Avrasya uluslararası Araştırmalar Dergisi



Yüklə 97,54 Kb.
Pdf görüntüsü
tarix03.12.2016
ölçüsü97,54 Kb.
#732

 

 

 



 

                                               AVRASYA Uluslararası Araştırmalar Dergisi 



 

 

 

                                                              

Cilt:1 •Sayı:2•Ocak 2013•Türkiye 

 

 



NİZAMİ ƏDƏBİ İRSİNİN ÖZBƏK ƏDƏBİYYATINDA TƏSİRİ, 

ÖZBƏK ƏDƏBİYYATŞÜNASLIĞINDA TƏDQİQİ VƏ ÖZBƏKİSTANDA NƏŞRİ 

MƏSƏLƏLƏRİ 

 

ALMAZ ULVİ (BINNƏTOVA)

  



ÖZET 

Məqalədə dahi Nizaminin ədəbi şəxsiyyətinin və irsinin özbək ədəbiyyatına təsiri, özbək 

ədəbiyyatşünaslığında  öyrənilməsi  kimi məsələlər  elmi-nəzəri fikir  kontekstində  araşdırılmışdır. 

Yeri  gəldikcə,  Azərbaycan  və  özbək  tədqiqatçılarının  fikirlərinə  də  isnad  edilmişdir.  Məqalədə 

Nizami əsərlərinin Özbəkistanda nəşri məsələsinə nəzər yetirilmişdir. 

Anahtar  Kelimeler:  Nizami  Gəncəvi,  özbək  ədəbiyyatı,  ədəbi  təsir,  özbək 

ədəbiyyatşünaslığı, ədəbi əlaqələr, Nizaminin Özbəkistanda nəşrləri, klassik irs. 

 

ВЛИЯНИЕ ЛИТЕРАТУРНОГО НАСЛЕДИЯ НИЗАМИ НА УЗБЕКСКУЮ ЛИТЕРАТУРУ, ЕГО 

ИЗУЧЕНИЕ В УЗБЕКСКОМ ЛИТЕРАТУРОВЕДЕНИИ И ВОПРОСЫ ПУБЛИКАЦИИ 

РЕЗЮМЕ 

В  представленной  статье  исследуются  вопросы  влияния  великого  литературного 

гения  Низами,  его  личности  и  наследия  на  узбекскую  литературу  и  изучение  его 

творчества  в  узбекском  литературоведении  в  контексте  научно-теоретических  взглядов. 

По необходимости автор ссылается также на мнения узбекских исследователей. В статье 

рассматриваются также вопросы публикации его произведений в Узбекистане.  



Ключевые  слова:  Низами,    узбекском  литературоведении,  влияния,  публикации 

Nizami в Узбекистане.  

 

 

Tədqiqatlara  isnadən,  Nizami  “Xəmsə”sinin  ən  qədim  variantı  Özbəkistan 

Əlyazmalar Fondundan, Nəvai əsərlərinin ən qədim nüsxələri Azərbaycan Əlyazmalar 

İnstitutundan  əldə  edilmişdir.  Bu  o  deməkdir  ki,  Azərbaycan  özbək  ədəbi  əlaqələrinin 

tarixi yüzilliklərə, minilliklərə gedib çıxır.  

Ədəbiyyatda  təsir  məsələsi:  Bəli,  Azərbaycan  -  özbək  ədəbi  münasibətləri 

nəinki Nizami Gəncəvinin yaşadığı dövrdən, hətta ondan da irəliki zamanlardan qol-bu-

daq  atmaqdadır.  Nizami  "Xəmsə"si  Özbəkistanın  da  qiymətli  ədəbi  xəzinəsi  sayılır. 

Yazıçı-dramaturq  Kamil  Yaşen  yazır  ki,  böyük  şairin  vəfatından  on  illərlə  sonra,  Orta 

Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif 

"Müftah ül - ədl" adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin “Şah və iki bay-

quş” haqqında hekayəti təşkil edirdi (Yaşen Kamil). Tədqiqatçıların qənaətinə görə, öz-

bək  ədəbiyyatına  Nizaminin  təsiri  belə  başlamışdı.  Məhəmməd  Əli  “Ecazkar  Nizami” 

araşdırmasında  qeyd  edir  ki,  XIV  əsrdə,  daha  dəqiq,  1330-1340-cı  illərdə  özbək  şairi 

Qütb  Xarəzm  “Xosrov  və  Şirin”  əsərini  ana  dilinə  çevirərkən  poemaya  yeni  hadisələr 

daxil etmişdi və buna görə də, Nizami əsərinin özbək variantı bir növ orijinal kimi səslə-

nir  (Məhəmməd Əli.).  Müasir  dövrümüzdə  Özbəkistanda  dərc  olunmuş  beşcildlik  "Öz-

                                                

  Prof.Dr.Almaz  ÜLVI  (Binnətova)  AMEA  Nizami  adına  Ədəbiyyat  İnstitutu  Türk  xalqları 



ədəbiyyatı şöbəsi, baş elmi işçi, 

almazulvi1960@mail.ru

 


ALMAZ ULVİ  (BINNƏTOVA)                                                                                                     

58

                                                                                                   



 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 



 

bək ədəbiyyatı tarixi" kitabında da Nizaminin özbək ədəbiyyatının inkişafındakı müsbət 

təsiri xüsusi qeyd edilmişdir. Cığatay (özbək) "Xosrov və Şirin"in müəllifi Qütb Xarəzmi 

Nizamidən öyrəndiyini etiraf edərək yazmışdır – 

Qazantək qaynayıb sevda yetirdim,   

Nizami balından halva bişirdim (Məhəmməd Əli).   

Bir çox mənbələrə isnadən deyə bilərik ki, Nizami irsi Özbəkistanda Nəvai döv-

rünə qədər də geniş yayılmışdır, sevilmişdir.Özbək ədəbiyyatının klassiki Nəvainin dahi 

Nizaminin  təsiri  ilə  “Xəmsə”  yaratması,  sonralar  da  Azərbaycanın  ən  görkəmli 

sənətkarlarının Nəvaidən öyrənməsi və başqa bu kimi faktlar ədəbiyyat tariximizdə az 

deyildir. Qafur Qulamın yazdığı kimi –  

Şagirdlər qəlb evinin parlayan çırağıdır,  

Ustadı ötən şagird – ustadın bayrağıdır. 

Mərifət insana xas, könül göz bulağıdır,  

Yurdu sevənlər üçün yurd bir çiçək bağıdır,  

Yurdsevərlər bu bağda olar Şirin, ya Fərhad. 

Biri-birinə şagird, biri-birinə ustad  

(Ülvi  Almaz. Azərbaycan - özbək (cığatay)  ədəbi əlaqələri 2008:127).  

Nəvai  “Heyrət  ül-Əbrar”  ("Nəciblərin  heyrəti")  əsərində  Nizamini  öz  ustadı  və 

ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızr” adlandırmış, “Xəmsə”sini 

“Beş  xəzinə”  deyə  şərəfləndirmişdir.  Nəvai  hər  dastanının  başlanğıcında  Nizamiyə  

məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazmışdır. “Gəncə günəşi elə bir 

bayraq qaldırdı, söz ölkəsini bir qələmlə birləşdirdi, dostlaşdırdı”. Azərbaycanın böyük 

oğlu Nizamini tərifləməkdən doymayır, ona layiq əsərlər yazır. Nəvai bir başqa səhifədə 

yazmışdır:  “Gəncəli  Nizami  şeirini  öz  gövhərləri  ilə  bəzədi.  O,  dünyanı  cəvahiratla 

doldurdu. Onun cəvahirləri göyün ulduzları kimi saysız-hesabsızdır. Elə adam tapılmaz 

ki, böyük Gəncəlinin incilərini qiymətləndirməsin. Qulaqlarda cingildəyən ləl – cəvahirat 

ağızlarda  dolaşacaq,  o,  heç  vaxt  torpağa  düşməyəcəkdir.  Onlar  qulaqdan  ürəyə 

keçəcək,  ürəyi  zənginləşdirəcəkdir.  Eh!  Nizami,  mən  səninlə  müqayisə  etmək  üçün 

sənə bərabər adam tapmadım” (Məhəmməd Əli). “Leyli və Məcnun” poemasında isə öz 

ustadı haqqında yazarkən belə demişdir:  

Sal daşdan o qurdu beş uca qala,  

Beş gizli xəzinə çıxdı aşkara,  

Qala dövrəsində bu tikdi qəsr, – 

Zinəti deyilsin əsrbəəsr.  

Həm çölünə vurdu incə naxışlar,  

Həm də içində zər parladı par - par.  

Ecazla sehrdə var bir təfavüt: 

Birinci - Kəbədir,  ikincisə - büt  

(Ülvi  Almaz. Azərbaycan - özbək (cığatay)  ədəbi əlaqələri, 2008:68). 

Nəvai  Bayqara  sarayında  işlədiyi  zaman  Nizaminin  “Xəmsə”sini  xüsusi 

xəttatlara bir neçə variantlarda yazdırmışdır. Hətta daha maraqlı bir nüsxəsi - olduqca 

orijinal  və  bu  nadir  əlyazma  nüsxəsini  misal  göstərmək  istərdik.  Bu  əlyazma 

nüsxəsində  Nəvai  öz  “Xəmsə”sini  Nizaminin  “Xəmsə”si  ətrafına  dairəvi  şəkildə 

yazdırmışdır. Nəvainin Nizami yaradıcılığına olan məhəbbətinə heyranlığına valeh olan 

rus  şairi  N.Tixonov  yazmışdır:  “Nəvai  şir  idi,  şirin  həndəvərində  dolanırdı  və  şir  ilə 

mübarizədə  salamat  qalmışdı.  Çünki  Nəvai  Nizaminin  rəqibi  yox,  müttəfiqi  idi”  (Ülvi  

Almaz. Azərbaycan - özbək (cığatay)  ədəbi əlaqələri 2008: 66). 

Akademik Həmid Araslı yazır ki, XV əsr ədəbiyyatı nümayəndələri Lütfi,  Xarəz-

mi,  Durbək,  Gədai,  Ətai,  Səkkaki  kimi  görkəmli  sənətkarlar  Nizami  irsindən 

faydalandıqlarını əsərlərində dönə-dönə etiraf etmişdilər Nəvai zamanında Heydər Xa-


ALMAZ ULVİ  (BINNƏTOVA)                                                                                                     

59

                                                                                                   



 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 



 

rəzmi  ustad  saydığı  Nizaminin  "Sirlər  xəzinəsi"nə  müraciət edərək  onu  tərcümə  etmiş 

və bu adda özü də "Məxzən ül - əsrar" əsərini yazmışdır, əsərin müqəddiməsində de-

yir:  


Şeyx Nizami nəfəsindən can tapıb,   

Mənasından hökmlə - fərman tapıb.   

Dünyada mən Heydəri - sahib hünər,   

Əldə etdim bu qədər dürrü - gövhər  

(Ülvi  Almaz. Azərbaycan - özbək (cığatay)  ədəbi əlaqələri 2008: 70).  

1987-ci  ildə  Özbəkistanda  çap  olunmuş  "Nəvai  antologiyası"na  Heydər  Xarəz-

minin bu əsəri də daxil edilmişdir.   

Xalq şairi Qafur Qulamın misralarıdır – 

Azərbaycan xalqının ölməz şeiri, sənəti, 

Qədim zamandan bəri dostlara həyat verib. 

Atamız Nizaminin hikmətdə məharəti, 

Şərqdə çox şairlərə ilhamdan qanad verib. 

Xalq  şairi  Soltan  Əkbəri  söhbətlərinin  birində  məhəbbətlə  qeyd  edir  ki,  qədim 

Gəncədə  dünyaya  göz  açan  Nizami  öz  sənəti  ilə  neçə  əsrdir  ki,  dünyanın  bir  çox 

xalqlarına  çox  nəcib,  humanist  hisslər  aşılayır.  Onları  əməksevərliyə,  vətənpərvərliyə, 

dostluğa,  sülhə,  qardaşlığa  çağırır.  Nizami  əsərləri  bütün  nəsillərin  mənəvi  sərvəti 

olaraq qalacaqdır. 

Böyük  nəvaişünas  alim  Cənnət  Nağıyeva  “Klassiklərimizin  əsərləri  Nəvainin 

kitabxanasında” tədqiqat əsərində Nəvai dövründə yazılmış Nizami əlyazma nüsxələri 

haqqında  dəyərli  məlumatlar  aşkara  çıxarmışdır.O,  yazır:  “Nəvai  klassik  Şərq 

ədəbiyyatını  mükəmməl  bilən,  epik  şeirin  ustadı  Nizami  ənənələri  ilə  tərbiyələnən, 

Azərbaycan ədəbiyyatı ilə bağlı olan şairlərdən idi. Nizami əsərlərinin günümüzə gəlib 

çıxan  ən  mükəmməl,  olduqca  gözəl  xəttlə  yazılmış  nüsxələri  məhz  Nəvai  dövrünə 

aiddir,  daha  doğrusu,  birbaşa  Nəvainin  tapşırığı  ilə  hazırlanmışdır.  Bütün  bunlardan 

əlavə,  Orta  Asiya  söz  sənətkarlarının  Nizami  yaradıcılığı  ilə  əsrlər  boyu  davam  edən 

ədəbi  əlaqələrini  təsdiqləyən  başqa  bir  çox  əlyazmaları  da  Nəvainin  əlində  -  onun 

kitabxanasında olmuş, həmin dövrün məhsulu kimi bu günə qədər gəlib çatmış və öz 

tarixi-ədəbi əhəmiyyətini saxlamışdır. Nizami və Əmir Xosrov, Nizami və Nəvai, Nizami 

və  Caminin  “Xəmsə”lərindən  seçilmiş  əlyazmalarına  SSRİ-nin  kitab  xəzinələrində  rast 

gəlmək olur” (Nağıyeva Cənnət.  Klassiklərimizin əsərləri Nəvai kitabxanasında). 

Tədqiqatçı  bu  araşdırmasında  Nizami  əlyazmalarının  yazılma  tarixini,  cildini, 

səhifəsini  və  s.  aydın  şəkildə  təsvirini  qələmə  almışdır.  Nizaminin  Nəvai  dövrünə  aid 

olan dörd əlyazması üzərində xüsusi dayanaraq aydın şərhlər vermişdir. 

Bertels öz tədqiqatında Nəvainin Nizami ecazına dair fikirlərini belə şərh etmiş-

dir.    "Şəriətdə  ecaz peyğəmbərin  öz  peyğəmbərliyini  sübut  üçün göstərdiyi  möcüzəyə 

deyilir.  Məsələn,  Məhəmməd üçün belə bir sübut Quran hesab olunur. Nizami poema-

sını Quranla müqayisə etməklə Nəvai həmin əsərin misli-bərabəri olmadığını etiraf et-

miş olur" (Məhəmməd Əli). Özbək ədəbiyyatşünası Məhəmməd Əli "Ecazkar Gəncəvi" 

məqaləsində Nizaminin özbək ədəbiyyatına təsirindən,  Nizami irsinin özbək ədəbiyyat-

şünaslarının  tədqiqində  xüsusi  yeri  olduğunu  etiraf  etmişdi.    Məqalədə  Y.    Bertelsin 

fikrinə isnad edilərək göstərilir ki,  “Nizami sənətinin müxtəlif ədəbiyyatlarda doğurduğu 

əks-səda intəhasız və misilsizdir.  Bunu bir çox ədəbiyyatlarda Nizamiyə bolluca yazı-

lan nəzirələr də təsdiqləyir: - məsələn,  farsca - qırx iki,  özbəkcə - iki,  türkcə iki və s

Eyni  zamanda  Nizami  qüdrətidir  ki,    sözü-sovu  dünyaya  yayılmışdır.    Nizami  elmi  ilə 

dünyaya bələd idi.  Xarəzm şahzadəsi Nazpəri surətinin bədii tərənnümü təsdiqləyir ki,  

şair o xalqın tarixini,  etnoqrafiyasını,  adət-ənənəsini,  mədəniyyətini,  coğrafiyasını gö-

zəl bilirmiş” (Məhəmməd Əli).   


ALMAZ ULVİ  (BINNƏTOVA)                                                                                                     

60

                                                                                                   



 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 



 

Əldə olunan ədəbi faktları bir-bir təhlil süzgəcindən keçirməkdə məqsəd Nizami 

yaradıcılığının özbək ədəbiyyatına təsir məsələsini aydınlaşdırmaqdır. Ümumilikdə isə 

beşcildlik “Özbək ədəbiyyatı tarixi” akademik kitabında Nizaminin özbək ədəbiyyatının 

inkişafındakı müsbət təsiri əhatəli qeyd edilmişdir.  

 Ədəbiyyatşünaslıqda  tədqiqi:  Özbəkistanda  müxtəlif  zamanlarda  müxtəlif 

elmi  mənbələrdə  -  kitab  və  toplularda, qəzet  və   dərgilərdə    Nizami  yaradıcılığı,  onun 

ayrı-ayrı  əsərləri  haqqında  elmi-tənqidi  məqalələr,  araşdırmalar  nəşr  olunmuşdur. 

1940-cı  illərdə  Nizami  və  Nəvainin  yubiley  günləri  çərçivəsində  bu  səpgidə  xeyli  elmi 

məqalələr  yazılmış  və  dərc  edilmişdir.  Akademik  Həmid  Araslının  iki  xalqın 

ədəbiyyatları  arasında  gördüyü  işləri  saymaqla  başa  gələn  deyil.  Onun  elə  həmin 

illərdə  Nəvai  ilə  bağlı  Azərbaycanda  gördüyü  işlər  haqqında  dəfələrlə  yazılıb,  elə  bu 

sətirlərin  müəllifi  də  “Azərbaycan-özbək  ədəbi  əlaqələri”  monoqrafiyasında  da 

qeydlərini  bildirmişdir.H.Araslı  1940-ci  ildə  yazdığı  “Nizami  və  Nəvai”  adlı  tədqiqatı 

özbək  elmi-nəzəri  fikrində  yüksək  dəyərləndirilmiş,  neçə-neçə  tədqiqat  işi  üçün  ilk 

mənbə sayılmışdır. Özbəkistan Dövlət Pedaqoji İnstitutunun elmi əsərləri seriyasından 

nəşr  olunan  “Dil  və  ədəbiyyat  məsələləri”  toplusunun  (XXIX    cild,  1961)  56-89-cu 

səhifələrində  H.Araslının  “Nizami  irsi  dünya  mədəniyyəti  xəzinəsində”  adlı  irihəcmli 

əsərində  Nizaminin  özbək  ədəbi  meydanında,  ədəbiyyatşünaslıq  elmində  rolundan 

bəhs edilir.  

Akademik  Vahid  Abdullayev,  akademik  Vahid  Zahidov,  professor  Səidəxan 

Nərzullayeva,  professor  Şahməhəmməd  Şahməhəmmədov  və  bir  çox  məşhur  özbək 

alimləri  elmi  araşdırmalarında  Nizami  irsinin  öyrənilməsi,  özbək  ədəbiyyatına  təsiri  və 

ədəbiyyatşünaslığında  tədqiqi  məsələlərinə  xüsusi  önəm  vermişdilər.  Adları  çəkilən 

özbək alimləri vaxtilə doktorluq dissertasiyalarını Nizami yaradıcılığı kontekstində elmi-

nəzəri  problemə  həsr  etmiş  və  Bakıda  –  AMEA  Nizami  adına  Ədəbiyyat  İnstitutunda 

müdafiə etmişdilər. 

“Nizami  elə  bir  mədəndir  ki,  onun  yatağı  Gəncədir.  Bu  mədənin  qəlbi  inci 

yatağıdır. Fikri, amalı və xəzinədarı Nizamidir. Onun dili bu xəzinədən incilər çıxarır...”( 

Zahidov Vahid.  Nizami Gəncəvi və özbək ədəbiyyatı). Akademik V. Zahidovun “Nizami 

Gəncəvi və özbək ədəbiyyatı” məqaləsindən götürdüyümüz bu fikirlər ədəbi faktor kimi 

də ədəbiyyatşünaslığımızda qiymətlidir.  

Akademik  V.Zahidov  qeyd  edir  ki,    “Azərbaycan  xalqını  vəsf  eləmək  mənim 

üçün çox çətindir.  Çünki,  o,  hər cəhətdən kamal zirvələrinə çatmış,  tarixin sınaqların-

dan üzüağ və mətin çıxmış əzəmətli bir xalqdır.  Bu xalqın bədii dühasından danışmaq 

istəsək,    böyük  Nizaminin  dünyaşöhrətli  "Xəmsə"sini  xatırlamalıyıq.    "Xəmsə"  –  Azər-

baycan möcüzəsidir.  Sənətin və bədiiliyin dünya tarixində yeni və parlaq mərhələsidir, 

bəşəriyyətin şah əsəridir (Zahidov Vahid.  Nizami Gəncəvi və özbək ədəbiyyatı)”.   

Maqsud  Şeyxzadənin  yetişdirməsi  olan  filologiya  elmləri  doktoru,    professor,  

özbək alimi Natan Mallayevin “Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyə-

ti” adlı monoqrafiyası (Маллаев Н. Низомий Ганжавий мероси ва унинг маърифий-

тарбиявий ахамияти.) xüsusi əhəmiyyət kəsb edir.  Professor Əli Saləddin adı çəkilən 

həmin kitab haqqında qeyd edir ki, monoqrafiyanın "əsas məziyyəti ilk mənbələr, namə-

lum qaynaqlar əsasında yazılmasıdır.  Kitab Nizaminin fəaliyyətinin və ədəbi irsinin təd-

qiqi tarixi,  həyatı və yaradıcılığı bölmələrini özündə birləşdirən "Nizami Gəncəvi",  "Şai-

rin  lirikası",    "Xəmsə"  ədəbi  irsinin  dünya  miqyasında  əhəmiyyəti"  və  “Nizami  ədəbi 

irsinin dünya miqyasında əhəmiyyəti” hissələrindən ibarətdir. Bu hissələr arasında qırıl-

maz  əlaqə  vardır”  (Saləddin  Əli.  Özbəkistandan  töhfə).  Kitabın  maraqlı  cəhətlərindən 

biri də odur ki,  müəllif dünya xalqlarının ədəbiyyatşünaslığında Nizaminin tədqiq tarixi-

nə toxunur və bu tədqiqatların əhəmiyyətini aydınlaşdırır.  "Əsərdə ən maraqlı cəhətlər-

dən biri də budur ki,  görkəmli alim Nizami irsinin tədqiqatçılarına yeni səpgidə yanaşır,  

onun ədəbi məktəbini davam etdirdiklərinin səciyyəvi əlamətlərini açıb göstərir.  Xosrov 



ALMAZ ULVİ  (BINNƏTOVA)                                                                                                     

61

                                                                                                   



 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 



 

Dəhləvinin,  Əbdürrəhman Caminin,  Əlişir Nəvainin,  Məhəmməd Füzulinin,  İohan Hö-

tenin və başqalarının Nizami irsindən nə məqsədlə istifadə etmələrini təhlil edir və bu 

“təlim-tərbiyə  məktəbi"nin  çoxsahəli,   bəşəri,    dünyəvi  elementlərini bir  sistemə  salır...  

Kitabda həmçinin Özbəkistan ədəbiyyatşünaslığında Nizami Gəncəvi ilə bağlı tədqiqat-

lar  təhlil  olunur,    eləcə  də  Nizami  əsərlərinin  tərcümə,    təbdil  və  nəşr  prinsiplərindən 

bəhs edilir” (Saləddin Əli. Özbəkistandan töhfə). 

Məhəmməd Əli “Ecazkar Gəncəvi” adlı araşdırmasında (Məhəmməd Əli) Nizaminin 

özbək  ədəbiyyatına  təsirindən,  Nizami  irsinin  özbək  ədəbiyyatşünaslarının  tədqiqində 

xüsusi  yeri  olduğunu  etiraf  etmişdi.  Tədqiqatçı  öz  fikirlərini  üç  aspekt  daxilində 

açıqlayır.  Ilk  olaraq,  Nizaminin  novatorluğundan  bəhs  edərək  onun  nəinki  özbək 

xalqına, bütövlükdə türk dünyasına doğurduğu şəfəqdən, nurdan bəhs edir, elmi-nəzəri 

baxışları  ilə  gəldiyi  qənaəti  təsdiqləməyə  cəhd  edir.  İkincisi,  onun  Şərq  dünyası 

ədəbiyyatlarına  olan  təsirindən,  bu  təsirin  nəticəsi  olaraq  yaranan  “Xəmsə”lərdən, 

Nizaminin  müraciət  etdiyi  mövzulardan  yaranan  yeni  əsərlərdən  söz  açır  və  onları 

ümumiləşdirmə müstəvisində açıqlayır. Nəhayət, Nizami aləmində, Şərq poeziyasında 

ilk dəfə olaraq insan şəxsiyyətinin bütün mənəvi  zənginliyi və parlaqlığı, ziddiyyətləri, 

müzəffər yüksəlişi və acınacaqlı rəzaləti ilə göstərilməsi şərhini yekunlaşdırır. Müəllifin 

yekun qənaəti budur ki, novator Nizami daim müasirdir. 

Görkəmli ədəbiyyat xadimləri S.Erkinovun və M.Qənixanovun “Nizami Gəncəvi” 

əsərində  (Эркинов  С.,  Ганихонов  М.  Низомий  Ганжавий.  1992)dahi  şairin  özbək 

elmi-nəzəri  fikrində  tutduğu  mövqeyi,  onun  özbək  ədəbiyyatına,  ədəbiyyatşünaslığına 

olan təsirindən, ümumiyyətlə, özbək ədəbiyyatında Nizami ənənələrindən danışılır. 

 

Ədəbiyyatşünas  H.  Həmidinin  “Əski  Şərq  dühaları”  (Homidiy  H.Ko'hna  sharq 

darg'alari. 1999) irihəcmli kitabında da Nizami ənənələrindən ətraflı söz açılmışdır. 

Ümumiyyətlə,  qeyd  etmək  istəyirəm  ki,  dahi  Nizami  haqqında  özbək  alimləri, 

tədqiqatçıları xeyli sayda elmi-nəzəri məqalələr yazaraq, dərc etdirmişlər.   

Əsərlərinin  nəşri:    Nizami  Gəncəvinin  əsərləri  özbək  oxucuları  arasında 

qədimdən  bəri  şöhrət  tapmışdır.    Müasir  dövrümüzdə  də  bu  iş  ənənəvi  olaraq  daim 

davam  etdirilir.  Özbəkistan  dövrü  mətbuatında  da  Nizami  Gəncəvinin  qəzəlləri,  

poemalarından  parçalar  (“Yeddi  gözəl”dən,    “Leyli  və  Məcnun”dan,  “Sirlər  xəzinə-

si”ndən,  “İsgəndər və çoban” və s.  əsərləri)  dərc edilmişdir.   

Nizami  Gəncəvinin  800-illiyi  ərəfəsində,  Özbəkistan  Dövlət  Nəşriyyatı  1947-ci 

ildə (Böyük Vətən müharibəsinin baş verməsi ilə əlaqədar olaraq yubiley nəşri sonrakı 

illərdə həyata keçirilmişdir)şairin poemalarından parçaları “Güldəstə” adı altında ayrıca 

kitab (Низомий Ганжавий,1947) halında çap etmişdir

XIX yüzilliyin ikinci yarısında böyük özbək şairi Məhəmməd Rza Agahi Xivə xanı 

Firuzun sifarişi ilə Nizaminin “Yeddi gözəl” poemasını nəsrlə tərcümə etmişdir. Özbək 

ədəbiyyatşünası  Məhəmməd  Əli  yazır  ki,    həmin  əsər  Agahinin  yeni  nəşr  olunmuş 

(təxm. 1988-ci ildə) dördcildlik külliyatına daxil edilmişdir (Məhəmməd Əli).  

1983-cü  ildə  Nizaminin  özbəkcə  yüz  minlik  tirajla  yeni  bir  kitabı-“Seçilmiş 

əsərləri” (Низомий. Лайли ва Мажнун. 2005) nəfis tərtibatda çapdan çıxmışdır. Kitabın 

giriş  hissəsində  dahi  şairin  ədəbi  şəxsiyyəti  və  irsi  haqqında  elmi  –  nəzəri  fikirlər  yer 

almışdır. Kitabın şeirlər – lirika hissəsində Nizami Gəncəvinin qəzəlləri,  rübailəri,  qə-

sidələri, qitələri, hikmətli sözləri, eləcə də “Sirlər xəzinəsi”ndən,  “Yeddi gözəl”dən par-

çalar təqdim olunur (tərcümələr Şahislam Şahməhəmmədovundur).  Kitaba tərcüməçi,  

filologiya elmləri doktoru,  Firdovsi adına respublika mükafatının laureatı,  professor Ş. 

Şahməhəmmədov müqəddimə yazmış,  kitabın sonunda izahlı lüğət vermiş,  illüstrasi-

yaların götürülmə mənbəyini qeyd etmişdir (Низомий. Лайли ва Мажнун. 2005). 

“İncilər  ümmanı”  kitabında  (Инжулар  уммони.  1989)  Nizami  Gəncəvinin 

əsərlərindən ibarət  nümunələr nəşr edilmişdir. 



ALMAZ ULVİ  (BINNƏTOVA)                                                                                                     

62

                                                                                                   



 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 



 

2005-ci ildə Daşkənddə dahi şairin iki əsəri ayrıca kitablarda nəşr olundu: “Leyli 

və  Məcnun”  və  “Xosrov  və  Şirin”  əsərləri  fars  dilindən  özbəkcəyə  tərcümə  olunaraq 

yeni  nəsil  oxuculara  təqdim  olunmuşdur  (Низомий.  Лайли  ва  Мажнун.  2005.), 

(Низомий. Хусрав ва Ширин. 2005). 

Daşkənd Pedaqoji İnstitutu Nizaminin adını daşıyır. Tədqiqatçı Məhəmməd Əli 

yazır  ki,  bu  rəmzi  haldır  –  müəllimlər  yetişdirən  ocağa  Şərq  şairləri  müəlliminin  adı 

nəsib olmuşdur. Özbəkistan Əlyazmalar İnstitutunun zəngin muzeyinin ilk otağı klassik 

ustad Nizamiyə həsr olunub.  Hətta Nəvai əlyazmasını əldə edən bu muzeydəki həmin 

otaqda Nizaminin şəkli,  əsərlərindən illüstrasiyalar,  ilk "Xəmsə" müəllifinə həsr olunan 

tablolar,  döymə işləri,  xalça,  bədii yazılar,  kitab vitrinləri və başqa eksponatlar vardır 

(Məhəmməd Əli).   



Nəticədə Azərbaycan klassik ədəbiyyatının, ilk növbədə, Nizami, Nəsimi, Füzuli 

kimi  bədii  söz  bahadırlarının,  özbək  ədəbiyyatının  tərəqqisinə və  yeni-yeni  ənənələrlə 

zənginləşməsində danılmaz rolu və böyük təsiri özbək ədəbiyyatşünasları, yazıçıları və 

mətnşünasları  tərəfindən  də  tədqiq  edilmişdir.Bu  tədqiqatlar  isə  öz  növbəsində 

Azərbaycan  ədəbiyyatı  mütəxəssislərinin  təcrübəsindən  və  sözü  gedən  sahədəki 

uğurlarından  istifadə  etmişlər  və  özbək  ədəbiyyatşünaslığının  üfüqlərini  xeyli 

genişləndirmişlər.  Azərbaycanda  Nəvaişünaslıq  elmi  ayrıca  sahə  olaraq  formalaşdığı 

kimi,  Özbəkistanda  da  Nizamişünaslıq,  Nəsimişünaslıq,    Füzulişünaslıq    ənənələri 

böyük vüsət almağa başlamışdır. 

 

 

          KAYNAKLAR 

ABDULLAYEV VAHID.  Füzuli və özbək ədəbiyyatı. S. M. Kirov adına ADU-nun 

Elmi əsərləri.–B., ADU nəşriyyatı,1958,  №2.  

ARASLI  HƏMID.    Böyük  şair.  -  Ə.  Nəvai.  “Fərhad  və  Şirin”  kitabı, B.,  Azərnəşr,  

1968.  s. 3-11.  

ARASLI HƏMID. Nizami və Nəvai – “Ədəbiyyat qəzeti”,  12 mart 1940.  

 АРАСЛИ Г. Вклад Низами в мировую культуру. Низомий номидаги Тошкент 

давлат педагогика институтининг илмий ишлари. Тил ва адабиёт масалалари. 

Том XXIX. 1961. 56-89-бетлар. 

ARASLI H.. Nizomiy va Navoiy // “Guliaston” dergisi, 1940. 4-son. 

CAHANI  QASIM.  Azərbaycan ədəbiyyatında  Nizami  ənənələri.  –  B.,  Elm, 1979.  

s. 176.  

ЭРКИНОВ С., Ганихонов М. Низомий Ганжавий. Тошкент, Фан,1992. 68 б. 

Инжулар уммони.Тошкент, 1989. 102 бет. 

 

ИСТОРИЯ УЗБЕКСКОЙ советской литературы в 5 томах. Tom 1.Ташкент, 



Фан, 1988, 273 стр.  

 

ИСТОРИЯ УЗБЕКСКОЙ советская литература в 3 томах.– Taşkent,  Fan,  



1987. 

 

КОРОГЛЫ Х. Узбекская литература. – M., 1976. 



ALMAZ ULVİ  (BINNƏTOVA)                                                                                                     

63

                                                                                                   



 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 



 

 

МАЛЛАЕВ Н. Низомий Ганжавий мероси ва унинг маърифий-тарбиявий 



ахамияти. Тошкент,1986.46 бет. 

 

МАХАММАДХОДЖАЕВ  ХАСАНХОДЖА.  Фузили  и  узбекская  литература. 



Автореферат кандидатской диссертации – Н.Д.А.  Ташкент,   1972.   

MƏHƏMMƏD ƏLI.Ecazkar Gəncəvi.- “Ədəbiyyat və incəsənət”, 27 noyabr 1989.  

МУХАММАДХОДЖАЕВ  ХАСАНХОДЖА.  Дустлик  туйгусы.-  Ташкент,  Фан, 

1978.  


NAĞIYEVA  CƏNNƏT.  “Azərbaycanda  Nəvai”.  //  Bakı,  “Tural-Ə”,  Nəşriyyat 

Poliqrafiya Mərkəzi.2001.264 s.  

NAĞIYEVA  CƏNNƏT.    Klassiklərimizin  əsərləri  Nəvai  kitabxanasında  – 

“Ədəbiyyat və incəsənət”, 10 yanvar 1976.  

НИЗОМИЙ. Хусрав ва Ширин. Форс тилидан Олимжон Буриев таржимаси. 

Тошкент, 2005. 

НИЗОМИЙ ГАНЖАВИЙ. Гулдаста. Тошкент, 1947. 254 бет. 

НИЗОМИЙ ШЕЪРИЯТИДАН. Тошкент,1983, 126 бет. 

НИЗОМИЙ. Лайли ва Мажнун. Форс тилидан Олимжон Буриев таржимас. 

Тошкент, 2005. 

HOMIDIY H.Ko'hna sharq darg'alari. Toshkent: Sharq, 1999. 258 bet. 

QULUZADƏ MIRZƏAĞA.  “Fərhad və Şirin”. - «Kommunist»,  27 avqust 1948.  

SALƏDDIN ƏLI. Özbəkistandan töhfə.– “Ədəbiyyat və incəsənət”, 18 mart 1986. 

СТРАНИЦЫ 

АЗЕРБАЙДЖАНСКО 

УЗБЕКСКИХ 



ЛИТЕРАТУРНЫХ 

взаимосвязей (сборник).  – Баку, Елм, 1985,  276 стр.   

ТВОРЧЕСКИЕ  СВЯЗИ  узбекской  литературы:  ob  Азербайджанско  - 

узбекских литературных связях (стр. 37-49). – Ташкент, Фан, 1983.101 с.  

ÜLVI    ALMAZ.  Azərbaycan  - özbək  (cığatay)    ədəbi əlaqələri  (dövrlər,    simalar,  

janrlar,  təmayüllər) //  Bakı,  “Qartal” nəşriyyatı,  2008.  328 səh.  

ÜLVI  ALMAZ.  Əlişir  Nəvai  Azərbaycan  ədəbiyyatşünaslığında  (Məqalələr 

toplusu) // Bakı, Qartal, 2009, 460 səh. 

YAŞEN  KAMIL.  Ədəbi  dostluq  və  əməkdaşlığın  səmərəsi.  -“Ədəbiyyat  və 

incəsənət”,  30 may, 1980.  

ZAHIDOV  VAHID.    Nizami  Gəncəvi  və  özbək  ədəbiyyatı.  -“Ədəbiyyat  qəzeti”,  30 

iyul 1947.   



ЗАХИДОВ ВАХИД. Мир идей и образов А.Навои. // Ташкент, Фан, 1961.  

Yüklə 97,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin