Ə. Mirzəzadə Azərbaycan xanlıqları


    II. Azərbaycanın Cənub xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
mt-is muhazire-12

  


 

3  


 II. Azərbaycanın Cənub xanlıqları  

  

XVIII  ərin  ortalarında  ardı-arası  kəsilməyən  müharibələr,  feodal  çəkişmələri,  iqtisadi  əlaqələrin 



zəifliyi,  natural  təsərrüfatın  üstünlüyü  ölkəmizdə  mərkəzləşdirilmiş  dövlət  yaratmağa  imkan  vermirdi. 

İran  ərazisində  mərkəzi  hakimiyyətin  zəifləməsindən  istifadə  edən  vilayət  hakimləri  olan  feodallar 

müstəqilləşməyə başladılar. Azərbaycan ərazisində yaradılmış vilayətlərin feodalları da yaranmış əlverişli 

şəraitdən istifadə etməyə, bu əyalətləri İrandan ayırıb müstəqil olmağa can atırdılar. Nadir şahın ölümü ilə 

taxt-tac uğrunda mübarizənin qızışdığı, mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə Azərbaycan ərazisində 

müstəqil feodal dövlətləri -xanlıqlar yaranmağa başladı.  

XVIII əsrin ortalarında Azərbaycanda yaranmış feodal dövlətlərindən biri  

Urmiya xanlığı idi. Bu xanlıq Xoy, Marağa xanlıqları, Kürdüstan və Osmanlı imperiyası ilə sərhəd idi. 

Xanlığın mərkəzi Urmiya şəhəri olmuşdur.  

Xanlığın  əsasını  Əfşar  tayfasından  olan  Fətəli  xan  Əfşar  (1747-1763)  qoymuşdur.  Fətəli  xan 

mərkəzi  hakimiyyət  uğrunda  mübarizənin  qızışmasından  istifadə  edərək  yeni  ərazilər  ələ  keçirmək 

siyasəti  yeridirdi.  Təbrizə  olan  üsyanlar  nəticəsində  şəhər  hakimi  Məhəmməd  xan  əfşar  öldürüldü. 

Bundan  istifadə  edən  Fətəli  xan  Əfşar  Tərbizi  tutdu  və  paytaxtı  buraya  köçürdü.  Beləliklə,  Fətəli  xan 

Əfşar  Azərbaycan  torpaqlarının  tutulması  üçün  fəaliyyətə  başladı.  Fətəli  xan  xarici  hücumlardan 

qorunmaq  və  torpaq  zəbt  etmək  məqsədi  ilə  Nadir  şahın  sərkərdələrindən  olan  əfqanlı  Azad  xanı  öz 

tərəfinə  çəkmişdi.  Vəziyyətin  çətinləşdiyini  görən  Xoy  xanı  Şahbax  xan  Fətəli  xanla  ittifaqa  girməyə 

məcbur  olmuşdu.  Bundan  sonra  qoşun  yeridərək  Fətəli  xan  Qarabağ,  Marağa  və  Sərab  xanlıqlarını  da 

tutmuşdu.  

XVIII  əsrin  ortalarında  Fətəli  xan  Əfşar  Kərim  xan  Zənd  və  Məhəmməd  Həsən  xan  Qacarla 

mübarizəyə başladı. O,  Bu məqsədlə ayrı-ayrı hökmdarlara müraciət  edib, onları  ittifaqa çağırdı.  Lakin 

rədd  cavabı  aldıqdan  sonra,  1751-ci  ilin  sonunda  müttəfıqi  Azad  xanı  İrəvan  xanlığı  üzərinə  göndərdi. 

İrəvan xanı Mir Mehdi xan müttəfıqləri ilə Azad xanın qoşununu geri oturtdu.  

XVIII əsrin 50-ci illərində taxt-tac uğrunda mübrizənin mərkəzi Xorasandan  

cənuba keçmişdi. Tayfaya Kərim xan başçılıq edirdi. O, İranın cənub torpaqlarını tutduqdan sonra 1752-

ci ilin sonunda Azərbaycana hücum etdi. Lakin Fətəli xan Əfşarın qoşunu Miyana ətrafında onu məğlub 

etdi.  Kərim  xan  cənuba  -  fars  vilayətinə  qaçdı.  Fətəli  xan  onu  təqib  edərək  Qəmsə  adlanan  yerdə  baş 

vermiş döyüşdə qardaşı İskəndər xanı Əsir tutaraq edam etdirdi. Azərbaycanda baş verən hadisələr Fətəli 

xana Kərim xanı axıra qədər təqib etməyə imkan vermədi. O, geriyə Urmiyaya qayıtdı. Bu illərdə Fətəli 

xanın  idarə  etdiyi  ərazinin  sərhədləri  İranın  cənubuna  qədər  uzanırdı.  1753-cü  ilin  sonu  1754-cü  ilin 

əvvəllərində mərkəzi və cənubi İran Fətəli xanın hakimiyyəti altında idi. Lakin Kərim xan əvvəl Şirazı, 

sonra isə İsvahanı ələ keçirdi. Fətəli xanın mərkəzi hakimiyyət uğrunda mübarizəsi zəifləmişdi. Bundan 

istifadə edən Qacarlar fəallaşdı. Məhəmmədhəsən xan Qacar 1755-ci ildə Zəndlər üzərində qələbə çaldı 

və  1756-cı  ildə  İsvahana  daxil  oldu.  Kərim  xan  Şiraza  qaçdı.  Məhəmmədhəsən  xan  Rəşti,  Ərdəbili, 

Lənkəranı,  Təbrizi  və  Urmiyanı  tutdu.  1759-cu  ildə  Məhəmmədhəsən  xan  Qacarın  ölümündən  sonra 

Fətəli xan Təbrizə qayıdaraq hakimiyyətini möhkəmləndirməyə başladı. 1759-cu ildə Fətəli xan Qarabağa 

hücum etdi və Şuşanı aldı. Şəhərin alınması üçün ciddi təhlükə yarandığını görən Qarabağ xanı Pənahəli 

xan Fətəli xandan asılılığı qəbul etdi və oğlu İbrahimxəlil ağanı onun yanına göndərdi. Tezliklə Fətəli xan 

İrəvan, Şəki və Ərəşi də Urmiya xanlığına tabe etdirdi. Kərim xan 1760-cı ildə Azərbaycanın cənubuna 

hücum edərək Təbrizi mühasirəyə aldı. Təbrizi dörd ay mühasirədə saxlasa da tuta bilmədi. 1761-ci ildə 

Kərim  xan  yenidən  hücuma  keçdi,  lakin  Qaraçəmən  yaxınlığında  məğlub  oldu.  Təbriz  xanı  Nəcəfqulu 

xan və Fətəli  xan Əfşar  arxayınlaşdılar. Bundan  istifadə edən Kərim xan  yeni  qüvvə ilə hücum  edərək 

Təbrizi  aldı.  Fətəli  xan  Urmiya  qalasına  çəkildi.  1763-cü  ildə  9  aylıq  mühasirədən  sonra  Kərim  xan 

Urmiya  qalasını  aldı.  Fətəli  xan  əsir  düşdü  və  Şiraza  aparılaraq  edam  edildi.  İsvahanda  üsyanlar  baş 

verdiyini  görən  Kərim  xan  geri  qayıtmağa  məcbur  oldu.  Urmiya  xanlığının  idarəsi  Rüstəm  bəy  Əfşara 

tapşırılmışdı.  


Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin