Eldənizlər


Məhəmməd Cahan Pəhləvan (1175–1186)[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə5/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   2   3   4   5   6   7   8   9   ...   13
tarıx

Məhəmməd Cahan Pəhləvan (1175–1186)[redaktə | mənbəni redaktə et]


Həmçinin bax: Məhəmməd Cahan Pəhləvan

Daxili mübarizə[redaktə | mənbəni redaktə et]


Məhəmməd Cahan Pəhləvanın adına zərb olunmuş dirhəm. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, Sultan Arslanşahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı.[38][39]
Eldənizin siyasətindən narazı olan əmirlər Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər.[40] Lakin Zəncanda xəstələnərək, yenidən Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı Arslanşahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu yolla rəqibini aradan götürən Atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.[41]
Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlənin çıxışını yatırmalı oldu. Atabəy Eldəniz öz sağlığında xəlifənin həmlələrinin qarşısını almağa qadir qüvvəyə malik olan bu vassalına həmişə qoşunla yardım etmişdi. Şimlə Atabəy Eldənizin ölümündən istifadə edərək Nəhavəndi hiylə yolu ilə daxil olaraq, şəhəri talan etdi, şəhər qazısını və hakimini isə edam etdirdi. Cahan Pəhləvanın göndərdiyi qoşunla baş vermiş döyüşdə Şimlənin ordusunu darmadağın edildi, ağır yaralanmış Şimlə isə əsir alındı və iki gün sonra öldü. Xuzistanda hakimiyyətə keçən oğlu Şərəfəddin Əmiran Atabəyə tabe oldu.[42]
Atabəyin qarşısında Səlcuq sülaləsindən yeganə maneyə Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd idi. Şahzadə Məhəmməd III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.[43]
Atabəy Pəhləvan Marağa atabəyi Arslan-Aba ibn Ağsunqurun 1175-ci ildəki vəfatından istifadə edib onun torpaqlarını əlinə keçirmək üçün hərəkətə başladı və təzliklə Marağa mühasirəyə alındı. Eyni zamanda Arran və Azərbaycan hakimi qardaşı Qızıl Arslan da Təbrizə hücum etdi. Marağa şəhərinin qaziül-qüzatı[q 1] Sədrəddin ilə bağlanan sülh müqaviləsinə görə Marağa, Ruindej qalası Ağsunqurilərə verilmək şərti ilə Marağa atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi. Arran və Azərbaycan hakimi Qızıl Arslan bunun üzərinə öz iqamətgahını Naxçıvandan Təbrizə köçürdü.[44]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin