Ə. Mirzəzadə Azərbaycan xanlıqları


§ 1. Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
mt-is muhazire-12

§ 1. Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri   

  

Xanlıqların  əmələ  gəlməsinin  başlıca  amillərindən  biri  Səfəvi  dövlətinin  süqutu  və  dövlətin 



iqtisadiyyatının  tənəzzülü  və  ucqarlarla  iqtisadi  əlaqələrin  zəifliyi  idi.  Bu  isə  natural  təsərrüfatın  hökm 

sürdüyü  feodalizm  cəmiyyətinin  təbiətindən  doğurdu.  Böyük  coğrafı  kəşflərdən  sonra  dünya  ticarət 

yolları  öz  istiqamətini  dəyişdi,  vaxtı  ilə  ticarət  yollarının  düyün  nöqtəsi  olan  İran  və  Zaqafqaziya  indi 

kənarda qalmışdır. Şəhərlərdə xarici  ticarətin tənəzzülə uğraması  feodalları və şah xəzinəsinin gəlirinin 

azalmasına  səbəb  olmuşdur.  Xanlıqların  meydana  çıxmasının  iqtisadi  amillərindən  danışarkən 

Azərbaycan  şəhərləri  ilə  Rusiya  arasında  ticarət  əlaqələrinin  genişləndiyini  qeyd  etməliyik.  Bunun 

nəticəsində Azərbaycan şəhərləri  - Bakı, Dərbənd, Şamaxı, Təbriz və s. müstəqillik qazanmış və İranla 

əlaqələri  zəifləmişdir.  Şəhərlərin  iqtisadi  cəhətdən  zəif  olmalarına  baxmayaraq  ayrı-ayrı  xanlıqların 

mərkəzlərinə çevrilirlər.  

Xanlıqların  meydana  çıxmasında  və  bu  prosesin  sürətlənməsində  xalq  kütlələrinin  azadlıq 

mübarizəsi  mühüm  rol  oynamışdır.  XVIII  əsrin  əvvəllərində  Səfəvi  dövlətinə  zorla  birləşdirilmiş 

xalqların azadlıq mübarizəsi şiddətlənir. A.Volınski yazır ki, Səfəvi dövlətindən çox az yer tapmaq olar 

ki, orada hökumətə qarşı üsyan baş verməsin. XVIII əsrin 30-40-cı illərində Nadir zülmünə qarşı üsyanlar 

daha kəskin xarakter almışdır. Xoy, Şəki və Şirvanda baş verən üsyanlar xüsusi ilə qeyd edilməlidir.  

Xanlıqların  meydana  gəlməsində beynəlxalq  şərait də müəyyən rol oynamışdır. XVII  əsrin sonu XVIII 

əsrin  əvvəllərində  İran  və  ona  daxil  olan  ölkələrdə  iqtisadi  və  siyasi  böhran  dərinləşdiyi  halda,  Qərbi 

Avropa dövlətləri, həmçinin Rusiya  yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və  ya digər 

dövlətlər  Azərbaycanı  ələ  keçirmək  üçün  müxtəlif  vasitələrə  əl  atır  və  onlar  arasında  kəskin  mübarizə 

gedirdi. Azərbaycanın Rusiya ilə əlaqələri daha geniş hal almışdır. Rusiya öz planlarını həyata keçirmək 

üçün  ayrı-ayrı  Azərbaycan  xanlarına  müstəqillik  vermə  yi  vəd  edirdi.  Ona  görə  də  bir  sıra  xanlar  rus 

çarına  məktublarla  müraciət  edirdilər.  Belə  bir  vəziyyət  xanlıqların  müstəqil  yaşamalarına  şərait 

yaradırdı.  

XVIII  əsrin  ortalarında  Azərbaycan  Əfşar  əsarətindən  azad  olduqdan  sonra  onun  ərazisində  19 

xanlıq  yarandı.  Onların  11-i  Azərbaycanın  şimalında;  -Şəki,  Bakı,  Şirvan,  Qarabağ,  Quba,  Gəncə, 

Dərbənd, Naxçıvan, Salyan,  Lənkəran, Cavad;  8-i  isə Azərbaycanın  cənubunda  - Təbriz, Urmiyə, Xoy, 

Qaradağ,  Marağa,  Ərdəbil,  Sərab,  Maku  yaranmışdır.  Qarabağ  xanlığına  tabe  olan  5  malik:  Vərəndə, 

Gülüstan, 



Dizaq, Çarabord (Çiləvörd), Xaçın və Car- Balakən Camaatı, 5 sultanlıq; - Şəki xanlığına tabe olan İlisu, 

Qəbələ, Ərəş və müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya çarlığına tabe olan Qazax, 

Şəmsəddil əmələ gəldi.   


Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin