Ə. Q. Abbasov


Sərəncamlar üzrə işlərin görülməsi



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə9/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   5   6   7   8   9   10   11   12   ...   104
Elektromaqnit şüalardan mühafizə 
 
Müxtəlif 
elektrik 
qurğuları 
(dəyişən 
cərəyan) 
elektromaqnit  sahələrinin  mənbələri  ola  bilər.  Məsələn,  hava 
xətləri, açıq paylaşdırıcı qurluşlar, (sənaye tezliyində 330kv-a 
qədər  və  ifrat  gərginlikli)  dəyişən  elektromaqnit  sahələrini 
yaratmaq qabiliyyətinə malikdir.  
Yüksək  tezlikli  (təxminən  3-30MHs)  cərəyanlardan 
istifadə  edilən  istehsal  texnoloji  qurğular,  ekranlaşdırma 
kifayət  dərəcədə  olmadıqda  elektromaqnit  şüalarının  mənbəyi 
ola bilər.  
Elektromaqnit  şüalanmasının  mənbələri  kimi  həmçinin 
ifrat tezlikli elektrovakuum cihazları (maqnetronlar, klistronlar 
və 
hansılar 
ki,  radioastronomiya,  nüvə  fizikasında, 
radionaviqasiya  və  radiolokasiyada  geniş  tətbiq  olunur) 
göstərmək olar. 
Tibbi  tədqiqatlar  göstərir  ki,  uzun  müddət  dəyişən 
elektromaqnit  şüaları  insan  orqanizminə  təsir  etdikdə,  öncə 
əsəb və ürək-damar sistemlərinin normal iş fəaliyyətini pozur.  
Elektromaqnit  sahələrinin  qısa  müddətli  təsiri  zamanı 
yuxarıda  qeyd  etdiyimiz  xəstəliklər  dayanıqsız  olur. 
Şüalanmanın  təsiri  götürüldükdə  xəstələnmiş  bədənin 
sağlamlığı bərpa olunur.  


18 
 
Müşahidələr  nəticəsində  həmçinin  müəyyən  edilmişdir 
ki,  elektromaqnit  sahəsinin  orqanizmə  təsir  dərəcəsi, 
elektromaqnit  dalğalarının  elektrik  və  maqnit  toplananlarının 
rəqslərinin  tezliyindən  və  onların  intensivliyindən  asılıdır.  Bu 
halda ən böyük təsir, elektrik toplananı göstərir.  
Sənaye tezlikli elektrik sahəsi (elektrik toplananı) bioloji 
təsirlə  yanaşı  insan  orqanizmini  elektrikləşdirir  (naqili 
elektrikləşdirən  kimi).  Ona  görə  torpaqdan  izolə  olunmuş  və 
elektrik sahəsində olan adamın bədəni hiss olunacaq dərəcədə 
elektrik  potensialının  (bir  neçə  kilovolt)  təsirinə  məruz  qalır. 
Elektriklənmiş 
işçi, 
gövdəsi 
torpaqlanmış 
elektrik 
avadanlıqlarına toxunduqda elektrik boşalmaları yaranır ki, bu 
da öz növbəsində insanlarda xoşagəlməz əhval-ruhiyyə əmələ 
gətirir.  
Sənaye  tezlikli  elektrik  sahəsinin  təsirini,  adamların 
bədənindən yerə axan cərəyanın qiyməti ilə təyin etmək qəbul 
olunub.  Bu  cərəyanın  qiyməti  adamın  durduğu  yerdəki  sahə 
intensivliyinə  mütənasibdir.  Uzun  müddət  insan  bədənindən 
axabilən cərəyanın buraxılabilən qiyməti 50mkA qədərdir.  
Elektrik sahəsinin potensialı, sahənin müxtəlif yerlərində 
eyni  olmayıb,  yerə  nəzərən  naqilin  tutumundan  və 
gərginliyindən asılıdır. 
Yüksək  tezlikli  aparatlara  xidmət  zonasında  sahə 
intensivliyinin  qiyməti  normaya  görə  (10-20)  V/m-dən  çox 
olmamalıdır.  
Yüksək  tezlikli  sahələrdə  intensivliyin  qiymətini  təyin 
etmək üçün müxtəlif cihazlardan istifadə oluna bilər.  
İfrat tezlikli elektromaqnit sahələrdə adamlar tərəfindən 
qəbul  oluna  bilən  şüalanmanın  buraxılan  norması,  orta  güclü 


19 
 
selin sıxlığı ilə xarakterizə olunur.  
Orta  güclü  selin  sıxlığı  1  saniyədə  1sm
2
  səthə  düşən 
enerjisi ilə qiymətləndirilir.  
 İş  yerlərində  ifrat  tezlikli  elektromaqnit  enerjisinin 
şüalanma intensivliyi normaya görə aşağıdakı kimi olmalıdır. 
a)  10mkV

sm
2
  qədər  şüalanma  intensivliyə  malik 
sahələrdə bütün iş günü işləməyə icazə verilir.  
b)  şüalanmanın  intensivliyi  10-100mkV

sm
2
  olduqda 
gündə 2 saatdan az işləməyə icazə verilir.  
v)  şüalanmanın  intensivliyi  100-1000mkV

sm
2
  olduqda 
fərdi  mühafizə  vasitələrindən  (xüsusi  xalat,  eynək)  istifadə 
etməklə gündə 15-20 dəqiqəyə qədər işləməyə icazə verilir.  
Sanitar qaydalarına görə ifrat tezlikli şüalanmaya malik 
iş yerlərində güc selinin sıxlığının səviyyəsinin periodik (ayda 
1 dəfə) olaraq yoxlamaq müəyyənləşdirilib. 
Elektromaqnit sahələrinin zərərli təsirlərindən qorunmaq 
üçün mühafizə vasitələrinin seçilməsi, elektromaqnit sahəsinin 
rəqslərinin tezliyindən asılıdır.  
Sənaye  tezlikli,  330kV  və  yuxarı  gərginlikli  qurğularda 
mühafizə  vasitəsi  kimi,  xüsusi  olaraq  metallaşdırılmış 
parçadan hazırlanmış ekranlayıcı kostyumdan istifadə olunur.  
Mühafizə  üçün  həmçinin  arakəsmələr  formasında 
torpaqlanmış metal tordan hazırlanmış ekranlar tətbiq olunur.  
Ekranlar  daimi  və  səyyar  (bir  yerdən  başqa  yerə 
köçürülən  olub,  talvar,  arakəsmə  və  çadır  formasında 
mövcuddur)  ola  bilirlər.  Həmin  ekranların  cərəyan  keçirən 
hissələrdən  uzaqlığı  təhlükəsizlik  texnikasının  qaydalarında 
verilir.  
İfrat  tezlikli  cihazların  istismarında  və  sınağında 


20 
 
aşağıdakı mühafizə tədbirləri görülməlidir:     
a)  xüsusi  qurluşların  köməyilə  mənbənin  şüalanmasını 
azaltmaq (antenna, açıq tipli dalğa ötürmələri); 
b) şüalanma mənbəyini ekranlaşdırmaq; 
v)elektromaqnit  enerjisi  mənbəyinin  yaxınlığındakı  iş 
yerini ekranlaşdırmaq və ya mənbəni uzaqlaşdırmaq; 
q) fərdi mühafizə vasitələrindən istifadə etməli. 
Texnoloji  şəraitə  görə  bütöv  metal  ekranlardan  istifadə 
etmək  mümkün  olmadıqda  tor  şəkilli  ekranlar  tətbiq  oluna 
bilər.  Kameraların  pəncərələrini,  kabinaları  və  otaqları 
ekranlaşdırmaq üçün şüaları əks etdirən qatla örtülmüş xüsusi 
şüşədən istifadə olunur. 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin