ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1.72 Mb.
səhifə21/21
tarix05.03.2017
ölçüsü1.72 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   21

ACIGÖL -   İrəvan əyalətinin Maku nahiyəsində kənd adı [23, 41].

ACI PIŞAR - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ və qışlaq adı (133, 7).

ACISU CİFTLİYİ -  Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 216].  "Acısu adlı yerdə ciftlə (xışla) əkin yeri" mənasındadır.

ACIKƏHRİZ - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 7]. Mənbəyə görə Xəlfə kəndindən yaranmış məntəqədir (yenə orada).

AŞAĞI AĞBAŞ - İrəvan quberniyasının İrəvan qəzasında (sonra Artaşat r-nunda) kənd adı (133, 3). XIX əsrin ortalarında azərbaycanlılar qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə əhalisi ermənilərdən ibarət idi. 1945-ci ildə kənd ermənicə Arevşat adlandırılmışdır. (Bax: Ağbaş)

AŞAĞI AQDAN - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) kənd adı [133]. 1967-ci ildə ermənicə Morut, 1970-ci ildə Aknaxbyur adlandırılmışdır.  (Bax: Aqdan)

AŞAĞI AĞTALA - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan r-nunda) kənd adı. Başqa adı - Gümüşxana. Gümüş filizi çıxarılması ilə əlaqədar olaraq kənddə XIX əsrin II yarısında azərbaycanlılar, ermənilər və yunanlar yaşamışlar. XIX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışlar. Az sayda qalmış hissəsi isə   1988-ci ildə qovulmuşdur.

AŞAĞI AĞCAQALA - İrəvan quberniyasının İrəvan qəzasında (indi Talin r-nunda) kənd adı [133, 4]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Nergin Bazmabert adlandırılmışdır. Yaxınlıqdakı Ağcaqala xarabalığının (qədim Yervandaşat şəhərində) adındandır. (Bax:Ağcaqala)

AŞAĞI ADYAMAN - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Martuni r-nunda) kənd adı [133, 7]. 1945-ci ildə ermənicə Nerkin Getaşen adlandırılmışdır. 1948-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. XIX əsrin ortalarında Adyaman kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus torpaqda məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Adyaman)

AŞAĞI ALTUNTAXT - İrəvan xanlığının Göycə mahalında kənd adı [139]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir [133]. (Bax: Altuntaxt)

AŞAĞI ALÇALI - İrəvan quberniyasının İrəvan qəzasında (indi Martuni r-nunda) kənd adı. 1968-ci ildən Ardzvanist adlanır [133, 14]. 1829-1830-cu illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirildikdən sonra əhalisi Yuxarı Alçalıya köçmüşdür. Bundan sonra kəndin adına ermənicə Nergin (aşağı) sözü əlavə edilmişdir. 1946-cı ildə kənd ermənicə Bazmabert adlandırılmışdır.

AŞAĞI   ANDI - Qafan r-nunda kənd adı (60, 64). (Bax: Andi)

AŞAĞI AXTA - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı (159). Mənbədə Aşağı Axtı kimidir.(136, 60). XIX əsrin ortalarında kənddə ermənilər də yerləşdirilmişdir. (136, 60). XX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1959-cu ildə kənd ermənicə Hrazdan adlandırılmışdır.

AŞAĞI BAĞLI - Talin r-nunda kənd adı. 1918-1919-cu illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağılmışdır. Əsli -  Bıqlı. (Bax: Bıqlı)

AŞAĞI BAŞİKİ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Yaxınlığındakı Başiki ("ikitəpəli" mənasında) dağının adı ilə adlanmışdır.

AŞAĞI BƏYDİLİ - Talin r-nunda kənd adı. 1920-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Mənşəcə Səlcuq-oğuz tayfalarından olan və XV əsrdə qızılbaşlara qoşulmuş Bəkdili tayfasının adını əks etdirir.

AŞAĞI BƏNDOVAN  - Amasiya r-nunda kənd adı. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Arpaçay  üstündəki qədim bənd ilə əlaqədar adlanmışdır. (6, 155).

AŞAĞI BÖYÜKBIĞI - Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 191].

AŞAĞI VANDUMƏRƏK - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Vanlumərək.

AŞAĞI QALAQUZ - İrəvan quberniyasının Eçmiadzin qəzasında qışlaq adı (133, 110). 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts təpə adı Kalaus kənd, qala, və çay  toponimləri (133, 110) ilə sıra təşkil edir. Mənası mə lum deyil. (Bax: Kalauz)

AŞAĞI QAMÇI - Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən  çay adı Bakı qəzasındakı Gəmcə dağı [133], Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir. (Bax: Gəmi)

AŞAĞI QANLICA - İrəvan quberniyasının Aleksandropol qəzasında  kənd adı. 1878-ci ildə əhalisi qovulduqdan sonra kənddə ermənilər         yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Vaqramabert adlandırılmışdır (6, 155). Qədim türk mənşəli Qanlı (əsli Kanqlı) tayfasının adındandır. Bax: (Qanlı )

AŞAĞI QARABAĞLAR - İrəvan xanlığının Vedibasar mahalında kənd adı [159]. Digər adı Çimənkənddir. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Mənşəcə kəngərlərin Qarabağlar qolunun adını əks etdirir. (Bax: Qarabağlar)

AŞAĞI QARABAQ - Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 221].

AŞAĞI QARAQALA  -  Kalinino r-nunda kənd adı (bax: Qaraqala kəndi).

AŞAĞI QARAQOYMAZ - İrəvan quberniyasının Eçmiadzin qəzasında (indi Talin r-nunda) kənd adı [133]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və 1915-1916-cı illərdə Türkiyədən gəlmiş ermənilər məskunlaşmışlar [20, 112]. 1946-cı ildə ermənicə kənd Nerkin Sasunaşen adlandırılmışdır. 1922-ci ildən sonra qovulmuş ailələrin az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1949-cu ildə onlar Azərbaycana köçürülmüşdür. Əsli Qara Köyməsdir. Ərəbcə qəryə "kənd",  türk dillərindəki göy (yaşıl otluq, göy otluq mənasında) və mes "dağın cənub yamacı", "yüksəkliyin meşəsiz tərəfi" [126, 369] sözlərindən ibarətdir.

AŞAĞI QARAQOYUNLU -  Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 271]. Qaraqoyunlu tayfasının adındandır.

AŞAĞI QARANLIQ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 118).

AŞAĞI QARANLIQ - Göycə mahalında (indi Martuni r-nunda) kənd adı. 1930-cu ildə Martuni adlandırılmışdır. Martuni r-nun mərkəzinə çevrilmişdir. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

AŞAĞI  QARAÇİMƏN  - Qafan r-nunda kənd adı.

AŞAĞI QARXUN - Eçmiadzin r-nunda kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1928-ci ildən sonra qovulmuş ailələrin az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1949-cu ildə onlar Azərbaycana köçürülmüşlər. Aşağı Qarxun adı XIX əsrin sonlarında Yuxarı Qarxun adlanan kənddən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Şəfiabaddır. XIII əsrdə monqolların tərkibində gəlmiş türk mənşəli Karkın tayfasının adını əks etdirir. (Bax: Yuxarı Qarxun)

AŞAĞI  QATIRLI - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.  Qatırlı (Yuxarı Qatırlı)  kəndindən bir qrup ailənin XIX əsrin ortalarında ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Qədim türk mənşəli Katar tayfasının adını əks etdirir. (Bax: Yuxarı Qatırlı)

AŞAĞI  QIZQALA  - Şəmşəddin (Berd) r-nunda qışlaq adı. 1930-cu ildə ləğv edilmişdir.

AŞAĞI QIZILVİRAN -   Rəvan əyalətinin Abnik nahiyəsində kənd adı. Digər adı - Qutlu bəy [169, 254].

AŞAĞI QILAĞAN -  İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [23, 64].

AŞAĞI QRAMPA - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. Qra3pa (ind YuxarıiQrampa) kəndindən çıxmış bir qrup ailənin XIX əsrin II yarısında ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Qrampa)

AŞAĞI QOLT - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdi. 1922-ci ildə qovulanların az hissəsi geri qayıtdıqda kəndə buraxılmamış və Böyük Qolt kəndində yerləşdirilmişdi. 1940-cı ildən sonra oradan da sıxışdırılıb çıxarılmışdır [20, 263]. Qolt (indi Böyük Qolt) kəndindən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Yuxarı Qolt)

AŞAĞI QUZUÇULU - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23,  2].

AŞAĹI QUYLASAR - İrəvan quberniyasının İrəvan qəzasında (indi Artaşat r-nu) kəndin adı [133]. Mənbədə Aşağı Quyulu hasar kimidir [23, 49]. Quylasar (indi Yuxarı Quylasar) kəndindən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Yuxarı Quylasar)

AŞAĞI QULUBƏYLİ - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. XIX əsrin ortalarında Qulubəyli (indi Böyük Qulubəyli) kəndindən bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə yezid kürdləri yerləşdirilmişdir. (Bax: Böyük Qulubəyli)

AŞAĞI QURBAĞALI - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [23, 101].

AŞAĞI DAŞDIQBABA - Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 196].

AŞAĞI DƏMİRÇİLİ - İrəvan xanlığının Talin mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Dəmirçili (sonra Yuxarı Dəmirçili) kəndindən çıxmış ailələrin həmin kəndə məxsus torpağında məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Yuxarı Dəmirçili)

AŞAĞI DİGAH - İrəvan quberniyasının Sürməli qəzasında kəndin adı [133]. 1919-cu ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Digah (sonra Yuxarı Digah) kəndindən çıxmış bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Yuxarı Digah)

AŞAĞI DÜZKƏND - Amasiya r-nunda kənd adı. Düzkənd (sonra Yuxarı Düzkənd) kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus icma torpağında, kənarda məskunlaşması nəticəsində yaranmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. (Bax: Yuxarı Düzkənd)

AŞAĞI DÜYÜN - İrəvan xanlığında kənd adı [159]. Düyün (sonra Yuxarı Düyün) kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır. Əsli - Duvin. (Bax: Yuxarı Düyün)

AŞAĞI ZAĞALI - Basarkeçər (Vardenis) r-nunda kənd adı. Zağalı (sonra Böyük Zağalı) kəndindən XIX əsrin əvvəllərində yaranmış məntəqədir. 1928-1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış və azərbaycanlılarla qarışıq yaşamışlar. XX əsrin əvvəllərində onlar çıxardılmışlar. 1946-cı ildə kənd ermənicə Tsovak adlandırılmışdır.

AŞAĞI ZEYVƏ - Eçmiadzin r-nunda kənd adı. Zeyvə (sonra Yuxarı Zeyvə) kəndindən yaranmış məntəqədir. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1978-ci ildə ermənicə Hartaşen adlandırılmışdır. (Bax: Yuxarı Zeyvə)

AŞAĞI ƏYLƏNLİ - İrəvan quberniyasının İrəvan qəzasında, indi Eçmiadzin r-nunda kənd adı (133, 8). XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. 1828-1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də yerdəşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur.

AŞAĞI ƏLİMİRƏK - İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [23, 54]. Əsli  - Aşağı Əli Mərək.

AŞAĞI ƏRDƏNƏ  - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 134]. "Ağkilsə kəndinin yaxınlığında yerləşən Aşağı Ərdənə kəndi" (yenə orada).

AŞAĞI ƏRMİK - İrəvan quberniyası, İrəvan qəzasının Ararat r-nunda kənd adı [133]. Ərmik kəndindən (bax) çıxmış ailələrin yaratdığı məntəqədir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. (Bax: Ərmik)

AŞAĞI KALAQUZ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Yerli tələffüz forması Qalaquzdur. Anadolunun Amasiya, Şokat və Sivat bölgələrində yaşamış Ulu Yörük tayfa birləşməsinin Qalaquz [36, 186] qolunun adındandır. (Bax: Kalaquz)

AŞAĞI  KARVANSARA - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 93].

AŞAĞI ƏLİQIRIQ -  Martuni r-nunda kənd adı. (Bax: Əliqırıq kəndi)

AŞAĞI KƏYTİ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133]. Digər adı Salamabaddır. Kəyti (sonra Yuxarı Kəyti) kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus icma torpağında məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin axırlarından sonra kəndin adı çəkilmir. (Bax: Yuxarı Kəti)

AŞAĞI KEÇİLİ - Masis r-nunda kənd adı. Keçili (sonra Yuxarı Keçili) kəndindən yaranmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. (Bax: Yuxarı Keçili)

AŞAĞI KƏHRİZ - İrəvan quberniyası,  İrəvan qəzasının Artaşat r-nunda kənd adı [133]. Digər adı Kəhriz - İsabəydir. XX əsrin əvvəllərində kənd dağılmışdır.

AŞAĞI KİLSƏ - Quqark r-nunda kənd adı. Kilsə (sonra Yuxarı Kilsə) kəndindən yaranmış məntəqədir. 1968-ci ildə Qaranqu dağının sürüşməsi ilə əlaqədar əhalisi Yuxarı Kilsə (Dizman) kəndinə köçürülmüşdür (6, 155). (Bax: Yuxarı Kilsə)

AŞAĞI KİRƏTAQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanda Qafan r-nunda) kənd adı [133]. Kirətaq (sonra Yuxarı Kirətaq) kəndindən yaranmış məntəqədir. Türk dillərindəki kora -"qışlaqda gecələr mal-qaranı salmaq üçün tikinti, tövlə" və yataq sözlərindən ibarətdir.

AŞAĞI KÖRPÜ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur   qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı (133). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AŞAĞI KÖRPÜLÜ - Noyemberyan r-nunda kənd adı. Körpülü (sonra Yuxarı Körpülü) kəndindən yaranmış məntəqədir. 1950-ci ildə Gürcüstandan ermənilər bu kəndə köçmüş və azərbaycanlılarla qarışıq yaşamışlar. 1978-ci ildə kənd ermənicə Haxtapak adlandırılmışdır. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. (Bax: Yuxarı Körpülü)

AŞAĞI KÜRƏKLİ -   İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [23, 67]. "Kəndin başqa adı Hacı Əmin qışlağıdır" (yenə orada).

AŞAĞI GƏNZƏK - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 155]. Gənzək kəndindən yaranmış məntəqədir. (Bax: Gənzək)

AŞAĞI GƏNÜZ -   İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [23, 107].

AŞAĞI GİLAN - Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 204].

AŞAĞI GÖBƏKLİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. XIX əsrin ortalarında Göbəkli kəndindən yaranmış məntəqədir. XX əsrin əvvəllərində dağılmışdır.

AŞAĞI GƏZBİN - Talin r-nunda kənd adı. 1926-cı ildə ləğv edilmişdir.

AŞAĞI GÖDƏKLİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı. Gödəkli (sonra Yuxarı Gödəkli) kəndindən yaranmış məntəqədir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. (Bax: əsli -Kotaklı, Yuxarı Gödəkli və Gödəkli)

AŞAĞI GÖZƏLDƏRƏ - İrəvan quberniyasının Novobayazid qəzasında  (Martuni r-nunda) kənd adı. Mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur [23, 137]. 1828-1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış və azərbaycanlılarla qarışıq yaşamışlar. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1945-ci ildə kənd ermənicə Vardanik adlandırılmışdır. (Bax: Yuxarı Gözəldərə)

AŞAĞI GÖZƏLDƏRƏ - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 137]. "Başqa adı Kiçikli" (yenə orada).

AŞAĞI GÖYKƏND - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 36].

AŞAĞI GÜLÜDÜZÜ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (Yeğeqnadzor r-nunda)  kənd adı [133]. Gülüdüzü (sonra Yuxarı Gülüdüzü) kəndindən yaranmış məntəqədir. 1950-ci ildə Yuxarı Gülüdüzü ilə birləşdirilmişdir [20, 353]. (Bax: Yuxarı Gülüdüzü)

AŞAĞI MAKARA  (AŞAĞI MAĞARA) - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 45]. "Yenicə kəndinin yaxınlığında yerləşir" (yenə orada).

AŞAĞI NECİLİ - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. Sonra əhalinin bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1978-ci ildə kənd Sayat-Nova adlandırılmışdır. 1988-ci ildə kəndin azərbaycanlıları qovulmuşdur. (Bax: Yuxarı Necili)

AŞAĞI PİRTİKAN - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. Pirtikan kəndindən yaranmış məntəqədir. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə qovulanların az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1946-cı ildə kənd ermənicə Dzoraquyq adlandırılmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş, Suriyadan və Livandan gəlmə ermənilər yerləşdirilmişdir. Oradakı pirin adındandır (6, 155).

AŞAĞI PİRÜLÜ - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. Pirülü (sonra Yuxarı Pirülü) kəndindən yaranmış məntəqədir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. (Bax: Yuxarı Pirülü)

AŞAĞI SALLI - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı (152) . XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış Sal tayfasının adındandır.

AŞAĞI TALİN - İrəvan quberniyası,  Aleksandropol qəzasının Talin r-nunda kənd adı [133, 236]. 1918-ci ildə ermənilər yerləşmişlər. 1978-ci ildə kənd ermənicə Daştadzor adlandırılmışdır. (Bax: Talin)

AŞAĞI TALIŞ - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 236). (Bax: Talış)

AŞAĞI TƏRNƏQUT - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 85]. Mənşəcə xəzərlərin Tərnə tayfasının adını əks etdirir.

AŞAĞI TOXANŞALI - İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [23, 68]. "Çidəmli kəndinin yaxınlığında yerləşir" (yenə orada).

AŞAĞI TUT - İrəvan quberniyasının Sürməli qəzasında kiçik kənd adı [133, 249]. XIX əsrin sonlarından sonra adı çəkilmir. Türk dillərindəki tut - "düşərgə" sözündəndir.

AŞAĞI TÜRKMƏN - Eçmiadzin r-nunda kənd adı. 1935-ci ildə kənd ermənicə Lyusaquyq adlandırılmışdır. Qızılbaşların Türkmən tayfasının [16] məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir.

AŞAĞI XATUNARX  (AŞAĞI XATINARX) - İrəvan quberniyasının Eçmiadzin qəzasında, indi Eçmiadzin r-nunda kənd adı (133, 262). XIX əsrin ortalarında Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə əhalisi erməni idi. 1978-ci ildə kənd ermənicə Qay adlandırılmışdır.(Bax: Xatunarx)

AŞAĞI ÇADIRĞAN - İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [23, 52]. Mənbənin başqa yerində Aşağı Çatqıran kimidir (yenə orada). (Bax: Çatqıran)

AŞAĞI ÇANAXÇI - İrəvan quberniyasının Irəvan qəzasında kənd adı (133, 279). (Bax: Çanaxçı və Yuxarı Çanaxçı)

AŞAĞI ÇARUQÇI - İrəvan xanlığının Sürməli mahalında kənd adı (133, 280). 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. (Bax: Yuxarı Çarıxçı)

AŞAĞI ÇƏMBƏRƏK - Yelizavetpol quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselsk r-nu) kənd adı [133]. Çəmbərək kəndindən yaranmış məntəqədir. (Bax: Yuxarı Çəmbərək)

AŞAĞI ÇİMƏNKƏND - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. Digər adı Qarabağdır. (Bax: Aşağı Qarabağlar)

AŞAĞI CAMIŞLU - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı (133, 80). (Bax: Yuxarı Camışlı)

AŞAĞI CAMIŞBASAN  - Vedibasar mahalında orta əsrlərdə mövcud olmuş kəndin adı. Digər adı Əzizkənddir. 1948-1949-cu illərdə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır.

AŞAĞI ÇIRAQLI - İrəvan quberniyasının Sürməli qəzasında qışlaq adı (133, 82). (Bax: Yuxarı Çıraqlı)

AŞAĞI CRAXOR - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. 1955-ci ildə Craxor su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq yaranmış kənddir. Azərbaycanlılar ermənilərlə qarışıq yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar. Türk dillərindəki çeraq -"mineral bulaq" və or -  "çöməklik" sözlərindən ibarətdir.

AŞAĞI ŞAMİ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə Yezid kürdləri (balbaslar) yerləşdirilmişdir.

AŞAĞI CÜYÜRLÜ - Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 192].

AŞAĞI ŞEYPURXAN - Noyemberyan r-nunda kənd adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. XIX əsrin ortalarında Şeypurxan (bax) kəndindən yaranmış məntəqədir.

AŞAĞI ŞORCA - Basarkeçər (Vardenis) r-nunda kənd adı. Digər adı Salmankənddir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. (Bax: Şorca)

AŞIQ ALI (AŞQALI) - Ani r-nunda xaraba kənd adı (6, 156). Aşqalı dağının adındandır.

AŞQALI - Şirak düzünün cənub-şərqində dağ adı. Yerli təhrif forması Aşıq Alıdır. Ehtimal ki, Ərzrum qalasının başqa adı olan Aşqala adındandır.

AŞQOŞ -   İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 121].

AŞIQ HƏSƏN -   İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].

AŞIQ HÜSEYN - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında  kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AŞİRABAD  - Nairi r-nunda kənd adı.  1950-ci ildə ləğv edilmişdir.

AŞTARAK - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 75]. (Bax: Əştərək)

AŞNAK - Alagöz dağ silsiləsinin cənub-qərb yamacında dağ zirvəsinin adı (60, 68). Oradakı bir yaylaq da Aşpak adlanır.

AŞNAK - Talin r-nunda kənd adı. Yerli tələffüz forması Əşnəkdir. Ani şəhəri yaxınlığında Talin ilə yanaşı ilk dəfə XII əsrdən məlumdur [32, 252]. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdun sonra kənd dağılmışdır. Ehtimal ki, Aşan tayfa adındandır. Cənubi Azərbaycandakı Aşan, Dağlıq Qarabağdakı  Aşan kənd adı ilə mənşəcə eynidir.



AŞTAŞ - İrəvan əyalətinin Novobayazid qəzasında xaraba kənd adı (133, 26).

AŞHİGAH - Yelizavetpol quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı [133]. 1935-ci ildə kənd Laləkənd (sonra Laləqyuğ), 1975-ci ildə ermənicə Vazaşen adlandırılmışdır. Ehtimal ki, türk dillərindəki aşiq - "açıqlıq", "düzən", ya da aska -"alınmaz qayalı dağ" [126, 68] sözündəndir. Monqol dilində asqa "daş (qaya parçaları) səpintisi" (Монгольско-Русский словарь, М. 1957, c.45), qırğız dilində aska "qaya" (Ахматов Т.К. Географические названия Таласской долины Киргизской ССР. "Onomastika Kirqizii", Frunze, 1985, c.35.)  mənasındadır 1590-cı ilə aid türkcə mənbədə Sisyan nahiyəsində Əşkəmor kənd adı çəkilir [169, 360]. Türkmənistandakı Aşqabat, İrandakı 16 Aşqabad (asqa və türk dillərində bət "aşırım" "üz" "səth" sözlərindən) toponimləri ilə səsləşir.


Поделитесь с Вашими друзьями:
1   ...   13   14   15   16   17   18   19   20   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə