mübahisəli  olduğu  üçün  ona  münasibətlərə  bir  qədər  geniş  yer 
vermək vacibdir.
Qlobal  reytinqdə  BM-lərinin  seçilmə  meyarları  və  qiymətləndirmənin 
xüsusiyyətləri ilə bağlı ciddi tənqidin yer aldığı “Güzgü, söylə görüm  dünyada ən 
yaxşı BM hansıdır?” adlı məqaləsində BM-lərini tədqiq edən müəllif öz mövqeyini 
əsaslandırmağa cəhd etmişdir.
7
Müəllif qlobal reytinqin müsbət tərəfini qeyd etməklə bərabər, onun bu sahədə 
müəyyənlikdən daha çox qarışıqlıq yaratmasını, reytinqin meyarlarının ən ciddi qü-
surlarla dolu olduğunu sübut etməyə çalışır. O, BM-lərin nə olduğunu bilməyənlər 
üçün bu reytinqin yaxşı heç nə vəd etməyib, əksinə təsəvvürləri tamamilə qarışdır-
dığını qeyd edir. Buna sübut kimi 2010-cu ilin reytinqinin nümunəsində burada yer 
alan minlərlə mərkəzin “BM statusu”na nə dərəcədə uyğun gəldiyini, daha doğrusu, 
tamamilə fərqli qurumların BM adlandırılaraq ümumi reytinqə daxil edilməsini izah 
edir. Reytinqdə BM-in “bilik və siyasi hakimiyyət arasında körpü rolunu oynayan” 
qurum kimi tərifi olduqca köhnəlmiş yanaşma hesab edilir. Müəllif qeyd edir ki, son 
10-15 ildə dünyada BM-lərin mahiyyəti də inanılmaz dərəcədə dəyişib. Hətta BM-
in tərifini verən klassik əsərində Dayana Stoun da “körpü” tərifindən imtina edib.
8
Müəllifin fikrincə, “inkişaf etmiş, biliyin istehsal edildiyi ölkələrdə (knowled-
ge  based  sosiety)  bu  tərifi  birtəhər  qəbul  etmək  olarsa  da,  inkişaf  etməkdə  olan 
ölkələrdə bu yanaşma reallıqdan çox uzaqdır. Məsələn, Avropa Birliyinin üzvü olan 
dövlətlərdə qərar qəbul edən şəxslərin statusu eyni deyil. Burada siyasi qərarlar- milli 
dövlətlər və Brüssel arasındakı fövqəlmilli təsisatlar arasında bölünmüşdür (dövlətin 
bəzi səlahiyyətləri fövqəlmilli quruma ötürülmüşdür - T.A.). Daha geniş izah edilsə, 
indi BM-lər burada həm milli dövlət, həm də Avropa Birliyi səviyyəsində “körpünü” 
necə yaratmalıdırlar?”
9
Hesabata daxil edilən BM-lərə gəldikdə isə müəllif ən azı onların sayını ağlasığ-
maz hesab edir. Dövlətyönlü BM-dən tutmuş siyasi partiyalara, akademik institut-
lardan tutmuş özəl BM-lərə qədər hər şeyi əhatə etməyin sonda təhlilin keyfiyyətinə 
təsir etdiyi vurğulanır. Mərkəzi və Şərqi Avropa məkanının BM-lərinə yaxşı bələd 
olan müəllif bu bölgənin reytinqdə əksini tapan BM sayından çox olduğunu bildirir. 
Bu reytinqə görə, fəaliyyətində cəmi bir syasi araşdırması olan təşkilat da özünü “be-
yin mərkəzi” hesab edə bilər. “Universitetlərin siyasi, iqtisadi, sosial və ya beynəlxalq 
məsələləri ilə məşğul olan tədqiqat mərkəzləri bu reytinqdə birbaşa BM-ə çevrilir. 
7 http://goranspolicy.com /category/think-tanks/Mirror, mirror on the wall… tell me who is the best think
tank in the world? 23/01/2011 — Goran Buldioski on Think Tanks
8 Diane Lesley Stone. University of Warwick //www2.warwck.ac.uk.fac/soc/pais/stuff/stone
9 http://goranspolicy.com /category/think-tanks/Mirror, mirror..Op.sit.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
87
Onların  yalnız  akademik  jurnallarda  dərc  edilməsi  və  öz  tədqiqatlarını  yaymaq,  
təbliğ etmək barədə düşünməməsi də əhəmyyət kəsb etmir. Əks-təqdirdə kim izah 
edə bilər ki, Ukraynada 47 BM var və bu, dünyada 25-ci yerdir, yaxud Macarıstanda 
39, Çexiyada 25 BM var. Mən Serbiyanı   izləyərək, cəmi 3 icmal-araşdırması olan 
QHT-ləri, siyasi partiya BM-lərini, universitet tədqiqat mərkəzlərini, dövlətyönlü 
qurumları bir-bir saysam da, reytinqdəki 24 rəqəmini ala bilmədim”.
10
Müəllif reytinqdə qeyri-real mənzərənin yer aldığına dair fikrini davam edərək 
yazır  ki,  “Dünyanın  aparıcı  BM-ləri”  nominasiyasında  Slovakiyanın  Fridrix  Ha-
yek Fondu ən yaxşı “beyin mərkəzi” kimi  yer alıb. Halbuki bu təşkilat ötən illərdə 
özünün  iki  təsisçisinin  dövlət  əmlakını  oğurlamasına    görə  böyük  qalmaqal  ya-
şamışdı və hazırda öz adını yenidən bərpa etməyə cəhd edir. Eyni dərəcədə Açıq 
Cəmiyyət İnstitutunun da BM kimi (Open Society Institute  (OSI) reytinqə salınması 
təəccüblüdür. Bu, artıq heç bir çərçivəyə sığmır. Çünki BM və donor təşkilatları 
müxtəlif fenomenlərdir.
Digər təəccüblü məqam “Avropa Sabitlik  Təşəbbüsü” (European Stability Initi-
ative) mərkəzi ilə bağlıdır. Türkiyədə və Berlində ofisləri, Brüsseldə   nümayəndələri 
olan bu mərkəz reytinqdə Yaxın Şərqin və Şimali Afrikanın (Middle East and North 
Africa (MENA) 12-ci yerdə duran BM-i kimi təqdim edilib. Halbuki “Avropa Sa-
bitlik  Təşəbbüsü”,  başlıca olaraq, AB-nin məsələləri, AB-nin genişlənməsi, Cənubi 
Qafqazda, Balkanlarda sosial-iqtisadi inkişafla bağlı problemlər üzərində çalışır. Ya-
xın Şərq və Şimali Afrika ilə bağlı isə heç nə etmir.  Türkiyə ilə bağlı məsələlər onun 
ümumi işinin 20 faizini təşkil edir. Bu, açıq şəkildə göstərir ki, reytinqdə nə və necə 
təsvir edilir.
Məqalədə vurğulanır ki, ən çox etiraz doğuran məqam müxtəlif tipli, fəaliyyəti 
bir-birinə tamamilə əks olan təşkilatların  BM adı altında reytinqə daxil edilməsidir.
“Dünyanın    ən  yaxşı  -  top  BM-ləri  sırasında  yer  alan  Amnesty  Internatio-
nal və Transparency International əslində BM deyillər. Bu təşkilatların davamlı 
olaraq apardıqları tədqiqatlar, onların mandatı və fəaliyyət tipi BM-də olduğun-
dan fərqlidir və çox genişdir. Belə getsə artıq “Human Rights Watch” təşkilatının 
da BM olmasını fərz edə bilərlər. Yaxud apardığı tədqiqatların 80 faizinin siya-
si araşdırmaya heç bir aidiyyəti olmayan təşkilatları BM elan etməyə nə ehtiyac 
var? “Mənim əsas məqsədim odur ki, reytinqi tərtib edən komanda öz meyarlarını 
dəqiqləşdirə və BM olmayanları bu cür təşkilatlardan ayıra bilsinlər. Reytinqə da-
xil edilən ABŞ-ın “Milli Demokratiya İnstitutu” da (National Endowment for De-
mocracy) BM deyil, donor təşkilatdır. İstəniliən bakalavr dərəcəsi olan tələbə də 
donor təşkilatla BM arasındakı fərqi dərk edə bilər. Əgər Açıq Cəmiyyət İnstitutu 
ilə bağlı səhvi bağışlamaq olarsa, bunu bağışlamaq qeyri-mümkündür”.  
11
10 Yenə orada
11 Op.site.........

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
88
Müəllif bundan “daha dəhşətli” misalları gətirməkdə davam edir. İngiltərədə  
olan “DEMOS–UK” son iki ildə Leyboristlər Partiyasından ayrılıb, liberal demok-
ratlarla sıx birləşib. Hətta keçmiş direktor hazırkı Birləşmiş Krallıq hökumətində yer 
də alıb. Belə olduğu halda “DEMOS”-u  keçmiş partiyasına aid edib, onu BM kimi 
reytinqə daxil etmək nadanlıq əlamətidir. Yaxud Ukraynanın Razumkov Mərkəzi 
(Razumkov Center Ukraine) BM-dirmi? Əgər reytinqin keyfiyyətə nəzarət anlayışı 
bu dərəcədə zəifdirsə, kim belə təhlilə etibar edə bilər?”
BM-lərin reytinqdə problem mövzular üzrə sıralaması daha çox şübhələr doğu-
rur. Məsələn, müəllif “inkişaf edən BM - bu nə deməkdir?” sualını verir. Beynəlxalq 
münasibətləri tədqiq edən Brukinqs İnstitutu (The Brookings Institution) ilə inkişaf 
məsələlərini təhlil edən Qlobal İnkişaf Mərkəzi (Center for Global Development) 
arasında müqayisə aparılarsa, meyar kimi nə götürülür? Yaxud ən yaxşı sosial araş-
dırma aparan BM reytinqində Brukinqs İnstitutunun Britaniyanın İqtisadi və Sosial 
Araşdırmalar Mərkəzindən (Center for Economic and Policy Research (CEPR) daha 
yaxşı olmasını hansı meyar müəyyən edir: daha çox nəşrlərə, metodologiyaya malik 
olması, yaxud daha çox tanınması? 
Reytinqin metodoloji və konseptual problemlərini vurğulayan müəllif öz alterna-
tiv meyarlarını da təqdim edir. BM-lərin təsnifatı və tərifinin müxtəlif üsulları barədə 
ümumi    qənaətin  olmadığını,  bununla  belə,  inkişaf  edən  ölkələrdə  BM-ləri  uzun 
müddət tədqiq edən müəllif aşağıdakı alternativ meyarların təsnifatını təqdim edir: 
Leqal statusuna görə - əgər BM normativ-hüquqi statusa, göstəricilərə (qeyri-
mənfəət yönlü, müstəqil, qeyri-partiya yönümlü, siyasi araşdırma aparması) malik 
deyilsə, deməli, o, BM sayilmır;   
Həcm, miqyas və əhatə dairəsinə görə - kiçik, məhdud profilli, geniş, çoxşaxəli 
olması və s.; 
Yaranma və inkişafının mərhələlərinə görə;
Maliyyə mənbələrinə görə;
Tədqiqat, konsultasiya və təbliğat arasında balansın təmin edilməsinə görə;
Arqumentlərin mənbəyinə - akademik, tədqiqatlar, təhlil, dəyər və ya maraqların 
olmasına görə;
Tədqiqatların gündəminin, prioritetlərin müəyyən edilməsi tərzinə görə;
Öz nüfuzunun yayılmasına görə;
Auditoriyasına görə;
Müxtəlif təşkilatlarda təmsilçiliyinə görə;
 Özünü “beyin mərkəzi” kimi identikləşdirməsinə görə;
 Funksional strukturuna görə;
 İdeyaların, imkanların, təcrübənin təqdim edilməsinə görə;
 BM mühitinin yaradılması, inkişafı və dəstəklənməsi sahəsində işinə görə.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
89
 BM-lərin tədqiqi sahəsində çalışan, www.onthinktanks.org internet saytını təsis 
edən, Böyük Britaniyada Müstəqil Araşdirma, İdeya və Məsləhət Təşkilatını yara-
dan E.Mendizabal çoxsaylı təhrifləri qeyd etməklə yanaşı, öz meyarlar sistemini də 
formalaşdırmışdır.
12
12 On the definition of think tanks: Towards a more useful discussion;; E.Mendizabal. Different ways to

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
90
Xüsusi  olaraq  maraq  doğuran  məqamlardan  biri  də,  1.Kütləvi  İnformasiya 
Vasitələrində (KİV) ən çox isnad edilən ABM-lərinin; 2. Ən çox isnad edilən ABM-
nin İdeoloji statusuna görə  reytinqlərinin hazırlanması təcrübəsinin mövcudluğudur. 
 ABŞ-da “ABM-lərinə isnadların illik icmalı” (Fairness  & Accuracy in repor-
ting  (FAIR’s)  annual  survey  of  think  tank  citation)  adlanan  bu  reytinqlər  həmin 
mərkəzlərin  fəaliyyətinin  dəyərləndirilməsində  növbəti  mühüm  meyar  kimi  çıxış 
edir.  Həm də bu zaman KİV-lərdə ən çox isnad edilən ABM-rinin hansı  ideolo-
ji oriyentasiyaya malik olması müəyyən edilir.
13
 Reytinqlər göstərir ki, son illərdə 
sentrist (mərkəzçi) ideologiyaya xidmət edən ABM-ri müstəsna olaraq birinci yerdə 
durur. (yuxarıdakı şəkil)
 
2.3.Araşdırma və Beyin Mərkəzlərinin transmilliləşməsi: 
bu, yeni meyil, yoxsa çağırışdır?
XXI əsrdə BM-lərin inkişafinı əvvəlki dövrdən fərqləndirən və getdikcə inten-
siv şəkil alan digər meyillərdən biri onların transmilliləşməsidir. Doğrudur, hazır-
da sürətlənən bu meyil öz başlanğıcını hələ XX əsrin sonlarından götürmüşdür.
1972-ci  ildə  bir  sıra  milli  intellektual  mərkəzlər  “Beynəlxalq  Tətbiqi  Sis-
temli Təhlil  İnstitutu”  (International  Institute  of Applied  System Analysis)  adlı 
qlobal mərkəzdə birləşdi. Roma Klubu ilə sıx əməkdaşlıq edən bu institut qlo-
bal  problemlərə  sistemli  və  yeni  yanaşmaları  tətbiq  edərək  dünya  inkişafının 
meyillərini proqnozlaşdırmağa əsas yer verirdi. Yaxud 1973-cü ildə ABŞ-ın, Av-
ropanın və Yaponiyanın nüfuzlu şəxslərini, perspektiv siyasətçilərini və aparıcı 
intellektuallarını  özündə  birləşdirən  Üçtərəfli  Komissiya  yaradıldı.  1975-ci  ildə 
isə yeni dünya düzənində tənzimləyici rol oynaya biləcək “Böyük Yeddilər” (o 
zaman G-6) yaradıldı. Təbii ki, məntiqi olaraq, bu qurumlarda müvafiq analitik 
mərkəzlərin işinə böyük əhəmiyyət verilirdi.  
Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin (TBMŞ) fəaliyyətinin təhlili göstərir 
ki, onların işi dünyanın üzləşdiyi problemləri ortaq səylərlə həll etmək üçün “Bü-
tün ölkələrin analitikləri, birləşin!” devizinə uyğun gəlmir. Burada qloballaşma 
dövrünün mürəkkəb prosesləri, o cümlədən milli və fövqəlmilli strukturlar arasın-
da rəqabətdən tutmuş “dünyanın perspektivlərini müəyyən edən qlobal intellek-
tual elitanın, kollektiv zəkanın bir əldə cəmlənməsi cəhdləri”, nəhəng beynəlxalq 
blokların,  strateji  tərəfdaşların,  eləcə  də  Şərq  və  Qərb  sivilizasiyalarının  gizli 
define and describe think tanks «on think tanks // http://onthinktanks.org/2010/11/09/on-the-definition-
of-think-tanks-towards-a-more-useful-discussion/; http://mendizabal.co.uk/; tvitter @onthinktanks
13 Bax: http://fair.org/extra-online-articles/think-tank-spectrum-revisited/Fairness & Accuracy in reporting
(FAIR’s) Annual survey of think tank citation

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
91
rəqabəti və münasibətləri öz əksini tapmaqdadır.
“Beyin mərkəzləri”nin transmilli şəbəkələri yeni və inkişaf edən fenomendir. 
Hazırda mövcud olan TBMŞ-nin növləri aşağıdakı 4 əsas meyar üzrə üç qrupa 
bölünür: 
1)  əsas məqsədlər, vəzifələr, tədqiqat obyekti;
2)  üzvlük üçün cəlbedici, stimullaşdırıcı mexanizmlər; 
3)  üzv olmağın motivləri və əsasları;
4)  şəbəkədə münasibətlər və koordinasiya.
14
“Beyin  mərkəzləri”nin  transmilli  şəbəkələri  son  bir  neçə  il  ərzində  meyda-
na çıxıb və yaxın gələcəkdə də onların inkişafı və fəaliyyəti gözlənilir. Norma-
tiv  bazanın,  rəsmi  sənədlərin  və  ədəbiyyatın  olmadığını  nəzərə  alaraq,  onların 
fəaliyyətini yalnız həyata keçirdikləri vəzifələr, eyni zamanda qruplara bölünmə 
kimi vasitələrlə öyrənmək mümkündür. 
Transmilli şəbəkələrin müxtəlifliyinə baxmayaraq, hər bir təşkilat hamı üçün 
vacib olan prioritet və idarəedici (management) istiqamətləri müəyyən edir. Bu cür 
istiqamət və vəzifələr “beyin mərkəzləri”nin “transmilli şəbəkə konsepsiyası”nın 
təhlilinə həsr edilən araşdırmada əksini tapmışdır.
15
2.4. Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin (TBMŞ) təsnifatı, 
xüsusiyyətləri və növləri
TBMŞ  məşhur  fenomen  olan  ictimai-siyasi  şəbəkələrlə  birgə  qruplara 
aiddir. Bir neçə meyar baxımından bir-birinin analoqu olan bu təşkilatların 
olduqca  mühüm  fərqləri  də  mövcuddur.  Onların  sırasında  ən  əsası  ondan 
ibarətdir  ki,  siyasi  şəbəkələr  müxtəlif  maraq  sahibləri  olan  üzvlər  ara-
sında  vasitəçi  rolunu  oynamaq,  “beyin  mərkəzləri”  şəbəkələri  isə  birgə 
perspektivlər üçün yaradılır. 
TBMŞ  üçün  mövcud  olan  idarəçilik  forması  “şəbəkə”  (“network”)  sözü  ilə 
ifadə edilir. Qısaca olaraq qeyd edək ki, “beyin mərkəzləri” şəbəkələri peşəkar 
assosiasiyalara, bilik cəmiyyətlərinə bağlıdır. Eyni zamanda, bu cür şəbəkələrin 
fərqləndirici cəhətlərindən biri də şəbəkəyə daxil olan təşkilatlar sırasında iyerar-
xiyanın  mövcud  olmamasıdır. 
14 Struyk, R. Transnational Think Tank Networks: Purpose, Membership and Cohesion, “ Global Governance.
Witte,  J.M.,  W.H.  Reinicke,and  T.  Benner.  2000.  “Beyond  Multilateralism:  Global  Public  Policy  Networks,”
International Politics and Society; downloaded from www.fes.de/; Stone, D. 2000b. “Think Tank Transnation-
alization and Non-Profit Analysis, Advice, and Advocacy.” Coventry, UK: University of Warwick, Department
of Politics and InternationalStudies, processed.
15 Management of Transnational Think Tank Networks/Author(s): Raymond J. Struyk Source: International
Journal of Politics, Culture, and Society, Vol. 15, No. 4 (Summer, 2002),pp. 625-638Published by: Springer-
Stable URL: http://www.jstor.org/stable/05/09/2011 07:20

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
92
TBMŞ-nin  mövcud  ənənəvi  ABM-dən  bir  sıra  üstün  cəhətləri  mövcuddur. 
Belə ki, TBMŞ:
1) qlobal məkanda əlaqəli şəkildə fərdi və ictimai infrastruktur yaradaraq, yeni 
ideyaların və siyasi nailiyyətlər haqqında məlumatların tez və effektiv surətdə 
koordinasiyası və yayılmasını təmin edir;
2)  istənilən  yerdə  baş  verən  siyasi  yeniliklər  haqqında  məlumatlı  olmaq  üçün 
ənənəvi “beyin mərkəzləri” ilə münasibətlər qurur və onlara öz istiqamətləri 
çərçivəsində qeyd olunan məsələlər üzrə təhlil aparmaq, şərh etmək üçün daha 
geniş imkanlar yaradır;
 3) potensial olaraq, güclü bilik və təcrübə nəticəsində ərsəyə gələn innovativ və 
kreativ layihələrin - istər ideya olsun, istərsə də texnologiya - daha da effektiv 
olmasında, geniş yayılmasında və tətbiqində mühüm rol oynayır. 
Ədəbiyyatda bu cür mərkəzlərin təsnifatı və şəbəkələşmə nümunələri göstərilir.
16
1-ci cədvəl: Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin növləri
Şəbəkənin
növü
Nümunələr
Əsas
mahiyyəti
təşkil
edən
oby
ek
t
Üzvlülük
üçün
cəlbedici
(stimul)
mexanizmlər
Şəbəkədə
koor
dinasiya
(əlaqələndir
mə)
Daxil
olmaq
üçün
əsaslar
Açıq şura
GDNet
(Qlobal
İnkişaf
Şəbəkəsi),
AKNF,
LOGİN
Biliklər “beyin
mərkəzləri”
aralarında yayılır,
eyni zamanda
başqa auditoriyalar
da daxil ola bilər –
siyasətçilər (AKFN),
yerli hökumətlər
(LOGİN). Bəziləri isə
müxtəlif mövzular
üzrə on-line
şəkildə müzakirələr
keçirirlər.
İnformasiyanı
əldə etmək və
əlaqələr qurmaq
üçün effektiv
vasitələr
Zəif
Açıq: özləri
seçilirlər
Lider olan
donor
təşkilatı və
ya rəsmi
patronaj
altında
olan Beyin
Mərkəzlərinin
Assosiasiyası
Açıq
Cəmiyyət
İnstitutu
(ACİ) (OSİ
siyasi
mərkəz)
Müxtəlif mövzular
üzrə dəyirmi
masalar və imkan
dərəcəsində texniki
dəstək
Əhəmiyyət kəsb
edən sahələrdə
biliklərin
artırılması;
Donordan olan
dəstək
Yumşaq
Qapalı: donor
tərəfindən seçilir,
üzvlər OSİ ilə
xüsusi və davamlı
əlaqədədir- lər
16 Yenə orada

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
93
ASEAN-
İSİS
Xarici siyasət
və təhlükəsizlik
məsələləri üzrə
yüksək səviyyədə
müzakirələrin
keçirilməsi
Siyasi toqquşma
(təsir)
Güclü
Qapalı: yalnız
ASEAN ölkələri
institutları üçün
açıq; ASEAN və
mövcud üzvlər
tərəfindən
seçilirlər
Qlobal
Beyin
Şəbəkəsi
Elit “beyin
mərkəzləri” və
siyasətçilər arasında
siyasi dialoq
Biliklərin
artırılması;
aydın görünmə,
potensial siyasi
toqquşma (təsir)
Zəif
Qapalı: sponsor
tərəfindən
seçilirlər; üzvlər
mövzu üzrə
dəyişirlər
Yeganə lider
təşkilatı
nəzdində
fəaliyyət
göstərən Beyin
Mərkəzlərinin
Assosiasiyası
Keçid
formatlı
siyasi
şəbəkə
- (Lider
Şəhər
İnstitutu)
Üzvlər siyasi
tədqiqatlar aparır
və texniki dəstək
layihələrini icra
edirlər
Sabitlik, yeni iş
sahələrin inkişafı,
xarici ölkələrdə
fəaliyyət
göstərmək,
internet və
marketinq
kimi vasitələr
ilə müəyyən
sahələrdə
fəaliyyət
aparmaq
Yumşaq
Qapalı:
artıq üzv olanlar
yeni üzvləri seçirlər,
hər bir üzv yeni
üzv olmaq istəyən
insanı namizəd
kimi təqdim edə
bilər. Vacib cəhət
ondan ibarətdir ki,
üzvlər üçün xarici
ölkələrdə iş birliyi
qurmaq imkanı
yaradılır.
İNT-
İqtisadi
İnkişaf
Mərkəzi
Biliklər paylanılır; elmi
tədqiqatlar aparmaq
və siyasi əlaqələr
qurmaq sahələrində
üzvlər arasında
rəqabət; layihələrin
icrasında üzvlərə
imkan dərəcəsində
dəstək olmaq; bəzi
layihələrin xüsusi
dəstəyi
Layihə
haqqında olan
informasiyanın
effektiv şəkildə
əldə olunması;
elmi tədqiqat
işlərinin çap
olunması;
beynəlxalq
ekspertlərin
məsləhət və
tövsiyələri
Zəif/
Yumşaq
Qapalı: maliyyə
vəsaitlərinin
artırılması ilə
dəstək; elmi
tədqiqatların
aparılmasına açıq
dəstək; üzvlərin
yazdığı elmi
işlər haqqında
informasiyanın,
xülasələrin
yayılması və
siyahıya salınması
TEPSA
Avropa İttifaqı və
onun inkişafı ilə
bağlı olan biliklərin
yayılması; əsasən
konfransların
keçirilməsi vasitəsi
ilə. Siyasi inkişaf da
həmin mövzuları
əhatə edir.
Mövqe; mümkün
siyasi təsir
Güclü
Qapalı: Avropa
İttifaqına üzv olan
hər dövlətdən yalnız
bir nəfər

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
94
2-ci  cədvəl:  Aparıcı  Transmilli  Beyin  Mərkəzləri  Şəbəkəsi  haqqında  əsas 
məlumatlar
Növ/ Təşkilat
Prinsipial
institutsional
dəstək
Region
İştirak edən “beyin
mərkəzləri”nin sayı
İnternetdə rəsmi
səhifəsi
GDNet (Qlobal
İnkişaf Şəbəkəsi)
Dünya Bankı
Açıq Məclis,
dünya üzrə
800 +
www.GDNet.org
AKNF (Afrika Bilik
Şəbəkələrinin
Forumu)
Afrika üzrə
Afrikanın İnkişafı
Forumunun
İqtisadi Komitəsi
Afrika
başlanğıc
mərhələsindədir
www.unsia.org/aknf/
LOGIN
Açıq
Cəmiyyət
İnstitutu
(Budapeşt),
yerli
hakimiyyət
təşəbbüsü
Şərqi Avropa və
keçmiş Sovet İttifaqı
bilinməyən
başlanğıc
mərhələsindədir
www.logincee.org
Lider olan donor təşkilatı və ya patronaj altında olan “beyin mərkəzləri”nin assosiasiyası
ASEAN –
Beynəlxalq
və Strateji
Araşdırmalar
İnstitutu- İİSS
ASEAN
Asiya
8
Qlobal Beyin
Şəbəkəsi
Yaponiya
Beynəlxalq
Dəyişmələr
İnstitutu
dünya üzrə
dəyişkən
www.jcie.
or.jp
OSI aid olan siyasi
mərkəzlər
Açıq Cəmiyyət
İnstitutu (Budapeşt) Şərqi Avropa
9
www.osi.hu
Yeganə lider təşkilatı nəzdində fəaliyyət göstərən “beyin mərkəzləri”nin assosiasiyası
TPN – Keçid Siyasi
Şəbəkə
Şəhər İnstitutu –
Vaşinqton
Şərqi Avropa və
keçmiş Sovet İttifaqı
9
www.
urban.org\
tpn
İCEG – İqtisadi
İnkişaf Beynəlxalq
Mərkəzi
müxtəlif (dəyişilən)
mənbələr
dünya üzrə
100+ ölkədə 300+
“beyin mərkəzi”
www.iceg.
org
Trans Avropa
Siyasi Tədqiqatlar
İnstitutu - TEPSA
federal dövlətlər
(Böyük Britaniya
Beyin Mərkəzi)
Avropa İttifaqı
15 (hər Aİ üzv
olan dövlətdən
yalnız bir nəfər),
4 assosiasiya
(assosiasiyadan
əvvəlki pillədə
olan dövlətlər)
www.tepsa.
be

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
95
2011-ci  ildə  transmilli  təşkilatların  yaratdığı  yeni  beynəlxalq  qurumlar-
dan biri də “BRICS” (Braziliya, Rusiya, Hindistan, Çin və sonrakı illərdə əlavə 
edilən Şimali Afrika) adlanan BM-dir. 2001-ci ildə “Qoldman Saks” (Goldman 
Sachs) qrupunun yaxın onilliklərdə dünyada iqtisadi inkişafın lideri və “Böyük 
səkkizliyə” (G7) qarşı duracaq əsas rəqib kimi BRICS ölkələri blokunu proqnoz 
verməsi, həmin bloka daxil olan ölkələr arasında çoxşaxəli, o cümlədən BM-lər 
sahəsində  əməkdaşlığa  təkan  vermişdir.  Son  beş  ildə  ölkələr  arasında  müxtəlif 
fərqlərə  baxmayaraq,  blokun  siyasi  və  mədəni  əlaqələri  xüsusilə  intensiv  inki-
şaf etməkdədir. BRICS ölkələrinin “The BRICS Report” adlanan   hesabatında, 
2011-ci ildə keçirilən sonuncu sammitdə blokun iqtisadi və diplomatik siyasətinin 
gücləndirilməsi məqsədi ilə “beyin mərkəzi” - “BRİCS İqtisadi və Ticarət Araşdır-
maları Şəbəkəsi” yaradılmışdır.
17
Yeni transmilli BM şəbəkəsinin təsisçiləri 5 üzv ölkənin BM-ləridir (Fundação 
Getúlio Vargas (Brazil), Eco-Accord (Russia), CUTS International (India), Shang-
hai WTO Affairs Consultation Center (China), South African Institute of Internati-
onal Affairs (South Africa). Bundan əlavə,  BRICS ölkələrinin Siyasət Mərkəzi də 
təsis edilimşdir (The BRICS Policy Center (BPC). 
TBMŞ-nin rəhbərliyinin vəzifələri aşağıdakılardır:
1.  Şəbəkəni inkişaf etdirmək – təşkilatçılıq və kapital təminatı;
2.  Şəbəkənin tədqiqat obyekti üzrə adekvat konsultasiyalarının balansını təmin 
etmək; 
3.  Şəbəkənin fəaliyyəti üçün lazım olan maliyyə vəsaiti ilə təminat;
4.  “Strukturda qeyri-rəsmilik  prinsipi”ni qoruyub-saxlamaq;
5.  Üzvlük məsələlərində qətiyyətlilik;
6.  Gündəlik məsələlərdə qətiyyətlilik;
7.  Şəbəkənin fəaliyyətində üzvlərin iştirakını artırmaq; 
-   biliklərin yayımlanması 
-  seminar və konfransların keçirilməsi
-  materialların və təkliflərin hazırlanması
-  layihələrin  icrası. 
8.  Koordinasiya işini həvəsləndirmək. 
Beləliklə, TBMŞ, onun idarə olunması və fəaliyyəti olduqca mürəkkəb pro-
sesdir. İdarə edən şəxs (rəhbər kadr) bir neçə marağı eyni vaxtda təmin etməlidir. 
Eyni zamanda, şəbəkə fəaliyyətində iştirak edən insanlar da iki müxtəlif qrupa 
bölünürlər. Birinci qrupda şəbəkənin işində fəal iştirak edən üzvlərdir. Digər qrupa 
isə şəbəkə layihələrinin icrası üçün maliyyə dəstəyi göstərən üzvlər daxildir. Bu 
iki qrup insan arasında konfliktin yaranması ehtimalı var. 
17 BRICS Trade & Economics Research Network (BRICS-TERN) http://cuts-international.org/BRICS-TERN/

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
96
Nəzərə alsaq ki, TBMŞ yeni bir təsisatdır və onu idarə edən şəxslər üzvlər və 
sponsorlar arasında olan fərqi (daha çox kimə önəm verdiyi nöqteyi-nəzərindən) 
tapıb, lakin nizamlamaq məsələsi ilə bağlı bəzi çətinliklər qarşıya çıxır.
Onu da qeyd edək, TBMŞ-nin gələcək fəaliyyəti ilə bağlı fikirlər müxtəlifdir. 
Belə  ki,  bəziləri  düşünür  ki,  bütün  şəbəkələr  deyil,  yalnız  onların  bir  qis-
mi  məqsədlərinə  çata  biləcəklər.  Digərləri  fikirləşir  ki,  bu  şəbəkələrin  son  5 
ildəki  fəaliyyəti  nəzərdən  keçirilərsə,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  onların 
gücləndirilməsi ehtimalları yüksəkdir. 
2.5 “Böyük 20-lərin” (G20) Xarici siyasət sahəsində fəaliyyət göstərən  
Beyin Mərkəzlərinin (XSFBM) “Qlobal Forumunun” təsis edilməsi
Transmilli ABM-nin yaranmasına ən son nümunə, «Böyük 20-lərin» (G20) 
Xarici  siyasət  sahəsində  fəaliyyət  göstərən    Beyin  Mərkəzlərinin  Sammitində 
(3  iyun  2012-ci  il)  G20  ölkələrinin  beyin  mərkəzləri  arasında  sabit  əlaqələrin 
yaradılmasını davamlı təmin edəcək “Qlobal Forumun” təsis edilməsidir.
Sammitin mövzusu «Qlobal dəyişikliklər. Getdikcə artan məsuliyyətlər» kimi 
müəyyən  edilmişdir.(  «Global  Challenges,  Increasing  Responsibilities».  G20 
Foreign Policy Think Tank Summit. An International Conference. 3-5 June 2012)   
Məlum olduğu kimi, beynəlxalq siyasi və iqtisadi arenada liderlik edən birlik 
kimi «Böyük 20-lərin» fəaliyyəti son beş ildə dünya nizamında baş verən “tektonik” 
dəyişiklikləri ən qabarıq şəkildə əks etdirir.Yeni geosiyasi dizaynın formalaşması, 
beynəlxalq münasibətlərdə həlledici aktor olmağa iddialı olan «Böyük 20-lərin» 
çoxtərəfli institutlardakı və toplantılardakı roluna yeni tələblər irəli sürmüşdür. 
«Böyük  20-lərə»  üzv  ölkələrin  əhalisi  bir  yerdə  dünya  əhalisinin  2/3-sini 
təmsil edir və qlobal daxili məhsulun 85%-dən çoxunu istehsal edir. G20 yeganə 
beynəlxalq  birlikdir  ki,  burada  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr 
görüşür və bərabər tərəflər kimi əsas iqtisadi məsələləri müzakirə edirlər. Davam 
edən iqtisadi böhran və digər qlobal problemlər dünyadakı problemlərin ağırlığının 
bölüşdürülməsinin  və  həlli  yollarının  tapılmasının  vacibliyini  ön  plana  çəkir. 
G20 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri əhatə edən ittifaqın formaca 
dəyişdirilməsində aparıcı rol oynamağa ümid edir.
Qeyd edilən beynəlxalq sammitin və konfransın təşkilinin təşəbbüskarlarından  olan 
Pensilvaniya Universitetinin professoru J.Mak-Qann yazır: “Çox az adama məlumdur 
ki, «Böyük 20-lərin» (G20) yaradılmasında bütün dünyada bir çox beyin mərkəzləri 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
97
qrupu   vasitəçi olub.  Biz,  G20 ölkələri və onlara xidmət edən beyin mərkəzləri 
qarşısında dayanan kəskin qlobal dəyişikliklərlə bağlı Filadelfiyada 3 günlük keçirilən 
dialoq  və  müzakirələri  dünyada  liderlik  edən  beyin  mərkəzlərinin  gətirdiyi  ənənə 
üzərində qurmağa ümid etmişik. G20-nin strateji proqramı qeyri-iqtisadi inkişaf, ticarət 
və iş yerlərinin yaradılması sahələrini əhatə eməklə siyasi problemləri və təhlükəsizlik 
məsələlərini  özündə  ehtiva  edir  və  beyin  mərkəzlərinin  yeni  fəaliyyət  məkanını 
yaradır. G20-nin xarici siyasətlə bağlı beyin mərkəzləri unikal mövqedə yerləşərək 
G20  ölkələrinin  öz  yeni  rollarına  və  regional  və  beynəlxalq  səviyyəli  vəzifələrinə 
müvəffəqiyyətlə uyğunlaşması üçün onları zəruri təhlil və məsləhətlərlə təmin edirlər. 
Bu deyildiyi kimi “yeni yaranan problemlərə” toxunduğundan xüsusilə doğrudur.” 
«Böyük 20-lərin» Xarici siyasət sahəsində fəaliyyət göstərən  Beyin Mərkəzlərinin bu 
proseslərdə nə kimi rol oynamasına aydınlıq gətirməyə davam edən  Mak-Qann daha 
sonra yazır: “On illərlə alimlər xarici siyasi proseslərdə beyin mərkəzlərinin rolunu 
müəyyən  etməyə  çalışıblar.  Mübahisəsiz  demək  olar  ki,  beyin  mərkəzləri  bilikləri 
inkişaf etdirir, ötürür və dəyişir, strateji proqramları təyin etmək və bəzi məsələləri 
prioritetliyinə  görə  müəyynləşdirmək  imkanına  malikdir  və  buna  görə  də  strateji 
dizaynda aparıcı rol oynayır. Beyin mərkəzlərinin xüsusiyyətlərinin izahı birmənalı 
deyil, dəyişkəndir. Ədəbiyyatda beyin mərkəzləri ilə bağlı iki əsas ümumiləşdirməyə 
rast gəlinir: birincisi, beyin mərkəzləri strategiyanın formalaşdırılması prosesində və 
ya  siyasətin  hazırlanmasında  müəyyən  rola  malikdir.  İkincisi,  dəyişikliklər,  yaxud 
transformasiyalar,  həmçinin,  siyasi  çağırışların  mürəkkəbləşdiyi  zamanlar  beyin 
mərkəzlərinin işi xüsusi zərurət kəsb edir”.
«Böyük 20-lərin»  beynəlxalq konfransının əsas məqsədi – beyin mərkəzlərinin 
beynəlxalq məsələlər, xarici siyasətlə bağlı ən yaxşı təcrübələrinin bərabər hüquqlu 
tərəflərlə müzakirəsi və üzv ölkələrin beyin mərkəzləri arasında sabit əlaqələrin 
yaradılması  üçün  “G20  XSFBM  Qlobal  Forumunun”  təsis  edilməsi  olmuşdur. 
Təşkilatçılar ümid edirlər ki, yalnız aparıcı beyin mərkəzlərinin belə bir forumu bu 
institutların hər birinin qarşılaşdığı problemlərin dünya miqyasında dərk edilmiş 
təhlilinə kömək edə bilər.
  Hesab  edilir  ki,  tərəflərin  bu  cür  bərabərhüquqlu  mübadiləsi  G20  beyin 
mərkəzlərinə təşkilati məsələlərin birləşməsini və müstəqil xarici siyasi problemləri 
qruplarda,  təqdimatlar  və  “Chatam  House  formatının”  tətbiq  edildiyi  dəyirmi 
masalarda müzakirə etmək imkanı verir. Xarici siyasətlə bağlı müzakirələrdə milli 
və millətlərarası məsələlərin də araşdırılması dünya siyasətinə, qlobal idarəetməyə 
və beynəlxalq əməkdaşlığa indi və gələcəkdə təsir edəcək.
Təsis edilən və davamlı olaraq fəaliyyəti nəzərdə tutulan XSFBM-nin Qlobal 
Forumunda müzakirə ediləcək xüsusi mövzulara: millətlərarası məsələlərlə bağlı 
strategiyanın müəyyənləşdirilməsi; G20-nin rolu, hüdudları və planları; dünyada 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
98
mövcud  və  yaranmaqda  olan  yeni  siyasi  konfiqurasiyanın,  fərqli  qüvvələr 
nisbətinin tənzimlənməsi və idarə edilməsi daxil edilmişdir. 
Təşkilati məsələlərə isə: siyasətə yönəlmiş tədqiqatların aparılması üçün daha yaxşı 
metodların tətbiqi, beyin mərkəzlərinin idarə edilməsi və səmərəli ictimai məsuliyyət 
strategiyasının həyata keçirilməsin nəzərdə tutulmuşdur.  Bununla da ümid edilir ki, 
G20 ölkələrinin üzləşdiyi əsas xarici siyasi məsələlərlə yanaşı beyin mərkəzlərində 
xüsusi  xarici  siyasi  məsələlər  də  müzakirə  ediləcək  və  beyin  mərkəzləri  həmin 
məsələlərin beynəlxaql rəyə ünvanlanmasında əsaslı rol oynaya bilər. Bu məsələlər 
tədqiq edilərkən ilk növbədə  təşkilat və ölkənin təhlükəsizliyi, həmçinin beynəlxalq 
münasibətlərlə bağlı araşdırmalar nəzərə alınacaq. Belə ki, xarici siyasətlə bağlı beyin 
mərkəzlərinin problemləri aradan qaldırmasında həmin ideya və fikirlərin konstruktiv 
və səmərəli katalizator-təkanverici qüvvə olduğu aydın  görünür.
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin