Ə. Q. Abbasov


 Paylaşdırıcı qurluşların, güc transformatorlarının və



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə10/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   6   7   8   9   10   11   12   13   ...   104
Radioaktiv şüalanmadan mühafizə 
  
Radioaktiv 
maddələr 
az 
miqdarda 
nəzarət-ölçü 
cihazlarında  və  avtomatik  quruluşlarda  tətbiq  olunur. 
Energetikada, 
ələlxüsus  atom  elektrik  stansiyalarında 
radioaktiv  uran  və  izotoplardan  maddələrin  parçalanması 
zamanı yaranan istilik enerjisi mənbəyi kimi istifadə edilir.  
Radioaktiv 
maddələri 
qiymətləndirici 
üçün  əsas 
kəmiyyət,  onların  aktivliyidir  (1  saniyədə  parçalanan 
atomların miqdarı).  
Radioaktiv 
şüalanması 
həmçinin 
ölçü 
vahidi 
elektronvolt (EB) olan enerji ilə də xarakterizə olunur. 
Maddələrdən  radioaktiv  şüalar  keçdikdə,  enerjinin  bir 
hissəsi həmin maddələr tərəfindən udulur. Şüalanan maddənin 
vahid kütləsi tərəfindən udulan enerji udulan doza (D) adlanır. 
Udulan dozanın vahidi rad (radlarla) qəbul edilmişdir. Bir rad 


21 
 
dedikdə  ixtiyari  maddənin  1  atom  kütləsi  tərəfindən  udduğu 
100erq bərabər enerji (radiasiyanın növündən asılı olmayaraq) 
başa düşülür. 
1  saniyədə  enerji  kütləsi  tərəfindən  udulan  doza  (D), 
onun gücü adlanır və rad

san-ölçülür: 
 
)
/
(
san
rad
t
D
P

 
 
Radioaktiv  şüalanmanın  adamların  orqanizminə  bioloji 
təsiri əsasən gözlərin, qanhasiledici üzvlərinin (sümük iliyi) və 
dərinin zədələnməsindən ibarət olur.  
Zədələnmənin  dərəcəsi  şüalanmanın  dozasından,  təsir 
müddətindən,  şüalanmanın  növündən  (

,

,

)  və  orqanizmin 
fərdi  xüsusiyyətlərindən  asılıdır.  Məlumdur  ki,  adi  şəraitdə 
adamlar  torpaqdakı,  sudakı  və  bitkilərdəki  radioaktiv 
elementlərin təsirinə məruz qalır. Təbii radiasiyanın səviyyəsi 
kiçik olub, təsirsizdir, yəni zərərli olmur.  
Şüalanmanın  onun  növündən  asılı  olmayaraq  dozasını 
qiymətləndirmək  üçün  rentgenin  bioloji  ekvivalenti  (RBE) 
anlayışından  istifadə  olunur.  1  rbe  (rentgenin  bioloji 
ekvivalenti)  dozası,  1  rad

  -  şüalanmasının  və  rentgen 
şüalarının yaratdığı qədər bioloji effekt verir. Bədən üzvlərinin 
daxili  və  xarici  şüalandırma  dozasının  sanitar  normalarına 
görə  buraxılan  həddi  1.1  nömrəli  cədvəldə  verilmişdir.  Bu 
halda  şüalanmaya  məruz  qalan  adamlar  üç  kateqoriyaya 
bölünür: 
A  kateqoriyasına-şüalanma  mənbəyi  ilə  bilavasitə 


22 
 
işləyən şəxslər aiddir. 
B  kateqoriyasına-radioaktiv  maddələrlə  iş  aparan 
otaqlarla qonşu otaqda işləyən adamlar aiddir. 

kateqoriyasına-sanitar 
mühafizə 
zonası 
ilə 
məhdudlaşdırılmış sahələrdə yaşayan əhali aiddir. 
Cədvəl 1.1 
Xarici və daxili şüalanmada dozaların buraxılan həddi 
Şüalandırı-
lan şəxslər-
in kateqori-
yaları
 
Xarici 
şqalanma
 
Böhran üzvlərinin daxili şüalanması 
I qrupa 
II qrupa 
III qrupa 
rbe/həftə  rbe/il  rbe/həftə  rbe/il  rbe/həftə  rbe/il  rbe/həftə  rbe/il 

0,1 

0,1 

0,3 
15 
0,6 
30 

0,01 
0,5 
0,01 
0,5 
0,03 
15 
0,06 


0,001  0,05  0,001  0,05 
0,01 
0,5 
0,02 

 
Böhran üzvlərindən birinci qrupa-bütün bədən, qan hasil 
edən  üzvlər,  ikinci  qrupa-əzələlər,  qara  ciyər,  böyrəklər, 
mədəaltı  vəz,  mədə-bağırsaq,  ürək  və  ciyərlər,  üçüncü  qrupa-
dəri, sümüklər, qalxanabənzər vəzi aiddir.  
İstehsalat otaqlarında havada olan radioaktiv maddələrin 
konsentrasiyasının buraxılan həddi, kyuri

litr -ilə ölçülür.  
 
 
 
 
 
 
 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin