ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1,72 Mb.
səhifə4/21
tarix05.03.2017
ölçüsü1,72 Mb.
#10074
1   2   3   4   5   6   7   8   9   ...   21

Sakların içərisində tayfaların adları məlum deyil. Qədim mənbələrdə eradan əvvəlki əsrlərdə və eranın ilk əsrlərinə aid hadisələrlə əlaqədar olaraq Azərbaycan və Ermənistan ərazisində adları çəkilən türk mənşəli etnotoponimlər (Alban, Basine, Qarqar, Quqar, Uti, Şamaki, Şirvan, Şirak və b.) əsasında biz ehtimal tərzdə sakların alban, basine, qarqar, quqar, kəncək, Uti, şamake, şirvan və şirak adlı iri tayfalardan ibarət olduğunu yazmışıq (Qeybullayev Q.Ə. Azərbaycanlıların etnik tarixinə dair. Bakı. 1994).

Cənubi Qafqazda (Zaqafqaziyada) skiflər və Skif çarlığı barədə çox yazılmışdır. Lakin tədqiqatçılar antik müəlliflərin əsərlərində “skif” adı altında sakların, “Skif çarlığı” adı altında Sak çarlığının nəzərdə tutulduğunu, sakların etnik mənsubiyyətcə qədim türk mənşəli etnos olduğunu özləri üçün ayırd edə bilməmişlər. Bu bir tərəfdən həmin tədqiqatçıların əsas etibarı ilə ixtisasca iranşünas olmalarından irəli gəlirsə, digər tərəfdən qərəzli surətdə (bu qərəz rus, erməni, fars və gürcü tarixçilərinin mənsub olduğu ölkələrdə qədim dövrdə və erkən orta əsrlərdə türk mənşəli etnosların ağalığı ilə əlaqədar olaraq nəsildən-nəslə keçmiş mənfi pataloji emosiya ilə bağlıdır) qədim türk etnoslarının tarixdə rolunu kiçiltmək kimi elmlə qəti surətdə əlaqəsi olmayan iyrənc bir mövqe ilə əlaqədardır. Antik mənbələrdə “skif” adı altında müxtəlif qədim türk tayfalarının, o sıradan,  əsas etibarilə sakların (əsli Saka yaxud Şaka) nəzərdə tutulduğu obyektiv tarixi həqiqətdir. Bunu, heç olmasa, er.əv.VII əsrdə Manna ərazisində Saka, antik mənbələrdə Atropatena, Albaniya və Anadolunun şərqində qeyd olunan üç Sakasena, Atropatena ərazisində Balasakan, Albaniyada Artsak, Sisakan, hazırda Şimali Azərbaycanda və Ermənistanda Şəki, Cənubi Azərbaycanda Şakabad və b. əyalət, mahal və yaşayış məntəqələrinin  adları aydın göstərir (Bax: 82-101). “İranşünaslıq korluğu” xəstəliyinə tutulmuş tədqiqatçılar və bu “xəstələrin” yazdıqlarına kor-koranə inananlar həqiqəti görməkdən məhrumdurlar. Nə etmək olar, adamlar üçün çoxlu fizioloji xəstəliklər olduğu kimi, elmdə də xroniki xəstəliklər vardır, bu da onlardan biri. Əgər bu,  bir xəstəlik deyilsə, Mərkəzi Asiyadan Qara dənizin şimal sahillərinə qədər nəhəng bir ərazidə er.əv. I minilliyin müxtəlif əsrlərində tarix səhnəsində görünmüş Altay-Türk mənşəli kimmerlərin (kəmərlərin, yaxud qəmərlərin), sakların, sarmatların, alanların, massaqetlərin və b. iran dilli sayılması necə izah oluna bilər? Normal elmi düşüncə qabiliyyətinə malik adamı yalnız müəyyən zaman çərçivəsində bu boyda nəhəng uydurmaya inanmağa təhrik etmək olar, lakin sonra tarixi həqiqət özünə yol tapıb üzə çıxmalıdır. Gələcək nəsillərdən çıxacaq təfəkkürlü tədqiqatçılar gec-tez tarixşünaslıqda kök salmış  bu şişi kəsib atacaqlar. Buna söz ola bilməz.

Saklarla əlaqədar həllini gözləyən problemlər çoxdur. Mövzumuzla əlaqədar olaraq biz Sak çarlığının etnik atribUtikası,  bu çarlığın ərazi hüdudları və sakların Azərbaycan və indiki Ermənistan ərazisində azərbaycanlıların mənşəyində rolu məsələsini çox qısa şəkildə nəzərdən keçirəcəyik. Bunun üçün arxeoloji qazıntıların nəticələrinə, antik mənbələrdə bu məsələ ilə bağlı pərakəndə məlumatlara və tarixçilərin bu problem ətrafında  yazmış olduqları  mülahizələrinə istinad edəcəyik.

Arxeoloji qazıntılar nəticəsində aşkarlanmış “skif tipli” əşyaların (xüsusilə ox ucluqlarının) yayılma ərazisi göstərmişdir ki, saklar əsas etibarilə Kür-Araz ovalığında, Azərbaycanın qərb (Dağlıq Qarabağ və Zəngəzur) bölgələrində, indiki Ermənistan ərazisində, Azərbaycan və Ermənistanın Gürcüstanla həmsərhəd rayonlarının ərazilərində yaşamışlar. Gürcüstanın Axalsix qəzasında XIX əsrdə bir dağın Sakyurt adlanması  (133. 215) fikrimizin doğruluğunu təsdiq edir.  “Skif əşyaları” ən çox Kür-Araz çaylararası ərazinin Ermənistana aid hissəsində və Alazan-Kür çaylararası ərazidə (Gürcüstanın Kaxetiya, Siqnax, Qurcaani, Tioneti və b. r-nlarında) tapılmışdır (Очерк истории Грузии. том I, Тбилиси 1989, с.211). xəritə.).Buradan aydın olur ki, Skif (Sak) çarlığı da təxminən məhz bu əraziləri əhatə edirdi.

Kürdən şimalda - Azərbaycan ərazisində skif ox ucluqları cəmi iki yerdə - Abşeron yarımadasında və Alazanın Kürə qovuşduğu ərazidə,  Mingəçevirdə üzə çıxarılmışdır. Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsindən cənubda - Muğan düzündə skif mənşəli abidə yoxdur. Bu ərazi o vaxt Mannaya, sonra Midiyaya aid idi.

Ermənistan ərazisində skiflərə ( yəni saklara) aid əşyalar 29 arxeoloji abidədə (onların 11-i yaşayış yerləridir), Gürcüstanın Kürlə Alazan çaylararası ərazisində 30 abidədə, Azərbaycanın Kürdən cənubdakı ərazisində isə cəmi 8 abidədə tapılmışdır (bax: 94,139-141). Deməli, indiki Ermənistan ərazisi bütünlüklə Sak çarlığına aid idi. Qeyd etmək lazımdır ki, Ermənistanın şimal-şərqində ermənicə Tanzut, Surb-Naatak, Astxi-Blur, Berdatex, Tmbadir adlanan qalalarda (bu qala adları ermənicəyə tərcümə edilmiş türk dilli adlardır) arxeoloji qazıntılar nəticəsində er.əv.VII-VI əsrlərə aid mədəni təbəqələr aşkar edilmişdir (Погребова М.Н. Закавказье и его связи с Передней Азией в скифское время,  с. 220-221.) Bu göstərir ki, həmin qalalar məhz sakların möhkəmləndirilmiş məskənləri idi. Biz burada Alazan və Kür çaylararası ərazinin indi Gürcüstana məxsus hissəsində və Azərbaycanın Şəki-Zaqatala bölgəsində sakların yaşaması məsələsinə toxunmayacağıq. Təkcə bunu deməklə kifayətlənirik ki, Klavdi Ptolemeyin (II əsr) Albaniyada sadaladığı şəhər və kənd adlarının bir hissəsi məhz indi Gürcüstana aid Kaxetiyada lokalizə olunur. Bunu da nəzərdə tutmaq lazımdır ki, Strabon (Strabon, XI, 3,2) Alazan çayını Albaniyaya aid edir. Strabonun Kürün İberiyadan və Albaniyadan axması məlumatını (Strabon,  XI,I, 5) tədqiqatçılar indiyədək düz təfsir edə bilməmişlər. Bu məlumat indi Gürcüstana mənsub Alazan-Kür çaylararası ərazinin Albaniyaya aid olduğu vaxtdakı vəziyyəti əks etdirir. Odur ki, Alazan-Kür arası ovalıq  mənbələrdə “Alban çölü” adlanırdı. . “Катехинская Тушетия состоит из так называемой Алвани, которая простирается до Катехинского Алазана. Албанские поле в Кахетии одна из плодородных местностей в западной части Кахетии”. (Б.Дорн. Каспий. Спб. 1875, s.336). Gürcüstanda Alpana (Kutais quberniyasının Leçxum qəzasında), Alvani-Sameobi (Tioneti qəzasında), Kür boyunda Zemo-Albani və Kvemo-Albani və başqa toponimlər (133, 11, 13) türk mənşəli albanların oralarda yaşadıqlarını göstərir.  Gürcü mənbələrində albanlara məxsus əyalət kimi göstərilən və Ereti adlanan bu bölgə er.əv. II-I əsrlərdə Kartli tərəfindən tutulmuş, vassal vəziyyətinə salınmış və V əsrdə Gürcüstana birləşdirilmişdir.  Kür və Alazan çay adlarının türk mənşəli olması göstərir ki, bu çayların hövzələrində eradan əvvəl türk mənşəli tayfalar yaşayırdılar.

Yuxarıda sadaladığımız bütün arxeoloji abidələr er.əv. VII-V əsrlərə aiddir.

Antik mənbələrdə Cənubi Qafqazda skiflər barədə məlumatlar Herodotun (er.əv V əsr) skiflərin “nəhəng ordu” ilə Cənubi Qafqaza gəlməsi (Herodot 1, 103-104), Ksenefontun (er.əv. VI-V əsrlər) Arminidə “skiflərin yaşaması” (Ksenefont, Anabazis, VI, 7, 18-19), er.əv. VI-V əsrlərə aid məlumatda Kolxidanın “Skif ölkəsi” adlandırılması (bax: “Вестник древней истории”, 1947, № 1, s. 312 - 313), (Kolxidanın Skif ölkəsi adlandırılması türk mənşəli kimmerlərin Qara dənizin şimal çöllərindən Cənubi Qafqaza Meoti-Kolxida yolu ilə, yəni Qara dənizin şərq sahili boyu gəlməsi (Меликишвили Г.А. К истории древней Грузии. Тбилиси, 1959, с. 9) ilə izah olunur. Rodoslu Apollonun (er.əv.IIIəsr) Kolxidada Skif çarının Aeta (qədim türk mənşəli Ata adının təhrifidir) adlanması (М.Н.Погребова. Закафказье  и его связи с Передей Азией в скифское время,  с.19), albanların yaxınlığında skiflərin yaşaması (Tatsit, Annallar, II, 68), Plininin (Plini, VI, 13, ), Strabonun (Strabon XI, 14,4) və Arrianın (Arrian, II, 84) Kürdən cənubda Sakasin adlı əyalətin yerləşməsi məlumatları ilə bitir. Qədim gürcü mənbələrində Makedoniyalı İsgəndərdən əvvəl Gürcüstanda  xəzər dilində danışılması (bu məlumatda “xəzər” etnonimi adı altında er.əv.VII əsrdə skiflər, yəni saklar nəzərdə tutulur) məlumatı da Gürcüstan ərazisində sakların yaşaması baxımından maraqlıdır. Lakin Ermənistanda və Azərbaycanın Kürdən cənubda ərazisində Sak etnonimi ilə bağlı hökmdar adlarının çəkilməsinə görə Vəsr erməni mənbələrində və Musa Kalankatlının “Alban tarixi”ndə saklar barədə nisbətən ətraflı məlumatlar vardır. Bu barədə aşağıda  danışacağıq.

Cənubi Qafqazda Skif (Sak) problemlərinə toxunmuş tədqiqatçıların söylədikləri mülahizələr isə belədir: İ.M.Dyakonov yazmışdır ki, Cənubi Qafqazda Skif çarlığı olmuşdur (89. 291). O qeyd etmişdir ki, bu çarlıq Kür-Araz çaylararası ovalıqda yerləşirdi (89,250-251). Bu fikir həqiqəti əks etdirir, çünki bu ovalıq A.M.Xazanovun haqlı yazdığı kimi, (Хазанов А.М. Социальная история скифов.М.:1975, s. 219.) köçəri skiflərin maldarlığı üçün sərfəli ərazi idi. İ.M.Dyakono.a görə Yürdən cɋnubdakı Sakasena əyaləti bu çarlığın mərkəzi idi (89. 251). (Lakin İ.M.Dyakonova aydın deyil ki, Strabon müxtəlif ölkələrdə Sakasena adlı üç əyalətin olduğunu yazmışdır, aşağıda bu barədə deyəcəyik). Bu fikir də İ.M.Dyakonova məxsusdur ki, skiflər (sakları nəzərdə tutur) ermənilərin tərkibində etnik komponentlərdən biri olmuşlar  (88. 257). Yenə bu müəllif yazmışdır ki, saklar Azərbaycan ərazisində çarlıq yaratmışlar (88, 174). K.V.Trever yazmışdır ki, saklar sonra Alban tayfa ittifaqına daxil olmuşlar (154, 59).  İ.M.Dyakonovun 1956-cı ildə deyilmiş bu fikirləri sonrakı tədqiqatçıların əsərlərində bir qədər uydurmalar əlavə olunmaqla yalnız təkrarlanmışdır.

Konkret olaraq Ermənistan ərazisində sakların yaşamaları barədə fikirlər də vardır. N.Y. Marr yazmışdır ki. Ermənistanın bir bölgəsində saklar yaşayırdılar (Марр Н.Я. Избр. работы. том V с. 195.). S.T.Yeremyan yazmışdır ki, saklar Kür-Araz ovalığını tutaraq kimmerləri oradan sıxışdırdıqdan sonra Ararat vadisinə, oradan da Urmiya gölü hövzəsinə keçmişlər. (Еремян С.Т. Нашествие киммерцев и скифский племен и борьба Урарту и Ассирии против кочевников . “Историко-филологический журнал”, 1968. № 2. с. 93-94.).Q. Kapansyana görə Hayasa ölkəsinin cənubunda və cənub şərqində hərəkatın başında saklar dururdular (Капанцян Г. Историко-лингвистические работы к начальной истории армян. Древняя Малая Азия. Ереван. 1956. s.150.). B.B.Piotrovskiyə görə Cənubi Qafqazın şərqində və qərbində müxtəlif skif tayfaları yaşayırdı. Bu müəllifə görə Ermənistan ərazisində Urartunun Teyşebani qalasını saklar dağıtmışdılar. Gürcü tarixçisi Q.A.Melikişvili yazmışdır ki, İrəvan və Sevan bölgələrində skif tipli əşyaların tapılması orada kimmerlərin və sakların yaşadıqlarını göstərir (Меликишвили Г.А. К истории древней Грузии, с. 225).

Qədim erməni mənbələrində saklarla bağlı məlumatlar əsasən V əsrə aid qaynaqlarda olduğuna görə, çox hallarda yarıəfsanəvidir. Ermənistan ərazisində Sak çarlığının mövcud olduğu vaxtdan təxminən min il sonraya aid olduqlarına görə, bu mənbələrdə sakların çar adları təhrif olunmuş vəziyyətdədir.

Saklar indiki Ermənistan ərazisini işğal etdikdə Urartulular onlara qarşı qoşun yeritmədilər. Görünür, Urartu çarları az əvvəl kimmerlərlə toqquşmanın Urartulular üçün ağır nəticəsini unutmamışdılar.

Saklar URARTU dövlətinin süqutunu sürətləndirdilər. Bundan istifadə edən Cənubi Azərbaycan ərazisindəki Maday dövləti er.əv. 590-ci ildə Urartu dövlətinin Kiçik Asiyadakı ərazisini işğal etdi . Bu əraziyə şübhəsiz, Armini və Hayasa əyalətləri də daxil idi. Odur ki, Ksenefont (er.əv. Vəsr) “Madaydan asılı Armeni dövləti” ifadəsini işlədir (Ksenefont, II, 4, 2). Bu məlumatda “Armeni dövləti” dedikdə Madayın tabeliyində olan, lakin yerli hakim tərəfindən idarə olunan Armini əyaləti nəzərdə tutulmalıdır. Qeyd edilməlidir ki, Ksenefontun vaxtında bu əyalət artıq Madaya yox, onu əvəz etmiş fars Əhəmənlər dövlətinə daxil idi. Görünür, Əhəmənlər bu əyalətdə Madayın canişinini fars mənşəli hakim ilə əvəz etmişdilər. Strabonun “midiyalılar ermənilərin adətlərinin baniləridir” (Strabon, XI, 13, 9) məlumatında Armini əyalətinin Madaya məxsus olduğu göstərilir. Məhz Madayın Urartu dövlətinin ərazisini işğal etməsi ilə “Urartu”,  yaxud “Biaini” adları (Madayların Urartu dövlətini necə adlandırdıqları məlum deyil) “Armini” adı ilə əvəz olunur və onlardan da Əhəmən sülaləsindən hökmdar I Daranın Büsütun qaya yazısında er.əv. 520-ci ildə “Urartu” nun qarşılığı kimi “Armini” adı öz əksini tapır.

Urartuluların (əslində yuxarıda deyildiyi kimi, Urartu dövlətini yaratmış hurrilərin) dilində yaranmış Armini (Arme əyalətinin adından və həm məkan, həm də mənsubiyyət bildirən “-ini” şəkilçisindən yaranıb,  Urartu dilində “e” və “i” səsləri bir-birini əvəz etdiyinə görə, bu adı həm “Armeni”, həm də “Armeini” kimi oxumaq olar) əyalət adı o vaxt heç də özlərini “hay” adlandıranların etnik adı, yaxud onların kompakt halda yaşadıqları ərazinin adı deyildi.

Sak çarlığı, deyildiyi kimi, Şimali Azərbaycan  və indiki Ermənistan ərazisini əhatə edirdi. Deməli, indiki Ermənistan ərazisində ilk dövlət qurumu qədim türk mənşəli Sak çarlığıdır. “Bibliya”da bu çarlıq “Aşkenaz” adlanır. V əsr erməni tarixçisi Koryonun “Haylar Aşkenazın nəslindəndir” məlumatı da bununla əlaqədardır. Alban tarixçisi Musa Kalankatlı Qriqorinin Ərməniyədə IV əsrin əvvəllərində xristianlığı yaymasından danışdıqda qeyd edir ki, Qriqori “dünyaya gəldikdən sonra xristianlığı yaymaq üçün Aşkenazın nəsillərinin (yəni sakların və hayların - Q.Q.) yanına göndərilmişdi”. (“Alban tarixi”, I kitab, 10-cu fəsil). ”Bibliya”da Yaxın Şərq xalqlarının şəcərəsində Aşkenazın (yəni Skif çarlığının) qardaşı Torqom, Torqom isə Qomerin, yəni kimmerlərin (yəni kəmərlərin) oğlu sayılır. Moisey Xorenasi Torqomu ermənilərin atası adlandırmışdır. Bu yarıəfsanəvi məlumatdan alınan nəticə ondan ibarətdir ki, Ərməniyə türk mənşəli kəmərlərin və sakların ölkəsi hesab edilir.

Ərməniyədə Sak hökmdarlarının hamısının adları məlum deyil. Qədim erməni mənbələrində bu çarların banisi Skaordi “Sak oğlu” (88. 174) adlanır. Əgər hər hansı bir ölkədə çarlıq həmin ölkədə çoxluq təşkil edən etnosun siyasi qurumu kimi yaranırsa, onda belə nəticə alınır ki, Ərməniyədə saklar aparıcı rola malik idilər.

V əsr erməni tarixçisi Moisey Xorenasi ermənilər (yəni özünü ”hay” adlandıranlar) barədə açıq yazır ki, «biz (yəni “hay” lar) kiçik, azsaylı, zəif və çox hallarda özgələrin hakimiyyəti altında yaşayan xalqıq». Bu məlumat göstərir ki, V əsrdə indiki Ermənistan ərazisində ermənilər azlıq təşkil edirdilər. Onların adları türkcə olan yaşayış məntəqələrində yaşamaları da gəlmə olduqlarını göstərir. Qədimdə də belə idi. Məsələn, Moisey Xorenasinin özü “Xorenli Moisey” mənasındadır; deməli, Moisey Xoren (bu məntəqə Taron əyalətində idi) adlı kənddən idi. “Xoren” adı ermənicə Horen toponiminin  təhrifidir. Horen toponimi isə ermənicə tələffüzdə əvvəlinə “h” səsi əlavə olunmaqla qədim türkcə oron “gəliş yeri”, “yaşayış yeri”, “mal-qara üçün üstüaçıq hasarlanmış yer”, “xan tərəfindən təyin olunmuş yer”, “(hərbi) xidmət yeri” sözündən (147, 1,477-478) ibarətdir. Müqayisə üçün demək olar ki, Alban tarixçisi Musa Kalankantlının “Alban tarixi” əsərində Albaniyada bir yaşayış məntəqəsi də Dashoran adlanır. Bu toponim türkcə tas (daş, qaya) və əvvəlinə “h” səs əlavə olunmaqla “oron” sözündən ibarətdir. Qeyd etmək lazımdır ki, Altay dillərində oron həm də “köçəbə”, “oba” mənasındadır (Г.М.Васильевич. Топонимы тунгусского происхождения. “Этнография имен” М.: 1971, с. 167).

V əsrin 40-cı illərində Ərməniyədə Eznik Koqbatsi (“Koqblu Eznik”) adlı bir filosof yaşayırdı.  Koqb (əsli “Kolb”-dur, lakin qədim ermənicə “l” səsi “ğ” səsi ilə verilirdi) mahal adı qədim türk mənşəli “Kuloba” adının ermənicə yazılış formasıdır. VII əsrdə Ərməniyədə Qabriel  Şiqqaratsi adlı həkim yaşayırdı. Bu şəxsin adı isə “Şiqqarlı Qabriel” mənasındadır. Şiqqar Ermənistanda yer adıdır. Bu ad qədim türk dillərindəki  şinq “sıldırım dağ yamacı”, “alınmaz dağ” (126. 626),  “ alınmaz (sıldırım) qaya”  (108, 107) sözlərindən ibarətdir. VII əsrdə yaşamış Anani Şirakatsi “Ərməniyə coğrafiyası” adlı əsərin müəllifidir. Onun Şiraklı olması etnik mənsubiyyətcə erməni (hay) olması demək deyil.

Yuxarıda dedik ki, Ərməniyənin ilk çarları Sak mənşəli hakimlər idi. Moisey Xorenasi er.əv. VII əsrin axırında Ərməniyə hökmdarının adını Paruyr kimi yazmışdır. Müəllif onu skaordi  - “sak nəslindən olan”, “sak oğlu” (88. 174) adlandırır. Ona görə də B.B.Piotrovski yazmışdır ki,  “Paruyr skif mənşəli erməni başçısıdır” (141). Onun bu fikri Moisey Xorenasinin “Skaordi bizim qüdrətli banimizdir” (Moisey Xorenasi, 1 kitab, 23-cü fəsil) məlumatına uyğundur. Lakin, göründüyü kimi,  V əsr erməni müəllifi bunu “sak” yazdığı  halda  B.B.Piotrovski “skif” kimi qeyd edir.

Moisey Xorenasi Paruyru “Ərməniyədə ilk tac qoyan” kimi səciyyələndirir (Moisey Xorenasi, 1 kitab, 21-ci fəsil). Bunula əlaqədar, İ.M.Dyakonov yazır ki, Moisey Xorenasinin əsərində Arminidə Erməni çarlığının yaranmasında hansısa yadellilərlə müttəfiqliyin rolu aydın görünür və bu müttəfiqlik madaylarla əlaqəli idi (88. 194).

Paruyr adı türkcə bar “var”, “özüdür” və ur “varis” ,”övlad” sözlərindən ibarətdir  (addakı “y” işarəsi qədim erməni dilində əlavə olunma səsdir). Bu ad Qara dənizin şimal sahillərində Skif çarı Qnur (Herodot, IV, 76), (türk dillərində qun “knyaz” və un  “oğul”, “varis”, “övlad” sözlərindən,  Türkiyədə Osman Qazinin sərkərdəsi Qunur-Alp, XII əsrdə Gürcüstana gəlmiş Çinli tayfasının başçısı Çin-Bakur (bək və ur sözlərindən) və b. adlarla sıra təşkil edir. Paruyrun etnik mənsubiyyətcə Sak olduğunu göstərən başqa fakt da vardır. Moisey Xorenasi yazır ki. Paruyr Maday çarı Kiaksarın Assuriyanın paytaxtı Nineva şəhərinin tutulmasında iştirak etmişdir. (Moisey Xorenasi. 1 kitab. 21-ci fəsil). Deməli, Paruyr Kiaksarın müttəfiqi idi. Başqa mənbələrdən məlumdur ki, Nineva şəhərinin er.əv. 612-ci ildə tutulmasında Kiaksara  ermənilər (“hay”lar) yox, skiflər (yəni saklar) kömək etmişlər (88, 176). Moisey Xorenasi həmçinin qədim ermənicə yazılışca Hraçeay, Parnuye, Kornak və b. çar adlarını da çəkir (bax aşağıya). Bu adların hamısı qədim türkcədir. Həmin müəllif er.əv. bir Ərməniyə (yəni Sak) çarının adını Slak kimi yazır. Bu ad qədim türkcə es “ağıl” “zəka” sözündədir. Onun haqqında müəllif yazır ki. “doğrusunu deyə bilmirəm, Haykdanmı törənmişdir (yəni etnik mənsubiyyətcə “hay”dır - Q.Q.),  yoxsa ona qədər (yəni “hay”lara qədər - Q.Q.) ölkədəki (yəni Ərməniyədəki -Q.Q.) aborigenlərdən” (Moisey Xorenasi, 1 kitab. 23-cü fəsil). Həmin müəllif er.əv. 1 əsrə aid hadisələrdən danışarkən Ərməniyədə Paskam şəxs adını çəkir. Bu ad qədim türkcədir. V əsr erməni tarixçisi Moisey Xorenasi onun nəslindən Tork adlı bir nəfəri Ərməniyədə Parfiyanın Arşaklar sülaləsindən I Tiridadın eranın I əsrinin ortalarında Ərməniyənin qərbində hakim təyin etdiyini yazdır və onun xarici görünüşünü belə təsvir edir: “Kobud cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng  gövdəli və qüvvətli Tork” (Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Bu,  monqoloid irqli adamın zahiri görünüşün təsviridir.

Qədim ermənicə yazılışda Paskam kimi qeyd edilmiş şəxs adının əsli Bas-Qam (yəni  Baş-Qam, başqa sözlə “Baş şaman”) idi. Midiyada er.əv 521 -ci ildə fars hakimiyyətinə qarşı üsyan etmiş Qaumata (əsli Qam-Ata) və “Kitabi-Dədə Qorqud”da Qamxan şəxs adları ilə Paskam (Baş-Qam) şəxs adı mənaca eynidir.

V əsr müəllifi Favst Buzand Ərməniyədə Sak nəslindən bir hakimin adını qədim ermənicə Pisak kimi yazmışdır (Favst Buzand, II kitab, 20-ci fəsil). Bu şəxs adı qədim türk dillərində pi (bi) “bəy”, “şahzadə”, “başçı” (147, II, 97) və sak, çak “sayıq”, “oyaq”, “huşyar” (93, 480) sözlərindən ibarətdir. Bu adın “sak” hissəsi Parfiyanın Arşaklar sülaləsinin banisi Arşak, X əsrdə Çin Türküstanının Kaşqar əyalətinin hakimi Oğulcak, Səlcuq oğuzlarının əmirlərindən Turşaq, “İqor polku haqqında dastan” da qıpçaq xanı Konçak, Sisakan yepiskopunun adı Matuşaq (Alban tarixi, II kitab, 16-cı fəsil) və b. şəxs adlarında əksini tapmışdır.

Ksenefont (er.əv.Vəsr) Kiçik Asiyanın şərqindən danışdıqda Armini əyalətinin Madaya xərac verməkdən boyun qaçırdığını və müstəqil çarlığa çevrildiyini yazmışdır. Müəllif hökmdarın adını çəkmir, lakin onun oğlanlarının Tiqran və Sabar, ordu başçısının Embas adlandığını qeyd edir. (Ksenefont, Anabazis, I kitab, 24-cü fəsil. 30-cu abzas).

Tiqran şəxs adı ermənicə deyil. İranşünaslar (məsələn, İ.M.Dyakonov Tiqran adını iran mənşəli sayır) bu adı farsca tiğ “ucu şiş”, “iti” (tat dilində indi də ağzı iti metal alətə “tic” deyilir) sözü ilə bağlayırlar, lakin adın “ran” hissəsinin mənasını aça bilmirlər.

Əslində Tiqran şəxs adı türk dillərində tınq “möhkəm”,  “qüvvətli” (bax: 93) və ərən “şücaətli”, “cəsur döyüşçü”, ”mərd oğul”, “qoçaq” (147, I, 291) cözlərinin birləşməsindən ibarət addır  (Vəsrdə yaşamış Ktesiy Midiyada bir çarın adını Artik kimi qeyd edir ki, bu da türkcə  ər “kişi” və tınq sözlərindən ibarətdir). Lakin, görünür, ata-anasının dilində Tiq Ərən kimi səslənmiş adı antik müəlliflər “Tiqran” kimi yazmış, elə də erməni mənbələrinə keçmişdir. Sabar şəxs adı türkcə səbər “təmiz”, “ehtiyatlı”, “qənaətcil”,  “qayda sevən”, “xoşagələn” (143, III, 2, 1993, 1997) sözündədir. Bu ad IX əsrdə türk bulqarlarının  xanı Sevar, X əsrdə Dəyləmin türk hakimi Savar, IX  əsrdə Artsakda Ər-Rub mahalının hakimi Savar və b. şəxs adları ilə eynidir. Sərkərdə Embasın adı isə türkcə em “dərman”, “cadukərlik”, “bacarıqlı”(147. I, 270) və bas “başçı” sözlərindən ibarətdir.

Yuxarıda dedik ki, er.əv. 590-cı ildə Maday (Midiya) Urartu dövlətinə son qoyaraq ərazisini tutmuşdu. Er.əv. 550-ci ildə Madayda hakimiyyət farsların Əhəmən sülaləsinə keçdikdən sonra er.əv. 521-518-ci illər arasında Armini Əhəmənlər dövlətinin 13-cü canişinliyinə daxil edildi. O vaxt indiki Ermənistan ərazisi hələ Ərməniyə adlanmırdı. Ümumiyyətlə, Urartu dövləti və Sak çarlığı vaxtlarında olduğu kimi, er.əv. II əsrə qədər (“Böyük Ərməniyə” yaradılana qədər) indiki Ermənistan ərazisinin necə adlandığı məlum deyil.

Aşağıda gəstərəcəyimiz kimi, Armini canişinliyi əslən Atropatenalı sərkərdə Artaşesin işğalçılığı sayəsində Böyük Ərməniyə yaradılması ilə Kiçik Asiyadakı Armini adı işğal olunmuş ərazilərə, o sıradan indiki Ermənistan ərazisinə şamil olunmuşdur.

Şimali Azərbaycan və indiki Ermənistan ərazisində Sak çarlığının parçalanma vaxtı məlum deyil. Burası aydındır ki, bu çarlığın dağılması nəticəsində er.əv. IV-III əsrlərdə Göycə və Zəngəzur bölgələrində Sisakan (sakların Si sülaləsinin adından və Sak etnonimindən ibarətdir), Kürdən cənubda Sakasin və Kürdən şimalda Alban dövlətləri yaranmışdı. Er.əv. 521 -ci ildə İran Əhəmənlər dövlətinə qarşı üsyan edən ölkələr içərisində Armini əyaləti də vardı. Büsutun qaya yazısında “Armini” adının çəkilməsi də bu hadisə ilə bağlıdır. Üsyan yatırıldıqdan sonra Armini canişinliyə çevrildi. Bununla əlaqədar olaraq bir məsələni də qeyd etmək lazımdır: Büsutun qaya yazısında deyilir ki, Arminidə üsyanın yatırılması Dadarşiş adlı ərməniyə həvalə olunmuşdur. Bu məlumatdan aydın olur ki, üsyan edənlər etnik mənsubiyyətcə ermənilər (“hay”lar) deyildilər, çünki belə halda I Dara üsyanın yatırılmasını ərməniyə (haya) tapşırmazdı. Dadarşiş şəxs adı da ermənicə deyil, bu, təmiz türk dilli ad olmaqla, “Dadar” və türk dillərində çin, şin “igid” sözlərindən ibarətdir.

Əhəmənlər imperiyasının tərkibində Armini XIII canişinliyə daxil idi. Canişinliyi Əhəmən sülaləsindən olan hakimlər idarə edirdilər. Bu hakimlər içərisində qədim yunanca yazılışda adları Oront kimi yazılan şəxslər mühüm yer tuturdular. Er.əv. 401-ci ildə Arminidən keçmiş Ksenefont orada canişinin Oront adlandığını yazmışdır (Ksenefont, Anabazis, II, 4.).O qeyd edir ki, Oront İran şahının kürəkənidir (Ksenefont, III. 5, 17). Antik mənbələrdə er.əv. IV-II əsrlərdə Armini ərazisində çoxlu Oront hökmdar adı məlumdur. Qədim yunanca Oront kimi yazılmış ad V əsr erməni mənbələrində Eruand (Ervand - əvvəlinə ermənicə “y” səsinin əlavəsilə - Yeruand,  yaxud Yervand) kimidir.

Lakin Ksenefontun Kiçik Asiyanın şərqindən keçdikdə canişin Orontun atasının adını Artasur kimi qeyd etməsi   maraqlıdır. Artasur qədim yunan dilində “ç” səsi olmadığına görə Ardaçur adının fonetik forması olmaqla, qədim türk dillərindəki arda “şux”, “oynaq”,  “gümrah”, “itiqaçan”, “cəld” və çur “qüvvətli”, “vüqarlı” , “əzəmətli” (143, IV, 1, 671) sözlərindən ibarətdir. Adın “çur” hissəsinin iştirak etdiyi şəxs adlarına VIII əsrdə Uyğur xaqanlığında Moyonçur, IX əsrdə Ərəb Xilafətində türk sərkərdəsi Manqaçur, XII-XIII əsrlərdə monqollarda Bayançur və b. şəxs adlarını misal göstərmək olar. Qeyd edilməlidir ki, er.əv. 316-cı ildə Atropatenada hökmdarın adını da antik müəllif Orontobat kimi yazmışdır. Nədənsə, erməni tarixçiləri onun adını “Yervantabad “ kimi yazmırlar. Ehtimal ki, Orontobat yerli Orozbat şəxs adının yunan dilində təhrif olunmuş forması olmaqla qədim türk dillərində oraz, oruz, oris “ xoşbəxt nişanə” və bat ”mətin”, “bahadır” (Cingiz xanın nəvəsi Batu xanın adını xatırlayın) sözlərindən ibarətdir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin