Eldənizlər


Özbək (1210–1225)[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə9/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   ...   5   6   7   8   9   10   11   12   13
tarıx

Özbək (1210–1225)[redaktə | mənbəni redaktə et]


Həmçinin bax: Atabəy Özbək

Gürcü yürüşləri və Əcəm İraqındakı döyüşlər[redaktə | mənbəni redaktə et]


Gürcü qoşunları 1210–1211-ci illərdə Azərbaycana dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Zahidə xatun çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Təbrizlilərin, eləcə də Miyanənin bütün malqarası aparıldı, ətraf yerlər qarət edildi. Gürcü qoşunları geri çəkilərkən miyanəlilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar. Yenidən şəhərə hücum edən gürcü dəstələri şəhər hakimini ailəsi ilə birlikdə qılıncdan keçirdilər, dərilərini soyub minarənin başından asdılar, sonra isə şəhəri qarət edib yandırdılar. Zəncan, Qəzvin və Abxar əhalisinədə eyni cür divan tutdular. Uçan şəhərinin, Ərdəbilin bütün varidatlarını karvanlarla apardılar. 12 min ərdəbilli qılıncdan keçirildi. Özbəyin hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi.[91]
Onun taxta çıxdığı vaxt İraqi Əcəmdə vəziyyət ağır idi. Bu vaxt bir müddətdir İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 1215-ci ilin avqust-senyabrında meydana gələn döyüşdə Məngli məğlub oldu və qaçdığı Savədə şəhər hakimi tərəfindən öldürüldü. Başı isə Atabəy Özbəyə göndərildi. Mənglinin əlindən aldığı torpaqlar üzərinə Cahan Pəhləvanın vassallarından Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış hakim təyin edildikdən sonra xütbəni xarəzmşah Əlaəddin Məhəmmədin adına oxudmağa başladı. Bu səbəbdən də 1217-ci ilin yazında Oğlamış öldürüldü və Əcəm İraqında Xarəzmşahların adına xütbə oxunması və pul kəsilməsi dayandırıldı.[92]
Bu zaman atabəy Özbək və onun vassalı, Fars hakimi atabəy Səd ibn Zəngi Oğlamışın həlakından və Xarəzmşahın uzaqda olmasından istifadə edərək, qoşunlarını İran İraqı ərazisinə yeritdilər. Özbək İsfahan əhalisinin razılığı ilə şəhərə daxil oldu. Eyni vaxtda Səd ibn Zəngi Rey, Qəzvin, Hüvar və Semnan şəhərini və onların nahiyələrini ələ keçirdi. Atabəy Özbək və atabəy Səd tərəfındən İranın ərazisinin xeyli hissəsinin zəbt olunduğunu Qumisdə eşidən Xarəzmşah öz qoşunlarından 12 min seçmə atlını ayırıb Reyə göndərdi. Xeyli- Buzurq yaxınlığında Xarəzmşah ordusu atabəy Sədi yaxaladı və döyüşdə məğlub olan Səd əsir götürülərək Həmədana, Xarəzmşahın yanına aparıldı.[93]
Bunu eşidən Özbək, Əhər hakimi Nurəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdü. Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəyin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə kəsdirməyi əmr edir. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Arran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına çevrildi.[94]
1214–1215-ci illərdə Gürcü hücumlarının arasının kəsilməsindən istifadə edən Özbək öz mülklərində işləri qaydaya salmaq qərarına gəlir. Bu məqsədlə o, atabəy xəzinəsinə vergiləri ödəməkdən imtina etmiş yerli hakimləri cəzalandırmaq üçün Qarabağa yürüş edir. XIII əsrin anonim müəllifinin məlumatına görə, atabəyin "qoşunları qələbə çalaraq, hamını qılıncdan keçirtdilər. Onlar xeyli pul və zəngin hərbi qənimət gətirdilər".[95]
1222-ci ildə Şirvana hücum edən qıpçaqları darmadağm edən gürcülər oradan qayıdaraq 1222-ci ilin noyabrında Beyləqana hücum etdilər. Şəhər əhalisi həmişəki kimi elə güman edirdilər ki, təzminat ilə gürcülərdən yaxa qurtaracaqlar. Lakin gürcülər monqollardan da amansız qırğın törətməyə başladılar. Şəhəri qarət etdikdən sonra geri döndülər.[96][97]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin