EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə12/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   8   9   10   11   12   13   14   15   ...   107
ATİB-in missiyası

ATİB Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerə top-

layaraq Azərbaycanın sahib olduğu iqtisadi potensialdan birlikdə istifadə etmək və bir SİNERJİ yaratmaq üçün qurulub.

ATİB üzvlərinə faydalı xidmətlər

ATİB-in təsisçisi olduğu təşkilatlar

ATİB-in layihələri

ATAF


Az

i

rbaycan Türkiy Tarix Araşdırmalar Fondu

Az

ijan urkey Historical Research Foundation

erba

T


11


12

EcoVision

İKİtərəFLİ əLaQəLər

Prezident İlham əliyev türkiyədə 

rəsmi səfərdə oldu 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev yanvarın 14-15-də Türkiyəyə rəsmi səfər etdi.

Yanvarın  15-də  rəsmi  qarşılanma  mərasimindən 

sonra  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb 

Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının 

dördüncü iclasından sonra “Azərbaycan Respublika-

sı ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli 

Strateji  Əməkdaşlıq  Şurasının  15  yanvar  2015-ci  il 

tarixində  keçirilmiş  dördüncü  iclasının  nəticələrinə 

dair  Birgə  Bəyanat”ı  Azərbaycan  Prezidenti  İlham 

Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 

imzaladılar.

“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  ya-

nında  Maliyyə  Monitorinqi  Xidməti    ilə  Türkiyə 

Respublikasının  Maliyyə  Nazirliyinin  Maliyyə 

Cinayətlərinin  Araşdırılması  Şurası  arasında 

cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya 

digər  əmlakın  leqallaşdırılması  və  terrorçuluğun 

maliyyələşdirilməsi  ilə  əlaqədar  maliyyə  xarakterli 

məlumatların  mübadiləsində  əməkdaşlığa  dair  An-

laşma Memorandumu”nu Azərbaycanın Türkiyədəki 

səfiri Faiq Bağırov və Türkiyənin Maliyyə Nazirliyinin 

Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının sədri 

İbrahim Hakkı Polad imzaladılar.

“Azərbaycan  Respublikasının  Dövlət  Gömrük 

Komitəsi  ilə  Türkiyə  Respublikasının  Gömrük  və 

Ticarət  Nazirliyi  arasında  Gömrük  Məsələləri  üzrə 

Birgə  Komitənin  yaradılması  haqqında  Anlaşma 

Memorandumu”nu  Azərbaycanın  iqtisadiyyat  və 

sənaye naziri Şahin Mustafayev və Türkiyənin göm-

rük və ticarət naziri Nurəddin Canikli imzaladılar.

Sənədlərin  imzalanması  mərasimindən  sonra 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

və  Türkiyə  Respublikasının  Prezidenti  Rəcəb  Tayyib 

Ərdoğan mətbuata bəyanatla çıxış etdilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək 

Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü ic-

lasının baş tutmasından məmnunluğunu ifadə etdi: 

“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qar-

daş Azərbaycanla aramızdakı bütün əlaqələri – istər 

hərbi, istər siyasi, istər iqtisadi, istər ticari, mədəniyyət 

və  təhsil  sahələrində  daha  yüksək  səviyyəyə  çatdı-

racağına heç şübhə etmirik. Bu mexanizmin uğurla 

işləməsi atacağımız addımların daha güclü olacağını 

göstərir.

Siyasi sahədə Türkiyə ilə Azərbaycan arasında hər 

hansı bir problemdən söhbət belə gedə bilməz.Hərbi 

sahədə  əməkdaşlığımız  artaraq  davam  edir.  İqtisa-

di-ticari əlaqələr sahəsində ticarət dövriyyəsi bu il 5 

milyard dollara çatdı, belə bir səviyyəyə nail olduq. 

Amma təbii ki, bizim əsas hədəfimiz bu göstəricini 

2023-cü ildə 15 milyard dollara çatdırmaqdır.

Dağlıq  Qarabağ  probleminin  həlli  ilə  bağlı 

müzakirələrin hazırkı mərhələsində son məlumatları 

da öyrənmiş oluruq. Amma görünən odur ki, təəssüf, 

Minsk qrupu bu məsələdə hələ də qətiyyətli addım 

atmamaqla bu proses vaxt itirmə taktikası ilə davam 

etdirilir.

Xüsusən  bu  məqamı  burada  yenidən  xatırlat-

maq  istəyirəm  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu 

ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bun-

dan sonra da eyni qətiyyətlə davam edəcəkdir.

Bu il Türkiyə “G-20”nin ev sahibidir. Biz “G-20”nin 

ev  sahibliyi  məsələsində  haqqımız  olan  bir 

səlahiyyətdən  Azərbaycan  üçün  istifadə  etdik.  Bu 

il “G-20”də Azərbaycan da bizim dəvətimizlə yerini 

alacaq. İndi “G-20”yə hazırlıq işlərindən başlayaraq 

bu  tədbirdə  aparılacaq  müzakirələrdə  Azərbaycan 

bizimlə birlikdə olacaq”.

Prezident  İlham  Əliyev  bu  ilin  ilk  rəsmi  səfərini 

Türkiyəyə – qardaş ölkəyə etməsinin gözəl bir ənənə 

olduğunu  vurğuladı:  “Eyni  zamanda,  bu  səfər  bizə 

imkan verdi ki, bu il ərzində görüləcək işləri bir daha 

müzakirə  edək  və  birgə  fəaliyyət  planımızı  təsdiq 

edək.

Bu  gün  imzalanan  Birgə  Bəyanatda  Türkiyə–



Azərbaycan  əlaqələrinin  əvvəlki  dövrü,  görülən 

və  görüləcək  işlər  öz  əksini  tapıbdır.  Bu  gün  Stra-

teji  Əməkdaşlıq  Şurasının  dördüncü  toplantısında 

müzakirə olunan məsələlər və bu məsələlərin həlli, 

əlbəttə ki, Türkiyə–Azərbaycan qardaşlıq əlaqələrini 

daha da yüksək pilləyə qaldıracaqdır.

XƏBƏRLƏR




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin