FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

   Qanunvericilikdə  bu  məsələləri  tənzimləyən  məqamların  əksini  tapmama-
sı analitik mərkəzlərin fəaliyyətini məhdudlaşdıraraq problem yaradır. Beləliklə, 
məlum olur ki, bu sektorda “xarici amilin güclü olması” hər şeydən əvvəl daxili  
mühit və amillərin nəticəsidir. Ölkənin hazırkı inkişaf meyillərini nəzərə alaraq 
demək olar ki, belə bir vəziyyətin aradan qaldırılması olduqca vacib, eyni zaman-
da həlli mümkün məsələdir.     
3.5. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ideoloji statusu
Analitik mərkəzlər aşkar şəkildə olmasa da müxtəlif  siyasi, ideoloji, yaxud 
metodoloji  yönlü  ola  bilər.  Bu  onların  vətəndaş  cəmiyyəti  qurumlarından  mü-
hüm  fərqlərindən  biridir.Ümumiyyətlə,  dünyada  ABM-lərin  müxtəlif  ideoloji 
5 İSİM. QHT Davamlılıq İndeksi-Azərbaycan, s.7.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
119
oriyentasiyalara  xidmət etməsi, daha doğrusu, onların  növləri içərisində ideo-
loji istiqamətli qurumların olması təbiidir. Dünya təcrübəsində, məsələn, ABŞ-da 
ideoloji status BM-lərin təsnifat meyarları sırasında ən mühümlərindən biri sayı-
lır. Hətta tamamilə yeni ideologiyanın yaranması və dünyada yayılmasına xidmət 
etmək funksiyasını daşıyan BM-ri də var. (Məsələn, ABŞ-dakı “İrs” (Heritage) 
fondu kimi)
Hər il aparılan reytinqlərdə davamlı olaraq birinci yerdə duran Brukinqs İnsti-
tutu BM-zi mərkəzçi (sentrist) ideoloji mövqeyə malikdir.
6
Amerikada  BM-lərin  ideoloji  oriyentasiyasını  digər  bir  meyil  də  izah  edir:  
“XX  əsrin  sonlarından  BM-lərin  sırasında  mühafizəkar  yönümlülər  liberal 
yönümlüləri    2  dəfə  üstələyib. Yerli  və  regonal  BM-lər  sırasında  isə  bu  rəqəm 
3:1-ə nisbəti kimi olub. İdeoloji baxımdan neytral olan BM-lər resursların daha 
çox hissəsini - ümumi maliyyə həcminin yarısı qədər - alırlar. Bu həm də onunla 
əlaqədardır  ki,  nəhəng  tədqiqat  qurumları  (məsələn,  RAND  və  s.)  bu  qəbildən 
olan BM-lərdir. Bununla belə, “müəyyən ideoloji oriyentasiyaya malik olmayan” 
mərkəzlər çıxılarsa, qalan resursların ümumi həcmindən dörddən üçünü konser-
vativ yönümlü BM-lər alırlar. Narahatlıq doğuran isə belə bir məsələdir ki,  BM-
lərin ideoloji qarşıdurmasının qütbləşmə formasını alması müasir dövrdə onların 
inkişafına qlobal  xas olan xüsusiyyətdir. Bu meylə Qərb ölkələrinin, daha çox isə 
Almaniyanın BM-lərində rast gəlinir.
7
XX əsrin 90-cı illərindən etbarən dünyada ideoloji oriyentasiyalı BM-lərin in-
kişafında yüksəliş müşahidə edilmişdir. 
Qərb  ölkələrində  analitik  mərkəzlərin  tədqiqatlarının  siyasi  istiqamətləri 
haqqında  danışarkən  bir  çox  ekspertlər  müxtəlif  ideoloji  yönlü  mərkəzlər  üçün 
informasiya  əldə  edilməsində  bəzi  maneələrin  olduğunu  qeyd  edirlər.  “Sol” 
yönlü analitik mərkəzlərdən fərqli olaraq mühafizəkar yönlü analitik mərkəzlər 
(öz  rəhbərlərinin  əlaqələrindən  istifadə  edərək)  əsasən  korporasiya  və  iri 
biznesmenlərdən  həm maddi, həm də siyasi dəstək (“ianə”, şəxsi və korporativ 
yardımlar, tədqiqat sifarişləri formasında) alırlar. “Sol” baxış isə əsasən bir qayda 
olaraq universitetlər hesabına yaşayan akademik mərkəzlərdə üstünlük təşkil edir.
Şərqi Avropa ölkələrində liberal-demokratik istiqamətli analitik mərkəzlər sayca 
nisbətən çoxdur. Bu analitik mərkəzlərin keçid ölkələrindəki mövcud rolu müvafiq 
olaraq davamlı və birmənalı demokratiya subyektinə olan tələbatla bağlıdır.
BM-lər demokratik cəmiyyətin atributlarından biri kimi ictimai siyasət institut-
ları sırasında aparıcı mövqeyə malikdirlər. Lakin nədənsə xarici donor təşkilatları 
bu qəbildən olan qurumların yaradılmasında fəallıq göstərmirlər. Maraqlıdır ki, 
6 http://fair.org/extra-online-articles/think-tank-spectrum-revisited/Fairness & Accuracy in reporting (FAIR’s)
7 McGann, J.G. Global trends in think tanks and policy advice. Philadelphia, PA: TTCSP, 2007. - 17 p.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
120
nə üçün qlobal donor və yardım təşkilatları elmi və intellekti inkişaf etdirə bilən 
təşkilatları deyil, məhz siyasi profilli təşkilatları, yalnız “söz, insan hüquqları və 
azadlıqları” ilə məşğul olan təşkilatları dəstəkləyirlər? Bu sualın cavabı da ideoloji 
müstəvidədir.  
“Region”  Beynəlxalq Analitik  Mərkəzi  İdarə  Heyətinin  sədri  Razi  Nurulla-
yev xarici donorlar və onların yerli  QHT-lərə münasibətləri barədə danışarkən 
qeyd edir: “Məsələ burasındadır ki, yerli QHT-lər layihələri Azərbaycan dilində 
hazırlayıb sonradan ingilis dilinə tərcümə etdirirlər. Bu zaman haradasa 20 faiz 
təhrif  mümkündür.  Bunun  nəticəsidir  ki,  xarici  donorların  keçirdikləri  qrant 
müsabiqələrinin  qalibləri  elə  xarici  QHT-lər  olurlar.  Həmin  QHT-lər  sonradan 
Azərbaycan  QHT-lərini  formal  olaraq  tərəfdaş  kimi  seçirlər.  Onu  da  deyim  ki, 
xarici QHT-lər, adətən, aldıqları qrantların böyük bir qismini adminstrativ xərclərə 
yönəldirlər.  Birbaşa  nəzərdə  tutulan  məqsədə  yönəldilən  vəsaitlərin  həcmi  isə 
çox  az  olur.  Başqa  sözlə,  xarici  donorların  ayırdığı  qrantlar Azərbaycanda  de-
mokratiyanın, insan hüquqlarının, vətəndaş cəmiyyətinin inkişafına deyil, onla-
rın  öz  ölkələrini  təmsil  edən  QHT-lərin  imkanlarının  artırılmasına  yönəlir.  Bu, 
çox  pis  tendensiyadır.  Çünki  beynəlxalq  donorlar  həmişə  elan  edirlər  ki,  onlar 
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı layihələr həyata keçirirlər. 
Bu  barədə  ağızdolusu  danışırlar,  amma  əməli  işə  gələndə  kənaraçıxmalara  yol 
verirlər. 
Baş verənlər sadəcə beynəlxalq donorların müəyyənləşdirdiyi yeni siyasətin 
nəticəsidir.  Onlar  sadəcə  ayırdıqları  pulla  öz  təşkilatlarını  maliyyələşdirmək 
istəyirlər. Qalanları isə hamısı bəhanədir”.
8
   
Son dövrlər yerli məkanda “beyin mərkəzi” adı altında fəaliyyət göstərən bəzi 
mərkəzlər  xarici  donorlar  tərəfindən  qeyd  edilən  geosiyasi    məqsədlərə  xidmət 
edən qrant layihələri ilə maliyyələşdirilir. Bu o deməkdir ki, xarici maliyyə donor 
təşkilatları Azərbaycanda BM-lərin formalaşması və funksiyalarını bu mərhələdə də 
yanlış istiqamətdə yönləndirməyə cəhd edirlər. Özlərindən asılı olan və istədikləri 
nəticələri onlara təqdim edən QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin olduğunu 
görərək, BM adı altında haradasa loyal və elmi-intellektual çərçivədən kənar təsisat 
yaratmağa cəhd göstərirlər ki, bu da açıq şəkildə hiss olunur. 
Beynəlxaq donor təşkilatlarının bu maraqları tədqiqatçıların da diqqətini cəlb 
edir. Məsələn, Şotlandiyalı analitik Cerri Xasan “Beyin mərkəzləri”nin inqilabı-
nın hüdudları” adlı əsərində yazır: “Nə üçün postdemokratik ölkələrdə intellektual 
strukturların inkişafına diqqət yetirilmir, nə üçün burada intellektual innovasiyalar 
ləngiyir?” 
9
8 www.civil-soc.org/blog/?paged=4// “Xarici donorlar Azərbaycan QHT-lərinə hörmətsizlik edirlər”
9 Gerry Hassan. The Limits of the ‘Think Tank’ Revolution. Open Democracy, 8.09.2008.// http://www. open-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
121
Qeyd  edilənlər  fonunda  Azərbaycanda  ABM-lərin  ideoloji  statusu  ilə  bağlı 
məsələnin aktual olmadığını düşünmək yanlışlıq olardı. Bu həm də mərkəzlərin 
özlərini araşdırma qurumu kimi identikləşdirməsinə dəlalət edən  xüsusiyyət kimi 
də maraqlıdır.
Keçən əsrin 90-cı illərinin ortalarında ölkədə ideoloji oriyentasiya baxımın-
dan  fərqlənən  çoxsaylı  mərkəzlər  formalaşmağa  başlamışdır.  Onların  fəaliyyəti 
və istiqamətlərindəki fərqlərə baxmayaraq, milli məkanda BM-lərin yaranması, 
kəmiyyət  baxımından  artması,  ideoloji  yönümlülüyü,  tədqiqat  istiqamətləri    və  
təqdim etdiyi analitik məhsula görə müəyyən qənaətə gəlmək olar.  
Digər tərəfdən qeyd edilməlidir ki, yerli məkanda formalaşan BM-lərin, demək 
olar ki, əksəriyyəti aydın ideoloji istiqamətə malik olmadığını düşünsə də, bu belə 
deyil, yaxud da bu mümkün deyil. Halbuki inkişaf etmiş ölkələrdə BM-lər öz ide-
oloji seçimləri barədə aşkar mövqe nümayiş etdirirlər.
Əsas tədqiqat istiqamətləri üzrə ümumiləşdirmək istəsək, ictimai siyasət insti-
tutlarının fəaliyyətində yarandığı ilk illərdə neoliberal demokratik, bəzi hallarda 
radikal ritorikanın üstünlük təşkil etdiyi mərhələdən, inkişafın yeni mərhələsindən 
etibarən isə milli praktikada geniş vüsət alan sosial-iqtisadi araşdırmalarda mötədil 
liberal mövqeyə və son illərdə dövlətçilik maraqlarına uyğun gələn mərkəzçi möv-
qenin önə keçdiyi mərhələyə istiqamətləndiyi qeyd edilə bilər. ABM-lər inkişaf 
mərhələsindədir  və  onların  fəaliyyətinin  cəmiyyətin  intellektual  səviyyəsinin 
modernləşməsinə və transformasiyasına töhfə verəcəyi şübhəsizdir. 
Azərbaycanda da  özəl sektorun, imkanlı  insanların  ABM institutuna çox həssas 
olması həm onların, həm də ölkənin perspektivləri üçün olduqca əhəmiyyətlidir
Azərbaycanın  analitik-ekspert  cəmiyyətlərini  yalnız  “sollara”  və  “sağlara” 
bölmək onların əksəriyyətinin aşkar ifadə edilmiş  ideya mövqeləri olmadığı üçün 
çox çətindir. ABM-lərini ideoloji yönünə görə fərqləndirmək üçün əsas kimi möv-
cud  olan  siyasi  ideologiyalar  çərçivəsindən  (“sollar”,  “sağlar”,  “mərkəzçilər”) 
istifadə etmək lazım gəlir
Ölkədə  “sağ”  və  “sol”  sözləri  ilə  ifadə  edilən  ideoloji  istiqamətlər  aşkar 
sezilməsə də, liberal, neoliberal, “mərkəzdən bir qədər sola” və “mərkəzdən bir 
qədər sağa” adlandırılmalı olan mövqelər mövcuddur. Yarandığı ilk illərdə yerli 
ABM-lərin fəaliyyətində liberal və neoliberal, hətta radikal meyillər daha güclü 
olmuşdur. Bu həm xarici donorlardan və qrantlardan asılılıqla, həm də təsisçilərin 
siyasi-ideoloji mövqeləri ilə bilavasitə bağlı olmuşdur.
10
 Bir daha yuxarıda qeyd 
democracy.net/article/yes/the-limits-of-the-think-tank-revolution
10 Özünü “Azərbaycanda yaradılan ilk “düşüncə mərkəzi”, “fikir fabriki” bəyan edən Sülh və Demokratiya
İnstitutunun fəaliyyəti, onun ABM-lərin meyarlarına nə dərəcədə cavab verdiyi cəmiyyətə aydındır. Maraqlıdır
ki, mərkəz öz vəzifələrini “hazır ideyaların (!?) və mexanizmlərin təbliği və tətbiqi”, “öz maraqlarına effektiv
lobbiçilik”(!?) kimi müəyyən etmişdir.//http://www.tt-ipd.info/think-thank/Think Thank

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
122
edilən bir fikri xatırlatmaq yerinə düşərdi ki, ABM-nin əsasa meyarlarından biri 
onun dövlətin milli maraqlarına xidmət etməsi, ona zidd olan fəaliyyəti həyata 
keçirməməsidir.  Bu  adi  həqiqəti  dərk  etməyərək  özünü  “beyin  mərkəzi”  kimi 
identikləşdirən  qurumlar  təəssüf  ki,  mövcuddur.  Beyin  mərkəzlərinin  müstəqil, 
obyektiv ekspert təhlili aparması dövlətçilik əleyhinə mövqe kimi dərk edilirsə, 
bu onun funksiyasının təhrif edilməsinin  göstəricisidir.
 Sağ ideologiya mövqeyində duran ABM-lər tədqiqatlarında əsasən liberal iq-
tisadiyyatı,  azad  bazar  ideyalarını  inkişaf  etdirir  və  dəstəkləyirlər.  Klassik  “be-
yin mərkəzi” olan Brukinqs İnstitutu kimi BM-lər dövlətin minimum müdaxilə 
etdiyi  iqtisadiyyatın,  həmçinin  Azərbaycanın  qlobal  iqtisadi  məkana  daha  çox 
cəlb edilməsinin tərəfdarıdırlar. Bir qədər şərti müqayisə edilsə, demək olar ki, 
Azərbaycanda sosial-iqtisadi istiqamət üzrə fəaliyyət göstərən ABM-lər bu ideo-
loji oriyentasiyaya aiddir. 
Ölkədə  ABM-lərin  meyarlarına  cavab  verməyən,  lakin  özlərini  “beyin 
mərkəzi”,  “fikir  fabriki”  kimi  təqdim  edən  hədsiz  dərəcədə  siyasiləşmiş  (insan 
hüquqları  və  hüquq-müdafiə  qeyri-hökümət)  təşkilatları  nəzərə  almasaq,  ciddi 
ideoloji  qütbləşmənin  mövcudluğu  hiss  edilmir.  Lakin  ölkədə  gedən  proseslərə 
münasibətlərində “mühafizəkar-dövlətçilər”in və “liberallar”ın olduğunu, onların 
öz tədqiqatlarındakı  mövqeləri ilə radikallardan kəskin fərqləndiyini demək olar.
Yeri  gəlmişkən,  ideoloji  meyarın  ABM-lərin  qlobal  reytinq  və 
dəyərləndirmələrinə də təsir etdiyi aşkardır. Bu səbəbdəndir ki, reytinqin hazır-
landığı  ilk  illərdə Azərbaycanda  bir  “broşurası”  ilə  də  olsa  tanınmayan  “beyin 
mərkəzləri”nin  həmin  reytinqlərdə  yer  alması  yalnız  bununla  izah  edilə  bilər. 
Son illər bu reytinqə fəaliyyəti ilə tanınan yerli mərkəzlərin düşməsi artıq həmin 
reytinqlərdə  BM-lərin  peşəkarlıq  meyarlarına  görə  dəyərləndirilməsinə  doğru 
irəliləyişin olmasından xəbər verir.
Regionda  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  möv-
cudluğu  ortaq  mövqeli  və  ideoloji  oriyentasiyalı  mərkəzlərin  yaranmasını 
şərtləndirmişdir. 
Bütövlükdə isə vurğulamaq lazımdır ki, son dövrdə dünyada fəaliyyətini milli 
dövlətçiliyin  möhkəmlənməsi  istiqamətində  quran  “mərkəzçi”  təşkilatların  sayı 
çoxalmaqdadır.  Əminliklə  demək  olar  ki,  ictimai  siyasət  institutlarına  dövlətin 
dəstəyi və həssaslığı nəticəsində hazırda bütün dünyada analoji mərkəzlərin apa-
rıcı ideoloji oriyentasiyasını, eyni zamanda “beyin mərkəzi” institutunun missi-
yasını düzgün ifadə edən “mərkəzçi ideologiya”, milli dövlətçi mövqelər üstün 
meylə çevrilməkdədir. Bu da yerli ABM-lərin inkişafının dünya təcrübəsindəki və 
inkişaf edən ölkələrə xas olan  meyillərə adekvat duruma gəldiyinin göstəricisidir.
“BM idealda başlıca olaraq ümummilli məsələlərin həllinə yönəlmiş ideyala-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
123
rın generasiyası üçün institut, milli dialoq məkanı, platformasıdır. BM-lər yalnız 
konkret dövlətin tarixində epoxal, fundamental proseslərin nəticəsi kimi,  yaxud 
da optimal həllini tələb edən ümummilli problemlərin ortaya çıxması nəticəsində 
yarana bilər.
Heç kim demir ki, BM yaratmaq üçün nə etmək lazımdır? Kim onun rəhbəri və 
əməkdaşı ola bilər? BM dövlət siyasətinin öyrənilməsi mərkəzidir. Təəssüflər olsun 
ki, dilemma bundan ibarətdir ki, BM əksər hallarda müxtəlif maraqları, mövqeləri 
və siyasi imperativləri təmsil edən qruplar və ya liderlər tərəfindən yaradılır. Ümumi 
konsensus ətrafında cəmlənən kollektivlərə bu gün rast gəlmək çox çətindir”.
11
3.6. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin əməkdaşlığı: 
forma və mexanizmlər
Tədqiqat gedişində mərkəzlərə göndərilən anket sorğunun bir sualı da məhz bu 
məsələ ilə bağlı idi. Düşündürən problemlərdən biri odur ki, hələlik milli ABM-
lərin koordinasiyası, əməkdaşlığı və ən vacibi şəbəkələşməsini stimullaşdıran və 
dəstəkləmək təşəbbüsləri olmamışdır.  Strateji Araşdırmalar Mərkəzi yaranmasın-
dan etibarən bu istiqamətdə əməkdaşlıq səylərini ortaya qoymuşdur. Bu problemlə 
bağlı müzakirə və dəyirmi masalar milli məkanda ABM-lərin əməkdaşlıq forma-
larını və mexanizmlərini zəruri edən və ona mane olan bir sıra şərtləri aşkara çı-
xarmışdır.  
Əməkdaşlığı zəruri edən aşağıdakı amillər mövcuddur:
1.  Ölkənin siyasi və iqtisadi inkişaf məsələlərinə dair ortaq mövqeyin bildirilməsi;
2.  Analitik  məhsul  bazarının  azərbaycandilli  seqmentinin  inkişafına  hərtərəfli 
yardım göstərilməsi; 
3.  Milli  analitik-ekspert  cəmiyyətinin  maraqlarına  cavab  verən  bilik  və 
peşəkarlığın sintezinin yeni modelinin formalaşdırılması;
4.  Qlobal “beyin mərkəzləri” məkanına inteqrasiyanın, xarici ölkələrin BM-ləri 
ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin birgə səylərlə intensivləşdirilməsi;  
5.  Azərbaycanda analitik-ekspert cəmiyyətinin səviyyəsi və keyfiyyətinin artırıl-
masına təkan verilməsi;
6.  Ölkədə BM-lərin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının yeni səmərəli mo-
delinin  formalaşdırılmasını  bir çox məsələlər zəruri edir. Buraya  ölkədaxili 
və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi 
ənənəsini  yaratmaq,  qlobal  “beyin  mərkəzləri”  məkanına  ortaq  güclə  inteq-
11 Эми Кофинур Бетанкурт.(Центр Стратегических и Международных Исследований.) Национальный
(Центр Стратегических и Международных Исследований.) Национальный
Центр Стратегических и Международных Исследований.) Национальный
Исследований.) Национальный
Национальный
диалог о создании мозгового центра//Внешняя политика США. Електронный журнал Госдепартамента
США, Том 7, №3, ноябрь 2002, 56 c., -с.42-43

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
124
rasiya  etmək  və  rəqabətədavamlı  mövqe  tutmaq,  analitikanın  keyfiyyətini 
yüksəltmək və s. daxildir;    
7.  Kadr resursu, təşkilati resurslar və intellektual resurslar kimi ciddi məsələlərin 
müəyyən edilməsi; 
8.  ABM-lərin  kəmiyyət mərhələsindən  keyfiyyət mərhələsinə keçməsi, analitik 
məhsul bazarında “tələb və təklif” probleminin müəyyən edilməsi, dünyada 
rəqabətə- davamlılığının  təşkil edilməsi;
Hələlik isə ölkə miqyasında mövcud olan analitik ABM-ləri üçün kəmiyyət ba-
xımından rəqabət mühiti mövcud olsa da, sağlam rəqabətin aparılması müşahidə 
edilmir. Yerli ABM-lərin fəaliyyətinin dəyərləndirilməsi üçün keyfiyyət meyarla-
rına gəldikdə isə, şərti olaraq beş ballıq sistemlə (1-ən aşağı bal; 5 - ən yuxarı bal) 
bunları göstərmək olar: 
•  İnformasiya texnologiyaları ilə işin aparılması və internet məkanında fəallıq - 
3 bal; 
•  Elmlərarası problemlər üzrə tədqiqatların aparılması - 3 bal;
•  Tədqiqatların nəzəri-metodoloji əsaslarına riayət edilməsi - 3 bal;
•  Dünya siyasi elminin əsas tədqiqat metodlarına və istiqamətlərinə bələd olmaq 
- 2 bal;
•  Kreativ işləmək qabiliyyəti - 2 bal;
•  Təhlillərdə nəzəri və tətbiqi politologiyanı birləşdirə bilmək baçarığı-2 bal;
•  Yeni tədqiqat sahələrinin formalaşdırılması - 2 bal.
Bu səbəblərin mövcudluğu yalnız subyektiv olmayıb, həm də obyektiv  köklərə 
bağlıdır. Siyasi elmin yaşının bir neçə əsr olduğu inkişaf etmiş ölkələrlə müqayisədə 
yerli politoloji araşdırma ənənəsi, məktəb və mütəxəssislərin mövcud vəziyyəti ölkənin 
digər sahələrində müşahidə edilən yüksəliş templəri ilə ayaqlaşa bilmir. Bəzi ekspert 
sorğuları da göstərir ki, bu sahədə inkişaf  bir sıra problemlərin həlli ilə bağlıdır. 
Həmin amillərə aşağıdakılar daxildir:

nəzəri-metodoloji bazanın zəifliyi;

problemlərə səthi yanaşma;

analitik strukturların kadr korpusunun tərkibinin kifayət qədər səriştəli olma-
ması;

analitik məhsula tələbin olmaması;

elmi yeniliklərin və kreativliyin olmaması; 

siyasi təhlil və politologiya sahəsində davamlı ənənə və elmi məktəblərin ol-
maması;

siyasi təhsilin tədrisinin yeni tətbiq edilməsi, tədrisin analitik bazarın forma-
laşmasından özünütəcrid etməsi;

ixtisaslı mütəxəssis, peşəkar  politoloqların çatışmazlığı;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
125

müəyyən  siyasi-ideoloji  çərçivədə  özünü  senzura  etmək  ənənəsinin,  “qrant 
verən  mənbələri  məmnun  etmək”  diktəsinin  olması  (tanınmış  bir  Mərkəzin 
ABŞ  İnkişaf  Agentliyi  ilə  birgə  hesabatın  təqdimat  mərasimində  Agentliyin 
nümayəndəsi müəyyən rəqəmlərə düzəliş etdiklərini vurğulamışdı - T.A.)
Ölkədə  kəmiyyət  baxımından  elmi  dərəcələri  olan  çoxsaylı  mütəxəssis  or-
dusu mövcuddur. Bu isə o deməkdir ki, analitik mərkəzlərin inkişafı kəmiyyətin 
keyfiyyətə çevrildiyi zaman mümkün olacaqdır.  Hələlik isə ABM-lərin cəmiyyət 
həyatında dünya təcrübəsində mövcud olan layiqli yer tutması yönündə hər hansı 
birliyinin, alyansının yaranması mühüm addım ola bilərdi
Ümid etmək olar ki, adekvat əməkdaşlıq və koordinasiya mühitinin yaradılma-
sı Azərbaycanda innovativ və kreativ elitanın formalaşmasında təkanverici effekt 
verə  bilər.  Eyni  zamanda,  bu,  yeni  nəsil ABM-lərin  yaranmasını  da  şərtləndirə 
bilər.
3.7. Azərbaycanda Araşdırma və  
Beyin Mərkəzlərinin tipologiyası və təsnifatı
Aparılan tədqiqatın əsas məqsədlərindən biri ölkədə BM-nin təsnifləşdirilməsinə 
cəhd  edilməsi  olmuşdur.  Dünya  təcrübəsində  olduğu  kimi,    Azərbaycanda  də 
ABM-lərin tipologiya və təsnifatında müxtəlif yanaşmalar ola bilər. Nəzərə alı-
narsa ki, ümumiyyətlə, ABM-lərin təsnifat meyarları bütövlükdə dünyada böyük 
mübahisələrin mövzusudur, onda bu başa düşülən vəziyyətdir. Buna görə də həm 
mövcud dünya təcrübəsinə müraciət etməklə, həm də eyni zamanda mübahisəli 
məqamlrı qeyd etməklə müəyyən mənzərəni yaratmaq olar. 
Azərbaycanda yaranan və fəaliyyət göstərən BM-lərin dəqiq sayının verilməsi 
mümkün  deyil.  Milli  məkanda  mövcud  olan  digər  təşkilatlar,  ictimai  birliklər 
və  s.  kimi  onların  mütləq  qeydiyyatı  tələb  olunmadığı  və  ya  qeydiyyatla  bağlı 
problemlər olduğu üçün bu sahədə rəsmi məlumat mövcud deyil. 
Problem yaradan digər məsələ isə “beyin mərkəzi” anlayışının digər ictimai 
birliklərdən fərqini müəyyən edən tədqiqatların, yuxarıda qeyd edildiyi kimi, yox 
dərəcəsində olmasıdır. Bu vəziyyət qeyd edilən qurumların mövcud olduğu bütün 
dünya ölkələrinə aid edilə bilər. Bununla belə, BM-lərin  dəqiq sayının müəyyən 
edilməsində çətinliklərin olmasına baxmayaraq, ölkədə ictimai birliklərin ümumi 
mənzərəsinə dair məlumatlara əsaslanmaqla onları təsnifləşdirmək və ümumi bir 
nəticəyə gəlmək mümkündür. Tədqiqatçıların bir çoxu “beyin mərkəzləri”ni təsnif 
etməyə çalışıblar. 
Klassik təsnifata əsasən “beyin mərkəzləri”nin 3  kateqoriyası fərqləndirilir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
126
Milli  məkanda ABM-ləri  klassik  (Amerkada  tətbiq  edilən)  təsnifatla  aşağıdakı 
kimi sistemləşdirmək olar: 
1.   dövlət strukturlarında fəaliyyət göstərən analitik qurumlar;
2.   qeyri-dövlət ictimai siyasət institutları;
3   akademik və universitet əsaslı tədqiqat institutları.
Bir  neçə  azsaylı  partiyayönlü  mərkəzin  analitik  qurumları  özlərini  bu 
mərkəzlərlə  identikləşdirmədiyi  və  fəallığı  hiss  olunmadığı  üçün  təsnifatda  yer 
almamışdır.
Eyni zamanda bu mərkəzlərin özlərini də:
1.  məqsədyönlü  (özlərini  BM  adlandıran  və  BM  ilə  identikləşdirən)  strateji 
mərkəzlər; 
2.  araşdırma layihələrini həyata keçirən BM-lər;
3.   intellektual birliklər - kimi qruplaşdırmaq olar.
Birinci qrupa aid olanlar öz profillərini konkret olaraq bildikləri üçün müxəlif 
layihələrin təşəbbüskarları və sosial inkişafın mərkəzləri kimi çıxış edirlər. Məhz 
buna və peşəkarlığına görə onların ciddi maliyyə problemləri yoxdur. Fəaliyyət 
istiqamətləri isə açıq şəkildə ifadə edilmiş sosial-iqtisadi yöndür.
Araşdırma layihələrini həyata keçirən BM-lər aydın strateji məqsədlərə ma-
lik deyil və əsasən, qrant və sifarişlərlə işləyirlər. Belə mərkəzlər xarici maliyyə 
manipulyasiyasından etibarlı müdafiə olunmayıb. Eyni zamanda, müsbət cəhətəri 
odur ki, müxtəlif sosial problemlərin həllində təcrübə və texnologiyaya, həmçinin 
başqaları ilə müqayisədə geniş resurs bazasına malikdirlər.
Burada  dünya  təcrübəsini  nəzərə  alaraq,  miqyas    və  səviyyə  göstəricisi  də 
nəzərə alınmaqla müxtəlif təsnifat meyarları tətbiq edilə bilər. Məsələn, BM-ləri 
fəaliyyət dairəsinə görə belə qruplaşdırmaq olar: 
1.   ümummilli səviyyəli siyasi qərarların həllinə yönümlü; 
2.   yerli və regional miqyaslı problemlərin tədqiqi ilə məşğul olan; 
3.   daxili və ya xarici siyasəti tədqiq edən.
Eyni  zamanda,  tədricən  klassik  ənənə  və  təcrübənin  mənimsənilməsi  və  
yeniləşməsi baş verir. İkinci kateqoriyaya aid olan ölkədəki ixtisaslaşmış akade-
mik tədqiqat institutları tam şəkildə siyasi tədqiqatlarla məşğul olmurlar. Onlar 
öz tədqiqatlarını nadir hallarda praktiki reallaşdırmağa çalışırlar. Birinci kateqo-
riyaya aid olan məsləkdaşlarından fərqli olaraq bu institutlar akademik statusları 
ilə əlaqədar hakimiyyətə çox az təsir göstərmək imkanına malikdirlər. Akademik 
institutların apardığı tədqiqatlar, əsasən, nəzəri və uzunmüddətli xüsusiyyətə ma-
likdir. Onların təqdim etdikləri məhsullar birbaşa praktiki əhəmiyyətə malik olma-
dığından dövlət strukturlarının operativ fəaliyyətlərində istifadə edilməsinə mane 
olur. Üçüncü kateqoriyaya aid olan BM-lər universitetlərlə bağlıdır Bu qurumlar 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
127
da qərar qəbulu ilə bağlı mərkəzlərdən məsafədə olması, həmçinin tədqiqatlarının 
nəticələrinin həddən artıq akademikliyi səbəbindən böyük nüfuza malik deyillər. 
Bununla belə, bu mərkəzlərin rolunu qiymətləndirməmək düzgün olmazdı. Çünki 
universitetlər xarici həmkarları və tədqiqat mərkəzləri ilə geniş əlaqələr şəbəkəsinə 
malikdirlər, tələbələr mübadilə proqramları əsasında həmin universitetlərdə təhsil 
alır, təcrübə keçir və ekspert kimi formalaşmaq imkanları əldə edirlər. 
Vətəndaş cəmiyyətinə aid olan qeyri-dövlət mərkəzləri öz imkanları daxilində 
xarici tədqiqatçıları cəlb edə bilirlər. Onlar əsasən şəxsi yardımlara, kadr hazırlığı 
proqramlarının reallaşdırılmasına yönələn mütəxəssis treninqlərini keçirirlər.
Xarici təcrübədən (məsələn, ABŞ) fərqli olaraq, Azərbaycanda hələlik ABM-
lər  və  hakimiyyət  institutları  arasında  “fırlanan  qapılar”  (“revolving  doors”)
adlanan  mexanizm  yoxdur.  Doğrudur,  keçən  əsrin  90-cı  illərində  yüksək  məmur 
vəzifələrində olan bəzi şəxslərin rəhbərlik etdikləri mərkəzlər mövcuddur. (məs. “İq-
tisadi və Siyasi Araşdırmalar Mərkəzi” və s.). “Fırlanan  qapı” – unikal bir təcrübə 
olub, bilavasitə ABŞ-da inkişaf etmişdir. Burada dövlət orqanları və strukturlarında 
çalışan yüksək vəzifəli şəxslər vəzifələrindən getdikdən sonra ABM-lərdə çalışmağa 
üstünlik verirlər. Bu, bir ənənəyə çevrilmişdir və həmin ənənə “beyin mərkəzləri”nə 
idarəçilik orqanlarından və Konqresdən  sabiq peşəkar siyasətçilərin, ekspertlərin 
davamlı axınını təmin edir. ABŞ-da ali siyasi  hakimiyyətin əvəzlənməsi ilə bağ-
lı olan hər bir məqam icra hakimiyyətinin orta və ali səviyyələrində yüzlərlə kadr 
dəyişikliyinə səbəb olur. ABM-lər qərar qəbul edən şəxslərə yaranan bu boşluğu 
doldurmaqda kömək edir. Mərkəzlər özlərini təcrübəli ekspertlərlə təmin etməklə 
ilə yanaşı,  həmin şəxslərə öz biliklərini inkişaf və tətbiq etmələriüçün şərait yaradır. 
Onlar mütəxıssis və məmur kimi topladıqları təcrübə və ideyaları bölüşə, aktual da-
xili və xarici siyasi müzakirələrdə iştirak edə, beynəlxalq işlərlə bağlı qeyri-formal 
münasibətlərin yaradılmasına töhfə verə bilirlər. 
Dünyanın digər ölkələrində də dövlət məmurları olmuş kadrlarla qeyri-dövlət 
strukturuna  aid  olan  BM-lər  arasında  sıx  əməkdaşlıq  müşahidə  olunur.  Xari-
ci təcrübəni öyrənməklə bu ənənənin tətbiqinin mühüm olduğuna diqqətin cəlb 
edilməsi öz növbəsində yeni imkanların reallaşmasına şərait yarada bilər.
Azərbaycanda ABM-ləri konkret tədqiqat istiqamətlərinə görə təsnifləşdirmək 
çətindir. Belə ki, mərkəzlərin problem mövzular üzrə ixtisaslaşması hələlik sona 
çatmamışdır. Bununla belə, mərkəzlərin siyasət, beynəlxalq münasibətlər, sosial-
iqtisadi, təhlükəsizlik, hüquq-müdafiə və s. məsələlərlə məşğul olduqlarını görmək 
mümkündür.
Xarici  transmilli  mərkəzlərlə  və  ya  fondlarla  əməkdaşlıq  ABM-lərin 
fəaliyyətinin  əsas  istiqamətini  təşkil  edir.  Bu,  yalnız  qrant  almaq  məqsədinə 
xidmət etmirsə, müsbət dəyərləndirilməlidir və həm də dünya “beyin mərkəzləri” 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
128
məkanına  inteqrasiyaya  imkan  verir.  Eyni  zamanda,  xarici  tərəfdaşlar  da  yerli 
məkanda bu istiqamətdə fəaliyyətini  gücləndirmək niyyətini gizlətmir. 
Yerli məkanın reallığından çıxış edərək, ABM-lərin ictimai siyasət institutu 
olaraq təsnifatını, tipologiyasını, həyata keçirdiyi  funksiyalarını və əhəmiyyətini 
müəyyən etmək üçün qlobal reytinqdə tətbiq edilən 30-dan çox meyarın hamısı 
deyil, bəzi mühüm meyarlar köməkçi rolunu oynaya bilər. Çünki yerli ABM-lər 
formalaşma və inkişaf mərhələsindədir. Mühüm hesab edilən bəzi xüsusiyyətləri 
qeyd edək: 
 

Təşkilat tərəfindən həyata keçirilən layihələr təkcə məlumat xarakterli deyil, 
analitik xarakterli olmalıdır. Bu meyar tətbiq edildikdə mövcud mərkəzlərin 
öz əsas vəzifələrindən biri kimi cəmiyyətin müxtəlif sosial qruplarını bu və 
ya digər problemlər və ya məsələlər haqqında məlumatlandırmağı vacib hesab 
edir. Lakin bu funksiya öz-özlüyündə təşkilatı BM-ə aid etməyə imkan vermir. 

Tədqiqatlar  bir  şəxs  tərəfindən  deyil,  qrup  tərəfindən  həyata  keçirilməlidir. 
Yerli mərkəzlərdə fəal tədqiqatları bəzən 1-2 nəfər aparır. Bu nöqteyi-nəzərdən 
hazırlanacaq son beyin məhsulu yalnız bir şəxsə məxsus olur. Nəticədə belə 
qurum “beyin mərkəzi” sayıla bilməz. BM-də kadrların minimum və  maksi-
mum hüdudları mövcuddur. Əgər kadrlar minimumdan az olarsa, qrup dina-
mikliyini itirir, yaxud maksimum həddi keçərsə, onda yeni ideyaların forma-
laşması keyfiyyətdən məhrum olur. BM bürokratik çalarlar kəsb edir. 

Novasiyalar və əhəmiyyətli  sahələrdə tədqiqatların aparılması da təşkilatın “be-
yin  mərkəzi”  olmasını  müəyyən  edən  faktorlardan  biridir.  Belə  ki,  onlar  digər 
ölkələrdəki kimi Azərbaycanda da dövlət, cəmiyyət və milli maraqlar səviyyəsində 
olmayan  bir  problemin  və  ya  məsələnin  tədqiqi  ilə  məşğuldurlar.  Lakin  milli 
mənafe, maraqlar və fəaliyyətin genişliyi  nöqteyi-nəzərindən bu cür təşkilatları 
tam şəkildə “beyin mərkəzləri” kimi qiymətləndirmək düzgün olmazdı. 

Siyasi proseslərə təsiri və nüfuz kapitalı. Bu meyar inkişaf etmiş demokratiya-
larda əsas göstəricilərdən biri hesab olunur. Lakin Azərbaycanda demokratik 
və liberal siyasi mədəniyyətin, partiya beyin mərkəzlərinin formalaşma prose-
sinin davam etdiyi bir dövrdə bu meyar tətbiq edilərsə, o zaman ümumiyyətlə, 
müvafiq “beyin mərkəzi” tapmaq çox çətin olar

“Beyin  mərkəzi”  tərəfindən  analitik  məhsulun  təqdim  forması.  BM-lər 
məhsullarını əsasən üç formada həyata keçirirlər. Birincisi, hakimiyyətə dövlət 
siyasəti ilə bağlı tövsiyə-təkliflər paketini təqdim etmək və ya dövlət sifarişini 
yerinə yetirərək bu və ya digər tədqiqat layihəsini həyata keçirmək. İkincisi, 
beyin məhsulunu bu və ya digər böyük biznes təşkilatına satmaq. Bunu əsasən 
sosial-iqtisadi sahədə fəaliyyət göstərən “beyin mərkəzləri” həyata keçirirlər. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
129
Üçüncüsü,  məhsulu  bu  və  ya  digər  siyasi  qrupa  (siyasi  partiya,  blok  və  ya 
birlik) satmaq. Bunu əsasən seçkilər və PR-lə məşğul olan “beyin mərkəzləri” 
həyata keçirirlər. 
ABM-lərin meyarlarından biri də müxtəlif təşkilatların özünü “beyin mərkəzi” 
kimi identikləşdirmək, fəaliyyətini onun timsalında qurmaq arzusu, seçimidir. 
 
3.8. Azərbaycanda dövlət yönlü, universitetlərin və partiyaların 
nəzdində fəaliyyət göstərən Araşdırma və Beyin Mərkəzləri 
Qeyd  etdiyimiz  kimi,  ölkəmizdə  tədqiqat  və  təhlil  xarakterli  apaşdırmalar 
aparan dövlətyönlü strukturlar uzun tarixə malikdir. Analoji qurumlar da praktiki 
olaraq Avropada “fikir fabrikləri”nin siyasətin müstəqil subyektinə çevrilməsi ilə 
eyni vaxtda (XX əsrin 50 – 60-cı illərində)  yaranmağa başlamışdı.      
Müstəqillik  illərində  dövlət  və  hökumət  orqanları  yanında  geniş  şəkildə, 
demək olar ki, istisna olmadan analitik-məsləhət strukturları yaradılmışdır.  Ana-
litik məhsulların istifadəsi, ekspert müzakirələrinin keçirilməsi, qərarların alter-
nativ  həll  variantlarının  təhlili  ənənəsi  və  mədəniyyəti  formalaşmaqdadır.  Eyni 
zamanda, onların sırasında yalnız de-yure deyil, həm də de-fakto olaraq  fəaliyyət 
göstərənlər fərqləndirilməlidir.  
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlil və Strateji 
Araşdırmalar İdarəsi  (XİN TSAİ) 
Müstəqil Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyinin  strukturunda  
fəaliyyət göstərən Təhlil və Strateji Araşdırmalar İdarəsi  mühüm  qurumlardan 
biridir.  İdarənin  rəisi  Elman Ağayevdir.  Rəsmi  internet səhifəsi:  http://mfa.gov.
az/index.php-dir. Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsi 
(XİN TSAİ) -nin fəaliyyətinin  təşkilati-hüquqi və texnoloji əsasları, maliyyələşmə 
və kadr siyasəti bir sıra ənənəvi başa düşülən analitik strukturların fəaliyyətindən 
fərqlənir. XİN TSAİ  tərkibində olduğu  qurumun nəzdində fəaliyyət göstərdiyi üçün
öz funksiyasını «Xarici İşlər nazirliyi haqqında Qaydalar», Nazirliyin fəaliyyətini 
tənzimləyən    digər:  normativ-hüquqi    sənədlər,  rəhbərliyin  sərəncamları  və 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
130
təlimatları əsasında həyata keçirir.
  İdarənin kadrlar  korpusu ilə təminatı, ştat  cədvəli məsələləri, büdcə vəsaiti 
ilə  təmin  olunması  və  maddi-texniki  təchizatı  məsələləri  də  XİN  rəhbərliyinn 
səlahiyyəti  çərçivəsindədir.  XİN  TSAİ  öz  işini  rəhbərlik  tərəfindən  müəyyən 
edilən ümumi və xüsusi  vəzifələr çərçivəsində  qurmaqla, müvafiq olaraq, yerinə 
yetirilmiş fəaliyyətin nəticələri haqda  rəhbərliyə mütəmadi olaraq hesabat verir.  
XİN TSAİ tərəfindən hazırlanan  analitik məhsul «açıq» və «qapalı» olmaqla 
müxtəlif  təyinata  malikdir.  Belə  ki,  «qapalı»  məzmunlu  materiallar    XİN-nin  
mərkəzi  aparatının  və  ona  tabe  olan,  xaricdə  fəaliyyət  göstərən  müəssisələrin, 
eləcə də, Azərbaycan Respublikasının  digər dövlət strukturlarının və idarələrinin  
xidməti istifadəsinə təqdim edilir.
İctimaiyyət üçün «açıq» olan analitik  məhsul və kütləvi  istifadə üçün nəzərdə 
tutulmuşdur.  Bununla    belə  həmin  materialların  ictimaiyyətə    təqdimatı  da 
Nazirliyin müvafiq  insatansiyaların ilə razılaşdırılır və təsdiq edilir.  XİN TSAİ-
nin  fəaliyyətində    ictimai    istifadə  üçün  nəzərdə  tutulan  materiallara:  XİN-nin  
«Diplomatiya aləmi» (World Of Diplomacy) elmi-analitik jurnalı, informasiya-
analitik bülleteni, ilin yekunlarına dair  pres-relizlər,  müxtəlif mövzuda keçrilən 
forumlar üçün  məruzələr və təqdimatlar. eləcə də digər informasiya xarakterli 
nəşrlər aiddir.   
Azərbaycan  Respublikasının    Xarici  İşlər  Nazirliyinin  Təhlil  və  Strateji 
Araşdırmalar  İdarəsi    həm  ölkədə,  həm  də  xaricdə  mövcud  olan  həm  dövlət, 
həm  də  qeyri-dövlət  yönlü  araşdırma  mərkəzləri  ilə,  təşkilatlarla,  institut  və 
fondlarla qarşılıqlı əməkdaşlıq münasibətləri qurmuşdur. Bu əməkdaşlıq müxtəlif  
formalarda-  qarşılıqlı  məlumat  mübadiləsinin,  ortaq  tədbirlərin,  konfrans  və 
dəyirmi  masaların  təşkilində,  «Diplomatiya  aləmi»  elmi-analitik  jurnalında  
məqalələrin nəşr edilməsində öz əksini tapır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 
Baş Təşkilat-İnspeksiya İdarəsi
   
  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya 
İdarəsi  6 iyun 2001-ci il-də yaradılmışdır. Rəhbəri Daxili Işlər Nazirinin müavini, 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
131
polis general-mayoru Fazil Quliyevdir. 
Azərbaycan  Respublikası  Prezidentinin  30.06.2011-ci  il    tarixli  Fərmanı 
ilə   «Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi haqqında Əsasnamə»si 
təsdiq edilmişdir. Əsasnamənin 3.1.2-ci bəndinə əsasən Daxili Işlər Nazirliyinə 
cinayətkarlığın vəziyyətinin təhlili, kriminogen durumun operativ və uzunmüddətli 
proqnozlarının hazırlanması və bu əsasda müvafiq dövlət hakimiyyəti orqanlarına 
ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlıqla mübarizənin səmərəliliyinin 
artırılması və səlahiyyətlərinə aid olan digər məsələlər barədə təkliflərin verilməsi 
vəzifəsi həvalə edilmişdir.
Bu istiqamətdə Nazirliyin xidmətlərinin, daxili işlər orqanlarının fəaliyyətinin 
əlaqələndirilməsi (Mərkəz kimi) Baş Təşkilat-Inspeksiya Idarəsi tərəfindən həyata 
keçirilir. Təşkilati-analitik iş və planlaşdırma funksiyaları Nazirliyin aparatında və 
ərazi polis orqanlarında eyni adlı qurumlara həvalə edilmişdir.  
Baş  Təşkilat-Inspeksiya  Idarəsinin:  Analitik  iş  şöbəsi,  Inspeksiya,Nəzarət-
əlaqələndirmə şöbəsi, Ştat xidməti, Metodiki bölmə- şöbələri mövcuddur.   
Baş Təşkilat-Inspeksiya Idarəsinin əsas vəzifələri aşağıdakılardır:  
-    respublikada,  onun  ayrı-ayrı  bölgələrində,  daxili  işlər  orqanlarının  xidmət 
istiqamətləri və sahələrində əməliyyat şəraitinin  kompleks təhlili, fəaliyyətin 
səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması; 
-    idarəçilik mexanizminin təkmilləşdirilməsi, nazirliyin aparatının xidmətlərinin 
tabelikdəki orqan və hissələrə təsirinin yüksəldilməsi üzrə görülən tədbirlərin 
təşkilati təminatı. Daxili işlər orqanlarının fəaliyyətində qabaqcıl təcrübənin 
öyrənilməsi və yayılması; 
-    kompleks  tədbirlərin  hazırlanması  və  icrasının  təşkili,  nazirliyin 
xidmətlərinin, hüquq-mühafizə fəaliyyətinin əsas yönümlərində hərəkətlərinin 
əlaqələndirilməsi; 
-   Nazirliyin  aparatının  xidmətlərində,  daxili  işlər  orqanlarında  kompleks, 
inspektor,
nəzarət və məqsədli yoxlamaların keçirilməsi, əməli köməkliklər göstərilməsi, 
həvalə olunmuş vəzifə və funksiyaların faktiki icrasına nəzarət edilməsi. Bununla 
əlaqədar  əməliyyat-xidməti  fəaliyyətin  bütün  sahələri  üzrə  müvafiq  sənəd  və 
materialların tələb olunması və öyrənilməsi;   
-    Azərbaycan  Respublikasında  əməliyyat  şəraiti  (fövqəladə  hadisələr,  ağır 
cinayətlər və s.) haqqında məlumatların toplanmasının təşkili, onların təhlili, 
bunun əsasında Nazirin idarəçilik qərarlarının hazırlanması və onların icrasına 
nəzarət; 
-    Daxili  Işlər  Nazirliyi  sistemində  strukturun  təkmilləşdirilməsi  və  inkişaf 
etdirilməsi  üzrə  təkliflərin  işlənib  hazırlanması.  Təşkilati-ştat  fəaliyyətinin 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
132
təhlili və ştat intizamına nəzarət, onun nəticələrinin qiymətləndirilməsi;  
-    fövqəladə vəziyyət, həmçinin geniş miqyaslı kompleks əməliyyatların həyat 
keçirilməsi zamanı daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 
-   Nazirliyin əməliyyat-xidməti fəaliyyətinin planlaşdırılması; 
-    Nazirliyin  xidmətlərinin,  şəhər,  rayon,  nəqliyyatda  daxili  işlər  orqanlarının 
müvafiq  təşkilati-analitik  xidmətlərinin  fəaliyyətinin  təşkilati-metodiki 
təminatı. 
Baş  Idarə  tərəfindən  hər  il  respublikanın  və  onun  ayrı-ayrı  bölgələrinin 
əməliyyat  şəraitinin,  cinayətkarlığın  dinamikası  və  strukturuna  təsir  göstərən 
ictimai-siyasi, iqtisadi-sosial, demoqrafik, coğrafi və digər faktorların, proseslərin 
təhlili və ümumiləşdirilməsi əsasında daxili işlər orqanlarının əməliyyat-xidməti 
fəaliyyətinin təkmilləşdirilməsi, səmərəsinin artırılması yollarına dair təkliflər və 
s. sənədlər hazırlanmışdır.  
Hər  il  Baş  Idarə  tərəfindən  daxili  işlər  orqanlarında  cinayətkarlığa  qarşı 
mübarizənin,  ictimai  qaydanın  qorunmasının,  ictimai  təhlükəsizliyin  təmin 
edilməsinin  nəticələrinə  dair  ətraflı  hesabat  hazırlanır.  Həmçinin,  son  5 
ildə  «Azərbaycan  Respublikası  DIN-in  Məlumat  bülleteni»ndə  Baş  idarə 
əməkdaşlarının  xidməti  fəaliyyətin  müxtəlif  istiqamətləri  üzrə  18  məqaləsi  çap 
olunmuşdur. 
Son 5 ildə polisin fəaliyyətinin əsas istiqamətləri, o cümlədən ictimai qaydanın 
qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi,  cinayətlərin  və  digər 
hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin 
təmini  sahələrində    işin  səmərəsinin  artırılmasına,  normativ-hüquqi  bazanın 
təkmilləşdirilməsinə yönəlmiş 1200-dən çox sənəd layihəsinə baxılaraq müvafiq 
təkliflər hazırlanmışdır. «DIN-in Məlumat bülleteni»nin 20 sayında 18 məqalə çap 
edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında    
Strateji Araşdırmalar Mərkəzi (SAM)   
 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 
(SAM) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-
ci il tarixli fərmanı əsasında yaradılmışdır. 31 May 2012-ci ildə Prezident İlham 
Əliyevin  Sərəncamına  əsasən,  Fərhad  Məmmədov Azərbaycan  Respublikasının 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
133
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin edilmişdir.
SAM-ın  fəaliyyəti  daxili  və  xarici  siyasət,  təhlükəsizlik  və  iqtisadiyyat 
sahəsində  müxtəlif  məsələlərə  dair  yeni  və  müfəssəl  təhlillərin  aparılmasına 
yönəlmişdir. SAM, qeyri-kommersiya profilli tədqiqat mərkəzi  kimi: 
•  milli, regional və qlobal məsələlərə dair elmi və innovativ tədqiqatlar aparır; 
•  intellektual dialoq məkanı kimi elmi müzakirələri stimullaşdırır;
•  siyasi,  iqtisadi,  təhlükəsizlik  və  inkişaf  məsələlərində  ictimaiyyət  üçün 
informasiya və təhlilin etibarlı mənbəyi kimi çıxış edir;
•  qərar qəbul edənləri təhlil və praktiki tövsiyələrlə təmin edir. 
Mərkəzdə üç elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir:
1.   Daxili siyasətin təhlili şöbəsi.
2.   Xarici siyasət məsələlərinin təhlili şöbəsi.
3.   İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi.
SAM  fəaliyyət  göstərdiyi  beş  illik    müddət  ərzində  elmi-tədqiqat,  analitik-
informasiya,  elmi-nəşriyyat  və  elmi  təşkilatı  istiqamətlər  üzrə  çoxşaxəli  və 
səmərəli   işlər  həyata keçirir. 
 SAM müxtəlif  kitablar, akademik jurnallar,   xüsusi nəşrlər təsis edərək 
onları nəşr edir.  “Azerbaijan Focus” jurnalı SAM-ın ilk nəşrlərindən biri 
olmaqla,  2009-2010-cu illərdə nəşr olunmuşdur. Hazırda Mərkəzdə iki akademik 
jurnal-“Caucasus International” və “Strateji təhlil” rüblük əsasda işıq üzü görür. 
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin