Ə. Q. Abbasov


 Adamın elektrik cərəyanından xəsarət alması



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə15/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   11   12   13   14   15   16   17   18   ...   104
 
1.6 Adamın elektrik cərəyanından xəsarət alması 
 
Elektrik  cərəyanı  insan  bədənindən    keçdikdə    ona 
istilik, kimyəvi və bioloji təsirlər göstərir. 


29 
 
İstilik  təsiri  bədən  dərisində yanıqlar  şəklində, müxtəlif 
üzvlərin  həddən  artıq  qızması  formasında,  həmçinin  ifrat 
qızmaların  nəticəsində  qan  damarlarının    və  əsəb  liflərinin 
qırılması kimi müşahidə olunur. 
Kimyəvi  təsir  qanın  orqanizmdə  olan  digər  məhlulların 
elektrolizinə  səbəb  olur,  bu  da  öz  növbəsində  onların  fiziki-
kimyəvi  tərkibinin  dəyişməsinə  gətirib  çıxarır  və  nəticədə 
orqanizmin normal fəaliyyəti pozulur. 
Elektrik  cərəyanın  bioloji  təsiri,  bədəndə  olan  canlı 
toxumaların və hüceyrələrin təhlükəli həyəcanlanmasına səbəb 
olur.  Bu  cür  təsirlərdən  canlı  toxumalar  və  hüceyrələr  məhv 
ola bilər. 
Elektrik  cərəyanının  təsirindən  alınan  xəsarət əsasən  iki 
müxtəlif  formada  özünü  biruzə  verir-elektrik    zərbələri    və 
elektrik travmaları. 
Elektrik zərbələri dedikdə, cərəyanın insan bədəninə elə 
təsiri  başa  düşülür  ki,    bu  zaman  bədənin  əzələləri  (məsələn, 
əl,  ayaq  və  s.)  qıc  vəziyyətinə  düşür.  Bu  halda  adam  , 
cərəyanın  qiymətindən  və  təsir  müddətindən  asılı  olaraq, 
ürəyin və nəfəsin normal işləməsinə baxmayaraq huşunu itirə 
də bilər, itirməyə də. Daha ağır hallarda huşun itirilməsi, qan-
damar  sisteminin  pozulmasına  və  nəticədə  ölümlə  qurtara 
bilər. Elektrik zərbələrinin təsirindən bədənin vacib üzvlərinin 
(ürək, beyin və s.) iflicinə səbəb olur.  
Elektrik travmaları zamanı cərəyanın bədənə təsirindən, 
orqanizmin  toxumaları  (dəri,  əzələlər,  sümüklər,  rabitələr) 
dağılır. 
İnsan bədəninə ən qorxulu təhlükə, yanıqlar halında olan 
elektrik  travmalarıdır.  Elektrik  yanıqları  bədənin  bilavasitə 


30 
 
elektrik qurğusunun cərəyan keçirən hissəsi və elektrik qövsü 
ilə toxunma yerlərində yaranır. 
Elektrik  zərbələrinin  ağır  formasında  adam  klinik  ölüm 
halına düşə bilər (nəfəsi kəsilir və qan dövranı dayanır). Tibbi 
yardım olmadıqda klinik ölüm, bioloji ölümə çevrilə bilər.  
Elektrik    cərəyanının  təsirindən    xəsarət  almış  adamın 
ölümünün  səbəbləri-ürəyin  dayanması,  köks  qəfəsinin 
əzələlərinin iflici nəticəsində nəfəsin kəsilməsidir. 
İnsan  bədənində  yaranan  cərəyanın  qiyməti,  ona  tətbiq 
olunmuş gərginliklə və orqanizmin müqaviməti ilə təyin edilir. 
İnsan orqanizminin müqaviməti bir sıra faktorlardan asılıdır.   
İnsan  orqanizminin  üzvləri    və  toxumaları  müxtəlif  
xüsusi həcmi müqavimətinə malik olur. Ən böyük müqavimət 
quru  dəri  və  sümük  toxumaları,  ən  kiçik  isə  qan  və  belilig 
mayesi malikdir. İnsan bədənin müqavimətini təyin edən əsas 
faktor  dəri və onun üst səthidir (harda, qan daşıyan damarlar 
olmur).  Dərinin  üst  qatının  xüsusi  həcmi  müqaviməti  yüksək 
(10
8
Om

sm)  olduğundan  ona  dielektrik    kimi  baxmaq  olar. 
Dərinin digər qatları (daxili) qandamarları, vəz əsəb sonluqları 
ilə təchiz olduğundan çox kiçik xüsusi müqavimətə malik olur. 
İnsan  bədəninə  şərti  olaraq,  üç  ardıcıl  birləşdirilmiş 
müqavimətdən ibarət elektrik dövrəsinin hissəsi kimi baxmaq 
olar (dəri-daxili üzvlər və toxumalar-dəri). Bu cür hal şəkil 2-
də göstərilmişdir. 
Sxemdən  göründüyü  kimi,  elektrik  dövrəsinin  dəri  qatı 
hissəsinə  aid  müqaviməti,  aktiv  müqavimətlə  (r
d
)  yanaşı, 
dərinin  üst  səthinin  (dielektrik)  əmələ  gətirdiyi  tutum  (C
d

toplananından  da  ibarətdir.  C
d
  -  toplananın  qiyməti  kiçik 
olduğundan çox vaxt onun təsirini nəzərdən atırlar.  


31 
 
 
 
 
 
 
 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin