Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   2   3   4   5   6   7   8   9   ...   34

 

 

 



28 

1.1.3

. Spirtsiz içkilər istehsalının texnoloji 

m

ə

rh

ə

l

ə

l

ə

ri 

 

Spirtsiz içkilər istehsalının əsas mərhələləri – şəkər şərbətinin 



bişirilməsi,  kupaj  şərbətinin  hazırlanması,  qazlaşdırılmış  suyun 

hazırlanması, kupaj və doldurmadan ibarətdir (şəkil 1.1). 

 

 

Şə



kil 1.1

. Qazlaşdırılmış içkilər istehsalının texnoloji sxemi

 

 

Şəkər şərbəti əsasən qaynar üsulla hazırlanır. Şəkər suda həll 



edilir  və  30  dəqiqə  qaynadılır,  sonra  alınan  şərbət  soyudulur. 

29 

«Pepsi-Kola»  və  «Fanta»  içkiləri istehsal  edən  zovadlarda  şəkər 

şərbəti həm soyuq, həm də isti üsulla hazırlanır.  

Soyuq üsul – şəkərin qızdırılmadan və filtrdən keçirilmədən 

həll  edilməsidir.  Şərbətdə  quru  maddələrin  kütlə  payı  60-65% 

təşkil edir. Filtrləmədən sonra şəkər şərbəti istilik dəyişici yaxud 

soyuq su ilə 10-200C temperatura qədər soyudulur. 

Meyvə-giləmeyvə şirə və şərablarında turşu iştirakı ilə (limon 

turşusu ilə) şəkər şərbəti bişirildikdə saxaroza invert şəkərə, yəni 

bərabər  qatılıqda  qlükoza  və  fruktozaya  parçalanmaqla  inversi-

yaya uğrayır. İnvert şəkərlə yanaşı şəkərin daha dərin parçalanma 

məhsulları – oksimetilfurfurol əmələ gəlir. 

Koler 1-2% suya malik şəkərin həll olma temperaturuna qədər 

(160-1650C)  qızdırılması  ilə  alınır.  Belə  şəraitdə  saxlandıqda 

saxarozanın su itirməsi baş verir. Nəticədə şəkər tünd-qonur rəng 

alır. Koler qaynar su ilə quru maddələrin kütlə payı 70±2% olana 

qədər duruldulur və soyudulur. 

Kupaj şərbəti şəkər şərbətinin qazlaşdırılmış su istisna olun-

maqla içkinin bütün komponentləri ilə qarışdırılması yaxud mey-

və-giləmeyvə  yarımfabrikatının  şəkərlə  bişirilməsi  ilə  hazırlanır. 

Kupaj şərbəti soyuq, isti yaxud yarımisti üsulla hazırlanır. 

İçkilər üçün tozabənzər qarışıq. Tozabənzər qarışıqlar şipu-

çi və qeyri-şipuçi içkilər üçün istehsal olunur. Qeyri-şipuçi içkilər 

üçün tozabənzər qarışıq özünü şəkər tozu, ekstraktlar, essenslər, 

qida turşuları, rəngləyicilər və digər komponentlərin qarışığı kimi 

göstərir. Onlar tabletka yaxud toz şəklində buraxılır. İçkilər tab-

letka yaxud tozun qarışdırılaraq soyuq suda həll edilməsi ilə alınır. 



Kvas.  Kvas  şirəsi  konsentratından  kvas  şirəsi  hazırlandıqda 

onu resepturada nəzərdə tutulanın 70%-i miqdarında vurur, su ilə 

30-35

0

C  temperaturda  2-2,5  dəfə  duruldurlar.  Qalan  30%  kvas 



şirəsi  konsentratı  qıcqıran  kvasın  kupajı  mərhələsində  tətbiq 

olunur. 


Kvas şirəsi kombinə edilmiş üsulla qıcqırdılır. Bu məqsədlə 

kvas mayasının M irqindən və süd turşusu bakteriyalarının 11 və 

13  irqlərindən  istifadə  olunur  və  proses  qıcqırtma  yaxud 


30 

qıcqırtma-kupaj aparatlarında aparılır. Şirə qıcqırtma aparatlarına 

vurulur  və  üzərinə  (resepturda  nəzərdə  tutulan  miqdarın)  şəkər 

şərbəti  şəklində  25%  şəkər  əlavə  olunaraq  25

0

C  temperaturda 



möhkəm qarışdırılır. 

Mayalar və süd turşu bakteriyalarının birgə fəaliyyəti nəticə-

sində  etil  spirti,  süd,  sirkə  turşusu,  CO

2

  və  kvasın  dad  və  ətrinə 



spesifik təsir göstərən bir sıra ətirli maddələr əmələ gəlir. 

Qıcqırma  üçün  həmçinin  sıxılmış  çörək  mayalarından  da 

istifadə etmək olar, lakin kvasın dadı bu zaman pisləşir. Onların 

100 dal kvasa sərfiyyatı 0,15 kq-dır. Pivə və şərab mayalarından 

da istifadə etmək olar. 

Kvas şirəsinin qıcqırdılması 25-28

0

C temperaturda quru mad-



dələrin kütlə payının 1,0%-ə qədər azaldılması və turşuluğun 2,0-

2,5 sm


3

 çatdırılması ilə aparılır. Davametmə müddəti orta hesabla 

16-18 saatdır. Qıcqırmanın sonunda kvas 6

0

C-yə qədər soyudulur. 



Bu halda mayalar aparatın dibinə çökür və onları təkrarən istifadə 

etmirlər. Kvas kupaj aparatına vurulur, yaxud birbaşa qıcqırtma-

kupaj aparatında kupaj olunur. 

Qıcqıran kvasın kupajı qalan 75% şəkərin şəkər şərbəti şək-

lində  vurulması,  30%  kvas  şirəsi  konsentratı  və  lazım  gəldikdə 

koler  əlavə  olunması  ilə  aparılır.  Kupaj  qarışdırıcı  ilə  yaxud 

karbon qazı ilə mövkəm qarışdırılır. Əsas keyfiyyət  göstəriciləri 

yoxlandıqdan sonra doldurulmaya verilir. 

Qaynar  sexlər  üçün  çörək  kvası  istehsal  olunduqda  kupajda 

qıcqıran  kvasa  hesablama  yolu  ilə  müəyyən  olunan  miqdarda 

askorbin  turşusu,  kalsium  xlorid,  kalium  fosfat  və  sulu  məhlul 

şəklində xörək duzu vurulur. 

Kvas  avtosisternlərə  və  çəlləklərə  doldurulur.  Kvasın  doldu-

rulmada temperaturu 12

0

C-ni ötməməlidir. 



Buza (bəzi dənlilərdən alınan yüngül içki). Buza qıcqırdılmış, 

yaxud zəif qıcqırdılmış təzələyici içki olub, zəif turş çörək dadı və 

xoşagələn  çörək  iyi  ilə  seçilir.  İçkinin  turşuluğu  (süd  turşusuna 

çevirməklə)  0,3  (müəssisələrdə)  –  0,6%  (ticarət  təşkilatlarında) 

təşkil  edir.  Saxaromitset  mayalarının  fəaliyyəti  nəticəsində 


31 

onlarda az miqdar - 0,5% həcm spirt əmələ gəlir. Bu əsasən içki 

ticarət təşkilatlarında olan zamana təsadüf olunur. 

Müəssisələrdə  hazırlandığı  dövrdə  məhsulda  etil  spirtinin 

olmasına yol verilmir.  

Standart buza orta hesabla 83% suya və  17% quru maddəyə 

malik  olur.  Quru  maddələr  karbohidratlardan  (nişasta,  dekstran, 

şəkərlər, sellüloza, hemiselliloza), rəng maddələri, humin və selik 

maddələri, mum, pentozanlar, zülallar, yağlar, üzvi turşular, vita-

minlər  və  duzlardan  ibarətdir.  Buzanın  quru  maddələrinin  tərki-

bində karbohidratlar daha yüksək miqdarda (14%) olmaqla içkinin 

qida dəyərini müəyyən edir.  

Buza istehsalının texnoloji proseslərinə xammalın qəbulu və 

təmizlənməsi, onun əzilməsi, dənin bişirilməsi, qabların hazırlan-

ması və içkinin doldurulması aiddir.  

Xammalın  bişirilməsi  avtoklavda  birbaşa  qızıdırılmaqla  30-

35, dolayısı ilə 60-120 dəqiqə davam edir.  

Prosesin  sonu  nümunə  götürülməklə  müəyyən  olunur. 

Nümunə  bişirilmiş çörəyə  oxşar  rəngə  və  xoşagələn  çörək  iyinə 

malik olduqda – kütlə dərhal avtoklavdan götürülür və soyuducuya 

qoyulur.  

Soyuducuya  cəld  keçirilməkdə  məqsəd  istiliyin  təsirini 

dayandırmaq (buzada karmelləşmə əmələ gəlməsin deyə) və acılıq 

əmələ gəlməsinin qarşısını almaqdır.  

Soyuducu  özünü  köynəyə  və  qarışdırıcıyua  malik  açıq  çən 

kimi  göstərir.  Cəld  soyutmaq  üçün  soyuducunun  dibinə  ilanvari 

boru  qoyulur  və  ona  soyuq  su  verilir.  Çənin  aşağı  hissəsində 

həlməşiyi götürmək üçün kran qoyulur. 

Temperatur 35

0

C-dən aşağı düşdükdə həlməşik su ilə 8% quru 



maddəyədək  duruldulur.  Bu  zaman  temperatur  20

0

C-dək  azalır. 



Soyutma və durultma prosesi 30-40 dəqiqə davam edir. 

Yaxşı soyudulmuş həlməşikdən daha keyfiyyətli buza alınır. 

Bundan  başqa  20

0

C-dən  aşağı  soyudulmuş  həlməşikdə  özbaşına 



qıcqırmanın qarşısı alınmaqla, içki daha davamlı olur. 

Soyudulmuş və duruldulmuş həlməşik tədricən dənin qabığını 



32 

ayıran  maşına  ötürülür.  1  ton  içkinin  süzülməsi  30-40  dəqiqə 

davam edir. 

Duruldulmuş və süzülmüş buza şəkərlə şirinləşdirilir və onun 

miqdarı buza qarışdırılmaqla 10%-ə çatdırılır. 

Isti  havada  buzanı  ticarət  təşkilatlarına  göndərməzdən  bir 

qədər  əvvəl  şirinləşdirirlər.  Beləliklə  qıcqırma  prosesinin  ilk 

başlanğıc mərhələsi ləngidilmiş olur. 

Isti  yay  günlərində  içkinin  şirinləşdirilməmiş  vəziyyətdə 

anbarlarda 2-4

0

C temperaturda saxlanılması tövsiyə olunur. 



Qabın  hazırlanması  və  doldurulması.  Buza  ticarət  təşkilatla-

rına geniş boğazlı şüşə butulkalarda, yaxud aliminium bidonlarda 

gətirilir. Butulkalar əvvəlcədən yoxlanır, çatı, sınığı olanlar kənar 

edilir. 1%-li kalsium sodası yaxud 0,2%-li xlor əhəngi ilə 65-70

0

C-

də 20-30 dəq yuyulur. Sonra şprisləyən yuyucu maşında və ya əllə 



yuyulur. 

Doldurulmazdan əvvəl butulkalar yoxlanır və yuyulmamışlar 

kənar  olunur.  Doldurulan  butulkalar  kardon,  yaxud  plasmas 

qapaqlarla bağlanır və qutulara yığılır.  

Daşınma  üçün  nəzərdə  tutulan  aliminium  bidonlar  30-40  ℓ 

tutuma  malik  olur.  Daha  yaxşı  dezinfeksiya  üçün  bidonların 

buxarla işlənməsi aparılır. 

Buzanın  daşınması  sürətlə  həyata  keçirilməlidir,  əks  halda 

buza şəkər əlavə olunanadək qıcqırmağa başlayır.  

Qıcqırmanın sürəti mövsümün temperatur şəraiti ilə müəyyən 

olunur. 

4

0



C-dən  aşağı  saxlamağa  imkan  verən  soyuducuları  olan 

müəssisələrdə  buzanı  göndərməzdən  əvvəl  şəkərləşdirirlər.  Bu 

işdə  məqsəd  qıcqırma  prosesinin  sürətli  getməsinin  qarşısını 

almaqdır.  

Buzanın qıcqırması. Spirt qıcqırması – Sassh. Busae tauricae 

xüsusi mayaları və Bact. Bucae tauricae bakteriyaları ilə aparılır. 

Bu mikroorqanizmlər buzaya əsasən havadan daxil olur. Onların 

çoxalmazı üçün ən əlverişli temperatur 26-28

0

C-dir.  


Spirt  qıcqırması  nəticəsində  buzanı  zənginləşdirən etil  spirti 

33 

və  karbon  qazı,  süd  turşu  qıcqırması  zamanı  isə  –  süd  turşusu 

əmələ  gəlir.  Sonuncu  isə  buzaya  təzəlik və  xoşagələn  dad  verir. 

Buzada ticarət təşkilatında maksimum icazə verilən spirt dozası– 

0,5%, süd turşu 0,6%-ə qədərdir.  

İtburnu içkisi. Təzə yaxud qurumuş meyvələrdən (lət, yaxud 

bütöv  meyvələr)  alınmış  ekstraktın  şirinləşdirilməsi  (şəkər 

vurmaqla) və qıcqırdılması yolu ilə alınır. Hazır məhsul xoşagələn 

şirin-tünd  dadı  ilə  xarakterizə  olunmaqla,  açıq  bilinən  təzələyici 

təsiri və C, A və PP vitaminlərinin yüksək miqdarı ilə seçilir. 

İtburnu içkisinin alınması aşağıdakı əməliyyatları əhatə edir: 

xammalın hazırlanması, şəkər şərbətinin hazırlanması və (şirənin 

qıcqırdılması) meyvə ilə şərbətin qarışdırılmasından alınan şirənin 

qıcqırdılması. 

Təzə və quru itburnu meyvələri sortlaşdırılır, yuyulur. Təmiz-

lənmiş  meyvələr  əzilir  və  qıcqırtma  çənlərinə  doldurulur.  Quru 

meyvələr  yuyulduqdan  sonra  birbaşa  qıcqırtma  çənlərinə  dol-

durulur. 

Şəkər şərbəti isti üsulla – 1 kq təzə, yaxud 0,5 kq quru meyvə-

yə  7  ℓ  su,  0,6  kq  şəkər  və  0,006  kq  limon,  yaxud  şərab  turşusu 

əlavə etməklə hazırlanır. 

Şəkər və su 25 dəqiqə bişirilir, bişmənin sonuna 5 dəqiqə qal-

mış turşu əlavə olunur. Şərbət 25

0

C-yə qədər soyudulduqdan sonra 



üzərinə itburnu meyvələri əlavə olunur. 

Qıcqırmanın normal gedişi üçün hər kq itburnu meyvəsinə 5-

10 q çörək mayası (əvvəlcədən ilıq suda duruldulmuş) əlavə olu-

nur. Bütün kütlə qarışdırılır və 20-25

0

C temperaturda qıcqırmağa 



qoyulur. Spirt qıcqırması gedir və içki CO

2

 ilə doyur. 



İtburnu içkisi spirt 2%-ə çatana qədər istifadəyə verilir. 

Tərəvəz içkiləri. Tərəvəzlərin bir çoxunda şəkərin miqdarının 

az  olması,  onların  qıcqırdılmış  içkilər  hazırlanmasında  əsas 

xammal  kimi  istifadəsini  məhdudlaşdırır.  Yüksək  miqdar  şəkərə 

malik  (15-24%)  meyvələrin  emalında  qıcqırma  prosesi  antibio-

tiklər  əlavə  olunmaqla  məhdudlaşdırıldığı  halda,  aşağı  şəkərliyə 

(3,5-6,5%)  malik  tərəvəzlərin  emalında  ziyanlı  mikrofloranın 



34 

məhdudlaşdırılması  aparılır  və  süd  turşu  qıcqırmasının  getməsi 

üçün əlverişli şərait yaradılır. Belə şərait məhsula 2,5% xörək duzu 

əlavə  etməklə  və  temperaturu  15-20

0

C  arasında  nizamlamaqla 



mümkün olur. Süd turşu bakteriyaları yaranan osmos təzyiqinə və 

temperatura  çox  asanlıqla  uyğunlaşır.  Temperaturun  24

0

C-dən 


yüksəlməsi  və  duzun  az  (1,7%-dən  aşağı)  əlavə  olunması  digər 

növ mikroorqanizmlərin (mannit, yağımsov) tez inkişafına, yaxud 

çürümə  proseslərinə  rəvac  verməklə  məhsulun  xarab  olmasına 

gətirib çıxarır. 

Bəzi  ölkələrdə  pasterizə  olunmuş  qarışıq  tərəvəz  şirələri 

istehsal olunur. Onun əsasında kələm şirəsi durur ki, ona digər təzə 

tərəvəz şirələri (kök, turp, pomidor konsentratı və s.) əlavə olunur. 

Alınan içkilər kəskin dadı və yüksək vitaminliliyi ilə seçilir. 

Qıcqırdılmış tərəvəz içkiləri istehsalının texnoloji prosesləri. 

Tərəvəz şirələri hazırlamaq üçün qidasız hissələrdən təmizlənmiş 

tərkib hissələrdən istifadə olunur. 

Xammalın hazırlanması. Kökümeyvəlilər və  yarpaq tərəvəz-

ləri  təmizlənmədən  əvvəl  yuyulur,  kələm  isə  –  təmizlənmədən 

sonra  yuyulur.  Diffuziya  prosesini  təmin  etmək  üçün  kələm 

xırdalanır, bəzi bərk tərəvəzlər isə maşından keçirilir. 

Qıcqırma. Qıcqırtma ağac qablarda (çənlərdə) yerinə yetirilir. 

Qabın tutumu zavodun məhsuldarlığından asılı olaraq 20-100 m

3

 



arasında dəyişir. 

Məhsul  qıcqırtma  çənlərinə  doldurularaq  ağzı  bağlanır.  Üs-

tünə  əlavə  etmək  üçün  adi  içməli  soyuq  sudan  istifadə  olunur. 

Məhsulun  üzərinə  onun  kütləsinin  2,5%-i  miqdarında  duz  əlavə 

olunur. Yaxşı olar ki, duz əvvəlcədən isti suda həll edilmiş olsun. 

Nəzərə  almaq  lazımdır  ki,  müxtəlif  temperaturlarda  100  q  duz 

məhlulunda duzun miqdarı fərqli olur. 

Duzun  yüksək  qatılığı  hətta  süd  turşu  qıcqırmasını  əngəllə-

diyindən çox qatılıq yol verilməzdir. 

Məhsula su əlavə olunduqdan sonra kütlə yaxşı qarışdırılır və 

hava  ilə  doydurulur.  Qıcqırmanın  əvvəli  üçün  hava  əlverişli  rol 

oynayır. Normal temperaturda (15-20

0

C) qıcqırma 3 həftə gedir və 



35 

məhsulda 1,5% süd turşusu toplanır. Bu xüsusilə də kələm şirəsi 

digər  təzə  şirələrlə  kupaj  olunduqda  əlverişlidir.  Əgər  o,  ayrı 

istifadə olunacaqsa, o zaman 1,2-1,4% süd turşusu və 1,8% duza 

malik olmalıdır. 

Uzun müddətli saxlanmada tərəvəz içkisinin davamlığını yük-

səltmək və tərkibin dəyişməsinin qarşısını almaq üçün onu təkrar 

işlənməyə məruz qoyurlar. Bu halda filtrasiya, dərhal qızdırma və 

soyutma, sentrifuqadan keçirmə və steril filtrdən təkrar süzülmə 

aparılır. Bu texnologiya qarışıq içkilər hazırlanması zamanı daha 

əlverişli  sayılır.  Kələm  şirəsi  birbaşa  qıcqırmadan  sonra  yaxşı 

tərkibə, təzə dada malik olmaqla karbon qazı ilə doymuş olur. 

Qıcqırmış tərəvəz içkiləri işığın təsiri altında davamsız olurlar. 

Dad keyfiyyətini saxlamaq üçün tərəvəz içkilərinin doldurulması 

tutqun qablarda həyata keçirilir. 

Qıcqırdılmış  tərəvəz  içkilərini  müxtəlif  əlavələrlə  ətirləş-

dirmək mümkündür. Bəzi ölkələrdə onları şəkərlə şirinləşdirir və 

doldurmadan əvvəl süni yolla karbon qazı ilə doydururlar. 

Qıcqırma zamanı həll olan maddələrin çox hissəsi şirəyə keçir 

(cədvəl 1.2).  

Qışda təzə meyvə və tərəvəzlər çatışmadıqda tərəvəz şirələri 

xüsusilə dəyərli vitamin mənbəyi kimi özünü göstərir. 



Arı balı içkisi. Belə içkilər arı balının, mayaotunun və şəkərin 

sulu  məhlulunun  yarımçıq  qıcqırdılmış  məhsulu  olub,  açıq-sarı 

rəngə (qızılı çalarlarla), mayaotu dadına və bala məxsus ətrə malik 

olur. 


Arı balından qıcqırdılmış içkilər istehsalı müəyyən prosesləri 

əhatə  edir:  bal-şəkər  məhlulunun  hazrlanması,  məhlulun  qıcqır-

dılması, içkinin yetişdirilməsi, doldurulma və içkinin tərtibatı.  

Bal  -  şəkər  məhlulunun  hazırlanması.  Qızdırıcı-qarışdırıcı 

çəndə lazım olan miqdarda su qaynadılır, qaynatmanın müvəqqəti 

dayandırılıması zamanı bütün bal dozası əlavə olunur. Qarışdırı-

cının köməyilə tam homogen qarışıq alınır.  

 

 



36 

Cədvəl 1.2 

Təzə və emal olunmuş məhsulların tərkib göstəriciləri 

Göstəricilər və 

tərkibi, faizlə 

Təzə 


kələm 

Turşudulmuş 

kələm 

Kələm 


cövhəri 

Su 


91,45 



Şəkər 

3,95 


0,78 

0,69 


Titrləşən turşuluq 

0,16 


1,48 

1,67 


Sirkə turşusu 

0,40 



0,45 

Etil spirti 

0,48 


0,50 

Kalsium 


0,085 

0,042 


0,043 

Fosfor 


0,052 

0,027 


0,025 

C vitamini 

0,035 

0,016 


0,019 

Sellüloza 

0,73 

0,92 


Kül 


0,71 

2,77 


Zülallar  

1,70 

1,00 


 

Sonra üzə  yığılmış mum və balın başqa həll olmayan tərkib 



hissələri yığılıb kənar olunur. Şəkər şərbət şəklində əlavə olunur, 

sonra müəyyən həcmə qədər su, reseptdə nəzərdə tutulanın 40%-i 

miqdarında mayaotu əlavə olunur və qarşıq 30 dəqiqə qaynadılır. 

Sonra mayaotunun 40%-i (bəzən koler də) də əlavə olunub lazımi 

qatılıq  alınanadək  qaynatma  davam  etdirilir.  Alınan  məhlul  çər-

çivəli filtrdən süzülür, 16-18

0

C-yə qədər soyudulur və qıcqırdılma 



sexinə verilir.  

Qıcqırtma. Bal-şəkər məhlulu qıcqırtma çəninə verilir. Onun 

üzərinə fəallaşdırılmış çörək mayası əlavə olunur. Fəallaşdırmaq 

üçün  müəyyən  miqdar  maya  qızdırılmış  bal  məhlulunda  yetiş-

dirilir və qabarcıqlar görünənə qədər isti otaqda saxlanır.  

Hazırlanmış mayalar qıcqırtma çənlərinə hər 100 ml məhlula 

– 40-50 qr çörək, yaxud 20-25 qr pivə mayası hesabı ilə vurulur. 

Məhlula  mayalar  vurulduqdan  sonra,  mayaotunun  qalan  miqdarı 

(dozanın 20%-i) əlavə olunur.  

Içkinin  uyğun  sıxlığı  yarandıqdan  sonra  qıcıqrma  prosesi 

dayandırılır.  Sonra  içki  24-36  saad  müddətində  4-5

0

C-yə  qədər 



soyudulur, maya hüceyrələri çökür, üstdə qalan maye dekantasiya 

37 

olunur. 

İçkinin  yetişdirilməsi.  Içki  7-10

0

C  temperaturda  15-20  gün 



saxlanır. 

Doldurmadan  əvvəl  ballı  içkilərin  bütün  növləri  süzgəcdən 

keçirilir  və  mayalar  kənar  olunur.  Bunu  içkidən  maya  təmini 

kənarlaşdırmaq  və  balın  dad  keyfiyyətini  daha  yaxşı  biruzə  ver-

mək üçün edirlər. Sonadək qıcqırma zamanı ballı içkilərin dadı və 

ətri formalaşır.  

Doldurma və tərtibatı. Ballı qıcqırdılmış içkiləri adi qablara, 

butulkalara  –  mantar  tıxacla  və  plasmassla  bağlamaqla  doldu-

rurlar. Içkiləri 50 lirtlik çəlləklərə də doldurmaq olar. Ballı içkiləri 

qaranlıq şəraitdə 10

0

C-dək temperaturda saxlayırlar.  



Süni minerallaşdırılmış sular. Süni minerallaşdırılmış sular 

özünü CO


2

 həll olunmuş natrium, kalsium və maqneziumun zəif 

suda məhlulları kimi göstərir. Süni minerallaşdırılmış sulara soda 

və selter sularını göstərmək olar. 

Onların  istehsalında  ayrı-ayrı  qablarda  əvvəlcədən  qaynar 

suda duzların işçi məhlulları hazırlanır. Bütün məhlullar möhkəm 

filtrlənir və 20

0

C-yə qədər soyudulur. 



Duzların işçi məhlulları qarışdırılmaqla kupaj çəninə verilir: 

sodalı üçün –natrium xlorid məhlulu, sonra natrium hidrokarbonat 

məhlulu;  selter  suyu  üçün  –  natrium  xlorid  məhlulu,  natrium 

hidrokarbonat  məhlulu,  kalsium  və  maqnezium  xlorid  qarışığı 

nəzərdə tutulur. 

Kupaj  möhkəm  qarışdırılır  və  18-22  saat  20-25

0



temperaturda saxlanır, lazım gəldikdə kupaj dozası almaq hesabı 



ilə 0,5 dm

tutumlu butulkaya 100 sm



3

 su əlavə olunur. Bu, tələb 

olunan  quru  maddələrin  miqdarını  saxlamaq  məqsədi  ilə  edilir. 

Sonra  qarışdırılır,  filtrdən  keçirilir  və  doldurulmaya  yönəldilir. 

Qarışdırma yalnız karbon qazı ilə həyata keçirilir. 

Sinxron  qarışdırıcı  üsulla  içkilər  hazırlanır.  Bu  məqsədlə 

kupaj şərbəti kimi duzların məhlulundan istifadə edilir. 

Fasiləli  işləyən  saturatordan  istifadə  edilməklə  içkilər  hazır-

landıqda aparat tutumunun ½ hissəsi qədər 4-6

0

C temperaturlu su 



38 

ilə doldurulur, sonra üzərinə natrium xlorid məhlulu əlavə olunur

qarışdırıldıqdan sonra 1-2 dəqiqə natrium hidrokarbonat məhlulu 

əlavə olunur. Sonra saturator tutumunun ¾ hissəsi qədər soyudul-

muş  su  ilə  doldurulur,  üzərinə  karbon  qazı  əlavə  olunaraq  30 

dəqiqə qarışdırılır. 

Saturatora vurulan su ilə duz məhlullarının nisbəti resepturada 

nəzərdə tutulan duzların miqdarına uyğun olmalıdır. 

Qazlaşdırma  prosesi  0,3-0,4  Mpa  təzyiqdə  40-50  dəq  müd-

dətində  aparılır,  sonra  su  qazlaşdırılmış  spirtsiz  içkilərə  analoji 

qaydada doldurulmağa yönəldilir. 

Ölkəmizdə meyvə-giləmeyvə və tərəvəzlər əsasında olduqca 

çox çeşiddə spirtsiz içkilər hazırlanır. Bunlar arasında nar, limon, 

albalı, portağal, tərxun, armud və s. içkilər öz orijinallığı ilə seçilir 

(şəkil 1.2).  

 


39 

 

 



 

 

   

 

 

Şə



kil 1.2. Az

ərbaycanda istehsal olunan spirtsiz içki 

nümunə

l

ə

ri  

 

 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin