FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   2   3   4   5   6   7   8   9   ...   24

1.
Beyin hücumu
2.
“Əks-beyin” hücumu
3.
Kölgəli beyin hücumu
4.
Gəmi heyəti
5.
“Fokus obyektlər” metodu
6.
Analogiya, sinektika
7.
“Analogiya texnikaları” üsulu
8.
“Coaching” metodu
Sistemli axtarış metodları
1.
Nəzarət siyahıları
2.
Morfoloji təhlil
3.
Funksional təhlil
4.
Funksional dizayn üsulu
5.
Fokus obyektlərin metodu
6.
Metod çələngləri birliyi və metaforalar
7.
Tam ardıcıl təsnifat metodu
8.
Optimal formaların sintezi üçün metod
9.
Sistemli iqtisadi təhlil metodu və konstruktiv qərarların həlli
10.
 Beş “Nə üçün?” metodu
İdarəetmə metodları

“Keyfiyyətə nəzarətin yeddi əsas vasitəsi”

“ABC-analiz”

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
52

“Qənaətcil istehsal”

“Nəzarət vərəqi”

Delfi metodu

“Mənzərənin diaqramı”

“Bənzərliklərin diaqramı”

“Əlaqələr diaqramı”

“Histoqramlar”

“Nəzarətkartları”

“Prioritetlər matritsası”

“Kano modeli”

“Autsorsinq”

“Səhvlərdən sığortalanmaq”

“Bençmarkinq”

“Taquti metodu”

“Strateji yol xəritəsi”
1.10. “Beyin hücumu”-daim müasirləşən “klassik” metod   
Siyasi  təhlil  və  araşdırmaların  mühüm  metodları  sırasında  ekspert 
dəyərləndirmələri  (ekspertizası)  olduqca  mühüm  yer  tutur.  Ekspert    qrupların 
dəyərləndirmələri  əyani  və  qiyabi  formalarda  keçirilir.  Əyani  metod  böyük 
maliyyə xərci və təşkilati xərclər tələb etmədiyindən olduqca geniş yayılmışdır. 
Əyani dəyərləndirmələri özü də: 1.problemin müzakirəsində iştirakçıların yaradıcı 
potensialını  aşkarlamağa;  2.problemə  dair    fikir  mübadiləsinə    həsr  olunan  
formalara- bölünür.
Əyani  ekspert  dəyərləndirmələrinin    ən  geniş  yayılmış  metodlarından 
biri-  “beyin  hücumu”  (“brainstorming”)  metodudur.  (Burada  ingilis  sözü  olan 
“brainstorming”  и  “brain-storm”  anlayışlarını  səhv  salmaq  olmaz.  Belə  ki, 
sonuncu  psixoloji  termin  olub,  “çılğınlıq  böhranı”,  yaxud  “dəlilik  tutmaları” 
mənasını verir.)
 Beyin hücumu  metodu XX əsrin 1939-41-cı illərində amerikalı Aleks Osborn 
tərəfindən tətbiq edilmişdir. Ötən əsrin 40-cı illərində reklam sahəsində işləyən 
A.Osborn əməkdaşlarının fərdi olaraq ayrı-ayrılıqda yeni təklif və ideyalar irəli 
sürə bilməməsindən narazı qalır və problemlərin yaradıcı həlli yönündə axtarışlar 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
53
aparmağa başlayır. Sonda kollektiv düşüncə sessiyalarını təşkil edərək nəticələrin 
əvvəlkindən  xeyli  yaxşı  olduğu  qənaətinə  gəlir.  O,  əldə  etdiyi  qənaətləri 
təkmilləşdirərək  “beyin hecumu” anlayışı və metodunu tətbiq etmiş, 1953-cü ildə 
“Tətbiqi təxəyyül” kitabında çap etdirmişdir.
32
  
Beyin  hücumu  hər  hansı  problemin  həlli  yollarını  aramaq  üçün
ekspertlərin  (iştirakçıların)  yaradıcı  fəallığının  stimullaşdırılmasına
əsaslanan operativ metoddur.İdarəetmə qərarlarının qəbul edilməsində qarşıya 
qoyulan problemin həlli üçün kollektiv, yaradıcı fəaliyyət formasıdır. Adətən bu 
metod problemin həlli üçün məlumatın az olduğu yaxud ümumiyyətlə olmadığı 
şəraitdə tətbiq edilir. Başqa sözlə deyilsə, problemin həlli üçün  ən qısa vaxtda 
kreativ və innovativ ideyaların yaranmasını stimullaşdıra bilən bütün texnikalar 
“beyin hücumu” anlayışına daxil edilir.
  Hazırda  A.Osbornun  artıq  “klassik”  adlandırıla  biləcək  beyin  hücumu 
metodunun, struktur və prosedur baxımından fərqlənən  onlarla yeni forması və 
növü yaranmışdır.   
Beyin hücumunun əsas mahiyyəti: ideyaların yaranmasını onların tənqidindən 
ayırmaq,  başqa  sözlə,  “xəyalpərvəri  tənqidçidən”  ayırmaqdır.  Hər  bir  insan 
problemlərin həlli üçün xeyli vaxt və qüvvə sərf edir, bəzən nəticədə heç nəyə nail 
ola bilmir. Beyin hücumunun məqsədi  məhz problemlərin həlli üçün  ideyaların 
yaranmasına stimul vermək, ən gərəkli olanları seçməkdir.   
Azərbaycanda bu ifadə “beyin həmləsi” kimi də tətbiq edilir. Eyni zamanda, 
bu gün beyin hücumu ifadəsi o dərəcədə geniş yayılıb ki, bir çoxları əmindirlər 
ki,  əgər  bir  neçə  nəfər  yığılıb  hər  hansı  bir  problemi  müzakirə  edirsə,  deməli 
onlar artıq beyin hücumunda iştirak edirlər. Yaxud düşünürlər ki, istənilən ekspert 
müzakirəsi beyin hücumundan başqa bir şey deyil. Həmçinin bu metodu beyin 
hücumuna bənzərliyi olan digər formalarla da qarışıq salırlar. Ən təəccüblüsü odur 
ki, bəzən keçirilən forumları, konfransları da beyin hücumuna aid edirlər. Bu isə 
düzgün deyil, çünki, beyin hücumu konkret kəmiyyətdə və formatda keçirilir, ən 
son dövrdə yaranan növləri nəzərə alınmazsa, əsasən kiçik qruplar üçün nəzərdə 
tutulur. Həm də, təsəvvür edildiyi qədər sadə olmayıb müəyyən qaydalara ciddi 
əməl edilməsini tələb edir. Beyin hücumunun  əsas xüsusiyyətlərindən qısa bəhs 
edək.
Beyin hücumunun əsas mərhələləri
Qrup  şəklində  problemin  həlli  və  qərarın  qəbul  edilməsi  prosesi  beyin 
hücumunda  iki  hissəyə  bölünür:  birinci  mərhələdə  aparıcının  təqdim  etdiyi 
32 Osborn, A.F. (1963) Applied imagination: Principles and procedures of creative problem solving (Third
Revised Edition). New York, NY: Charles Scribner’s Sons.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
54
problemin həlli üçün müzakirə iştirakçıları hər hansı bir, hətta ən ağlasığmaz 
qərar  variantlarını  irəli  sürürlər  və  həmin  variantlar  bu  mərhələdə  tənqidə 
məruz  qalmır.  Bu  yanaşma  beyin  hücumunun  əsaslarından  biridir  və  tənqid 
olmadığından ideyalar çox məhsuldar olur. Bu o demək deyil ki, tənqid tamamilə 
ləğv edilir, sadəcə olaraq, ideyaların toplanması və müzakirəsi prosesi aparılır. 
Bu vəziyyət insan şüurunun ikili xüsusiyyətə malik olması ilə bağlı psixoloji 
fenomenə  əsaslanır,  belə  ki,  insan  həm  tənqidi  düşüncəyə,  həm  də  yaradıcı 
düşüncəyə malikdir.
Bununla  yanaşı  ideyaların  eyni  vaxtda  tənqidi  nəzərdən  keçirilməsi  onların 
yaradıcı  fəallığını  zəiflətməklə  yanaşı,  həm  də  yalnız  tamamlanmağa  ehtiyacı 
olan yaxşı ideyaların səthi müzakirə zamanı dərk edilməməsinə və elə yaranan 
kimi məhv edilməsinə səbəb ola bilər. Beyin hücumunun aksiomalarından biri də 
belədir ki, “əyləclərə basmaqla irəli getmək mümkün deyil”. 
İlk növbədə qrupa daxil olan ekspertlərin ümumi sayının parametrlərini 
göstərmək  lazımdır.  Bu  problem  hər  hansı  bir  kiçik  qrupun  say  hüdudları 
məsələsi ilə bağlıdır. Uzun müddət belə hesab edilirdi ki, 7±2 nəfərdən ibarət 
olan  kiçik  qrup  səmərəli  fəaliyyət  göstərə  bilər.  7±2  sayı  psixologiyada 
“Millerin  sehirli  rəqəmi”  adlanır.  Psixoloq  alim  Miller  müəyyən  etmişdir  ki, 
insanın operativ yaddaşında məhz bu sayda olaylar (əşyalar) qala bilər.  Qrupun 
aparıcı “sütunlarını” beyin hücumunun keçirilməsinin təşəbbüskarı olan siyasi 
ekspertlər təşkil edir. 
İştirakçılara  gəlincə,  adətən  beyin  hücumu  qrupuna  “onun  sütunu”  hesab 
edilən 3-5 nəfər daimi üzv, 5 nəfər yeni üzv, aparıcı və bütün təklifləri paralel 
formada  qeyd  edən  katib  daxil  olur.  O  da  istisna  deyil  ki,  qrupun  özəyi  olmur 
və bütün ekspertlər özlüyündə fərqli analitik mərkəzləri təmsil edirlər. Bununla 
əlaqədar  qeyd  etmək  lazımdır  ki,  “sütunların”  olması  beyin  hücumunun  ən 
geniş yayılmış variantıdır, lakin onun zəruri xüsusiyyəti deyil. Daha vacib şərt 
təkrarlanan  vəziyyətin  olmamasıdır,  belə  ki,  bəzən  beyin  hücumunda  hər  dəfə 
eyni insanlar iştirak edirlər. Psixoloqların fikrincə, belə bir vəziyyətdə qrup yeni 
ideyalar toplaya bilmir. Bu səbəbdən beyin hücumu iştirakçıları arasında müəyyən 
növbələşmə, əvəzləmə olması daha arzu ediləndir. 
Beyin  hücumu  qrupunun  tərkib  heyəti  haqqında  danışarkən,  nəzərə  almaq 
lazımdır ki, beyin hücumunun müvəffəqiyyəti çox zaman aparıcının (moderatorun) 
uğurlu  fəaliyyəti  ilə  bağlı  olur,  əks  halda  siyasi  təhlil  proseduru  xoşagəlməz-
nəzarət edilən çoxsəsli xor kollektivi formasını ala bilər. Məhz aparıcı bu metodun 
qaydalarına əməl edilməsi vəzifəsini və məsuliyyətini çiyinlərində daşıyır. 
Beyin  hücumu  başlamazdan  əvvəl  onun  keçirildiyi  məkanda  bu  metodun 
ilkin  mərhələsi  ilə  bağlı  dörd  əsas  qaydanı  izah  edən  böyük  plakat  asılması 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
55
məqsədəuyğun hesab edilir. Bu zaman ekspert qrupunun əsas vəzifəsi problemin 
həlli  ilə  bağlı  mümkün  qədər  çox  variantların  irəli  sürülməsi    olur.  Beyin 
hücumunun ilkin mərhələsinin   qızıl qaydaları belədir:
 1) “Vaxta qənaət, fikirləri maksimum qısa ifadə etmək”; tənqid yolverilməzdir; 
2) fikirlərin kreativ,  qeyri-standart olması alqışlanır; 3) “Yalnız təklif, təklif, yenə 
də təklif vermək”; nə qədər çox ideya olsa bir o qədər yaxşıdır; 4)  söylənilən 
ideyaları necə daha yaxşı ifadə etmək, yaxud onların bir neçəsini bir ideyada necə 
cəmləşdirmək barədə düşünmək; 5) Təfərrüatlara varmamaq, ilk növbədə ideyanı 
tezis kimi formalaşdırmaq. 
Aparıcı ilk növbədə birinci qaydaya əməl edilməsinə ciddi nəzarət etməlidir, 
çünki onun pozulması meyli daha yüksəkdir. Əgər bu baş verərsə, aparıcı zəngi 
səsləndirməli, iştirakçıları qaydalara  əməl etməyə dəvət etməli və beyin hücumu 
prosedurunu pozmağa imkan verməməlidir. 
Aparıcının  digər  bir  vəzifəsi  qrup  qarşısında  duran  problemin  dəqiq 
müəyyənləşdirilməsi ilə bağlıdır. 
 
Qrup qoyulan məsələ ilə bağlı lazımi qədər qərarlar qəbul etdikdən və 
beyin hücumunun birinci mərhələsini sona çatdırdıqdan sonra “beyin hücumunun 
növbəti-ikinci mərhələsinə”, əldə edilmiş təkliflərin tənqidinə keçid alır. 
İstənilən  metod  ideal  sayıla  ilmədiyi  kimi,  beyin  hücumuna  da  tənqidi 
yanaşmalar mövcuddur. T.Buşar, T.Rikarde, D.Fridman, E.Lyuis və s. tədqiqatçılar 
beyin  hücunun  çatışmayan  cəhətlərini  tənqid  etmişlər.  Onlar  əsas  kimi  fərdi 
yaradıcılığın kollektiv səylərə tabe edilməsini, zaman-məkan məhdudluğunu və s. 
səbəb gətiririrlər. Hesab edirlər ki, istənilən ideyanın dəstəklənməsi əsas mövzudan 
yayındırır, metod ideyalar çoxluğundan ən doğru olanı  seçməyə qarantiya vermir 
və s.
33
Bütün  tənqidlərə  baxmayaraq  beyin  hücumu  metodu    son  əsrdə  kollektiv 
yaradıcılıq və problemlərin birgə həlli yönündə səylərin ən məşhur növü kimi ən 
müxtəlif sahələrdə və dövlət idarəçiliyində tətbiq olunur. Metodun mahiyyət və 
funksiyaları dəyişməz olaraq qalır. Bunlar aşağıdakılardır:
 1. Beyin hücumu problemlərin yaradıcı həllinin ən güclü vasitəsidir;
 2. Beyin hücumu getdikcə mürəkkəbləşən cəmiyyətdə  “komanda-kollektiv 
düşüncə” birliyini və  qarşılıqlı təsirini inkişaf etdirir, stimullaşdırır. Bu metodun 
gücü ideyaların dialoqda doğulması-birinin digərindən yaranmasındadır.
33 Bouchard T.J. Whatever happened to brainstorming. - J. of creative behavior, Buffalo (H.Y.), 1971, vol.5,
NЗ, р.182-189; Lewis A.C., Sadosky T.L., Coraolly T. The effectiveness of group brainstorming in engineering
problem solving. -IEEE transactions on engineering management, N.Y.,1975, vol.KM-22, N 3, p.119-124.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
56
1.11.“Beyin hücumunun yeni yaranan növləri”
Beyin  hücumunun  problemlərin  həllində  mütərəqqi  və  səmərəli  düşüncə 
texnikası  olduğunu  hazırda  belə  bir  reallıq  da  təsdiq  edir  ki,  klassik  beyin 
hücumunun yeni kreativ metodlarla sintez edilən növləri və formaları bu gün də 
yaranmaqda davam edir. Artıq yeni yaranan  növlər o dərəcədə çoxalmışdır ki, 
onların təsnifatının aparılmasına tədqiqatlar həsr edilir. 
34
  Xüsusilə  informasiya 
texnologiyalarının inkişafı ilə yaradılan “elektron beyin hücumu” və onun çoxsaylı 
növləri intensiv artmaqdadır.  
Yeni yaranmış metod növlərinin bəzilərinə qısa nəzər salaq.
Əks beyin hücumu”nda (Neqativ Brainstorming )  əvvəl təklif edilən ideyaların 
inkarı,  əksi  olan  ideyalar  irəli  sürülür  və  cavablar  axtarılır.  Məqsəd  bütün  həll  
variantlarının əhatə edilməsidir. 
Qarışıq (kombinə edilmiş) (Mixed Brainstorming ) beyin hücumunda bir neçə 
növ  birlikdə  tətbiq  eidlir  və  klassik  sessiyadan  sonra  2-3  gün  fasilə  verilir.  Bu 
müddət yeni orijinal ideyaların yaranmasına təkan verir. 
«Yönəldilən  beyin  hücumunda»  (Directed  Brainstorming)  problem  haqda 
iştirakçılara məlumat müzakirələrdən əvvəl təqdim edilir. Onlar hansı meyar və 
şərtlərin tələb olduğunu əvvəlcədən bilirlər.
Gediş-gəliş  formalı  beyin  hücumunda”  (Shuttle  Brainstorming)  iştirakçılar 
iki qrupdan ibarət olur, iki otaqda işləyirlər və növbə ilə yerlərini dəyişirlər və  öz 
ideyalarını  müxtəlif mövqelərdən təqdim edirlər.
Problemin həllinə deyil, prioritet sualların (problemlərin) üzə çıxarılmasına həsr 
edilən beyin hücumu növü “Sualların aşkarlanması” («Questorming» , Question  
Brainstorming) adlanır. Burada  gələcək fəaliyyət  planlarının qurulmasını təmin 
edən vacib  sualların, problem  mövzuların iyerarxiyası müəyyən edilir. 
“Fasiləli beyin hücumu”(Stop-And-Go Brainstorming)  müəyyən mərhələlərə 
bölünür. İdeyaların təqdimi üçün  3-5 dəqiqə vaxt ayrılır və sonra qrup üzvləri 
yenidən fikirlərini cəmləmək üçün  susurlar. Daha sonra yenidən ideyaların irəli 
sürülməsi davam edir.
“Çoxsaylı  intellektlərin  konfransı”  yaxud  “Kaleydoskopik  beyin  hücumu  ” 
növündə (Kaleidoscope brainstorming) iştirakçıların müxtəlif  ünsiyyət formaları 
34  http://www.mindtools.com/brainstm.html;//Brainstorming.  Generating  many  radical,  creative  ideas.;
http://www.iturls. com/English/ TechHotspot/ TH_ct.asp// Creativity Techniques ; Geschke H. Introduction
and use of idea-generating methods. - Research management, N.Y., 1978, vol.21, N3, p.25-28.; Proctor
T. Creative Problem Solving for Managers. Developing skills for decision making and innovation. Second
edition. Taylor Francis Croup London And New York. -2005. -320p.; Rickards T. Stimulating innovation N.Y.
St.VfrtinsPress.–1985.–221p.; Rickards T., Preeqman D. Procedures for managers in idea - deficient situa-
tions» An examination of brainstorming approaches. - J. of management studies, Oxford. 1978, vol.15, N 1,
p.43-55.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
57
səmərəli  tətbiq  edilir.  Əsas  cəhət  odur  ki,  onların  biri  özünü  digərinin  yerində 
təsəvvür  edə,  onun  ideyasını  dəstəkləyə,  şərh  verə    yaxud  da  dəqiqləşdirə 
bilməlidir. Bu da kollektiv düşüncəni daha yaxşı təşkil etməyə, bir fikrin digərini 
“güzgüdə” olduğu kimi əks etdirməsinə imkan verir.
“Ən  çılğın  ideya”  texnikası  (Wildest  Idea  Technique)  hər  hansı  problemin 
həllində inqilabi ideyanın aşkarlanmasına kömək edir. Bu texnika qrup üzvlərini 
“çərçivədən  kənar”(“out-of-the  box”)  düşüncəyə,  ən  cəsarətli,  qeyri-standart, 
gözlənilməz ideyaların irəli sürülməsinə şərait yaradır.
“Fərdi  beyin  hücumu”  sərbəst,  azad  məktub  formasında  problemin  həllinin  
yazılmasını nəzərdə tutur və  müstəqil şəkildə həyata keçirilir. Bu texnika “Yazılı 
beyin hücumu” ((Brainwriting) ilə yaxındır və birlikdə tətbiq edlir. XX əsrin 70-
ci illərində Almaniyada Artur Vanqandi tərəfindən tətbiq edilmişdir. İştirakçının 
təcrid edilmiş məkanda yazdığı ideyalar kağız parçalarına, yapışqanlı vərəqələrə 
və  ya  kartoçkalara  yazılır.  Daha  sonra    kollektivdə  müzakirə  edilir.  “Kollektiv 
yaradıcılıq,  düşüncə  ənənəsinin”  inkişaf  etmədiyi  təşkilatlarda  bu  texnikanın 
tətbiqi daha səmərəli hesab olunur.
Gəzinti  formalı  beyin  hücuminda”  (Brainwalking)    iştirakçılar  problem  və 
ideyaların  yazldığı  böyük  vərəqələrin  asıldığı    divarlar  boyu  hərəkət  edirlər. 
Gəzdikcə hərə öz ideyasını və şərhlərini vərəqəyə əlavə edir.
Dairəvi və dəyirmi masa beyin hücumunda” (Round-Robin  And Roundtable 
Brainstorming)  (1992),  cavablar  dairə  üzrə  növbə  ilə  “bir  dəfəyə  bir  cavab” 
prinsipi  ilə  verilir.  Bu  metod  hər  iştirakçıya  öz  töhfəsini  vermək  üçün  bərabər 
imkanlar verir.
İştirakçı  sayının  çox  olduğu  auditoriyalarda  səmərəli  üsul  kimi  “Şayiələrin 
toplanması” texnikası (The Buzz Session ) tətbiq olunur. Burada böyük qruplar 
kiçik dəstələrə bölünür və hərəyə konkret tapşırıq verilir. Hər dəstə 6 nəfərdən 
ibarət olur və  6 dəqiqəyə qrupun ideyalarını cəmləyib  təklif etməlidir.
Klassik  beyin  hücumu  metodunun  struktur  və  prosedur  baxımından  nə 
qədərə yeniləşdiyini, iştirakçıların sayının 50-dən 200-ə çatdığı “Göy vərəqələr 
texnikası” (Blue Slips Technique)   təsdiq edir. Bu texnika strateji informasiyanın 
əldə  edilməsi,  proqnoz,  planlaşdırma  və  idarəçiliyin  təkmilləşdirlməsi    üçün 
səmərəlidir.  Xüsusən  də  problemin  müzakirəsi  üçün  vaxt    darlığı  şəraitində 
şəraitində fikirlərin toplanması üçün tətbiq edilir.
Beyin  hücumunun  hərbi  versiyası”  (The  Military  Brainstorming  Version) 
Böyük Britaniya ordusunda işlənib hazırlanmışdır.
Bundan  əlavə,  başqa  məlum  metodlarla  kombinə  edilmiş  texnikalar: 
Pin  kart  metodu”(The  Pin  Card  Technique),  Beyin  hücumu 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
58
oyunu”(Brainwriting  Game),  “Rollarla  beyin  hücumu  (Rolestorming 
Technique), “Fırlanan rollar” (Rotating roles),Komandanın fikir xəritəsi” 
(Team  Idea  Mapping),  “Klaster  beyin  hücumu  (köpük)  metodu”  (The 
Сlassic Сluster Brainstorming Method (The Bubble Method) , problemin 
dərin  və  hərtərəfli  həlli  üçün  “Key  Ci”  metodu  (KJ  Method),  ideyaların 
təkrarı  və  zəncirvari  doğulmasına  təkan  verən  “Trigger  metodu” 
(Trigger  Method)  problemi  müxtəlif  formada  təsvir  etməyə  imkan  verən 
“Təxəyyüllə beyin hücumu”(Imaginary Brainstorming)mövcuddur. Kreativ 
düçüncənin stimullaşdırılması üçün həmçinin, şəkil və rəsmlərin istifadəsi 
ilə (Braindrawing), həmçinin kollektiv hazırlanan eskizlərin istifadəsi ilə 
(Brain Sketch) beyin  hücumları işlənib tətbiq edilir.  
Nəhayət, hazırda informasiya əsrinin  tələblərinə müvafiq olaraq, «Elektron 
beyin hücumu» yaxud «Online beyin hücumu» və ya «Breynlayninq» (Brainlining) 
geniş  tətbiq  edilir.  Bu  texnika  İnternet  şəbəkəsində  real  vaxt  rejimində  həyata 
keçirilir. Onun üstünlüyü və  özəlliyi-eyni vaxtda dünyanın müxtəlif ölkələrində  
çoxsaylı  ekspertlərin  virtual  qrup  şəklində    birləşərək  çeşidli  ideyalar  irəli 
sürməsinə imkan yaratmasındadır. 
Elektron beyin hücumu kompyuterləşdirilmiş  «Elektron Toplantı Sistemi» (ETS) 
vasitəsi ilə həyata keçirilir. Eyni zamanda onun daha sadə formalarını elektron poçtla 
və ya digər sadə proqram təminatı ilə təşkil etmək mümkündür.  Elektron toplantıda 
(müşavirə)  ideyaların siyahısı eyni vaxtda hamının görəcəyi sərbəst şəkildə (könüllü 
seçimlə: anonim və ya avatarlar vasitəsi ilə) şəbəkədə yayılır və proses başlayır. 
Beyin    hücumunun  bu  cür  elektron  veb-metodlarının  klassik  texnikaya  xas  olan  
məhdudiyyətləri aradan qaldırdığına dair ümumi qənaət mövcuddur.
Ən  vacib  cəhəti  isə  «çarpaz  tozlanma»  adlanan  üsulla  ideyaların  qarşılıqlı 
zənginləşməsinə  stimul  verməsi,  müəlliflərin  anonim  qalması  arzusunun  təmin 
edilməsi  ilə  stereotiplərin  aradan  qaldırılması,  ideyaların  elektron  formatda 
yaddaşa  verilməsi  və  istənilən  vaxt  onlardan  istifadə  etmək  imkanını  verməsi 
hesab edilir. Yuxarida qeyd etdiyimiz- beyin mərkəzlərinin yeni yaranan-5-ci nəsli 
hesab edilən qurumlarda  bu metod geniş tətbiq edilir.
Hazırda  beyin  hücumunun  yaradıcı  (  kreativ)    və  innovativ  metod  və 
texnologiyalarla  qovuşaraq  zənginləşməsi  ənənəsi  başlanğıcını  götürmüşdür. 
Bu yaşadığımız dövrün kreativ düşüncəyə və beyin potensialına yaratdığı sosial 
sifarişlə  bilavasitə  əlaqəlidir.  Mürəkkəb  sistemə  çevrilmiş  cəmiyyətdə  hər  bir 
insan davamlı olaraq problemlərin həlli və  qərar qəbul etmək çağırışı ilə üzləşir. 
Bu çağırışlar isə öz növbəsində insanın öz düşüncə imkanlarını səfərbər etməyi, 
bütün hallarda ona həsr edilən vaxtı azaltmağı tələb edir. Bunu qeyd edilən sahədə 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
59
nüfuz qazanan  alim və tədqiqatçılar təsdiq edir.
 Mikrosoftun yaradıcısı Bill Geyts özünün “İrəliyə yol”(The Road Ahead, 1995) 
və “Fikir sürətli biznes” (Business @ the Speed of Thought,1999) kitablarında bu 
məsələyə toxunmuşdur. O belə bir fikri vurğulayır ki, “əgər keçən əsrin 80-ci illərində 
uğur  qazanmağı  təmin  edən  həlledici  amil-keyfiyyət,  90-cı  illərdə-reinjinirinq 
(reengineering -fəaliyyət və proseslərin fundamental şəkildə yeniləşdirilməsi)idisə, 
hazırkı XXI əsrin fundamental konsepsiyası-çağırışlara operativ cavabları mümkün 
edən sürətdir. Bu da sırf texniki məsələ olmayıb,  ilk növbədə düşüncə məsələsidir. 
Başqa sözlə deyilsə, “gecikən geridə qalır”. Sürətlə ayaqlaşmaq üçün informasiya-
kommunikasiya    texnologiyalarının  (İKT)  tətbiqini  ən  zəruri  şərt  hesab  edən 
B.Geyts onları hər bir təşkilatın “Elektron Sinir Sistemi” (E-nervous system (ENS) 
adlandırır. “XXI əsrdə uğurların  açarı məhz bununla mümkündür”.
Digər məşhur alim Ken Hadsonun müəllifi olduğu «Sürətli düşüncə»  (Speed 
thinking)  kitabında  “Sürətli  qalib  gəlir!”  tezisi  əsasında,  yeni-generativ  bir 
düşüncə forması kimi-kollektivin,  qrupun və ya şəxsin  fikirləşmək, yaratmaq, 
qərar vermək və həll etmək templərini sürətləndirmək yolları araşdırılmışdır
35

Kreativ düşüncə texnologiyaları sahəsində Böyük Britaniyada yaşayan Malta 
əsilli, ixtiraçı, psixoloq, yazıçı və yaradıcı təfəkkür sahəsində ekspert Edvard de 
Bononun  adını  da  qeyd  etmək  lazım  gəlir.  O,»Ağlın  fəaliyyət  prinsipləri»  adlı 
tədqiqatında belə qənaətə gəlir ki, yaradıcılıq istənilən insanda potensial şəklində 
mövcuddur və onun  reallaşması müəyyən vərdişlərə və texnikaya yiyələnməyi 
tələb edir.Uzun illərin təcrübəsi olmadan həmin texnika və metodlara yiyələnməklə 
əksər insanlar lazım olan məqamda öz potensial və intuisiyasını səfərbər edərək 
qərarlar qəbul edə bilərlər.  
E.de Bono “lateral düşüncə” (lateral thinking-qəfil, kənar, “paralel” düşüncə) 
anlayışını  elmə  gətirmiş,  düşünmək  qabiliyyətini  kiçik  yaşlarından  öyrətməyin  
mümkünlüyünü göstərmişdir. 2009-cu ildə “Avropa Kreativlik və İnnovasiyalar 
ilinin”  (European  Year  of  Creativity  and  Innovation  2009)  27  səfirindən  biri 
seçilən Bononun 57 kitabı dünyanın 34 dilinə tərcümə edilmişdir. Dünyanın 20 
ölkəsinin  məktəblərində  Bononun düşüncə təlimi  orta məktəb kurrikulumlarına 
daxil edilmişdir.
Oksford, Cembric, London və Harvard universitetlərində mühazirələr oxuyan 
E.de Bono ABŞ-ın «Feniks Texnologiyanın İnkişafı Universiteti»ndə “Da Vinçi 
Düçüncə  Professoru”  dur.    Hazırda  o,  doğulduğu  Maltada  “Ümumdünya  Yeni 
Düşüncə Mərkəzi”nin yaradılmasına başlamışdır və onu müasir dünyada  bir  növ  
“İntellektual Qırmızı Xaç” funksiyasını daşıyacaq  qurum kimi təsvir edir.
36
35 http://www.speedthinking.com/
36 http://edwdebono.com/ ; http://effectivethinking.me/plans?ref=1

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
60
1.12. Ekspert dəyərləndirmələrinin qiyabi forması - Delfi metodu
 
Əyani  beyin  hücumu  metodu  ilə  müqayisədə  qiyabi  metod  (dəyərləndirmə-
ekspertizalar) ciddi təşkilatı hazırlıq və müəyyən vaxt tələb edir. Qiyabi ekspert 
dəyərləndirmələri arasında  ən geniş yayılanı-Delfi metodudur. Delfi metodu XX 
əsrin  50-ci  illərində  məşhur  beyin  mərkəzi  «RAND  Korporasiyası»tərəfindən 
hərbi-strateji  problemlərin  həlli  məqsədi  ilə  hazırlanmışdır.  Müəllifləri-O.
Helmer, T.Qordon və N.Dolkidir. Metodun işlənib ərsəyə gəlməsi dövlət orqanları 
tərəfindən himayə edilmişdir. 
Metodun  adı  antik  yunan  şəhəri  Delfinin  adından  götürülmüşdür.
37
  Bu  adın 
seçimi bir simvol kimi,dövlət idarəçiliyndə ekspert biliklərinin faydalı olmasını 
ifadə  edirdi.  Delfi  metodunun  birinci  mərhələsi-müzakirəsi  və  həlli  vacib  olan 
problemlər dairəsinin, sualların (soraqça)  müəyyən edilməsidir.  Ekspertlər onları 
cavablandırıb qaytardıqdan sonra 2-ci mərhələ başlayır. Soraqçanın əvvəlkindən 
fərqlənən  yeni variantı hazırlanır. Verilən cavablar (dəyərləndirmələr) 4 meyar 
əsasında qiymətləndirilir.
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin