ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1,72 Mb.
səhifə16/21
tarix05.03.2017
ölçüsü1,72 Mb.
#10074
1   ...   13   14   15   16   17   18   19   20   21


AVŞAR - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 134]. "Qasımkənd də adlanır" (yenə orada).

AVŞAR MƏRDANQULU - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 134]. Mərdanqulu adlı şəxsə (dövlət məmuruna, yaxud mülkədara) məxsus avşarlar mənasındadır.

AVUŞ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Türk dillərindəki auş - "dinc", "sakit" sözündən ibarət olması güman edilir. Naxçıvandakı Avuş dağının adı ilə mənaca eynidir.

AĞABAŞ - Rəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [169, 362]. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş - "əkin yeri" sözündəndir. Ermənistandakı "ağ" və "ağa" sözləri ilə başlayan çoxlu yaşayış- məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə "ağa" formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə "qardaş") sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdi. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar. Türkiyə və Azərbaycan hökmdarları əxilərə torpaq sahələri, kiçik məntəqələr bağışlayırdılar. Faruk Sumer bu münasibətlə yazır ki, əxilər siyasi baxımdan bir zümrə idilər (34, 173). Ermənistandakı çoxlu "ağa" (əsli əxi), "dərviş" və "şeyx" sözləri ilə başlayan kənd adları da bununla bağlıdır. Lakin "əxi" sözü danışıqda təhrif olunaraq bəzi hallarda  "ağa" şəklinə düşdüyünə görə, bütün hallarda onu rəng bildirən ağ və şəxs adını bildirən Ağa sözlərindən ayırmaq çətindir. Ona görə də Ağabaş kənd adı Əxibəş ("əxiyə məxsus əkin yeri") mənasında da ola bilər. (Bax: Ağbaş)

AĞABƏK - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. Ağabək şəxs adındandır. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir.

AĞAVYER - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 3] 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Yerli tələffüz forması Ağbəridir. Naməlum "aqav" və Azərbaycan dilindəki "yer" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasında Aqavnatun (1441-ci ildən bu kənd Eçmiadzin kilsəsinin vəqfi idi - 150, 172) və Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Aqavyurd kənd adlarındakı "aqav" sözü ilə eynidir.

AQAVYURD - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [33, 3].

AĞ AĞA - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. 1918-ci ildə azərbaycanlı  əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AĞAQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 120]. Ağa adlı şəxsə (yaxud əxiyə) məxsus qışlaq mənasındadır.

AĞAQÇI - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. Digər adı - Ağa-Kiçik [133, 3]. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrəsinin adı, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasındakı Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsindəki Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsindəki  Aqay-Qol çay adı [133, 3] və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil.

AĞADƏRƏSİ - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1946-cı ildə kənd ermənicə Katnaxpuyr adlandırılmışdır. 1948-1949-cu illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Ağa şəxs adından və dərə sözündən ibarətdir.

AĞADİ MEHRƏLİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh -"kənd" sözlərindən ibarətdir. "Mehrəli adlı şəxsə məxsus Ağadi" mənasındadır. (Bax: AğUdi)

AĞAZOR- İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (133,3). 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişlər [159]. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur ("Timari Həsən karye-i Aqadzor" - 170, 25). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor -"dərə" sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı. Lakin erməni tarixçisi toponimi Aqazor götürərək ruscaya Alidzor kimi çevirmişdir (57, 216). Kəndin adı  "Kitabi-Dədə Qorqud" eposunda adı

çəkilən Ağ hasar (27, 118) toponiminin sonralar təhrif olunmuş formasıdır. "Ağ hasar" adı əvvəlcə Ağasor, sonra da Ağadzor şəklinə düşmüşdür.

AĞADOST - Rəvan əyalətinin İrəvan qəzasında kənd adı. Ehtimal ki, Ağadost şəxs adındandır. Digər adı  - Çatqıran [169, 62].  (Bax: Çatqıran)

AĞAKƏNDİ - Qapan vilayətinin Sisəcan nahiyəsində kənd adı [134, 168]. Mənbədə Ağayi kimidir [32, 32] ki, bu da "Ağaya məxsus" mənasındadır. Həmin mənbədə deyilir ki, kənddə cəmi 1 müsəlman (azərbaycanlı) ailəsi yaşayır (32, 233). 1661-ci ilə aid sənəddə kəndin ermənicə Aqants adlandığı göstərilir [135, 221].

AĞASIBƏYLİ - İrəvan xanlığının Vedibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması - Aqaslı [20, 219]. 1828-1832-ci illərdə azərbaycanlı  əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1926-cı ildən sonra kənddə yezidi kürdlər və ermənilər məskunlaşmışlar. XX əsrin 40-cı illərində kənd ləğv edilmişdir [20, 219]. Ağasıbəyli kəndin əsasını qoymuş nəslin adıdır.

AĞA SOFI - Ermənistanın Əzizbəyov r-nunda dağ adı (60, 61). Ermənicə Sopi (erməni dilində “f” səsi olmadığına görə). XX əsrin 30-cu illərində Sopi adlandırılmışdır. Əsli - Əxi Sufi. Dağın adı Sufi dərviş ordeninə mənsub əxinin qəbrinin ziyarətgah olması ilə bağlıdır.

AĞATALA - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselo rayonunda) kənd adı. XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv  edilmişdir [20, 85]. Ağa şəxs adından və tala - "düzən", "meşə içərisində açıq yer" sözündən ibarətdir.

AĞATQAYA - Alaverdi r-nunda, Lecan dağından şimal-qərbdə dağ adı (60, 63). XX əsrin 30-cu illərində  ermənicə Akatkar adlandırılmışdır. Azərbaycan dilində “ağ otlu qaya” mənasındadır.

AĞATƏPƏ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. XIX əsrin sonlarından sonra kəndin adı mənbələrdə çəkilmir. Ağa şəxs adından və təpə sözündən ibarətdir.

AĞAÇURUM - Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 60]. Əsli -   Ağ uçurum.

AĞACAN - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170, 139]. Mənbədə kəndin həm də Dördtəpə adlandığı qeyd olunur (yenə orada). Ağacan kəndin (ondan əvvəl qışlağın) əsasını qoymuş şəxsin adıdır [170].

AĞACƏRİ - Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 207]. Başqa adı - Tantaq [23, 49]. Kənd Səlcuq oğuzlarının Ağacəri tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Azərbaycanda Tovuz rayonundakı Ağacəridağ (hünd. 1769 m. ) oronimi ilə mənşəcə eynidir

AĞAFLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. XX əsrin əvvəllərində kəndin əsasını qoymuş nəslin adındandır.

AĞAHƏMZƏLİ - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması - Aqamzalı. 1828-ci və 1878-ci illərdə kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur [11, 164]. 1922-ci ildən sonra bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. 1967-ci ildə kənd ermənicə Marmaraşen adlandırılmışdır. Kəndin adı Əxi (bax: Ağabaş)  və qızılbaşların Həmzəli tayfasının [24, 192] adından ibarətdir. "Əxiyə məxsus Həmzəli kəndi" mənasındadır.

AĞBABA - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. (Bax: Ağbaba dağı)

AĞBABA - İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı [159]. Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Ağbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Keçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir (6, 189). Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli [133, 3] və Azərbaycanda Ağbaba (Kəlbəcər rayonu) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur [31, 157]. "Əxi baba" adından təhrifdir. (Bax: Ağabaş)

AĞBAŞ - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı [159]. 1590-cı ildən məlumdur [169, 267]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [11, 164]. "Ağbaş" kənd yaranmazdan əvvəl yerin adı olmuşdur. Naxçıvandakı Ağbaş çayının və Dəvəçi rayonundakıё Ağbaş kəndinin adları ilə mənaca eynidir. "Əxi və fars dilində bəş ("suvarılan yer" əkin yeri)" adından təhrifdir. (Bax: Ağabaş)

AĞBAŞ - İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı (23, 150). "Əxiyə məxsus əkin yeri" mənasındadır.

AĞBULAQ - İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşlar. 1947-ci ildə kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən [133, 4] biridir. Sübhanverdilər adlı oymağın "Ağbulaq" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilindəki ağ - "içməli su", "axan su", "yağış və qar sularından qidalanan su" və  bulaq  sözlərindən ibarətdir.

AĞBULAQ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Kənd Vedibasar mahalının Ərmik kəndindən çıxmış ailələrin "Ağbulaq" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1918-1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır.

AĞBULAQ - İrəvan xanlığının Göycə mahalında (Krasnoselo r-nu) kənd adı. 1991-ci ildən Axperek adlanır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Altuntaxt adlı kənddən olan bir qrup ailənin "Ağbulaq" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır [170, 12].

AĞBULAQ - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133]. Orada olan yaylaq yerindəki "Ağbulaq" bulağının adındandır.

AĞBULAQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Zəngəzur qəzasında yaşamış Ağkörpü (bax) tayfasının Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır (103, 146).

AĞBULAQ – Gorus r-nunda bulaq adı.

AĞBULAQ - Rəvan əyalətinin Abnik nahiyəsində kənd adı. Digər adı - İtqıran [169, 257]. (Bax: İtqıran)

AĞBULAQ -   İrəvan əyalətinin Şirakel (Şöreyəl) nahiyəsində kənd adı. Digər adı - Qarakilsə [170, 152].

AĞBULAQ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. [23, 119]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

AĞBULAQ - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 130]. Başqa adı - "İlanlı" (yenə orada). "Əhalisi Muğanlu əşirətindəndir" (yenə orada).

AĞBULAQ - İrəvan əyalətinin  Qırxbulaq nahiyəsində kənd adı [23, 76].

AĞBULAQ - İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [23, 114]. Başqa adı - "Qoşabulaq" (yenə orada). 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. Ermənicə kənd Luys adlandırıl-mışdır.

AĞBULAQ - İrəvan əyalətini Şirakel nahiyəsində kənd adı. Şirvancıq kəndinin yaxınlığında yerləşir  [23, 124].

AĞBULAQ - İrəvan əyalətinin Şirakel nahiyəsində Əliqaya (başqa adı - Sərdanəsə) kəndinə məxsus məzrənin adı [23, 128].

AĞVANİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı (60, 61). Qədim türk mənşəli Alban etnoniminin ermənicə tələffüz formasıdır. 1950-ci illərdə kənd dağılmış-dır.

AĞVEYS - İrəvan xanlığının Sürməli mahalında kənd adı [133, 23]. 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir [159]. Qovulmuş ailələr indi Azərbaycana mənsub Zəngilan rayonuna gələrək Ağbiz (Aqveysdən təhrif) kəndinin əsasını qoymuşlar. 1728-ci ilə aid türkcə mənbədə Axi-Veys kimidir [170, 18]. Orta əsrlərdə Yaxın Şərqdə sufi ordeninə mənsub adamlar biri-digəri üçün əxi (ərəbcə "qardaş") sayılırdı. Kəndin adı Əxi Veys şəxs adındandır. (Bax: Ağabaş)

AĞVERƏN - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. 1918-ci ildə Türkiyədən gəlmə ermənilər də kəndə yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1949-cu ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. 1950-ci ildə kənd ləğv edilmişdir. 1590-cı ilə [169, 254] və 1728-ci ilə [170, 34] aid mənbələrdə kəndin adı Aqviran kimidir. Azərbaycan dilindəki ağ (rəng bildirir) və "xarabalıq" bildirən viran(ə) sözlərindən ibarətdir. Digər adı Kəbir-Əli, əsli isə "Kəbir eli"dir. Kənd mənşəcə xəzərlərin Kəbər tayfasına mənsub ailələrin "Ağ viranə" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.

İrəvan əyalətinin bir sıra kənd adlarında fars dilində viranə - "xarabalıq" və viran - "dağıdılmış", "adam yaşamayan yer" [145, 47] cözləri vardır. Lakin viranə sözü danışıqda "örənə", viran sözü "verən" və "örən" formalarına keçmişdir. "Viran" ("verən", "örən") sözləri ilə bitən adlar göstərir ki, bu adları daşıyan kəndlər qədim qala və kilsə xarabalıqlarının yaxınlıqlarında yaranmışdır. İrəvan əyalətindəki Qaraviran [170, 28], Qaraörən [170, 28], Qaracaörən [170, 25], Tülküviran [170, 61], Həsənviran [170, 43], Ortaviran [170, 34] və b. kəndlərin  adı çəkilir. (Bax: Qızılörən)

AĞVƏNG – Yeğeqnadzor (Keşişkənd) r-nunda qala adı.

AĞVİRAN - İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [23, 104]. "Zəncirli kəndinin yaxınlığında yerləşir" (yenə orada).

AĞVİRANİ-KƏBİR - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 3]. "Böyük Ağ viranə" mənasındadır.

AĞQAYA - İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı (60, 63). XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır.

AĞQAYA –Qafan r-nunda dağ adı.

AĞQALA - İrəvan xanlığının Göycə mahalında [159] (XIX əsrin ortalarından sonra İrəvan quberniyasının Novobayazid qəzasında - 136, 32)  1991-ci ildən Berdkunk adlanan (Kamo r-nu) kəndin keçmiş adı.  1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Yaxınlıqdakı ağ rəngli daşdan tikilmiş qədim qalanın adındandır.

AĞQAŞ - İrəvan xanlığındakı Dərəkənd-Parçenis mahalında kənd adı [159]. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş - "dağ çıxıntısı", "dağın qaşı" sözlərindən ibarətdir.

AĞQIRAQ - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. Kənd XIX əsrin ortalarında dağılmışdır. Toponim rəng bildirən ağ və qıraq (kənar) sözlərindən ibarətdir.

AĞQULA - Ələyəz bölgəsində xaraba kənd adı. 1878-ci ildə ermənilər kəndi dağıtmış və XIX əsrin 90-cı illərindən kənd xaraba qalmışdır (6, 152). Ağ-qüllə adından təhrifdir. "Ağ rəngli qüllə formalı qədim qala" mənasındadır.

AĞDABAN - İrəvan əyalətinin Zar-Zəmin nahiyəsində kənd adı [23, 120]. Rəng bildirən ağ (torpağın süxurunun rənginə görə) və monqolca daban - "dağ aşırımı" [126, 168] sözlərindən ibarətdir. Kəlbəcər rayonundakı Ağdaban kəndinin adı ilə eynidir.

AĞDAĞ -  İrəvan quberniyasının   Şərur-Dərələyəz qəzasında dağ adı (133, 9).

AĞDAĞ -  Kamo (Kəvər) və Ararat (Vedi) r-larında dağ adı.

AĞDAĞ -  Vedi r-nunun ərazisində yuru, ağ-narıncı rəngli süxurlu dağ adı.

AĞDAM -  Artaşat (Qəmərli) r-nunda kənd adı. XX əsrin əvvəllərində ləğv edilmişdir.

AĞDAMLAR - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 4]. XX əsrin əvvəllərində kənd dağılmışdır. Toponim rəng bildirən ağ və dam -"qışlaş yerində mal-qaranı saxlamaq üçün tövlə" sözlərindən ibarətdir.

AĞDAN - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) kənd adı [133]. XIX əsrin ortalarında bu kəndin adından Aşağı Ağdan  yarandıqdan sonra da Yuxarı Ağdan kəndinin adı yaranmışdır. 1969-cu ildə kənd ermənicə Aqnaxpur, 1978-ci ildə Qandzakar adlandırılmışdır. Aktan bir türk mənşəli tayfanın adıdır. Erkən orta əsrlərdə Volqaboyunda yaşamış bu tayfa Qızıl Ordaya daxil olmuşdur. Onun Azərbaycana gəlib məskunlaşma vaxtı məlum deyil.

AĞDAN  - İcevan (Karvansaray) r-nunda çay adı.

AĞDAŞ - Tumanyan rayonunda kənd idi. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhalisi Şamlıq və Ağtala kəndlərinə köçürülmüşdür [20, 307]. Rəng bildirən ağ və daş (qaya) sözlərindən ibarətdir.

AĞDAŞ - İrəvan quberniyası Novobayazid qəzasında Böyük Məzrə kəndinin maldarlarına məxsus yurd yerinin adı [136, 34].

AĞDAŞ MƏZRƏSİ - Rəvan əyalətinin Məvaziyi-Xatun nahiyəsində kənd adı [169, 132]. Ağdaş adlı qayanın yaxınlığında məzrə (əkin yeri) mənasındadır.

AĞDƏVƏ - Gümrü kəndinin yaxınlığında dağ adı. Əsli - Aq-tava. Azərbay-canda (Abşeronda) Alatava toponimi ilə mənaca eynidir.

AĞDƏMİR - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. [23, 88]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159].  Mənbədə adı Qızıl Təmir (bax) kəndi ilə yanaşı çəkilir [169, 81]. Mənbədə Ağ Temur kimidir [170, 49]. Ağ Temur kəndin əsasını qoymuş şəxsin adıdır. (Bax: Qızıldəmir)

AĞDƏRƏ - İrəvan xanlığının Dərələyəz mahalında kənd və çay adı [159]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kənd "Ağdərə" dərəsinin adı ilə adlanmışdır. Dərənin adı isə rəng bildirən ağ (torpağın süxurunun rənginə görə) və dərə  sözlərindən ibarətdir.

AĞDİVAR - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 125].

AĞDİZ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 4]. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Rəng bildirən ağ (torpağın süxurunun rənginə görə) və türk dillərindəki tis - "şiş zirvə" [126, 553] sözlərindən ibarətdir. İrəvan əyalətinin Sürməli nahiyəsindəki Aqdis kimidir [170, 17]. Tiflis quberniyasının Qori qəzasında Aqdis dağının [133] adı ilə mənaca eynidir.

AĞZIBİR - İrəvan quberniyasının Novobayazid qəzasında (Kamo r-nunda) kənd adı [136, 32]. Digər adı Əbilkənddir [20, 297]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1922-ci ildə qaçqınların az hissəsi qayıtmışdır. 1945-ci ildə kənd ermənicə Lcap adlandırılmışdır. 1949-cu ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Azərbaycan dilində dağlıq ərazidə ağzıbir "üç tərəfdən qapalı yer" mənasındadır. Azərbaycandakı Ağzıbir (Ağdaş rayonu) kəndinin adı ilə mənaca eynidir.

AĞZIBÖYÜK - Lori bölgəsində Urut çayının digər adı. Ad çayın mənsəbinin böyüklüyünü göstərir.

AĞZIQANLI - Rəvan əyalətinin Şərabxana nahiyəsində kənd adı [169, 24].  Əsli Axis – Qanlı.  "Axis (bax: Axis) kəndi yaxınlığında Qanlı (kəndi) " mənasındadır. Qədim türk mənşəli Kanqlı tayfasının adını əks etdirir. (Bax: Qanlı)

AĞZIƏYRİ - İrəvan quberniyası Novobayazid qəzasındakı Ağbulaq kəndinə məxsus yaylağın adı. "Ağzıəyri" yaylaqdan axan kiçik çayın adıdır. "Ağzı (mənbəyi) əyri olan çay" mənasındadır.

AĞILLI   -  Krasnoselo r-nunda yaylaq adı.

AĞILLININ TAPI  -  Krasnoselo (Çəmbərək) r-nunda təpə adı.

AĞİN - İrəvan xanlığının Göyçə mahalının Aleksandropol qəzasında (133, 5) kənd adı. Yerli tələffüz forması - Əgin. 1878-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir (6, 151). 1961-ci ildə erkən orta əsrlərdə indiki Türkiyə ərazisində mövcud olmuş Ani şəhərinin (XIV əsrdə zəlzələdən dağılmışdır) adı ilə Ani adlandırılmışdır. (Bax: Ağindağı)

AĞİNDAĞI - Şirak vadisində, Arpaçayın sol sahilində, Ağin kəndinin yaxınlığında dağ adı. Türk dillərindəki əqin - "təpə", "yüksəklik" [126, 627] sözündəndir. XIX əsrdə Şimali Qafqazda Stavropol quberniyasındakı Eqen-Balqan [133, 300], Qazax qəzasındakı Aqnavat (əsli - Aqinavat, əqin və türk dillərindəki  bət, səth, üz, - "aşırım", "dağ yamacı",  "dağın gün düşən tərəfi" - 143, IV, 2, 1617 sözlərindəndir), Naxçıvan qəzasındakı Aqinek-təpə (dağ adı) [133], indi Qubadlı rayonundakı Ayindağ və həmin dağın ətəyindəki Əynezir (bax: Eynəzir) toponimləri ilə mənaca eynidir.

AĞİS - Göyçə bölgəsində Qelam (ermənicə Qeğam) dağ silsiləsində bir dağın adı (60, 67 )

AĞIZLI -   İrəvan əyalətinin Dərəçiçək nahiyəsində Şaharbuz kəndinə məxsus məzrənin adı [23, 116].

AĞIRLI - İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd (23, 47). "Əhalisi Şaqiabad camaatındandır" (yenə orada).

AĞIT - İrəvan əyalətini Şirakel nahiyəsində kənd adı [23, 130]. "Əhalisi Muğanlu əşirətindəndir" (yenə orada). Əsli - Aqut. "Ağ otluq" mənasındadır. (Bax: Ağudi)

AĞYAYLAQ -   İrəvan əyalətinin Maku nahiyəsində kənd adı [23. 41].

AĞYATAQ - Talin rayonunda kənd adı. Mənbədə Ağyataq yaylaq adı kimi göstərilmişdir [169, 334]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Rəng bildirən ağ (torpağın ağımtıllığını bildirir) və yataq  - "payızda qoyun salınan dam" (hər 50 qoyuna bir yataq düzəldilirdi) sözlərindən ibarətdir. Azərbaycandakı Yataqoba (Xaçmaz rayonu) kəndinin adı ilə mənaca eynidir. (Bax: Qızıl-Yataq)

AĞYOL - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın iisyan r)yonundaa kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AĞYOXUŞ - Basarkeçər rayonunda kənd və aşırım adı. 1935-ci ilə qədər "Zod" sovxozunun adı ilə Zod adlanırdı [20, 278]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. 1590-cı ildən [169, 66] məlum olan "Ağyoxuş" yaylağının adındandır.

AĞKƏND - İrəvan xanlığının Dərələyəz mahalında (Yeğeqnadzor r-nu) kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd ermənicə Aqicadzor adlandırılmışdır. Əsli Əxikənddir. Əxi (t tul) vəikənd sözündən ibarətdir. (Bax: Ağabaş)

AĞKƏND  - Qafan r-nunda kənd adı.  XX əsrin əvvəllərində ləğv edilmişdir.

AĞKƏND - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) kənd adı [133]. 1828-ci ildə İrandan gəlmə ermənilər kənddə yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır [20, 180]. 1918-ci ildə azərbaycanlılar yenidən qovulmuş, lakin 1948-ci ildə bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Əxikənddir.

AĞKİLSƏ - İrəvan xanlığının Göycə mahalında (indi İcevan rayonunda) kənd adı [159]. 1988-ci ildə kəndin əhalisi Azərbsycana qovulmuşdur. Kəndin adı rəng bildirən ağ və ərəbcə kilis (kilsə) sözlərindən ibarətdir. "Ağ rəngli daşdan tikilmiş kilsə" mənasındadır.

AĞKİLSƏ - İrəvan xanlığının Göycə mahalında kənd adı. [170, 12]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. [170, 12]. XIX əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 10 Ağkilsədən [133] biridir. Rəng bildirən ağ (kilsənin tikildiyi daşın rəngini bildirir) və kilsə  sözlərindən ibarətdir. "Ağ rəngli daşdan tikilmiş kilsə" mənasındadır.

AĞKİLSƏ - Basarkeçər rayonunda kənd adı. 1935-ci ildə ermənicə Azat (fars dilində azat - "vergi verməyən", "süvari" sözündən) adlandırılmışdır. Aşıq Ələsgərin doğulduğu kənddir. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Ondan sonra böyük aşığın məzarı da məhv edilmişdir.

AĞKİLSƏ - Axuryan (Düzkilsə) rayonunda kənd adı. Digər adı - Ağyelli. 1829-cu ildə Türkiyədən gəlmiş ermənilər də məskunlaşmışlar. 1878-ci ildə azərbaycanlılar qovulmuşlar (6, 151). 1945-ci ildə kənd ermənicə Qraşen adlandırılmışdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin