Ə. Q. Abbasov


 Elektrik cərəyanından adamın xəsarət alma



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə20/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   16   17   18   19   20   21   22   23   ...   104
 
1.8 Elektrik cərəyanından adamın xəsarət alma 
təhlükəsinə görə elektrik şəbəkələrinin xüsusiyyətləri 
 
Elektrik  qurluşlarının  qaydalarına  (EQQ)  görə  elektrik 
qurğuları və şəbəkələri aşağıdakı növlərə ayrılırlar: 
1.Bilavasitə  torpaqlanmış  neytrala  (böyük  cərəyanlarla 
yerə  qapanma)  malik  1000V-dan  yuxarı  gərginlikli  elektrik 
qurğuları  və  elektrik  şəbəkələri,  məsələn,  baş  alçaldıcı 
yarımstansiyanı  qidalandıran  110  və  ya  220kV  gərginlikli 
elektrik şəbəkəsi. 
2.  İzoledilmiş  neytrala  (kiçik  cərəyanla  yerə  qapanma) 
malik  1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğuları  və 
şəbəkələri. Bunlar adi qurğular və paylaşdırıcı şəbəkələr olub 
(elektrik  təchizatının  ikinci  pilləsi),  10  və  ya  6kV  gərginliklə 
sex  paylaşdırıcılarını  və  müəssisə  yarımstansiyalarını 
qidalanır. 
3.  Qida  mənbəyinin  bilavasitə  neytrala  malik  1000V-a 
qədər  gərginlikli  elektrik  qurğuları  və  elektrik  şəbəkələri. 


38 
 
Bunlar  adi  380/ 220V  gərginlikli  daxili  elektrik  qurğuları  və 
şəbəkələri  olub,  əsasən  kütləvi  formada  olan  elektrik 
qəbuledicilərini  (elektrik  mühərrikləri,  işıq  cihazları  və  s.) 
qidalandırır. 
4. İzoləedilmiş neytrala malik 1000V-a qədər gərginlikli 
elektrik  qurğuları  və  elektrik  şəbəkələri.  Bunlar,  380  və  ya 
220V  gərginlikli  adi  qurğular  və  şəbəkələr  olub,  əsasən 
təhlükəsizlik  şərtlərinə  görə  bilavasitə  torpaqlanmış  neytrala 
malik  şəbəkələrdən  istifadəyə  icazə  verilməyən  hallarda 
elektrik  qəbuledicilərini  (məsələn,  torfun  çıxarılmasında 
istifadə olunan qurğular) elektrik enerjisi ilə təmin edir. 
Daxili  şəbəkələr  və  qurğular  üçün,  həmçinin  elektrik 
təhlükəsizliyi tədbirləri nəzərindən, elektrik avadanlıqlarını və 
onlara  xidmət  edən  işçiləri  əhatə  edən  mühitin  xarakteri  də 
vacib  rol  oynayır.  Ona  görə  də  elektrotexniki  qurluşların 
qaydalarına  (EQQ)  əsasən  istehsalat  otaqları  təhlükəsizlik 
tədbirləri nöqteyi – nəzərdən aşağıdakı kateqoriyalara bölünür: 
1.  Daha  qorxulu  təhlükə  yaradabilən  və  aşağıda  verilən 
şərtlərdən birinə malik yüksək təhlükəli otaqlar: 
a) nəm və keçirici tozlu; 
b)  elektrik  cərəyanı  keçirən  döşəməli  (metal,  dəmir 
beton və s.); 
v) yüksək temperaturlu (30
0
Ъ-dən yuxarı); 
q)  adamın  eyni  vaxtda  bir  tərəfdən  torpaqlanmış  metal 
konstruksiyalarla,  texnoloji  aparatlarla,  mexanizmlərlə  və  o 
biri  tərəfdən  elektrik  qurğularının  gövdəsi  ilə  toxuna  biləcək 
imkanına malik; 
2. Xüsusi təhlükəni yaradan və aşağıda verilən şərtlərdən 
biri ilə xarakterizə olunan xüsusi təhlükəli otaqlar; 


39 
 
a) xüsusi nəm; 
b) kimyəvi aktiv mühitli
v)  eyni  vaxtda  iki  və  ya  daha  çox  artırılmış  təhlükəli 
şərtlərinə malik. 
3.  “Artırılmış  təhlükəli”  və  “xüsusi  təhlükəli”  şərtləri 
olmayan qorxusuz (artırılmış) təhlükəli otaqlar. 
Elektrik təhlükəsizliyi məsələlərinə  baxıldıqda, EQQ-də 
qəbul  edilmiş  xüsusi  terminlərdən  istifadə  olunur.  Çox 
zamanlar aşağıdakı anlayışlar işlədilir: 
Yerlə  qapanma  dedikdə,  gərginlik  altında  olan  elektrik 
qurğularının hissələrinin, elektrik avadanlıqlarının konstruktiv  
hissələri  və  ya  bilavasitə  yerlə  təsadüfən  elektrik  birləşməsi 
başa  düşülür.  Elektrik  maşınlarında,  aparatlarda,  xətlərdə, 
qurğuların  torpaqlanmış  konstruktiv  hissələrində  baş  verən 
qapanma, gövdəyə qapanma deyilir. 
Qapanma  yerindən  torpağa  axan  cərəyana,  yerə 
qapanma cərəyanı deyilir. 
Toxunma  gərginliyi  dedikdə,  yerə  qapanma  cərəyanın 
dövrəsində,  ona  adam  toxunduğu  anda  iki  nöqtə  arasında 
yaranan gərginlik başa düşülür. 
Addım  gərginliyi  dedikdə  isə,  adamın  eyni  vaxtda  ayaq 
basdığı  torpaq  və  döşəmə  nöqtələri  arasında  yerə  qapanma 
cərəyanının yaratdığı  gərginlik başa düşülür. 
Elektrik  qurğularının  istismarı  zamanı,  onlara  xidmət 
göstərən  işçinin  gərginlik  altında  qalma  ehtimalı  mövcuddur. 
Əksər hallarda cərəyan keçirən hissələrə toxunma, adam yerdə 
və ya keçirici oturacağın (təməlin) üstündə durduğu halda baş 
verir. Bu halda (iki qütblü) toxunma hissələrindən biri adamın 
bədəni,  digəri  yer  olmaqla  insanın  orqanizminndan  axan 


40 
 
cərəyan 
a
a
r
U
I

    
düsturdan hesablanır. 
Birqütblü    toxunmada  bədəndən  axan  cərəyan,  təkcə 
gərginlikdən  asılı  olmayıb,  başqa  faktorlardan  da,  məsələn 
neytralın rejimindən, şəbəkənin izolyasiyasının vəziyyətindən, 
otaqda  döşəmənin  halından,  adamın  ayaqqabısından    və  s. 
asılıdır. 
Müxtəlif şəbəkələrin xüsusiyyətlərinə baxaq. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin