Ə. Mirzəzadə Azərbaycan xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
mt-is muhazire-12

Təbriz  xanlığı:  Təbriz  xanlığı  XVIII  əsrin  ortalarında  Azərbaycanda  yaranmış  müstəqil  qurum 

kimi  Xoy,  Naxçıvan,  Qarabağ,  Sərab  və  Marağa  xanlıqları  ilə  həmsərhəd  idi.  Xanlığın  mərkəzi  Təbriz 

şəhəri olmuşdur.  

Nadir şahın ölümündən sonrakı illərdə, müstəqil dövlət yaratmaq niyyətində olan Əmiraslan xan III 

Sam Mirzəni edam etdirdikdən sonra qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanım bir sıra cənub 

əyalətlərinin özünə tabe etdi. Əmiraslan xan Nadirin ölümündən sonra, hakimiyyətə gəlmiş qardaşı oğlu 

Əliqulu xanın (Adil şahın) hakimiyyətini tanımadı və 1748-ci ildə özünü İranın müstəqil hakimi elan etdi. 

Lakin həmin ilin sonunda Adil şahın öz qardaşı İbrahim Mirzə tərəfindən hakimiyyətdən uzaqlaşdırılması 

vəziyyəti  xeyli  dəyişdi.  İbrahim  Mirzə  böyük  qüvvə  ilə  Əmiraslan  xanın  üzərinə  hücum  edib  Təbrizə 

daxil oldu.  

Məşhəd  və  İsfahanda  baş  vermiş  üsyan  xəbərini  eşidən  İbrahim  şah  böyük  hərbi  qüvvə  ilə  oraya  yola 

düşdü.  Məşhəddəki  döyüşdə  İbrahim  şah  həlak  oldu.  Azərbaycan  torpaqlarını  öz  hakimiyyəti  altında 

birləşdirmək  istəyən  Fətəli  xan  Əfşar  Nağı  xanla  birlikdə  Təbrizi  tutdu  və  paytaxtı  Urmiyadan  buraya 

köçürdü. Fətəli xan Əfşar Təbrizin idarəsini Nəcəfqulu xana tapşırdı. Buna görə də Təbriz xanlığı Urmiya 

xanlığından asılı vəziyyətdə olmuşdu. Fətəli xanın öldürülməsindən sonra Təbriz xanlığı tam müstəqillik 

əldə etdi.  

Təbriz xanlığının əhalisi əkinçilik, bağçılıq, qismən də maldarlıqla da məşğul olmuşlar. Sənətkarlıq 

və  ticarət  inkişaf  etmişdir.  Xanlın  inzibati  cəhətdən  Təbriz,  Güney  və  Mərənd  vilayətlərinə  bölünürdü. 

Mahalları bəylər, naiblər, kəndxudalar idarə edirdilər. Xanlığın təqribən 10 min nəfərlik ordusu var idi. 

Kəndlilər və şəhər əhalisi vergi verir, müxtəlif mükəlləfiyyətlər daşıyırdı.  




Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin