FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

Kateqoriya 
Orta hesabla
Ümumi 
Büdcə
16387.5
131100
Qərargah (otaqların sayı)
2.125
17
Daimi kadrlar
3.25
26
Müddətli müqaviləli kadrlar
5.4
43
Şöbələrin sayı
2.2
18
Beynəlxalq tərəfdaşların sayı
3.625
29
Xarici səfərlərin sayı
23.5
188
Həyata keçirilmiş layihələrin sayı
4.9
39
Həyata keçirilmiş elmi konfransların sayı  2.4
19
Çap edilmiş kitabların sayı
2.4
19
Çap edilmiş hesabatların sayı
2.5
20
Məqalələrin sayı
101
808
Dövlətə tövsiyələr
11.75
94
Beynəlxalq səviyyəli layihələr
1.1
9
Cari layihələr
0.5
4
5 il ərzində kitabların sayı
3
24
5 il ərzində layihələrin sayı
5.9
47
5 il ərzində hesabatların sayı
1.9
15
5 il ərzində konfransların sayı
6.4
51
5 il ərzində məqalələrin sayı
17.5
140
5 il ərzində dövlətə təkliflərin sayı
13.8
110
“Beyin mərkəzləri”nin rəsmi internet səhifələri:
www.humanrights-az.org
www.cpt.az
http://zaur-aliyev.info/
http://www.heritage-azerbaijan.com
www.gender-az.org

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
204
4.6. Sosial-iqtisadi sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
Mərkəz  2005-ci  ildə  Qərb  ölkələrində  təhsil  almış  iqtisadçı  və  sosial  iş 
ekspertləri tərəfindən yaradılmışdır. 2006-cı il martın 15-də dövlət qeydiyyatına 
alınmışdır. Mərkəzin təsisçiləri Vüqar Bayramov, Elçin Rəşidov, Zaur Məmmədov 
və Faina Hənifəyevadır. Hazırkı rəhbəri Vüqar Bayramovdur.
Mərkəzin  əsas  məqsədi  ölkədə  həyata  keçirilən  sosial  və  iqtisadi  islahatları 
dəstəkləmək, şəffaflığın artırılması və korrupsiyanın azaldılmasına yardım etmək, 
iqtisadi  və  sosial  araşdırmalar  aparmaq,  cəmiyyətdə  məlumatlılığı  artırmaq, 
yoxsulluğun azaldılmasına kömək etmək və s.-dir.  
Mərkəzin qərargahı Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 76 “a”/33 ünvanında 
yerləşir, sürətli internet və kompüterlərlə təchiz edilmişdir. Rəsmi internet səhifəsi 
www.cesd.az-dır. 
Mərkəzdə daimi əsaslarda 11, müddətli müqavilə əsasında 6 əməkdaş işləyir. 
Mərkəzdə 4 şöbə fəaliyyət göstərir: PR, Maliyyə, Beynəlxalq əlaqələr və Gənclər.
Mərkəzin ölkədə və xaricdə tərəfdaşlar dairəsi çox genişdir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
205
Tərəfdaşlar:
Avropa Kommissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurası,  Alman  Marşal  Fondu,  Think 
Tank  Fondu,  PASOS,  Azərbaycan  Açıq  Cəmiyyət  İnstitutu,  LGI,  PTF,  ABŞ 
Beynəlxalq İnkişaf  Agentliyi, Global Integrity, Norveçin ölkəmizdəki səfirliyi, 
ABŞ-ın ölkəmizdəki səfirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avrasiya Fondu, 
NISPAcee,  GDNet,  TIRI,  Yaponiyanın  Beynəlxalq  Kooperasiya  Agentliyi  və 
Beynəlxalq Büdcə Layihəsi. 
Donorlar:
Avropa  Kommissiyası,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurası,  Alman  Marşal  Fondu, 
Think Tank Fond, PASOS, Azərbaycan Açıq Cəmiyyət İnstitutu, LGI, PTF, ABŞ 
Beynəlxalq  İnkişaf   Agentliyi,  Global  Integrity,  Norveçin  ölkəmizdəki  səfirliyi 
ABŞ-ın ölkəmizdəki səfirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avrasiya Fondu, 
NISPAcee, GDNet, TIRI, Yaponiyanın Beynəlxalq Kooperasiya Agentliyi. 
Mərkəz 2010-cu il ərzində 40-a yaxın layihə həyata keçirmişdir. O sıradan:
-  Vətəndaş cəmiyyəti təşkilatları liderlərinin bacarıqlarının artırılması, 
-  Neft tenderlərinin monitorinqi, 
-  Azərbaycanda təbii resurs menecmentinin modelləşdirilməsi, 
-  Yerli hökümətlərdə audit sisteminin inkişafı, 
-  Şəffaflıq və hesabatlılığın artırılması, 
-  Ameliorasiya və irriqasiya layihəsinin qiymətləndirilməsi,
-   Azərbaycanda neft gəlirləri: şəffaflıq, hesabatlılıq və səmərəlilik problemləri, 
-  Dövlət  idarəçiliyinə  dair  məqalələrin  Azərbaycan  dilinə  tərcüməsi  və  s. 
layihələri qeyd etmək olar 
Mərkəz  50-dən  çox  nəşr  hazırlamışdır.  Təkcə  2010-cu  ildə  Mərkəzin  10 
tövsiyəsi  dövlət  tərəfindən  qəbul  edilmişdir.  Maliyyələşdirmə  əsasən  dövlət  və 
xarici donorlar hesabına reallaşmışdır. Hal-hazırda Mərkəzdə 10-a yaxın layihə 
həyata keçirilir. 
İSİM-in həyata keçirdiyi layihələrin qısa xülasələri:
Bakı-Tbilisi-Qars  (BTQ)  dəmiryolu  layihəsi  üzrə  maliyyə  xərclərinin 
monitorinqi
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi 3 ölkənin – Türkiyə, Azərbaycan 
və Gürcüstanın birgə layihəsidir. Dəmir yolu xəttinin təməli 2007-ci il noyabrın 
21-də  Gürcüstanın  Marabda  kəndində  qoyulub.  Layihə  demək  olar  ki,  artıq  5 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
206
ildir davam edir. Dəmiryolunun tikintisinin 2012-ci ildə başa çatacağı bildirilsə 
də,  görülən  işlərin  səviyyəsi  buna  əminlik  yaratmır.  Belə  ki,  tikintinin    qrafiki 
davamlı deyil. Layihənin icrasında dəfələrlə fasilələr yaranıb. 2008-ci ildə vəsait 
ayrılmasına baxmayaraq tikinti işləri  aparılmayıb. Azərbaycan tərəfi səbəb kimi 
həmin  ildə  Gürcüstanda  baş  verən  siyasi  prosesləri  göstərsə  də,  qonşu  ölkənin  
mətbu  orqanları  geçikməni  layihə  üçün  nəzərdə  tutulan  maliyyə  vəsaitlərinin 
vaxtında ayrılmaması ilə əsaslandırıblar. Bu layihə üzrə diqqəti çəkən məqamlardan 
biri də layihənin texniki göstəriciləridir.  
 “Sərq tərəfdaslığı” platformasına üzv ölkələr yeni mərhələdə: iqtisadi təhlil
“Sərq  tərəfdaslığı”  ideyası  Fransanın  2008-ci  ildə  Aralıq  dənizi  ölkələrinə 
Avropa Birliyi ilə daha sıx əməkdaslıq etməyə imkan verəcək birlik yaradılması 
haqqında  təsəbbüsündən  sonra  meydana  gəlmişdir.  Həmin  vaxt  İsveç  və  Polşa 
oxşar AB qonşuluq siyasətinin onun Şərq qonşularına da tətbiq edilməsi təklifini 
irəli sürdülər. Nəticədə 2009-cu ilin may ayında “Sərq tərəfdaslığı” platforması 
yarandı.  Platforma  6  ölkəni  –  Azərbaycan,  Belarus,  Ukrayna,  Ermənistan, 
Gürcüstan  və  Moldovanı  əhatə  edir.  Platforma  viza,  azad  ticarət  və  enerji 
təhlükəsizliyi məsələlərinin müzakirəsi və həlli üçün çərçivə yaratmaq məqsədilə 
yaradılmışdır. 
Azərbaycanın xarici ticarət dövriyyəsi: müqayisəli təhlil
Azərbaycanın müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də dünya 
ölkələri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına təkan vermişdir. 
Ən  əsası  isə  müstəqillikdən  sonra  Azərbaycan  dünyada  müstəqil  iqtisadi  və 
hüquqi  subyekt  kimi  tanınmağa  başlamışdır.  Lakin  müstəqilliyin  ilk  illərində 
keçmişdə  mövcud  olmuş  bir  sıra  əlaqələrin  itirilməsi  səbəbindən  iqtisadiyyatın  
bütün sferalarında olduğu kimi, ticarət sahəsində də böhran müşahidə edilməyə 
başladı. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid də ölkə iqtisadiyyatına 
bir sıra çətinliklər yaratdı. Ən böyük çətinliklərdən biri isə təkcə digər ölkələrlə 
hansı məhsul və ya xidmət növünün ticarətini aparmaqla deyil, həm də nə istehsal 
etməklə bağlı idi.
Azərbaycanda sığorta sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi
İnkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin ümumi daxili məhsuldakı 
(ÜDM) payının 15-20 faiz arasında dəyişməsinə baxmayaraq, bu gün Azərbaycanda 
həmin göstərici 2 faiz, adambaşına düşən sığorta haqqı 18-19 manatdır. Sığorta 
mükafatlarının  dünya  üzrə  orta  göstəricisi  Azərbaycandakı  mükafatların 
səviyyəsini  15  dəfə  üstələyir.  Azərbaycanda  bu  sistemin  zəif  inkişaf  etməsi 
maliyyə, bank, səhiyyə və s. sektorlar ilə yanaşı, insanların uzunömürlülüyünə də 
mənfi təsir göstərir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
207
Avropa Birliyi və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında vizasız 
səyahətə doğru yolun açılması; Azərbaycan nümunəsi
Azərbaycan  1991-ci  ildə  müstəqilliyini  əldə  etdikdən  sonra Aİ-yə  daxil  olan 
müxtəlif ölkələrlə diplomatik əlaqələr yaratmasına baxmayaraq, Aİ Azərbaycanla 
formal  münasibətlərə  22  aprel  1996-cı  ildə  Lüksemburqda  Tərəfdaşlıq  və 
Əməkdaşlıq  Müqaviləsini  (TƏM)  imzalamaqla  başladı.  Müqavilənin Aİ-yə  daxil 
olan  bütün  dövlətlər  tərəfindən  ratifikasiyasından  sonra  ikitərəfli  münasibətlərin 
hüquqi çərçivəsi 1 iyul 1999-cu ildə qüvvəyə mindi. Bu sənəd əməkdaşlığın müxtəlif 
tərəflərini - siyasi dialoqu, insan hüquqlarını, iqtisadi, hüquqi və s. əhatə edir.
Korrupsiyasız Azərbaycan: regionlarda maarifləndirmə və məlumatlandırma 
kampaniyası
Korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir 
dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Son illər Azərbaycanda hökumət 
antikorrupsiya siyasətinin tərkib hissəsi kimi bir sıra qanunlar, proqramlar qəbul 
etmişdir.  Buraya  “2004-2006-cı  illərdə  korrupsiya  ilə  mübarizə  üzrə  Dövlət 
Proqramı”,  Korrupsiyaya  qarşı  Mübarizə  Fondunun  təsis  edilməsi,  “Şəffaflığın 
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata 
keçirilməsi  üçün Fəaliyyət Planı (2007-2011-ci illər), “Azərbaycan Respublikasının 
Baş  prokuroru  yanında  Korrupsiyaya  qarşı  Mübarizə  İdarəsinin  fəaliyyətinin 
təkmilləşdirilməsinə dair bir sıra tədbirlər haqqında” və s. Prezident sərəncamları 
aiddir. Aparılan təhlillər göstərir ki, cəmiyyətdə məlumatlılıq səviyyəsinin aşağı 
olması bu hüquqi sənədlərdən irəli gələn tələblərin reallaşmasını ləngidir. 
Neft tenderləri: aysberqin görünməyən tərəfləri
Azərbaycanda  Dövlət  Neft  Fondu  (DNF)  haqqında  ilkin  fikirlər  “Əsrin 
müqaviləsi” (“Azəri-Çıraq-Günəşli” dəniz yataqlarının işlənməsinə dair hasilatın 
pay bölgüsü sazişi) layihəsi həyata keçirilməyə başlayandan gündəmə gəlib. 29 
dekabr 1999-cu ildə 240 nömrəli fərmanla Dövlət Neft Fondu təsis edilib. Bunun 
ardınca 29 dekabr 2000-ci il tarixində Prezidentin 434 nömrəli fərmanı ilə Neft 
Fondunun Əsasnaməsi təsdiq olunub. Fond 2001-ci il iyunun 19-da Prezidentin 
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi 
haqqında  qaydaların  təsdiq  edilməsi  barədə  511  saylı  fərmanından  sonra  əməli 
fəaliyyətə başlayıb.  
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafının qiymətləndirilməsi 
və təkliflər üzrə konsepsiya layihəsi
Azərbaycan  Respublikasında  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  əsas 
prioritet sahələrdən hesab edilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə 
dayanıqlı  iqtisadi  inkişafın  əsasını  formalaşdırmaqla  yanaşı,  dövlət  gəlirlərinin 
xarici  faktorlardan  asılılığını  tamamilə  aradan  qaldıra  bilər.  Bu  baxımdan 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
208
qeyri-neft  sektorunun  aparıcı  istiqaməti  kimi  aqrar  sektorun  inkişaf  etdirilməsi 
və  bu  sektorun  ümumu  daxili  məhsulda  (ÜDM)  payının  artırılması  olduqca 
vacibdir.  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  2009-cu 
ildə ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə mühüm addımların atıldığı və bu 
fəaliyyətin    davam etdirilməsinin vacibliyi ilə bağlı bəyanat vermişdir. 
Rəyi  öyrənilənlərin  81  faizi  neft  gəlirlərinin  səmərəsiz  və  qeyri-şəffaf 
xərcləndiyi qənaətindədir
Mərkəz  ABŞ-ın  Şəffaflıq  üçün  Tərəfdaşlıq  (Partnership  for  Transparency) 
Fondunun  dəstəyi  ilə  hökumət  qurumları,  şirkətlər  və  əhali  arasında  sorğu 
keçirmişdir.  Sorğunun  əsas  məqsədi  neft  pullarının  xərclənməsinə  müxtəlif 
kateqoriyalı insanların rəyini öyrənmək olub.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi 
layihəsi
Keçid  dövrünü  başa  vuran  Azərbaycan  Respublikasında  vergi  sisteminin 
təkmilləşdirilməsi və bu sferadakı islahatların davam etdirilməsi olduqca vacibdir. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Bakı  Biznes  Mərkəzində 
keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr 
olunan  konfransda  sahibkarlıq  mühitinin  yaxşılaşdırılmasının,  vergi-maliyyə 
sferasında islahatların davam etdirilməsinin vacibliyini bildirmişdir. Bu baxımdan 
vergi siyasətinin və eləcə də bu sahədə olan qanunvericiliyin iqtisadiyyatın inkişaf 
tempinə uyğun olaraq təkmilləşdirilməsi günün tələblərindən hesab edilir.
Viza liberallaşdırılması
Bu tədqiqat PASOS-LGI “Şərqi Tərəfdaşlığı” viza liberallaşdırılması layihəsinin 
növbəti mərhələsidir. Bu tədqiqat işində Azərbaycan-Aİ münasibətlərinin hazırkı 
vəziyyəti və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin (xüsusilə 
viza  liberallaşdırılması  prosesi,  sənədləşdirmə  təhlükəsizliyi  və  dövlət  sərhəd 
siyasəti sahəsində) icrası nəzərdən keçirilir. 
Azərbaycanın ÜTT-yə üzvlüyü prosesinin qiymətləndirilməsi üzrə siyasət sənədi
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mahiyyəti və əsas funksiyaları nədir? 
Alternativsiz kimi təqdim edilən quruma Azərbaycanın üzv olması ölkəmizdə nəyi 
dəyişəcək? Niyə 13 illik üzvlük danışıqları prosesində razılıq əldə etmək mümkün 
olmayıb? ÜTT-yə üzvlük bizə nə qazandıracaq və itkilərimiz nə olacaq? Bu suallar 
fundamental  olmasa  belə  qloballaşmanın  sürətlə  getdiyi,  iqtisadi  inteqrasiyanın 
qaçılmaz  olduğu  bir  dövrdə  aktual  məsələlərə  çevrilmişdir.  Bu  kitab  əvvəldə 
qeyd olunan və eləcə də qeyd olunmayan onlarla suala cavab tapmaq məqsədilə 
hazırlanıb. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
209
Digər layihələr: 
•  “Azərbaycan  vətəndaş  cəmiyyəti  təşkilatları  liderlərinin  bacarıqlarının 
artırılması”  -  Avropa  Komissiyasının  maliyyə  dəstəyi,  Kipr  Menecment 
Mərkəzinin tərəfdaşlığı ilə;
•   “İnstitutsional yardım” - Think Tank Fondu, Macarıstanın “Neft Tenderlərinin 
Monitorinqi” İctimai Şəffaflıq Fondu (PTF), ABŞ;
•   “Azərbaycanda təbii resurs menecmentinin modelləşdirilməsi” - Asiya İnkişaf 
Bankı (ADB);
•   “Yerli  hökumətlərdə  audit  sisteminin  inkişafı,  şəffaflıq  və  hesabatlılığın 
artırılması” - LGI;
•   “Meliorasiya  və  irriqasiya”  layihəsinin  qiymətləndirilməsi  -  Yaponiya 
Hökumətinin dəstəyi ilə;
•   “ADB (Asiya İnkişaf Bankı) QHT Forumu tərəfindən dəstəklənən Azərbaycanda 
elektrik enerjisinin nəqlinin gücləndirilməsi layihəsi”nə nəzarət;
•   “Azərbaycanda neft gəlirləri: şəffaflıq, hesabatlılıq və səmərəlilik problemləri” 
-  Açıq Cəmiyyət İnstitutu;
•   Dövlət idarəçiliyinə dair məqalələrin Azərbaycan dilinə tərcüməsi - NISPAcee 
“İctimai xərcləmələrin izlənilməsi”, “Yerli hökumətlərdə audit işi”, (LGI), 01 
iyul, 2007 – 01 mart, 2008;  
 •   “Yaxşı idarəçilik...”  -  Global Integrity, June 01, 2007- March 01, 2008  
 •   “Kənd təsərrüfatı sektorunun monitorinqi” - VI Beynəlxalq Tədqiqat Qrupu, 
01 iyul, 2007 – 15 aprel, 2008;  
 •   “Dövlət Neft Fondunun strategiyasının hazırlanması” - EITI, 01 aprel, 2007- 
01 dekabr, 2007;  
 •   “Neft gəlirləri haqqında ictimai maarifləndirmənin artırılması” -  01 iyul  2007 
- 01 mart, 2008;  
 •   “Cəmiyyət  arasında  ictimai  maarifləndirmənin  artırılması”  - Alman  Marşal 
Fondu, 01 mart  2008 - 01 yanvar, 2009; 
  •  “Dövlət  xərcləmələri  üzrə  ictimai  məlumatlandırmanın  artırılması”  -  ABŞ 
səfirliyi, 01 iyul, 2007 – 01 avqust, 2008;
•  “Müasir ekonomiks” kitabının tərcüməsi -  NISPAcee, 01 fevral, 2008 – 01 
iyun, 2008.
Mərkəzin  həyata keçirdiyi 3 mühüm layihə: 
1.  Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı 
- 01 yanvar, 2010 - 01 iyun 
2011, Avropa Komisiyası;
2.  Azərbaycanın ticarət standartlarının Avropa standartlarına uyğunlaşdırılması -  
01 fevral, 2010 – 01 noyabr, 2010 PASOS;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
210
3.  Azərbaycanın iqtisadi inkişaf modelinin hazırlanması  - 01 yanvar, , 2010 - 01 
iyun, 2011, AİB.
 
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)  qlobal reytinqlərdə
İSİM ABŞ-ın Pensilvaniya Universitetinin ən yaxşı beyin mərkəzləri siyahısında 
hələ 2010-cu ildən təmsil olunan ölkəmizin ilk beyin mərkəzlərindəndir. 
2011-ci  ildə  ABŞ-ın  Pensilvaniya  Universitetinin      dünya  üzrə  beyin 
mərkəzlərinin  reytinq  hesabatında  İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzi  (İSİM) 
müxtəlif kateqoriyalar üzrə qiymətləndirmələrdə yer almışdı. İSİM dünyanın 50 
aparıcı beyin mərkəzi siyahısında 33-cü sırada qərarlaşmışdır. Bu kateqoriya üzrə 
25 min beyin mərkəzinin namizədliyi irəli sürülmüşdü. Eyni zamanda Mərkəzi və 
Şərqi Avropada 15-ci güclü beyin mərkəzi kimi qiymətləndirilən İSİM illik büdcəsi 
5 milyon dollardan az olan təşkilatlar arasında dünyada ilk üçlüyə daxil edilmişdir. 
Nəticədə 3 kateqoriyada dünyanın ən güclü beyin mərkəzi elan olunmuşdu.  
2012-ci ildə də həmçinin öz yerini qoruyub saxlayaraq, ABŞ-in Pensilvaniya 
Universitetinin  keçirdiyi  «Beyin  Mərkəzləri  2012»  reytinqində    İSİM  bir  neçə  
kateqoriyada dünyanın ən güclü beyin mərkəzi elan olunmuşdur.
İSİM həmçinin Şərqi Avropanın   “Siyasi Təhlil” jurnalını qiymətləndirilməsinə 
görə,  Şərqi Avropanın 10 ən yaxşı beyin mərkəzindən biridir. İSİM 2013-cü ildə 
Yaponiyanın Tokio şəhərində keçiriləcək “ Beynəlxalq Beyin Mərkəzləri Samitinə” 
ənubi Qafqaz  regionundan dəvət edilən yeganə mərkəzdir. Mərkəz həm də Harvard 
Universitetinin hazırladığı ən yaxşı beyin mərkəzləri siyahısında yer almışdır. 
İqtisadi İnnovasiya Mərkəzi
Mərkəz 2002-ci ildə yaradılmış, lakin qeydiyyatdan keçməmişdir. Mərkəzin 
təsisçiləri Məhəmməd Talıblı və Əyyub Səfəroğludur. Hazırda rəhbəri Məhəmməd 
Talıblıdır. 
Mərkəzin  əsas  fəaliyyəti  sosial-iqtisadi  istiqamətlidir.  Əsas  məqsədi  sosial-
iqtisadi  sahədə  maarifləndirmə  işlərini  həyata  keçirmək,  innovativ  ideyaların 
yayılmasında  yardımçı  olmaq  və  iqtisadi  tədqiqatlar  aparmaqdır.  İllik  büdcəsi 
4000-15000  manat  arasında  dəyişir.  Vəsaitlər  əsasən  tədqiqat  layihələrinə  sərf 
olunur. Mərkəzdə müddətli müqavilə əsasında 2-3 nəfər işləyir. 
Mərkəz  ictimai  vəsaitlərdən  (əsasən,  büdcə  və  neft  gəlirlərindən)  istifadə 
siyasətinə  dair  8  tədqiqat  layihəsi  həyata  keçirmişdir.  Çap  edilmiş  hesabat  və 
kitabların sayı 10-dan çoxdur. 
Mərkəz  Kənd  Təsərrüfatı  Nazirliyinə  aqrar  subsidiyaların  verilməsində 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
211
indikatorların təkmilləşməsi məsələsi ilə bağlı tövsiyələr vermişdir. Hal-hazırda 
“ÜDM-in  artırılmasının  yolları  və  onun  insanların  həyat  tərzinə  təsirinin 
qiymətləndirilməsi” (2010) layihəsi üzərində işləyir. 
5 il ərzində Mərkəz 8 tədqiqat layihəsi hazırlamış, 10-a yaxın konfrans keçirmiş, 
dövlət strukturlarına 3 tövsiyə vermiş və 200-ə yaxın məqalə çap etmişdir.  
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi  ilə  təklif  olunan  ideyaları  müsbət  qarşılayır.  Ümumi  rəyi  belədir  ki, 
analitik  material  ilk  öncə  daxili  müzakirələrin  nəticəsi  kimi  kollektiv  məhsul 
olaraq meydana çıxarsa və müxtəlif nöqteyi-nəzərləri özündə əks etdirərsə, daha 
mötəbər  və  faydalı  mənbə  rolunu  oynaya  bilər.  “Beyin  mərkəzləri”nin  konkret  
ixtisaslaşması nəticələrə və peşəkar yanaşmaya daha çox xidmət edir.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM)
Mərkəz  1999-cu  il  martın  12-də  yaradılmış  və  həmin  ilin  iyulun  2-də 
qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçisi və hazırkı rəhbəri Qubad (İbadoğlu) 
Bayramovdur. 
Mərkəzin  əsas  fəaliyyəti  sosial-iqtisadi  istiqamətlidir.  Əsas  məqsəd  və 
vəzifələri  cəmiyyətdə  iqtisadi  və  biznes  biliklərini  populyarlaşdırmaq,  ictimai 
vəsaitin şəffaflığını və hesabatlılığını artırmaq, ictimai vəsaitlərlə bağlı qərarların 
qəbulunda iştirakçılığın səviyyəsini yüksəltmək və sosial dialoqa nail olmaqdır.
Mərkəzin  illik  təxmini  büdcəsi  80.000  –  100.000  manat  arasında  dəyişir.  
Qərargahı  Bakı  şəhəri,  Ə.Rəcəbli  küçəsi,  5a,  mənzil  82  ünvanında  yerləşir  və 
5  otaqdan  ibarətdir,  internet  və  kompüterlərlə  tam  təchiz  olunmuşdur.  İnternet 
səhifəsi www.erc-az.org-dur. Daimi olaraq 11, müddətli müqavilə əsasında isə 20 
nəfər əməkdaş işləyir. Mərkəzdə İctimai əlaqələr, İnsan resursları, Xarici əlaqələr, 
Ofis təsərrüfatı, Maliyyə şöbələri fəaliyyət göstərir. 
Mərkəzin 6 rəsmi beynəlxalq tərəfdaşı var: Ödədiyini Açıqla (Publish  What 
You  Pay)  Beynəlxalq    Koalisiyası, Açıq  Cəmiyyətlər  üzrə  İctimai Assosiasiya 
(PASOS),  Vətəndaş  İştirakçılığı  üzrə  Dünya Alyansı  (CİVİCUS), Avropa Yerli 
Özünüidarəetmə  Konqresinin  Təlim  Şəbəkəsi  (ENTO),  Yerli  Demokratiya 
Qurumları Assosiasiyası (ALDA) və Qara Dəniz QHT Forumu. 
Mərkəz hər il təxminən 20-yə yaxın xarici səfər təşkil edir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
212
Mərkəz  20-dək  tədqiqat  layihəsi  həyata  keçirmişdir.  Həmin  layihələrin 
mövzuları:  “Alternativ  inflyasiyanın  hesablanması”,  “Yerli  özünüidarəetmə 
orqanlarının  gücləndirilməsi”,  “Ünvanlı  sosial  yardım  mexanizminin  tətbiqi”, 
“Xarici  ticarət  dövriyyəsinin  həcminin  dürüstləşdirilməsi”,  “Qlobal  maliyyə 
böhranının  biznesə  təsiri”,  “Ev  təsərrüfatlarının  büdcə  müayinəsi”,  “Büdcə 
xərcləmələrinin  sosial  sahəyə  təsirinin  qiymətləndirilməsi”,  “Azərbaycanın 
inkişafı  modelləri  və  gələcək  perspektivlərlə  bağlı  gözləntilər”,  “Azərbaycan 
pensiya  sistemində  islahatların  gedişatının  araşdırılması”,  “Azərbaycanda  kənd 
təsərrüfatı sahəsində vəziyyətin tədqiqatı”, “İnflyasiyanın determinatları və idxal 
inflyasiyasının  kənarlaşma  hüdudlarının  daraldılması  imkanlarının  tədqiqi”, 
“İşçilərlə işəgötürənlər arasında sosial dialoqun təşkilində həmkarlar təşkilatının 
rolu”, “İqlim dəyişikliklərinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə 
olunması” və s. 
Mərkəz hər il təxminən 6-8 konfrans təşkil edir. İldə orta hesabla  4-5 kitab, 
2-3 buklet və 10-dək məqalə dərc edilir. Bu nəşrlər əsasən makroiqtisadi siyasət, 
neft gəlirlərinin idarə edilməsi, vergi, büdcə, sosial rifah məsələləri mövzularına 
həsr olunur.
Sosial-iqtisadi sahədə həyata keçirilmiş tədqiqat layihələrindən əldə edilmiş 
nəticələr və tapıntılar  əsasında ümumilikdə  100-dək Tövsiyələr Paketi əlaqədar 
təşkilatlara  təqdim  olunub.  Son  1  il  ərzində  təqdim  olunmuş Tövsiyələr  Paketi 
mövzularının siyahısı aşağıdakı kimidir: 
1.  Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatlarında keyfiyyət 
dəyişikliyinə nail olunması yollarına dair Tövsiyələr;
2.  Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən aqrar təsərrüfatların qlobal iqlim 
dəyişikliyinə adaptasiya prosesinin asanlaşdırılmasına dair Tövsiyələr;
3.  Azərbaycan  Respublikasında  həyata  keçirilən  ünvanlı  dövlət  sosial  yardımı 
mexanizminin təkmilləşdirilməsinə və sosial reabilitasiyaya keçid prosesinin 
təkmilləşdirilməsinə dair Tövsiyələr;
4.  Qlobal  iqtisadi  böhranın Azərbaycan  iqtisadiyyatına,  biznes  mühitinə  və  ev 
təsərrüfatlarının vəziyyətinə təsirinin yaratdığı risklərin idarə olunmasına dair 
Tövsiyələr;
5.  Qlobal iqtisadi böhranın Azərbaycanın əmək bazarına təsirinin azaldılmasına 
dair Tövsiyələr;
6.  Dövlət  büdcəsinin  icrasının  sosial  rifaha  təsirinin  gücləndirilməsi  ilə  bağlı 
Tövsiyələr;
7.  Xarici ticarət statistikasının təkmilləşdirilməsinə dair Tövsiyələr;
8.  Azərbaycan  Respublikasında  işçilərlə  işəgötürənlər  arasında  sosial  dialoqun 
təşkilinə  dair Tövsiyələr;
9.  Azərbaycanın  vətəndaş  cəmiyyəti  institutlarının  ictimai  əlaqələrinin 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
213
gücləndirilməsinə dair Tövsiyələr;
10.   Azərbaycanın  vətəndaş  cəmiyyəti  institutlarının  beynəlxalq  əlaqələrinin 
gücləndirilməsinə dair Tövsiyələr.
Layihələr xarici donorlar və QHT Şurasının dəstəyi, həmçinin üzvlük haqları 
hesabına həyata keçirilmişdir. Mərkəz yalnız 2009-cu ildə ABŞ-ın Şimalı Karolina 
Universitetinin İqtisadiyyat Departamenti ilə əməkdaşlıq şəraitində “Hollandiya 
xəstəliyi: Bu xəstəlikdirmi? Azərbaycan təcrübəsi nə deyir?” mövzusunda tədqiqat 
layihəsi icra  etmişdir.
Mərkəz hal-hazırda 5 layihə üzərində çalışır:
-  “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində elektron idarəçilik vasitəsi 
ilə etibarlılığı, şəffaflığı və məsuliyyəti yaxşılaşdırmaq”;
-  “Qara kitab”: şübhəli layihələr şəffaflıq işığında;
-  İşçilərin  sosial  vəziyyətinin  yaxşılaşdırılması  məqsədilə  QHT-lərdə  icbari 
sığortanın tətbiqinin təşviqi;
-  İnflyasiyanın determinantları və idxal inflyasiyasının kənarlaşma hüdudlarının 
daraldılması imkanlarının tədqiqi;
-  Ticarətin liberallaşdırılması və rəqabətin dəstəklənməsi
-  Açıq  Cəmiyyət  üçün  İctimai  Birliklər  Assosiasiyası  (PASOS)  və  yerli 
tərəfdaş “Kamil Vətəndaş” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Avropa 
İttifaqı  tərəfindən  maliyyələşdirilən  “Beyin  mərkəzləri”nin  qərar  qəbulu 
arenasında  rolunun  gücləndirilməsi  vasitəsi  ilə  idarəetmənin  səmərəliliyinin 
yüksəldilməsi”.
Mərkəz 5 il ərzində 50-yə yaxın tədqiqat layihəsi, 25-ə yaxın hesabat, kitab və 
məqalə hazırlamış, 40-a yaxın konfrans keçirmiş, dövlət strukturlarına 10-a yaxın 
təklif və tövsiyə vermişdir.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
Mərkəzin qlobal reytinqlərdə yeri:
2012-ci ilin Qlobal Reytinqində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) dünyanın, 
o  cümlədən  ABŞ-ın  nüfuzlu  beyin  mərkəzlərinin  mərkəzlərinin  iştirak  etdiyi 
“Dünyanın ən yaxşı beyin mərkəzləri” nominasiyasında 133-cü yerdə qərar tutub.  
İTM digər bir nominasiyada yüksək nəticə göstərərək   “Vəkillik sahəsində ən 
yaxşı beyin mərkəzləri” nominasiyasında dünyada 9-cu olub.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (İSAM)
Mərkəz  1994-cü  ildə  yaradılmış  və  həmin  ildə  qeydiyyatdan  keçmişdir. 
Mərkəzin təsisçiləri Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Mehman Əliyev və Sabit 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
214
Bağırovdur. Mərkəzdə hal-hazırda Hikmət Hacızadə prezident, Rasim Musabəyov  
vitse-prezident, Sabit Bağırov isə direktordur. 
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  iqtisadi,  siyasi  araşdırmalar  və  təhsildir. 
Əsas  məqsədi  liberal  iqtisadiyyata  və  demokratik  cəmiyyətə  keçid  prosesində 
ictimai-siyasət institutu kimi dəstək verməkdir. 
Mərkəzdə xərclərin əsas istiqamətləri: əmək haqqı, qonorarlar, tədqiqatların və 
tədbirlərin keçirilməsi, ofis xərcləri və s. Qərargahı Bakı şəhəri, Nəcəfqulu Rəfiyev 
küçəsi  17,  mənzil  2  ünvanında  yerləşir.  Sürətli  internet  və  kompüterlərlə  təchiz 
olunmuş 7 otaqdan ibarətdir. Mərkəzdə daimi olaraq 9, müddətli müqavilə əsasında 
da 9 əməkdaş işləyir. 5 şöbədən ibarətdir. İl ərzində 5-6 xarici səfər təşkil edir. 
Mərkəz  20-ə  yaxın  tədqiqat  layihəsi  həyata  keçirmiş,  həmin  sayda  elmi 
konfrans  təşkil  etmiş,  kitab  və  hesabatlar çap  etdirmişdir.  Dövlət  strukturlarına 
10-15 sayda yazılı şəkildə tövsiyələr vermişdir. 
Hal-hazırda Mərkəz 3 layihə üzərində çalışır. Ümumi olaraq bütün layihələr 
əsasən xarici donorların hesabına həyata keçirilir. 
5 il ərzində Mərkəz 12 layihə, 5 elmi konfrans, 20-yə yaxın hesabat və kitab 
hazırlamış və 3 tövsiyə təqdim etmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara pozitiv yanaşır.
    Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (QİAM)
Mərkəz 30 sentyabr 2003-cü ildə təsis edilmiş, 19 noyabr 2003-cü ildə Ədliyyə 
Nazirliyində  qeydiyyatdan  keçmişdir.  Mərkəzin  sədri  Novruz  Quliyev,  icraçı 
direktoru Ruslan Atakişiyevdir.
Missiyası-dünya  iqtisadiyyatının  üstünlüklərinin  Azərbaycanda  tətbiqinə 
dəstək göstərməklə özəl sektorun davamlı inkişafına nail olmaqdır.
Məqsədləri:
1.  Biznes və investisiya mühitinin sağlamlaşdırılması;
2.  Qabaqcıl sahibkarlıq təcrübəsinin tətbiqinə nail olmaq;
3.  Azərbaycanda beynəlxalq standartların tətbiqinə dəstək göstərilməsi;
4.  Beynəlxalq  ticarətin  tənzimlənməsi  sahəsində  yeniliklərin  Azərbaycanda 
tətbiqinin genişləndirilməsi;
Fəaliyyət istiqamətləri:
•   Layihələrin hazırlanması və həyata keçirilməsi;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
215
•   Sorğu və araşdırmaların həyata keçirilməsi;
•   Treninqlər,  seminarlar,  konfranslar,  dəyirmi  masalar  və  görüşlərin  təşkil 
edilməsi;
•   Jurnallar, kitabçalar, bülletenlərin və s. nəşr edilməsi;
•   KİV-də  verilişlərin,  məqalələrin,  informasiya  xarakterli  məlumatların 
verilməsi;
  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi
Birlik  2009-cu  il  oktyabrın  22-də  yaradılmış  və  2010-cu  il  fevralın  15-
də  qeydiyyatdan  keçmişdir.  Mərkəzin  təsisçiləri  Ruslan  Atakişiyev  və  Sevinc 
Atakişiyevadır. Hazırkı rəhbəri Ruslan Atakişiyevdir. 
Mərkəzin əsas fəaliyyət istiqaməti iqtisadidir. Əsas məqsədləri: 
•   Azərbaycanda  maliyyə  bazarının  və  idarəetmə  sisteminin  inkişafina  dəstək 
göstərmək;
•   respublikanın beynəlxalq iqtisadi qurumlara inteqrasiyasına kömək etmək;
•   korporativ  sosial  məsuliyyət  (KSM)  prinsiplərinin  Azərbaycanda 
genişləndirilməsinə çalışmaq;
•   ölkədə  iqtisadi  sahədə  elmi-tədqiqat  işlərinin  keyfiyyətinin  daha  da 
yüksəldilməsinə töhfə vermək.
Mərkəzin illik büdcəsi  4200 manatdır.  Qərargahı Bakı şəhəri, M.Muxtarov 
küçəsi, 194 ünvanında yerləşir. Sürətli internet və kompüterlərlə təchiz olunmuş 
iki otaqdan ibarətdir. Rəsmi internet səhifəsi www.ser-az.org
-
dur. 
Mərkəzdə daimi əsaslarda 3, müddətli müqavilə əsasında isə 9 əməkdaş işləyir. 
Mərkəzdə  Proqram  Departamenti,  Beynəlxalq  Əlaqələr  Departamenti, 
İctimaiyyətlə Əlaqələr Departamenti, Ümumi İşlər Departamenti adlarında şöbələr 
fəaliyyət göstərir. 
Mərkəzin  rəsmi  beynəlxalq  tərəfdaşı  Süleymaniyə  Fondu  və  Cenevrə 
Beynəlxalq  və  İnkişaf  Tədqiqatları  İnstitutunun  CABİR  Məzunlar  Şurası  – 
Azərbaycandır. Mərkəz əməkdaşlarının il ərzində 5 xarici səfəri olmuşdur. 
Mərkəz 2010-cu il ərzində 3 tədqiqat layihəsi həyata keçirmişdir:
•   Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti 
və təkmilləşdirilməsi yolları; 
•   “Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı”nın icra vəziyyətinin qiymətləndirilməsi;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
216
•   Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii 
abidələrin qorunması.
Mərkəz 2010-cu ildə 1 kitabça, 1 hesabat və 9 məqalə çap etdirmişdir:
-  “Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti 
və təkmilləşdirilməsi yolları”;
-  “Qloballaşma  şəraitində  Azərbaycanın  iqtisadi  təhlükəsizliyinin  təminində 
yerli sahibkarlığın inkişafı məsələləri”;
-  “Azərbaycanın  regionlarında  sahibkarlığın  əsas  problemləri  və  onların  həlli 
yolları”;
-  “Kiçik və orta sahibkarlığın investisiya təminatında Sahibkarlığa Kömək Milli 
Fondunun vəsaitlərinin rolu”;
-  “Kiçik və orta sahibkarlığın daxili investisiya mənbələrinin aşkarlanması və 
istifadəsinin təkmilləşdirilməsi yolları”;
-  “Azərbaycanın  ÜTT-yə  üzvlüyü  və  özəl  sektor”  (Araşdırma  nəticələrinin 
analitik hesabatı: 2008);
-  “Korporativ sosial məsuliyyət və onun Azərbaycanda tətbiqi problemləri”;
-  “Dünya maliyyə böhranının mənəvi aspektləri”;
-  “Faizsiz bankçılığın iş üsulu”;
-  “Korporativ  sosial  məsuliyyət:  qabaqcıl  biznes  təcrübəsi  və  türk  dünyası 
sahibkarlarının bu sahədə əməkdaşlığının formalaşdırılması;
-  “Korporativ idarəetmə - biznesin inkişafında yeni imkandır”.
Dövlət  strukturlarına  bir  təklif  irəli  sürmüşdür:  “Ali  təhsildə  qiymətqoyma 
metodunun təkmilləşdirilməsi”.
Layihələrin maliyyələşdirilməsində: 
-  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına 
Dövlət Dəstəyi Şurası;
-  Gəncliyə Yardım Fondu;
-  Cenevrə  Beynəlxalq  və  İnkişaf  Tədqiqatları  İnstitutunun  CABİR  Məzunlar 
Şurası – Azərbaycan iştirak etmişdir. 
Birlik hal-hazırda 3 layihə üzərində çalışır:
-  Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii 
abidələrin qorunması;
-  İqtisadiyyat və biznes mövzusunda daimi inkişaf seminarları;
-  Faizsiz bankçılıq.
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır. Bununla bağlı təkliflərini verir:
•   Yaxşı olardı ki, Azərbaycanın inkişafı baxımından əhəmiyyətli olan müxtəlif 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
217
tədqiqat sahələri üzrə ildə bir neçə dəfə qrant müsabiqələri həyata keçirilsin;
•   “Beyin  mərkəzləri”  nümayəndələrinin  beynəlxalq  aləmdə  keçirilən  elmi 
tədbirlərdə iştirakları maliyyələşdirilsin;
•   SAM  tərəfindən  icra  olunan  tədqiqat  layihələrinə  “beyin  mərkəzləri”  cəlb 
olunsun;
•   SAM-ın  keçirdiyi  tədbirlərə  “beyin  mərkəzləri”nin  nümayəndələri  dəvət 
edilsin;
•   SAM-ın  icra  etdiyi  tədqiqat  layihələri  barəsində  geniş  məlumatlara  çıxış 
asanlaşdırılsın;
•   “Beyin mərkəzləri”nin istifadə edə biləcəyi, elmi-tədqiqat üçün lazım olacaq 
kitabxana formalaşdırılsın.
Sosial-İqtisadi Araşdırmalar Mərkəzi (SİAM)
Mərkəz  2001-ci  il  mayın  12-də  yaradılmış  və  2002-ci  il  sentyabrın  22-də  
qeydiyyatdan  keçmişdir.  Mərkəzin  təsisçiləri  Azad  Əliyev,  Dildar  Əliyeva  və 
Alagöz Əliyevadır. Hazırkı rəhbəri Azad Əliyevdir. 
Mərkəzin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi araşdırmalardır. Əsas məqsədi 
Azərbaycanda iqtisadiyyatın inkişaf proqramlarını həyata keçirmək, icmaların və 
yerli  idarəetmə  orqanlarının  inkişafına,  əhalinin  sosial  müdafiəsinə,  işsizlik  və 
yoxsulluğun azaldılmasına yardım etmək, kiçik və orta sahibkarlığın inkişafının 
genişlənməsi  üçün  konkret  layihələr  həyata  keçirmək  və  qanunvericiliyə  zidd 
olmayan digər fəaliyyət növləridir. 
Mərkəzin illik büdcəsi 20 min manatdır. Qərargahı Bakı şəhəri, İ.Qutqaşenli 
küçəsi, 9, mənzil 95 ünvanında yerləşir, sürətli internet və kompüterlərlə təchiz 
olunmuş  2  otaqdan  ibarətdir.  Mərkəzdə  daimi  əsaslarda  3,  müddətli  müqavilə 
əsasında isə 5 əməkdaş işləyir. Mərkəz ildə 2-3 xarici səfər təşkil edir. 
Mərkəz  5  tədqiqat  layihəsi  həyata  keçirmişdir.  Bununla  bərabər,  Mərkəzin 
rəhbəri bir çox layihələrdə ekspert kimi iştirak etmişdir:
 •   Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti (ENPI-FLEG Program) çərçivəsində 
meşələrin  qanuni  cəhətdən  müdafiəsi  və  idarə  olunması  proqramı  (meşə 
problemləri) - ekspert;
•   Ətraf mühitə təsirin qiymətləndirilməsi (Participation on EIA (Environmental 
Impact  Assessment)  və  Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri  layihəsinin 
sosial-iqtisadi nəticələrinə dair ictimai dinləmələrdə iştirak;
•   Ətraf mühitə təsirin qiymətləndirilməsi (Participation on EIA (Environmental 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
218
Impact  Assessment)  və  Ələt  qəsəbəsində  Dəniz  Limanı  layihəsinin  sosial-
iqtisadi hissəsinin ictimai dinləmələrində iştirak;
•   Bakı-Tbilisi-Ceyhan  boru  kəməri  marşrutu  boyunca  yerləşən  pay  torpaq 
sahələrinin ayrılmasına və onlara görə kompensasiya ödənişlərinin verilməsinə 
ekspert kimi nəzarət;
•   Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi və boru kəməri marşrutu boyunca 
yaşayan  yerli  əhaliyə  onun  sosial  təsirləri  -  sosial  nəticələrə  ekspert  kimi 
nəzarət;
•   Bakı-Tbilisi-Ceyhan  boru  kəməri  layihəsi  və  boru  kəmərinin  marşrutu  
boyunca yaşayan yerli əhaliyə onun sosial təsirləri -  sosial nəticələrinin auditi 
(3 QHT ilə birgə) ;
•   Qanunsuz    zibillik    və  bərk  tullantılarla  bağlı  Bakı  şəhəri  üçün  elektron 
xəritənin yaradılması (“Təmiz Şəhər” ASC tərəfindən dəstəklənib);
•   Tullantıların  idarə  olunmasına  dair  elmi  konfransda  iştirak  (“Təmiz  Şəhər” 
ASC tərəfindən dəstəklənib);
•   Stokholm  (təhlükəli  tullantılara  dair)  Konvensiyasının  BMT-nin  İnkişaf 
Proqramı  və  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin dəstəyi ilə Azərbaycanda tətbiqi – ekspert kimi iştirak;
•   TACİS proqramının 2009-cu ildə qısamüddətli eksperti;
•   Azərbaycan  əhalisinin  bərk  tullantılarla  bağlı  problemlər  haqqında 
məlumatlandırılması  (AR  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  işçi 
qrupunun üzvü kimi);
•   Avrasiya  Fondunun  Qafqaz  Tədqiqat  Resurs  Mərkəzinin  proqramı 
Azərbaycanda, 2005-ci il məlumatına əsasən – ekspert;
•   “Min sözə dəyən şəkil” WWF-nin (Dünya Vəhşi Meşələr Təşkilatı) dəstəyi ilə 
və s.
Mərkəz “Qanunsuz meşəqırmaların və meşələrin qeyri-davamlı istifadəsinin 
yerli əhaliyə olan iqtisadi və sosial təsirinin təhlili” adında bir (beynəlxalq) elmi 
konfrans təşkil etmişdir. Dövlət qurumlarına ekoloji sahə üzrə 3 və iqtisadi sahə 
üzrə də 3 tövsiyə-təklif vermişdir. Layihələrin maliyyələşdirilməsinə dövlət dəstək 
olmuşdur. 
Hal-hazırda bərk məişət tullantıları haqqında maarifləndirmə layihəsini həyata 
keçirir. Layihəni Azərbaycanın biznes təşkilatları maliyyələşdirir. 
Təkliflər: Cənubi Qafqazın regional ekoloji problemləri, həmçinin yoxsulluq 
və  meşələr problemləri üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi faydalı 
olardı. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
219
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi
Mərkəz 1995-ci il mayın 5-də yaradılmış, 2009-cu il sentyabrın 30-da  yenidən 
qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçiləri Mayis Səfərov, Arzu Hüseynova və 
Vəfa Paşayevadır. Hazırkı rəhbəri Mayis Səfərovdur. 
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  iqtisadiyyat,  sosial  problemlər,  gənclər, 
insan hüquqları və vətəndaş cəmiyyətidir. Əsas məqsədi Azərbaycan regionlarının 
sosial-iqtisadi inkişafına dəstək verməkdir. 
Mərkəzin büdcə xərcləri 2009-cu il üçün –72393.92 manat, 2010-cu il üçün 
106503.54  manat  olmuşdur.  Əsas  xərclər:  proqram  xərcləri,  inzibati  xərclər  və 
əmək haqları (illik maliyyə hesabatları bu saytda əksini tapmışdır: http://uluchay.
org/about-us/financial-reports). Qərargahı AZ 5500, Şəki, M.Ə.Rəsulzadə küçəsi, 
163A ünvanında yerləşir. Sürətli internet və kompüterlərlə təchiz edilmiş 5 otaqdan 
ibarətdir. Bununla bərabər, Mərkəzdə konfrans zalı və  icma məlumat mərkəzi var. 
İnternet səhifəsi http://uluchay.org-dur. Daimi əsaslarda 6, müddətli əsaslarda isə 
4 əməkdaş işləyir. 
Mərkəzdə Gender, İqtisadi inkişaf, Vətəndaş cəmiyyəti, Gənclər və Avropaya 
inteqrasiya, Maliyyə və fandreyzinq şöbələri fəaliyyət göstərir. 
Mərkəzin 4 beynəlxalq tərəfdaşı var: Avropa 3-cü sektor Liderləri Şəbəkəsi 
(Evklid Şəbəkəsi), ECAbit - Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları 
və  Texnoparklar  Şəbəkəsi  (InfoDev  -  Dünya  Bankı),  Avropa  İnstitutu  Fondu 
(Bolqarıstan), Demokratik Hüquqların İnkişafı Fondu (DemNet - Macarıstan). 
Mərkəzin xarici səfərlərinin sayı 11-dir. 
Mərkəz  2010-cu  il  ərzində  gənclərin  iqtisadi  inkişaf  perspektivləri  və 
vətəndaş  iştirakçılığına  yönəlmiş  araşdırmalar  həyata  keçirmişdir.  “Gənclərin 
işsizlik problemlərinin analizi və məsləhətlər” və “Qadınların kənd təsərrüfatında 
rolunun  artırılması”  adında  2  məqalə  hazırlamışdır.  Gənclərin  işsizlik 
problemlərinin  həllinə  dair  dövlətə  tövsiyələr  təqdim  olunmuşdur.  Layihələrin 
maliyyələşdirilməsində xarici donorlar iştirak etmişdir. Mərkəzdə bir beynəlxalq  
layihə həyata keçirilmişdir. 
Hazırda Mərkəz “Gənclərin mülki maarifləndirilməsi” proqramını, Şəkinin Kiş 
kəndində uşaq bağçasının tikintisini və “Məsul icmalar” layihəsini həyata keçirir. 
Mərkəz 5 il ərzində 2 layihə, 2 məqalə və 2 təklif hazırlamışdır. 
Mərkəz  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığın  inkişaf 
etdirilməsi və genişləndirilməsi üçün təklif olunan tövsiyələrə müsbət yanaşır. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
220
Azad İstehlakçılar Birliyi
Birlik 1996-cı ildə yaradılmış, 1997-ci il iyulun 31-də qeydiyyatdan keçmişdir. 
Birliyin  təsisçiləri  Eyyub  Hüseynov,  Adil  Cəmilov,  Əlisəfa  Mehdiyev,  Aydın 
Kərimov və Habil İskəndərovdur. Hazırkı rəhbəri Eyyub Hüseynovdur. 
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  sosial,  iqtisadi  istehlakçı  hüquqlarını 
qorumaqdır. Əsas məqsədi ölkənin əmtəə bazarını təhlükəli mallardan (xidmətdən) 
qorumaq, istehlakçı maarifçilik işini həyata keçirməkdir.
Birliyin büdcəsi 50 000 manatdır. Əsas xərclərin istiqaməti texniki avadanlığın, 
çap materiallarının alınması, konfransların və aksiyaların keçirilməsidir. Qərargahı 
Bakı şəhəri, S.Rəhimov küçəsi, 201, mənzil 10 ünvanında yerləşir, kompüterlərlə 
və  sürətli  internetlə  təchiz  edilmiş  3  otaqdan  ibarətdir.  Rəsmi  internet  səhifəsi 
www.consumer-aib.com-dur. 
Daimi  işçilərinin  sayı  9,  müddətli  müqavilə  əsasında  işləyənlərin  sayı 
isə  20  nəfərdir.  Mərkəzdə  Hüquq,  İstehlakçı  maarifçiliyi,  Kommunal,  Ərzaq 
təhlükəsizliyi şöbələri fəaliyyət göstərir.  
Consumers  International  (Cİ),  WANGO,  İBFAN  Birliyin  beynəlxalq 
tərəfdaşlarıdır. Birlik 20-yə yaxın xarici səfər həyata keçirmişdir. 
2010-cu  ildə  “Muğan  bələdiyyələrində  resurs  mərkəzlərinin  yaradılması” 
və  “İnflyasiyanın  aşağı  düşməsi  üçün  istehlakçıların  kollektiv  məsuliyyətinin 
artırılması” adında 2 layihə həyata keçirmişdir.
Birlik  əməkdaşları  istehlakçı  hüququ  və  bələdiyyə  qanunvericiliyinə  dair 
8 kitab, 10 növ buklet, ümumilikdə KİV-də 14000 məqalə çap etmiş, 8 tövsiyə 
vermişdir. Bu təkliflər istehlakçı hüquqlarına dair qanunvericilik bazası, kommunal 
xidmətlər,  inflyasiyanın  aşağı  düşməsi  və  s.  mövzularda  olmuşdur.  Layihələri 
xarici donorlar və QHT-lərə Dövlət Dəstəyi Şurası həyata keçirmişdir. Birlik bir 
beynəlxalq səviyyəli layihə həyata keçirmişdir. 
Hal-hazırda birlik “İnflyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv 
məsuliyyətinin artırılması” adında layihəni həyata keçirir. 
Birlik  5  il  ərzində  1  layihə,  3  elmi  konfrans  keçirmiş,  8  kitab,  1400  qəzet 
məqaləsi çap etdirmiş və  dövlətə 3 tövsiyə vermişdir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
221
“Gender və İnsan Hüququ”  Araşdırma  Birliyi
Birlik 1997-ci il dekabrın 1-də yaradılmış, 2000-ci il martın 18-də  qeydiyyatdan 
keçmişdir. Sədri fəlsəfə elmləri doktoru Rəna Mirzəzadədir.
Birliyin  əsas  məqsəd  kimi  qarşısına  qoyduğu  fəaliyyət  istiqamətləri 
aşağıdakılardır: 
-   İnsan hüququnun gender balansı baxımından tədqiqi; 
-   İnsan  hüququ  və  gender  istiqaməti  ilə  əlaqədar  sosial-fəlsəfi  və  hüquqi     
konsepsiyaların,  nəzəriyyə və cərəyanların tədqiqi;
-   İctimai-siyasi-hüquqi institutların insan hüququ və genderin inkişafına təsirinin 
aydınlaşdırılması; 
-   İnsan  hüququ  və  genderin  seçki  sistemində  realizə  edilməsi  vəziyyətinin 
təhlili;
-   Gender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktiki seminar, 
dəyirmi masa, treninq və konfransların keçirilməsi;
-   Demokratik proseslərin inkişafı üçün insan hüququ və gender münasibətləri  
informasiya  şəbəkəsinin  yaradılması;
-   Gender  və  insan  hüququ  sahəsini  öyrənmək  məqsədilə  sosioloji  sorğuların 
keçirilməsi, proqnozlaşdırma işinin aparılması, elmi analizlərin verilməsi; 
-   İctimai-hüquqi tərbiyə və siyasi mədəniyyətin formalaşmasında insan hüququ 
və  gender  araşdırmalarından  istifadə  edilməsi,  eyni  zamanda  bu  sahədə 
maarifləndirmə işinin genişləndirilməsi; 
-   Gender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin 
formalaşdırılması naminə elmi təbliğat işinin həyata keçirilməsi.
Birliyin həyata keçirdiyi layihələr:
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin