Ə. Q. Abbasov


 Səs-küy (gurultu) və vibrasiyalardan mühafizə



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə12/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   8   9   10   11   12   13   14   15   ...   104
1.5 Səs-küy (gurultu) və vibrasiyalardan mühafizə 
 
Müxtəlif  güclü  və  tezlikli  səslərin  nizamsız  (xaotik) 
birləşməsindən səs-küy (gurultu) əmələ gəlir.  
İstehsal  qurğularında  müxtəlif  maşın  və  aparatların  işi 
havanı  rəqsə  gətirir  və  bunlarda  insan  orqanizmi  tərəfindən 
gurultu  kimi  qəbul  edilir.  Müəssisələrin  sexlərində  (ələlxüsus 
elektrik  maşınları  quraşdırılmış)  elektrik  maşınlarının, 
ventilyatorların,  müxtəlif  dəzgahların,  qaynaq  aparatlarının, 
güc  transformatorlarının  və  elektrikləşdirilmiş  alətlərin 
işləməsi zamanı gurultulu səslər yaranır. 
Havanın  və  ya  başqa  elastiki  mühitin  rəqsi  hərəkətləri, 
hansılar  ki,  müxtəlif  cisimlər  tərəfindən  (polad  maqnit 
nüvələrinin  paketlərinin  artıq  maqnitləşməsi,  mexaniki 


24 
 
ötürmələrdə dişli çarxların hərəkəti, ventilyatorların pərlərinin 
hərəkəti və. s) yaranır, səs adlanır. 
Maddələrin  rəqs  edən  hissələri  (məsələn,  havanın) 
periodik  olaraq  kinetik  və  potensial  enerjiyə  (səs  enerjisi) 
malik olur. 
Səs  enerjisi  mənbədən  dalğavari  formada  ətraf  fəzaya 
verilir, tədricən səpələnir və sönür. Məlumdur ki, havada səsin 
yayılma sürəti 330m

s-dir. 
Adamların eşitmə aparatı, rəqslərin tezliyi 16Hs-20kHs-
ə  qədər  olan  səsləri  qəbul  edir.  Tezliyi  16Hs-dən  aşağı  olan 
səslər  infra  səslər,  20kHs-dən  yuxarı  səslər  isə  ultrasəslər 
adlanır.  20kHs-dən  yuxarı  tezlikli  səslər  də  orqanizmə  təsir 
edir,  ancaq  eşitmə  aparatı  tərəfindən  qəbul  olunmur. 
Akustikada  əsas  fiziki  kəmiyyətlər  səs  təzyiqi  və  səsin 
qüvvəsidir.    
Havadan  və  ya  mayelərdən  səs  dalğası  keçdikdə, 
onlarda yaranan  əlavə təzyiq,  səs  təzyiqi adlanır.  Səs təzyiqi 
periodik olaraq səs dalğalarının tezliyinə uyğun dəyişir. 
Səs təzyiqi N

m
2
 ölçülür.  
1m
2
 sahədən 1 saniyədə keçən səs rəqslərinin enerjisinə 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin