FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

Kateqoriya 
Orta hesabla
Ümumi 
Büdcə
15000
90000
Qərargah (otaqların sayı)
2
12
Daimi kadrlar
2.7
16
Müddətli müqavilə əsasında
işləyən kadrlar
1.2
7
Şöbələrin sayı
3.8
23
Beynəlxalq tərəfdaşların sayı
1
6
Xarici səfərlərin sayı
6.3
38
Həyata keçirilmiş layihələrin sayı
6
36
Həyata keçirilmiş elmi konfransların sayı
0.5
3
Çap edilmiş kitabların sayı
11.8
71
Çap edilmiş hesabatların sayı
0.5
3
Məqalələrin sayı
10.3
62
Dövlətə tövsiyələr
0.3
2
Beynəlxalq səviyyəli layihələr
1
6
Cari layihələr
2.8
17
5 il ərzində kitabların sayı
0.2
1

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
234
5 il ərzində layihələrin sayı
11.8
71
5 il ərzində hesabatların sayı
0.3
2
5 il ərzində konfransların sayı
4.2
25
5 il ərzində məqalələrin sayı
35
210
5 il ərzində dövlətə təkliflərin sayı
0.2
1
4.10. Təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri
 
“Atlas” Araşdırmalar Mərkəzi 
Mərkəz 2005-ci ildə yaradılmış, hələlik qeydiyyatdan keçməmişdir. Təsisçiləri 
Elxan Şahinoğlu və Afət Quliyevadır. Hazırkı rəhbəri Elxan Şahinoğludur. 
Mərkəzin əsas fəaliyyət istiqamətləri siyasi və təhlükəsizlik araşdırmaları, siyasi 
sənədlərin  hazırlanması,  bölgədəki  proseslərin,  Dağlıq  Qarabağ  münaqişəsinin 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
235
həllindəki  danışıqlar  prosesinin  izlənilməsi,  bu  mövzulara  aid  kitabların  nəşri 
və  dəyirmi  masaların  təşkilidir.  Məqsədi  Azərbaycanın  milli  və  təhlükəsizlik 
maraqlarına  birbaşa  və  dolayısıyla  toxunan  məsələlərin  araşdırılması,  bunların 
analiz, şərh, müsahibə, dəyirmi masalar yolu ilə geniş ictimaiyyətə çatdırılmasıdır. 
Mərkəzin büdcəsi ianələr əsasında formalaşır. Qərargahı Bakı şəhəri, Musabəyov 
qəsəbəsi, Mirəli Seyidov küçəsi, mənzil 47 ünvanında yerləşir, iki otaqdan ibarətdir 
və kompüterlərlə təchiz olunmuşdur. Veb-portalı hazırlanmaqdadır. 
Mərkəz beynəlxalq səviyyədə Türkiyənin iki araşdırma mərkəzi ilə sıx əlaqələr 
qurub.  Bunlar  21-ci  Əsr  Türkiyə  İnstitutu  və  “Qafqaz”  Strateji  Araşdırmalar 
Mərkəzidir.  Mərkəzin  rəhbəri  Elxan  Şahinoğlunun  təhlilləri  Türkiyənin  bu  iki 
mərkəzinin dərgilərində yer alır. Bununla bərabər, Mərkəz Kiyevdə yerləşən Yaxın 
Şərq Araşdırmaları Mərkəzi ilə də əməkdaşlıq edir.  Mərkəzin rəhbəri mütəmadi 
olaraq xarici ölkələrdə keçirilən konfranslara dəvət alır. Sonuncu belə konfrans 
Latviyadakı Soros Fondu nümayəndəliyinin dəvəti ilə 2010-cu ilin dekabr ayında 
həyata  keçirilib.  E.Şahinoğlu  Riqada  iki  məruzə  ilə  çıxış  edib.  “Azərbaycanın 
daxili  və  xarici  siyasəti”  mövzusunda  birinci  məruzə  Latviya  ekspertləri  və 
diplomatları  qarşısında  edilib.  İkinci  məruzə  isə  Latviya  Sosial  Tədqiqatlar 
İnstitutunun tələbələri qarşısında həyata keçirilib. İkinci məruzə daha çox Dağlıq 
Qarabağ münaqişəsinin yaranma tarixi və indiki durumunu əhatə edib. Mərkəzin 
rəhbəri  ayrı-ayrı  illərdə  NATO-nun  mənzil-qərargahına  dəvət  alıb.  ABŞ-da 
“Münaqişələrin həlli və onların qarşısının alınması” mövzusunda keçirilən tədbirlə 
bağlı 24 günlük səfərdə olub. Həmçinin bir neçə il əvvəl Misir və Livanda olan 
Elxan Şahinoğlu buradakı siyasi durum haqqında təhlillərlə çıxış edib. Mərkəzin 
rəhbəri Yunanıstanda  yaşayan  türklərin  durumunu  araşdırmaq  məqsədilə  Qərbi 
Trakyada da 10 günlük səfərdə olub. Səfərdən sonra o, Qərbi Trakyadakı türklərin 
problemləri mövzusunda silsilə yazılarla çıxış edib.
Mərkəz fəaliyyətə başladığı gündən bu günədək onlarla tədqiqat layihəsi həyata 
keçirmişdir. Bu araşdırmaların əsas mövzuları “Dağlıq Qarabağ münaqişəsinin həlli 
yolları”, “Xəzərin statusundakı son durum”, “Azərbaycan-Türkiyə müasibətlərinin 
bu  günü  və  perspektivi”,  “Gürcüstanla  strateji  əlaqələrin  üstünlüyü”,  “Rusiyanın 
Cənubi  Qafqazdakı  rolu”,  “İranda  mümkün  dəyişikliklər  və  Güney  Azərbaycan 
problemi”, “Azərbaycanın hərbi doktrinasının üstünlükləri” və s. olmuşdur.
Mərkəz  bir  neçə  konfrans  həyata  keçirmişdir.  Son  iki  konfrans  “Cənubi 
Qafqazda sabitlik və inkişaf platformasının gerçəkləşməsi imkanları” və “Dağlıq 
Qarabağın statusu necə olmalıdır?” mövzularında olub.
Mərkəz rəhbərinin son kitabı isə “Dağlıq Qarabağ: statussuz status” adlanır. 
2010-cu  ilin  sonunda  çap  edilən  kitabda  dünyada  mövcud  olan  10  status 
modelindən  söhbət  açılır  və  bu  modellərin  Dağlıq  Qarabağa  tətbiqi  imkanları 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
236
araşdırılır. Alınan nəticəyə görə, ərazi bütövlüyünü əsas tutan modellərdən hər biri 
Dağlıq Qarabağ üçün münasibdir. 
Mərkəzin dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi ilə əlaqələri yox 
dərəcəsindədir. Dövlət qurumları Mərkəzin araşdırmaları və tövsiyələri ilə çap və 
elektron mediası vasitəsilə tanış olsalar da, Mərkəzlə təmasları yoxdur.
Mərkəzin  layihələri  yalnız  öz  büdcəsi  hesabına  həyata  keçirilir,  sifarişlər 
əsasında beynəlxaq səviyyəli layihələr də reallaşdırılır. Bu sıraya daha çox siyasi 
sənədlərin (policy paper) hazırlanması aiddir.
Mərkəz hazırda bir neçə layihə üzərində çalışır. Bunlardan biri ərəb dünyasında 
baş verən son hadisələrin analizi və bunların Cənubi Qafqaza təsir imkanlarının 
araşdırılmasıdır. Digər layihə Mərkəzin hər zaman üzərində çox çalışdığı “Dağlıq 
Qarabağ  münaqişəsinin  hazırkı  danışıqlar  raundunun  monitorinqi”dir.  Başqa 
sözlə,  Mərkəz  “Növbəti  il  münaqişənin  həllində  önəmli  il  ola  bilərmi”  sualına 
cavab tapmağa çalışır.  
Mərkəz “Dağlıq Qarabağ və təhlükəsizlik” mövzusunda xeyli araşdırma həyata 
keçirməsinə  baxmayaraq,  qeydiyyatı  olmadığından  QHT-lərə  Dövlət  Dəstəyi 
Şurasının müsabiqələrində iştirak edə bilmir və nəticədə problemlər yaşanır. 
Əməkdaşlığın  prioritet məsələlərinə gəldikdə isə, Mərkəz heç olmasa ayda 
bir dəfə fikir mübadiləsinin, birgə “beyin hücumu”nun təşkil edilməsini, analitik 
məhsulların birgə hazırlanması və ya mübadiləsini vacib sayır. Mərkəzin rəhbəri 
hesab  edir  ki,  necə  ki  mətbuata  və  QHT-lərə  Dövlət  Dəstəyi  Şuraları  fəaliyyət 
göstərir, eləcə də mövcud və özünü təsdiq etmiş ABM-lərin də dövlət dəstəyinə 
ehtiyacı var.
    
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM)
Mərkəz  2006-cı  ilin  mart  ayında  yaradılmış  və  2009-cu  il  fevralın  19-da 
qeydiyyatdan  keçmişdir. Təsisçiləri  Hatəm  Cabbarlı,  İlham  Həsənov  və  Elmira 
Məmmədovadır. Rəhbəri Hatəm Cabbarlıdır. 
Mərkəz  Azərbaycanın  milli  mənafeyinin  qorunmasının  önündəki  fürsət  və 
əngəlləri, təhlükəsizliyini təhdid edən problemləri aydınlaşdırmaq və analiz etmək, 
elmi fundamental siyasət və bu siyasətə uyğun strategiyalar hazırlamaq, bunları 
dövlət  və  ictimaiyyətlə  paylaşaraq  milli  təhlükəsizlik  mədəniyyətinin  inkişaf 
etdirilməsi çalışmaları ilə regional və qlobal stabillik və sülhə xidmət etməyi hədəf 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
237
seçən  bir  strateji  araşdırma  qurumudur.  Mərkəz  həyata  keçirdiyi  elmi,  analitik 
fundamental,  obyektiv  araşdırmalar,  toplantılar,  konfranslar,  simpoziumlar  və 
hesabatlarla  regionun  və  dünyanın  ciddi  araşdırma  mərkəzlərindən  biri  olmağa  
qərar vermişdir.
Əsas  məqsədi  beynəlxalq  proseslərin  strateji  analizinə,  Azərbaycanda 
demokratik  inkişaf  və  hüquqi  dövlət  quruculuğu  prosesinə,  dünyada  gedən 
proseslərin Azərbaycanda daha yüksək səviyyədə öyrənilməsinə, Azərbaycanda 
strateji  araşdırmalar  sahəsinin  inkişafına, Azərbaycanda  və  dünyada  baş  verən 
proseslərin dərindən analizinə, media sahəsində inkişafa, Azərbaycan mediası ilə 
dünya mediası arasındakı əlaqələrin səviyyəsinin artmasına öz töhfəsini verməkdir.
Mərkəzin stabil olaraq büdcə xərcləri təxminən 3.500-4000 AZN təşkil edir. 
Qərargahı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Eldar Babayev 
küçəsi, ev 78/48 ünvanında yerləşir. Kompüterlə və internetlə təchiz olunmuş bir 
otaqdan ibarətdir. Daimi işləyən əməkdaşlarının sayı 3-dür. Rəsmi internet səhifəsi  
www.atsam.org-dur. 
Mərkəzdə  Cənubi  Qafqaz,  Orta  Şərq,  Mərkəzi Asiya,  Avropa  və  Amerika, 
Təhlükəsizlik problemləri adlı şöbələr fəaliyyət göstərir. Mərkəzin əsas beynəlxalq 
tərəfdaşları  21-ci  Əsr  Türkiyə  İnstitutu,  Türkiyə  Beynəlxalq  Çalışmalar, 
Ekoavrasya  Fondudur.  Mərkəzdə  il  ərzində  iş  məqsədi  ilə  təxminən  3-4  xarici 
səfər təşkil olunur. 
Hal-hazırda  Mərkəz  www.qerbiazerbaycan.com  internet  səhifəsini  
hazırlamışdır.  Bu  layihə    Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə  dəstəyi  ilə 
reallaşdırılmışdır.  Mərkəz  fəaliyyəti  dövründə  200-dən  çox  tədqiqat  layihəsini  
həyata keçirmişdir. 
Mərkəz  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  və 
koordinasiyanı  artırmaq  məqsədi  ilə  sadalanan  təkliflərin  hər  birini  müsbət 
qiymətləndirir. 
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar  
Mərkəzi İctimai Birliyi
Mərkəz 2005-ci ilin mayında yaradılmış, 2007-ci il dekabrın 26-da qeydiyyatdan 
keçmişdir.  Mərkəzi 
Cəsur  Məmmədov  (Sumərinli),  “Ayna”  və  “Zerkalo” 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
238
qəzetlərinin  əməkdaşı  İ.Abbasov,  Reportyorların  Azadlığı  və  Təhlükəsizlik 
İnstitutunun (RATİ) əməkdaşı
 təsis etmişdir. Rəhbəri Cəsur Məmmədovdur. 
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti 
müdafiə  və  təhlükəsizlik  sektorunda 
araşdırmalar aparmaq, hərbi jurnalistikanın inkişafını təşkil etməkdir. 
İllik büdcəsi 10-20 min manat arasında dəyişir. Mərkəzdə müddətli müqavilə 
əsasında 3, daimi əsaslarda da 3 nəfər çalışır. İldə 2-5 xarici səfər həyata keçirilir. 
Mərkəz 9 tədqiqat layihəsi həyata keçirmişdir. Bu layihələrdən aşağıdakıları 
qeyd etmək olar: 
-   Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırıl- masının 
monitorinqi (2007);
-   Azərbaycanın  müdafiə  və  təhlükəsizlik  sektorunda  ümumi  islahatların 
vəziyyəti (2008);
-   Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilərin monitorinqi (2003-
2011-ci illər,  illik);
-   Azərbaycanın müdafiə xərcləri və onun səmərəliliyi (2005-2011-ci illər, illik);
-   Azərbaycan  –  NATO  əməkdaşlıq  sənədlərində  ordu  quruculuğundan  bəhs 
edən  öhdəliklərin  öyrənilməsi  və  onların  yerinə  yetirilməsi  vəziyyətinin 
araşdırılması (2005-2011-ci illər, illik);
-   Cənubi  Qafqazda  hərbi  təhlükəsizlik  vəziyyəti  və  ona  təsir  edən  məsələlər 
(2005-2011-ci illər, illik);
-   Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin öyrənilməsi 
və müharibə ehtimalının araşdırılması (2005-2011-ci illər, illik);
-   Hərbi  sahədə  informasiya  əldə  etmək  mədəniyyətinin  inkişafı  prosesinin 
öyrənilməsi (2010);
-   Hərbçilərin  sosial  rifahına  xidmət  edəcək  qanunvericilik  təkliflərinin 
hazırlanması (2011). 
Mərkəz 2 kitab çap etdirmişdir:
-   “İrəliyə, NATO-ya doğru” (2007);
-   “Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya 
təcrübəsi” (2010).
Layihələrin maliyyələşdirilməsini NATO İctimai Diplomatiya Bölməsi, Açıq 
Cəmiyyət  İnstitutu  –  Yardım  Fondu,  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında QHT-lərə Dövlət Dəstəyi Şurası təşkil etmişdir. 
Hal-hazırda Mərkəz aşağıdakı layihələr üzərində çalışır:
-  Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması 
prosesinin araşdırılması layihəsi;
-  Hərbi qulluqçuların sosial rifahına xidmət edən qanunvericilik təkliflərinin 
hazırlanması;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
239
-  Müdafiə və təhlükəsizlik sektorunda itkilərin monitorinqi;
-  NATO-nun  Yeni  Strateji  Konsepsiyasından  irəli  gələn  yeni  tərəfdaşlıq 
siyasətində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın rolunun öyrənilməsi;
-  Xəzərin  təhlükəsizliyi  probleminin  araşdırılması:  ABŞ  və  Azərbaycan 
əlaqələrinin perspektivi. 
Layihələrin  maliyyələşdirilməsi  könüllülük  əsasında  və  Prezident  yanında 
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilmişdir. 
Mərkəzin:
-  “NATO-nun  Yeni  Strateji  Konsepsiyasından  irəli  gələn  yeni  tərəfdaşlıq 
siyasətində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın rolunun öyrənilməsi”;
-  “Xəzərin  təhlükəsizliyi  probleminin  araşdırılması:  ABŞ  və  Azərbaycan 
əlaqələrinin perspektivi” layihələri beynəlxalq səviyyəlidir. 
Mərkəz təklif olunan tövsiyələrə müsbət yanaşır. 
Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM)
Mərkəz  2008-ci  il  iyulun  15-də  yaradılmış,  2009-cu  il  iyulun  16-da 
qeydiyyatdan keçmişdir. Təsisçiləri Yaşar Cəfərli, İldırım Məmmədov və Cəsur 
Məmmədovdur. Rəhbəri Yaşar Cəfərlidir.  
Mərkəzin  əsas  fəaliyyəti  hərbi  istiqamətlidir.  Əsas  məqsədi  və  vəzifəsi 
təhlükəsizlik və müdafiə sahəsində analitik araşdırma və tədqiqatların aparılması, 
təhlil edilməsi, rəy və şərhlərin verilməsi, proqnozlaşdırmalardır. 
Mərkəzin illik təxmini büdcəsi 5.000-10.000 manat arasında dəyişir. Qərargahı 
AZ 1065, Bakı şəhəri, Bəsti Bağırova küçəsi, 14 ünvanında yerləşir və bir otaqdan 
ibarətdir. Sürətli internet və kompüterlərlə təchiz edilmişdir. İnternet səhifəsi www.
milaz.info-dur. Mərkəzdə müddətli müqavilə əsasında 4 əməkdaş işləyir. 
Mərkəz 2 layihə həyata keçirmişdir:   
1)  Həftədə bir dəfə bülleten buraxılır (layihə davam edir.)
2)  “Region ölkələrinin hərbi doktrinaları: stabillik, yoxsa qarşıdurma təhlükəsi”.
Layihələr fərdi ianələr və xarici donorların maliyyə dəstəyi hesabına həyata 
keçirilmişdir. 
Mərkəz “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək məqsədi ilə 
təklif olunan ideyalara müsbət yanaşır. Bununla bərabər, “beyin mərkəzləri”nin 
fəaliyyətinin  stimullaşdırılması  məqsədilə  dövlət  dəstəyinin,  xüsusi  dövlət 
sifarişlərinin təşkilini vacib sayır.   

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
240
4.11. Təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri  ilə keçirilən sorğunun 
ümumi statistikası 
Kateqoriya 
Orta hesabla 
Ümumi 
Büdcə
5300
26500
Qərargah (otaqların sayı)
0.8
Birində yoxdur
4
Daimi kadrlar
3.8
19
Müddətli müqavilə əsasında işləyən kadrlar  0.6
3
Şöbələrin sayı
1
5
Beynəlxalq tərəfdaşların sayı
0.6
3
Xarici səfərlərin sayı
6.4
32
Həyata keçirilmiş layihələrin sayı
4.2
21
Həyata keçirilmiş elmi konfransların sayı
1.8
9
Çap edilmiş kitabların sayı
0.6
3
Çap edilmiş hesabatların sayı
Məqalələrin sayı
14.6
73
Dövlətə tövsiyələr
Beynəlxalq səviyyəli layihələr
1
5
Cari layihələr
1.8
9
5 il ərzində kitabların sayı
0.6
3
5 il ərzində layihələrin sayı
43
215
5 il ərzində hesabatların sayı
5 il ərzində konfransların sayı
1.4
7
5 il ərzində məqalələrin sayı
14.6
73
5 il ərzində dövlətə təkliflərin sayı

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
241
4.12. Ekoloji sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri
Sumqayıtın Ekoloji Reabilitasiya Mərkəzi
Mərkəz  2001-ci  ilin  may  ayında  yaradılmış,  2002-ci  il  avqustun  9-da 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf 
Proqramı və Sumqayitın “Ecopark” ekoloji təşkilatıdır. Rəhbəri Arif  İslamzadədir. 
Mərkəzin  əsas  fəliyyət  istiqaməti  sosial,  ekoloji  və  iqtisadi  yönümlüdür. 
Məqsədi yerli, milli və beynəlxalq səviyyədə dövlət və qeyri-dövlət təşkilatları, 
işguzar  dairələr  və  birliklərlə  əməkdaşlığı  inkişaf  etdirməklə  Azərbaycan 
Respublikasının sosial-ekoloji problemlərinin həllinə kömək etməkdir. 
Mərkəzin qərargahı AZ 5000, Sumqayıt şəhəri, Nizami küçəsi, 16 ünvanında 
yerləşir, 5 otaqdan ibarətdir, internet və kompüterlərlə təmin olunmuşdur. Mərkəzdə 
daimi əsaslarda 4, müddətli müqavilə əsasında 7-10 nəfər işləyir. Mərkəzin 20-yə 
yaxın beynəlxalq tərəfdaşı mövcuddur. Onların ən əsasları Texas A&M University, 
Purdue University (ABŞ), Albert University (Kanada), Moskva Dövlət Universiteti, 
Coğrafiya İnstitutu (Qazaxıstan), MARİS (Hollandiya) və s.-dir. 
Mərkəz 2010-cu ildə 3 layihə həyata keçirmişdir: 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
242
1.  İqtisadiyyat - “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə   
     yardım”. Regional iqtisadi komponent. AB-nin layihəsi;
2. Energetika - “MDB-də enerji bazarının inteqrasiyasına və dayanıqlı inkişafına 
yardım”. “AB-nin layihəsi;
3.  İnformatika  -  “Sənaye  və  ekoloji  gostəricilər,  Xəzər  dənizinin  informasiya 
xidməti”.  AB-nin layihəsi; 
Bununla  bərabər,  Mərkəz  2010-cu  ildə  5  məqalə  çap  etdirmiş,  dövlət 
strukturlarına 1 layihə, 5 layihə-təklif hazırlayıb təqdim etmişdir. 
İnformatika, təhsil, dayanıqlı inkişaf mövzularını əhatə edən təkliflər aşağıdakı 
nazirlik və komitələrə göndərilmişdir:
-  Sumqayıt Şəhər İcra Hakimiyyətinə;
-  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə;
-  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə;
-  Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə;
-  Meliorasiya və Su Təsərrüfatı Komitəsinə;
-  “Azərkimya” İstehsalat Birliyinə və s.
Layihələrin maliyyələşdirilməsinə Avropa Birliyi dəstək olmuşdur. 
Mərkəz 2010-cu il ərzində 3 beynəlxalq səviyyəli layihə həyata keçirmişdir. 
Hal-hazirda 2 layihə işləmə səviyyəsindədir. Onların mövzuları  dayanıqlı inkişaf 
və ekoloji sistemlərin öyrənilməsidir. Layihələri Avropa Birliyi maliyyələşdirir. 
Mərkəz 5 il ərzində 9 tədqiqat layihəsi, 11 kitab hazırlamış, 3 konfrans keçirmiş 
və  dövlət strukturları üçün 8 tövsiyə tərtib etmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır. 
“Ekoloji – Renesans” İctimai Birliyi
Birlik 2004-ci ildə yaradılmış, 2005-ci il iyulun 8-də qeydiyyatdan keçmişdir. 
Təsisçiləri İrşad  Abbasov və  Xaqani Mahmudovdur. Hal-hazırda rəhbəri İrşad 
Abbasovdur.  
Birliyin əsas fəaliyyəti ekoloji, sosial və iqtisadi istiqamətlidir. Əsas məqsədi 
və vəzifələri Azərbaycan Respublikasının Qərb bölgəsində mövcud olan və insan 
sağlamlığına  təsir  edən  lokal,  eləcə  də  qlobal  ekoloji  problemlərin,  həmçinin 
yerli özünüidarəetmə orqanlarının sosial-iqtisadi problemlərinin həllinə köməklik 
göstərmək, maarifləndirmə və məlumatlandırma yolu ilə vətəndaş cəmiyyətinin 
inkişafına dəstək verməkdir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
243
İllik  büdcəsi  25.000  manatdır.  Qərargahı  Gəncə  şəhəri,  Q.Nəbi  İ-döngəsi. 
ev  11  ünvanında  yerləşir,  3  otaqdan  ibarətdir,  sürətli  internet  və  kompüterlərlə 
təchiz edilmişdir. Təşkilatda daimi əsaslarda 5, müddətli müqavilə əsasında isə 7 
əməkdaş işləyir. 
Birlik  4 şöbədən ibarətdir:  Qadın və gənclərlə iş şöbəsi, Ətraf mühit şöbəsi, 
Bələdiyyələrlə iş şöbəsi, İqtisadi və sosial inkişaf şöbəsi. 
Rəsmi  tərəfdaşları  Gürcüstan  Respublikasının  “Spektr”  İB,  İmeretiya 
Region  Gənclərinin  Elmi  İnformasiya  Assosiasiyası,  Qafqaz  REM  və  Avropa 
Ekoforumudur.
Təşkilat üzvləri 20-yə yaxın xarici səfərdə olmuşlar. 
Birlik 2010-cu il ərzində 4 layihə həyata keçirmişdir:
-  Gədəbəy rayonunda dağ-mədən sənayesinin ətraf və sosial mühitə təsirləri,
-  Daşkəsən rayonunda dağ-mədən sənayesinin ətraf və sosial mühitə təsirləri,
-  Şəmkir  rayonunda  kommunal  sferanın  mövcud  durumu  və  region 
bələdiyyələrinin potensialının artırılma yolları. 
3  konfrans  təşkil  etmişdir:  “Meşələrin  effektiv  idarə  olunması”,  Regionun 
alternativ  enerji  mənbələri  və  ondan  istifadənin  perspektivləri”,  “Yerli  sosial-
iqtisadi inkişafda bələdiyyələrin rolu”.
“Gəncə  şəhərinin  ətraf  mühitinin  yerli  Fəaliyyət  Planının  hazılanması”  adlı 
layihə beynəlxalq səviyyəli olmuşdur.  
Hal-hazırda  Birlik  “Meşə  bizim  sərvətimizdir  və  biz  onu  qorumalıyıq” 
adlı  tədqiqat  layihəsi  həyata  keçirir.  Layihəni  QHT-lərə  Dövlət  Dəstəyi  Şurası 
maliyyələşdirir. 
5  il  ərzində  Birlik  7  tədqiqat  layihəsi,  2  konfrans  keçirmiş  və  1  kitab  çap 
etmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır. 
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi
Mərkəz  qeydiyyata  alınmayıb.  Təsisçiləri  Telman  Zeynalov,  Fəridə 
Rüstəmbəyova və Fərixə Qədimbəyovadır. Rəhbəri Telman Zeynalovdur. 
Ətraf mühitin mühafizəsi və ekoloji siyasət Mərkəzin əsas fəaliyyət sahəsidir. 
Əsas  məqsədi  ətraf  mühitin  bərpası,  ona  dair  cəmiyyətdə  yeni  ekoloji  şüurun 
formalaşması,  treninq-seminarların  keçirilməsi,  təbiətə  dair  müasir  kitabların, 
broşuraların, təlimatların nəşri, tükənməz enerji və tullantıların idarə olunmasına 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
244
dair texnologiyaların həyata keçirilməsidir. 
Mərkəzin illik büdcəsi həyata keçirilən layihələrdən ibarətdir. Xərclərin  80 
%-i layihənin həyata keçirilməsinə  sərf  edilir. Qərargahı Bakı şəhəri, Mirzə Ağa 
Əliyev küçəsi, 138/14 ünvanında yerləşir, bir otaqdan ibarətdir, sürətli internet və 
kompüterlərlə təchiz edilmişdir. Rəsmi internet səhifəsi www.azeco.info-dur. 
Mərkəzdə daimi əsaslarda 5 nəfər, müddətli müqavilə əsasında 2 ekspert və 
daha 3 əməkdaş işləyir. 
Maarifləndirmə, araşdırmalar, proqnozlaşdırma və yeni texnologiyaları tətbiq 
edən şöbələr fəaliyyət göstərir. 
Mərkəzin  rəsmi  beynəlxalq  tərəfdaşları  Amerikanın    və    Qərbi  Avropanın 
ekoloji təşkilatları, o cümlədən WWF və QEF-dır. Mərkəz 10-a yaxın səfər təşkil 
etmişdir. 
2010-cu  il  ərzində    tullantıların  idarə  olunmasına  həsr  olunmuş  2  tədqiqat 
layihəsinə Mərkəzin rəhbəri  ekspert kimi cəlb olunub, bir layihənin koordinatoru 
simasında, AzKİL-in regionların inkişafı (125) layihəsində isə ətraf mühit üzrə 
məsləhətçi simasında fəaliyyət göstərib.
Mərkəz ətraf mühit üzrə 5 tədbirdə (Ombudsmanın, ARDNŞ-in, Ekologiya və 
Təbii Sərvətlər Nazirliyinin), həmçinin beynəlxalq konfrans və simpoziumlarda, 
GEF-in 4-cü assambleyasında iştirak etmişdir. 
Mərkəz  neftlə  çirklənmiş  torpaqların  reabilitasiyası  üzrə  tövsiyə, AzKİL-in 
ekoloji siyasətinə dair broşura və tükənməz alternativ enerji üzrə kitabçalar, iqlim 
dəyişmələrinə aid məqalələr çap etmişdir. Mərkəz Ombudsman üçün insanların 
ekoloji hüquqları və təhlükəsizliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün 
ətraf mühitin monitorinqi, İctimai Şuranın yaradılması və monitorinqlərin birgə 
həyata keçirilməsi, Nazirliyə daxil olan bütün sənədlərin təhlili və qəbul edilməsi 
mövzularına dair təkliflər vermişdir. Layihələr Norveç, Amerika və İngiltərənin 
ölkəmizdəki səfirliklərinin, ARDNŞ, BP və STATOİL neft şirkətlərinin, Avropa 
Şurasının, “Təmiz Şəhər” ASC-nin və QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə 
dəstəyi ilə həyata keçirilmişdir. 
Mərkəz hal-hazırda bir layihə həyata keçirir.  
Mərkəzin əməkdaşları 5 il ərzində 4 tədqiqat layihəsi, 12 hesabat, 2 kitab, 2 
tövsiyə, 8 broşura, 25 məqalə, 10-a yaxın dövlət strukturlarına tövsiyə hazırlamış 
və 25 elmi konfransda iştirak etmişlər. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi ilə təklif olunan ideyaları müsbət qarşılayır. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
245
4.13. Ekoloji sahədə fəaliyyət göstərən Araşdırma və Beyin Mərkəzləri 
ilə keçirilən sorğunun ümumi statistikası
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin