FƏrhad məMMƏdov tahiRƏ allahyarova


Mərkəzin beş il ərzində gördüyü işlərin təsviri



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

Mərkəzin beş il ərzində gördüyü işlərin təsviri
GEAD İB-də (2011-2012)   kecirilən elmi seminarların sayı
Sıra Adı və soyadı
İşlədiyi müəssisə
Mövzusu
1
Dr. Ağaverdi Xəlilov AMEA Folklor İnst.
“Folklor və milli təfəkkür”
2
Elm. Dok. Füzuli
Qurbanov
AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq
İnst.
“Tarixi yaddaş və onun
sosial-mədəni həyatdakı
funksiyaları”
3
Dr. Əbülfəz
Süleymanlı
AMEA Fəlsəfə,
Sosiologiya, Hüquq İnst. “Gənclik və düşüncə həyatı”
4
Dr. Sərxan Xavəri
AMEA Rəyasət Heyəti
“Azərbaycan elmi XXI əsr:
problemlər və perspektivlər”
5
GEAD İB
GEAD İB
“26 Fevral Xocalı faciəsinə
həsr olunmuş konfrans”
6
GEAD İB
GEAD İB
“31 Mart Azərbaycanlıların
soyqırım gününə həs olunmuş
konfrans”

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
192
7
Dr. Fərhad
Mehdiyev
Bakı Dövlət Universiteti
“Xaricdə araşdırma metodları”
8
Dos. İbrahim
Əhmədov
Azərbaycan Tibb
Universiteti
“Düzgün qidalanma sağlam
həyat tərzinin başlanğıcıdır”
9
Dr. Ceyhun
Mahmudov
Qafqaz Universiteti
“Yaponyada təhsil imkanları”
10
Prof. Akif Hüseynli AMEA, Ədəbiyyat
İnstitutu
“Ədəbiyyat nədir?”
14
Prof. Məhərrəm
Qasımlı
AMEA, Ədəbiyyat İnst.
“Folklor və milli-mənəvi
dəyərlər sistemi”
15
Dos.Ənvər
Abbasov
Azərbaycan Təhsil
Problemləri İnstitutu
“Pedaqoji elmlərdə elmi
tədqiqat metodları”
16
Prof.Akif Abbasov
Azərbaycan Təhsil
Problemləri İnstitutu
“Elmi araşdırmaların başlıca
prinsipləri”
Çap edilmiş hesabatların, məqalələrin,  kitabların sayı
GEAD İB üzvləri tərəfindən 2012-ci ildə çap olunan məqalələr
1
AAK-ın tövsiyə etdiyi yerli jurnallarda çap olunan məqalələrin sayı
29
2
AAK– ın siyahısında olmayan yerli jurnallarda çap olunan məqalələr sayı 12
3
Beynəlxalq indeksli jurnallarda çap olunan məqalələrin sayı
13
4
Elmi cavab məktubu və ön söz formalarında yazlan yazıların sayı
2
5
AAK-ın tövsiyə etdiyi xarici jurnallarda çap olunan məqalələrin sayı
15
6
AAK-ın siyahısında olmayan xaricdə çap olunan məqalələrin sayı
3
7
Yerli saytda yerləşdirilən elmi məqalələrin sayı
9
8
Xarici saytda yayımlanan məqalələrin sayı
3
9
Beynəlxalq konfrans, simpozium, panel və ya elmi yığıncaqlarda tam
mətin olaraq çap olunan tezislərin sayı
33
10
Yerli jurnallarda xarici dildə nəşr olunan məqalələrin sayı
3

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
193
Demokratik Seçkilərə Dəstək Mərkəzi
Mərkəz 2005-ci il martın 17-də təsis edilmiş, lakin qeydiyyata alınmamışdır. 
Təsisçiləri  M.Hüseynova,  İ.Mustafayev  və  Ç.Dadaşovdur.  Hazırda  Mərkəzin 
rəhbəri Çingiz Dadaşovdur. 
Mərkəzin əsas fəaliyyət istiqaməti siyasi yönlüdür. Əsas məqsəd və vəzifəsi 
insan hüquqlarının müdafiəsi və maarifləndirmədir. Hal-hazırda mərkəzin maliyyə 
gəliri yoxdur və könüllülük əsasında fəaliyyət göstərir. 
Mərkəzin qərargahı Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 
ev 5, mənzil 40 ünvanında yerləşir və iki otaqdan ibarətdir. Kompüter və internetlə 
təchiz  olunmayıb.  2010-cu  ildə  Mərkəz  parlament  seçkilərində  tədqiqat  həyata 
keçirmişdir.  Bakı  şəhərində  fəaliyyət  göstərən  12  bələdiyyənin  fəaliyyətinin 
monitorinqini keçirmiş və hesabatını çap etdirmişdir.  
Təşkilat  tərəfindən  Mərkəzi  Seçki  Komissiyasına  (MSK)  seçici  siyahısı  ilə 
əlaqədar tövsiyələr verilmişdir. 
Mərkəzin  layihələri  əsasən  xarici  donorlar  tərəfindən  maliyyələşdirilmişdir. 
Dövlət strukturlarına və nazirliklərə, dövlət siyasətinin bu və ya digər sahələrin 
təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı 10-a yaxındır. 
5 il ərzində Mərkəz bir kitab nəşr etdirmişdir.
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək  və 
inkişaf etdirmək məqsədi ilə təklif olunan tövsiyələrə müsbət yanaşır. Mərkəzin 
rəhbərinin  fikrincə,  BM-lərin  daimi  fəaliyyət  göstərməsi  üçün  bütün  sahələr 
üzrə  obyektiv,  qərəzsiz,  təcrübəli  və  peşəkar  mütəxəssislərdən  ibarət  heyətin 
formalaşması zəruridir. Bununla bərabər, kütləvi informasiya vasitələri ilə sıx iş 
birliyi yaratmaq, özünün internet səhifəsini açmaq, vətəndaşları mütəmadi olaraq 
BM-lər  barədə  maarifləndirmək,  beynəlxalq  təşkilatlarla  əlaqələr  qurmaq  və 
onlarla təcrübə mübadiləsi aparmaq bu yolda önəmli məsələlər hesab olunur. 
Siyasi Texnologiyalar Mərkəzi (STM)
Mərkəz  1999-cu  ilin  may  ayında  yaradılmış,  həmin  ilin  noyabr  ayında 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri  Vəli  Əlibəyov,  İlhamə  Məmmədova  və 
Zemfira Zalovadır. Mərkəzin hazırkı rəhbəri Vəli Əlibəyovdur. 
Mərkəzin əsas fəaliyyət istiqaməti  ictimai-siyasi yönlü olub aşağıdakılardır: 
-   münaqişələrin proqnozlaşdırılması, profilaktikası və həlli; 
-   vətəndaş cəmiyyəti və insan haqları; 
-   sosial-siyasi tədqiqatlar və proqnozlaşdırma; 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
194
-   iqtisadi araşdırmalar və modelləşdirmə; 
-   ictimaiyyətlə əlaqələr (Public Relations) və ictimai rəyin öyrənilməsi
-   Kütləvi İnformasiya Vasitələri, elmin inkişafına yardım və s.
Mərkəzin əsas məqsəd və vəzifələri Azərbaycan cəmiyyəti qarşısında duran 
problemlərin elmi həlli yollarını tapmaqdır. Ölkədə demokratik dəyərlərin bərqərar 
olunması  cəmiyyətin  inkişafında,  insan  haqlarının  qorunmasında,  həmçinin 
ölkənin təbii, maddi və intellektual resurslarından hər bir vətəndaşın rifahı naminə 
istifadə  edilməsi  üçün  ən  optimal  şərait  hesab  edilir.  Mərkəz  Azərbaycanda 
seçki  texnologiyalarından  istifadə  edən  ilk  təşkilat  olub,  hazırda  da  bu  sahədə 
lider  mövqeyindədir.  Mərkəz  öz  fəaliyyətində  Azərbaycanın  suverenliyi,  ərazi 
bütövlüyü  prinsiplərinə  arxalanır  və  bunların  əksinə  yönələn  heç  bir  fəaliyyətə 
qoşulmur və dəstəkləmir. 
Mərkəzin  illik  təxmini  büdcəsi  2.500  manat  civarında  dəyişir  və  əsasən 
tədbirlərə və texniki məsələlərə sərf edilir.  
Mərkəzin qərargahı Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 55/38 ünvanında 
yerləşir və 3 otaqdan ibarətdir. Sürətli internet və kompüterlə təchiz edilmişdir. 
Mərkəzin internet səhifəsi www.cpt.az-dır. Mərkəzdə daimi əsaslarla 2, müddətli 
müqavilə əsasında isə 5-10 əməkdaş işləyir. 
Mərkəzdə  Layihələrin  idarə  olunması  departamenti,  Siyasi  konsaltinq 
departamenti, İctimaiyyətlə əlaqələr departamenti fəaliyyət göstərir. 
Mərkəzin  xaricdə rəsmi  tərəfdaşları yoxdur, lakin əməkdaşların xarici ölkələrə 
10-a yaxın səfəri olmuşdur. 
2006-ci  ildə  “Avropaya  inteqrasiya  və  QHT-lərin  şəbəkəsinin  yaradılması” 
adlı beynəlxalq konfrans təşkil etmişdir. 
“İctimaiyyətlə  əlaqələr:  bələdiyyələr  üçün”  (2002),  “İctimaiyyətlə  əlaqələr: 
QHT-lər  üçün”  (2008),  “Partiya”  bülleteni  (10  buraxılış,  2001-ci  il),  siyasi 
konsaltinq,  seçki  texnologiyaları,  siyasi  təhlillər  və  s.  mövzulara  dair  yerli 
mətbuatda  150-dən  çox  məqalə  və  arayışlar  (1999-2008)  adında  kitabları  nəşr 
etmişdir.  Layihələr  şəxsi  vəsaitin,  Azərbaycanın  biznes  təşkilatlarının,  xarici 
donorların hesabına həyata keçirilmişdir. 
5  il  ərzində  Mərkəz  4  layihə,  1  konfrans,  1  kitab  və  30  yaxın  məqalə  çap 
etdirmişdir. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
və inkişaf etdirmək məqsədi ilə təklif olunan tövsiyələrə müsbət yanaşır. Təklif 
olunur ki, “beyin mərkəzləri”nin inkişafı üçün SAM tərəfindən onlara sifarişlərin 
verilməsi, birgə layihələrin həyata keçirilməsi, yerli biznes strukturlarla BM-lərin 
əlaqələrinin qurulmasında yardım, əlaqələndirmə, BM-lər üçün vergi güzəştlərinin 
tətbiqi və s. məsələlər məqsədəuyğun hesab olunur.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
195
“Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzi 
Diaspor  və  Lobbi”  Strateji Araşdırmalar  Mərkəzi    (qısa  adı  “D&L-SAM”) 
2001-ci ildə yaradılmışdır, lakin qeydiyyata alınmamışdır. Mərkəzin təsisçisi və 
rəhbəri Zaur Əliyevdir. Devizi: “D&L-SAM” ətrafında Azərbaycan diasporunun 
düşünən  beyinlərini  birləşdirməkdir.  “Beyin  mərkəzi”  kimi  yaranması  dünyada 
Azərbaycan  diasporunun  təşkilatlanması,  genişlənməsi,  diaspor  problemi 
ilə  bağlı  ciddi  və  obyektiv  tədqiqatların  aparılması  zərurəti  ilə  bağlıdır.  Eyni 
zamanda,  Mərkəzdə Azərbaycan  diasporu,  lobbiçilik,  geosiyasət,  milli  məsələ, 
beynəlxalq  münasibətlər,  siyasi  elmlər,  fəlsəfə,  tarix,  xarici  siyasət,  strateji 
araşdırmalar, terrorizm, insan hüquqları, miqrasiya, insan alveri, siyasi institutların 
formalaşması,  hüquq  və  digər  mövzularda  tədqiqatlar  aparılır,  strateji  planlar, 
proqramlar,  konsepsiyalar  hazırlanır.  Məqsədi  Azərbaycanda  bu  istiqamətli 
ilk “beyin mərkəzi” olaraq prioritet sahələri araşdırmaq, yeni dünya nizamında 
Azərbaycanın  güclü  olmasına  çalışmaqdır.  Mərkəz  bu  gün  üçün  “Think-Tank” 
olaraq ətrafında düşünən insanları birləşdirdiyinə əmindir.
10 il ərzində diaspor işi ilə bağlı apardığı tədqiqatlar və Diasporla İş üzrə Dövlət 
Komitəsi  ilə  etdiyi  əməkdaşlığa  görə  Diaspor  və  Lobbi  Strateji  Araşdırmalar 
Mərkəzinin sədri Zaur Əliyev Komitə tərəfindən mükafata layiq görülüb.
Mərkəzin əsas məqsədi və vəzifələri xaricdə təhsil almış və alan tələbələrin  
“D&L-SAM”  ətrafında  birləşdirilməsi,  KİV-də  diaspor  barəsində  bütün 
məlumatların toplanılması, “D&L-SAM”-ın maraq dairəsinə daxil olan mövzularda 
kitabların  toplanılması,  dünyada  yaşayan  soydaşlarımız  və  təşkilatlar  barəsində 
məlumat  bazasının  yaradılması,  diaspor  işi  ilə  məşğul  olan  qurumlar,  media 
və  fərdi  şəxslər  arasında  koordinasiyanın  qurulması,  “D&L-SAM”-ın  müasir 
tələblərə  cavab  verən  internet  saytının  yaradılması,  “D&L-SAM”  rəhbərliyi  ilə 
müxtəlif insanların görüşü, yəhudi-türk və dost millətlərin təşkilatları ilə  “D&L-
SAM”  əlaqələrinin  qurulması,  xarici  ölkələrdə  çalışan  azərbaycanlılarla  əlaqə, 
“D&L-SAM”-ın PR işinin qurulması, elektron e-mail qrupunun yaradılması, elm 
və təhsil müəssisələrində “D&L-SAM”-ın nümayəndəlik institutunun yaradılması, 
TV və radio kanallarının birində verilişin hazırlanması, Azərbaycan həqiqətlərinin 
dünya  ictimaiyyətinə  çatdırılması  üçün  informasiya  sisteminin  qurulması, 
dünyanın müxtəlif ölkələrində çalışan Azərbaycan gənclərinin məlumat bazasının 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
196
yaradılması, Azərbaycanın quzeyində və güneyində baş verən hadisələrlə əlaqəli 
hesabatların  hazırlanması, on-line diaspor forumunun yaradılması və s.-dir Bunun 
üçün  Mərkəz  tərəfindən  konfranslar,  forumlar,  görüşlər,  tamaşalar,  konsertlər, 
xeyriyyə  tədbirləri  keçirilir.  Digər  diaspor  təşkilatları  milli  problemlərimizin 
həllinə cəlb edilir, müxtəlif ölkələrin parlamentləri və dövlət yetkililəri ilə əlaqələr 
yaradılır,  onların  azərbaycanlıların  problemlərinin  həllinə  yardımçı  olmalarına 
çalışılır. Mərkəzdə həmçinin hesabat və müraciətlər hazırlanır, bəyanatlar verilir, 
milli problemlərə aid sənədlər hazırlanıb yayılır və s.
Mərkəzin qərargahı Bakı şəhəri, Z.Xəlilov küçəsi, 553-cü məhəllə ünvanında 
yerləşir  və  bir  otaqdan  ibarətdir.  Sürətli  internet  və  kompüterlərlə  təchiz 
olunmuşdur.  Mərkəzin  internet  səhifəsi  http://zaur-aliyev.info/  -dur.  Mərkəzdə 
daimi əsasda 5, müddətli müqavilə əsasında isə 13 əməkdaş işləyir. 
Mərkəzdə Analitika  və  təhlil,  Xarici  əlaqələr,  PR,  Hüquq,  İdeoloji  iş  kimi 
şöbələr fəaliyyət göstərir.  
Mərkəzin beynəlxalq əlaqələri əsasən ABŞ, Türkiyə, Belçika, Fransa, Almaniya, 
Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrdə təşkil olunmuşdur. Mərkəzin rəsmi 
beynəlxalq  tərəfdaşları  “Xəzər”  Azərbaycan-İsveç  Dostluq  Cəmiyyəti,  Dünya 
Azərbaycanlıları Konqresi, GÜNAZ TV, CANAZTV, Benilüks Azərbaycanlıları 
Konqresi, Amerika Azərbaycanlıları  Cəmiyyəti, Azərbaycan Akademik  Birliyi-
Almaniya, Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Mədəniyyət və 
İnformasiya Mərkəzidir (Polşa).
Mərkəzin xarici səfərləri 20-yə yaxındır. 
Mərkəz  20-yə  yaxın  tədqiqat  layihəsi  həyata  keçirmişdir.  Onların  arasında 
Azərbaycan diasporu, dünya diasporları, yəhudi diasporu, erməni diasporu, xarici 
siyasətdə  diaspor  və  lobbi  məsələsi,  türkdilli  diasporlar  arasında  əməkdaşlıq, 
mədəniyyət  siyasəti,  xarici  ölkələrdə  yaşayan  azərbaycanlılarla  sorğular,  milli 
ideologiya, Türkiyə-Azərbaycan  münasibətləri,  digər  diasporlar  ilə  əməkdaşlıq, 
Xəzərin hüquqi statusu, beynəlxalq terrorizm, türkdilli dövlətlər arasında siyasi 
əlaqələrin inkişafı və s. göstərmək olar. 
Mərkəz aşağıda qeyd olunan kitabları çap etmişdir: 
-  Z.Əliyev. Beynəlxalq münasibətlərdə diasporların rolu. Bakı: Nurlan, 2001, 
150 s.
-  Z. Əliyev. Dünya diasporları. Bakı: Qismət, 2005, 349 s.
-  Z.Əliyev. Diaspor - İzahlı  sözlük və məlumat kitabı. Bakı: Yurd, 2007, 376 s.
-  Z.Əliyev. Türkdilli xalqların diasporları. Bakı: Adiloğlu, 2009, 296 s.
Dövlət strukturlarına və nazirliklərə, dövlət siyasətinin bu və ya digər sahələrin 
təkmilləşdirilməsi məqsədi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası və 
türkdilli diasporlar arasında Əməkdaşlıq Strategiyası ilə bağlı təkliflər verilmişdir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
197
Mərkəzdə “Dünya Azərbaycanlıları Konqresi” adlı kitab və Türkiyədə yaşayan 
azərbaycanlılarla birgə “Türkiyə azərbaycanlıları” kitabının bir bölümü üzərində 
işlər davam etdirilir. 
Hal-hazırda mərkəzdə həyata keçirilən layihələr: 
-  “Azərbaycan  diasporu  müasir  beynəlxalq  münasibətlər  sistemində”  (kitab  - 
ilin sonuna qədər təhvil veriləcək). 
-  “Lobbiçilik  və  beynəlxalq  təcrübə”  adlı  kitabın  layihəsi  hazırlanıb  Dövlət 
Komitəsinə təklif edilib. 
-  “Yəhudi diasporu” kitabçasının nəşr edilməsi müzakirə edilir. 
Bu 
layihələrin 
maliyyələşdirilməsi 
Dünya 
Azərbaycanlılarının 
Əlaqələndirilməsi  Şurası,  Dünya  Azərbaycanlıları  Konqresi  və  Diasporla  İş 
üzrə  Dövlət  Komitəsi  tərəfindən  həyata  keçirilir.  Layihələr  arasında  “Türkiyə 
azərbaycanlıları” kitabı beynəlxalq səviyyəlidir.  
5  il  ərzində  Mərkəz  9  kitab,  dövlətə  3  tövsiyə  (Dünya Azərbaycanlılarının 
Həmrəylik Xartiyası, türkdilli diasporlar arasında Əməkdaşlıq Strategiyası, DAK-
ın yeni nizamnaməsinin hazırlanması), 60-dan çox məqalə çap etmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə aşağıdakı təklifləri irəli sürür:
-  Qapalı  formada  bir  elektron  baza  yaradılmalı,  istiqamətlər  forum  kimi 
qeyd  edilməlidir.  Mərkəzlər  üçün  giriş  kodu  verilməli,  müzakirələr  on-line 
aparılmalı və hər kəs mövzular üzrə təkliflərini və fikirlərini bildirməlidir;
-  Elektron məktub-yahoogrup formatında yaradılsa, yaxşı olar. Bu yolla BM-
lərarası fikir mübadiləsi aparıla bilər;
-  “Beyin mərkəzləri” ilə ali və elmi təhsil müəssisələrində görüşlər keçirilməlidir 
(Beyin Mərkəzləri Alyansının timsalında)
-  Beyin Mərkəzləri Alyansının ofisi olmalı və orada həftədə bir dəfə görüşlər 
keçirilməlidir;
-  Sifarişli  yazılar  həyata  keçirilməlidir.  SAM  vasitəçi  qurum  kimi  yerli  və 
beynəlxalq  təşkilatlara  ölkəmizin  “beyin  mərkəzləri”nin  xidmətlərini  təklif 
etməlidir.
-  “Beyin mərkəzləri”nə müxtəlif qurumların sənədlərinə və hesabatlarına sərbəst 
çıxış əldə etmək hüquqi verilməlidir;
-  Beyin Mərkəzləri Alyansı yaradılsa, dövlət qurumları ilə görüşlər keçirib təklif 
və tövsiyələr verilə bilər;
-  Media ilə “beyin mərkəzləri” arasında sıx əməkdaşlıq qurulmalıdır;
-  TV-də həftəlik TOK ŞOU keçirilməli və fikir mübadiləsi aparılmalıdır.
-  Xaricə səfərlər keçirilməli və xaricdə mövcud olan “beyin mərkəzləri” ilə 10-
15 günlük təcrübə mübadiləsi aparılmalıdır və s. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
198
İslam, Demokratiya və İnsan Haqları Mərkəzi 
Mərkəz 1998-ci ildə yaradılmış, lakin qeydiyyatdan keçməmişdir. Mərkəzin 
təsisçiləri  Aytəkin  İmranova,  Nərgiz  Abbaszadə,  Leyli  Quliyeva  və  Təranə 
Cumayevadır. Hazırkı rəhbəri Aytəkin İmranovadır. 
İnsan haqlarının bütün aspektləri, xüsusilə problemli sahələr Mərkəzin əsas 
fəaliyyət sahəsinə daxildir. Mərkəzin əsas məqsədi insan haqları və demokratiyanın 
inkişafına,  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyətinin  bərqərar  olmasına  dəstək 
verilməsi,  bu  proseslərin  milli-mədəni,  tarixi,  dini  köklərə  və  mənbələrə 
əsaslanaraq aparılması, ümumbəşəri və avrointeqrasiya proseslərinin Azərbaycan 
dəyərlərindən bəhrələnməsinə imkan və şəraitin yaradılması, milli-mədəni irsin 
qorunması, öyrənilməsi və təbliğ edilməsi, islamda demokratik dəyərlər, insan, o 
cümlədən qadın haqları, gender problemlərinin, münaqişələrin həllinə tövsiyələrin 
araşdırılması, fəal vətəndaşlıq və ictimai nəzarət mexanizmlərinin tətbiq  olunması,  
azad və ədalətli seçkilərə dəstək verilməsidir.. 
Mərkəzin büdcəsi müxtəlif fondlar tərəfindən dəstəklənən layihələrin həcmindən 
asılıdır. İşlərin bir çoxu ödənişsiz, könüllülük əsasında aparılır və ya əməkdaşlıq 
edilən qurumların, koalisiyaların texniki və təşkilati  imkanları hesabına reallaşdırılır. 
Mərkəzin əsas xərclərini icarəyə götürülən ofisin saxlanılması, texniki təchizat, rabitə 
və nəqliyyat, əmək haqqı və qonorarların verilməsi, beynəlxalq tədbirlərdə iştirak və 
s. təşkil edir. Bu xərclər, bir qayda olaraq, araşdırma, monitorinq, ictimai maraqların 
müdafiəsi  kampaniyalarına,  ictimaiyyəti  maarifləndirmə  və  məlumatlandırma, 
müvafiq  qurumlara  təkliflər  paketinin  hazırlanması  və  göndərilməsinə,  dəyirmi 
masa və mətbuat konfranslarının təşkili və s. fəaliyyətlərə yönəlir.  Qrant məbləgli 
səfərlərlə birgə Mərkəzin büdcəsi 2009-cu ildə 25 min ABŞ dolları, 2010-ci ildə isə 
22 min ABŞ dolları təşkil etmişdir. 
Mərkəzin qərargahı Bakı şəhəri, B.Səfəroğlu küçəsi 165 ünvanında yerləşir və 
3 otaqdan ibarətdir. Sürətli internet və kompüterlərlə təchiz edilmişdir. Mərkəzin 
internet  səhifəsi  http://www.heritage-azerbaijan.com-dur.  Lakin  maliyyə 
çətinlikləri bu səhifəni inkişaf etdirməyə çətinliklər yaradır. Mərkəzdə tam ştatda 
2, yarım ştatda 2, müddətli müqavilə əsasında isə 2 əməkdaş işləyir. 
Mərkəz Gürcüstan, Türkiyə, Rusiya, Orta Asiya və digər ölkələrdə fəaliyyət 
göstərən    bir  çox  təşkilatlarla  yaxından  əməkdaşlıq  edir.  Mərkəz  SEE-Cənub-
Şərqi Avropa mədəni irs təşkilatlarının şəbəkəsinə assosiativ üzv qəbul edilmişdir. 
AVROPANOSTRA-ya (53 ölkənin mədəni irs təşkilatlarının şəbəkəsi) tam üzv 
olmağa hazırlaşır.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
199
Mərkəz  12  tədqiqat  layihəsi  həyata  keçirmişdir:  Dünya  dinlərində  gender 
problemləri  (araşdırma  və  dəyirmi  masalar),  islamda  qadın  haqları  (seminar 
və  ictimai  müzakirələr),  Bakı  -  Avropa  şəhəri  olmalı  (beynəlxalq  sənədlərin 
daxildə  inplementasiyası),  Şəhər  həyatında  vətəndaş  iştirakı  və  şəffaf  büdcə 
(araşdırma, monitorinq, dinləmələr, TV verilişləri, foto və jurnalist müsabiqəsi), 
Tarix-mədəniyyət  abidələrini  dağılmaqdan  qoruyaq  (fotomüsabiqə  və  dəyirmi 
masalar),  beynəlxalq  şəbəkələrə  inteqrasiya  (saytın  yaradılması,  disklərin 
hazırlanması,  kitabın  çapı),  dövlət  siyahılarında  olan  abidələrə  dəyən  ziyanın 
müəyyənləşdirilməsi (məruzənin hazırlanması və təkliflər paketinin təqdimi),
mədəni  hüquqların  qorunması  və  sağlam  ətraf  mühitdə  yaşamaq  hüququna 
dəstək kampaniyaları (təşkilatın və tərəfdaşların daxili imkanları hesabına)._
Həmçinin mülkiyyət hüququna dəstək və vətəndaşların hüquqlarının qorunması, 
bu  istiqamətdə  qanun  və  normativ  aktların,  sərəncam  və  başqa  sənədlərin 
araşdırılması, masaüstü tədqiqat, naturada monitorinq tədbirləri, forofiksasiya və 
s.  işlər  də  kənardan  maliyyə  dəstəyi  olmadan  insanların  ehtiyaclarından  doğan 
təcili və təxirəsalınmaz tədbirlər kimi həyata keçirilmişdir. 
Mərkəz 100-ə yaxın məqalə, müsahibə, 1 kitab, hər layihə üzrə ayrı-ayrı hesabat 
hazırlamışdır.  Mövzular  geniş  spektrdə:  insan  haqlarının,  qadın  problemlərinin 
müxtəlif  aspektləri,  tarix-mədəniyyət  abidələrinin  qorunmasında  problemlər, 
mülkiyyət məsələləri, ekoloji problemlər: yaşıllığın məhv edilməsi, sağlam ətraf 
mühit, şəhərsalma norma və etalonları, paytaxtın idarəçiliyində ciddi problemlər, 
vətəndaşların və ictimaiyyətin məlumatlandırılması, şəhərin baş planı və inkişaf 
istiqamətləri və s. işlənmişdir. 
Mərkəz  tərəfdaş  təşkilatlarla  birgə  QHT-lərə  əlverişli  hüquqi  mühitin 
yaradılması  barədə  təkliflər  paketini  Milli  Məclisin  bir  neçə  komissiyasına 
göndərmiş, Prezident Administrasiyasına, müvafiq nazirliklərə tarix-mədəniyyət 
abidələrinin məhv edilməsinin qarşısının alınması, milli-mədəni irsə dəyən ziyanın 
müəyyənləşdirilməsi  barədə  hesabat,  elmi-bərpa  işləri  zamanı  riayət  olunmalı 
qayda və təlimatlar barədə arayış, Nazirlər Kabineti tərəfindən dövlət qeydiyyatına 
alınmış  abidələrin  vəziyyəti  barədə  monitorinq-hesabat  mətbuat  konfransları 
vasitəsilə  ictimaiyyətə  və  müvafiq  strukturlara  təqdim  etmişdir.  Bu  məsələlərlə 
əlaqədar rəsmi qurumlara yüzlərlə informasiya sorğusu göndərilmişdir. 
Layihələrin  maliyyələşdirilməsi  əsasən  xarici  donorlar  və  QHT-lərə  Dövlət 
Dəstəyi Şurası tərəfindən həyata keçirilmişdir.  
Hal-hazırda Mərkəz 2 layihə üzərində işləyir. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
200
məqsədi ilə təklif olunan ideyalara pozitiv yanaşır. Bununla bərabər, hesab edir ki, 
QHT-akademik tədqiqat institutları arasında fikir mübadiləsinin və əməkdaşlığın 
təşkilini, bəzi aspekt və problemli sahələrin moderatorluğunu SAM  öz üzərinə 
götürə bilər. Bu təşkilatlar üçün ayrıca  bir resurs-mərkəz tipli, hər hansı bir texniki 
yardım və ya başqa dəstək göstərə bilən bir yer ayrılması məsləhətlidir və  orada 
müvafiq kitabxana, avadanlıq, konfrans zalı və s. olmalıdır.
Milli Strateji Araşdırmalar Mərkəzi
Mərkəz 2009-cu il yanvarın 26-da yaradılmış, lakin qeydiyyatdan keçməmişdir. 
Təsisçilər Natiq Miri, Ənvər Məmmədov və Sahib İbrahimovdur.
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  sosial,  mədəni  və  siyasi  yönlüdür.  Əsas 
məqsəd  və  vəzifələri  əhalinin    dövlət-hüquq  və  vətənpərvərliyinin,  mədəniyyət 
sahəsində  islahatların  dərinləşməsinə,  vətəndaş  cəmiyyətinin  formalaşmasına 
xidmət  edən,  sosial  cəhətdən  əhəmiyyətli  hər  cür  təşəbbüslərin  müdafiəsinə, 
eyni zamanda respublikadan kənarda yaşayan soydaşlarımızla sosial və mədəni 
əlaqələrin gücləndirilməsinə, beynəlxalq və geosiyasi məkanda baş verən və verə 
biləcək siyasi hadisələrin araşdırılması və təhlilinə nail olmaqdır. 
Nizamnaməyə  uyğun  olaraq,  Mərkəz  xarici  donorlardan  hər  hansı  formada 
yardım  almır.  Qeydiyyatsız  dövlət  qrant  layihələrində  rəsmi  iştirak  mümkün 
olmadığı  üçün  stabil  büdcə  müəyyənləşdirmək  mümkün  olmur.  Mərkəz 
tərəfindən yazılan təhlil və məqalələr, aparılan araşdırmalar müqabilində mətbuat 
orqanlarından  alınan  qonorar  əsasən  texniki  avadanlığın  alınmasına,  tədqiqat 
layihələrinə və mətbuat konfranslarının təşkilinə sərf olunur. Mərkəzin qərargahı 
Bakı  şəhəri,  Dağıstan  küçəsi,  ev  3  ünvanında  yerləşir.  Bir  otaqdan  ibarətdir, 
internet və kompüterlərlə təchiz edilmişdir.  
Mərkəz tərəfindən 350-dən çox araşdırma və məqalə mətbuat və konfranslarda 
təqdim  olunmuşdur.  Həyata  keçirilmiş  layihələrin  əsas  mövzusu  “Erməni 
soyqırımı”  xristian  alimlərinin  gözü  ilə”,  “Cənubi  Qafqazda  risk  faktorları, 
Dağlıq  Qarabağ  probleminin  həlli  yolları”,  “Şimali  Qafqazda  gedən  proseslər 
və  Azərbaycana  təsiri”,  “ABŞ  xarici  siyasətinin  prioritetləri,  Türkiyə  və  ABŞ 
arasında model müttəfiqlik”, “Yaxın Şərqdə gedən proseslər və təsiri” və s.-dir. 
350-dən çox araşdırma və təhlil məqaləsi işıq üzü görüb. Bir kitab dərc olunub 
(kitabın adı: “Erməni xəyanəti və Gürcüstan” (Azərbaycan və ingilis dillərində). 
“Erməni  soyqırımı”  xristian  alimlərinin  gözü  ilə”  adlı  digər  bir  kitab  vəsait 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
201
çatışmazlığı səbəbindən hələlik layihə halındadır. 
Mərkəz  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı 
genişləndirmək  məqsədi  ilə  təklif  olunan  ideyalara  pozitiv  yanaşır.  Mərkəzin 
fikrincə,  dövlət  mənafeyinin  ziddinə  fəaliyyət  göstərməyən  bütün  “beyin 
mərkəzləri”ni  rəsmiləşdirmək,  fəaliyyətlərini  stimullaşdırmaq  və  vahid  sistem 
üzrə fəaliyyəti tənzimləmək lazımdır. Bu, xarici donorlardan asılılığa son qoyar, 
bütün potensialın reallaşmasına kömək edərdi.
“AREAT” Müasir Sosial Proseslərin Tədqiqat Mərkəzi
Mərkəz  1998-ci  ilin  yanvarında  yaradılmışdır  və  27  mart  1998-ci  ildə 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri  Əli  Abbasov,  Yelena  Qasımova,  Rəhman 
Bədəlov və Toğrul Cuvarlıdır. Mərkəzin indiki rəhbəri Əli Abbasovdur. 
Mərkəz  əsasən  sosial,  iqtisadi,  hərbi,  siyasi,  mədəni  və  gender  sahələrində 
fəaliyyət  göstərir.  Fəal  sosial  texnologiyaların  inkişafı  əsasında  Azərbaycanda 
vətəndaş cəmiyyətinin təşəkkülünə kömək etmək Mərkəzin əsas məqsədidir.
Mərkəzin  qərargahı  Bakı  şəhəri,  K.Rəhimov  küçəsi,  84  ünvanında  yerləşir. 
Sürətli  internet  və  kompüterlərlə  təchiz  olunmuş  bir  otaqdan  ibarətdir.  İnternet 
səhifəsi www.gender-az.org-dır. Mərkəzdə daimi əsaslarda 4, müddətli müqavilə 
əsasında isə 5 əməkdaş işləyir, informasiya mərkəzi və şöbələr fəaliyyət göstərir. 
Beynəlxalq  tərəfdaşları  aşağıdakılardır:  www.ginsc.net,  http://qanun-az.
com, http://azhumanrights.az, www.osi-az.org, http://www.gmc.ge/, http://www.
mediaforum.az/,  www.demaz.org,  http://www.witt-project.net/,  http://www.
gendergateway.uz/. 
Mərkəz 30-a yaxın xarici səfər təşkil etmiş, 6 tədqiqat layihəsi, 8 elmi konfrans 
həyata keçirmişdir  (qadınlar zorakılığa qarşı, qadınlar və İKT, 3 alternativ hesabat 
SİDO, bələdiyyə, sosial müdafiə). 
Gender  bərabərliyi,  bələdiyyə,  mədəniyyət  sülhü,  münaqişələrin  həlli 
mövzularında 86-ya yaxın məqalə, hesabat və kitab çap etmişdir. Dövlət qurumları 
üçün sosial müdafiə üzrə 12, gender bərabərliyi üzrə 78 tövsiyə-təklif hazırlamışdır. 
Layihələrin maliyyələşdirilməsində əsasən xarici donorlar iştirak etmişlər. 
Mərkəz 5 il ərzində 28 tədqiqat layihəsi, 5 elmi konfrans həyata keçirmiş, 135 
məqalə, 15 kitab çap etdirmişdir. Bununla bərabər, Mərkəz dövlət qurumlarına 90 
tövsiyə-təklif hazırlamışdır. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
202
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM)
Milli  və  Beynəlxal  Araşdırmalar  Mərkəzi  (MBAM)  2009-cu  ildə 
yaradılmışdır.  MBAM  Bakıda  yerləşən    müstəqil,  qeyri-mənfəətli  araşdırma 
mərkəzidir. Mərkəzin yaradıcısı və rəhbəri politoloq Leyla Əliyeva, həmtəsisçisi 
Aydın  Balayevdir.  (Həmçinin    L.Əliyeva  bundan  əvvəl  (1991-1997)    «Strateji 
və  Beynəlxalq  Tədqiqatlar  Mərkəzinin  Mərkəzinin  (Center  for  National  and 
International Studies)   təsisçisi və prezidenti olmuşdur.)
Mərkəzin ünvanı: Səid Rüstəmöv 10, rəsmi internet səhifəsi ingilis dilindədir: 
http://cnis-baku.org/eng/.
MBAM-nin  əsas  məqsədi:  bir  çox  sahələrdə:  regional  münaqişələr  və 
təhlükəsizlik, milli quruculuq və demokratiya, xarici və daxili siyasət və s.haqda 
müstəqil araşdırmalar aparmaqdır. Mərkəz həmçinin-tarix və arxeologiya, tarixi 
abidələrin  bərpası  və  qorunması,  eləcə  də  gender  və  ətraf  mühitin  mühafizəsi 
sahəsində bir çox proqramları tədqiq və tətbiq edir.
MBAM Azərbaycanın Avropaya və Avro-Atlantik strukturlara inteqrasiyasını 
dəstəkləyir və onu Avropa Birliyini üzvü olan müstəqil demokratik dövlət kimi 
görməyi arzu edir.
MBAM-nin  həyata  keçirdiyi  əsas  tədqiqat  və  layihə  işlərindən  bir  neçəsi 
aşağıdakılardır: 
  
Mərkəzin əsas nəşrləri:
1.  Türkiyə  və  Azərbaycanda  demokratiya  və  ikitərəfli  münasibətlər 
haqqında debatlar.  2012;
2.  XXI əsrin Türk dövlətlərində kimlik seçimi.  2012;
3.  Azərbaycan və Türkiyədə demokratiyanın inkişaf tarixinə baxışlar. 2010;
4.  Azərbaycan  tarixində demokratik dəyərlər 2009;
5.  Azərbaycanda siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi 2012;
6.  Bakı nefti və yerli icmaların tarixi 2012;
7.  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli:  əlverişsiz  güc  balansı  və  daxili 
siyasi durğunluq üçün girov. 2011;
8.  Ərəb inqilabları, Avropanın Yaxın Şərqə yanaşması üçün dərslər 2011;
9.  Abşeronun neft tarixi 2011.
Mərkəz  həmçinin  qeyd  edilən  mövzular  ətrafında  bir  çox  respublika  və 
beynəlxalq miqyaslı konfranslar təşkil etmişdir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
203
4.5. İctimai-siyasi sahədə fəaliyyət  göstərən Araşdırma və 
Beyin Mərkəzləri ilə keçirilən sorğunun ümumi statistikası 
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin