EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə13/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   9   10   11   12   13   14   15   16   ...   107
13


14

EcoVision

XƏBƏRLƏR


Bizim  əlaqələrimiz  tarixi  köklərə,  xalqlarımızın 

qardaşlığına  söykənir  və  bu  gün  bu  əlaqələr  dün-

yada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə 

və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan 

ikinci  ölkələr  yoxdur  və  bu  birliyi  təsdiqləyən  bir 

çox  məqamlar  var.  Onlardan  biri  də,  əziz  qardaşı-

mın  dediyi  kimi,  Türkiyənin  Azərbaycanı  “G-20”yə 

dəvət  etməsidir.  Bu,  bizim  üçün  böyük  şərəfdir.  İlk 

növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir 

və  bu,  həm  Türkiyə  və  Azərbaycan  xalqlarına,  həm 

də bütün dünya xalqlarına bir daha göstərir ki, biz 

bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq.

Biz,  eyni  zamanda,  aprelin  24-də  Çanaqqa-

la  zəfərini  də  birlikdə  qeyd  edəcəyik  və  bu  tarixin 

seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan 

xalqı  adından  sizə  çox  minnətdaram.  Bu  tarixin 

seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim 

xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər.

İqtisadi  sahədə  gözəl  əməkdaşlıq  var.  Bu  gün 

Şuranın  iclasında  rəqəmlər  səsləndi.  Son  illərdə 

Azərbaycan  Türkiyəyə  və  Türkiyə  Azərbaycana  mil-

yardlarla dollar sərmayə qoymuşlar. 2020-ci ilə qədər 

Türkiyəyə  qoyulacaq  Azərbaycan  sərmayələrinin 

həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri 

Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 mil-

yard dollar həcmində layihələr icra etmişlər.

Bu  il  Türkiyədə  bir  neçə  tədbir  olacaqdır  –  Ça-

naqqala  tədbiri,  TANAP  layihəsinin  icrası  ilə  bağlı 

olan tədbir, digər tədbirlər. Yəni Allah nəsib edərsə, 

bu  il  biz  Türkiyədə  tez-tez  olacağıq  və  əziz  qarda-

şımı,  təbii  ki,  Azərbaycana  bir  daha  dəvət  edirəm. 

Bizim tez-tez görüşlərimiz olur. Bu görüşlər xalqla-

rımızı, ölkələrimizi daha da sıx birləşdirir və Türkiyə–

Azərbaycan gücünü daha da artırır”.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin