Ə. Q. Abbasov


Səs və vibrasiyalarla mübarizə üsulları



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə14/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   10   11   12   13   14   15   16   17   ...   104
Səs və vibrasiyalarla mübarizə üsulları 
 
Səs  və  vibrasiyalarla  mübarizədə  əsas  təbirlərdən  biri 
səslərin  uzaqlığını  aşağı  salması  və  vibrasiya  rəqslərinin 
amplitudasının  azaltmasıdır.  Buna,  istehsal  qurğularının 
konstruktiv  olaraq  təkmilləşdirmək  və  istehsala  yeni,  daha 
müasir  texnologiyaların  tətbiqi  ilə  nail  olurlar. Bundan  başqa 
avadanlıqlarda  səs  izolyasiyasını  gücləndirməklə  səs  və 
vibrasiyaların qarşısını almaq olur. İstehsalatda çalışan işçiləri 
fərdi  yolla  mühafizə  etməklə,  onlara  səs  və  vibrasiyaların 
təsirini azaldırlar. 
Maşınların  fırlanan  hissələrinin  səsini  azaltmaq  üçün 
onların  səthlərini  hamar,    balansirovkanı  daha  dəqiq  və 
diyircəkli  yastıqları  isə  etibarlı  seçirlər.  Elektrik  qurğularında 
gurultu  və  vibrasiyalar  aşağıdakı  səbəblərdən  mümkündür: 
transformator  nüvələrinin  zəif  sıxılması  nəticəsində,  qaynaq 


28 
 
aparatlarının 
keyfiyyətsiz 
sazlanmasından, 
şinlərin 
izolyatorlara  zəif  bərkidilməsindən,  kollektorların  səthlərinin 
pis  emalından  və  asinxron  mühərriklərinin  iki  fazada 
işləməsindən  və  s.  Səslərin  səviyyəsini  azaltmaq  məqsədi  ilə 
maşın və aparatları örtmək üçün səslərdən izoləedici müxtəlif 
quruluşlardan  (örtüklər  və  s.)  istifadə  olunur.  Hiss  olunacaq 
dərəcədə  səslərin  azaldılmasına  divarların  səs  uducu 
materiallarla  örtməklə  nail  olurlar.  Səs  uducu  materialları 
adətən liflərdən və ya parçalardan hazırlayırlar.  
Bina  konstruksiyalarının  vibrasiyasını  (maşınların 
hərəkətlərindən)  azaltmaq  üçün,  onların  altına  amortizatorlar 
(rəqsləri söndürənlər) qoyurlar.  
Elektrik  mühərriklərinin  və  dəzgahların  səsini  və 
vibrasiyasını  azaltmaq  üçün  aşağıdakı  tədbirlər  görülür: 
keyfiyyətli  və  etibarlı  diyircəklər  tətbiq  edilir,  maşınlar  dəqiq 
yığılır,  az  səsli  işçi  çarxlardan  istifadə  olunur,  metal  çarxlar 
plasmast çarxlarla əvəz edilir. 
İşçilərin  səslərdən    (gurultudan)  fərdi  qorumaq  üçün, 
muma və ya qliserinə hopdurulmuş pambıqdan və ya yumşaq 
rezindən  hazırlanmış  tıxaclardan,  bəzi  hallarda  isə  qulaqları 
sıx bağlayan xüsusi geyimlərdən (şlem) istifadə edilir. 
Ayaqlardan 
bədənə 
ötürülən  vibrasiyalardan  və 
sarsıntılardan qorumaq üçün keçədən  və ya qalın rezin altlığa 
malik ayaqqabıların geyinməsi məsləhətdir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin