FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   2   3   4   5   6   7   8   9   ...   24

Siyasi aktivliyin 
qiymətləndirilməsi 
parametri
Siyasi kapitalın 
qiymətləndirilməsi 
parametri (təsir)
Qiymətləndirmə 
metodikası
1. Analitik 
məhsullar və “beyin 
mərkəzləri”nin 
tövsiyələrinin inkişaf 
yollarının növləri
1. “Beyin mərkəzləri”nin
resursları
1. Sosioloji tədqiqat
2. “Beyin mərkəzi”
rəhbərləri ilə formal
müsahibə
2. “Beyin 
mərkəzləri”nin siyasi 
idarəetmə prosesində 
iştirak formaları
2. Resurslar uğrunda
mübarizə strategiyası
1. Rəhbərlərlə
uzunmüddətli müsahibə

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
33
“Beyin mərkəzləri”nin siyasi fəallığının parametrləri
İştirak formaları
Analitik məhsulun görünüşü
Qərar qəbulunun əsas 
mahiyyəti
Konsultasiya  
(“şəxsi məsləhətçi”)
İndividual söhbətlər;
“Sifarişçi” ilə qapalı
seminarların təşkili;
Tövsiyələrin olduğu arayışların
hazırlanması (policy briefs)
Şəxsi tanışlıq əlaqələri
Formal-prosessual 
(“ekspertin dəvət 
olunması”)
Sifarişçi tərəfindən irəli sürülən
problemlərlə bağlıonların həll
yolunu özündə əks etdirən
hesabat və təqdimatlar
Hökumət və biznes
strukturları ilə rəsmi əlaqə
Kommunikativ
(“danışan beyin”)
Televiziya və müsahibələrdə,
mövzular üzrə saytlarda çıxış,
şəxsi nəşrlər, elmi jurnallarda dərc
Media
1.5. Araşdırma və Beyin Mərkəzlərinin 
Amerika və Avropa modeli
Qərb  təcrübəsində  ABM-lərin  xüsusiyyətlərindən  danışarkən  onların 
fəaliyyətinin mütləq mənada müstəqil olduğunu düşünmək yanlışlıq olardı. “Be-
yin mərkəzləri” siyasətə təsir edirsə, eyni zamanda siyasət də BM-lərə təsir edir.
Donorların maraqlarına uyğun tədqiqatların aparılması ənənə halını almışdır. 
Məsələn,  ilk  yerdə  gedən  Brukinqs  İnstitutu  əvvəllər  olduğu  kimi  yenə  də  do-
norlara lazım olan mövzuları araşdırır. Yaxud Kato İnstitutu libertarian dəyərləri 
müdafiə edir. Onlar insan azadlığı sahəsində mübarizə aparırlar və hesab edirlər ki, 
cəmiyyətdə hökumətin səlahiyyətləri nə qədər yığcam olsa, bir o qədər yaxşıdır. 
Bu ideyada iri biznesin də öz maraqları var.
BM-lərin siyasətə təsirini göstərən faktlara misal kimi qeyd edilir ki, məsələn, 
Amerika Sahibkarlıq İnstitutu İraqda Amerikanın hərbi iştirakının genişləndirilməsi 
ideyasının müəllifidir. 2007-ci ildə bu mərkəzin əməkdaşları, istefada olan gene-
rallar İraq mövzusunda məruzəni prezident C.Buşa və onun müavini D.Çeyniyə 
təqdim edirlər. Bu məruzədən dərhal sonra Administrasiya özünün İraq siyasətinin 
dəyişməsi barədə qərarını bəyan edir. 
Təbii ki, BM-lərin müasir cəmiyyətdə rolunu mütləqləşdirmək də düzgün ol-
mazdı. Bunun əksinə, ekspertlərin tövsiyələrini nəzərə almayan misallar da var. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
34
Məsələn,  2002-ci  ildə  Karneqi  Fondu  İraqın  nüvə  proqramının  yoxlanılmasını 
təklif etmiş, bu plan BMT-nin qətnaməsinə daxil edilsə də, ona əməl edilməmiş, 
müharibənibaşlamağa üstünlük verilmişdir.
Bununla  bağlı  olaraq,  Brukinqs  İnstitutunun  əməkdaşı Allan  Fridman  qeyd 
edir ki, BM-lər siyasi məkanda səslər çoxluğunun yalnız birini təşkil edə bilər. 
Həqiqətdə  isə  qərar  verənlər  konqresmenlər,  senatorlar  və  iri  sahibkarlardır. 
Hər  şey  çox  sadədir.  Belə  ki,  hətta  dünyanın  ən  dahi  ideyası  belə  əgər  vaxtın-
da səslənməyibsə, heç kimə lazım olmayacaq. Doğrudur, bəzən ideyanı lazımlı 
etmək də olur. Bunun üçün əvvəlcə onu mətbuata çıxarmaq, daha sonra bir neçə 
mətbuat konfransı, iclaslar təşkil etməklə cəmiyyətə təqdim etmək olar və sonda-
ideya ağıllara sirayət edə bilər.
ABŞ-da “beyin mərkəzləri”nin siyasi sistemə təsir mexanizmlərini təhlil etmək 
üçün  onların  fəaliyyət  xüsusiyyətlərinə  görə  təsnifatlarına  nəzər  salmaq  lazım-
dır. Belə ki, fəaliyyətin xüsusiliyi “beyin mərkəzləri”nin siyasi sistemə təsirinin 
müəyyən  edilməsi  üçün  əsas  göstəricilərdən  biri  hesab  olunur. ABŞ-da  “beyin 
mərkəzləri” fəaliyyətin xüsusiyyətinə görə aşağıdakı qruplara bölünürlər: 
Akademik şaxələnmiş (Academic-diversified)– bu cür “beyin mərkəzləri” öz 
tədqiqatlarını heç bir sahə ilə məhdudlaşdırmırlar. Dövlətin və cəmiyyətin maraq-
larına toxunan bütün sahələri əhatə etməyə çalışırlar. Onların tədqiqatları əsasən 
uzunmüddətli  xarakter  daşıyır.  Elmi  cəmiyyət  arasında  böyük  nüfuza  malik  bu 
mərkəzlərin kadr potensialı əsasən alimlərdən ibarət olur və əsasən kitab, jurnal 
və  monoqrafiyalar  nəşr  edirlər.  Bu  cür  “beyin  mərkəzləri”  böyük  büdcə,  geniş 
və  peşəkar  kadr  potensialı  tələb  edirlər.  ABŞ-da  bu  cür  “beyin  mərkəzləri”ni 
“tələbələrsiz universitetlər” adlandırırlar (“universities without students”). Onlar 
fəaliyyətlərində yüksək dərəcədə müstəqildirlər. 
Akademik ixtisaslaşmış (Academic-specialized) – birincilərdən fərqli olaraq 
konkret bir istiqamət üzrə fəaliyyət göstərirlər.
Müqavilə (sifariş) ilə işləyən “beyin mərkəzləri” (Contract research organi-
zations)  -  əsasən  dövlət  sifarişi  əsasında  tədqiqatlar  aparırlar.  Bu  cür  BM-lərin 
aşağıdakı xüsusiyyətləri mövcuddur: 

Dövlətlə əməkdaşlıq - əsas siyasi prioritetdir;

Dövlət sifarişləri əsas maliyyə gəlirləridir; 

Siyasi məsləhətçi rolunu oynayırlar;

Əsasfəaliyyət sahəsi tədqiqatlar deyil, daha çox siyasətin təhlilidir; 

Məhdudlaşdırılmış azadlıq fonunda fəaliyyətlərini həyata keçirirlər

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
35

Fəaliyyətləri elmlərarası mövzuları əhatə edir; 

İstehsal edilən məhsulların müəlliflik hüququ sifariş verən təşkilata aiddir.
Təbliğat “beyin mərkəzləri” (Advocacy think tanks) - əsas məqsədləri bu və ya 
digər ideologiyanı, siyasi aktoru və ya partiyanı təbliğ etməklə məşğul olmaqdır. 
Bu cür BM-lər seçkilər prosesində də aktiv iştirak edirlər. Son illər ABŞ-da bu cür 
“beyin mərkəzləri”ninartımı hiss olunur.
Siyasi müəssisələr (Policy enterprise) - əsas məqsədləri siyasi tədqiqatlardan 
gəlir  əldə  etməkdir.  Kommersiya  xarakterli  təşkilatlar  olub,  öz  fəaliyyətlərində 
marketinq prinsip və qaydalarından istifadə edirlər. Başqa sözlə, bu cür təşkilatlar 
siyasi tədqiqatlarda bazar iqtisadiyyatı qanunlarından (menecment, satış və mar-
ketinq)  istifadə  edirlər.  Siyasi  müəssisələr  “beyin  mərkəzləri”nin  uzunmüddətli 
siyasi oriyentasiyasını keyfiyyətsiz hesab edirlər. Belə ki, onların fikrincə, bu cür 
mərkəzlər siyasətçilərin tələblərinə cavab vermirlər. 
ABŞ-da siyasi hakimiyyətə gələn hər bir prezident və ya Konqres üzvü özü-
nün etibar etdiyi institutlara müraciət edirlər. Eyni zamanda, həmin institutların 
əməkdaşları da qarşı tərəfin təşkil etdiyi bütün iclaslarda iştirak edirlər.
24
ABŞ-da dörd ildən bir keçirilən prezident seçkilərinin və yeni administrasiya-
nın təşkilinin dəyeni ideyalara, müvafiq olaraq BM-lərə ehtiyacına stimul verdiyi 
vurğulanır. Təkcə onu demək kifayətdir ki, Vaşinqtonda hakimiyyətin əvəzlənməsi 
prosesində yeni prezidentöz komandası ilə inzibati aparatda əvvəlki məmurların 
azad etdiyi 2 min həlledici post haqqında məlumatlı olmalı və onları tutmalıdır. 
Dörd  ildən  bir  keçirilən  bu  “olimpiya  marafonu“ABM-lərin  özfəaliyyətlərinin 
operativliyinivə keyfiyyətiniyüksəltməyə imkan verir.
Müasir dövrdə ABŞ administrasiyasının ABM-lərə münasibətinə gəldikdə isə, 
Dövlət  Departamenti  Brukinqs  İnstitutunun  və Yeni Amerika Təhlükəsizliyinin 
Tədqiqi Mərkəzinin xidmətlərindən istifadə edir. Prezident Barak Obama iqtisa-
diyyat məsələlərində Piterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun, səhiyyə 
məsələlərində  isə  Amerikanın  Tərəqqisi  İnstitutunun  tədqiqatlarına  müraciət 
edir.  Ümumilikdə,  “Beyin  mərkəzləri”  siyasətdir,  yoxsa  elm”  sualına,  “Beyin 
mərkəzləri” həm siyasət, həm də elmdir” cavabını verirlər.
Corc Buş Administrasiyasında 5 beyin mərkəzinin 8 nəfər təmsilçisi yüksək 
dövlət vəzifələrinə (vitse-prezident, müdafiə naziri və s.) təyin edilmişdi.
25
 Hazırkı 
B.Obama Administrasiyasında isə 7 beyin mərkəzində çalışanlar mühüm dövlət 
vəzifələrinin icrasına cəlb edilmişdir.
24 Think tanks and policy advice in US. J. G. McGann. 2005 http://www.kas.de/wf/doc/kas_7042-544-1-30.pdf
25 http://pentagonus.ru/publ/19-1-0-1

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
36
ABŞ PEZIDENTI BARAK OBAMANIN ADMINISTRASIYASINDA  
“BEYIN MƏRKƏZLƏRININ” TƏMSIL OLUNMASI
Conni 
Karson
Dövlət katibinin
Afrika məsələləri
üzrə köməkçisi
2003 – 2006-cı illərdə Vaşinqtondakı «Milli mudafiə
Universitetinin» (National Defence University) vitse
- prezidenti
Kurt
Kempbell
Dövlət katibinin
Şərqi Asiya və Sakit
Okean məsələləri
üzrə köməkçisi
"Yeni Amerika Təhlükəsziliyi" (Center for a
New American Security) beyin mərkəzinin
yaradıcılarından biri, «Aspen Strateji Qrupun»
keçmiş direktoru, StratAsia strateji qurumunun
yaradıcısı. Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzinin (Center for Strategic and International
Studies) vitse-prezidenti və beynəlxalq proqramın
rəhbəri. Xarici Münasibətlər Şurasının (Council on
Foreign Relations) üzvü.
Filip Qordon
Dövlət katibinin
Avropa və Avro-
Asiya məsələləri
üzrə köməkçisi
Con Hopkins University-nin müəllimi, Londondakı
«Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun» (The
International Institute for Strategic Studies) beyin
mərkəzininvə “Brookings Institute”-nun əməkdaşı.
Arturo
Valensulo
Dövlət
katibinin Qərb
yarımkürəsiüzrə
köməkçisi
Corctaun Universitetinin proqram direktoru,Dyuk
Universitinin professoru, "Beynəlxalq Məsələlər
üzrə Milli demokratiya İnstitutunun" (National
Democratic Institute for International Affairs)
Direktorlar Şurasının üzvü.
Ester
Brimmer
Dövlət katibinin
Beynəlxalq
təşkilatlar üzrə
köməkçisi
Con Hopkins Universitinin əməkdaşı, Xarici
Münasibətlər Şurasının (Council on Foreign
Relations) üzvü.
Ceyms
Stenberq
Dövlət katibinin
müavini
Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun(The
International Institute for Strategic Studies) baş
elmi işçisi, RAND Korporasiyasının böyük analitiki,
Brookings İnstitutunun böyük elmiişçisi. Həmçinin
Milli Təhlükəsizlik İslahatları Layihəsində (Project
on National Security Reform) çalışmış, B.Obamanın
seçki qabağı kampaniyasında Yaxın Şərq
Doktrinasının müəllifi
Riçard
Morninqstar
Avrasiya məsələləri
üzrə xüsusi elçi
Stenford Universitetinin Beynəlxalq Araşdırmalar
İnstitutunun əməkdaşı (Stanford University Institute
for International Studies.)
ABŞ-dan fərqli olaraq Avropada “beyin mərkəzləri”nin təsnifatı fərqlidir. Belə 
ki, Avropada  “beyin  mərkəzləri”  aşağıdakı  kimi  təsnifləşdirilir:  akademik  BM-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
37
lər, sifarişlə tədqiq edən BM-lər, təbliğat BM-ləri və siyasi partiyalar nəzdində 
fəaliyyət göstərən BM-lər.
Avropada ölkələrin və mədəniyyətlərin müxtəlifliyi “beyin mərkəzləri”nin si-
yasi qərarların qəbul olunmasında rolunu təhlil etməkdə çətinliklər yaradır. Belə 
ki, Avropada, 2010-cu ilin məlumatlarına görə, 1757 “beyin mərkəzi” fəaliyyət 
göstərir.  Bu,  dünyada  Şimali Amerikadan  (1913  “beyin  mərkəzi”)  sonra  ikinci 
göstəricidir. Müqayisə üçün qeyd edək ki, Şimali Amerikada fəaliyyət göstərən 
“beyin mərkəzləri”nin əksəriyyəti ABŞ-da yerləşir (1816 “beyin mərkəzi”).
26
 
Konkret dövlətin tərkibində fəaliyyət göstərən BM-ləri təhlil etmək, müxtəlif 
dövlətlərin BM-lərini təhlil etməkdən daha asandır. Belə ki, müxtəlif dövlətlərin 
siyasi sistemləri və bu sistemlərə təsir imkanları fərqlidir. Bu isə onları təhlil edən 
zaman keyfiyyəti aşağı salır.
Jurnalistlər, siyasətçilər və alimlər arasında keçirilmiş sorğunun nəticələrinə 
əsaslanaraq demək olar ki, Avropada “beyin mərkəzləri”nin ən effektiv fəaliyyət 
sahələri  yeni  ideyaların  yaradılması,  innovativ  düşüncə,  mövcud  problemlərə 
yeni baxışların formalaşdırılması və ortamüddətli perspektivə proqnozlaşdırma-
lardır. Bununla bərabər, “beyin mərkəzləri” Avropa İttifaqında (Aİ) yeni işləyən 
siyasətçilər  üçün  sosiallaşma  funksiyalarını  yerinə  yetirirlər.  Avropada  “beyin 
mərkəzləri” ilə ən yaxından əməkdaşlıq edən Avropa Komissiyasıdır. Avropa Ban-
kı və Avropa Parlamenti “beyin mərkəzləri”nin xidmətlərindən daha az istifadə 
edirlər. Eyni zamanda, müxtəlif ölkələrin “beyin mərkəzləri”nin Aİ institutlarına 
təsiri  də  fərqlənir.  Məsələn, Aİ-də  Fransanın  nüfuzuna  və  gücünə  baxmayaraq, 
fransız “beyin mərkəzləri”nin siyasi qərarların qəbul edilməsinə təsiri o qədər də 
yüksək deyil. Lakin Fransa ilə müqayisədə Almaniya və Böyük Britaniya “beyin 
mərkəzləri”nin Aİ-də siyasi qərarların qəbul edilməsinə təsiri güclüdür. Sorğunun 
nəticələri belə bir mənzərəni əks etdirir ki, Aİ-dəki “beyin mərkəzləri”nin müxtəlif 
problemləri var. Bu problemlərə misal kimi: akademik tədqiqatların üstünlük təşkil 
etməsinin nəticəsi olaraq bu məhsulların real siyasətə tətbiqində çətinliklərin ol-
masını, “beyin mərkəzləri”nin fəaliyyət istiqamətləri üzrə kəskin dərəcədə qeyri-
taraz bölünməsinin nəticəsi olaraq ekoloji və ya nəqliyyat problemləri sahəsində 
tədqiqatların çox az olmasını, bir çox “beyin mərkəzləri”nin fəaliyyətlərini qapalı 
şəkildə həyata keçirmələrinin nəticəsi olaraq vətəndaş cəmiyyətinin, konkret ola-
raq KİV-in onların fəaliyyəti haqqında məlumatlarının olmamasını,sifarişlə tədqiq 
edən “beyin mərkəzləri”nin bir çox hallarda siyasi texnoloqlar kimi yalnız bu və 
ya digər layihənin təbliği ilə məşğul olmalarını və s. göstərmək olar. 
26    http://www.gotothinktank.com/wpontent/uploads/2011/02/2010GlobalGoToReport_ThinkTankIndex
UNED ITION _18_.pdf// Global “Go to Think Tanks “ Report 2010. University of Pennsylvania

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
38
Avropa və ABŞ-ın “beyin mərkəzləri”nin müqayisəsi
Avropa Beyin Mərkəzləri 
ABŞ Beyin Mərkəzləri 
Büdcələri və insan resursları ABŞ-ın BM-
lərinə nisbətdə daha kiçikdir
BM-lər böyük kadr və 
büdcə potensialı ilə siyasi 
qərarların mühüm oyunçusuna 
çevrilməkdədirlər 
Daha çox siyasi partiyalara və siyasi 
elitaya bağlıdırlar 
Siyasi partiyalardan məsafədə 
dayanırlar 
ABŞ-dan fərqli olaraq sabiq ali siyasi 
vəzifələrdə işləyən şəxslərin BM-
lərə cəlb edilməsi, “fırlanan qapılar” 
ənənəsiyoxdur
Konqresin dinləmələrində iştirak 
edib Administrasiyaya birbaşa 
tövsiyə və təkliflərlə təsir göstərirlər 
Əsasən uzunmüddətli və böyük siyasi
perspektivlərə çalışırlar
Daha çox iqtisadi məsələlərə və
xarici siyasət haqqında qısamüddətli
təhlillərə yer ayırırlar
“Solçu” ideyalara daha
çox üstünlük verirlər
“Sağ yönümlü” BM-lər güclənir
Maliyyələşdirmədə xeyriyyəçilik
institutları nisbətən zəif inkişaf
edib, nəticə olaraq dövlətin maliyyə
mənbələrindən asılılıq daha çoxdur
Qeyri-dövlət maliyyə mənbələrinin
şaxələnməsi mövcuddur
Fəaliyyətlərində daha çox akademik
və dövlətyonümlüdürlər.
Ən çox dövlət yönümlüdürlər
Mediada fəallıq ABŞ BM-lərinə nisbətən
kifayət qədər aşağıdır
KİV-lərdə olduqca fəaldırlar
Vətəndaş cəmiyyəti qarşısında
hesabatlılığı daha aşağıdır və ABŞ BM-
ləri ilə müqayisədə maliyyə şəffaflığı da
aşağıdır
Vətəndaş cəmiyyəti qarşısında
hesabatlılığı və maliyyə aydınlığı
yüksəkdir
27
Göründüyü  kimi,  ABŞ-da  formalaşmış  “dövlət  və  beyin  mərkəzləri” 
münasibətlərinin  səviyyəsi  digər  ölkələrdə  yoxdur.  Bununla  bərabər,  ABŞ-da 
“beyin  mərkəzləri”nin  irəli  sürdükləri  ideyaların  tədricən  təbliğatçısına,  uzaq 
perspektivdə sadə lobbiçi təşkilata çevrilməsi narahatlıq doğuran amil hesab edilir. 
27 http://www.notre-europe.eu/uploads/tx_publication/Semi22-en.pdf/Think Tanks in Europe and US Con-
verging and Diverging”.Dr. J. G. McGann and FPRI Stephan Boucher 2004

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
39
1.6. Araşdırma və Beyin Mərkəzlərinin növləri, fəaliyyətinin 
xüsusiyyətləri və funksiyaları 
 
ABM-lər həm də diferensiasiyaya uğramış müasir mürəkkəb sosial-siyasi sis-
temin doğurduğu fenomendir. Bu mərkəzlər:
1. “siyasətin intellektual təminatı institutu” kimi (siyasi qərarların qəbul edilməsi 
prosesini təmin edən ekspert birlikləri təşkilat formaları);
2. “müstəqil nüfuzlu siyasi aktorlar” (siyasət subyekti) kimi ikili təbiətə malikdirlər. 
Müxtəlif  siyasi  sistemə  malik  ölkələrdə  ABM-lərin  növlərinin  real  statusu 
eyni deyil. Lakin analitik mərkəzlərin aşağıdakı bir sıra universal “ideal” tiplərini 
fərqləndirmək olar:
1.  siyasi tədqiqat və təhlil institutları;
2.  akademik (və universitet) mərkəzlər;
3.  dövlətyönlü, dövlət sifarişi əsasında işləyən mərkəzlər;
4.  müqavilə və kommersiya əsasında “azad bazar” prinsipi ilə işləyən mərkəzlər; 
5.  ideoloji və təbliğatçı mərkəzlər;
6.  partiya yönümlü olan mərkəzlər;
7.  ictimai siyasət mərkəzləri, vətəndaş cəmiyyəti təsisatları.
Bu  sadalanan  tiplər  analitik  mərkəzlərin  “hibrid”  formalarının  olmasını, 
fəaliyyət  istiqamətlərinin  sintezini  istisna  etmir,  eyni  zamanda  bu  və  ya  digər 
dərəcədə bütün müasir dövlətlərdə onlara rast gəlinir. Bu həm də müxtəlif ölkələrin 
“beyin mərkəzləri”nin müqayisə edilməsinə şərait yaradır.
Əsas tədqiqat istiqamətlərinə və məqsədlərinə görə BM-lər: tədqiqatçı, lob-
biçi, hüquq müdafiə, humanitar, məqsədyönlü və s. növlərə ayrılır. Araşdırdığı 
problemlərin əhatə dairəsinə və hədəfinə görə BM-lər: transmilli, ümumdünya 
(məsələn,  Roma  Klubu,  Soros  Fondu, ABŞ-ın  Milli  Demokratiya  Fondu  və  s. 
kimi),  ümumdövlət  və  regional  səviyyələrə  bölünür.  İdeal  BM-lər  qeyd  edilən 
parametrləri,  klassik  və  yeni  yaranan  mərkəzlərin  bütün  müsbət  təcrübəsini, 
intellektual-nəzəri və praktiki kamilliyi özündə sintez edə bilənlərdir. Öz fəaliyyət 
istiqamətlərini ictimai-siyasi maraqların, insan hüquqlarının müdafiəsinə həsredən 
(advocasy) “fikir fabrikləri”nin yaranması XX əsrin 70-ci illərindən etibarən apa-
rıcı meyillərdən biri olmuşdur.
Analitik mərkəzlərin fəaliyyətinin mühüm xüsusiyyyətlərindən biri də- çox-
funksiyalılıqdır.ABM yalnızbir konkret mövzu ətrafında mövcud ola blməz. 
Digər ən vacib meyar bundan ibarətdir ki, beynəlxalq səviyyədə tanınmış ciddi 
beyin mərkəzihəmişə və yalnızöz ölkəsinin milli maraqlarına xidmət edir. Dövlət 
strukturlarına tövsiyə verməklə yanaşı cəmiyyətə ictimai-siyasibilikləri gətirmək, 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
40
onları maarifləndirmək və populyarlaşdırmaq istiqamətində beyinmərkəzləri mü-
hüm işlər görür.
ABM-lərin  əməkdaşlarının,  ekspert  və  alimlərin  peşəkarlıq  səviyyəsi,  aka-
demik nüfuzu (rəsmi status, nəşriyyat aktivliyi, istinad edilmə), analitik saytının 
mövcudluğu, büdcəsi, KİV-lərdə reytinqi, cəmiyyət və qərar qəbul edən şəxslər 
kateqoriyası ilə münasibətləri də onları fərqləndirən xüsusiyyətlərdəndir.
  Qeyd  etmək  lazımdır  ki,  beyin  mərkəzlərində  əməyin  elmi  təşkilinin 
mükəmməl sistemi mövcuddur. Məsələn Karnegi Mərkəzində hər bir elmi işçinin 
öz köməkçisi var və köməkçi ədəbiyyatın toplanması, yerli və beynəlxalq tədbir 
və görüşlərin keçirilməsinin təşkili və s. işərlə məşğuldur. BM-dəməlumatlar ba-
zasının olması da mühüm məsələlərdəndir.
Beyin mərkəzində çalışan əməkdaşın ideal obrazı və fərqi barədə nə demək 
olar?
1.  O, dünyada gedən proseslərin dinamikasını və trendləri universitet professoru 
səviyyəsində təhlil etməyi bacarmalıdır.
2.  O, jurnalist kimi ən qısa zamanda aydın və anlaşıqlı yazmağı bacarmalıdır.
3.  O diplomat keyfiyyətlərinə malik olmalıdır. Öz mövqeyini bəyan edəndə həm 
milli maraqları, həm də beynəlxalq reaksiyanı gözləməli, başqa ekspertlərlə 
diskussiyada mövqeyini müdafiə edə bilməlidir.
4.  Nəhayət, o, qismən də biznes vərdişlərinə malik olmalı, fundraising- sifarişləri 
toplaya, stimullaşdıra bilməlidir. Bir əməkdaşda bu keyfiyyətlərin cəmlənməsi 
nə  qədər  çətin  olsa  da,  beyin  mərkəzi  əməkdaşı  məhz  bu  tələblərə  cavab 
verməlidir. 
ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİNİN NÖVLƏRİ

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
41
ABM-lərin araşdırdığı
problemlərin 
əhatə dairəsinə 
və təşkilatlanma 
(şəbəkələşmə) səviyyəsinə 
görə növləri
ABM-lərin digər ictimai siyasət institutlarından 
fərqinə müxtəlif metodoloji yanaşmalar
 
Meyarlar
Sistemli yanaşmada
Konstruktiv yanaşmada
1
Tədqiqat
sferası (siyasət)
Hökumət qərarlarının
hazırlanması, qəbul
edilməsi və həyata
keçirilməsi siyasi
institutların (strukturların)
qarşılıqlı prosesi
nəticəsində həyata keçir.
İnhisara qarşı mübarizədə
legitim təzyiq mövqeyi
2
Təhlil obyekti
Siyasi institutlar
(strukturu)
Siyasət sahəsində “agentlər”
(siyasi subyektlər və aktorlar)
3
Təhlil predmeti
1.Siyasi sistemdə siyasi
institutların funksiyası
(rolu və yeri)
2.Siyasi institutların siyasi
prosesdə iştirakının
formaları
1.Siyasi “agentlərin”
(subyektlərin) kapitalı
(resursları)
2. “Siyasi oyunda” (“kapital”
uğrunda mübarizə)
“agentlərin” strategiyası

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
42
1.7. Araşdırma və Beyin Mərkəzlərinin siyasi 
proseslərdə əsas iştirak formaları 
“Beyin mərkəzləri” siyasi sistemin səmərəli işləməsinə yönələn fəaliyyətləri ilə 
demokratik siyasi rəqabət prosesinin dəstəklənməsini təmin edir. Bu proseslərdə 
əsas iştirak formalarına: 
-   qərar qəbul edən şəxslərlə qeyri-rəsmi əlaqələr qurulması;
-   rəsmi prosedurlarda iştirak (məsələn, parlament dinləmələri və “müqavilə üzrə iş”);
-   siyasətçilər, kütləvi informasiya vasitələri, ekspert birlikləri ilə diskussiya for-
malı münasibətlərinsaxlanılması və s.-dir. 
Analitik mərkəzlərin siyasi idarəetmə prosesində resursları və “nüfuz kapitalı” 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
43
sırasında: kadr və təşkilati, intellektual və maddi, sosial və kütləvi, həmçinin sim-
volik kapitalı göstərmək olar. 
“Beyin mərkəzləri” siyasi sistemin səmərəli funksiyalaşmasını dəstəkləməyə 
yönələn fəaliyyətləri ilə demokratik rəqabət prosesinin dəstəklənməsini də təmin 
edir.
ABM-lərin  siyasi  statusu  və  funksiyaları  olduqca  fərqlidir:  hakimiyyətin 
legitimləşdirilməsindən 
tutmuş, 
vətəndaşların 
maarifləndirilməsi 
və 
təlimləndirilməsinə  qədər  olan  fəaliyyət  bura  aid  edilir.  Buna  görə  də  analitik 
mərkəzlərin siyasi statusunun müəyyən edilməsi ayrıca təhlil tələb edir.
“Beyin mərkəzləri”nin funksiyaları:
•  siyasi problemlərin tədqiqi və təhlili;
•  cari siyasətin aktual məsələləri üzrə tövsiyə və məsləhətlərin verilməsi;
•  dövlət proqramlarının dəyərləndirilməsi;
•  siyasi təşəbbüslərin ictimai rəyə çatdırılması üçün KİV-lərdə onların təhlili;
•  konkret siyasi problemlər üzrə mütəxəssis-ekspertlərin formalaşdırılması;
•  dövlət  orqanlarında  həlledici  vəzifələrdə  işləmək  üçün  kadrların 
yetişdirilməsinin təmin edilməsi və s.-dir. 
Müasir  siyasi  sistemdə  analitik  mərkəzlər  bir  tərəfdən  siyasətin  intellektual 
təminatı institutları, digər tərəfdən isə rəqabətli demokratik siyasi prosesin sub-
yekti  kimi  çıxış  edirlər.  Siyasətin  intellektual  təminatı  institutları  kimi  analitik 
mərkəzlərin mövqeyini və inkişafını müəyyən edən əsas amillər siyasi qərarların 
qəbul  edilməsi  proseslərinin  mürəkkəblik  səviyyəsi,  həmçinin  elmi  fəaliyyətin 
institutlaşması  dərəcəsi  ilə  bağlıdır.  Analitik  mərkəzlərin  institutlaşması  siyasi 
proseslərin mürəkkəbləşməsinə, elmi fəaliyyətin peşəkarlığına və ixtisaslaşması-
na səbəb olur. Analitik mərkəzlərin “subyektivliyi” ilk növbədə siyasi sistemdə 
mümkün siyasi rəqabətin və plüralizmin səviyyəsini, həmçinin siyasi proseslərin 
təşkilatlanmasəviyyəsini müəyyən edir. Yüksək səviyyəli siyasi rəqabət və siyasi 
proseslərin institutsionallaşması analitik mərkəzlərin peşəkarlığı, müstəqil olması 
və nüfuzlu siyasi aktorlar kimi çıxış etməsi imkanlarını artırır.
Sadalanan amillərin mövcudluğu öz növbəsində “beyin mərkəzləri”nin insti-
tutsionallaşmasına, peşəkarlığına və ixtisaslaşmasına, həmçinin ekspert birlikləri 
kimi bu təşkilat formalarının bütün dünyada genişlənməsinə kömək edir. Bu üç 
proses siyasətin intellektual təminatı institutlarının heç birində bu qədər dərindən, 
sürətlə və eyni vaxtda baş verməmişdir. Müasir demokratik siyasi prosesin rəqabət 
xüsusiyyəti  bir  çox  siyasət  subyektlərinin  siyasi  qərarların  qəbulunda  iştirak 
etməsinə imkan yaradır. İnstitutsional və subyektiv metodoloji yanaşmalar ana-
litik mərkəzləri digər siyasi institutlardan fərqləndirməyə, “beyin mərkəzləri”ni 
digər siyasət subyektləri və bir-biri ilə nüfuz səviyyəsinə görə müqayisə etməyə 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
44
imkan verir. Metodologiya baxımından struktur funksionalizm və konstruktivizm 
birlikdə bu iki yanaşmanın nəzəri əsasları kimi çıxış edir. Onların köməyi ilə “be-
yin mərkəzləri”nin siyasi qərarların qəbulu prosesində iştirakını, həmçinin onların 
“təsir imkanlarını”, yaxud kapitallarını təhlil etməklə analitik mərkəzlərin siyasi 
statusunu qiymətləndirmək mümkündür.
“Beyin mərkəzləri”nin çoxsaylı funksiyaları sırasında həmçinin aşağıdakıları 
qeyd etmək olar:
-   vəzifələrindən birincisi olan qərar qəbulu proseslərinin analitik elmi müstəvidə 
həyata keçirilməsi;
-   inkişafın aktual problemləri və proseslərinə dair nəzəri və təcrübi tədqiqatların 
aparılması;
-   həlli vacib, prioritet (siyasi, geosiyasi, iqtisadi, milli-hərbi təhlükəsizlik, hüqu-
qi və s.) məsələlər üzrə məsləhətlərin verilməsi;
-   dövlət proqramlarının, layihə, qanunvericilik və digər sənədlərinanalitik eks-
pertizası və qiymətləndirilməsi; 
-   “problemlərin  müzakirəsi  və  ideya  mübadiləsi  şəbəkəsi”nin  təşkili,  inkişaf 
etdirilməsi və dəstəklənməsi; 
-   dövlətçiliyin müxtəlif sahələrində dəyərli təcrübəyə malik olan, dünya şöhrətli 
alim  və  siyasi  xadimlərə  fəaliyyət  və  tədqiqat  təklifi  ilə  müraciət  edilməsi, 
əksər hallarda onların bilik və təcrübəsindən faydalanma və s.
“Beyin mərkəzləri” işçilərinin bir çox hallarda yerinə yetirdikləri daha mühüm 
bir vəzifə ictimaiyyətin maarifləndirilməsi, bu qəbildən olan qurumların koordina-
siyası və onlarla əməkdaşlıq edilməsidir. 
Əlbəttə,  bu  deyilənlər  sözü  gedən  mərkəzlərin  çoxşaxəli  və  mürəkkəb 
fəaliyyətinin xüsusiyyətlərini tam əhatə etmək iqtidarında deyildir.
BM ardıcıl olaraq yeni fəaliyyət modellərini axtarır, virtual BM-lər yaranır. 
Bu, BM-lərin ənənəvi iş metodlarının təkmilləşməsindən xəbər verir. Bu gün BM 
dedikdə gözlərimizin önünə təklikdə oturub akademik tədqiqatlar aparan, “böyük 
ideyalarına” insanların müraciət edəcəyi günü gözləyən alimlər gəlmir. Artıq BM-
lər dünyanın reallığını və siyasi gündəliyi radikal dəyişən, yeni proseslərə təkan 
verən təşəbbüs və ideyaları təqdim edən qurumdur.
BM-lərin  siyasi  funksiyaları  danılmazdır,  çünki  söhbət  ilk  növbədə  qərar 
qəbulu  üçün  tövsiyələrin,  analitik  informasiyaların,  təhlillərin  verilməsindən 
gedir. BM-lərin həddən ziyadə siyasiləşməsi təəssüratını yaradan da bu amildir. 
Təbii olaraq, BM-lər ənənəvi akademik tədqiqat modelindən uzaqlaşır və konk-
ret  ictimai-siyasi  problemlərin  həlli  üzərində  diqqətini  cəmləyir,  buda  təbiidir. 
BM-lərin siyasiləşməsi ilə bağlı belə bir fikir də var ki, geniş vətəndaş cəmiyyəti 
infrastrukturunun formalaşdığı ölkələrdəbu meyilo qədər də qorxulu deyil, çünki 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
45
sağlam vətəndaş cəmiyyətinin olduğu mühitdə ən müxtəlif mövqelər səslənir və 
məsələ sadəcə balansın saxlanılması ilə bağlı olur.
ABM-rinin siyasi proseslərdə  və qərarların qəbulunda iştirak formaları, funk-
siyaları  çoxşaxəlidir.  Burada  ən  vacib  funksiyalardan  biri  “dövlət-cəmiyyət” 
münasibətlərində hər iki tərəfin kommunikasiya, dialoq məkanı kimi çıxış etmək, 
sosial mühitdə mövcud olan əhval-ruhiyyənin, ictimai rəyin gözləntilərini sezmək, 
onları qabaqlayan təşəbbüslərlə çıxış etməkdir. 
Amerikalı alimlər D.İston, Q.Almond və B.Pauelliyə görə siyasi sistem sosial 
mühitdən iki növ “siqnal” alır: tələb və təqdir. Bu əsasla sistem qərar qəbul edir 
və “əks əlaqə” prinsipi ilə siqnalları tənzimləyir. Əgər qərarlar uğurlu olarsa tələb 
siqnalı zəifləyir və təqdir etmə siqnalı qüvvətlənir (cəmiyyətin gözləntiləri özünü 
doğruldur). Əgər qərar sosial mühit tərəfindən səmərəli olan kimi qəbul edilmirsə, 
onda əksinə,təqdir etmə siqnalı zəifləyir və tələb siqnalı güclənir.
Qeyd etmək lazımdır ki, “əks əlaqə” prinsipi nəinki bütövlükdə  siyasi sistemlər 
üçün, eləcə də, siyasi proseslərin ayrı-ayrı subyektlərinin (prezident, siyasi parti-
yalar, hökümət, dövlət strukturları və s.) fəaliyyəti üçün tətbiq edilə bilər. Sosial 
mühitdən alınan siqnallar siyasi aktorların qəbul etdikləri qərarların düzgünlüyünü 
yoxlamaq üçün özünəməxsus “məhək daşıdır”. Sxem şəklində bu prinsip aşağıda-
kı kimi təsvir edilir:
ƏKS ƏLAQƏ PRİNSİPİ
Şəkil 1. D.İstonun konsepsiyasında siyasi sistemin modeli və əks əlaqə prinsipi
28
  
Siyasi qərarın qəbul edilməsinə dair tədqiqatlarda adətən“qərar qəbulu mode-
li” 11 mərhələdən ibarət proses kimi şərh edilir: 1) problemin aşkar və müəyyən 
edilməsi; 2)  problemə dair informasiyanın toplanması; 3) bilavasitə siyasi proq-
noz  metodunu  özünə  daxil  edən  qərar  qəbulu  planının  hazırlanması,  (hər  bir 
28 Easton D. The Analysis of Political Structure. New York, 1991

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
46
mərhələnin  icraçılarının,həmçinin  məlumat,  zaman,  maliyyə,  təşkilati  və  digər 
limitlərin müəyyən edilməsi); 4) problemlə bağlı siyasi vəziyyətin analizi; 5) möv-
cud meyllərin qorunub saxlanması şəraitində, fəal müdaxilə olmadan hadisələrin 
necə inkişaf edəcəyinin müəyyən edilməsi; 6) problemin həllinin alternativ va-
riantlarının  formalaşdırılması;  7)  bu  və  ya  digər  alternativin  reallaşdırılmasına 
gətirəcək nəticələrlə bağlı proqnozun müəyyən edilməsi; 8) ən yaxşı həll variantı-
nın seçilməsi; 9) qərarın icrası; 10) qərara reaksiyanın təhlili - əks əlaqə prinsipi-
nin reallaşdırılması; 11) qərara mümkün düzəlişlərin edilməsi. 
Göründüyü kimi vəziyyətin təhlil(1, 2, 3 bəndlər), kəşfiyyat və normativ proq-
nozlaşdırma (7) və bilavasitə əks əlaqə ilə birgə qərarların qəbulu bu modelə da-
xildir.  
XXI  əsrdə  BM-lərin  inkişaf  və  fəaliyyət  xüsusiyyətlərində  siyasiləşmə 
meyillərinin üstünlük təşkil etdiyi qeyd edilir. ABM-lər daha çox dövlət siyasətinin 
formalaşmasına və reallaşmasına diqqət yetirir, bu istiqamətdə ixtisaslaşırlar. Xa-
tırladırıq ki, klassik sayılan ilk ABM-lərdən biri kimi Brukinqs İnstitutu da bu 
funksiyanı icra edirdi. Yeni yüzillikdə dövlət siyasətinin formalaşmasında fəal iş-
tirak etmək, ABM-lərin getdikcə artan fəaliyyətinin ümumi cəhətlərini təşkil edən 
xüsusiyyətə çevrilir.   Hesab edilir ki, bu, bütövlükdə yeni dünya düzəninin for-
malaşması, etnosiyasi münaqişələr, qloballaşma və milli dövlətçilik proseslərinin, 
beynəlxalq  terrorizm  probleminin    və  dolayısı  ilə  onların  milli  təhlükəsizlik 
məsələlərinin kəskinləşməsi ilə şərtlənən yeni reallıqda milli dövlətçiliyin inki-
şafının mürəkkəbləşməsi ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, bu qəbildən olan 
“beyin mərkəzləri”nə böyük ehtiyac olduğu üçün onların liberal-demokratik yö-
nümlü qurumlardan fərqli olaraq resurs əldə etmək imkanları artmışdır.
Digər mühüm bir meyil ondan ibarətdir ki, müasir dövrün ABM-ləri donorla-
rın prioritetlərini müəyyən edən təşkilatdan tədricən dövlətlərin və dünyanın si-
yasi reallığını müəyyən edən faktora çevrilir. Bunu bir qədər sonra bəhs ediləcək 
qlobal,  transmilli  “beyin  mərkəzləri”  şəbəkəsinin  və  yeni  –  “5-ci  nəsil  “beyin 
mərkəzləri”nin yaranması nümunəsində, bu meylin yüksəlməsində görmək müm-
kündür.
Bəziləri  hesab  edir  ki,  BM-lərin  əsas  funksiyası  proqnozlar  verməkdir. 
Məsələn:  2011-ci  ilin  iyun  ayında  Pekində  “Beyin  Mərkəzləri”nin  2-ci  Qlobal 
Sammiti  keçirilmişdir.  Sammitin  əsas  müzakirə  mövzusu  qlobal  iqtisadi  böh-
ran olmuşdur. Almaniyanın İqtisadi və Ekoloji Məsələlər üzrə Mərkəzinin sədri 
D.Messner qeyd etmişdir ki, “beyin mərkəzləri”nin işi dünyada baş verə biləcək 
problemləri əvvəlcədən müəyyən etməkdir.
Proqnozların yeni formatı isə indidən gələcəyə deyil, gələcəkdən indiyə bax-
maq (“We Build History”) alqoritmi kimi müəyyən edilir. Ümumilikdə proqnoz 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
47
funksiyasına  üstünlük  verənlərin 
məntiqinə  görə,  əvvəlcə  arzu 
edilən gələcəyin obrazı müəyyən 
edilir,  sonra  isə  indiki  dövrün 
siyasətinin  mükəmməl  real-
laşdırılması  yolu  ilə  reallığın 
məqsədyönlü,  çevik  və  dinamik 
dəyişilməsinə  nail  olunur.  Poli-
toloq  Z.Bjezinski  “İki  əsr  ayrı-
cında” adlı əsərində qeyd edir ki, 
hazırda Qərbin nail olmaq istədiyi 
başlıca strateji məqsəd dünya re-
surlarının uzunmüddətli və qlobal 
planlaşdırılması  sisteminin  yara-
dılmasıdır.  Bu  da  öz  növbəsində 
üç məsələnin: 1.demokratiyaların 
elitalar  vasitəsi  ilə  əvəzlənməsi; 
2.fövqəlmilli (kosmopolit - T.A.)
elitanın  formalaşması  (milli 
dövlətlərin  vahid  fövqəldövlətdə 
birləşdirilməsi  yolu  ilə  deyil,  in-
kişaf etmiş ölkələrin möhkəm bir-
liyinin  təmin  edilməsi  yolu  ilə); 
3.dünyanın  aparıcı  dövlətlərinin 
elitar klublarının yaradılması yolu 
ilə həllini tələb edir. 
ARAŞDIRMA VƏ BEYİN 
MƏRKƏZLƏRİNİN 
İCTİMAİ-SİYASİ HƏYATDA 
İŞTİRAK FORMALARI

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
48
1.8. Analitik informasiya fəaliyyəti “beyin mərkəzləri”nin 
işinin əsas xüsusiyyəti kimi
Analitik informasiya ilə iş hər bir dövlətin siyasi sisteminin əsas istiqamətidir.
Bu müddəa barədə BM-də çalışan və onu təhliledən üç tədqiqatçının fikirlərini 
misal gətirməklə, məsələnin vacibliyini nəzərə çatdırmaq mümkündür.
“Amerikanın  siyasi  həyatında,  həmçinin  bu  və  ya  digər  siyasi  kursun 
seçilməsində  informasiya,  demək  olar  ki,  həmişə  puldan  daha  güclü  valyuta 
olmuşdur”.
29
 
“Siyasətdə informasiya lazımi vaxtda və lazım olan formada verilmirsə, heç 
bir əhəmiyyətə malik olmur. Qərar qəbuluna qüvvələr nisbətinin konfiqurasiya-
sı  və  ya  böhran  vəziyyəti  təsir  göstərir.  Beləliklə,  qərar  qəbul  edən  şəxs  möv-
cud olan, əlinin altında olan informasiyadan istifadə etməli olur. Bu da həmişə 
maksimum  etibarlı  və  dərin  əsaslandırılmış  informasiya  olmayıb,  onu  yayanla-
rın maraqlarını əks etdirə bilər. Təəssüf ki, əksər hallarda belə olmur və “beyin 
mərkəzləri”nin rolu məhz burada xüsusilə seçilir. Məhz bu informasiya imperativi 
ötən əsrin əvvəllərində “beyin mərkəzləri”nin yaranmasını və 80-ci illərində onla-
rın inkişafında “partlayış dövrünün yaşanmasını şərtləndirmişdir”.
30
“Mahiyyətcə bütün “beyin mərkəzləri” bir funksiyanı yerinə yetirirlər – bu, 
siyasi proseslərə real, obyektiv və sistemləşdirilmiş analitik informasiyanın, eks-
pert biliyinin gətirilməsidir. Bütün “beyin mərkəzləri”nin qarşısında duran başlıca 
vəzifə də eynidir: müstəqil olaraq qalmaq və hakimiyyətidoğru olan informasiya 
ilə təmin edə bilmək”.
31
 
Analitik  informasiya  ilə  iş  bir  sıra  aspektləri  əhatə  edir:  daxildə  və  xaricdə 
mövcud olan vəziyyətin öyrənilməsi (nələr baş verir?); daxili və xarici imkanların 
öyrənilməsi (nə etmək olar?); ölkədə və xaricdə mövcud və mümkün meyillərin 
öyrənilməsi  (kim  nə  edir  və  etməyi  planlaşdırır?)  əsasında  adekvat  qərarların 
qəbuluna dəstəkçi olmaq. Bu suallar, xüsusilə də xarici siyasətdə analitikinformasi
yafəaliyyətinin məğzini təşkil edir. Bununla bağlı reallıqda baş vermiş bir hadisəni 
təsvir edən lətifə mövcuddur. Belə ki, 1815-ci ildə Vyana konqresi zamanı Avs-
triya imperiyasının xarici işlər naziri K.Metternix öz həmkarından rus səfirinin 
ölümü haqqında xəbəri eşidərkən özündən asılı olmayaraq demişdi: “Doğrudan? 
Görəsən, onun konqresin gündəliyi barədə fikri nə idi?” 
11 sentyabr 2001-ci ildə ABŞ-da baş vermiş terror hadisəsindən sonra ABŞ-
29 http://www.carnegie.ru/ru/pubs/procontra/68999.html// Рич Эндрю, Уивер Кент Р. Пропагандисты и
аналитики: “мозговые центры” и политизация экспертов // Pro et contra. 2003, № 2. Том 8.
30  Джеймс  Макган.  “Мозговые  центры  и  транснационализация  внешней  политики”.//Внешняя
политика США. Електронный журнал Госдепартамента США, Том 7, №3, ноябрь 2002 года, c.15-16.
31 Wildavsky, Aaron. Speaking Truth to Power: The Art and Craft of Policy Analysis (Boston: Little, Brown
and Co. 1979.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
49
ın  ədliyyə  naziri  G.Fayn  baş  vermiş  hadisədə  məlumatların  deyil,  onların  ana-
litik təhlilinin olmamasından şikayətlənmiş və əsas problemi bunda görmüşdür. 
Dünya təcrübəsi dəfələrlə sübut edib ki, xarici siyasət, milli təhlükəsizlik və mil-
li  müdafiə  sahəsində  fəaliyyət  göstərən,  əsas  funksiyalarından  biri  informasiya 
təminatı  olan  mütəxəssislər  olmadan  nazirliklərin  strateji  problemləri,  dialektik 
əlaqədə olan diplomatiya və xarici siyasət uğurlu ola bilməz. Analitik informa-
siyanın hazırlanma mexanizmini şərti olaraq sıx qarşılıqlı əlaqədə olan “daimi” 
və “dəyişən” dəyərlərin uyğunluğu əsasında qurulmuş riyazi düstur kimi təsvir 
etmək olar. “Daimi” dəyərlər dedikdə dövlətin milli maraq və məqsədləri nəzərdə 
tutulur.  “Dəyişən”  dəyərlər  daxili  və  xarici  amillər  və  şəraitlər  toplusunu  ifadə 
edir.  Dövlət  xarici  arenada  öz  praktiki  fəaliyyətini  “dəyişən”  dəyərlər  əsasında 
müəyyənləşdirməli olur”. 
H.Kissincer  qeyd  edirdi  ki,  ekspertlər  beynəlxalq  və  yerli  sistemlərdə 
gedənprosesləri təhlil edirlər,  dövlət xadimləri, qərar qəbul edən şəxslər isə bu 
sistemləriyaradırlar. Buna görə də analitik ilə dövlət xadiminin baxışlarında böyük 
fərq mövcuddur. Analitik hər hansı bir problemi təhlil etmək, istədiyini seçmək 
iqtidarındadır, lakin dövlət xadimi yeganə olan düzgün seçim etməlidir. Analitikin 
vaxtı məhdud deyil, dəqiq və aydın nəticəyə gəlmək üçün istədiyi qədər vaxt sərf 
edə bilər, dövlət xadimi isə məqamın diktəsinə cavab verir. Analitik heç bir şeylə 
risk etmir. Əgər onun çıxarışları düzgün olmasa, o, yeni yol seçir. Dövlət xadimi 
yalnız bir cəhd edə bilər, əgər o səhv edərsə, bu səhvləri düzəltmək mümkün olmur. 
Analitikin ixtiyarında çoxsaylı faktlar var və öz intellektual bacarıqlarından asılı 
olaraq mühakimə yürüdür. Dövlət xadimi isə dəyərlərdən çıxış edərək fəaliyyət 
göstərməlidir, lakin onları irəli sürən zaman sübut etmək imkanına malik deyil, 
tarix onun nə qədər müdrikliklə vacib dəyişikliklər etməsi haqqında mühakimə 
yürüdəcək,  ən  əsası  isə  odur  ki,  o  nə  dərəcədə  əmin-amanlığa  nail  olub.  Buna 
görə də müasir diplomatiyanın dərk edilməsi üçün dövlət xadimlərinin dünya ni-
zamının qurulması ilə bağlı problemin həll edilməsi istiqamətindəki fəaliyyətində 
nəyin və nə üçün baş tutması, yaxud baş tutmaması əsas məqsəd deyil.
Elmi  işdən  fərqli  olaraq  analitik  informasiya  belə  bir  zəruri  məqsəd  güdür 
ki,  o,  xarici  siyasi  maraqların  təmin  edilməsi  və  həmin  anda  qərarların  qəbul 
edilməsi üçün faydalı və əhəmiyyətli olmalıdır. Əhəmiyyətlilik bir çox amillərlə, 
o cümlədən analitikinformasiyanıntamlığı və dəqiqliyi ilə müəyyən edilir. Bəzi 
hallarda onlar müasirlik baxımından qurban verilir. Akademik işlərdən fərqli ola-
raq  məlumat  sənədləri  üçün  müasirlik  böyük  əhəmiyyət  kəsb  edir. Analitik  in-
formasiya məhsulunun təyinata uyğun olaraq hansı məqsədlərlə istifadə ediləcəyi 
nəzərə alınır. ABM öz məhsulunun operativliyi ilə fərqlənməlidir. Rəhbərlik üçün 
o, yığcam, inandırıcı və anlaşıqlı olmalıdır. Digər tədqiqat sahələrində, məsələn, 
məlumat  kimi  istifadə  edilərsə,  analitik  informasiyanın  tamlığı  və  xüsusiliyi 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
50
məhdudlaşdırılmaya bilər. Bütövlükdə analitikinformasiya fəaliyyəti hər hansı bir 
təhlilə aid olan elmilik prinsipini əsas hesab edir.
Analitik  informasiya  məhsulunun  təqdimedilmə  formatı  da  mühüm 
məsələlərdəndir.
Əgər  BM-lərin  təkamül  tarixinə  nəzər  salsaq,  burada  analitik  informasiya 
məhsulunun təqdimedilmə formatının da dinamikaya uğradığının şahidi olarıq. Bu 
həm məhsulun formatına, həm də onun yayılması strategiyasına aiddir.Məsələn, 
XX əsrin 70-ci illərində Amerikanın “İrs” (Heritage) Fondu məhz bu xüsusiyyətləri 
ilə diqqəti cəlb etmişdir. Fond istənilən, xüsusilə də Konqresin gündəliyinə daxil 
edilən məsələlər barədə faksla göndərilə biləcək formatda qısa həcmli sorğu mate-
rialları göndərməyi bacarmışdır. Bu ənənənin uğurlu alındığını görən “yaşlı nəsil” 
BM-ləri, məsələn, Brukinqs İnstitutu da 1996-cı ildən etibarən siyasi məsələlərə 
dair 5-19 səhifəlik yeni bülletenlər seriyası nəşr etməyə başlamışdır. 
Bir çox hallarda analitik mərkəzlərin statusu onlara cəmiyyətdə tələbatın ol-
maması, onların təqdim etdikləri təhlilin, “məhsulun” tələb edilən parametrlərə 
uyğunsuzluğu və keyfiyyətsizliyi ilə bağlı olur. İdarəetmə subyekti (dövlət, yaxud 
başqa sifarişçi subyektlər) texnoloji təqdimat baxımından rahat, əhəmiyyətli və s. 
keyfiyyətlərə cavab verən (həcmcə böyük olmayan, təqdim edilən məsələ ilə bağlı 
konkret təklifləri, yaxud tövsiyələri əhatə edən)məhsulda maraqlıdır. 
Bu  baxımdan  “intellektual  istehsala”  davamlı  olaraq  yeni  məhsul  formala-
rı daxil etməyən ABM-lər uğur qazana bilmirlər. Bu cəhət yerli məkan üçün də 
səciyyəvidir və bir çox mərkəzlər öz analitik məhsullarını ənənəvi vasitə və yol-
larla (şəxsi əlaqələr, konfranslar, seminarlar və s.) təqdim edirlər. Demək olar ki, 
müasir metodlar (məsələn, yeni texnologiyalar, İnternet) və xüsusilə də “aqressiv 
marketinq” mexanizmləri (müxtəlif formalı tədbirlər, vərəqələr yayılması və s.) 
praktiki olaraq istifadə edilmir. 
ABM-lərin analitik məhsuluaşağıdakı formalarda təqdim edilən yeni 
kreativ, alternativ ideyalardır

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
51
1.9. Araşdırma və Beyin Mərkəzlərinin tədqiqat 
və iş metodları, üsulları
Belə bir deyim var: tənha ekspert “ideyanı tilovla tutan balıqçıya”, ekspertlər 
cəmiyyəti isə “ideyaları balıq toru ilə tutan balıqçıya” bənzəyir. Yaxud “ağıl ağıl-
dan üstündür, “beyin mərkəzi” hər ikisindən üstündür” və s. Fəaliyyətdə üstünlüyü 
təmin edən amil BM-lərin fərqli iş metodlarıdır.
Düşüncənin fəallaşdırılmasının çox işlənən metodları
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin